Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1441/2026 07.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı MMC-nin cavabdeh İsrəfilova Aylin Əyyar qızına qarşı mülki iş üzrə (açar sözlər: kommunal xidmət haqqı tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, İddiaçı İddiaçı MMMC-nin cavabdeh İsrəfilova Aylin Əyyar qızına qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh İsrəfilova Aylin Əyyar qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, giriş 153, M8, m1 (köhnə ünvan: Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 92a, mənzil 1031) ünvanında yerləşən ümumi sahəsi 118.40 kv.m olan mənzilə dair İsrəfilova Aylin Əyyar qızının mülkiyyət hüququ ##.##.2024-cü il tarixdə qeydə alınmışdır. Çoxmənzilli evin idarə edilməsi haqqında ## ###### 2016-cı il tarixli müqavilədən görünür ki, "Hazırki müqaviləyə əsasən “Mülkiyyətçi” inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 92a ünvanında yerləşən çoxmənzilli evlərin idarə edilməsi ilə bağlı bütün səlahiyyətləri əvəzsiz olaraq “İdarə edən”ə verməyi, “İdarə edən” isə öz növbəsində “Mülkiyyətçi”nin inşa etdiyi çoxmənzilli evi ondan qəbul edib hazırki müqavilə ilə razılaşdırılmış şərtlər əsasında idarə edilməsini həyata keçirməyi öhdəsinə götürür." Tələbin güzəştinə dair ## ###### 2024-cü il tarixli, Y-**-***/**** nömrəli müqavilədən görünür ki, hazırki müqaviləyə əsasən "Mülkiyyətçi" müqavilə əsasında idarə etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin (bundan sonra - əmlak) idarə edilməsi ilə bağlı ## ###### 2024-cü il tarixədək yaranmış bütün tələb və hüquqlarını (o, cümlədən gələcəkdə yarana biləcək tələb və hüquqlarını) və səlahiyyətlərini əvəzsiz olaraq "İdarə edən"ə güzəşt edir, "İdarə edən" isə güzəşti qəbul etməsinə razılığını bildirir. "İdarə edən" öz növbəsində "xxxx" Mənzil Tikinti Kooperativi ilə, ünvan 1 ünvanında qeydiyyatda olan İbrahimov Etibar Cavad oğlu arasında bağlanmış "çox mənzilli binanın idarə edilməsi haqqında müqavilədən irəli gələn və "xxxx" Mənzil Tikinti Kooperativinin inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92A və 204A ünvanında yerləşən çoxmənzilli binadakı "Əmlak"-ın idarə edilməsi ilə bağlı tələblərə və hüquqlara aid bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatları ondan qəbul edib hazırkı müqavilə ilə razılaşdırılmış şərtlər əsasında idarə edilməsini həyata keçirməyi öhdəsinə götürür. Tələbin güzəştinə dair ## ###### 2024-cü il tarixli, Y-**-***/**** nömrəli müqaviləyə * saylı əlavədən görünür ki, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 92a, 1031 mənzili üzrə İsrəfilova Leyla Rəhman qızının borcu 1.110,40 manat təşkil edir. İddiaçı MMMC-nin Təsis Yığıncağının ## ###### 2025-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr.92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin idarə edilməsi ilə bağlı çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə mənzillərin hər kvadrat metri üçün müəyyən edilmiş 0,30 (otuz qəpik) AZN məbləğindəki qiymətin dəyişdirilməməsi və bu xidmətlərin göstərilməsi üzrə, mənzillərin hər kvadrat metri üçün 0,30 (otuz qəpik) AZN məbləğində müəyyən edilməsi, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin idarə edilməsi ilə bağlı çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə sahə mülkiyyətçilərini çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqqları və bu xidmətlərin göstərilməsi üzrə sakinlərlə müqavilə bağlanılması qərara alınmışdır. İddiaçı MMMC-in ##.##.2025-ci il tarixli kommunal borca dair bildirişindən görünür ki, İsrəfilova Aylin Əyyar qızına 169.M8.m1 (1031) mənzil üzrə kommunal borcunu 5 gün ərzində ödəməsi bildirilmişdir. İddiaçı MMMC-in maliyyə arayışından görünür ki, İsrəfilova Aylin Əyyar qızının ##.##.2021ci il tarixdən ##.##.2025-ci il tarixədək olan dövr üçün 1991,3 manat məbləğində İddiaçı MMMCyə ödənilməmiş kommunal borcu vardır; Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 40,60 (qırx manat altmış qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı MMMC cavabdeh İsrəfilova Aylin Əyyar qızına qarşı "pul" tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İsrəfilova Aylin Əyyar qızından 1991,3 (bir min doqquz yüz doxsan bir manat 30 qəpik) manat məbləğində kommunal xidmətlərə görə borc məbləğinin və 39,92 manat məbləğində dövlət rüsumunun, cəmi 2031,22 (iki min otuz bir manat 22 qəpik) manat pulun tutularaq iddiaçı İddiaçı MMMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra - “Cəmiyyət” adlandırılacaq) müstəqil təsərrüfat subyekti olmaqla Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 92a ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmış və öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının “Mülki Məcəllə”sinə, Azərbaycan Respublikasının “Mənzil Məcəlləsi”nə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və öz Nizamnaməsinə uyğun olaraq həyata keçirir. Cəmiyyət dövlət qeydiyyatına alınmaqla, ona dövlət reyestrindən çıxarış və qeyrikommersiya hüquqi şəxsin şəhadətnaməsi verilib. Cəmiyyətin nizamnaməsinə əsasən yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək hüququ İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə həvalə olunub. İddiaçı MMMC ilə çoxmənzilli binanın sahə mülkiyyətçiləri arasında bağlanan müqaviləyə əsasən kommunal xidmətlər, o cümlədən: giriş-çıxışa və əraziyə nəzarətin həyata keçirilməsi; ümumi istifadədə olan sahələrin, həyətin təmizlənməsi; liftlərə xidmət göstərilməsi, saz vəziyyətdə saxlanılması, təmiri və elektrik enerjisi ilə təmin olunması; məişət tullantılarının müəyyən olunmuş yerdən daşınması; cari təmir işlərinin həyata keçirilməsi; suyun anbardan nasoslar vasitəsilə mənzilə verilməsi; blokların, pilləkənlərin, həyətlərin işıqlandırılması işləri MMMC tərəfindən həyata keçirilir. Kommunal xidmətin haqqı mənzilin ümumi sahəsinin hər kvadrat metri üçün 30 qəpik məbləğində müəyyən olunmuşdur. Cavabdeh İsrəfilova Aylin Əyyar qızı çoxmənzilli binanın sahə mülkiyyətçisi kimi ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədiyi üçün, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 92A, **** saylı mənzilin mülkiyyətçisi olaraq İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ## ###### 2025-ci ilə qədər ümumilikdə 1.991,3 (bir min doqquz yüz doxsan bir manat 30 qəpik) manat məbləğində borcu yaranmışdır. Cavabdeh ona edilən xəbərdarlıqlara baxmayaraq həmin borcu bu günə qədər ödəməmişdir. Borcun ödənilməsini xahiş etsələr də, cavabdeh tərəf borcunu ödəməkdən yayınıb. Bu baxımdan pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Hesab edilir ki, iddia tələbində qeyd edilən 1991,3 (bir min doqquz yüz doxsan bir manat 30 qəpik) manat məbləğindəki borc məbləği və 39,92 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Kommunal xidmətin haqqı mənzilin ümumi sahəsinin hər kvadrat metri üçün 30 qəpik məbləğində müəyyən olunmuşdur. Cavabdeh İsrəfilova Aylin Əyyar qızı çoxmənzilli binanın sahə mülkiyyətçisi kimi ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədiyi üçün, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 92A, **** saylı mənzilin mülkiyyətçisi olaraq İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ## ###### 2025-ci ilə qədər ümumilikdə 1 991,3 (bir min doqquz yüz doxsan bir manat 30 qəpik) manat məbləğində borcu yaranmışdır. Cavabdeh ona edilən xəbərdarlıqlara baxmayaraq həmin borcu bu günə qədər ödəməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh İsrəfilova Aylin Əyyar qızından kommunal xidmətlərindən istifadəyə görə yaranmış borc üzrə 1991,3 (bir min doqquz yüz doxsan bir manat otuz qəpik) manat məbləğində pulun və dövlət rüsumuna görə ödənilmiş 39,92 (otuz doqquz manat doxsan iki qəpik) manat məbləğində pulun tutularaq İddiaçı MMMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı MMMC-nin Təsis Yığıncağının ## ###### 2025-ci il tarixli qərarına əsasən, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin idarə edilməsi ilə bağlı çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə mənzillərin hər kvadrat metri üçün müəyyən edilmiş 0,30 (otuz qəpik) AZN məbləğindəki qiymət dəyişdirilməsi və bu xidmətlərin göstərilməsi üzrə, mənzillərin hər kvadrat metri üçün 0,30 (otuz qəpik) AZN məbləğində müəyyən edilməsi, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin idarəedilməsi ilə bağlı çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə sahə mülkiyyətçilərini çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqları və bu xidmətlərin göstərilməsi üzrə sakinlərlə müqavilə bağlanılması qərara alınmışdır. Cavabdeh MMMC iştirakçılarının ümumi yığıncağında Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin idarə edilməsi ilə bağlı çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi məqsədilə, yuxarıda qeyd edilən əsalara baxmayaraq, yaşayış sahəsinə görə mütləq (məcburi) olan pul ödənişlərini etməkdən yayınır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 120.5, 122.3, 140.1, 140.3, 141.3, 142.4, 142.10-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 445, 445.2.1, 448.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 284-1, 284-5.1, 284-5.2, 284-5.3, 284-6.1-ci maddələrinə istinadla əsaslandırılmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri Cavabdeh İsrəfilova Aylin Əyyar qızı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi, borcun yalnız ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək olan 23 ay üzrə hesablanmış 816,96 manatı hissəsində tutulması, qalan hissədə isə qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddiaçı İddiaçı MMMC "pul" tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İsrafilova Aylin Əyyar qızından 1991,3 (bir min doqquz yüz doxsan bir manat 30 qəpik) manat məbləğində kommunal xidmətlərə görə borc məbləğinin və 39,92 manat məbləğində dövlət rüsumunun, cəmi 2031,22 (iki min otuz bir manat 22 qəpik) manat pulun tutularaq iddiaçı İddiaçı MMMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e- *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh İsrafilova Aylin Əyyar qızından 1.991,3 manat borc və 39,92 manat dövlət rüsumu olmaqla, cəmi 2.031,22 manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı MMMC-ııin xeyrinə ödənilməsi qət edilmişdir. Hesab edir ki, məhkəmənin adıçəkilən qətnaməsi maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, o, cümlədən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə çıxarıldığından dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 193.2 və 198.2-ci maddələrinə əsasən tələbin güzəşti ilə bağlı münasibətləri tənzimləyən normaların məzmununa görə əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir, tələbi başqa şəxsə güzəşt etmiş kreditor ona tələb hüququnu təsdiqləyən sənədləri təqdim etməyə və tələbin həyata keçirilməsi üçün əhəmiyyət daşıyan məlumatları bildirməyə borcludur. Lakin hazırki situasiyada tələbin hansı əsaslarla yaranması təsdiqini tapmır, yəni, tələb hüququnu təsdiqləyən borcun hansı əsaslarla yaranmasını əks etdirməli olan sənəd mövcud deyildir. Buna görə də yalnız tələbin güzəşti barədə müqavilə bu hissədə iddianın təmin edilməsi üçün əsas ola bilməz. İş materiallarından, o, cümlədən cavabdehə məxsus yaşayış sahəsinin çıxarışından göniniir ki, mənzilin ümumi sahəsi 118,40 kv.metr təşkil edir. İddiaçı MMMC tərəfindən müəyyən edilmiş tarifə əsasən hər kvadrat metr üçün aylıq 0,30 AZN hesablandıqda, cavabdehin aylıq ödəniş öhdəliyi 35,52 AZN təşkil edir. Bu baxımdan hesab edilir ki, yalnız ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək olan dövr üzrə, yəni 23 ay üçün hesablanmış 816,96 AZN məbləğində borc əsaslı hesab edilə bilər və cavabdeh həmin məbləğlə razıdır. Borcun qalan hissəsi isə həm hüquqi, həm də faktiki əsaslardan məhrum olduğundan, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməlidir. Bununla belə, birinci instansiya məhkəməsi tərəfindən iddia edilən borcun hesablanması zamanı MMMC-nin fəaliyyətə başlamasından əvvəlki dövr üzrə hesablamaların hansı hüquqi və faktiki əsaslara söykəndiyi araşdırılmamış, həmin dövr üzrə borcun yaranması və həcmi əsaslandırılmamışdır. Halbuki, iş materiallarından da göründüyü kimi, tələb hüququnun MMMC-yə ötürüldüyü tarixdən əvvəlki dövr üzrə ödənişlərin tələb edilməsi hüquqi əsasdan məhrumdur. Apellyasiya instansiyası məhkəməsinin oxşar iş üzrə hüquqi mövqeyindən də göründüyü kimi, kommunal xidmətlər üzrə borcun hesablanması zamanı tələb hüququnun hansı tarixdən yarandığı və həmin hüququn konkret subyektə hansı əsaslarla keçdiyi xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə qeyd etmişdir ki, xidmət göstərən qurumun fəaliyyətə başlamasından və ya tələb hüququnun ona ötürülməsindən əvvəlki dövr üzrə borcun həmin qurum tərəfindən tələb edilməsi yalnız bu hüququn açıq və əsaslandırılmış şəkildə sübuta yetirildiyi halda mümkündür. Əks halda, əvvəlki dövr üzrə hesablanmış məbləğlər hüquqi əsasdan məhrum hesab edilməlidir. Həmin qətnamədə həmçinin vurğulanmışdır ki, borcun hesablanması real və dəqiq göstəricilərə əsaslanmalı, xüsusilə sahə üzrə tarif tətbiq edilərkən mülkiyyət obyektinin ölçüsü və tətbiq edilən tariflər düzgün müəyyən edilməlidir. Bu baxımdan, məhkəmə yalnız əsaslandırılmış və sübutlarla təsdiq edilmiş dövr üzrə hesablanmış borc məbləğini qəbul etmiş, qalan hissədə isə tələbin əsassız olduğu qənaətinə gəlmişdir. Hazırki iş üzrə də analoji vəziyyət mövcuddur. Belə ki, MMMC-nin fəaliyyətə başlamasından əvvəlki dövr üzrə borcun hansı əsaslarla hesablandığı sübuta yetirilməmiş, bu hissədə tələb hüququnun mövcudluğu əsaslandırılmamışdır. Bu səbəbdən, yalnız tələb hüququnun mövcud olduğu dövr - yəni ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək olan 23 ay üzrə hesablanmış 816,96 AZN məbləğində borc əsaslı hesab edilə bilər, qalan hissədə isə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalıdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı İddiaçı MMMC-nin apellyasiya şikayətinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı MMMC cavabdeh İsrəfilova Aylin Əyyar qızına qarşı "kommunal xidmətlərə görə borc pul tələbinə dair" kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İsrəfilova Aylin Əyyar qızından 1991,3 (bir min doqquz yüz doxsan bir manat 30 qəpik) manat məbləğində kommunal xidmətlərə görə borc məbləğinin və 39,92 manat məbləğində dövlət rüsumunun, cəmi 2031,22 (iki min otuz bir manat 22 qəpik) manat pulun tutularaq iddiaçı “xxxx ” MMMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tam təmin edilmiş, qeyd olunan məbləğin cavabdehdən tutulması qət edilmişdir. Cavabdeh sözügedən qətnamədən apellyasiya şikayəti verərək, tələb hüququnun əsaslandırılmadığını, borcun yalnız müəyyən dövr üzrə hesablanmalı olduğunu və əvvəlki dövrlər üzrə borcun tələb edilməsinin hüquqi əsasının olmadığını iddia etmişdir. Hesab edilir ki, şikayət əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd edilməlidir ki, iş materialları ilə müəyyən olunur ki, çoxmənzilli yaşayış binasının idarə olunması ilkin olaraq ## ###### 2016-cı il tarixində “xxxx” Mənzil Tikinti Kooperativi ilə “idarə edən” İbrahimov Etibar Cavad oğlu arasında bağlanmış müqavilə əsasında həyata keçirilmişdir. Həmin müqaviləyə əsasən, idarə etdiyi əmlakda mülkiyyətində və ya istifadəsində mənzil və ya qeyri-yaşayış sahəsi olan şəxslərdən kommunal xidmətlər üçün ödənişləri qəbul etmək və həmin ödənişlərin vaxtında və tam həcmdə ödənilməsini tələb etmək “idarə edən”in hüququdur. Cavabdeh İsrəfilova Aylin Əyyar qızı 2021-ci ilin avqust ayından etibarən istifadə etdiyi kommunal xidmətlərə görə heç bir ödəniş etməmiş və bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, mənzil mülkiyyətçisinin kommunal xidmətlərə görə ödəniş etmək öhdəliyi qanundan irəli gəlir və bu öhdəlik yaşayış sahəsi ona verildiyi andan yaranır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.2.3-cü maddəsinə əsasən, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi mənzil-tikinti kooperativi üzvləri üçün-mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranır. İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti isə ## ###### 2023-cü il tarixində dövlət qeydiyyatına alınmaqla, ona dövlət reyestrindən çıxarış və qeyrikommersiya hüquqi şəxsin şəhadətnaməsi verilmişdir. Həmçinin, cəmiyyətin nizamnaməsinə əsasən yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək hüququ İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə həvalə olunmuşdur. Digər tərəfdən, İbrahimov Etibar Cavad oğlu ilə cəmiyyət arasında ## ###### 2024-cü il tarixli “Tələbin güzəştinə dair müqavilə” bağlanmışdır. Tələbin güzəştinə dair müqaviləyə əsasən, əvvəlki idarə edənə məxsus olan bütün tələb hüquqları, o cümlədən çoxmənzilli binada yerləşən mənzillər üzrə kommunal xidmətlərə görə yaranmış borcların tələb edilməsi hüququ iddiaçıya ötürülmüşdür. Belə ki, həmin müqavilənin 2.3.2-ci bəndinə əsasən, idarə edən qəbul etdiyi əmlak üzrə mülkiyyətində və ya istifadəsində mənzil və ya qeyri-yaşayış sahəsi olan şəxslərdən kommunal xidmətlərə görə yaranmış borcların tam həcmdə ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, iddiaçının tələb hüququnun mövcudluğu tam sübuta yetirilmişdir və cavabdehin bu barədə iddiaları əsassızdır. Cavabdehin borcun yalnız ## ###### 2024-cü il tarixindən sonrakı dövr üçün hesablanmalı olması barədə mövqeyi düzgün deyildir. Yaşayış sahəsi ona verildiyi andan cavabdeh kommunal xidmətlərdən faktiki olaraq istifadə etmiş və məhz 2021-ci ilin avqust ayından etibarən heç bir əsas olmadan kommunal xidmətlərə görə xidmət haqqını ödəməmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə bütün əhəmiyyətli hallar araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş və əsaslı nəticəyə gəlinmişdir. Apellyasiya şikayətində isə qətnamənin ləğvi üçün zəruri olan yeni hüquqi və ya faktiki hallar göstərilməmişdir. Ona görə də Bakı şəhər Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh İsrəfilova Aylin Əyyar qızının verdiyi apellyasiya şikayətinin təmin edilməməsi və qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsi xahiş olunur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir; Maddə 119.2. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil; Maddə 119.3. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsi bu Məcəllənin 44- 47-ci maddələrində nəzərdə tutulmuş qaydada keçirilən ümumi yığıncaqda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin səs çoxluğu ilə qəbul edilir. Maddə 121.1. Bu Məcəllənin 120.2-ci maddəsində göstərilən binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirak hüququ vardır; Maddə 122.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır: 122.1.1. qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq; 122.1.2. illik gəlir və xərclər smetasını, o cümlədən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini, çoxmənzilli binanın əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasını, ehtiyat fonduna xüsusi haqqı və ayırmaları, habelə bu fəsildə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş məqsədlər üçün digər xərcləri müəyyən etmək; 122.1.3. cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək; 122.1.4. çoxmənzilli binanın sahə mülkiyyətçiləri üçün işlər görmək və xidmətlər göstərmək; 122.1.5. qanunvericiliklə nəzərdə tutulmuş qayda və şərtlərlə bank kreditlərindən istifadə etmək; 122.1.6. cəmiyyətə xidmət göstərən və cəmiyyət üçün işləri yerinə yetirən şəxslərə müqavilə üzrə maddi və pul vəsaitlərini vermək; 122.1.7. cəmiyyətə məxsus olan əmlakı satmaq, dəyişdirmək və müvəqqəti istifadəyə vermək. Maddə 122.3. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır; Maddə 122.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır; Maddə 125.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və bu Məcəllə, həmçinin nizamnamə ilə müəyyən edilmiş qaydada çağırılır; Maddə 125.2. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətləri aşağıdakılardır: 125.2.4. cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək; Maddə 125.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının cəmiyyətin idarə heyətinin səlahiyyətlərinə aid olan məsələləri həll etmək hüququ vardır; Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar; Maddə 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün - yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan; Maddə 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1.çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.1.kommunal xidmətlərə görə haqq; Maddə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər; Maddə 137.7. Bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər; Maddə 137.8. Yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər; Maddə 137.9. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər; Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Maddə 140.1. Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Maddə 141.1. Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Maddə 141.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə. Maddə 141.3. Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Maddə 141-1.1. Bu Məcəllənin 141.2-ci maddəsində nəzərdə tutulmuş idarəetmə üsulundan asılı olmayaraq çoxmənzilli binanın idarə edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir. Maddə 141-1.2. Bu Məcəllənin 142-ci maddəsində nəzərdə tutulmuş çoxmənzilli binanın idarə edilməsi müqaviləsi bu Məcəllənin 141-1.1-ci maddəsində göstərilən qaydada nəzərdə tutulmuş bütün müddəaları (o cümlədən həmin qaydada edilən sonrakı dəyişikliklər nəzərə alınmaqla) əks etdirməklə bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 394-1.1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir. Maddə 394-1.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər. Maddə 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia tam təmin olunduğundan, cavabdeh qətnaməni qismən borcun ##.##.2024cü il tarixdən ##.##.2025-ci il tarixədək olan 23 ay üzrə hesablanmış 816,96 manat hissəsi istisna olmaqla qalan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi kommunal borcun məbləği hissəsində dəyişdirilməlidir. Hazırkı iş üzrə iddiaçının tələblərindən, cavabdehin apellyasiya şikayətinin dəlillərindən müəyyən olunur ki, tərəflər arasında mübahisə iddiaçının cavabdehə göstərdiyi kommunal xidmətlərin məbləği ilə bağlı yaranmışdır. Belə ki, iddiaçı ##.##.2021-ci il tarixdən ##.##.2025-ci il tarixədək cavabdehə göstərdiyi kommunal xidmətlər üzrə yaranmış borcun məbləğinin 1.991,3 manat olmasını iddia edir, cavabdeh isə ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək 23 ay üçün iddiaçıya 816,96 manat kommunal xidmət borcunun olmasını etiraf edir. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, giriş 153, M8, m1 (köhnə ünvan: Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 92a, mənzil 1031) ünvanında yerləşən ümumi sahəsi 118.40 kv.m olan mənzil ##.##.2024-cü il tarixdən İsrəfilova Aylin Əyyar qızının mülkiyyətindədir. Mülki işdə olan Tələbin güzəştinə dair ## ###### 2024-cü il tarixli, Y-**-***/**** nömrəli müqaviləyə * saylı əlavədən görünür ki, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 92a, 1031 mənzili üzrə İsrəfilova Leyla Rəhman qızının borcu 1.110,40 manat təşkil edir. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, giriş 153, M8, m1 (köhnə ünvan: Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 92a, mənzil 1031) ünvanında yerləşən ümumi sahəsi 118.40 kv.m olan mənzil ##.##.2024-cü il tarixdən İsrəfilova Aylin Əyyar qızının mülkiyyətində olduğundan, iddiaçının təqdim etdiyi sübutlarla Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 92a, 1031 mənzili üzrə İsrəfilova Leyla Rəhman qızının borcunun 1.110,40 manat olması müəyyən olunduğundan, cavabdeh apellyasiya şikayətində iddiaçıya kommunal xidmətlərə görə borcunun 816,96 manat olmasını etiraf edərək qətnaməni bu hissədə mübahisələndirmədiyindən, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi borcun məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində dəyişdirilməli, borc məbləği 816,96 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamədə iddianın qiyməti beş min manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi Cavabdeh İsrəfilova Aylin Əyyar qızının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi kommunal borcun məbləği hissəsində dəyişdirilsin. İddia həmin hissədə qismən təmin edilsin. Cavabdeh İsrəfilova Aylin Əyyar qızından kommunal xidmətlərdən istifadəyə görə yaranmış borc üzrə 816,96 manat iddiaçı İddiaçı MMMC-in xeyrinə tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-6)-1441/2026
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1441/2026
07.05.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver