Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-1407/2026 24.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, iddiaçılar iddiaçı6, iddiaçı5, iddiaçı4, İbrahimov Zaur Vaqif oğlu, iddiaçı2 və iddiaçı1 cavabdehlər Cavabdeh, maraqlı şəxs2 və maraqlı şəxs1 qarşı “daşınmaz əmlakın paylara bölünməsi və payçılara evdən istifadəyə şərait yaradılması barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qərardadından iddiaçı iddiaçı4 şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin qərarardadla qərara alınıb ki, hazırkı mülki iş üzrə icraat Səbail Rayon Məhkəməsinin icraatında olan *(***)-****/**** nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qüvvəyə minənə qədər dayandırılsın. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilərək icraat təzələnsin. Şikayət onunla əsaslandırılıb ki, *(***)-****/**** nömrəli mülki iş hazırkı mülki işlə birləşdirilib birlikdə baxılması üçün Səbail RM tərəfindən Xəzər RM-nə göndərilib. Ona görə də qərardad ləğv edilərək hazırkı iş üzrə icraat təzələnməlidir. Şikayət təmin edilə bilməz, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, icraatın dayandırılması barədə qərardad o halda ləğv oluna bilər ki, prosessual hüquq normasının pozulması ilə qəbul edilmiş olsun. Lakin şikayətdə belə pozuntuya istinad olunmayıb. İş üzrə icraatın təzələnməsi üçün həmin qərardadın ləğv edilməsinə zərurət yoxdur, icraatın təzələnməsi üçün müvafiq əsas yarandıqda, o cümlədən birləşdirilmək üçün göndərilmiş iş məhkəməyə daxil olduqda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 257 və 258-ci maddələrində müəyyən edilmiş qaydalara uyğun olaraq icraatın təzələnməsi barədə qərardad qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(3-6)-1407/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-1407/2026
24.04.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver