Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1579/2026 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Quliyev İbrahim Taleh oğlunun cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) hakimlər: X1 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və X2 oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Əliyeva Səmimə Elşad qızının katibliyi ilə, İddiaçı Quliyev İbrahim Taleh oğlunun cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı ”borcun silinməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:
1. İddiaçı Quliyev İbrahim Taleh oğlu cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı ”borcun silinməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Yuxarı Badamdar küçəsi, ** saylı ünvanda yerləşən ümumi sahəsi 107 kv.m-dən ibarət olan fərdi yaşayış evinin 050301800290000 abonentinə dair Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən itirilmiş enerji sərfiyyatına görə hesablanmış 5.688,25 manat borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş 004013008565-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ## ####### 2020-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışına əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Yuxarı Badamdar küçəsi, ** saylı ünvanda yerləşən ümumi sahəsi 107 kv.m-dən ibarət fərdi yaşayış evi Quliyev İbrahim Taleh oğlunun mülkiyyətindədir. Belə ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri tərəfindən ## ###### 2025-ci il tarixdə elektrik sayğacına baxış zamanı ****** saylı akt tərtib edilmiş və həmin akta əsasən müəyyən olunmuşdur ki, elektrik sayğacına üzərində Cavabdeh ASC-nin kompüter məlumat bazasına daxil edilməmiş”1461”(bir min dörd yüz altmış bir) elektrik sərfiyyatı saxlanılmışdır, eyni zamanda, sayğac göstərici bazasında ## ###### 2025-ci il tarixdə 166810 daxil edilmiş (34 gün), lakin faktiki göstərici 168271 (5 gün) təşkil edir. Həmçinin, sayğacın alt qapaq möhüründə müdaxilə izləri müşahidə edilməsi, dövlət möhürünün trosu yenidir. Bu səbəbdən EEİQ uyğun sayğac yenisi ilə əvəz edilməsi və sayğacın bütün parametrləri üzrə rəy verilməsi tələb olunmuşdur. Bundan sonra, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri tərəfindən ******* nömrəli, ## ###### 2025-ci il tarixli Protokola əsasən həmin ünvanda yerləşən elektrik sayğacı yenisi ilə əvəz edilmişdir. Bununla bağlı iddiaçı məhkəmənin diqqətinə çatdırır ki, elektrik sayğacı fərdi yaşayış evindən kənarda yerləşir bu səbəbdən həmin elektrik sayğacında baş verən qüsurlara görə iddiaçı məsuliyyət daşıya bilməz
Birinci instansiya məhkəməsində icraat:
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim K.Xudayev) iddianın təmin edilməsi, iddiaçı Quliyev İbrahim Taleh oğluna məxsus ünvan 3 ünvanı üzrə elektrik enerjisindən istifadəyə görə əsassız hesablanmış 5688,25 (beş min altı yüz səksən səkkiz manat, iyirmi beş qəpik) manat borcun cavabdeh Cavabdeh ASC tərəfindən iddiaçı Quliyev İbrahim Taleh oğlunun (abonent kodu:050301800290000) abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinməsi qət edilmişdir.
4. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işıq sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən iddiaçının təqsiri müəyyən edilmədiyindən və tələb edilən borc enerjisi sərfiyyatına mütənasib olaraq hesablanmadığından cavabdeh vurulmuş ziyanın iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri:
5. Cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyəti qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-******** saylı iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam şəkldə rədd edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Cavabdeh ASC-yə dəymiş ziyanı nəzərə almamışdır. Halbuki, Cavabdeh ASC-nin əməkdaşları haqlı olaraq akt tərtib etmiş və həmin akta əsasən haqlı olaraq dəymiş ziyan hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2015-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “xxxx”nda (bundan sonra EEİQ) dəyişiklik edilməsi haqqında” ##.##.2022-ci il tarixli, *** nömrəli Qərarının 8.17-1-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizatı müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Göründüyü kimi EEİQ-nın tələblərinə əsasən, Cavabdeh ASC əməkdaşlarının tərtib etdiyi akta əsasən dəymiş ziyan (talamanın) məbləğinin hesablanması tamamilə əsaslıdır. Lakin nədənsə məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilən bu normanın tələblərinə əsaslanmamışdır. EEİQ-nın 8.33-cü bəndinə əsasən, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki hal şahidi tərəfindən imzalanmalıdır. EEİQ-na yuxarıda qeyd edilən dəyişikliyə əsasən, məhkəmənin əsaslandığı 8.33-cü bəndi ləğv edilmişdir. Əvəzində isə həmin Qaydaların 8.17-2-ci bəndi – Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci (istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda) bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır bəndi əlavə edilmişdir. Edilən dəyişikliyə əsasən, Cavabdeh ASC əməkdaşları tərəfindən tərtib edilən aktın tamamilə qanuni və əsaslı olmasının bariz nümunəsidir. Yuxarıda sadalanan iki faktdan aydın görünür ki, məhkəmə kifayət qədər araşdırma aparmadan qəbul etdiyi qətnamənin əsaslandırıcı hissəsini mövcud qanunvericiliyə deyil, iddiaçının iddia ərizəsində qeyd etdiyi qüvvədən düşmüş qanunvericiliyə əsaslanmışdır. Mülki qanunvericiliyin tələblərinə əsasən, qətnamənin əsaslandırıcı hissəsi ilə yekun hissəsi uyğunsuzluq təşkil etdikdə həmin qətnamənin ləğvi üçün yetərli haldır. Bundan başqa məhkəmə hesab etmişdir ki, işin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən abonentə cərimə borc elektrik enerjisi sərfiyyatına mütənasib olaraq hesablanmamışdır. Məhkəmənin qanunsuz hesab etdiyi 5688,75 manat cərimə məbləği EEİQ-nın yuxarıda qeyd edilmiş 8.17-1-ci bəndinə əsasən tamamilə qanunamüvafiqdir. Lakin məhkəmə borc elektrik enerjisi sərfiyyatına mütənasib olaraq hesablanmadığını hesab etməsinə dair qəbul etdiyi qətnamədə heç bir əsaslandırıcı fikir ortaya qoymamışdır. Bundan başqa, məhkəmə qəbul etdiyi qətnaməsi ilə 5688,75 manat cərimə məbləğini silməklə bu cür halların, yəni elektrik enerjisinin talanmasının geniş vüsət almasına dolayısı ilə şərait yaratmış olur. Belə ki, qanunvericiliyin normalarını pozmağa meyilli olan şəxs yüksək məbləğdə cərimə ödəyəcəyindən ehtiyat etməyərək dövlətin elektrik enerjisini talamaqda davam edəcəkdir. Hesab edir ki, qətnamə qanun pozan vətəndaşın islah edilməsi üçün maneə olduğundan, eləcə də prosessual və maddi hüquq normalarını pozmaqla qəbul edildiyindən ləgv edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
7. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
8. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
10. «xxxx»:
Bənd 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Bənd 7.7. Bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna olmaqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. Bənd 7.10. Yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır Bənd 7.11. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Bənd 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Bənd 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Bənd 8.17. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Bənd 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Apellyasiya baxışının hədləri:
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
12. Hazırkı işdə iddia tam təmin edildiyindən və qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
13. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
14. İşin halları ilə müəyyən edilir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Yuxarı Badamdar küçəsi, ** saylı ünvanda yerləşən ümumi sahəsi 107 kv.m-dən ibarət olan fərdi yaşayış evi ##.##.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır.
15. Cavabdeh ASC-nin ##.##.2025-ci il tarixli, NİM ****** nömrəli Aktında qeyd edilmişdir ki, abonent kodu 050301800290000 olan Məmmədov Müzəffərə məxsus ünvan 1 ünvanında quraşdırılmış elektrik sayğacına xxxx əməkdaşları tərəfindən baxış keçirilən zamanı məlum olmuşdur ki, elektrik sayğacına üzərində Cavabdeh ASC-nin kompüter məlumat bazasına daxil edilməmiş “1461”(bir min dörd yüz altmış bir) elektrik sərfiyyatı saxlanılmışdır, eyni zamanda, sayğac göstərici bazasında ## ###### 2025-ci il tarixdə 166810 daxil edilmiş (34 gün), lakin faktiki göstərici 168271 (5 gün) təşkil edir. Həmçinin, sayğacın alt qapaq möhüründə müdaxilə izləri müşahidə edilir, dövlət möhürünün trosu yenidir. Bu səbəbdən EEİQ uyğun sayğac yenisi ilə əvəz edilməsi və sayğacın bütün parametrləri üzrə laboratoriya şəraitində rəy verilməsi tələb olunmuşdur.
16. Cavabdeh ASC-nin ******* nömrəli, ## ###### 2025-ci il tarixli məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında protokoldan görünür ki, ****** nömrəli Akta əsasən həmin ünvanda yerləşən elektrik sayğacı dəyişdirilmişdir.
17. ## ###### 2025-ci il tarixli elektrik sayğacının yoxlanılması haqqında ***/** nömrəli protokola əsasən abonent kodu 050301800290000 olan elektrik sayğacına baxış keçirilərkən müəyyən edilmişdir ki, təqdim edilən ****** nömrəli qırmızı dövlət möhürü kompüter bazasında ##.##.2007-ci ildə qeydiyyata salınmasına baxmayaraq, möhürün üzərində II rüb 2008-ci il qeyd olunub, bu səbəbdən ****** nömrəli dövlət möhürü və ****** nömrəli alt qapaq möhürləri saxtadır. Sayğaca müdaxilə edilib.
18. 050301800290000 olan Məmmədov Müzəffərin adına olan abonentin saldosundan görünür ki, ünvan 1 ünvanı üzrə işıq sayğacından kənar xətdən istifadə üzrə ##.##.2025-ci il tarixdə 5688,75 manat məbləğində borc müəyyən edilmişdir.
19. Cavabdeh ASC-nin ##.##.2025-ci il tarixli əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələbdən görünür ki, Məmmədov Müzəffərə məxsus ünvan 1 ünvanında quraşdırılmış elektrik sayğacına Cavabdeh ASC-nin əməkdaşları tərəfindən baxış keçirilən zamanı məlum olmuşdur ki, elektrik sayğacının üzərində Cavabdeh ASC-nin kompüter məlumat bazasına daxil edilməmiş 1461 kvts sərfiyyat aşkar olundu, elektrik sərfiyyatı saxlanılmışdır, eyni zamanda, sayğac göstəricisi 168271 (5 gün) təşkil edir. Həmçinin, sayğacın alt qapaq möhüründə müdaxilə izləri müşahidə edilir, dövlət möhürünün trosu yenidir. Borc 5688,75 manat məbləğində müəyyən edilmişdir.
20. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarına əlavə edilmiş abonent haqqında saldodan görünür ki, ##.##.2025-ci il tarixə istifadə edilmiş elektrik enerjisinə görə borc 122,72 manat, ##.##.2025-ci il tarixə akt əsasında hesablanmış borc 5.688,25 manat təşkil edir.
21. Hazırkı iddia tələbində iddiaçı itirilmiş enerji sərfiyyatına görə hesablanmış 5.688,25 manat borcun silinməsini xahiş edildiyi üçün Cavabdeh ASC-nin ##.##.2025-ci il tarixli, NİM ****** nömrəli Aktının əsaslılığı yoxlanılmalıdır.
22. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh ASC-nin istinad etdiyi akt qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilmədiyindən və onun mötəbərliyi şübhə doğurduğuna görə, iddiaçı tərəfindən xxxxnın pozulmasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. İşin hallarından və qanunvericiliyin yuxarıda qeyd edilən normalarından belə qənaətə gəlmək olur ki, cavabdehin nümayəndələri tərəfindən akt tərtib edilərkən “xxxx”nın tələbləri pozulmuşdur. Belə ki, akt yalnız cavabdehin əməkdaşları tərəfindən imzalanmış, aktın tərtib edilməsi zamanı iddiaçının (abonentin) iştirakı təmin edilməmişdir.
23. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarının araşdırılması zamanı sayğacın mənzildən kənarda (hasarın çöl tərəfində) ümumi istifadədə olan ərazidə quraşdırılması müəyyən edilir. “xxxx”nın tələbinə görə evin daxilində quraşdırılmamış sayğaclarda aşkar edilmiş qüsurlara görə abonent məsuliyyət daşımamalıdır. Həmçinin qeyd edilməlidir ki, işçi vəziyyətdə saxlanılmasına görə cavabdehin məsuliyyət daşıdığı sayğacda aşkar edilmiş qüsurların məhz iddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsinə dair hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir, bununla da, tərtib edilmiş akt etibarlı olmamışdır.
24. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Vahid Sadıqov Sabit Bəhramzadə