Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-1615/2026 04.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh İsmayılov Faiq Həmid oğluna qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qərardadından iddiaçı tərəfdən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh İsmayılov Faiq Həmid oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilin qüsurlu olması nəzərə alınaraq avtomobilin qiymətinin 12.800 manat azaldılması və dövlət rüsumu olaraq ödənilmiş 129 manat məbləğin İsmayılov Faiq Həmid oğlundan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cü il tarixli *(***)-****/**** nömrəli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan iddiaçı İsmayılov Faiq Həmid oğlunun cavabdehlər İddiaçı və X2 qarşı “pul” tələbinə dair e-*(***)- ****/**** nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçı İddiaçı cavabdeh İsmayılov Faiq Həmid oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsinə əsasən mülki işin icraatın dayandırılması qərara alınmışdır. Hazırda iddiaçının verdiyi şikayət məhkəmənin ## ###### 2026-cı il tarixli qərardadı ilə təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, mübahisə predmeti hər iki iş üzrə fərqlidir. Belə ki, Nəsimi Rayon Məhkəməsinin icraatında olan iş üzrə tələb avtomobilin nasaz vəziyyətdə olmasına görə onun dəyərinin azaldılması ilə əlaqədardır. Nizami Rayon Məhkəməsində olan iş üzrə isə mübahisə predmeti avtomobilin alqı-satqısı zamanı yaranmış borcla bağlıdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, MPM-in 254.1.4-cü maddəsinin tələbinə görə Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraat dayandırılmalıdır. Qeyd edilməlidir ki, qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. Əks halda mülki iş üzrə başlanılmış məhkəmə prosesi, mübahisə öz həllini tapanadək, təxirəsalınmadan davam etdirilməlidir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2004-cü il tarixli qərarı). Göründüyü kimi, işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın. Əks halda mülki iş üzrə başlanılmış məhkəmə prosesi, mübahisə öz həllini tapanadək, təxirəsalınmadan davam etdirilməlidir. Birinci instansiya məhkəməsi isə icraatın dayandırılması barədə qərardadda bu halı ümumiyyətlə əsaslandırmamış və hazırki işə baxılmasının mümkün olmamasının nədən ibarət olmasını göstərməmişdir. Belə olan halda isə qərardad qanuni və əsaslı sayıla bilməz. Göründüyü kimi, iddiaçının hazırki tələbi cavabdehdən “aldığı” avtomobilin qüsürlu olması nəticəsində qiymətin azaldılmasından ibarətdir. Tərəflər arasında baxılan digər iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər İsmayılov Faiq Həmid oğlu və X2 müştərək qaydada 12800 manat məbləğində borc, 128.85 manat dövlət rüsumu və hüquqi xidmətə görə ödənilmiş 150 manat xərcin əvəzinin tutularaq İsmayılov Faiq Həmid oğlunun xeyrinə ödənilməsi qət edilmişdir. Digər iş üzrə iddia ərizəsindən görünür ki, tərəflər avtomobili hissə-hissə ödəmək şərti ilə alqı-satqı edilməsini razılaşmışlar, hazırki işdə isə iddiaçı avtomobildə qüsr aşkar edildiyindən qiymətin 12800 manat azaldılmasını tələb etmişdir. Belə olduqda kollegiya hesab edir ki, ilk növbədə hazırki mübahisə öz həllini tapmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi «X3rşı» (## ###### 1975, 35-ci bənd) işdə göstərmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin mülki işlərdə tərəflərə verilən prosessual təminatları ətraflı təsvir etməli olduğunu düşünmək və ilk növbədə həmin təminatlardan praktiki olaraq istifadə etmək hüququnu, yəni məhkəməyə müraciət etmək hüququnu qorumadığını düşünmək ağlasığmaz olardı. Əgər məhkəmə prosesi yoxdursa, o halda məhkəmə prosesinə xas olan ədalətlilik, açıqlıq və prosesin vaxtında həyata keçirilməsi kimi xüsusiyyətlər mənasını itirir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, prosessual hüquq normaları pozulduğundan, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qərardadı ləğv edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-6)-1615/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-1615/2026
04.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver