Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1354/2026 28.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdehlər cavabdeh2 və X2 qarşı “xxxxinin ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “xxxxinin ödənilməsi”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə Quliyeva Gültac Sadıq qızının katibliyi, Iddiaçının nümayəndəsi nümayəndə1, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, MÜƏYYƏN ETDI: Işin halları:
1. Iddiaçı İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti cavabdeh cavabdeh2 844 manat 24 qəpik, X2 iddiaçıya 2388 manat 02 qəpik vəsaitin, həmçinin ödənilmiş 52 manat 33 qəpik dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulub, İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Iddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2945-ci məhəllə, 66, 66B, 68, 68A, 68B və ** saylı çoxmənzilli binaların tərkib hissələrinin (mənzillərin) mülkiyyətçilərinin qərarına əsasən yaradılmışdır. Cəmiyyətin fəaliyyət istiqaməti göstərilən binalarda yerləşən mənzillərin kommunal təchizatının təşkil edilməsi, xxxxin sahə mülkiyyətçilərindən toplanmasını və aidiyyəti üzrə ödənilməsinin həyata keçirilməsi, habelə yaşayış binalarının ümumi istifadədə olan hissələri və mənzillərin istismarı ilə bağlı qanunla qadağan olunmayan digər fəaliyyətdir. Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 9, ** saylı mənzil, ##.##.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh X2 mülkiyyətindədir. Ş.Məmmədovun həmin mənzilə görə ##.##.2025-ci il tarixə “xxxx” MMMC-yə 1069.02 manat, ##.##.2023-cü il tarixə “xxxx” MMC-yə 1319 manat borcu yaranmış, “xxxx” MMC ilə “xxxx” MMMC arasında bağlanmış ##.##.2025-ci il tarixli tələbin güzəşti müqaviləsinə əsasən, sonuncu tələbini iddiaçıya güzəşt etmişdir. Beləliklə, X2 iddiaçıya 2388.02 manat borcu vardır. Bakı şəh., Xətai r-nu, Məhəmməd Hadi küçəsi, 2945-ci məhəllə, ** saylı evin ** saylı mənzili, cavabdeh cavabdeh2 mülkiyyətindədir. Həmin mənzilə görə, cavabdeh cavabdeh2 iddiaçıya 844.24 manat borcu yaranmışdır. Yaranmış borcların ödənilməsi ilə bağlı cavabdehlərə pretenziya məktubları göndərilmiş, lakin cavabdehlər pretenziyada göstərilən tarixlərədək borclarını ödəməmişlər. Həmin zərurətdən, iddiaçı xxxx üzrə borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməyi zəruri hesab etmişdir.
3. Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-cı il tarixli qətnaməsi (hakim Samirə Eyvazova) ilə iddia qismən təmin edilmiş, cavabdeh cavabdeh2 844,24 (səkkiz yüz qırx dörd manat iyirmi dörd qəpik) manat, X2 2387,82 (iki min üç yüz səksən yeddi manat səksən iki qəpik) manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 52,32 (əlli iki manat otuz iki qəpik) manat məbləğində pulun müştərək qaydada cavabdehlər cavabdeh2 və X2 tutularaq iddiaçı İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
4. Iddiaçı və cavabdeh Ş.Məmmədov qətnaməni mübahisələndirməmiş, cavabdeh cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
5. Cavabdeh cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini bildirmiş, qeyd etmişdir ki, rayon məhkəməsi mövqeyini ancaq sözdə əsaslandırmış hansı xidmətlər göstərildiyini həmin xidmətlərin göstərilməsi üçün hansı məbləğ lazım olduğunu müəyyənləşdirməmişdir. Eyni zamanda aylıq yığılmış pulların hesabatı təqdim edilməmiş, mədaxil və məxaric xərcləri sakinlərdən gizlədilmişdir. Sakin olaraq ona heç bir xidmət göstərilməmişdir. Yalnız onların niyyəti sakinləri aldadaraq pul qazanmaqdır. Məhkəmə isə araşdırmaya formal yanaşmış ancaq MTK-nin hüquqlarını müdafiə etmişdir. Tərəflər arasında müqavilə olmadığı təqdirdə öhdəliyin necə yaranması məhkəmə tərəfindən əsaslandırılmamışdır. Bundan əlavə rayon məhkəməsi hesab etmişdir ki, qeyd edilən məbləğin müəyyən edilməsi adi riyazi üsulla hesablanmaqla bunun üçün xüsusi bilik tələb edilmir. Məhkəmə riyazi üsulla hesablanmaqla bunun üçün xüsusi bilik tələb olunmadığını qeyd etsə də, digər cavabdehdən 2388,02 qəpik deyil, 2387,82 manat olmasını yəni 0,2 qəpik az olmasının necə hesablanmasını məhkəmə müəyyən etməmişdir. Dövlət rüsumunda isə 1 qəpik azaltmaqla məhkəmə qanunsuz qətnaməsinə don geyindirməyə çalışmışdır. MTK tərəfindən sakinlər aldadılmış müqavilə üzrə mənzil 147,7 kv.m göstərilsə də, çıxarış alınan zaman isə müəyyən edilmişdir ki, mənzil 126,8 kv. metrdir. O, əvvəllər ödənişləri uzun müddət ödəmişdir, lakin tarifləri öz başına qaldırdıqlarından, heç bir xidmət göstərmədiklərindən ancaq dedikləri sözdə qaldığından, hesabat təqdim edilmədiyindən ödəməkdən imtina etmişdir. Qeyd edilənlərə əsasən qətnamənin ona aid hissədə ləğv edilməsini, iddia tələbinin ondan iddiaçının xeyrinə 844,24 (səkkiz yüz qırx dörd manat iyirmi dörd qəpik) manat tutulması hissəsində iddia tələbinin rədd edilməsini xahiş etmişdir.. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi O.Novruzov apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi və əlavə olaraq da bildirdi ki, ödəmənin edilməməsinə səbəb xidmətin tam və keyfiyyətli göstərilməməsi ilə bağlıdır.
7. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi nümayəndə1 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini, rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və göstərdi ki, xidmətin göstərilməməsi ilə bağlı deyilənlər əsassızdır, hazıradək bu barədə heç bir sakindən narazılıq olmayıb.
8. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
9. Belə olan halda Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Sübutların tədqiqi:
10. İddiaçı MMMC-nin nizamnaməsinə əsasən, cəmiyyət müstəqil təsərrüfat subyekti olmaqla, ünvan 1 ünvanlarında yerləşən yaşayış binalarının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmışdır və öz fəaliyyətini AR Konstitusiyasına, Mülki Məcəlləyə, Mənzil Məcəlləsinə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir. Cəmiyyət aşağıdakı hüquqlara malikdir: 3.1.1. qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xdmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq; 3.1.2. illik gəlir və xərclər smetasını, o cümlədən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini, çoxmənzilli binanın əsaslı təmirinə və ya yeniden qurulmasına çəkilən xərclərin smetasını, ehtiyat fonduna xüsusi haqqı və ayırmaları, habelə bu fəsildə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş məqsədlər üçün digər xərcləri müəyyən etmək; 3.1.3. cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək və s.
11. Mülki iş materiallarında olan ##.##.2025-ci il tarixli tələbin güzəşt edilməsi barədə müqaviləyə əsasən, bir tərəfdən nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti nümayəndə2 şəxsində, digər tərəfdən nizamnamə əsasında ##.##.2025-ci il fəaliyyət göstərən İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti, X1 şəxsində, bu məzmunda müqaviləni imzalamışlar ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ** saylı binanın, ** saylı mənzilə dair üzvlük haqqı üzrə şəxsi vərəqəyə əsasən, mənzilin mülkiyyətçisi cavabdeh1, "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, ##.##.2023-cü il tarixədək olan müddət üçün 1 319,00 (bir min üç yüz on doqquz) manat borcu vardır. 2023-cü ilin yanvar ayının 1-dən etibarən, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ** saylı binaya kommunal xidmətlərin göstərilməsini İddiaçı MMMC həyata keçirdiyi nəzərə alınaraq, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ** saylı binanın, ** saylı mənzilin mülkiyyətçisi cavabdeh1 "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə 1069,02 manat borcun tələbi, "xxxx" MMC tərəfindən, İddiaçı MMMC-nin xeyrinə güzəşt edilir. Tərəflər, tələbin güzəşt edilməsi ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsindən irəli gələn hüquq və vəzifələr barədə məlumatlıdırlar.
12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında ##.##.2018-ci il tarixli, ********** nömrəli daşınmaz əmlakın Dövlət reyestrindan çıxarışa əsasən, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 126.8 kv.m. olan mənzil cavabdeh2 mülkiyyətindədir.
13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhəri Ərazi Idarəsinin ünvan 2 43 ünvanında yerləşən mənzilin 010011001976-05301-****** reyestr nömrəli Texniki pasportu.
14. “xxxx” MTK ilə X2 arasında bağlanmış ##.##.2007-ci il tarixli müqaviləyə əsasən, müqavilənin predmeti "xxxx"nın müvafiq sənədləşmələrə əsasən, ünvan 4 məhəllədəki ünvanda tikintisini həyata keçirdiyi 16 mərtəbəli çoxmənzilli yaşayış binasındakı mənzillərdən birinin tərəflərin razılaşdığı qiymətlə "Alıcı"ya satmasından, "Alıcı"nın isə aldığı mənzilin dəyərini bu müqaviləyə əlavə edilən 1 Saylı öhdəliyə uyğun müəyyən edilmiş müddətdə aldığı mənzilin dəyərini "Alıcı"nın ödəniş qrafikinə uyğun ödəməsindən ibarətdir.
15. “xxxx” MTK ilə cavabdeh2 arasında bağlanmış ##.##.2013-cü il tarixli müqaviləyə əsasən, müqavilənin predmeti "xxxx"nın müvafiq sənədləşmələrə əsasən, ünvan 4 məhəllədəki ünvanda tikintisini həyata keçirdiyi 16 mərtəbəli çoxmənzilli yaşayış binasındakı mənzillərdən birinin tərəflərin razılaşdığı qiymətlə "Alıcı"ya satmasından, "Alıcı"nın isə aldığı mənzilin dəyərini bu müqaviləyə əlavə edilən 1 Saylı öhdəliyə uyğun müəyyən edilmiş müddətdə aldığı mənzilin dəyərini "Alıcı"nın ödəniş qrafikinə uyğun ödəməsindən ibarətdir. xxxx və alıcı ilə tikintisini razılaşdığı mənzil – binanın 3-cü blok, 12-ci mərtəbə, 43 №li mənzildə yerləşməklə sahəsi (Brutto) 147.74 kv.m. olmaqla, 3 otaqdan ibarət olacaqdır. Mənzilin qiyməti ümumi sahəsi (Brutto) ilə hesablanmaqla, hər bir kv.m. üçün 370 (üç yüz yetmiş) ABŞ dolları, cəmi 54664 (əlli dörd min altı yüz altmış dörd) AZN müəyyən edilir. Göstərilən məbləğin 100%-i əvvəlcədən ödənilib.
16. İddiaçı MMMC (bundan sonra "Sifarişçi") ilə “xxxx" MMC (bundan sonra "Podratçı"), İddiaçı MMMC-nin IH-nin sədri nümayəndə2 şəxsində, digər tərəfdən, "xxxx" MMC-nin direktoru X5 şəxsində bağlandıqları ##.##.2025-ci il tarixli № *** saylı Malların təqdim edilməsi və Xidmət müqaviləsinə əsasən, "Sifarişçi" Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2945-ci məhəllədə yerləşən 17 mərtəbəli yaşayış binalarının, ev 68, giriş 2-də "SODIMAS" markalı sol sərnişin lifti, makina motor komplektli liftinin Türkiyənin Istanbul zavodundan öz vəsaiti ilə alınmasını, gömrük rəsmiləşdirilməsini, Bakıya ünvana çatdırılmasını və quraşdırılması xidmətinin həyata keçirilməsini "Podratçıya sifariş verir və "Podratçı” həmin sifarişi yerinə yetirir. Müqavilə imzalandığı gündən 2 (iki) ay müddətində qüvvədədir.
17. İddiaçı MMMC (bundan sonra "Sifarişçi"xxxx" MMC (bundan sonra "Podratçı"), İddiaçı MMMC-nin IH-nin Sədri nümayəndə2 şəxsində, digər tərəfdən, "xxxx" MMC-nin direktoru X5 şəxsində bağlandıqları ##.##.2025-ci il tarixli № *** saylı Malların təqdim edilməsi və Xidmət müqaviləsinə əsasən, "Sifarişçi" Xətai rayonu, Məhəmməd Hadi küç., 2945-ci məhəllədə yerləşən 17 mərtəbəli yaşayış binalarının, ev 68, giriş 2-də "SODIMAS" markalı sol sərnişin lifti, makina motor komplektini liftinin Türkiyənin Istanbul zavodundan öz vəsaiti ilə alınmasını, gömrük rəsmiləşdirilməsini, Bakıya ünvana çatdırılmasını və quraşdırılması xidmətinin həyata keçirilməsini “Podratçı”ya sifariş verir və "Podratçı” həmin sifarişi yerinə yetirir. Müqavilə imzalandığı gündən 2 (iki) ay müddətində qüvvədədir.
18. İddiaçı MMMC (bundan sonra "Sifarişçi") ilə fiziki şəxs (bundan sonra "xxxx"), cəmiyyətin direktoru X3 arasında bağlanmış ##.##.2025-ci il tarixli № *** saylı Iş və xidmət müqaviləsinə əsasən "sifarişçi" Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 2945-ci məhəllədə yerləşən kompleksin binalarının girişlərinə, liftlərin qarşısına və daxilinə kamera sisteminin mərkəzləşdirilmiş qaydada quraşdırılmasını həyata keçirilməsini və xidmətinin "xxxx"ya sifariş verir və "xxxx" həmin sifarişi mütəmadi olaraq yerinə yetirir. Müqavilə imzalandığı gündən 5 (beş) il müddətində qüvvədədir.
19. ##.##.2025-ci il tarixli, № *** saylı Təhvil-təslim aktına əsasən müqavilə əsasında təhvil verilmiş malların dəyəri 8,737.60 manat təşkil etmişdir. Təhvil verən X3, təhvil alan isə İddiaçı MMMC IH-nin Sədri nümayəndə2dir.
20. “Kommunal Xidmətlər Gələcəkdə «xxxx» adlanacaq müəssisənin nizamnaməsinə əsasən fəaliyyət göstərən Bakı şəhər Icra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin Müəssisəsi" MMC-nin direktoru X13 şəxsində, digər tərəfdən gələcəkdə “Sifarişçi adlanacaq İddiaçı MMMC IH-nin Sədri nümayəndə2 arasında bağlanmış ##.##.2024-cü il tarixli ****** saylı müqaviləyə əsasən "xxxx" "Sifarişçi"-yə məxsus ərazidə yerləşən konteynerlərdə yığılmış bərk məişət tullantılarının daşınması və zərərsizləşdirməyə təhvil verilməsini, "Sifarişçi" isə daşınma ilə əlaqədar lazım olan şəraiti və xidmət haqqının vaxtında ödənilməsini təmin edir.
21. Fotoşəkillər, cədvəllər, ödəniş tapşırıqları və kassa məxaric orderləri. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
22. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
23. Maddə 121.2. Bu Məcəllənin 120.2-ci maddəsində göstərilən binalarda yaradılmış mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçısı olmayan həmin binaların sahə mülkiyyətçilərinin öz ərizələri əsasında yaradılmış cəmiyyətin iştirakçısı olmaq hüququ vardır.
24. 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir:
25. 135.2.1. yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan;
26. 135.2.2. dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan;
27. 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan;
28. 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan.
29. 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir:
30. 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq;
31. 136.2.2. kommunal xidmətlərə görə haqq.
32. 136.3. Yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir.
33. 136.4. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir.
34. 137.9. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər.
35. 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir.
36. 138.1. Yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq çoxmənzilli binanın ümumi əmlakının qanunvericiliyin tələblərinə müvafiq olaraq saxlanmasını təmin edən miqdarda müəyyən edilir.
37. 138.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin bu Məcəllənin 44-47-ci maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir.
38. 138.5. Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir.
39. 139.1. Kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir.
40. 140.1. Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur.
41. 140.3. Əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.
42. 141.5. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir, bu şərtlə ki, bu Məcəllənin 141.4-cü maddəsinin tələbləri yerinə yetirilmiş olsun. Belə açıq müsabiqə açıq müsabiqənin nəticələri əsasında bağlanmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin qüvvədə olma müddəti başa çatanadək, həmin binanın idarə edilməsi üsulu seçilmədiyi halda da keçirilir.
43. 141.6. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin keçirildiyi gündən on gün müddətində çoxmənzilli binanın bütün sahə mülkiyyətçilərini açıq müsabiqənin nəticələri və həmin binanın idarə edilməsi müqaviləsinin şərtləri barədə məlumatlandırır. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin nəticələri əsasında seçilmiş idarəedici təşkilatla bu Məcəllənin 141-1.2-ci maddəsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludur.
44. "Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2000-ci il tarixli ** nömrəli Qərarı dövlət və ictimai mənzil fondu evlərinə şamil olunur. Özəl mülkiyyətdə olan çoxmənzilli binanın mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqqın miqdarı isə Nazirlər Kabineti, yaxud Tarif Şurası tərəfindən müəyyənləşdirilmiş tariflərlə tənzimlənmir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
48. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
49. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
50. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
51. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
52. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
53. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
54. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
55. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
57. Hazırkı halda, Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh cavabdeh2 apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
58. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
59. Hazırda baxılan mülki işdə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 9, ** saylı mənzilin cavabdeh X2, Bakı ş., Xətai r-nu, Məhəmməd Hadi küçəsi, 2945-ci məhəllə, ** saylı evin ** saylı mənzilinin isə cavabdeh cavabdeh2 mülkiyyətində olması hazırkı işin mübahisəsiz halıdır.
60. Iddiaçı cavabdehlər cavabdeh2 və X2 qarşı “xxxxinin ödənilməsi” tələbi ilə rayon məhkəməsinə müraciət etmişdir.
61. Iddia tələbini qismən təmin edən rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, .... Çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında və ya Mənzil Məcəlləsində nəzərdə tutulan qaydada qəbul edilmiş qərar əsasında ödəməlidirlər. Hazırda tərəflər arasında kommunal xidmətlərin göstərilməsi ilə əlaqədar müqavilə olmasa da, cavabdeh iddiaçının təmin etdiyi kommunal xidmətlərdən istifadə etməklə, bu xidmətdən imtina etməmiş, həmçinin göstərilən xidmətlərin əvəzsiz olmadığını bildiyi halda ödənişlərlə bağlı narazılıq olduğu təqdirdə, bununla bağlı iddiaçıya müraciət etməmiş, iddiaçının göstərdiyi kommunal xidmətlərdən yararlanmışdır.
62. Qətnamədən narazı olan cavabdeh cavabdeh2 apellyasiya şikayəti vermiş, iddiaçı və digər cavabdeh Ş.Məmmədov isə qətnaməni mübahisələndirməmişdir.
63. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh cavabdeh2 apellyasiya şikayətində MTK tərəfindən aldadıldığını, müqavilədə mənzil 147.7 kv.m göstərilsə də, çıxarış alınan zaman mənzilin 126.8 kv.m. olduğunun müəyyən edildiyini mübahisələndirmişdir. Məhkəmə cavabdehin bu dəlili ilə bağlı qeyd edir ki, apellyasiya şikayətində mübahisələndirilən həmin məsələ - mənzilin ölçüsünün fərqli olması hazırda baxılan mübahisənin predmetinə aid deyil, digər məhkəmə icraatında baxıla biləcək məsələdir.
64. Cavabdeh apellyasiya şikayətində həm də digər cavabdehdən iddia ərizəsində qeyd edilən 2388,02 qəpik deyil, 2387,82 manat məbləğində pulun tutulmasını, yəni 0,2 qəpik az olmasının necə hesablanmasını məhkəmənin müəyyən etmədiyini qeyd etmişdir.
65. Məhkəmə cavabdeh cavabdeh2 həmin dəlili ilə bağlı qeyd edir ki, qətnamənin mübahisələndirilən həmin hissəsi apellyatora yox, cavabdeh Ş.Məmmədova aid olan hissədir. Həmin cavabdeh isə qətnamə ilə razılaşmış, onu mübahisələndirməmişdir.
66. Bundan başqa apellyator əvvəllər xxxxi ödədiyini, lakin tariflər qalxdıqdan sonra həmin ödənişləri ödəməkdən imtina etdiyini qeyd etmişdir.
67. Məhkəmə bununla bağlı qeyd edir ki, apellyatorun nümayəndəsinin izahatından da müəyyən olduğu kimi, əvvəllər kommunal xidmətlərə görə tarif hər kv.metr üçün 0,20 (iyirmi) qəpik olduğu vaxtlarda onlar həmin ödənişləri ödəmişlər, yalnız tariflər 0,40 (qırx) qəpik olduqdan sonra onlarda narazılıq yaranmışdır və həmin vaxtdan kommunal xidmətlərə görə müəyyən edilən ödənişi ödəməmişlər.
68. Məhkəmə qeyd edir ki, iddiaçı MMMC-nin fəaliyyəti AR Konstitusiyasına, Mülki Məcəlləyə, Mənzil Məcəlləsinə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və öz Nizamnaməsinə uyğun olaraq həyata keçirilir. Mənzil Məcəlləsinin 122.1.3-cü maddəsinə əsasən Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək hüququ vardır.
69. Məhkəmə qeyd edir ki, tələb olunan ödənişlər ümumi əmlakın saxlanması və təmir xərcləri, eləcə də digər zəruri xərclərlə bağlı olmaqla, çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisi tərəfindən ödənilməlidir. Apellyator tariflər qalxdıqdan sonra kommunal xidmətlərə görə müəyyən edilmiş ödənişləri ödəməkdən imtina etdiklərini bildirsə də, həmin kommunal xidmətlərdən yararlanmağa davam etmişdir, eyni zamanda da yeni tariflərin müəyyən edilməsi ilə bağlı MMMC tərəfindən qəbul edilmiş qərarları mübahisələndirməmişdir.
70. Belə olan halda, məlum olur ki, cavabdeh cavabdeh2 apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz.
71. MPM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:
72. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
73. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
74. MPM-in 402.1-ci madəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
75. Hazırkı halda, apellyator tərəfindən qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 844,24 (səkkiz yüz qırx dörd manat iyirmi dörd qəpik) manat olduğundan bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
76. Məhkəmə hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.
77. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDI:
Cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-cı il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.