Məhkəmə qərarları › İş №e-2(3-6)-1498/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1498/2026

07.05.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qətnamə Bakı şәhәri İş № e-2(3-6)-1498/2026 07.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-in - cavabdeh Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə borcun ödənilməsi) Bakı Apellyasiya Mәhkәmәsinin Mülki kollegiyası, hakimlәr X1 (sәdrlik edәn vә mәruzәçi), X2 Fәrrux Hüseynağa oğlundan ibarәt tәrkibdә, Bakı şәhәri Sәbail Rayon Mәhkәmәsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qәtnamәsindәn cavabdeh Cavabdeh tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Bakı Apellyasiya Mәhkәmәsinin binasında yazılı icraat qaydasında baxaraq, müәyyәn etdi. Işin halları

1. Abonent kartının surәtindәn (abonent kodu: 0623903000020) görünür ki, Cavabdeh ünvan 1 ünvanı üzrә su vә kanalizasiya xidmәtlәrindәn istifadәyә görә 950,27 manat ödәnilmәmiş borcu yaranmışdır.

2. ##.##.2025-ci il tarixli xәbәrdarlıq mәktubunun surәtindәn görünür ki, “Iri Şәhәrlәrin Birlәşmiş Su Tәchizatı Xidmәti” PHŞ tәrәfindәn borcun ödәnilmәsi ilә bağlı Cavabdeh xәbәrdarlıq edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı “Iri Şәhәrlәrin Birlәşmiş Su Tәchizatı Xidmәti” PHŞ cavabdeh Cavabdeh qarşı “su tәchizatı vә tullantı sularının axıdılması xidmәtlәrinә görә yaranmış borcun ödәnilmәsi” tәlәbinә dair iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, cavabdehdәn 950,27 manat borcun vә ödәnilmiş dövlәt rüsumunun iddiaçının xeyrinә tutulması barәdә qәtnamә çıxarılmasını xahiş etmişdir.

4. Iddia tәlәbi onunla әsaslandırılmışdır ki, iddiaçı Cavabdeh su tәchizatı sistemindәn suyun buraxılması vә tullantı sularının axıdılması xidmәtlәri göstәrir. Cavabdeh әhali qrupu abonentinә aid olmaqla ötәn dövr әrzindә xidmәtdәn mütәmadi olaraq istifadә etsә dә, istifadә etdiyi xidmәtin dәyәrini tam ödәmәmiş, nәticәdә 950,27 manat borcu yaranmışdır. Lakin cavabdeh xidmәtlәrdәn mütәmadi olaraq istifadә etsә dә, istifadә etdiyi xidmәtlәrә görә ödәniş etmәmişdir.

5. Mәhkәmә iddia әrizәsi üzrә tәlәb olunan mәblәğin beş min manatdan az olduğu üçün hazırki mülki işә Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 284-1-ci maddәsinә әsasәn kiçik iddialara dair işlәr üzrә sadәlәşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

6. Bakı şәhәri Sәbail Rayon Mәhkәmәsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qәtnamәsi ilә (hakim Ilkin Rüstәmli) iddianın tәmin edilmәsi, 950,27 manat borc vә 30 manat ödәnilmiş dövlәt rüsumunun әvәzinin Cavabdeh tutulub “Iri Şәhәrlәrin Birlәşmiş Su Tәchizatı Xidmәti” PHŞ-yә ödәnilmәsi qәt edilmişdir.

7. Mәhkәmәnin mövqeyi ondan ibarәt olmuşdur ki, “Iri Şәhәrlәrin Birlәşmiş Su Tәchizatı Xidmәti” PHŞ ilә Cavabdeh arasında “su tәchizatı sistemindәn su buraxılması vә tullantı sularının axıdılması xidmәtlәri” haqqında razılığa gәlmiş, iddiaçı tәşkilat tәrәfindәn cavabdehә xidmәtlәr göstәrilmiş, lakin cavabdeh razılaşdırılmış şәrtlәrә әmәl etmәyәrәk üzәrinә düşәn öhdәliyi lazımınca vә vaxtında icra etmәmiş, nәticәdә iddiaçıya borcu yaranmışdır. Cavabdeh üzәrinә götürdüyü öhdәliklәri lazımınca icra etmәdiyindәn vә “Iri Şәhәrlәrin Birlәşmiş Su Tәchizatı Xidmәti” PHŞ qarşısında borcu yarandığından, iddiaçının cavabdehdәn tutulmasını tәlәb etdiyi 950,27 manat borc tutularaq iddiaçıya ödәnilmәlidir.

8. Mәhkәmә gәldiyi nәticәni Azәrbaycan Respublikasının Mülki Mәcәllәsinin 385.1, 386.1ci; Mәnzil Mәcәllәsinin 135.1-ci; “Su tәhcizatı vә tullantı suları haqqında” Azәrbaycan Respublikası Qanununun 61 vә 62-ci maddlәri;, Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2014-cü il ## #### tarixli *** nömrәli qәrarı ilә tәsdiq edilmiş “Sudan istifadә qaydalarının” 4.1.3cü bәndi; Azәrbaycan Respublikasının Tarif Şurasının ## ###### 2011-ci il tarixli Qәrarına vә Mülki Prosessual Mәcәllәnin 119.1, 14.2, 77.1, 88, 217.3 vә 216-220-ci maddәlәrinә istinadla әsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Qәtnamәdәn cavabdeh Cavabdeh apelyasiya şikayәti verәrәk qәtnamәnin lәğv edilmәsini, iddia әrizәsinin tәmin edilmәmәsinә dair yeni qәtnamә qәbul edilmәsini xahiş etmişdir.

10. Apellyasiya şikayәtindә göstәrilmişdir ki, qәtnamәni qanunsuz vә әsassız hesab edir. Belә ki, cavabdeh 32 kv.metr ölçüdәn ibarәt mәnzildә yaşayır vә hәmin mәnzildә sudan istifadә edilmәsinә dair SMART tipli Suölçәn cihaz quraşdırılmışdır vә hәr ay ödәdiyi mәblәğә görә sudan istifadә etmişdir. Lakin, sonradan cihaza pul vura bilmәdiyinә görә iddiaçıya mәlumat vermişdir. Iddiaçı hәmin Suölçәn cihazı dәyişdirmәk istәmiş, lakin suölçәn cihaz olmadığı üçün onun platasını dәyişdirdiklәrini bildirәrәk, әvvәlki qaydada işlәyәcәyini demişlәr. Hal-hazırda mәlum olmuşdur ki, iddiaçı idarәnin nümayәndәlәri onu aldadaraq әsassız borc yazmışlar. Iddiaçının borcun ödәnilmәsinә dair ##.##.2025-ci il tarixdә xәbәrdarlıq etmәsi hәmin borcun yaranmasını tәsdiqi sayılmamalıdır. Qәtnamәdә göstәrilmişdir ki, Azәrbaycan Respublikasının Tarif Şurasının ## ###### 2011-ci il tarixli Qәrarına әsasәn әhali qrupu üçün su tәchizatı vә tullantı sularının axıdılması xidmәtinә görә 1 m3 suyun qiymәti 0,3 manat müәyyәn edilmәklә, miqdarda tullantı sularının axıdılmasına görә xidmәtin qiymәti isә 0,06 manat müәyyәn edilmişdir. Göründüyü kimi sudan istifadә hәmin qaydalara uyğun olaraq hesablanarsa 950,27 manat borc bir neçә ilә hesablanmalıdır. Qeyd edir ki, onlar 3 nәfәr hәmin ünvanda 30 (otuz) ildәn çox müddәtdir ki, yaşayırlar vә sudan istifadәyә görә Suölçәn cihazda göstәrilәn mәblәği vaxtlı-vaxtında ödәmişdir. Onu da, qeyd edir ki, Suölçәn cihazın göstәricisi pozulduğu halda su tәchizatı müәssisәsi bu dövrdә istifadә olunmuş suyun hәcmini әvvәlki müvafiq dövrdәki göstәricini nәzәrә almaqla, borunun suburaxma qabiliyyәtinә әsasәn müәyyәnlәşdirir. Suölçәn cihazın göstәricisinin pozulması dövrünün müәyyәnlәşdirilmәsi qaydası müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn tәsdiq olunur Idiaçının nәzarәtçilәri isә hәr ay gәlib Suölçәn cihazı yoxlayırlar. Bildirir ki, iddiaçı hәmin mәblәğdә borcun nә vaxtdan, hansı әsasla yaranmasını müәyyәn etmәdәn, borcun yaranmasına dair heç bir akt vә ya sair sәnәd tәrtib etmәdәn qanunsuz vә әsassız tәlәb irәli sürmüşlәr. Hesab etmişdir ki, mәhkәmә iclasına çağırıldıqda sudan istifadә etdiyinә görә ödәniş qәbzlәrini tәqdim edәr. Lakin, hazırda bilmişdir ki, iştirakı olmadan mübahisәyә baxılmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayәtinә qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

12. “Su tәchizatı vә tullantı suları haqqında” ## ####### 1999-cu il tarixli, ***-IQ nömrәli Azәrbaycan Respublikası Qanunun 1-ci maddәsindә qeyd edilir ki, su tәchizatı sistemi - suyu mәnbәdәn götürәn, tәmizlәyәn vә istehlakçıya çatdıran bir vә ya bir qrup qurğu, o cümlәdәn magistral (ümumilәşdirilmiş) vә paylayıcı (daxili) su kәmәrlәri (xәtlәri) şәbәkәsidir;

13. Qanunun 13-cü maddәsinin 1-ci bәndindә qeyd edilir ki, su tәchizatı müәssisәlәri aşağıdakı hallarda özünün xidmәti zonasının konkret әrazisindә mәişәt (tәsәrrüfat)-içmәli su ehtiyaclarının ödәnilmәsi üçün obyektlәri lazımi miqdarda su ilә tәmin etmәli, habelә su kәmәrlәri xәtlәrini quraşdırmalıdırlar: a) müәssisәnin xidmәti zonasında yerlәşәn tәlәbatçıların (istehlakçıların) sifarişini aldıqda; b) su tәchizatının yeni su kәmәrlәri xәtlәri vasitәsi ilә tәmin olunması nәzәrdә tutulan obyektlәr, binalar, o cümlәdәn tikilmәkdә olan vә ya layihәlәşdirilәn binalar mövcud olduqda; c) hәmin әrazidә obyektlәrin su ilә tәchizatından әvvәl müvafiq normativ hüquqi aktlarla müәyyәn edilәn tәlәblәrin yerinә yetirilmәsini vә xidmәt haqqının ödәnilmәsini nәzәrdә tutan lazımi müqavilәlәr bağlandıqda.

14. Qanunun 62-ci maddәsindә qeyd edilir ki, qanunvericiliklә başqa hallar nәzәrdә tutulmadıqda istehlakçı su tәchizatı vә kanalizasiya müәssisәlәrinә, onların göstәrdiklәri xidmәtlәrә görә borcu, hesabın ödәnilmәsinә tәqdim olunduğu gündәn bir ay müddәtindә ödәmәdikdә, su tәchizatı vә kanalizasiya müәssisәsi qanunvericilikdә nәzәrdә tutulmuş müvafiq tәdbirlәri görmәlidir. Obyektin ayrılmasından sonra da borcların bütün mәblәğinin ödәnilmәsi tәlәbi yerinә yetirilmәdikdә, su tәchizatı vә kanalizasiya müәssisәsinin ödәnilmәyәn mәblәği mәhkәmә qaydasında tәlәb etmәk, o cümlәdәn qanunvericiliyә zidd olmayan hallarda borc mәblәğinin borclunun әmlakı hesabına ödәnilmәsi barәdә iddia qaldırmaq hüququ vardır.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsinin qәtnamәsinin әsaslılığını onun düzünә vә ya dolayısı ilә mübahisәlәndirilәn hissәsindә, şikayәt qәrarın lәğv edilmәsinә yönәldikdә vә ya apellyasiya şikayәtindә vә ona etirazlarda ifadә olunmuş dәlillәrә әsasәn mübahisәnin predmeti bölünmәz olduqda isә tam yoxlayır.

16. Apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsi tәrәfindәn maddi vә prosessual hüquq normalarının tәtbiqinin düzgünlüyünü apellyasiya şikayәtinin dәlillәrindәn asılı olmayaraq yoxlayır.

17. Hazırki halda cavabdehin apellyasiya şikayәti qәtnamәnin lәğvinә yönәldiyi üçün kollegiya qәtnamәnin әsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Bakı Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyası aşağıdakılara әsasәn hesab edir ki, apellyasiya şikayәti әsassız olduğundan tәmin edilmәmәli, qәtnamә dәyişdirilmәdәn saxlanılmalıdır.

19. Belә ki, iddiaçı hazırkı iddiasında cavabdeh tәrәfindәn istifadә edilmiş suyun dәyәri olaraq ödәnilmәmiş pul mәblәğinin cavabdehdәn tutulmasını xahiş etmişdir.

20. Birinci instansiya mәhkәmәsi tәrәfindәn iddia tәlәbi tәmin edilmişdir.

21. Qәtnamәdәn apellyasiya şikayәti verәn cavabdehin şikayәtinin dәlillәri ondan ibarәtdir ki, o vaxtlı vaxtında istifadә etdiyi suyun pulunu ödәmişdir, sonra cihaza pul vura bilmәdiyinә görә iddiaçıya mәlumat vermiş, iddiaçı hәmin Suölçәn cihazı dәyişdirmәk istәmiş, lakin suölçәn cihaz olmadığı üçün onun platasını dәyişdirdiklәrini bildirәrәk, әvvәlki qaydada işlәyәcәyini demişlәr. Hal-hazırda mәlum olmuşdur ki, iddiaçı idarәnin nümayәndәlәri onu aldadaraq әsassız borc yazmışlar. Iddiaçı tәrәfindәn borcun hansı müddәt üçün yazılması ilә bağlı mәhkәmәyә mötәbәr sübutlar tәqdim edilmәmişdir. Mәhkәmә iclasına dәvәt edilәcәyini düşünәrәk ödәniş qәbzlәrini tәqdim edәcәkdi, lakin sonradan bilmişdir ki, mәhkәmә iclasın onun iştirakı olmadan keçirilmişdir.

22. Mәhkәmә kollegiyası birinci instansiya mәhkәmәsinin mövqeyi ilә razılaşaraq qeyd edir ki, işdә olan Abonent kartının surәtindәn (abonent kodu: 0623903000020) görünür ki, Cavabdeh ünvan 1 ünvanı üzrә su vә kanalizasiya xidmәtlәrindәn istifadәyә görә 950,27 manat ödәnilmәmiş borcu yaranmışdır.

23. Mәhkәmә kollegiyası qeyd edir ki, cavabdeh iddia tәlәbinә etiraz etsә dә, iddia tәlәbinә etirazının әsası kimi istinad etdiyi hallarla bağlı mәhkәmәyә hәr hansı mötәbәr sübut tәqdim etmәmişdir.

24. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 14.2-ci maddәsinә әsasәn, mәhkәmә yalnız tәrәflәrin tәqdim etdiklәri sübutları araşdırmalı vә onlardan istifadә etmәli, 77.1-ci maddәsinә görә isә, hәr bir tәrәf öz tәlәblәrinin vә etirazlarının әsası kimi istinad etdiyi halları sübuta yetirmәlidir.

25. Qeyd olunmalıdır ki, sübutetmә dedikdә, iddianın әsaslandığı hüququn vә ya buna qarşı etirazın söykәndiyi halların (hadisәlәrin) olub-olmadığı haqqında mәhkәmәnin qәnaәtә gәlmәsi üçün hәyata keçirilәn prosessual fәaliyyәt başa düşülür. Bu baxımdan sübutetmәnin predmetini tәrәflәrin mübahisәlәndirdiklәri hal(lar) tәşkil edir. O mübahisәli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nәticә bağlayır. Başqa sözlә, hansısa halın baş verib- vermәmәsi şәxsin hüququnun yaranması, itirilmәsi vә sair kimi hüquqi nәticә yaradır. Mәhz bu cür halların sübuta yetirilmәsi üçün tәrәflәrin mәhkәmәyә dәlil tәqdim etmәlәri zәruridir. Bu baxımdan tәrәflәrin tәlәb vә etirazlarını әsaslandıran halların vә işi düzgün hәll etmәk üçün әhәmiyyәti olan başqa halların mövcud olduğu vә ya olmadığı barәdә mәhkәmәnin әldә etdiyi mәlumatlar sübutlar hesab olunur (Mülki Prosessual Mәcәllәnin 76.1ci maddәsi).

26. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 77.1-ci maddәsinin tәlәbinә görә sübut edilmәli hallar dedikdә, hәmin hallara mübahisәli hüquq münasibәtinin mövcudluğu ilә әlaqәdar olan faktlar vә cavabdeh tәrәfindәn iddiaçının hüququnun pozulmasını vә mübahisәlәndirilmәsini tәsdiqlәyәn faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinә әsasәn iddia üzrә iddiaçının tәlәblәri vә cavabdehin etirazları bilavasitә sübutetmә yükü ilә bağlıdır, işin faktiki hallarının müәyyәn edilmәsinin mәhkәmә qәrarının qanuniliyinin vә әsaslığının әsas göstәricisi olduğu nәzәrә alınsa, bu institut xüsusi әhәmiyyәt kәsb edir.Iddia tәlәblәrinin vә etirazın әsaslarının tәsdiqlәnmәsiüçün tәrәfin sübut etmәdiyi hallarımәhkәmә mövcud olmayan kimi rәdd edә bilәr. Bu mәnada, mülki hüquq münasibәtlәri iştirakçılarının vicdanlılığı prezumpsiyasına әsaslanan iddianın әsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

27. Sübutetmә üzrә vәzifәlәrin müәyyәn edilmәsi hәm dә iş üçün әhәmiyyәt kәsb edәn halların mötәbәr aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibәtlәrdә yaranan qeyri-müәyyәnliyin aradan qaldırılması mәqsәdini daşıyır. Bununla belә, sübutların çatışmazlığı ilә bağlı işin halları barәdә etibarlı qәnaәtlәr mümkün olmadıqda, mәhkәmә sübutların kifayәtedici olmamasına vә işin faktiki hallarının müәyyәn edilmәmәsinә istinadәn qәrarın çıxarılmasından yayına bilmәz. Bu mәnada, bir tәrәfdәn qeyri-müәyyәnliyin aradan qaldırılmasına, digәrtәrәfdәn müvafiq faktların mövcud olub-olmamasında mәhkәmә mülahizәsinin mәhdudlaşdırılmasına xidmәt edәn mexanizm qismindә sübutetmә yükünün bölüşdürülmәsi institutu çıxış edir.

28. Qanunvericiliyin mәnasına görә, sübutların qiymәtlәndirilmәsi tәfәkkür prosesi olub, iş üzrә toplanmış sübutetmә materialının hәm qanunun tәlәbinә uyğunluğunun, hәm dә tamlığının, işә aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötәbәrliyinin müәyyәn edilmәsini vә onların әsasında nәticәyә gәlinmәsini ehtiva edir. Sübutların düzgün qiymәtlәndirilmәsi baxılan işin mahiyyәti üzrә hәll edilәrәk, qanuni vә әsaslı qәtnamәnin çıxarılması üçün mühüm әhәmiyyәt kәsb edir. Sübut o halda mötәbәr hesab olunur ki, yoxlama nәticәsindә onun mәzmununu tәşkil edәn mәlumatlar işin hәqiqi halına uyğun olur.

29. Mәhkәmә kollegiyasının qәnaәtinә görә işin obyektiv hәlli üçün yalnız mötәbәr sübutlardan istifadә oluna bilәr. Sübutlar sübut edilәn fakta birmәnalı bağlı olmalı, yәni hәmin faktın varlığı barәdә güvәnli nәticә çıxarmağa әsas vermәlidir. Mülki prosesdә sübutlar әsasında nәticә çıxararkәn aşağıdakı qayda әsas tutulmalıdır: 1) güvәnli nәticәyә gәlmәkdәn ötrü bir yox, bir neçә sübut olmalıdır; 2) sübutların heç birinin güvәnliliyi şübhә doğurmamalıdır; 3) bu sübutlar bir-birini tәsdiq etmәli vә tamamlamalıdır; 4) bu sübutlar birlikdә dәyәrlәndirilmәlidir.

30. Hәmçinin birinci instasniya mәhkәmәsi tәrәfindәn iddia әrizәsi üzrә tәlәb olunan mәblәğin beş min manatdan az olduğu üçün hazırki mülki işә Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 284-1-ci maddәsinә әsasәn kiçik iddialara dair işlәr üzrә sadәlәşdirilmiş icraat qaydasında baxılmışdır.

31. Hәmin maddәnin tәlәblәrinә әsasәn kiçik iddialara dair işlәr üzrә sadәlәşdirilmiş icraat qaydasında verilәn әrizәnin qәbulundan imtina olunmamışdırsa, onun mәhkәmәyә daxil olduğu vaxtdan 5 (beş) iş günü әrzindә işә baxan hakim cavabdehә rәsmi qaydada bildiriş göndәrir. Bildirişdә iddiaçının tәlәbinә dair cavabdehin әsaslandırılmış etirazının olduğu halda öz dәlillәrini vә onları tәsdiq edәn sәnәdlәri tәqdim etmәli olduğu qeyd edilir. Cavabdeh bildirişi rәsmi qaydada aldığı gündәn 10 (on) iş günü müddәtindә iddiaya qarşı әsaslandırılmış etirazını vә ona әlavә olunmuş sәnәdlәri, elektron qaydada verildikdә isә elektron imza ilә tәsdiq edilmiş etirazını vә ona әlavә olunmuş, “Elektron imza vә elektron sәnәd haqqında” Azәrbaycan Respublikasının Qanununda nәzәrdә tutulmuş qaydada elektron sәnәd formasında tәrtib edilmiş sәnәdlәri mәhkәmәyә göndәrә bilәr. Ərizә mәhkәmәyә daxil olduğu gündәn 30 (otuz) iş günü әrzindә işә tәrәflәrin tәqdim etdiyi sәnәdlәr әsasında, mәhkәmә baxışı keçirilmәdәn vә tәrәflәrin izahatları dinlәnilmәk üçün çağırılmadan baxılmalı vә hәmin işin hәllinә dair qәtnamә çıxarılmalıdır.

32. Işdәn görünür ki, mülki-prosessual qanunvericiliyin tәlәblәrinә uyğun olaraq cavabdeh Cavabdeh Azәrpoçt vasitәsi ilә mәktub göndәrilәrәk hüquqları izah edilmiş, lakin cavabdeh iddiaya qarşı etirazını vә ya hәr hansı ödәniş qәbzini mәhkәmәyә göndәrmәmişdir.

33. MPM-nin 385.2-ci maddәsinә görә, birinci instansiya mәhkәmәsinin faktlar nöqteyinәzәrindәn qanuni vә әsaslı olan vә mahiyyәti üzrә düzgün olan qәtnamәsi yalnız formal mülahizәlәrә görә lәğv edilә bilmәz.

34. Kollegiyanın qәnaәtinә görә, birinci instansiya mәhkәmәsi mübahisәnin faktiki halları, tәrәflәrin münasibәtlәri vә tәtbiq edilmәli olan hüquqla bağlı düzgün nәticәyә gәlmişdir vә apellyasiya şikayәtinin dәlillәri qәtnamәnin lәğvi üçün әsas deyildir.

35. Qeyd olunanlara әsasәn kollegiya hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, birinci instansiya mәhkәmәsinin qәtnamәsi dәyişdirilmәdәn saxlanılmalı, apellyasiya şikayәtinә görә ödәnilmiş dövlәt rüsumu iddiaçıya aid edilmәlidir.

36. Mülki Prosessual Mәcәllәnin 402.1-ci maddәsinә әsasәn mülki işlәr üzrә qәbul edilmiş qәtnamәnin mübahisәlәndirilәn hissәsindә iddianın qiymәti beş min manatdan, kommersiya mübahisәlәrinә dair işlәr üzrә isә müvafiq olaraq on min manatdan az olan әmlak xarakterli iddialar üzrә qәtnamәlәr istisna olmaqla, apellyasiya mәhkәmәlәrinin mülki vә kommersiya kollegiyalarının vә Naxçıvan Muxtar Respublikası Ali Mәhkәmәsinin mülki vә kommersiya kollegiyalarının qәtnamәlәrindәn kassasiya şikayәti verilә bilәr.

37. Yuxarıda göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 382, 384, 392 vә 402.1-ci maddәlәrini rәhbәr tutaraq mәhkәmә kollegiyası Qət etdi:

Cavabdeh Cavabdeh apellyasiya şikayәti tәmin edilmәsin. Bakı şәhәri Sәbail Rayon Mәhkәmәsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qәtnamәsi dәyişdirilmәdәn saxlanılsın. Apellyasiya şikayәtinin verilmәsi üçün ödәnilmiş dövlәt rüsumunun mәblәği apellyatora aid olunsun. Qәtnamәdәn kassasiya şikayәti verilә bilmәz.

Sәdrlik edәn hakim imza: Günay Axundova Hakimlәr imzalar: Fәrrux Qasımov Mәhәmmәd Rüstәmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar