Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1427/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İsmiyev Rafiq Mazan oğlunun cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: pul tələbi, əsassız varlanma, delikt) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X5 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh cavabdeh2 iştirakı ilə, İddiaçı İsmiyev Rafiq Mazan oğlunun cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə ## ### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. "Elektron notariat" Avtomatlaşdırılmış İnformasiya Sistemindən Çıxarışdan görünür ki, cavabdeh1 ona verilmiş *E-***** nömrəli, ##.##.2019-cu il tarixli etibarnamə əsasında “X1” markalı, 2015-ci il buraxılışlı, **LS*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipotekaya qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsilə əlaqədar adından ərizə vermək, digər hərəkətləri etməyi İsmiyev Rafiq Mazan oğluna etibar etmişdir. Etibarnamə ##.##.2020-ci il tarixinədək müddətə verilmiş, Bakı şəhəri ** saylı notariat ofisində ##.##.2019-cu il tarixində 6697 reyestr nörməsi ilə qeydiyyata alınmışdır.
2. X7 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə Bakı şəhər prokurorunun müavini R Mobil Şəfiyev tərəfindən tərtib olunmuş ##.##.2023-cü il tarixli ittiham aktının məzmunundan görünür ki, “...Həmin cinayət işi ********* nömrəli cinayət işindən X2 və X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ## #### 2023-cü il tarixdə Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin sabiq xüsusilə mühüm işlər üzrə baş müstəntiqi Həbib Həbibli tərəfindən ayrıca icraata ayrılaraq icraatına qəbul edilmişdir. ... Bundan başqa, X7 təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək barədə dostluq münasibətlərində olduğu X2 ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə o, Lalə Həsənova ilə birlikdə özgənin xeyli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirmək niyyətindən çıxış edib, ... həmin vədlə əlavə pul lazım olduğunu bildirərək cavabdeh2 məxsus 20.000 manat dəyərində "Ford Focus" markalı **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobili ## ###### 2019-cu il tarixdə Bakı şəhəri Yasamal rayonu Ələsgər Ələkbərov küçəsi 528-ci məhəllədə yerləşən ** saylı Notariat ofisində satıb pulunu cinayətkar qrupun digər üzvü Lalə Həsənova vasitəsi ilə vahid niyyətləri ilə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək sonuncu ilə aralarında bölüşdürüb zərərçəkmiş şəxs cavabdeh2 154200 manat yəni, külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.”
3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsi tərəfindən İsmiyev Rafiq Mazan oğluna ünvanlanmış **-*-*****/** nömrəli, ##.##.2023-cü il tarixli məktubdan görünür ki, onun ərizəsi əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CPM-in 39.1.2-cı maddəsinin tələblərinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qəbul edilmiş qərarın surəti məlumat üçun ona göndərilməklə izah olunmuşdur ki, qərardan narazı qaldığı halda Azərbaycan Respublikası CPM-in 212.3-cü maddəsinə əsasən ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət etmək hüququ vardır.
4. Həmin məktuba əlavə edilmiş Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinin ##.##.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir.
5. Həmin qərarın məzmununda qeyd olunmuşdur ki, “Qəbələ rayonu Zalam kəndində yaşayan İsmiyev Rafiq Mazan oğlunun ##.##.2019-cu ildə cavabdeh1 Abdulxlaqı oğlundan 17500 manat pul müqabilində “Ford Focus” markalı avtomaşını Yasamal rayonu ərazisində yerləşən ** saylı notariat ofisində verilmiş etibarnamə əsasında alması, lakin bir neçə ay sonra etibarnamənin avtomaşının sahibi X9 tərəfindən cavabdeh1 alqısatqı məbləği olan 17500 manat pulun ona ödənilməməsi səbəbindən ləğv edilməsinə dair müraciəti asasında Abşeron RPi-də toplanmış material arazi aidiyyatı üzrə Yasamal RPİ-nə göndərilərək material ##.##.2023-cu il tarixdə icraatına daxil olmuşdur.
6. ## ###### 2023-cü il tarixdə Yasamal rayon prokuroru, baş adliyyə müşaviri Elman Süleymanov tərəfindən cinayət işinin başlanılması barədə qərar ləğv edilərək əlavə araşdırılması üçün aidiyyəti üzrə Yasamal RPI-nə göndərilmişdir.
7. Araşdırma zamanı İsmiyev Rafiq Mazan oğlu izahatında bildirmişdir ki, cavabdeh1 ilə avtomaşın alqı-satqısı zamanı tanış olmuşdur. ##.##.2019-cu il tarixdə o, özünə avtomaşın almaq üçün Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən Maşın bazarına getmişdir. Orada tasadufan tanış olduğu Murad adlı şəxsin “Ford Focus” markalı avtomaşın satdığını görüb avtomaşın haqqında maraqlanmışdır. Daha sonra maşını bayəndiyi üçün onunla qiymət baradə danışmış və son olaraq 17500 manat muqabilində həmin avtomaşını ona satmağa razılaşmışdır. Bundan sonra bazardan çıxmışlar və Yasamal rayonunda yerləşən ** saylı notariusa getmişlər. Notariusda Murad ona etibarnamə vermiş və o, etibarnaməni alan kimi Murada 17500 manat pul vermişdir. Bir müddət sonra 2020-ci ilin mart ayında o, etibarnamənin ləğv edildiyini görüb bu barədə maraqlanmışdır. Ona məlum olmuşdur ki, avtomaşının sahibi cavabdeh2 etibarnamə ilə Murad adlı şəxsə avtomaşınını vermiş, Murad isə etibardan sui-istifadə edərək həmin avtomaşını ona satmış və pulunu mənimsədiyi üçün cavabdeh2 hamin etibarnaməni ləğv etdirmişdir. Bu sababdən onun barəsində şikayət etmişdir. Lakin Yasamal RPİ-də bir neçə dəfə bu barədə araşdırma aparılmasına baxmayaraq heç bir nəticəsi olmamışdır.
8. Material üzrə ##.##.2021-ci il tarixdə Yasamal RPI 27-ci PB-nin baş təhqiqatçısı R Nəsimi Seyidzadə tərəfindən Azərbaycan Respublikası CPM-nin 39.1.1, 39.1.2-ci maddələrinə asasən qəbul edilmiş cinayat işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş İsmiyev Rafiq Mazan oğlunun ##.##.2019-cu ildə cavabdeh1 17500 manat pul müqabilində “Ford Focus” markalı avtomaşını Yasamal rayonu ərazisində yerləşən ** saylı notariat ofisində verilmiş etibarnamə əsasinda alması, lakin bir neçə ay sonra etibarnamənın avtomaşının sahibi cavabdeh2 tərəfindən cavabdeh1 alqı-satqı məbləğı olan 17500 manat pulun ona ödənilməməsi səbəbindən ləğv edilməsinə dair toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmışdır.
9. Araşdırma zamanı müəyyən edilmışdır ki, İsmiyev Rafiq Mazan oğlunun göstərdiyi eyni məzmunlu müraciəti üzrə Yasamal RPI 27-ci PB-nin baş təhqiqatçısı Nəsimi Seyidzadə tərəfindən araşdırma aparılmış, fakta hüquqi qiymət verilərək toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qebul edilmişdir: “... araşdırma müddətinin başa çatmasını və toplanmış materialda hər hansı bir cinayət tərkibi əlamətlərinin olmaması əsası ilə material üzrə cinayət işinin başlanması rədd edilməlidir.”
10. İsmiyev Rafiq Mazan oğlunun şikayəti əsasında toplanmış materialların surətindən görünür ki, Yasamal rayon prokurorunun ##.##.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi barədə” qərarına əsasən, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Yasamal rayon Polis idarəsinin 27-ci polis bölməsinin baş təhqiqatçısı, R Nəsimi Seyidzadə tərəfindən toplanmış ****/** nömrəli rədd materialı üzrə qəbul edilmiş # #### 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ləğv edilmişdir. Həmin qərarın məzmunundan müəyyən edilir ki, “Vətəndaş İsmiyev Rafiq Mazan oğlu ## ###### 2020-ci il tarixdə Yasamal rayon Polis idarəsinin 27-ci polis bölməsinə daxil olmuş müraciətində tanışı cavabdeh1 ona "Ford Focus" markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq vədi ilə Bakı şəhəri, Yasamal rayonu, ** nömrəli notariat kontorunda 17.500 manat pulunu ələ keçirməsini bildirərək sonuncu barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Rafiq İsmiyevin müraciəti əsasında 27-ci polis bölməsində təhqiqatçı tərəfindən aparılmış araşdırma nəticəsində # #### 2021-ci il tarixdə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 39.1.2-ci maddəsinə, yəni əməldə cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin material nəzarət qaydasında rayon prokurorluğunda öyrənilərkən təhqiqatçı tərəfindən material üzrə mühüm sübut əhəmiyyəti kəsb edə biləcək bir sıra xüsusatlar araşdırılmadan əsassız olaraq cinayət işinin başlanılmasının rədd edilməsi müəyyən edilmişdir. Belə ki, ## ###### 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi barədə qərarda qeyd olunan göstərişlər icra olunmamış, barəsində şikayət olunan cavabdeh1 və cavabdeh2 şəxsiyyətləri müəyyən edilsə də, izahatları alınmamış, cavabdeh1 əldə etdiyi 17.500 manat pulu nələrə sərf etməsi, cavabdeh2 təqdim edib-etməməsi əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin, yəni dələduzluq cinayətinin tərkib əlamətlərinin olubolmaması xüsusatına hüquqi qiymət verilməmişdir. Bundan başqa, aparılacaq əlavə araşdırma zamanı avtomobilin mülkiyyətçisi cavabdeh2 izahatı alınaraq cavabdeh1la münasibətləri, avtomobilnin satılmasından məlumatlı olub-olmaması, avtomobili satılması üçün cavabdeh1 təqdim edib-etməməsi, sonuncunun avtomobilin satılması qarşılığında Rafiq İsmiyevdən əldə etdiyi 17.500 manatdan cavabdeh2 ödəniş edibetməməsi, müsbət halda adları çəkilən şəxslərin pulları əldə edib avtomobili Rafiq İsmiyevin mülkiyyətinə verməkdən imtina etmələrinin səbəbi müəyyən edilərək əməllərində Cinayət Məcəlləsinin 178.2.3 va 178.2.4-cü maddələrinin tərkib əlamətlərinin olub-olmamasına hüquqi qiymət verilməlidir. Bundan başqa müraciət müəllifi Rafiq İsmiyev izahatında bildirmişdir ki, şahid3 və şahid2 iştirakları ilə Xəlil Muradova 17.500 manat verməsini bildirsə də, adları çəkilən şəxslər müəyyən edilərək izahatları alınmamış, pulun harada, hansı məqsədlə verilməsi müəyyən edilməmişdir. Qeyd olunanlardan başqa cavabdeh1 və Rafiq İsmiyev arasında olan pul mübahisəsinin səbəbi mülki əqddən irəli gələn öhdəliklərin tərəflərdən biri tərəfindən pozulması halında yaranması sübuta yetirilərsə müraciət müəllifinə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.”
11. Yasamal rayon Polis İdarəsinin ## ####### 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarına əsasən, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarın məzmunundan müəyyən edilir ki, “Qəbələ rayonu, Zalam kəndində qeydiyyatda olan və yaşayan İsmiyev Rafiq Mazan oğlu ## ###### 2020-ci il tarixdə Yasamal RPİ-nə ərizə ilə müraciət edərək ## ###### 2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən maşın bazarında "Ford Focus" markalı **-LC-*** dövlət nömrə nişanlı avtomobili bəyənəndən sonra avtomobilin sahibi kimi tanıdığı cavabdeh1 Abdulxaliq oğluna Baki şəhəri, Yasamal rayonu, "Lider TV"-nin yanında yerləşən ** nömrəli Notariat Kontorunda 17500 manat nəğd pulu əlbə-əl vererək mülki etibarnamə əsasında avtomobili alıb Qəbələ şəhərinə qayıtmışdır, təxminən 2 ay avtomobili idarə edəndən sonra 2020-ci ilin mart ayında onun adına cavabdeh1 Abdulxaliq oğlu tərəfindən verilmiş mülki etibarnamənin ## ###### 2020-ci il tarixdə Təranə Hacıəliveva tərəfindən ləğv edildiyinı bilmişdir. Bundan sonra, o, Muradın özünü tapa bilməsə də bacısı oğlu Niyazi ilə əlaqə yaratmişdır. O, gah Təranəyə 2000 manat verəsi olduğunu, gah da pulu özünə verəsi olduğunu bildirərək müxtəlif bəhanələr gətirərək məsələni həll etməkdən imtina etmişdir.
12. ## ####### 2023-cü il tarixdə Yasamal rayon prokuroru Elman Süleymanov tərəfindən cinayət işinin başlanılması barədə qərar ləğv edilərək əlavə araşdırılması üçün aidiyyəti üzrə Yasamal RPI-nə göndərilmişdir. Aparılmış araşdırma zamanı izahatı alınan İsmiyev Rafiq Mazan oğlu bildirmişdir ki, ## ###### 2020-ci il tarixdə ünvan 2 ünvanında yaşayan cavabdeh1 17500 manat müqabilində ağ rəngli "Ford Focus" markalı **-LS-*** dövlət nömrə nişanlı avtomobilin alqı-satqısını həyatə keçirtmişdir. Həmin avtomobili isə cavabdeh1 ## ###### 2019-cu il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan X10. O, cavabdeh1 avtomobili aldığı zaman sonuncuya verdiyi 17500 manat pulu özü ilə birgə avtomobil ustası kimi apardığı Qəbələ rayon Zarağan kənd sakini şahid3 Vagf oğlu və sürücü Qəbələ şəhər sakini şahid2 iştirakı ilə vermişdir. O, Murad adlı şəxsdən aldığı "Ford" markalı avtomobili Qəbələ rayonu ərazisində sürməyə başlamış və 2020-ci ilin fevral ayında avtomobilə sahib olmağını rəsmiləşdirmək üçün, yəni həmin avtomobili öz adına sənədləşdirmək məqsədi ilə Şəki şəhərinə getmişdir, lakin aidiyyəti quruma yaxınlaşaraq bu barədə öz rəsmi müraciətini bildirdiyi zaman avtomobilin adına 140 manat cərimənin olmasını ona bildirmişdirlər. O, həmin vaxtı üzərində qeyd edilən məbləğdə pulun olmadığına görə geri Qəbələ rayonuna qayıtmış və təkrarən 2020-ci ilin mart ayında avtomobilə aid 140 manat cəriməni ödədikdən sonra yenidən Şəki şəhərinə getmişdir. Lakin, həmin vaxtı o, təkrarən avtomobilini cavabdeh1 verdiyi etibarnamə ilə deyil öz adına keçirməklə istifadə etmək istədiyini və buna görə müraciət etdiyini dediyi zaman ona bildirilmişdir ki, avtomobilin əsas sahibi X10 etibarnaməni ləğv etdirmişdir. O, bu səbəbdən Təranə adlı qadının mobil nömrəsini taparaq ondan nə üçün satdığı avtomobil üçün verdiyi etibarnaməni ləğv etdirdyini soruşduğu zaman, o, mobil telefonda əvvəlcə onu tanımadığını demiş, sonra isə tanışlıq verdikdən sonra Təranə adlı qadın ona müxtəlif bəhanələr gətirərak bir neçə dəfə etibarnamə verəcəyi adı ilə onu Bakı şəhərinə çağırmışdır, lakin o, Baki şəhərinə getməyinə baxmayaraq həmin qadın ortaya çıxmamışdır, əksinə Təranə adlı qadın ## ###### 2020-ci il tarixdə ona məxsus avtomobili qanunsuz idarə etməyi və ondan alınaraq özünə təhvil verilməsini xahiş etdiyini qeyd etmiş olduğu ərizə ilə Qəbələ rayon Polis Şöbəsinə müraciət edilmişdir. O, Təranə adlı qadının Murad adlı şəxslə əlbir olduğunu qeyd etmişdir.
13. Aparılmış araşdırma zamanı cavabdeh1 izahatının alınması mümkün omamışdır, təhqiqatçı hesab etmişdir ki, izahatı alınsa da belə qəbul edilmiş qərarın obyektivliyinə heç bir təsir göstərmir. Aparılmiş araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh1 İsmiyev Rafiq Mazan oğlunun etibarından sui-istifadə, ona qarşı dələduzluq etməsi öz təsdiqini tapmadığından, eləcə də, toplanniş materialda cinayət hadisəsi və əməldə cinayət tərkibi olmadığından Murad Xelilov barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməlidir. aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İsmiyev Rafiq Mazan oğlunun ərizə və izahatında göstərdikləri xüsusatlar cinayət xarakterli deyil, mülki mübahisə predmeti olduğundan bu kimi hallar öz həllini mülki qaydada məhkəmədə tapmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Macəlləsinin 4-cü maddəsində təsbit edilmişdir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
14. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin ****/** nömrəli İsmiyev Rafiq Mazan oğlunun müraciəti əsasında toplanmış rədd materiallarında olan AC seriyalı ****** nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, X1 markalı, 2015-ci buraxılışlı, ağ rəngli, **-LS- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2016-cı il tarixdə cavabdeh2 adına qeydiyyata alınmışdır.
15. cavabdeh2 tərəfindən Qəbələ rayon Polis şöbəsinə ünvanlanmış ##.##.2020-ci il tarixli ərizənin məzmunundan görünür ki, ona qarşı törədilmiş qanunsuz hərəkətlər nəticəsində o, xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan "Ford Focus" markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomaşınından məhrum olmuşdur. Həmin hərəkətlərin nəticəsidir ki, hazırda avtomaşını da əldən gedib, avtomaşının dəyəri ona ödənilməyib. Ona təsəlli verən yeganə hal bundan ibarətdir ki, bunu təxmin edə bilməyinə görə maşına mülkiyyət hüququnu heç kimə verməmişdir və hazırda özünə məxsus avtomaşını tələb etmək hüququnu özündə saxlamışdır. ünvan 1 ünvanda yaşayan, uşaqlarının birgə oxuması ilə bağlı 5-6 il əvvəl tanış olduğu X2 və digərləri ilə aralarında olan danışıqlara görə 2019-cu ilin dekabr ayında o, özümə məxsus olan "Ford Focus" markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomaşına dair etibarnaməni cavabdeh1 Abdulxaliq oğlunun adına vermişdir. Aradan bir müddət keçəndən sonra vəd verilən müddət keçsə də, nə avtomaşın, nə də pul ona qaytarılmadı. Bu səbəbdən o, avtomaşına dair vermiş olduğu etibarnaməni ##.##.2020-ci il tarixdə ləğv etdirmişdir. Bu barədə onların hər ikisini xəbərdar etmişdir. Hazırda ona məlum olmuşdur ki, ona məxsus olan avtomaşın Qəbələ rayonunun Zalam kəndində yaşayan İsmiyev Rafiq Mazan oğlu tərəfindən qanunsuz surətdə istifadə olunur. Belə ki, göstərdiyi kimi, avtomaşına dair vermiş olduğu ilkin etibarnamə tərəfindən ##.##.2020-ci il tarixdə notarial qaydada ləğv edilmişdir və bu xitam müvafiq olaraq elektron sistemdə yerləşdirilmişdir. Belə olan halda Rafiq İsmiyevin həmin avtomobili idarə etmək səlahiyyətinə də xitam verilmiş olur. Ona görə də ona məxsus olan "Ford Focus" markalı, **-LS-*** dövl qeydiyyat nişanlı avtomaşının İsmiyev Rafiq Mazan oğlundan alınıb ona qaytarılmasına göstəriş verilməsini xahiş etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı İsmiyev Rafiq Mazan oğlunun cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17.500 (on yeddi min beş yüz) manat pulun, dövlət rüsumun əvəzi kimi 141 (yüz qırx bir) manat pulun və vəkilin xidmətindən istifadəyə görə 400 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, nəqliyyat vasitəsi əldə etmək məqsədilə Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən avtomobil bazarına getmiş və orada hazırki iş üzrə cavabdeh cavabdeh1la tanış olmuşdur. Belə ki, iddiaçı cavabdeh1 satdığı “Ford” markalı avtomobili bəyənmiş və tərəflər arasında qiymət barədə danışıqlar getmiş, yekunda 17.500 (on yeddi min beş yüz) manat qiymətinə razılaşmışlar. cavabdeh1 bildirmişdir ki, nəqliyyat vasitəsi cavabdeh2 məxsusdur, o, etibarnamə əsasında nəqliyyat vasitəsinin ilkin satışını həyata keçirir, daha sonra mülkiyyətçi ilə görüşdürüb, yekun alqı-satqını həyata keçirəcəklər. Bu məqsədlə tərəflər bazardan çıxıb cavabdeh1 təklifi ilə ilkin olaraq etibarnamə verilməsi məqsədilə Bakı şəhəri ** saylı notariat ofisinə getmişlər. Həmin notariat ofisində ilkin mərhələ üçün etibarnamə vermiş, iddiaçı isə bacısıoğlunun yanında 17.500 manat pulu Murada vermişdir. Daha sonra iddiaçı avtomobili götürərək yaşadığı Qəbələ rayonuna getmişdir. 2020-ci ilin mart ayında ona məlum olmuşdur ki, mülkiyyətçi etibarnaməni ləğv etmişdir. Bunun səbəbini araşdırqda mülkiyyətçi bildirmişdir ki, avtomobilin satışından əldə edilmiş vəsaiti cavabdeh1 ona verməmişdir. Mülkiyyətçi məktubla Qəbələ rayon Polis İdarəsinə müraciət edərək avtomobilin alınmasını xahiş etmiş, bir müddət sonra isə avtomobil polis əməkdaşlarının iştirakı ilə götürülərək Bakı şəhərində cərimə meydançasına yerləşdirilmişdir. Avtomobilə görə ödənilmiş pul isə geri qaytarılmamışdır. Bununla bağlı iddiaçı cavabdeh1 və mülkiyyətçi cavabdeh2 əməlində cinayət tərkibinin olması əsası ilə X4 İdarəsinə müraciət olunmuş, polis tərəfindən iki dəfə araşdırma aparılmış, hər iki araşdırmanın nəticəsi olaraq cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. Polis hesab etmişdir ki, əməldə cinayət tərkibi yoxdur, iddiaçıya mülki qaydada müraciət etmək tövsiyyə olunmuşdur. 2024-cü ildə iddiaçı tərəfindən nəzarət qaydasında həmin qərardan şikayət verilmiş, lakin prokurorluq tərəfindən həmin şikayətə baxılmamış və ona heç bir cavab verilməmişdir. Ona məlum deyildir ki, avtomobilin alınması üçün ödənilmiş pul həqiqətən onun mülkiyyətçisinə verilməmişdir və yaxud həqiqətən cavabdeh1 pulun hamısını mənimsəmişdir. Hazırda hər iki şəxslə əlaqə saxlamaq mümkün olmamışdır. İstənilən halda hazırki vəziyyətdə o, avtomobilin dəyərini ödəmişdir və hazırda avtomobildən və puldan məhrum olmuşdur. Bu baxımdan hesab edir ki, avtomobilə görə ödədiyi pul ona qaytarılmalıdır.
18. Cavabdeh cavabdeh1 nümayəndəsi-vəkili Vəkil məhkəməyə elektron kabinet vasitəsilə iddia müddətinin tətbiqi barədə ərizə ünvanlayaraq bildirmişdir ki, iddiaçı R.İsmiyevin iddia tələbi əsassız olmaqla yanaşı, R.İsmiyev mövcud iddia tələbi üzrə iddia müddətini də ötürmüşdür. Odur ki, iddia müddəti tətbiq edilərək, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, R Ramil Vəliyevin cinayət işinin başlanmasının rədd edilməsinə dair ## ###### 2023-ci il tarixli qərarından görünür ki, hazırkı mülki iş üzrə iddiaçı İsmiyev Rafiq Mazan oğlu şikayət ərizəsi ilə müraciət edərək bildirmişdir ki, ## ###### 2019-cu il tarixdə maşın bazarında tanış olduğu cavabdeh1 “Ford Fokus” markalı avtomobili 17500 manata almış, Yasamal rayonu ərazisində yerləşən notariat kontorunda ona etbarnamə verilmişdir. 2020-ci iln mart ayında ona məlum olmuşdur ki, avtomobilin sahibi cavabdeh2 etibarnamə ilə avtomobilini Murad adlı şəxsə vermiş, Murad isə etibardan sui-istifadə edərək avtomobili ona satmış və pulunu mənimsədiyi üçün cavabdeh2 etibarnaməni ləğv etdirmişdir. Bu səbəbdən cavabdeh2 barəsində şikayət etmişdir. İddiaçı R.İsmiyevin iddiası tamamilə əsassızdır. Belə ki, o, cavabdeh2 ümumiyyətlə görməmişdir və onu tanımır. Həqiqətən avtomobil almaq niyyətində olmuşdur. Ceyhun adlı şəxs vasitəsi ilə təqdim edilən sənədlər əsasında cavabdeh2 ona sürücülük hüququ verən etibarnamə vermişdir. Lakin, həmin avtomobil ona uyğun olmadığından həmin avtomobili almaqdan imtina etmişdir. Onun adına etibarnamə veriləndən təxminən 7-10 gün sonra X6 ondan xahiş etmişdir ki, onun adına olan etibarnamənin qalan müddəti üçün T.Hacəliyeva tərəfindən ona etibar edilmişi İsmiyev Rafiq Mazan oğluna etibar etsin. Odur ki, N.Quliyevin xahişi əsasında onun (cavabdehin) adına olan etibarnamənin qalan müddəti üçün cavabdeh2 tərəfindən ona etibar edilmişi İsmiyev Rafiq Mazan oğluna etibar etmişdir. Bununla da R.İsmiyevi yalnız bir dəfə notariat kontorunda görmüşdür. R.İsmiyev tərərfindən ona hər hansı məbləğdə pul ödənilməmiş və verilməmişdir. Həmçinin o, avtomobilin sahibi cavabdeh2 nümayəndəsi qismində avtomobil satmamış və hər hansı məbləğdə pul almamışdır. Odur ki, iddiaçı R.İsmiyevin ona pul verərək ondan avtomobil almasına dair iddiasının dəlilləri tamamilə əsassızdır. İddia əsassız olmaqla yanaşı, iddiaçı R.İsmiyev mövcud iddia tələbi üzrə iddia müddətini də ötürmüşdür. Belə ki, göründüyü kimi, iddiaçı R.İsmiyev ##.##.2019-cu il tarixdə avtomobilə dair adına etibarnamə verilməsinə, 2020-ci ilin mart ayında avtomobilin sahibi cavabdeh2 etibarnaməni ləğv etdirməsinin ona məlum olmasına və mülkiyyətçinin məktubla Qəbələ rayon Polis İdarəsinə müraciət edərək avtomobilin alınmasını xahiş etməsinə, bir müddət sonra isə avtomobilin polis əməkdaşlarının iştirakı ilə götürülərək Bakı şəhərində cərimə meydançasına yerləşdirilməsinə əsaslnamaqla mövcud iddia tələbini irəli sürmüşdür. Göründüyü kimi, iddiaçı R.İsmiyev avtomobilə dair onun adına verilmiş etibarnamənin cavabdeh2 tərəfindən ləğv edilməsini 2020-ci ilin mart ayında bilmiş, həmçinin ##.##.2019-cu il tarixdə avtomobilə dair adına etibarnamə verilməsinə, 2020-ci ilin mart ayında polis əməkdaşlarının iştirakı ilə avtomobil götürülərək Bakı şəhərində cərimə meydançasına yerləşdirilmişdir. İddiaçı R.İsmiyev isə ## ######## 2025-ci il tariхdə (iddia ərizəsinin elektron məhkəmə sistemi vasitəsi ilə imzalandığı və göndərildiyi vaxt) mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən iddiaçı R.İsmiyev iddia müddətini ötürmüşdür. Odur ki, iddiaçı İsmiyev Rafiq Mazan oğlunun cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “pul tələbinə dair” iddia tələbi üzrə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid3 ifadəsində bildirmişdir ki, o, avtomobil ustasıdır və iddiaçının avtomobilinə baxış keçirmişdir. İddiaçı ilə düşmənçiliyi yoxdur. Ona avtomobil lazım idi. ##.##.2019-cu il tarixdə avtomobili bəyənmiş və almaq qərarına gəlmişdilər. Avtomobili satandan sənədləri istəmişdilər, cavabdeh1 dayısında olduğunu bildirmişdir. Onlar avtomobilin qadının adına olduğunu görmüşdülər, avtomobili satan onun gəlini olduğunu bildirmişdir. Avtomobili ev almaq məqsədilə satıldığını da qeyd etmişdi. Avtomobili 17.500 manata almışdılar, notariusda etibarnamə verilmişdi. Pul avtomobildə sayılaraq verilmişdi. Daha sonra etibarnamənin ləğv edidiyini bilmişdir. Sürücü də proseslərdə iştirak edirdi və Bakıya qayıdanda aldıqları atomobili o, sürürdü. cavabdeh1 texniki passportu təqdim etmişdi və daha sonra notariusa gəlmişdi. Verilən suallara cavab olaraq bildirmişdir ki, iddiaçı avtomobilə usta kimi baxış keçirməyini istəmişdi. Yol polisi etibarnamə vermədiyinə görə notariusa getmişdilər. O, avtomobildən düşmüş, cavabdeh1 avtomobilin qabağında, iddiaçı isə arxada oturmuşdu. İddiaçı pulu cavabdeh1 vermişdir. cavabdeh1 avtomobili ev almaq niyyəti ilə satdığı bildirilmişdi. Notarisa iddiaçı ilə cavabdeh1 getmişdilər.
20. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid2 ifadəsində bildirmişdir ki, 15 ildən çoxdur ki, sürücü kimi fəaliyyət göstərir. İddiaçını tanıyır, onunla qohumluğu yoxdur və sürücü kimi xidmət göstərmişdir. Onunla düşmənçiliyi yoxdur. 5 il əvvəl avtomobil almaq üçün maşın bazarına getmişdilər. Avtomobilin sənədinə baxmaq istəmişdilər və avtomobili satanın dayısı gəlmişdi. Avtomobilin satıcısının dayısı maşının onun gəlinin adına olduğu və ev almaq üçün satıldığını bildirmişdi. Avtomobildə iddiaçı arxada, cavabdeh1 isə qabaqda oturmuşdu və pul sayılaraq verilmişdi. Notariusa gedəndə o, avtomobildə gözləmişdir. cavabdeh1 pulu sayaraq götürmüşdü. Daha sonra iddiaçının aldadıldığını eşitmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, yol göstərmiş və birlikdə Bakıya qayıtmışdılar. Maşında pul veriləndə iddiaçı və cavabdeh1 olmuşdur. cavabdeh1 maşın bazarına sonradan gəlmişdir. Pul onun maşınında verilmişdi və o, iddiaçı, cavabdeh1 iştirak etmişdilər.
21. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid1 ifadəsində bildirmişdir ki, iddiaçını tanımır. Qonşuları Niyazi onlara avtomobil göstərmiş və avtomobil gətirilmişdi. Atası cavabdeh1 həmin maşını 1 gün yarım sürmüşdü və alçaq olduğu üçün bəyənməyərək qaytarmışdı. Hadisə 2019-cu ilin noyabr ayında baş vermişdir. Atası Niyazi tərəfindən maşının satılması üçün notariusa çağırılmışdı və birlikdə getmişdilər. İçəridə kimin olduğu yadında qalmamışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, ABŞ-da yaşayır və axırıncı dəfə 3 il əvvəl Azərbaycana gəlmişdir. cavabdeh2 tanımır. Qonşuları Niyaziyə avtomobillə bağlı pul verməmişdilər. Həmin vaxt atasının maşını yox idi və ona məxsus Vita markalı avtomobillə atasını notariusa aparmışdır. Avtomoblin satılmasına görə pul verməmişlər. Avtomobili maşın bazarına qonşuları Niyazi aparmışdı və sonuncu 2023-cü ilin dekabr ayında ürək tutmasından vəfat etmişdir. Avtomobil üçün təxminən 17.000 manat razılaşdırılmışdı.
22. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Ayşən Sultanova-Məmmədova) iddianın qismən təmin edilməsi, cavabdeh cavabdeh1 17.500 manat məbləğində pul, vəkilə hüququ yardıma görə ödənilmiş 400 manat və ödənilmiş 141 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı İsmiyev Rafiq Mazan oğluna ödənilməsi qət edilmişdir.
23. Məhkəmə iddianı qismən təmin edərkən qeyd etmişdir ki, iddiaçı 2020-ci ildən, yəni hüququnun pozulduğunu bildiyi andan etibarən müntəzəm olaraq polis və prokurorluq orqanlarına müraciət etmişdir. İş materiallarındakı 2021 və 2023-cü il tarixli qərarlar sübut edir ki, tərəflər arasında "cinayət tərkibinin olub-olmaması" məsələsi uzun müddət hüquqi araşdırma predmeti olmuşdur. Bu müddət ərzində iddiaçı dövlət orqanlarından gələcək yekun nəticəni gözlədiyinə görə, mülki iddia qaldırmaq imkanı faktiki olaraq məhdudlaşmışdır. Cavabdeh cavabdeh1 və onun yaxınları (vəfat etmiş Niyazi Quliyev) iddiaçını problemin həll olunacağına dair yalan vədlərlə (gah pulu qaytaracağını, gah mülkiyyətçini razı salacağını deməklə) aldadaraq vaxt qazanmışlar. İddiaçı yalnız hüquqmühafizə orqanlarının 2023-cü ilin sonundakı yekun "cinayət işi başlanmasının rədd edilməsi" qərarlarından sonra mübahisənin yalnız mülki müstəvidə həll edilməli olduğunu qəti şəkildə dərk etmişdir.
24. Məhkəmə qeyd etmişdir ki, iddiaçı baş vermiş hadisəni mülki mübahisə deyil, dələduzluq (cinayət) hesab etmiş və bu səbəbdən polisə müraciət etmişdir. Prokurorluq və polis tərəfindən qərarların dəfələrlə ləğv edilib yenidən baxılması (2020, 2021, 2023-cü illər) iddiaçıda prosesin davam etdiyi təəssüratını yaratmışdır. İddiaçı tərəfindən hüquq mühafizə orqanlarına müraciət edilməsi müddətin axımını dayandırmışdır. Hüquq mühafizə orqanından imtina cavabı aldıqdan sonra isə iddiaçı məhkəməyə müraciət etmişdir. Qeyd olunan halları nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir.
25. Məhkəmə iş materialları və şahidlər şahid3 və şahid2 ifadələrinə münasibətdə qeyd etmişdir ki, iddiaçı 17.500 manat məbləğində vəsaiti birbaşa cavabdeh1 təqdim etmişdir. Tərəflər arasında yazılı və ya notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi mövcud olmamış, sadəcə şifahi razılaşma olmuş, daha sonra notarial qaydada avtomobilin idarə edilməsi və ona dair sərəncam verilməsi barədə etibarnamə verilmişdir. İddiaçı cavabdeh1 qarşısında götürdüyü öhdəliyi icra edərək, ona razılaşdırılmışmış məbləği ödəmiş, cavabdeh1 isə bu vəsaiti qəbul etmiş və iddiaçı qarşısında avtomobilin tam mülkiyyət hüququnun ötürülməsini təmin etmək öhdəliyi götürmüşdür.
26. cavabdeh1 avtomobili iddiaçıya satarkən bildirmişdir ki, o, mülkiyyətçi cavabdeh2 nümayəndəsidir. Mülki qanunvericiliyə görə nümayəndə tərəfindən səlahiyyət daxilində edilən əqd birbaşa təmsil olunanın hüquq və vəzifələrini yaratsa da, hazırki işdə cavabdeh cavabdeh1 aldığı pulu mülkiyyətçiyə, yəni digər cavabdeh cavabdeh2 ötürməmişdir. Bu isə o deməkdir ki, cavabdeh1 nümayəndə kimi öz öhdəliyini dürüst icra etməmiş və iddiaçının vəsaitini mənimsəmişdir. İttiham aktından və cavabdeh cavabdeh2 izahatından görünür ki, o özü də dələduzluq qurbanı olmuş və zərərçəkmiş şəxs qismində tanınmışdır. O, avtomobilin satışından heç bir vəsait əldə etməmişdir. İddiaçı ilə birbaşa pul münasibətinə girən və vəsaiti fiziki olaraq qəbul edən şəxs cavabdeh1 olmuşdur. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 377.1, 385.1, 386.1, 439.4, 1091.1, 1091.2, 1092.1, 1096.1, 1096.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 121.1, 216-
27. 220, 358, 360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
28. Qətnamədən cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi R.İsmiyevin iddiasının təmin edilməsi əsası kimi ona istinad etmişdir ki, iddiaçı 2020-ci ildən, yəni hüququnun pozulduğunu bildiyi andan etibarən müntəzəm olaraq polis və prokurorluq orqanlarına müraciət etmişdir. İş materiallarındakı 2021 və 2023-cü il tarixli qərarlar sübut edir ki, tərəflər arasında “cinayət tərkibinin olub-olmaması” məsələsi uzun müddət hüquqi araşdırma predmeti olmuşdur. Bu müddət ərzində iddiaçı dövlət orqanlarından gələcək yekun nəticəni gözlədiyinə görə, mülki iddia qaldırmaq imkanı faktiki olaraq məhdudlaşmışdır. Cavabdeh cavabdeh1 və onun yaxınları (vəfat etmiş Niyazi Quliyev) iddiaçını problemin həll olunacağına dair yalan vədlərlə (gah pulu qaytaracağını, gah mülkiyyətçini razı salacağını deməklə) aldadaraq vaxt qazanmışlar. İddiaçı yalnız hüquq mühafizə orqanlarının 2023-cü ilin sonundakı yekun “cinayət işi başlanmasının rədd edilməsi” qərarlarından sonra mübahisənin yalnız mülki müstəvidə həll edilməli olduğunu qəti şəkildə dərk etmişdir. Cavabdeh X.Muradov avtomobili satmamış, onun adına olan etibarnaməni, yəni etibar edilmişi başqasına etibar etmişdir. Bu zaman iddiaçı R.İsmiyevdən hər hansı məbləğdə pul vəsaiti almamışdır. Qətnamədə şərh olunan “Cavabdeh cavabdeh1 və onun yaxınları (vəfat etmiş Niyazi Quliyev) iddiaçını problemin həll olunacağına dair yalan vədlərlə (gah pulu qaytaracağını, gah mülkiyyətçini razı salacağını deməklə) aldadaraq vaxt qazanmışlar”. Göstərilən hal barədə hər hansı şəxs fikir ifadə etməmiş və belə hal ümumiyyətlə mövcud olmamışdır. Məhkəmə iddianın təmin edilməsinə dair gəldiyi nəticəni, hətta həqiqəti təhrif etməklə, məhkəmədə müəyyən olunmamış və bu barədə hər hansı fikir ifadə edilməyən hala, yəni cavabdeh1 avtomobili iddiaçıya satarkən, mülkiyyətçi cavabdeh2 nümayəndəsi olmasını bildirməsi ilə əsaslandırmışdır ki, bu da şərh olunduğu kimi aşkar şəkildə mövcud olmamışdır. İddiaçı R.İsmiyev ##.##.2019-cu il tarixdə avtomobilə dair adına etibarnamə verilməsinə, 2020ci ilin mart ayında avtomobilin sahibi cavabdeh2 etibarnaməni ləğv etdirməsinin ona məlum olmasına və mülkiyyətçinin məktubla Qəbələ rayon Polis İdarəsinə müraciət edərək avtomobilin alınmasını xahiş etməsinə, bir müddət sonra isə avtomobilin polis əməkdaşlarının iştirakı ilə götürülərək Bakı şəhərində cərimə meydançasına yerləşdirilməsinə əsaslnamaqla mövcid iddia tələbini irəli sürmüşdür. Göründüyü kimi, iddiaçı R.İsmiyev avtomobilə dair onun adına verilmiş etibarnamənin cavabdeh2 tərəfindən ləğv edilməsini 2020-ci ilin mart ayında bilmiş, həmçinin 2020-ci ilin mart ayında polis əməkdaşlarının iştirakı ilə avtomobil götürülərək Bakı şəhərində cərimə meydançasına yerləşdirilmişdir. İddiaçı R.İsmiyev isə ## ######## 2025-ci il tariхdə (iddia ərizəsinin elektron məhkəmə sistemi vasitəsi ilə imzalandığı və göndərildiyi vaxt) mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən iddiaçı iddia müddətini ötürmüşdür. İddia müddətinin axımı hüquq mühafizə orqanlarına (olis orqanlarına) müraciətlə deyil, lazımı qaydada iddia qaldırılması ilə kəsilir. Göründüyü kimi, iddia əsassız olmaqla yanaşı, iddiaçı R.İsmiyev mövcud iddia tələbi üzrə iddia müddətini də ötürmüşdür. Mübahisə tərəfi olan cavabdeh cavabdeh1 iddia müddətinin tətbiqinə dair ərizə versə də, məhkəmə əsassız olaraq iddia müddətini tətbiq etməmişdir. Əksinə, aşkar şəkildə ötürülmüş iddia müddətini əsassız dəlillərlə pərdələmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
31. Məhkəmə iclasında cavabdeh cavabdeh1 birinci instansiya məhkəməsində nümayəndəsi, eyni zamanda vəkili olmuş Vəkil iştirak etsə də, o vəkil kimi səlahiyyətlərini təsdiq edən order təqdim etmədiyi üçün apellyasiya icraatına buraxılmamışdır.
32. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
33. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanındığını, avtomobilin hazırda onda olduğunu və apellyasiya şikayətini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.
34. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, digər cavabdeh cavabdeh1 məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
35. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
36. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
37. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.
38. Maddə 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.
39. Maddə 374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir.
40. Maddə 374.2. İddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir.
41. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
42. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
43. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
44. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
45. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
46. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
47. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
48. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
49. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
50. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
51. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
52. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
53. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
57. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
58. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
59. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
60. Qətnamədən tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
61. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. İşin hallarından göründüyü kimi, iddiaçı Rafiq İsmiyev 2019-cu ildə avtomobil almaq məqsədilə maşın bazarına getmiş və orada cavabdeh1la tanış olmuşdur. Tərəflər “Ford Focus” markalı avtomobilin 17500 manata satılması barədə razılığa gəlirmişlər. cavabdeh1 avtomobilin sənəd üzərində cavabdeh2 məxsus olduğunu, özünün isə etibarnamə ilə satışı həyata keçirdiyini bildirmişdir. cavabdeh1 cavabdeh2 tərəfindən ona verilmiş etibarnamə əsasında ##.##.2019-cu il tarixdə Bakı şəhəri ** saylı notariat ofisində iddiaçıya avtomobili idarə etmək və sərəncam vermək hüququna dair etibarnamə vermişdir. İddiaçı avtomobili öz adına keçirmək istəyərkən məlum olmuşdur ki, mülkiyyətçi cavabdeh2 etibarnaməni ləğv etmişdir. Nəticədə avtomobil polis tərəfindən götürülərək cərimə meydançasına yerləşdirilmişdir. Beləliklə iddiaçı həm ödədiyi puldan, həm də avtomobildən məhrum olmuşdur. Hazırda iddiaçı ödənilmiş 17.500 manatın cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etmiş, birinci instansiya məhkəməsi iddia tələbini cavabdeh1 yönələn hissədə təmin etmişdir.
63. cavabdeh1 isə bir tərəfdən mübahisəli avtomobili almaq istəsə də, alçaq olduğu üçün fikrindən daşındığını və adına etibarnamə olduğu üçün formal olaraq iddiaçıya etibarnamə verdiyini, lakin avtomobilə görə heç kəsə pul vermədiyini və heç kəsdən pul almadığını bildirir, digər tərəfdən isə iddia müddətinin tətbiqi barədə ərizə verərək iddia tələbinin rədd edilməsini xahiş edir.
64. Kollegiya cavabdehin hər iki dəlili ilə də razılaşmır. Birinci dəlilə münasibətdə Kollegiya qeyd edir ki, iş materialları və maraqlı şəxslərin izahatları ilə müəyyən olunur ki, mübahisəli avtomobil cavabdeh cavabdeh2 sahibliyindən X2 və X7 dələduzluq əməlləri nəticəsində çıxmışdır, belə ki, ##.##.2019-
65. cu il tarixdə ** saylı Notariat ofisində cavabdeh1 adına ümumi etibarnamə verilməklə avtomobil ona satılmış, ##.##.2019-cu il tarixdə isə iddiaçının adına “etibar edilmişi etibar etmə” qaydasında etibarnamə verilməklə avtomobil iddiaçıya satılmışdır.
66. Cavabdeh cavabdeh1 mövqeyi ondan ibarətdir ki, o, avtomobil almaq istəsə də, mübahisəli avtomobil onun tələblərinə uyğun olmadığna görə heç kəsə pul verməmiş və heç kəsdən də pul amamışdır.
67. Uzun sürən polis araşdırması zamanı cavabdeh1 izahat verməkdən yayınmış, təhqiqatçı da bunun işin həllinə təsir etməyəcəyi qənaətinə gəlmişdir.
68. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş cavabdeh1 oğlu şahid1 isə ifadəsində bildirmişdir qonşuları Niyazi onlara avtomobil göstərmiş və avtomobil gətirilmişdir. Atası cavabdeh1 həmin maşını 1 gün yarım sürmüşdü və alçaq olduğu üçün bəyənməyərək qaytarmışdı. Hadisə 2019-cu ilin noyabr ayında baş vermişdir. Atası Niyazi tərəfindən maşının satılması üçün notariusa çağırılmışdı və birlikdə getmişdilər. İçəridə kimin olduğu yadında qalmamışdır. ... Qonşuları Niyaziyə avtomobillə bağlı pul verməmişlər. ... Avtomoblin satılmasına görə pul verməmişlər. Avtomobili maşın bazarına qonşuları Niyazi aparmışdı və sonuncu 2023-cü ilin dekabr ayında ürək tutmasından vəfat etmişdir. Avtomobil üçün təxminən 17.000 manat razılaşdırılmışdı.
69. Göründüyü kimi, mübahisəli avtomobil qısa müddət olsa da, cavabdeh cavabdeh1 istifadə və sahibliyində olmuşdur. O, həmin avtomobilə görə heç kəsə pul vermədiyini və iddiaçıdan pul almadığını bildirsə də, bu qətiyyən inandırıcı görünmür.
70. Diqqət yetirdikdə aydın olur ki, cavabdeh cavabdeh1 etibarnamə ##.##.2019-cu il tarixdə verildiyi halda, iddiaçının adına etibarnamə ##.##.2019-cu il tarixdə rəsmiləşdirilmişdir. Göründüyü kimi, avtomobil 10 gün cavabdeh cavabdeh1 olmuşdur, bu isə o deməkdir ki, cavabdeh1 avtomobili almış, lakin bir neçə gün idarə etdikdən sonra onu satmaq qərarına gəlmişdir. Əgər, şahid1 bildirdiyi kimi, avtomobilə görə pul vermədən qısa müddətdə onu qaytarmaq (almamaq) qərarına gəlsəydilər, cavabdeh1 adına etibarnamə rəsmiləşməzdi, çünki normalda etibarnamə yalnız avtomobil bəyənilib alındıqdan sonra verilir. Bu əməliyyatlarda cavabdeh1 qonşusu olmuş mərhum Niyazinin nə kimi marağının olması isə vəziyyəti dəyişdirmir.
71. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı avtomobilin dəyərini cavabdeh cavabdeh1 ödəmişdir, ona görə də həmin pulu məhz sonuncu iddiaçıya qaytarmalıdır.
72. Beləliklə, iddiaçı etibarnamə əsasında onun dəyərini cavabdeh1 ödəməklə avtomobilə sahiblik etməyə başlamışdır. Sonradan mülkiyyətçi - cavabdeh cavabdeh2 iddiaçıya verilmiş etibarnaməni ləğv etdirmiş və avtomobilin iddiaçıdan alınması barədə Daxili İşlər Orqanlarına müraciət etmişdir.
73. İddia müddətinin tətbiqinə gəldikdə, Kollegiya bu məsələdə də birinci instansiya məhkəməsi ilə razılaşır.
74. Öncə qeyd olunmalıdır ki, iddia müddətinin tətbiqi məsələsi tərəflər arasında baş vermiş mülki hüquq münasibətlərinin xarakterindən asılıdır, belə ki, mülki qanunvericilikdə müxtəlif münasibətlər üzrə müxtəlif müddətlər nəzərdə tutulmuşdur.
75. Cavabdeh ərizəsində məhz hansı münasibətə hansı müddətin tətbiq edilməli olmasını qeyd etməsə də, güman etmək olar ki, söhbət “əsassız varlanma” tələbləri üzrə nəzərdə tutulmuş 2 illik iddia müddətindən gedir. Mülki Məcəllənin 1095-ci maddəsinin tələbinə görə, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür.
76. Göründüyü kimi, əsassız varlanma tələbləri üzrə iddia müddəti 2 ildir və həmin müddətin axımı şəxsə əsassız varlanma obyektini qaytarmaq hüququnun məlum olduğu vaxtdan başlayır. Kollegiya da razılaşır ki, iddiaçı hüquqlarının pozulduğunu təqribən 2020-ci ilin mart ayında bilmişdir.
77. Lakin işdən göründüyü kimi, 2020-ci il tarixdən iddiaçı ona dəymiş zərərlə bağlı hüquqmühafizə orqanlarına müraciət etmişdir. 2021 və 2023-cü il tarixli qərarlardan da görünür ki, tərəflər arasında "cinayət tərkibinin olub-olmaması" məsələsi uzun müddət araşdırma predmeti olmuşdur. Bu müddət ərzində iddiaçının dövlət orqanlarından gələcək yekun nəticəni gözləməsi, ona mülki iddia qaldırmaq imkanını faktiki olaraq məhdudlaşmışdır.
78. Göründüyü kimi, avtomobilin etibarnamə əsasında iddiaçıya faktiki satılması, sonradan avtomobilin cavabdeh cavabdeh2 tərəfindən geri alınması və iddiaçı tərəfindən digər cavabdeh cavabdeh1 ödəmiş pulun geri alınması uzun müddət cinayət təqibi orqanlarının araşdırma predmeti olmuş və bu məsələ ilə bağlı yekun qərar yalnız ## ###### 2023-cü il tarixdə qəbul edilmişdir ki, bundan sonra da iddiaçıya mübahisənin yalnız mülki müstəvidə həll edilməli olduğunu qəti şəkildə məlum olmuşdur.
79. Bununla yanaşı Kollegiya hesab edir ki, hazırkı iddianın başqa bir qanuni əsası da ola bilər ki, bu da deliktdir, çünki, cavabdeh cavabdeh1 iddiaçıdan aldığı pulu avtomobilin mülkiyyətçisinə çatdırmamaqla faktiki olaraq iddiaçıya zərər vurmuşdur. Yekunda avtomobil mülkiyyətçisinə qaytarılsa da, iddiaçının pulu qaytarılmamışdır. Bu da onu deməyə əsas verir ki, cavabdeh cavabdeh1 qanunsuz hərəkətləri (iddiaçıya qarşı törədilmiş mülki hüquq pozuntusu) nəticəsində iddiaçıya 17.500 manat zərər dəymişdir. Həmin tələblər üzrə iddia müddəti isə 10 ildir.
80. Qeyd olunan halları nəzərə alaraq, kollegiya da hesab edir ki, iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş iddia müddət ötürülməmişdir.
81. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
82. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən cavabdeh cavabdeh1 tərəfindən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.