Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1640/2026 19.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh3 və cavabdeh1“Asan” Xidmət Mərkəzində Notariat ofisinin xüsusi notariusu X5 qarşı mülki iş üzrə (Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin katibliyi, iddiaçı İddiaçı nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh1“Asan Xidmət” Mərkəzində Notariat ofisinin xüsusi notariusu X5 qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və Maraqlı şəxs Publik Hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «vərəsəlik hüququ haqqında şəhadətnaməsinin ləğv edilməsi, dövlət reyestrində aparılmış qeydlərin və çıxarışın ləğv edilməsi, miras əmlaka dair ½ pay hissəsinə vərəsəlik hüquqlarının tanınması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)- ****/**** saylı # ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı atası X1 ##.##.2019-cu il tarixdə vəfat etmiş və tərkibində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi ** saylı evin ** saylı mənzili da olmaqla miras açılmışdır. Miras qoyanın birinci növbə vərəsələri X4 və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmuşlar. Bununla yanaşı, miras qoyanın ##.##.2015-ci il tarixdə vəfat etmiş oğlunun qızı cavabdeh3 da vərəsə qismində tanınmışdır. Belə ki, cavabdeh3 ##.##.2019-cu il tarixli müraciət ərizəsindən görünür ki, o, qanunvericiliklə müəyyən edilmiş müddətdə miras payının qəbul edilməsi məqsədilə notariat orqanına müraciət etmiş və notariusun ##.##.2022-ci il tarixli, *V-*** nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi ilə ona miras əmlakın tərkibinə daxil olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi ** saylı evin ** saylı mənzilinin 1/3 hissəsinə vərəsə kimi pay hüququ verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh1“Asan Xidmət” Mərkəzində Notariat ofisinin xüsusi notariusu X5 qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və Maraqlı şəxs Publik Hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh1“Asan Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən cavabdeh cavabdeh3 adına verilmiş *V-*** saylı ##.##.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, ev 36, mənzil 39 ünvanına dair xxxxndə cavabdeh cavabdeh3 adına qeydə alınmış mülkiyyət hüquqları barədə ********** nömrəli ##.##.2022-ci il tarixli reyestr qeydinin və həmin qeydə dair reyestrdən çıxarışın ləğv edilməsi, onun ##.##.2019-cu il tarixdə vəfat etmiş atası X1 qalmış miras əmlaka, yəni Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, ev 36, mənzil 39 ünvanına dair 1/2 pay hissəsinə vərəsəlik hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, atası X1 ##.##.2019-cu il tarixdə “beyin daxili qansızma” nəticəsində vəfat etmişdir. X6 ##.##.2015-ci il tarixdə “epileptik tutma” səbəbindən vəfat etmişdir. Cavabdeh cavabdeh1“ASAN” xidmət Mərkəzində Notariat Ofisi 2V-213 və *V- *** saylı ##.##.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərək mirasqoyan X1 mülkiyyətində olmuş **-CU-*** dövlət nömrə nişanlı 2005-ci il buraxılışlı “HYUNDAI 4 TUCSON” minik markalı nəqliyyat vasitəsinin və **-RV-*** dövlət nömrə nişanlı 2007-ci il buraxılışlı “HYUNDAI I430” minik markalı nəqliyyat vasitəsinin üzərində cavabdeh3 1/3 hissədə pay hüququnu tanımışdır. Bundan sonra cavabdeh cavabdeh1“ASAN” xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Sidqi Həbibbəyli 2V-238 və *V*** saylı ##.##.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərək mirasqoyan X1 mülkiyyətində olmuş **-RV-*** dövlət nömrə nişanlı 2007-ci il buraxılışlı HYUNDAI4 I430 minik markalı nəqliyyat vasitəsinin üzərində və **-CU-*** dövlət nömrə nişanlı 2005-ci il buraxılışlı HYUNDAI4 TUCSON minik markalı nəqliyyat vasitəsinin üzərində ona və onun qardaşı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs hər birinə 1/3 hissədə pay hüququnu tanımışdır. Bundan sonra cavabdeh cavabdeh1“ASAN” xidmət Mərkəzində Notariat Ofisi *V-*** saylı ##.##.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərək mirasqoyan X1 mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən əmlak üzərində digər cavabdeh cavabdeh3 1/3 hissədə pay hüququ tanınmışdır. Xüsusi qeyd olunmalıdır ki, həmin vərəsəlik işi üzrə notariat ofisinin digər vərəsələr barədə ətraflı məlumatının olmasına baxmayaraq və hətta İddiaçıya üç payın bir hissəsini verdikdən sonra digər iki payın çatacağı vərəsələr, yəni o və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs bu günədək vərəsəliyə çağırılmamışdırlar. Yalnız cavabdeh3 Xəzər Rayon Məhkəməsinə “əmlakın naturada bölünməsi və açıq hərracda satılması” tələbinə dair iddia irəli sürdükdən sonra o, notarial orqan tərəfindən daşınmaz əmlaka dair vərəsəlik haqqında şəhadətnamə verilməsi barədə məlumat almışdır. Onu da qeyd edir ki, 2020-ci ildə o və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Suraxanı Rayon Məhkəməsinə müraciət edərək avtomobillərə dair verilmiş vərəsəlik haqqında şəhadətnamələrinin etibarsız hesab edilməsi və sair barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Təəssüflər olsun ki, iddia tələbi düzgün qoyulmadığı üçün təmin edilməmişdir. Hesab edir ki, cavabdeh cavabdeh1“ASAN XIDMƏT” Mərkəzində Notariat Ofisi qanunun birmənalı tələbini kobud pozaraq daşınmaz əmlaka dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə vermişdir. Belə ki, şəhadətnamədən görünür ki, baba Valeh Əhmədovun əmlakını nəvə cavabdeh3 ötürərkən notarius irsi transmissiya qaydalarına istinad etmişdir. Halbuki Mülki Məcəllənin 1252-ci maddəsində konkret olaraq qeyd olunur ki, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Göründüyü kimi, Xəyyam Əhmədov, yəni cavabdeh3 atası və Valeh Əhmədovun oğlu ##.##.2015-ci il tarixdə vəfat etmişdir. X8 isə ##.##.2019-cu il tarixdə vəfat etmişdir. X2 miras açıldıqdan sonra deyil, ondan dörd il əvvəl ölmüşdür və heç bir halda atası Valeh Əmədovun vərəsəsi ola bilməzdi ki, öz növbəsində irsi transmissiya tətbiq edilərək onun qızı (vərəsəsi) cavabdeh3 onun yerinə vərəsəliyə çağırıla bilməzdi. Tək bu səbəbdən cavabdeh3 adına verilmiş bütün qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr qanunsuzdur və ləğv edilməlidir. X8 ölümündən sonra adına olan həm avtomobilləri, həm də mənzili iki vərəsəsi – oğulları onun və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında bərabər payda bölüşdürülməli idilər.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı # ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
5. Məhkəmə qeyd etmişdir ki, cavabdehin atası miras qoyanın birinci növbədən vərəsəsi olan övladı olduğundan və miras açılanadək cavabdehin atası vəfat etdiyindən miras qoyanın nəvəsi haqlı olaraq miras payından onun atasına çatacaq həcmdə pay almışdır. Belə olan halda iddia tələbi əsaslı hesab edilə bilməz.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1134.1, 1146, 1151.1, 1159.1.1, 1159.1.3, 1243.1, 1243.2, 1243.3 və 1246-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
7. İddiaçı İddiaçı həmin qətnamədən apellyasiya şikayət verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı mülki iş üzrə # ###### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisənin mahiyyətini düzgün qiymətləndirməmişdir. Hüquqi aktın qüsurlu əsası: Cavabdeh notarius mübahisələndirilən vərəsəlik şəhadətnamələrini verərkən ilkin sənədləşmədə və faktiki yanaşmada "irsi transmissiya" institutuna istinad etmişdir. İddia qaldırıldıqdan sonra notariusun "mən əslində 1159.1.3-cü maddəni nəzərdə tutmuşdum" deməsi, verilmiş rəsmi dövlət sənədinin (şəhadətnamənin) hüquqi qüvvəsini bərpa etmir. Dövlət orqanı (notarius) öz qərarını (aktını) yanlış hüquqi normaya əsaslandırırsa, həmin akt ləğv edilməlidir. Məhkəmə isə notariusun "niyyətini" rəsmi sənəddən üstün tutaraq qanunsuz akta bəraət qazandırmışdır. Kolliziyanın həll edilməməsi: işin hallarından görünür ki, Xəyyam Əhmədov (2015) X8dan (2019) əvvəl vəfat edib. MM-in 1252-ci maddəsi imperativ şəkildə müəyyən edir ki, irsi transmissiya yalnız vərəsə miras açıldıqdan sonra öldükdə baş verir. Digər tərəfdən MM-in 1159.1.3-cü maddəsi nümayəndəlik hüququnu nəzərdə tutur. Lakin bu iki norma arasında tətbiq prioriteti müəyyən edilməyib. Əgər şəxs miras açılana qədər vəfat edibsə, onun miras payı ümumiyyətlə formalaşmır. Formalaşmamış payın "nümayəndəlik" yolu ilə keçməsi, mülki hüququn məntiqinə və miras qoyanın iradəsinə zidd ola bilər. Məhkəmə bu dərin hüquqi ziddiyyəti araşdırmaq əvəzinə, səthi yanaşma ilə işi yekunlaşdırmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. 11.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər və üçüncü şəxslər məhkəmə iclasında iştirak etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
12.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 13.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 14.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 15.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən maddi hüquq norması
Azərbaycan Respublikasının Konstitusiyasının
16.29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. 17.«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair * saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
18.1133.1 və 1133.2-ci maddələrinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 19.1134.1 və 1134.2-ci maddələrinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 20.1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 21.1159.1.1-ci maddəyə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 22.1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 23.1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 24.1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra ölərsə, ölmüş vərəsənin ilkin miras qoyandan pay almaq hüququ həmin vərəsənin miras əmlakı kimi ümumi qaydada öz vərəsələrinə keçir. 25.1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. 26.1321-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. 27.1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. 28.1325.1-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.
"Notariat haqqında” Azərbaycan Respublikası Qanununun
29.9-cu maddəsinin birinci hissəsinə görə, notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir. 30.34-cü maddəsinin ikinci və üçüncü hissələrinə görə, təsdiq edilməli olan hüquq və ya fakt barəsində mübahisə edən digər əlaqədar şəxsdən ərizə alınması haqqında məhkəmədən məlumat gəldikdə notariat hərəkətlərinin aparılması məhkəmədə iş həll edilənədək dayandırılmalıdır.Təsdiq edilməli olan hüquq və ya fakt barəsində mübahisə etmək üçün məhkəməyə müraciət etmək arzusunda olan digər əlaqədar şəxsin xahişi ilə notariat hərəkətinin aparılması on gün müddətinə təxirə salınmalıdır. Bu müddətdə məhkəmədən təsdiq edilməli olan hüquq və ya fakt barəsində əlaqədar şəxsdən ərizə daxil olduğu haqqında məlumat alınmazsa, artıq notariat hərəkətinin aparılmasının dayandırılmasına yol verilmir. 31.59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. 32.60-cı maddəsinə əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də müəyyən etməyə çalışmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
33.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
34.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
35. Mülki işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının atası X1 ##.##.2019-cu il tarixdə vəfat etmiş və tərkibində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi ** saylı evin ** saylı mənzili da olmaqla miras açılmışdır. Miras qoyanın birinci növbə vərəsələri iddiaçı X4 və hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmuşlar. Bununla yanaşı, miras qoyanın ##.##.2015-ci il tarixdə vəfat etmiş oğlunun qızı cavabdeh3 da vərəsə qismində tanınmışdır.
36. Belə ki, cavabdeh3 ##.##.2019-cu il tarixli müraciət ərizəsindən görünür ki, o, qanunvericiliklə müəyyən edilmiş müddətdə miras payının qəbul edilməsi məqsədilə notariat orqanına müraciət etmiş və notariusun ##.##.2022-ci il tarixli, *V-*** nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi ilə ona miras əmlakın tərkibinə daxil olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi ** saylı evin ** saylı mənzilinin 1/3 hissəsinə vərəsə kimi pay hüququ verilmişdir.
37. Hazırda iddiaçı Əhmədov İddiaçı Xanım Xəyyam qızının atasının miras qoyandan əvvəl vəfat etməsinə istinad edərək, onun adına verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsini və mübahisəli mənzil üzrə payının ½ hissə müəyyən edilməsini xahiş etmişdir.
38. Mülki Məcəllənin 1159.1-ci maddəsində qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrin dairəsi müəyyən edilmişdir. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Bu halda onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli üç ulduzlu qərarında əks olunan hüquqi mövqeyə görə qeyd edilməlidir ki, hazırda mülki qanunvericilik mirasın açıldığı vaxt baxımından vərəsənin ölümünə münasibətdə iki qayda nəzərdə tutmuşdur: vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə (irsi transmissiya – MM-in 1252-ci maddəsi); qanun üzrə vərəsə miras açılmamışdan əvvəl ölərsə (vərəsənin əvəzlənməsi – MM-in 1159-cu maddəsi). Hər iki institut “vərəsəlik hüququnun özünün” miras kimi vərəsəlik qaydasında keçməsini tənzimləməklə irsi xarakter daşısa da, müəyyən əlamətlərinə görə fərqlənir.
40. Belə ki, MM-in 1252-ci maddəsi “irsi transmissiya” anlayışı altında vərəsənin miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək öldüyü halda, mirasdan pay almaq hüququnun onun vərəsələrinə keçməsini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin həmin norma ilə bağlı mövqeyinə görə, vərəsəlik hüququnda irsi transmissiya dedikdə, miras açıldıqdan sonra öldüyünə görə mirası qəbul edə bilməyən vərəsənin (transmittent) mirası qəbul etmək hüququnun onun öz vərəsələrinə (transmissar) keçməsi başa düşülür. Yəni, qanun və ya vəsiyyət üzrə vərəsə miras açıldıqdan sonra miras əmlakın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mirası qəbul etmədən və vərəsəlik hüququnu həyata keçirə bilmədən ölərsə, mirası qəbul etmək hüququ ləğv edilmir və bu hüquq ölmüş vərəsənin vərəsələrinə keçir. Bu halda əksi sübuta yetirilməyincə, mirası qəbul etmədən ölmüş vərəsənin miras qoyanın əmlakını mirası qəbul etmək niyyətinin mövcudluğu prezumpsiyası tətbiq edilir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ###### 2020-ci il tarixli qərarı).
41. Vərəsənin əvəz edilməsi qaydası isə MM-in 1159-cu maddəsində nəzərdə tutulmuşdur: bu qayda yalnız bir halda – qanun üzrə vərəsənin ölümünün mirasqoyandan əvvəl baş verdiyi zaman tətbiq edilə bilər. Vərəsənin əvəzlənməsi irsi xarakter daşıyır, təsadüfi deyil ki, sözügedən norma bu qaydanı müəyyən edərkən birinci növbə vərəsələrdə yalnız nəvə, nəticə və uşaqlara, ikinci növbə vərəsələrin uşaqlarına (və onların uşaqlarına), üçüncü növbə vərəsələrin ana və atalarına münasibətdə müəyyən etmişdir.
42. Qanunvericiliyin təhlilindən və Konstitusiya Məhkəməsinin yuxarıdakı mövqeyindən belə bir nəticə hasil olur ki, həm irsi transmissiya, həm də vərəsələrin əvəzlənməsi zamanı qohumluq faktoru önəmlidir, MM-in 1159-cu maddəsindəki yanaşmadan da aşkar şəkildə bəlli olur ki, vərəsənin əvəzlənməsi mirasqoyanın düzünə xətt üzrə olan qan bağına əsaslanmışdır. Beləliklə, birinci dərəcəli vərəsələr mirasqoyanla ən yaxın qohumluq münasibətində olan şəxslər olduğundan, onların hər hansının mirasqoyandan əvvəl ölməsi halında, həmin vərəsənin yerinə keçəcək şəxsin tək ölmüş vərəsənin övladı (nəvəsi, nəticəsi) olması yetərli olmayaraq, həm də mirasqoyanla düzünə xətt üzrə qan bağının olması əsas şərt hesab olunur. Bu qaydada yalnız 1159.1-ci maddədə nəzərdə tutulmuş hallarda övladlığa götürülən və övladlığa götürən şəxslərə münasibətdə istisnalıq təşkil edə bilər.
43. Beləliklə, Mülki Məcəllənin 1159.1.3-cü maddəsinin məzmununa görə, mirasın açıldığı vaxt miras qoyanla aşağı xətt üzrə qan bağı olan qohumları sağ olmadıqda, onların uşaqları, nəvələri və nəticələri qanun üzrə vərəsə sayılır və öz valideynlərinin yerinə keçirlər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mirasqoyan X1 ilə düzünə xətt üzrə qohumluq münasibəti (qan bağı) müəyyən edildiyindən, onun mirasqoyandan qalmış mirasa dair atası vasitəsilə qanun üzrə vərəsəlik hüququnun yaranması mülki qanunvericiliyin tələblərinə uyğundur.
44. Notarius tərəfindən ##.##.2022-ci il tarixli, *V-*** nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi verilərkən irsi transmissiya qaydalarına istinad edilməsi, miras açıldıqdan sonra miras əmlakın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mirası qəbul etmiş cavabdehin Mülki Məcəllənin 1159.1.3-cü maddəsi əsasında vərəsələrin əvəzlənməsi qaydasında vərəsəlik hüququnun əmələ gəlməsini istisna edən hal kimi qiymətləndirilə bilməz. Bu səbəbdən, qeyd olunan dəlil özlüyündə vərəsəlik şəhadətnaməsinin ləğvi və miras paylarının yalnız iddiaçı ilə onun qardaşı arasında bölüşdürülməsi üçün hüquqi əsas hesab edilə bilməz.
45. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Aapellyasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
46. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
47. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 393,402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı # ###### 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev