Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1644/2026 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı işi üzrə Açar sözlər: (“pul”) hakimlər X4 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil Xəlilov İlkin Ələkbər oğlu və cavabdehin iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı
1. İddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 3049 manat məbləğində manat məbləğində pul vəsaitinin və 50,49 manat məbləğində dövlət rüsumunun iddiaçı İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.3, 448.4-cü maddələrinə istinadən onunla əsaslandırmışdır ki, RAZ********** nömrəli, blank seriya BA N****** daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinə əsasən Seriya MA ******* nömrəli dövlət reyestrindən çıxarışla sığortalı X2 məxsus olan, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 66 ünvanında yerləşən parket-qapı salonu təyinatlı daşınmaz əmlak ##.##.2014-cü il tarixdən ##.##.2015-ci il tarixədək 79700 manat məbləğində İddiaçı ASC tərəfindən sığorta edilmişdir. Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə ##.##.2015-ci il tarixli arayışının və yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində zərərçəkən qismində müəyyən edilən digər şəxs haqqında məlumata əsasən ##.##.2015-ci il tarixdə saat 00:30 radələrində ünvan 1 ünvanda yol-nəqliyyat hadisəsi baş vermişdir. “Qafqaz Lizinq”ə məxsus, Cavabdeh idarə etdiyi ** PL *** dövlət qeydiyyat nömrəli, “Hyundai Sonata” markalı avtomobil həmin ünvanda yerləşən salona dəymişdir. Baş vermiş hadisə ilə bağlı ##.##.2017-ci il tarixli, 5709/CFİ-016/20152017-* nömrəli aktla İddiaçı ASC tərəfindən sığorta olunan X2 150 manat azadolma məbləği və s. çıxılmaqla 3049 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.
2. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - MA seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Bakı şəhəri Binəqədi rayonu X3 prospektində yerləşən ** nömrəli evin * nömrəli mənzili xüsusi mülkiyyət hüququ ilə X2 məxsusdur; - MA seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Bakı şəhəri Binəqədi rayonu X3 prospektində yerləşən ** nömrəli evin ** nömrəli mənzili xüsusi mülkiyyət hüququ ilə X2 məxsusdur; - "Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi"ndən görünür ki, sığortalı X2 məxsus Bakı şəhəri Binəqədi rayonu Atatürk prospekti 66 ünvanında yerləşən daşınmaz əmlak ##.##.2014-cü ildən ##.##.2015-ci ilədək müddətinə 79700 manat məbləğində İddiaçı ASC tərəfindən sığorta edilmişdir; - "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış"dan görünür ki, "Qafqaz Lizinq"ə məxsus Cavabdeh idarə etdiyi **-PL-*** dövlət qeydiyyat nişanlı "Hyundai Sonata" markalı avtomobil Bakı şəhəri Binəqədi rayonu Atatürk prospektində yerləşən 66 ünvanda yerləşən mağazaya dəymişdir; - ##.##.2015-ci il tarixli "Qiymətləndirmə hesabatı"ndan görünür ki, avtomobil qəzası nəticəsində Bakı şəhəri Binəqədi rayonu Atatürk prospektində yerləşən 66 ünvanda yerləşən mağazaya 3199 manat məbləğində zərər dəymişdir; - Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2016cı il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdeh Cavabdeh, "xxxx" ASCyə və İddiaçı ASC-yə qarşı "əmlaka vurulmuş zərərin ödənilməsi, sığorta ödənişinin verilməsi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh Cavabdeh və İddiaçı ASC-dən müştərək qaydada 3199 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2016-cı il tarixli qətnaməsindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2016-cı il tarixli qətnaməsindən iddiaçı X2 tərəfindən verilmiş apellyasiya şikayəti rədd olunmuşdur; - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-***/**** nömrəli ##.##.2017-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2016-cı il tarixli qətnaməsindən iddiaçı X2 tərəfindən verilmiş kasassiya şikayəti təmin edilməmişdir;- ##.##.2017-ci il tarixli "Sığorta aktı"ndan görünür ki, ##.##.2015-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı ASC-də daşınmaz əmlakın icbari siğorta müqaviləsi ilə siğortalı olan X2 məxsus Bakı şəhəri Binəqədi rayonu Atatürk prospekti 66 ünvanında yerləşən mağazaya dəymiş olan 3199 manat məbləğində zsiyanın 3049 manat olan hissəsi ödənilməsi müəyyən edilmişdir. **** nömrəli ##.##.2017-ci il tarixli ödəniş tapşırığından görünür ki, 3049 manat məbləğində pul vəsaiti Azsiğorta ASC tərəfindən X2 ödənmişdir.
3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh Cavabdeh 3049 manat pul vəsaitinin və 50,49 manat dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1, 377.3, 377.4, 453.4, 1114.1, 936.1, 936.2, 936.5, 1096.1, 1096.2, 1097.1, 1108.1; “İcbari sığortalar haqqında” Qanunun 20.5, 36.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Atatürk prospekti 66 ünvanında yerləşən daşınmaz əmlak X2 məxsusdur. Həmin əmlak İddiaçı ASC tərəfindən ##.##.2014-cü ildən ##.##.2015-ci ilədək müddətə sığortalanmışdır. ##.##.2015-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində cavabdeh Cavabdeh idarə etdiyi "Hyundai Sonata" markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsi ilə Bakı şəhəri Binəqədi rayonu Atatürk prospekti 66 ünvanında yerləşən daşınmaz əmlaka maddi zərər vurulmuşdur. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2016-cı il tarixli qətnaməsi ilə qeyd olunan hadisə nəticəsində dəymiş zərərə görə cavabdeh Cavabdeh və İddiaçı ASC-dən müştərək qaydada 3199 manat ödənilməsi qət edilmişdir. Bundan sonra İddiaçı ASC ##.##.2017-ci ildə X2 3049 manat məbləğində sığorta ödənişi etmiş, hal-hazırda isə ödənilmiş pulun cavabdehdən tutulmasını tələb edir. Sadalanan normalardan və işin hallarından görünür ki, iddiaçının subroqasiya hüququ, yəni sığorta ödənişi almış şəxsə dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı edilmiş ödənişi tələb etmək hüququ yaranmışdır. Ona görə də iddia təmin edilməli, cavabdeh Cavabdeh 3049 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı İddiaçı ASC-yə ödənilməlidir. Bundan sonra məhkəmə cavabdeh tərəfindən təqdim edilən iddia müddətinin tətbiq edilməsinə dair ərizə münasibət bildirərək qeyd edir ki, hazırki iddia tələbi üzrə tətbiq edilə bilən müddət ümumi iddia müddəti olduğundan və ümumi iddia müddəti 10 il olduğundan, hazırki tələb üzrə isə iddia müddətin axımı öhdəliyin icra edildiyi gündən yəni ##.##.2017-ci il tarixindən yarandığından, hazırki tələb üzrə iddia müddəti ötürülmədiyindən, iddia müddətinin tətbiq edilməsinə dair ərizə təmin edilə bilməz. Bundan baqşa məhkəmə iddia tələbinin dövlət rüsumun ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu cavabdeh Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
4. Cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin tam təmin olması, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin ##.##.2026-cı il, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 500, 509; Mülki Prosessual Məcəlləsinin 4.1, 4.2, 88, 106, 217, 218.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, çünki Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)****/**** nömrəli ##.##.2016-cı il tarixli qətnaməsinə əsasən o və İddiaçı ASC-dən 3199 manat məbləğində pul vəsaiti müştərək qaydada tutulmalı idi. Daha sonra İddiaçı ASC-nin X2 3049 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Bununla bağlı qeyd edir ki, İddiaçı ASC ondan bütövlükdə 3049 manat məbləğini tələb edə bilməz, yalnız onun payına düşən miqdarda məbləği tələb edə bilər. Çünki bu barədə qüvvədə olan preyudisial qətnamə mövcuddur. Həmin qətnamədə də göstərilmişdir ki, pul məbləği müştərək qaydada tutulmalıdır. Əgər həmin qətnamə olmasa idi, xxxx könüllü qaydada sığorta məbləğini ödəmiş olsa, hazırda da həmin məbləği ondan tələb etməyə haqlı idi. Lakin o könüllü olaraq həmin məbləği ödəməmiş, məhkəmə həmin məbləği müştərək qayadada tutulması barədə qətnamə qəbul etmişdir. Müştərək qayda isə o deməkdir ki, həmin məbləğin yarası ondan, yarısı isə sığorta şirkətindən tutulmalı idi. Bu səbəbdən qətnamə ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. Beləliklə, İddiaçı ASC-nin iddiasının təmin edilməsi ilə bağlı Bakı şəhər Sabunçu rayon məhkəməsinin ##.##.2026-cı il, *(***)****/**** saylı qətnaməsi qanunsuz və əsassızdır. Aşağıda qeyd olunmuş maddi və prosessual hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edirəm ki, Bakı şəhər Sabunçu rayon məhkəməsinin ##.##.2026-cı il, *(***)-****/**** saylı qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Apellyasiya icraatında müəyyən edilən hallar
5. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə etmiş və şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilən məbləğin yarısını ödəməyə hazırdır.
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Xəlilov İlkin Ələkbər oğlu apellyasiya şikayətinə etiraz etmiş, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 21.1. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2. zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 509.1. Birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. 509.2. Əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar. 509.3. Kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir. 1096.1. mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2. delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1. mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 1114.2. Birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
10. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilməklə iddia tələbi qismən təmin edilməli, qanuni qüvvəyə minmiş məhkəmə qətnamsi ilə müəyyən edilən və iddiaçı tərəfindən ödənilən məbləğin yarısı reqres qaydasında cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
11. Belə ki, Qafqaz Lizinq"ə məxsus Cavabdeh idarə etdiyi **-PL-*** dövlət qeydiyyat nişanlı "Hyundai Sonata" markalı avtomobil qəzası nəticəsində Bakı şəhəri Binəqədi rayonu Atatürk prospektində yerləşən 66 ünvanda yerləşən mağazaya 3199 manat məbləğində zərər dəymişdir. Qanuni qüvvəsini almış Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2016cı il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdeh Cavabdeh, "xxxx" ASC-yə və İddiaçı ASC-yə qarşı "əmlaka vurulmuş zərərin ödənilməsi, sığorta ödənişinin verilməsi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh Cavabdeh və İddiaçı ASC-dən müştərək qaydada 3199 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. ##.##.2017-ci il tarixli "Sığorta aktı" və ##.##.2017-ci il tarixli ödəniş tapşırığına müvafiq 3049 manat məbləğində pul vəsaiti Azsiğorta ASC tərəfindən X2 ödənmişdir.
12. Məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə cavabdeh Cavabdeh və İddiaçı ASC-dən müştərək qaydada 3199 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı X2 ödənilməsi qət edilmiş, onların birgə mülki məsuliyyət daşıması müəyyən edilmiş və sığorta münasibətlər müstəvisində iddiaçının subroqasiya və ya sığorta ödənişi üzrə digər tələb hüquqları müəyyən edilməmişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar və hüquq münasibətləri həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi yolverilməzdir. Mülki qanunvericiliyin tələblərinə görə isə borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar. Bu səbəbdən məhkəmə kolegiyası hesab edir ki, iddiaçı cavabdehdən ödənilmiş ümumi məbləğin tamını deyil, yalnız qanunla cavadehin payına düşən 50% hissəsini tələb edə bilər.
13. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməklə cavabdeh Cavabdeh 1524,50 manat pul vəsaiti tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməlidir.
14. Kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu onların ödəyən şəxsin özünə aid edilməlidir.
15. Mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 (beş min) manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kasassiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
16. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh Cavabdeh 1524,50 (min beş yüz iyirmi dörd manat əlli qəpik) manat pul vəsaiti tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilsin. Qalan hissədə iddia tələbi təmin edilməsin.