Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1524/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “şəhadətnamənin etibarsızlığı” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi ilə, Iddiaçı İddiaçı iştirakı ilə, Səbail Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Işin halları:
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “şəhadətnamənin etibarsızlığı” barədə iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh verilmiş * saylı Bakı "ASAN xidmət" mərkəzindəki notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş ## ### 2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, eyni zamanda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüququ şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən ##.##.2025-ci il tarixdə reyestr nömrəsi 004011000915-05101-093009, qeydiyyat nömrəsi 1125084071 olan çıxarışın etibarsız hesabsız edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Iddia tələbi belə əsaslandırılmışdır ki, qardaşı X2 ##.##.2024-cü il tarixdə vəfat etmişdir. Cavabdeh * saylı Bakı "ASAN xidmət" mərkəzindəki notariat ofisinə müraciət etmiş və ## ### 2025-ci il tarixdə * saylı Bakı "ASAN xidmət" mərkəzindəki notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Həmin şəhadətnamə əsasında Bakı şəhəri, Səbail rayonu, Murtuza Muxtarov küçəsi, ev 9, menzil 37nin ¼ hissəsinə mülkiyyət hüququ əldə etmiş və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüququ şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən ##.##.2025-ci il tarixdə reyestr nömrəsi 004011000915-05101-093009, qeydiyyat nömrəsi 1125084071 olan Çıxarış almışdır. Təqdim olunan sənədlərdən də məlum olur ki, iddiaçının ata adı ilə miras qoyanın ata adı fərqlidir. Belə ki, Cavabdeh ata adı “Ağababa”, mərhum miras qoyan qardaşı Ağayev Rəsulun isə ata adı “Ağa”dır. Cavabdeh ilə X2 qardaş olmasını təsdiq edən hər hansı bir hüquqi sənəd yoxdur. Cavabdeh Rəsul Ağayevlə qardaş olması faktını məhkəmə qaydasında müəyyən etdirmədən mirası qəbul edərək mirasdan pay əldə etmişdir.
3. Cavabdeh iddiaya yazılı etiraz edərək, qeyd etmişdir ki, Ağayev Ağababa onun atasıdır. O, 1919-cu ildə anadan olmuşdur. Atasının doğum haqqında şəhadətnaməsinin əldə edilməsi ilə bağlı həm Azərbaycan Respublikası Milli Arxiv Idarəsinin Dövlət Tarix Arxivinə, həm də Dövlət Arxivinin Lənkəran filialına müraciətlər etsə də, müsbət cavab əldə edə bilməmışdır. X3 ##.##.1975-ci ildə serroz xəstəliyindən vəfat etmişdir. Atasının ölümü haqqında arayışdan, eləcə də nikah haqqında şəhadətnamədən açıq-aydın görünür ki, ata qrafası boşdur, ölüm haqqında arayışda — qoyulsa da, nikah haqqında şəhadətnamədə isə ümumiyyətlə heçnə yazılmamışdır. Bu da onu deməyə əsas verir ki, atasının adı “Ağa” yox, “Ağababa”dır. Lakin, böyüklərinin, eləcə də yaxınlarının verdiyi şifahi məlumata əsasən atası Ağababanın atasının, yəni cavabdehin babasının adı Rəsul olmuşdur. Bunu təsdiq edəcək tək sübut atasının məzar daşıdır. Məzar daşında da qeyd olunmuşdur ki, X4r. X15 isə cavabdehin anasıdır. O, 1935-ci ildə anadan olmuşdur. ##.##.2001-ci ildə isə kəskin ürək damar çatışmazlığından vəfat etmişdir. Atasıyla anası ##.##.1951-ci ildə Lənkəran Rayon Qeydiyyat Şöbəsində nikaha daxil olmuşlar. Nikah haqqında şəhadətnaməyə diqqətlə fikir verdikdə görünür ki, həmin illərdə “Ağababa”, eləcə də “Hacıbaba” kimi adlar bir-birindən ayrı yazılmışdır. Belə ki, “Ağababa” adı “Ага баба”, “Hacıbaba” adı isə “Гаджи баба” kimi yazılmışdır. Atası ilə anasının birgə nikahından 5 uşaq doğulmuşdur: 1) X8 - ##.##.1953-cü ildə doğulmuşdur. 2) X2 - ##.##.1959-cu ildə doğulmuş, ##.##.2024-cü ildə vəfat etmişdir. 3) İddiaçı -##.##.1960-cı ildə doğulmuşdur. 4) X6 - ##.##.1962-ci ildə doğulmuş, ##.##.2024-cü ildə vəfat etmişdir. 5) Cavabdeh - ##.##.1964-cü ildə doğulmuşdur. Məhz yuxarıda qeyd etdiyi təhrif (texniki səhv) səbəbindəndir ki, Ağayev Rəsulun, İddiaçı və Ağayeva Sonaxanımın doğum məlumatlarında ata adı “Ağababa” deyil, ‘Ağa” olaraq qeyd edilmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçının iddia ərizəsində bildirdiyinin əksinə onlar bacı və qardaşdırlar. Bundan başqa, qardaşı X2 ##.##.2024-cü il tarixində vəfat etmişdir. Vəfat etdikdən bir müddət sonra, yəni ##.##.2024-cü il tarixində vərəsəliyin qəbulu ilə bağlı notariusa müraciət edərək vərəsələr dairəsini müəyyənləşdiriblər. Sözügedən məsələnin üzərindən 1 ildən artıq müddət keçmişdir. Bu zaman sual olunur: notariusda vərəsələr dairəsi müəyyən edilərkən iddiaçının qardaşı olmadığına, eləcə də mərhum X2 qardaşı olmadığına niyə etirazını bildirməmişdir?. Bundan başqa, etiraza qoşma olaraq əlavə etdiyi sənədlərdən də görünür ki, atasının adı “Ağababa” olan təkcə o deyil, bacısı Ağayeva Fazilənin də atasının adı “Ağababa”dır. Həmin Fazilə ki, qardaşının ölümündən sonra özünə düşən paydan vəfat etmiş bacısı X6 övladı X9 xeyrinə imtina etmişdir. Məhz bu səbəbdəndir ki, şəhadətnamədə X9 vərəsə olaraq payı 2/4dir. Bu zaman sual olunur: niyə cavabdeh olaraq təkcə o qoyulub? Əgər o iddiaçının qardaşı deyilsə, X8 da onun bacısı deyildir. Əgər bacısı deyilsə, qardaşı X2 qalan paydan hansı əsasla imtina etmişdir? Ümumiyyətlə, hər ikisinin adı vərəsələr dairəsində hallanmamalı idi. Iddiaçı niyə zamanında buna etirazını bildirməmişdir?. Bundan başqa, bildirmək istəyir ki, iddiaçının məqsədi onunla əsassız intriqa aparmaqdır. Hətta, onun tərəfindən verilmiş "paylı mülkiyyətdə olan mənzilin açıq hərracda satılması və satışdan əldə edilən pulun mülkiyyətçilər arasında onların paylarına mütənasib bölüşdürülməsi" tələbinə dair iddia üzrə İddiaçı qarşılıqlı iddia verərkən eyni məzmunlu tələblə çıxış etmişdi, lakin Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** saylı qərardadına əsasən Iddiaçı İddiaçı - cavabdeh Cavabdeh qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s.” tələbinə dair qarşılıqlı iddia ərizəsinin qəbulundan imtina edilməsi qərara alınmışdır. Qeyd olunan məhkəmədə “məkrli planının işləmədiyini” anladıqdan sonra ayrıca olaraq ona qarşı indi iddia qaldırmışdır. Bu iddiaçının ona qarşı qaldırdığı ilk iddia deyil. Belə ki, ##.##.2025-ci il tarixdə iddiaçı ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “atasından qalan evin vərəsələrin iştirakı olmadan necə satıldığının araşdırılması, ünvan 3 ünvanında ona aid hissəni söküb tikdirdiyi 4 mağazanın ona qaytarılması” haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadına əsasən iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mülkün qaytarılması” tələbi barədə iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Bundan başqa, iddiaçı İddiaçı ona qarşı "dələduzları məsuliyyətə cəlb etmək” tələbi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadına əsasən iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı dələduzluq əməli ilə bağlı məsuliyyətə cəlb edilməsi tələbinə dair verdiyi iddia ərizəsinin icraata qəbulu yolverilməz hesab edilmiş və iddia ərizəsinin sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən əsassız və heç bir sübuta dayanmayan iddia tələblərinin ardı-arası kəsilmək bilmir.
4. Səbail Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi (hakim Ilkin Rüstəmli) ilə iddia tələbi təmin edilməmişdir.
5. Iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
6. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin maddi və proessual hüquq normaları pozulmaqla qəbul edildiyini bildirmiş, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin olunması haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
7. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq da göstərdi ki, əslində onu narahat edən qardaşının şəhərin mənzilində olan həmin mənzilin məcburi hərrac vasitəsi ilə satdırmaq istəyidir, çünki o gənc yaşlarından işləmiş və yaxşı pul qazanmış, öz qazancı hesabına ailəsinin bütün üzvlərini, elə hazırkı cavabdeh olan qardaşının da maddi problemlərini həll etmiş, ona böyük maddi köməkliklər etmişdir. Həmin mənzilin başqa şəxslərin əlinə düşməsini istəmir.
8. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
9. Belə olan halda Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
10. Mülki iş materiallarında olan ##.##.1951-ci il tarixli, ****** nömrəli “evlənmə haqqında şəhadətnamə”yə əsasən X1 və X18 nikahı X24 kitabında №*** ilə qeydə alınmışdır.
11. AZ-T № ****** doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh X3, anası X11r.
12. A3 № ****** doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı atası X1, anası X15r.
13. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli çıxarışına əsasən, ünvan 1 ünvanında yerləşən mənzil 1115031719 qeydiyyat nömrəsi ilə, ##.##.2015-ci il tarixdən X2 xüsusi mülkiyyətindədir.
14. Ölüm haqqında şəhadətnaməyə əsasən X2 ##.##.2024-cü il tarixdə ürək çatışmazlığından vəfat etmişdir.
15. İddiaçı tərəfindən notariat ofisinə ünvanlanmış ərizədə qeyd edilir ki, o, ##.##.2024-cü il tarixdə vəfat etmiş qardaşı X2 irs qalmış miras əmlakı qeyd edir. Ondan başqa digər vərəsələr olaraq X8 (bacısı), Cavabdeh (qardaşı) və X10 (bacısı qızı) vardır.
16. Mülki iş materiallarında olan ##.##.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ##.##.2024-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi olan bacısı qızı X9 2/4 hissədə pay almalıdır.
17. Qanun üzrə vərəsəlik hüququ haqqında ##.##.2025-ci il tarixli şəhadətnaməyə əsasən ##.##.2024-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi olan qardaşı Cavabdeh 1/4 hissədə pay almalıdır.
18. Verildiyi tarix ##.##.2024-cü il olan **** nömrəli arayışda qeyd edilir ki, X2 atası X1, anası X12r.
19. AR Ədliyyə Nazirliyi Lənkəran rayon qeydiyyat şöbəsinin **** nömrəli, ##.##.2024-cü il tarixli arayışında qeyd edilir ki, Ağayev Ağababa ## ###### 1975-ci il tarixdə vəfat etmişdir.
20. Səbail rayon qeydiyyat şöbəsinin ##.##.2024-cü il tarixli, *-**-*/*-***-**/** nömrəli arayışından müəyyən olur ki, Ağayev Ağababa və X15 nikahına A.Ağayevin ##.##.1975-ci il tarixdə, M.H.Ağayevanın ##.##.2001-ci il tarixdə vəfat etməsi ilə bağlı xitam verilmişdir.
21. X8 tərəfindən notariat ofisinə ünvanlanmış ərizədə qeyd edilir ki, o, ##.##.2024-cü il tarixdə vəfat etmiş qardaşı X2 irs qalmış mirasın ona çatası hissəsindən X9 xeyrinə imtina etmişdir.
22. “Elektron notariat” X34 vasitəsilə “X24” AQIS-dən çıxarışa əsasən ##.##.1959-cü il təvəllüdlü X2 doğum haqqında akt qeydində ata adı – X1, ana adı – X15 qeyd edilmişdir.
23. Cavabdehin etirazına əlavə etdiyi məzar daşının foto şəklinə əsasən X4 1919-cü ildə doğulmuş, ##.##.1975-ci ildə vəfat etmişdir.
24. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mülkün qaytarılması” tələbinə dair ##.##.2025-ci il tarixli iddia ərizəsində iddiaçı cavabdehin onun qardaşı olmasını bir neçə dəfə vurğulamışdır. Tətbiq edilən maddi hüquq normaları:
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
26. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
27. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
28. 1159.1, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar.
29. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
30. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
31. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
32. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
33. 1274. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür.
34. 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.
35. 1325.2. Notarius vərəsəlik şəhadətnaməsinin əldə olunması üçün müraciət edən vərəsəyə şəhadətnamə verərkən vərəsə olan, lakin şəhadətnamə almaq üçün müraciət etməmiş digər vərəsələrin (miras şəriklərinin) də mirasdan onlara çatacaq paylarını müəyyən edərək həmin şəhadətnamədə göstərir.
36. 1325.3. Daşınmaz əmlakın dövlət reyestrini və daşınar əmlakın rəsmi reyestrlərini aparan orqan tərəfindən bu Məcəllənin 1325.2-ci maddəsində nəzərdə tutulmuş vərəsələr (miras şərikləri) və onların payları barədə məlumat müvafiq reyestrə daxil edilir.
37. “Notariat haqqında” Qanun:
38. 60. Notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli qərarı
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
3. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Tətbiq edilən prosessual hüquq normaları:
40. Mülki Prosessual Məcəllə
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
44. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
45. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın
46. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
47. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
48. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
49. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
50. Maddə 376.2. Işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
51. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
52. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
53. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
54. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
55. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
56. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
58. Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
59. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
60. Hazırkı işin faktiki halları ilə müəyyən edilmişdir ki, X2 ##.##.2024-cü il tarixdə vəfat etdikdən sonra vərəsəlik işi açılmışdır. Miras qoyanın bacısı X8 irs qalmış mirasın ona çatası hissəsindən X9 xeyrinə imtina etmişdir. Iddiaçı və cavabdeh isə notariat ofisinə müraciət edərək, irs qalmış mirasın onlara çatası hissəsini qəbul etmişdirlər. Iddiaçı hazırda cavabdehin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və iddiasının əsası kimi cavabdehin mərhum X2 ilə ata adlarındakı fərqliliyə görə qardaş olmadığını göstərmişdir.
61. Rayon məhkəməsi iddia tələbini rədd edərkən öz mövqeyini belə əsaslandırmışdır ki, notariat işində olan sənədlərdən də göründüyü kimi onlara məxsus şəxsiyyəti təsdiq edən sənədlərdə iddiaçının ata adı Ağa, cavabdehin ata adı isə Ağababa olaraq qeyd edildiyinə baxmayaraq, onlar ata eyni, ana eyni qardaşdırlar. Bu halı təsdiq edə bilən 3 əsasdan biri onların hər ikisinin anasının X11 olmasıdır ki, M.Ağayeva iddiaçının atası A.Ağayevlə nikahda olmuşdur. 2-ci əsas iş üzrə tərəflərin bacısı Fazilə Ağayevanın da atasının Ağayev Ağababa olması və onun da vərəsəlik açılan zaman Rəsul Ağayevin bacısı qismində qanun üzrə vərəsəsi tanınması və notariat ofisində miras əmlakdan ona düşən paydan bacısı qızının xeyrinə imtina etməsidir. 3-cü əsas isə miras əmlak qəbul edilərkən cavabdehin də mərhum Rəsul Ağayevin qardaşı qismində vərəsələr dairəsinə daxil olduğunu iddiaçının özünün etiraf etməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən bununla bağlı etiraz etməməsidir.
62. Qeyd edilənlərə əsasən rayon məhkəməsi hesab etmişdir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edildiyindən hazırki tələbin təmin olunması üçün heç bir qanuni əsas mövcud deyildir.
63. Qətnamə ilə razılaşmayan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək, yenə də cavabdehlə ata adlarının fərqli olmasına əsaslanmış, onların qardaş olmadıqlarını iddia etmişdir.
64. Məhkəmə iddia tələbini təmin etməyən rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, rayon məhkəməsi mülki iş materiallarında olan sübutlara lazımi hüquqi qiymət vermiş və düzgün qənaətə gəlmişdir.
65. Iddiaçının apellyasiya şikayətini əsassız hesab edən Məhkəmə əlavə olaraq qeyd edir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl ##.##.2025-ci il tarixdə eyni cavabdehə qarşı “mülkün qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Şəhər Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsinin məzmunu belədir: “Biz ailədə 7 nəfərdən ibarət olmuşuq. 1975-ci ildə atam rəhmətə gedib, anam evdar xanım olub. Mən 15 yaşından alver etmişəm, anamı və qardaşımı saxlamışam. Digər iki bacım, bir qardaşım öz evlərində yaşayıblar. Birgə yaşadığımız müddət cavabdeh heç yerdə işləməyib və evə heç bir maddi köməyi olmayıb. Mən Moskvada işləyib qardaşımı, onun ailəsini saxlamışam. 2004-cü ildə Moskvada xəbər tutdum ki, cavabdeh qardaşım ata mülkümüzü satıb (heç bir vərəsənin iştirakı olmadan). Mən həmin il ata evimizin əvəzinə öz pulumla ünvan 2 ünvanc yerləşən həyət evini aldım. Moskvadan ailəmlə gəlib evin bir hissəsində biz, digər hissəsində cavabdeh qardaşımla birgə yaşadıq. Qardaşımın ailəsi ilə mənim ailəm birlikdə ünvan 2 ünvanda yaşadığımız müddətdə oğlum həmin ünvanda dünyaya gəldi. Yoldaşımı və oğlumu Lənkəran şəhər, Koroğl küçəsi 45 ünvanda saxlayıb Moskva şəhərinə işləməyə qayıtdım. Mən gedəndən sonra, mənim ailəmi orada incitdiklərinə görə ailəmi də öz yanıma Moskvaya apardım. Moskvadan qayıtdıqda ünvan 2 ünvanının mənə məxsus hissəni söküb şəxsi puluma 4 (dörd) dükan tikdim. Dükana sənəd almaqdan ötrü Lənkəran Rayon Icra Hakimiyyətinin memarlıq şöbəsinə müraciət etdim. Oradan gələn nümayəndələri cavabdeh qardaşım nalayiq sözlərlə təhqir edib, öz vəsaitim hesabıma tikdirdiyim dükanların sənədləşdirilməsinə maneəçilik törətdi. Hal-hazırda neçə illərdir həmin dükanlara sənəd ala bilmirəm. Dəfələrlə cəhd etsəm də, dükanların sənədləşdirilməsinə cavabdeh qardaşım imkan verməmişdir. Illərdir həmin öz hissəmin söküb yerində tikdirdiyim dükanları icarəyə verir, pullarını mənimsəyir. Cavabdeh qardaşımla razılaşa bilmədiyimə görə məcbur olub məhkəməyə müraciət etdim.”
66. Qeyd edilən iddia ərizəsindən göründüyü kimi iddiaçı özü cavabdeh Cavabdeh onun qardaşı olmasını dəfələrlə vurğulamışdır.
67. Eyni zamanda mülki iş materiallarında olan tərəflərin ata və anasının nikah haqqında şəhadətnaməsində, Lənkəran rayon qeydiyyat şöbəsinin, Səbail rayon qeydiyyat şöbəsinin arayışlarında tərəflərin atalarının adı “Ağababa” kimi qeyd edilmiş, “X24” AQIS-dən çıxarışda mərhum Rəsul Ağayevin doğum haqqında akt qeydində ata adı X1 kimi yazılmışdır. Həmçinin cavabdeh tərəfindən təqdim edilmiş atasının məzar daşının foto şəklində də “X4” yazılmışdır. Belə olan halda isə müəyyən olur ki, iddiaçının hazırkı iddia tələbi əsassızdır, iddiaçı tərəfindən onun tələblərini təsdiq edən əsaslı, mötəbər sübutlar təqdim edilməmişdir.
68. Məhkəmə hesab edir ki, tərəflərin atasının adının müxtəlif sənədlərdə “Ağa”, “Ağababa”, “Ağa Baba” kimi qeyd edilməsinin texniki yanlışlıq olduğu şəksizdir. Rayon məhkəməsi bu qənaətə gələrkən əsaslı və yetərli araşdırmalar aparmışdır. Iddiaçının əsas dəlili ondan ibarətdir ki, rayon məhkəməsinin müəyyən etdiyi bu halın müəyyən edilməsi ayrıca icraatda həyata keçirilməli idi. Məhkəmə iddiaçının həmin mövqeyini əsaslı hesab etmir və bununla bağlı qeyd edir ki, hər bir halda bu məsələ, yəni cavabdehin, mirasqoyanın, eləcə də iddiaçının atalarının eyni şəxs olması faktı məhkəmə qaydasında müəyyən edilməli faktdır və bunun ayrıca xüsusi icraat qaydasında və ya hazırkı işdə olduğu kimi iddia icraatı qaydasında baxılmasının mübahisənin düzgün həlli baxımından əhəmiyyəti yoxdur. Məhkəmələr tərəfindən hüquqi faktın müəyyən edilməsinə iddia icraatı çərçivəsində baxılması prosessual hüquqların daha ətraflı təmini, eləcə də prosessual qənaət və səmərəlilik prinsipi baxımından yolveriləndir.
69. MPM-nin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
70. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
71. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir:
72. “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”
73. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
74. MPM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
75. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Nəticə:
76. Göstərilənlərə əsasən, Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
77. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
78. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
79. Məhkəmə hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.
80. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDI:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Səbail Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.