Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1343/2026 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh IB-yə qarşı iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Işin halları
1. İddiaçı Nazir oğlu ünvan 1 ünvanı üzrə 100471610110000 nömrə ilə abonent kimi Cavabdeh Istehsalat Birliyində qeydiyyat alınmışdır.
2. Cavabdeh Istehsalat Birliyinin əməkdaşları tərəfindən İddiaçı Nazir oğlu barəsində aşakıdakı aktlar tərtib edilmişdir: 1.##.##.2019-cu il tarixli, ******* saylı akt əsasında 799.20 manat, 2. ##.##.2019-cu il tarixli, 0206503 aylı akt əsasında 133.20 manat, 3. ##.##.2019-cu il tarixli, ******* saylı akt əsasında 133.20 manat, 4. ##.##.2019-cu il tarixli, ******* saylı akt əsasında 133.20 manat, 5. ##.##.2019-cu il tarixli, ******* saylı akt əsasında 32.40 manat, 6. ##.##.2019-cu il tarixli, ******* saylı akt əsasında 32.40 manat, 7. ##.##.2019-cu il tarixli, ******* saylı akt əsasında 32.40 manat, 8. ##.##.2019- cu il tarixli, ******* saylı akt əsasında 32.40 manat, 9. ##.##.2019-cu il tarixli, ******* saylı akt əsasında 32.40 manat, 10. ##.##.2019-cu il tarixli, ******* saylı akt əsasında 32.40 manat, 11. ##.##.2019-cu il tarixli, ******* saylı akt əsasında 133.20 manat, 12. ##.##.2019-ci il tarixli, ******* saylı akt əsasında 295.20 manat, 13. ##.##.2020-ci il tarixli, ******* saylı akt əsasında 295.20 manat,
14. ##.##.2020-ci il tarixli, ******* saylı akt əsasında 295.20 manat 15. ##.##.2017-ci il tarixli, ******* saylı akt əsasında 366.60 manat 16. ##.##.2018-ci il tarixli, ******* saylı akt əsasında 486 manat.
3. Abonentin saldosunda 2020-ci ilin may ayında “Qeyri ödənişlər bölməsində” 1669,70 manat borc yazılmışdır.
4. Iş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, ##.##.2022-ci il tarixli aktın surətindən görünür ki, *************** nömrəli abonent İddiaçı məxsus sayğacın elektron hissəsinə impuls ötürən dişli çarxın dişləri kəsilib. Mexaniki hissədə göstərici çarxlarının biri digərinə ötürücülüyü yapışqan maddə ilə saxlanılıb.
5. ##.##.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ##.##.2022-ci il tarixli ******* nömrəli akta əsəsan itirilmiş qaz sərfiyyatının həcminin 8640 m3 olması hesablanmışdır.
6. *************** nömrəli abonent İddiaçı məxsus saldodan görünür ki, abonentə qalıq və aktlara əsasən 2022-ci ilin avqust ayı tarixində 1036,80 manat borc hesablanmışdır.
7. Işdə olan MSK-29\****-*****-* saylı ## #### 2025-ci il tarixli qaz sayğacının yoxlanılması barədə aktın surətindən görünür ki, sayğaca baxış keçirilmiş, sayğacdan geriyə axın verdikdə hesablama mexanizmi geriyə işlədiyi, sayğacın Alarm-5 rejiminə düşmədiyi, göstəricilər arasında fərqin olduğu, daxilinə baxış keçirildikdə, elektron hissəyə impuls ötürən dişli çarxın dişlərinin kəsildiyi, mexaniki hissədə göstərici çarxların birinin digərinə ötürücülüyünün yapışqan maddə ilə saxlanıldığı, sayğacın yaddaş arxivinin oxunduğu, sayğacda ##.##.2019-cu il tarixdə Alarm-1 rejiminin aşkar olunduğu, sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir.
8. Iş materiallarında olan ödəniş qəbzindən məlum olur ki, İddiaçı tərəfindən Bakı şəhəri * saylı Vəkil Bürosu vasitəsilə Nümayəndə 300 manat ödəniş etmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
9. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh IB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən *************** saylı abonent kodu üzrə təbii qazdan istifadəyə görə əsassız hesablanmış 4967,3 manat məbləğində borcun silinməsinə; pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi xərcin - 300 manat məbləğində pulun Cavabdeh Istehsalat Birliyindən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Həmin ünvanda abonent kodu onun adınadır. Abonent kodu 100471610110000–dir. Bu yaxınlarda abonent kodu üzrə adına yüksək məbləğdə borc yazılmasının şahidi oldu və bunun səbəbini araşdırmaq üçün cavabdeh təşkilata müraciət etdi. Müraciəti əsasında ona cavabdeh təşkilat tərəfindən müvafiq sənədlər təqdim edildi. Ona təqdim edilmiş sənədlərə əsasən, barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında aktlar tərtib edilmişdir; 1. ##.##.2019-cu il tarixli, ******* saylı akt, 2. ##.##.2019-cu il tarixli, 0206503 aylı akt, 3. ##.##.2019-cu il tarixli, ******* saylı akt, 4. ##.##.2019-cu il tarixli, ******* saylı akt, 5. ##.##.2019-cu il tarixli, ******* saylı akt, 6. ##.##.2019-cu il tarixli, ******* saylı akt, 7. ##.##.2019-cu il tarixli, ******* saylı akt, 8. ##.##.2019-cu il tarixli, ******* saylı akt, 9. ##.##.2019-cu il tarixli, ******* saylı akt, 10. ##.##.2019-cu il tarixli, ******* saylı akt, 11. ##.##.2019-cu il tarixli, ******* saylı akt, 12. ##.##.2019-ci il tarixli, ******* saylı akt, 13. ##.##.2020-ci il tarixli, ******* saylı akt, 14. ##.##.2020-ci il tarixli, ******* saylı akt, Həmin aktlara əsasən, guya mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə aşkarlanmışdır. Həmin aktlar əsasında, dəymiş ziyanın hesablanması göstərilmişdir. Lakin həmin aktlarla razı deyil. Çünki həmin aktlar tamamilə əsassızdır. Belə ki, cavabdeh əgər 2017-2020-ci illərdə təbii qazdan sayğacdan kənar qaz xəttindən qeyri-qanuni istifadə halını aşkar etmiş, qanunsuzluğun qarşısını almaq üçün təbii qazın verilməsini dayandırmamışdır. Qanunvericilik imperativ qaydada qazpaylayıcısının üzərinə qazın verilməsinin dayandırılması vəzifəsi qoymuşdur. Bundan başqa, üvanından çıxarılmış sayğac dövlət yoxlamasından keçirilmiş və yoxlamanın nəticəsi olaraq sayğacının istismara yararsız olduğu göstərilmişdir. Buna görə də ##.##.2017-ci il tarixli, ******* saylı akt tərtib edilmiş və dəymiş ziyan hesablanmışdır. Həmin akta əsasən ona 399,60 manat ziyan hesablanmışdır. Bundan başqa, ünvanından 2018-ci ildə çıxarılmış sayğac dövlət yoxlamasından keçirilmiş və yoxlamanın nəticəsi olaraq sayğacının istismara yararsız olduğu göstərilmişdir. Buna görə də ##.##.2018-ci il tarixli, ******* saylı akt tərtib edilmiş və dəymiş ziyan hesablanmışdır. Həmin akta əsasən ona 486 manat ziyan hesablanmışdır. Lakin həmin aktlarla da razı deyil. Çünki, o sayğaca hər hansı bir müdaxilə etməmişdir. Bundan başqa,abonentin saldosunda 2020-ci ilin may ayında “Qeyri ödənişlər bölməsində” 1669,70 manat borc yazılmışdır. Ata adı“Vidadi” olduğu halda, adıma tərtib edilmiş aktlarda və abonent kodunda ata adı “Nazir” kimi göstərilmişdir. Bu isə cavabdehin saxta aktlar tərtib etdiyini bir daha sübut edir.
11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026cı il tarixli (hakim Fuad Babaşov) qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən evin *************** №-li abonent kodundan 4967.3 manat borcun silinməsi, vəkil üçün ödənilmiş xərcin əvəzi olaraq 100 manatın Azəriqaz” Istehsalat Birliyindən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.8, 4.9-cu bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 121.1, 217.4, 218.3, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən cavabdeh Cavabdeh IB-nin nümayəndəsi X1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh IB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulmasıhaqqında” Aktla rəsmiləşdirilmişdir (iş materiallarında vardır). Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi, iddiaçı İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Cavabdeh IB-nə böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək, səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sübutlar iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda, birinci instansiya məhkəməsi əsassız yerə iddia tələbini təmin etmişdir. Iddiaçının ona vurulmuş maddi zərərin əvəzini tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin buna əsas olan sübutların olmasına, həmin maddi hüquq normasına mübahisələndiyimiz qətnamədə istinad olunmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbinin vurulmuş maddi zərərin əvəzinin cavabdehdən tutulması hissəsində qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi sübutlara faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Belə olmasaydı birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini qət edərdi. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir Belə ki, iş materiallarında yer almış və təqdim olunan sübutlar tam əsaslı olmasını göstərdiyi halda birinci instansiya məhkəməsi səhv nəticəyə gələrək, iddia ərizəsini qismən təmin etmişdir. Birinci instansiya məhkəməsi prosessual hüquq normasını pozaraq, tam sübuta yetirilməmiş və iddia qismən təmin etmişdir. Maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmiş qətnamə heç vaxt qanuni və əsaslı ola bilməz. Iddiaçı İddiaçı aid olan 100471610110000 abonent koduna hesablanaraq vurulmuş məbləğ onun tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Iddia tələbinin təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh Istehsalat Birliyinin hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq akta qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindənhesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdir ki, abonent təbii qazısayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Bunun nəticəsi olaraq da, birinci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxsmülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən isə mülki hüquqpozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə birinci instansiya məhkəməsinin qətnamədə göstərdiyi nəticə qismən işin hallarına uyğun olmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
16. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
17. 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
18. 21.2-ci maddəsinin tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
19. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
20. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
21. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
22. 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ## ### 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X3”nın
23. 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
24. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
25. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Istehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Maddə 384.0.1 apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
34. Hazırki halda cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etdiyindən qətnamə iddianın təmin edilən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
37. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, zərərvuran şəxsin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir.
38. Işin mübahisələndirilən hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya məxsus sayğaca keçirilmiş baxış zamanı iddiaçının sayğacdan kənar qaz xəttinə qanunsuz qoşulması nəticəsində dəymiş ziyan məbləği və digər aktlar üzrə qalıq borc müəyyən edilmişdir.
39. Kollegiya hesab edir ki, iddiaçı əsassız olaraq hesablanmış borcun abonent hesabından silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməsinə dair gəldiyi nəticə qanuni və əsaslıdır.
40. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə hesab edir ki, sayğacın elektron hissəsinə impuls ötürən dişli çarxın dişləri kəsilməsi və mexaniki hissədə göstərici çarxlarının biri digərinə ötürücülüyünün yapışqan maddə ilə saxlanılması və bunun məhz iddiaçının təqsiri üzündən baş verməsi, abonent saldosunda iddiaçıya cavabdeh tərəfindən qeyd edilməklə yazılmış mənfi saldonun iddiaçının təqsiri səbəbindən yaranması, həmçinin digər aktlarda göstərilən iddiaçının sayğacdan kənar qaz xəttinə qanunsuz qoşulması iş materialları ilə öz təsdiqini tapmadığından həmin aktlar və onun əsasında tərtib edilmiş tələbnamələr mötəbər sübut sayıla bilməz. Belə ki, istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına, sayğacın evdən kənarda, yəni iddiaçının nəzarəti altında olmayan yerdə yerləşməsinə görə cavabdehlik, fiziki şəxslərlə bağlı hissədə sayğaclara nəzarət və məsuliyyət cavabdeh qaz paylayıcısının üzərinə düşür. Həmçinin, mənfi saldo olan 2020-ci ilin may ayı üzrə -1669,70 manat borc bu iddiaçının istehlak etdiyi qaz sərfiyyatı üzrə yaranmış debitor borc sırasına daxil deyil və mənfi saldonun iddiaçının təqsiri səbəbindən yaranması ilə bağlı cavabdeh təşkilat heç bir mötəbər sübut təqdim etməmişdir. Apellyasiya şikayətində göstərilənlər işin halları ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilə və məhkəmənin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
41. AR MPM-in 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli və hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.
43. Iddianın pozulmuş hüquqların bərpası ilə bağlı çəkilən xərc olan 300 manatın Cavabdeh Istehsalat Birliyindən tutularaq iddiaçıya ödənilməsinə dair hissədə də iddia tələbini qismən edərkən məhkəmə ağlabatanlıq prinsipindən çıxış edərək çəkilən xərcin əvəzi olaraq 100 manatın Cavabdeh Istehsalat Birliyindən tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir.
44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
46. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
47. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddianın qiyməti 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Cavabdeh IB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.