Məhkəmə qərarları › İş №e-2(3-6)-1651/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1651/2026

04.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1651/2026 04.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Açar sözlər: (alqı-satqı müqaviləsi üzrə pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, iddiaçı İddiaçı MMC nümayəndəsi X5 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış oğlundan ##.##.2025-cü il tarixli müqaviləyə əsasən IMEI KODU 359476730200887 IPHONE 16 PRO MAX markalı telefon, APPLE adapter, qızıl zəmanət ultra1 il xidmətini cavabdehə verməyi öz öhdəsinə götürmüşdür.

2. ##.##.2025-ci il tarixli ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, cavabdeh 571 manat ilkin ödəniş etməklə 12 ay müddətinə hər ay 307.55 manat olmaqla 4261.54 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. ##.##.2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, sözügedən əşya cavabdeh tərəfindən təhvil alınmışdır.

3. ##.##.2025-ci il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, cavabdehin ##.##.2025-ci il tarixli müqavilə üzrə 3690.6 manat ödənilməmiş hissə, 369.06 manat cərimə olmaqla ümumilikdə 4059.66 manat borcu vardır.

4. İddiaçı MMC-nin cavabdeh Cavabdeh ünvanladığı ##.##.2025-ci il tarixli xəbərdarlığa əsasən məlum olur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir.

a)Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ##.##.2025-cü il tarixli müqaviləyə əsasən IMEI KODU 359476730200887 IPHONE 16 PRO MAX markalı telefon, APPLE adapter, qızıl zəmanət ultra1 il xidməti üçün 3690.6 manat ödənilməmiş hissə, 369,06 manat cərimə olmaqla ümumilikdə 4059,66 manat borc və 60.60 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh ##.##.2025-cü il tarixli müqaviləyə əsasən IMEI KODU 359476730200887 IPHONE 16 PRO MAX markalı telefon, APPLE adapter, qızıl zəmanət ultra 1 il xidməti üçün 3690.6 manat ödənilməmiş hissə, 184.53 manat cərimə olmaqla ümumilikdə 3875.13 manat borc və 58.75 manat dövlət rüsumu alınaraq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. 7.Məhkəmə cavabdehin hərəkətini müqavilə öhdəliklərinin lazımı qaydada icra edilməməsi kimi qiymətləndirmiş, eyni zamanda Mülki Məcəllənin 467-ci maddəsinə əsasən 396.06 manat cəriməni tənasübsüz sürtdə yüksək hesab edərək cərimə məbləğini 184.53 manat miqdarında müəyyən edilərək iddianı qismən təmin etmişdir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1, 467, 600.1, 600.2, 600.4-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.2, 284-5.3, 14.2, 77.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9.Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 10.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, o, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə heç bir müqavilə bağlamamış və onlardan heç bir mobil telefon götürməmişdir. O, müqavilə ilə tanış oldu və gördü ki, həmin müqavilədə imza onun deyildir. Kimsə onun adından müqaviləyə saxta imza atmışdır. Ona görə də hesab edir ki, ondan imza və xətt nümunələri götürülməli və iş üzrə xətşünaslıq ekspertizası keçirilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 11.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12.Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi, izahatında apellyasiya şikayətinin dəlillərini əsassız hesab etdiyini bildirərək qeyd etdi ki, onlar gecikmələr olduqda ilk növbədə vətəndaşla əlaqə saxlayır. Operatorları iddiaçı ilə əlaqə saxlayıb, onlara ödəniş ediləcəyini bildirib. 571 manat məbləğində ilkin ödəniş də edilmişdir. Bundan əlavə qeyd etmək istəyir ki, məhkəmənin qərardadı ilə şikayətə məhkəmə iclasında baxılması qərara alınmışdır. Lakin tərəf özü məhkəmə iclasında iştirak etmir, hesab edir ki, o işdə maraqlı deyil.

13. Işə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh X3 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14.Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1.Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1.Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur. Maddə 448.1.Əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətna¬mə¬sini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri 16.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 17.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, cavabdeh qətnamənin tam ləğv olunmasını xahiş etsə də, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin cavabdehin dəlilləri əsasında iddianın təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki, iddiaçı iddianın təmin olunmayan hissəsindən apellyasiya şikayəti verməmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18.Kollegiya iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır.

19. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı İddiaçı MMC ilə Cavabdeh arasında ##.##.2025-cü il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə müqavilədə nəzərdə tutulmuş Malı (IMEI KODU 359476730200887 IPHONE 16 PRO MAX markalı telefon, APPLE adapter, qızıl zəmanət ultra 1 il xidməti ilə) verməyi, cavabdeh isə Malın dəyərini razılaşdırılmış qaydada iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür.

20. ##.##.2025-ci il tarixli ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, cavabdeh 571 manat ilkin ödəniş etməklə 12 ay müddətinə hər ay 307.55 manat olmaqla 4261.54 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. ##.##.2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, sözügedən əşya cavabdeh tərəfindən təhvil alınmışdır.

21. ##.##.2025-ci il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, cavabdehin ##.##.2025-ci il tarixli müqavilə üzrə 3690.6 manat ödənilməmiş hissə, 369.06 manat cərimə olmaqla ümumilikdə 4059.66 manat borcu vardır.

22. Göründüyü kimi cavabdeh Cavabdeh nisyə alğı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə cavabdehin müqavilə üzrə borcu yaranmışdır.

23. Birinci instansiya məhkəməsi müəyyən edilmiş 369.06 manat cəriməni tənasübsüz yüksək hesab edərək həmin məbləği 184.53 manat miqdarında müəyyən etmişdir.

24. Qanunvericiliyin istinad olunan normalarına əsasən kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh iddiaçı ilə bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyi lazımı qaydada icra etmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuş, məhkəmə iddianı qismən təmin edərək qanuni və əsaslı nəticəyə gəlmişdir.

25. Cavabdehin müqavilədəki imzanın ona məxsus olmaması barədə dəlilləri əsassız hesab edən kollegiya qeyd edir ki, işdən görünür ki, cavabdeh tərəfindən müqavilə üzrə 571 manat ilkin ödəniş edilmişdir.

26. Həmçinin cavabdehin apellyasiya şikayəti üzrə dəlillərini müdafiə etməsi üçün onun məhkəmə iclasında iştirakını təmin etmək məqsədi ilə məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə işə şifahi məhkəmə iclasında baxılması qərara alınsa da, cavabdeh məhkəmə iclasında gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəyə hər hansı bir məlumat təqdim etməmişdir.

27. Buna görə də kollegiya cavabdehin dəlillərini müdafiə xarakterli subyektiv mülahizə kimi qiymətləndirərək əsassız hesab edir.

28. Halbuki, prosessual qanunvericiliyin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Kollegiya həmçinin hesab edir ki, məhkəmə dövlət rüsumu ilə bağlı məsələni prosessual qanunvericiliyin tələblərinə uyğun qaydada həll etmişdir.

30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsum tərəfin özünə aid edilməlidir.

32. MPM-in 402.1-ci maddəsinə əsasən iddianın qiyməti beş min manatdan aşağı olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. 33.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şıkayəti verilə bilməz.

Sədrlik edən Günay Axundova Hakimlər Məhəmməd Rüstəmli Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar