Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-1472/2026 02.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı fərdi yaşayış evinin boşaldılaraq sökülməsi əvəzində yeni mənzilin təhvil verilməsi kirayə haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: iddiadan imtina Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4katibliyi ilə, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı fərdi yaşayış evinin boşaldılaraq sökülməsi əvəzində yeni mənzilin təhvil verilməsi kirayə haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən tikilinin sökülməsinə; Mülkiyyətində olan sahəyə görə ona həmin ünvanda inşa olacaq binanın “G” bloku 3-cü mərtəbəsində, * nömrəli 45 m2 sahəsi olan təmirli mənzilin verilməsinə, binanın tikintisi bitənədək yaşayacağı mənzilin kirayə haqqı kimi cavabdehə hər ay 600 manat məbləğində vəsaitin ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsinə əsasən iddia rədd edilmiş, iş üzrə aparılmış məhkəmə tikintitexniki ekspertizası ilə bağlı 100 manat məbləğində ekspertiza xərcinin iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı 300 manat məbləğində ekspertiza xərci iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməsi qət edilmişdir.
Apellyasiya instansiyası məhkəməsində icraat
3. Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 52.5. Iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.5. Birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
6. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, ... Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vurğulamışdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Belə ki, iş yalnız şəxsin ərizə və ya şikayəti əsasında başlanır (Mülki Prosessual Məcəllənin 5.1-5.3-cü maddələri). Iddiaçı iddiadan imtina edə bilər, cavabdeh iddianı etiraf edə bilər, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla tamamlaya bilər (Mülki Prosessual Məcəllənin 5.4, 52.1-52.3-cü maddələri). Bununla belə nəzərə almaq lazımdır ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
7. Məhkəmə kollegiyası iddiadan imtina barədə ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, imtina qanunauyğun olduğu və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməli, qətnamə ləğv olunaraq iş üzrə icraata xitam verilməlidir.
8. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı fərdi yaşayış evinin boşaldılaraq sökülməsi əvəzində yeni mənzilin təhvil verilməsi kirayə haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.