Məhkəmə qərarları › İş №e-2(3-6)-1652/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1652/2026

13.07.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1652/2026 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh4, Bakı şəhəri ** saylı Dövlət Notariat Kontoru, cavabdeh2 və cavabdeh1 X16 * saylı Bakı Ərazi İdarəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 olmaqla); mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı, cavabdeh2, Bakı şəhəri ** saylı Dövlət Notariat Ofisi və xxxx" X16 * saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə Açar sözlər : (“vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi, miras payın müəyyən edilməsi”) hakimlər X29 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil Nümayəndə, cavabdeh cavabdeh2, cavabdeh cavabdeh4 nümayəndəsi Məhərrəmova Xəyalə Calal qızı, müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs, onun nümayəndəsi vəkil vəkil2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, onun nümayəndəsi vəkil İsmayılzadə Qulam Azər oğlu, müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 iştirakları ilə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin *(***)- ****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs və müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. İddiaçı İddiaçı cavabdehlər cavabdeh4, Bakı şəhəri ** saylı Dövlət Notariat Kontoru, cavabdeh2 və cavabdeh1 X16 * saylı Bakı Ərazi İdarəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 9 0.1541 ha olan *** nömrəli bağ sahəsinə dair Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən verilmiş ##.##.2021ci il tarixli 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, ##.##.2021-ci il tarixli 2V-*** reyetr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında *** nömrəli bağ sahəsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrində cavabdeh2 adına aparılmış qeyd və onun əsasında verilmiş ##.##.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, cavabdeh2 və cavabdeh4 ümumi sahəsi 20.9 ha olan *** nömrəli bağ sahəsinin 0.1902 hissəsinə ½ hissədə pay almalarına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrində cavabdeh2 və cavabdeh4 adına aparılmış qeyd və ##.##.2018ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, ümumi sahəsi 20.9 ha olan *** nömrəli bağ sahəsinin 0.0578 ha hissəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrində cavabdeh2 adına aparılmış qeyd və ##.##.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, ##.##.2006-cı il tarixdə vəfat etmiş keçmiş qayınatası X8 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 230 və *** nömrəli bağ sahələrinə dair qanun üzrə vərəsə hüquqlarının tanınması və paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, keçmiş qayınatası, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 230 və *** nömrəli bağ sahələrinin mülkiyyətçisi X8 ##.##.2006-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. X8 övladı, onun mərhum həyat yoldaşı X11 isə ##.##.2019-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. O, X11 ilə ##.##.1991-ci il tarixində nikaha daxil olmuşdur. X8 vəfat etdikdən sonra ondan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən ümumi sahəsi 20.9 ha olan 230 və ümumi sahəsi 0.1541 ha olan *** nömrəli bağ sahələri miras qalmışdır. Həyat yoldaşı X11 vəfat etdiyindən mərhum qayınatası X8 qalan miras əmlaklara dair vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı ##.##.2024-cü il tarixdə Bakı şəhəri ** saylı notariat ofisinə müraciət etmişdir. Müraciətinə cavab olaraq ** saylı notariat ofisi tərəfindən ##.##.2024-cü il tarixdə Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda X8 miras qalmış əmlaka dair vərəsələrin dairəsinin müəyyən edilməsi və digər vərəsəliyi faktiki qəbul etmiş vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi, həmçinin vərəsəliyin qəbul edilməsi müddətini buraxdığına görə sözügedən sənədin verilməsindən imtina edilmişdir. Pozulmuş hüquqlarının müdafiəsi üçün vəkilə müraciət etmiş və əldə olunmuş vərəsəlik işi ilə tanışlıqdan məlum olmuşdur ki, cavabdeh2 digər vərəsələrdən gizlin olaraq ** saylı notariat kontoruna müraciət etmiş (qayınatasının ölümündən 15 il keçmiş), digər vərəsələrin olmasını gizlədərək yalnız öz adına *** nömrəli bağ sahəsinə tam hissədə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” almışdır. Həmin vərəsəlik işində olan sənədlərdən də görünür ki, digər vərəsənin olması faktı notariat kontorunda araşdırılmamış və yalnız cavabdeh2 ##.##.2021-ci il tarixdə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Özü də həmin şəhadətnamə qayınatası öldükdən 15 (on beş) il sonra verilmiş, həmin vaxt onlardan qanunla müəyyən olunmuş müddətin ötürülməsinin üzrlü olması və bərpa edilməsi tələb olunmamışdır. Qeyd edilən vərəsəlik şəhadətnaməsinə əsasən cavabdeh2 adına ##.##.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmçinin əldə olunmuş digər sənədlərdən məlum olmuşdur ki, cavabdeh2 və oğlu cavabdeh4 ümumi sahəsi 20.9 ha olan *** nömrəli bağ sahəsinin 0.1902 ha hissəsinə ½ hissədə pay almalarına dair ##.##.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış, habelə cavabdeh2 *** nömrəli bağ sahəsinin 0.0578 ha hissəsinə tam həcmdə pay almasına dair ##.##.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Göründüyü kimi, ##.##.2006-cı il tarixdə vəfat etmiş X8 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 230 və *** nömrəli bağ sahələrindən onun miras payları müəyyən olunmamış və bununla da onun vərəsəlik hüququ pozulmuşdur. O, keçmiş qayınatasından qalan mirasdan imtina etməmişdir və bununla əlaqədar hər hansı bir orqana ərizə ilə müraciəti olmamışdır. Əksinə payların müəyyən edilməsi ilə bağlı ** saylı Notariat ofisinə müraciət etdikdə ona əsassız və qanunsuz olaraq imtina cavabı verilmişdir. Paylı mülkiyyət üzrə hissələr düzgün müəyyən edilmədiyindən ##.##.2021-ci il tarixli 2V-*** reyetr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi etibarsızdır. Həmçinin, həmin şəhadətnamə əsasında cavabdeh2 adına verilmiş *** nömrəli bağ sahəsinə dair ##.##.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış, habelə cavabdeh2 oğlu cavabdeh4 *** nömrəli bağ sahəsinin 0.1902 hissəsinə ½ hissədə pay almalarına dair verilmiş ##.##.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış, cavabdeh2 *** nömrəli bağ sahəsinin 0.0578 ha hissəsinə tam həcmdə pay almasına dair ##.##.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış da etibarsız hesab edilməklə ləğv olunmalıdır.

2. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs cavabdehlər İddiaçı, cavabdeh2, Bakı şəhəri ** saylı Notariat Ofisi və xxxx" X16 * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən *** nömrəli bağ sahəsinə dair ** saylı Notariat Ofisi tərəfindən verilmiş ##.##.2021-ci il tarixli, 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında *** nömrəli bağ sahəsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrində cavabdeh2 adına aparılmış qeyd və onun əsasında verilmiş ##.##.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh cavabdeh2 birinci dərəcəli vərəsələrdən gizlin olaraq yalnız öz adına *** nömrəli bağ sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Notarius tərəfindən də digər vərəsələr araşdırılmamışdır. Özü də şəhadətnamə onun qaynatasının ölümündən 15 il sonra verilmiş, həmin vaxt onlardan qanunla müəyyən edilmiş müddətin ötürülməsinin üzrlü olması və bərpa olunması tələb edilməmişdir.

3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - V-ЖГ-ИЕ seriyalı ****** nömrəli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən, X11 İddiaçı ilə ##.##.1991-ci ildə nikaha daxil olmuşlar; - Notariat hərəkətlərinin aparılmasından imtina olunmasına dair ##.##.2024-cü il tarixli Qərara əsasən müəyyən edilir ki, İddiaçı sənədləri təqdim edərək mərhum X8 onun qaynatası ##.##.2019-cu il tarixdə vəfat etmiş əri X11 atası olmasını bildirmişdir. Lakin X11 qanun üzrə vərəsəliyi qəbul etmədən və vərəsəliyin qəbulu ilə əlaqədar ərizə vermədən ##.##.2019-cu il tarixdə ölmüşdür. İddiaçı qaynatası olan X8 miras qalmış əmlaka dair vərəsələrin dairəsi müəyyən edilməsi və digər vərəsəliyi faktiki qəbul etmiş vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi bildirilmişdir. Bundan əlavə miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün qanunvericiliyin tələblərinə əsasən müddətin buraxılması izah edilmişdir. İddiaçı tələbini dəyişməmişdir. Odur ki, vərəsəlik işi üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir; - Bakı şəhəri Sabunçu rayon VVADQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnaməyə əsasən, X21 ## ###### 2003-cü ildə Bakı şəhərində ölmüşdür. Onun ölümü haqqında ##.##.2004-cü ildə ** nömrəli akt qeydi tərtib olunmuşdur; - Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnaməyə əsasən, X8 ## ###### 2006-cı ildə Bakı şəhərində ölmüşdür. Onun ölümü haqqında ##.##.2009-cu ildə *** nömrəli akt qeydi tərtib olunmuşdur; - * saylı Bakı Asan xidmət mərkəzi tərəfindən verilmiş ölüm haqqında şəhadətnaməyə əsasən, X4 ## ### 20**-ci ildə Bakı şəhərində ölmüşdür. Onun ölümü haqqında ##.##.20**-ci ildə **** nömrəli akt qeydi tərtib olunmuşdur; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, ##.##.2019-cu il tarixli çıxarışa əsasən ümumi sahəsi 20,09 kv.m olan, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran 2 bağ massivi, *** nömrəli fərdi yaşayış evi cavabdeh2 adına qeydiyyatdan keçmişdir; - AN-1 ******* nömrəli ##.##.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən cavabdeh2 ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 20.90 kv.m olan bağ evinin mülkiyyətində olan 0.05878 ha torpaq sahəsindən 0.04 boş torpaq sahəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mülkiyyətinı vermişdir. Qalan ümumi sahəsi 20.90 kv.m olan bağ evi və 0.0**8 ha torpaq sahəsi isə satıcının mülkiyyətində qalmışdır; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, ##.##.2021-ci il tarixli çıxarışa əsasən, ümumi sahəsi 0.1541 hektar olan, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, *** nömrəli bağ sahəsi X8 adına qeydiyyatdan keçmişdir; - Bakı şəhəri ** saylı Notariat Ofisi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ** nömrəli məktuba əsasən, Bakı şəhəri ** saylı Notariat Ofisində ##.##.2021-ci il tarixdə təsdiq edilmiş 2V-*** reyestr nömrəli vərəsəlik işinin surəti məhkəməyə göndərilmişdir. Bundan əlavə X11 adına Bakı şəhəri ** saylı Notariat Ofisində vərəsilik işinin açılmaması qeyd olunmuşdur; - Bakı şəhəri, ünvan 9 *** nömrəli bağ sahəsinə dair Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən verilmiş ##.##.2021-ci il tarixli 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ##.##.2006-cı ildə vəfat etmiş X8 vərəsəsi, ##.##.20**-ci ildə vəfat etmiş oğlu X5 vərəsəsi cavabdeh2 miras əmlakdan tam hissədə pay almalıdır; - DƏDRX tərəfindən ##.##.2021-ci il tarixdə X8 verilmiş ************ nömrəli, ********** nömrəli çıxarışa əsasən Bakı şəhəri, ünvan 9 *** nömrəli bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0.1541 ha olan torpaq sahəsindən ibarətdir; - AN-1 ******* nömrəli ##.##.2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi *** nömrəli bağ sahəsi ünvanında yerləşən, ümumi sahəsi 0.1541 hektar olan torpaq sahəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 satmışdır.; - xxxx" X16 * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 3-21-3-30/2-36452/2025 ## ###### 2025-ci il tarixli məktuba əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, *** nömrəli bağ sahəsi ünvanında yerləşən 0.1541 ha torpaq sahəsi ##.##.2021-ci il tarixdə mərhum X8 adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri ** saylı notariat kontorunun 2V-*** reyestr nömrəli ##.##.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən ##.##.2021-ci il tarixdə cavabdeh2 adına qeydiyyata alınmışdır.

4. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən, *** nömrəli bağ sahəsinə dair Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən verilmiş ##.##.2021-ci il tarixli 2V*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrində cavabdeh2 adına aparılmış qeyd və onun əsasında verilmiş ##.##.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən, *** nömrəli bağ sahəsinə dair cavabdeh2 ½ hissə və İddiaçı ½ hissədə pay hüquqlarının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1145, 1159.1, 1159.1.2, 1159.1.3, 1159.1.4, 1159.1.5, 1159.2, 1159.2, 1159.3, 1159.4, 1159.5, 1255, 1273; Mülki Prosessual Məcəllənin 119, 2**.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, mülki qanunvericilik miras açıldığı andan mirasın vərəsələrin əmlakının aktiv və passivinə daxil olduğunu nəzərdə tutur. Bununla belə, vərəsə mirasın açıldığı andan üç ay müddətində notarial formada mirasdan imtina edə bilər. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından, məhkəmə sorğusuna əsasən əldə edilmiş vərəsəlik işindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 230 və *** nömrəli bağ sahələrinin mülkiyyətçisi X8 2006-cı ildə, sonuncunun övladı X11 isə 2019-cu il tarixdə vəfat etmişdir. İddiaçının qaynatasının ölümündən sonra ondan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən ümumi sahəsi 20.9 ha olan 230 və ümumi sahəsi 0.1541 ha olan *** nömrəli bağ sahələri miras qalmış, iddiaçı ərinin ölümündən sonra qaynatasından qalan miras əmlaklara dair vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı ##.##.2024-cü il tarixdə Bakı şəhəri ** saylı notariat ofisinə müraciət etmiş, lakin ** saylı notariat ofisi tərəfindən ##.##.2024-cü il tarixdə notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda X8 miras qalmış əmlaka dair vərəsələrin dairəsinin müəyyən edilməsi və digər vərəsəliyi faktiki qəbul etmiş vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi, həmçinin vərəsəliyin qəbul edilməsi müddətini buraxdığına görə sözügedən sənədin verilməsindən imtina edilmişdir. Vərəsəlik işi ilə məlum olmuşdur ki, cavabdeh2 digər vərəsələrdən gizlin olaraq ** saylı notariat kontoruna müraciət etmiş (qayınatasının ölümündən 15 il keçmiş), digər vərəsələrin olmasını bildirməmiş, yalnız öz adına *** nömrəli bağ sahəsinə tam hissədə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” almışdır. Həmin vərəsəlik işində olan sənədlərdən də görünür ki, digər vərəsənin olması faktı notariat kontorunda araşdırılmamış və yalnız cavabdeh2 ##.##.2021-ci il tarixdə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Özü də həmin şəhadətnamə qayınatası öldükdən 15 (on beş) il sonra verilmiş, həmin vaxt onlardan qanunla müəyyən olunmuş müddətin ötürülməsinin üzrlü olması və bərpa edilməsi tələb olunmamışdır. Qeyd edilən vərəsəlik şəhadətnaməsinə əsasən cavabdeh2 adına ##.##.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmçinin əldə olunmuş digər sənədlərdən məlum olmuşdur ki, cavabdeh2 və oğlu cavabdeh4 ümumi sahəsi 20.9 ha olan *** nömrəli bağ sahəsinin 0.1902 ha hissəsinə ½ hissədə pay almalarına dair ##.##.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış, habelə cavabdeh2 *** nömrəli bağ sahəsinin 0.0578 ha hissəsinə tam həcmdə pay almasına dair ##.##.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası DƏDRX * saylı ərazı idarəsindən əldə olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, *** nömrəli bağ sahəsi ilə bağlı Əliyev Vaqif sağlığında həmin bağ sahəsini bağışlamışdır. Hazırki halda *** nömrəli bağ sahəsi mərhum Vaqif Əliyev öz sağlığında bağışladığından hazırda həmin bağ sahəsinə dair verilmiş, onun əsasında aparılmış qeydiyyatın ləğv edilməsi üçün heç bir əsas yoxdur. İddia tələbi *** nömrəli bağ sahəsinə ##.##.2021-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhər Sovetinin Texniki İnvertarlaşdırma Bürosunun *** nömrəli ##.##.1978-ci il tarixli çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən evin ½ hissəsi X5 və ½ hissəsi X** məxsus olmuşdur. Qeyd olunan ünvanda nikaha girərək hazırki iddiaçı İddiaçı gəlin gələrək yaşamış və qaynatası X9 2006-cı il tarixdə ölümündən sonra da yaşamaqla əmlakı faktiki idarə etməklə mirası qəbul etmiş hesab edilir. Bu halı iş üzrə cavabdeh cavabdeh2xanım Xeyrulla qızı da məhkəmə iclası zamanı izahatında qeyd olunan ünvanda yəni, Xanlar küçəsi 5 ünvanında yerləşən evdə İddiaçı yaşamış və həmin evin birinci mərtəbəsi onun həyat yoldaşı X5 məxsus olduğundan, hətta onun göstərilən evə buraxılmaması ilə bağlı İddiaçı qarşı Sabunçu Rayon Məhkəməsinin qətnaməsi əsasında Zərifəxanım Əliyevanın iddiası təmin edilərək, Xanlar küçəsi ev 5 ünvanından istifadə edilməsinə olunan maneələrin aradan qaldırılması barədə məhkəmə qətnaməsi mövcuddur və həmin qətnamədə bir daha təsdiq olunur ki, Xanlar küçəsi 5 ünvanında olan miras əmlak İddiaçı tərəfindən qəbul edilərək onun istifadəsindədir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, miras açılarkən vərəsə kimi hazırki iş üzrə iddiaçıya məlumat verilmədiyindən mirasda digər vərəsə müəyyən hissədə pay aldığı halda, iddiaçı vərəsə kimi müəyyən edilmədiyindən pay almamışdır. Belə olan halda, ##.##.2021-ci il tarixdə *** nömrəli bağ sahəsinə dair cavabdeh2xanım Xeyrulla qızının adına verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamə etibarsız hesab edilməli və onun əsasında verilmiş çıxarış ləğv edilməlidir. Belə ki, iddiaçı İddiaçı qaynatası Əliyev Vaqifin sağlığından Bakı şəhəri Xanlar küçəsində yerləşən evdə yaşamış və Vaqifin ölümündən sonra da orada yaşamaqla əmlakı faktiki idarəçiliklə qəbul etmişdir. İşin araşdırılan hallarından göründüyü kimi müstəqil tələb irəli sürən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs 2006-cı il tarixdə atası X8 ölümündən sonra atasından qalan miras əmlakı nə notariat kontoruna ərizə verməklə nə də ondan miras qalmış əmlakı faktiki idarə etməklə qəbul etməsi barədə heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Eləcə də, müstəqil tələb irəli sürməyən Mahirə və Ədilə məhkəmə araşdırması zamanı 1989-cu və 1992-ci il tarixlərədə nikaha girərək köçmüş və göstərilən bağ sahəsinə arabir gəlib getməklərini bildirmişdirlər. Məhkəmə həmçinin qeyd edir ki, vərəsəlik şəhadətnaməsi etibarsız hesab edildikdən sonra *** nömrəli bağ sahəsinə aid hissədə cavabdeh2 1/2 hissə, İddiaçı ½ hissədə pay hüquqları müəyyən edilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

5. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs apellyasiya şikayəti vermiş, Sabunçu rayon Məhkəməsinin ##.##.2025-cü il tarixli, 2(008)-2838 /**** saylı qətnaməsi maddi və prosessual hüquq normalarını pozduğu üçün ləğv edilməklə, məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ olmayan iddiaçı İddiaçı tərəfindən irəli sürülmüş iddia tələbinin icraatına xitam verilməklə, Bakı şəhəri, ünvan 9 0.1541 ha olan *** saylı bağ sahəsinə dair Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən verilmiş ##.##.2021-ci il tarixli 2V-*** reyestr nömrəli cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməklə, ##.##.2021ci il tarixli 2V-*** reyetr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında *** saylı bağ sahəsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrində cavabdeh2 adına aparılmış qeyd və onun əsasında verilmiş ##.##.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 60; Mülki Məcəlləsinin 1133, 1133.2, 1145, 1159.1-1159.1.5, 1255; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 77.3, 80, 106.1, 119, 185.5, 2**-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmənin qət etdi hissəsində müstəqil tələb irəli sürən 3-cü şəxs qismində verdiyi iddia ərizəsinə ümumiyyətlə hüquqi qiymət vermədən məhkəmədə iddialara deyil, təkcə iddaçının verdiyi iddia ərizəsinə hüquqi qiymət verilmişdir. Məhkəmə işin araşdırmasından sonra obyektiv hüququ əsaslara deyil, qeyri-müəyyənliyi özündə əks etdirən hallara istinad etmişdir. Məhkəmə qətnamədə istinad etdiyi müstəqil tələb irəli sürən 3-cü şəxsin və iş üzrə maraqlı tələb irəli sürən üçüncü şəxslərin izahatlarını və çıxışlarını tam olaraq yazmamış, müstəqil tələb irəli sürən 3-cü şəxsin verdiyi iddia ərizəsi tam olaraq qətnamədə öz əksini tapmamışdır. Amma digər proses iştirakçılarının yazdığı iddia ərizəsi tam olaraq qətnamədə öz əksini tapmışdır. Həmçinin, məhkəmə öz qətnaməsində mülki məcəllənin maddələrini sadlamaqla nə üçün həmin maddəyə istinad etməsini əsaslandırmadan, atasının mülkünə vərəsəlik hüququ olmayan, heç bir vərəsələr sırasında daxil olmayan iki gəlinin 1/2 hissə payını müəyyən edir. Yəni iki gəlinin ikisinin ərləri sağlığında vərəsə kimi tanınmamasını, tərəflər arasında buraxılmış müddətin bərpasına hüquqi qiymət vermədən (məhkəmədə bu barədə heç bir iddia tələbi olmamışdır) birinci dərəcə vərəsələr (ölmüş şəxsin övladları müstəqil tələb irəli sürən o və iki bacısı sağ olduğu halda) vərəsəlik payından və vərəslik hüququndan məhrum edilmişdir. Məhkəmə göstərilən hal üzrə payların müəyyən edilməsi qənaətinə gəlməklə maddi və prosessual hüquq normaların açıq aşkar pozmuşdur. Məhkəmə baxışına müstəqil tələb irəli sürən 3-cü şəxs kimi cəlb edildikdən sonra məlum olmuşdur ki , cavabdeh cavabdeh2 1-ci dərəcəli vərəsələrdən gizlin olaraq notariat kontoruna müraciət etmiş (atasının ölümündən 15 il keçmiş), digər 1-ci dərəcəli vərəsələrin olmasını gizlədərək yalnız öz adına *** saylı bağ sahəsinə tam hissədə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” almışdır. Həmin vərəsəlik işində olan sənədlərdən də görünür ki, digər vərəsənin olması faktı notariat kontorunda araşdırılmamış və yalnız cavabdeh2 ## ###### 2021-ci il tarixdə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Özü də həmin şəhadətnamə qayınatası öldükdən 15 (on beş) il sonra verilmiş, həmin vaxt onlardan qanunla müəyyən olunmuş müddətin ötürülməsinin üzrlü olması və bərpa edilməsi tələb olunmamışdır. Həmçinin, cavabdeh2 onun atasının qanun üzrə vərəsəsi ola bilməzdi. Çünki onun atasının vərəsəsi olması üçün o ilk növbədə X5 vərəsə kimi tanınmaması və eyni zamanda özünün X5 vərəsəsi kimi tanınması məsələsini həll etməli idi. X12 öldüyü günə kimi vərəsəlik barədə müraciət etməmiş, vərəsə kimi tanınmamış, öldüyü gündən sonra isə cavabdeh cavabdeh2 mərhum ərinin vərəsəsi kimi tanınmadığı halda X5 vərəsəsi kimi birinci dərəcəli vərəsə ola bilməzdi. Həmçinin, əldə olunmuş digər sənədlərdən məlum olmuşdur ki, cavabdeh2 *** saylı bağ sahəsinə vərəsəlik şəhadətnaməsi üzrə tam mülkiyyət hüququ əldə etmişdir. Göründüyü kimi onun və digər iki bacısının qanun üzrə 1-ci dərəcli vərəsə kimi hüquqları pozulmuşdur. Bildirir ki, o və digər bacısı qanun üzrə birinci dərəcəli vərəsə olmaqla öz məcburi paylarından imtina etməmişdir. Odur ki, cavabdeh cavabdeh2 ərizəsi üzrə açılmış və verilmiş vərəsəlik şəhadətnaməsi və ondan doğan hüquqi nəticələr ləğv edilməlidir. ##.##.2021-ci il tarixli 2V-*** reyetr nömrəli Qanun üzrə vərəsəlik şəhadətnaməsi etibarsızdır. Həmçinin həmin şəhadətnamə əsasında cavabdeh2 adına verilmiş *** saylı bağ sahəsinə dair çıxarış öz hüquqi qüvvəsini itirir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə əsasən “Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır”. Həmçinin, şəhadətnamə verilərkən müraciət etmiş şəxsin həmin hüquqa malik olub olmadığı yoxlanmalı, qanun üzrə 1-ci dərəcəli vərəslərin dairəsi müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Yəni qanunun bu tələbi 1-ci dərəcəli vərəsələrə, birinci dərəcəli vərəsələr olmadıqda növbə ilə sıralanan vərəsələrə aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2022-ci il tarixli qərarında haqlı olaraq qeyd etmişdir ki, mirasın qəbuluna dair müddətin kəsici müddət hesab edilməsi yolverilməzdir. Belə ki, əgər mirasın qəbulu müddəti kəsici müddət hesab edilərsə, onda bu müddətin ötürülməsi şəxsin vərəsə olması ilə bağlı subyektiv hüququnun qəti olaraq xitamına səbəb olur. Həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusi vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsi ilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada notariat ofisində rəsmiləşdirilməli olmasını imperatriv qaydada müəyyən etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, “..qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Müki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir”. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən dövlət onun vərəsəlik hüququna təminat vermişdir. MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.” Lakin məhkəmə nəinki iş üzrə izahatları toplanmış digər sübutları yanaşı yoxlamamış, əksinə məhkəmə tərəfindən bu maddənin tələbləri pozulmuşdur. İşədəki olan sənədlərə yanaşı, tam, obyektiv, hərtəfli yoxlanılıb hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbləri pozulmuşdur. Qeyd olunan maddə izah edir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İzah edərək bildirir ki, məhkəmə nömrəsi və tarixi göstərilməyən Sabunçu rayon Məhkəməsinin qətnaməsinə istinad etmişdir, halbuki həmin qətnamə sübut olaraq mülki işdə yoxdur. Belə bir qətnamə olsa idi, məhkəmə konkret olaraq Sabunçu rayon Məhkəməsinin qətnaməsinin tarixi və nömrəsini qeyd edərdi. Həmçinin, məhkəmə məhkəmə hazırlıq iclasında təqdim edilməyən, məhkəmə qətnamə çıxaran tarixdə elektron qaydada iddiaçı tərəfindən yüklənən, həmin sənədin sübutlar sırasında daxil edilməsi barədə vəsatət olmadan qətnamədə yazır ki, *** nömrəli ##.##.1978-ci il tarixli ünvan 8 ünvanında yerləşən evin ½ hissəsi X5 və ½ hissəsi X** məxsus olması bardə çıxarışa istinad edir. Halbuki, həmin çıxarışın tarixindən görünür ki, həmin çıxarış məhkəmə hazırlıq iclasında olmuşdur. Həmin çıxarışı müzakirə etmədən, həmin çıxarışın hazırda mövcudluğuna, olub-olmamasını araşdırmadan məhkəmə sübut kimi istinad etməklə qanunu pozmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə istinad etsə də, maddənin tələblərinə əməl etmir. Qanunun tələbinə əsasən bütün sübutlar məhkəmə hazırlıq iclasında təqdim edilməlidir. Məhkəmə hazırlıq iclasında təqdim olunan sübutların sübutlar sırasında aid edilməsi üçün məhkəmə baxışı zamanı araşdırılır, sübutun nə üçün gec verilmə səbəbi üzürlü sayılarsa məhkəmə təqdim edilmiş sübüt sübutlar sırasında daxil edir. Lakin məhkəmə qətnamə çıxaran gün əlavə edilmiş sübut qətnamədə yazır ki, *** nömrəli ##.##.1978-ci il tarixli çıxarışın sübut kimi qəbul edilməsi ümumiyyətlə müzakirə predmeti olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin maddənin tələbinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə tərəfindən bu maddənin tələbləri pozulmuş mülki işdə olan sübutlara subyektiv qiymət verilmişdir. Həmçinin, qətnamədə yazır ki , *** nömrəli ##.##.1978-ci il tarixli çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən evin ½ hissəsi X5 və ½ hissəsi X** məxsus olması halı müzakirə olunmadan həmin çıxarışda qeyd edilən əmlakın hazırki zamanda mövcud olub olmaması yoxlanmamışdır.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2**.1-ci maddəsinin izahına görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Apellyasiya şikayəti verilən qətnamə qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2**.3.-ci maddəsinin izahına görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə tərəfindən maddənin tələbləri pozulmuşdur. Belə ki, işin halların uyğun əsalandırılmamışdır. Məhkəmə qətnamədə sadladığı maddələrə nə üçün istinad etdiyini, istinad olunan maddələrin iddia tələbi ilə bağlılığı təsvir edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2**.4.-cü maddənin izahına görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfindən qanunun bu tələbi də pozulub. Məhkəmə, *** nömrəli ##.##.1978-ci il tarixli çıxarışı müzakirə etmədən, tərəflərin fikrini öyrənmədən, təqdim edilmiş çıxarışa dair tərəflərin vəsatətlərinin olub-olmamasını öyrənmədən məhkəmə iclasında tədqiq edilməyən sübuta istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu S.Eyyubovanın şikayəti üzrə 2020-ci il ## ###### tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə qərarının ədalətliliyi onun əsaslandırılma dərəcəsindən asılı ola bilər. Lakin məhkəmənin apellyasiya şikayəti verilən qətnaməsi əsaslı deyil. Vərəsəlik hüquq münasibətinin əmələ gəlməsini (mirasın açılmasını) mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir (Mülki Məcəllənin 1145ci maddəsi). Fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır, bunun nəticəsində müəyyən dairə şəxslər vərəsəliyə çağırılır, həmin şəxslər mirası qəbul və əldə edirlər. Məhz mirasın açılması, vərəsələr tərəfindən qəbul olunması və əldə edilməsi ilə əlaqədar yaranan münasibətlər vərəsəlik münasibətləridir. Maddənin tələbindən görünür ki, müəyyən dairə şəxslər vərəsəliyə çağırılır. Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən *** saylı bağ sahəsininə dair Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən ( 15 il sonra ) ##.##.2021ci il tarixli 2 V-*** reyst nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə qanun üzrə vərəsəlik hüquq olmayan Əlieyva Zərifə Xeyrulla qızına verilmişdir. Halbuki, cavabdeh2 qanun üzrə vərələr sırasında daxil olmamışdır. İddiaçının iddia ərizəsindən görünür ki, “Nardaran qəsəbəsində yerləşən 230 və *** saylı bağ sahələrinin mülkiyyətçisi X8 ## ###### 2006-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. X8 övladı, onun mərhum həyat yoldaşı X11 isə ## ###### 2019-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir.” İddiaçı İddiaçı həyat yoldaşı Əliyev Mübariz öldüyü tarixə kimi vərəsə kimi 2006-cı ilin ## ###### tarixində ölmüş Əliyev Vaqifin vərəsəsi kimi tanınmamışdır. Həmçinin İddiaçı Əliyev Mübarizin arvadı olmasına baxmayaraq vərəsəsi kimi tanınmamışdır və tanınma barədə hər hansı bir məhkəmə qətnaməsi yoxur. Məhkəmə qətnaməsində qeyd edilən xüsusatlara hüququ qiymət verməmişdir. Yəni həmin qətnaməyə istinad edilərkən məhkəmə bu hissədə obyektiv əsaslanmış hüquqi mövqe qoymamışdır. Məhkəmə qətnamədə yazır ki , *** nömrəli ##.##.1978-ci il tarixli çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən evin ½ hissəsi X5 və ½ hissəsi X** məxsus olmuşdur Göründüyü kimi, məhkəmə məhkəmənin hazırlıq iclasında təqim edilməyən, məhkəmədə müzakirə olunmayan, məhkəmə çıxarıldığı gün elektron kabinetə əlavə edilən, məhkəmə araşdırmasının predmeti olmayan 1978 -ci il tarixli çıxarışa istinad edir. 1978 -ci ildən sonra məhkəmə araşdırması zamanı Xanlar küçəsi 5 ünvanda olan evin hüquqi statusun müəyyən etmədən sübut kimi istinad edir. Faktiki bu gün ev tamamilə mərhum X6 adındadır və mərhum X8 mülkiyyətində olmuşdur. Məhkəmə mülki iş üzrə sübutlar sırasına əlavə edilməyən, məhkəmə zamanı müzakirə obyekti olmayan Sabunçu rayon məhkəməsinin tarixi, nömrəsi naməlum qətnaməyə istinad edir (Bundan sonra mülki işə əlavə edilirsə, hüquqi nəticəyə gətirib çıxarmır). Hətta, məhkəmə Sabunçu rayon Məhkəməsinin qətnaməsinə istinad etsə belə, hüquqi yanaşmadan düzgün nəticəyə gəlməmişdir. Belə ki, əgər mülkiyyət X5 məxsus olmuş olsa belə , X5 adına olan əmlakı belə iddiaəçı İddiaçı Mirqədir qızı vərəsə olaraq qəbul etməmiş , İddiaçı X5 vərəsəsi kimi tanınmamışdır. Həmçinin, X8 qalmış miras əmlakın X5 qalmış əmlakla heç bir bağlılığı yoxdur. Həmçinin, Sabunçu rayon Məhkəməsinin qətnaməsində manelərin aradan qaldırılmasına səbəb nədir, məhkəmə bunu aydınlaşdırmamışdır. Belə ki, həmin manelərin aradan qaldırılması hansı hüquqi əsaslara uyğun qaldırlması qətnamədə göstərilməmişdir. Həmin maneələrin aradan qaldırılması belə X5 əmlakına nisbətdə qaldırılır. Bu maneələrin X8 mülkiyyətinə nə aidiyyatı vardır? Miras əmlak X8 ölmündə sonra qalan əmlakla bağlıdır. Məhkəmə ümumiyyətlə miras əmlakın kütləsinə daxil olan X8 adına necə keçməsini, ## ####### 2025-ci il tarixdə elektron kabinetə əlavə edilən, müzakirə edilməyən X5 adına mülkiyyətin 1/2 hissəsinin hazırki vaxtda mövcud olub-olmamasını yoxlamadan, müzakirə etmədən hüquqi qiymət verilməsi prosessual hüquq normalarının pozulması deməkdir. Həmçinin, notariat orqanı tərəfindən imtinaya əsas olan səbələrdən bir də müddətin buraxılması olsa da, məhkəməyə iddia ərizəsi verilərkən İddiaçı tərəfindən müddətin bərpası barədə iddia tələbi olmamışdır. Ümmumiyyətlə, iddiaçı X8 vərəsəsi kimi tanınmamışdır. İddiaçı İddiaçı məhkəmədə hazırki iddia ilə çıxış etmək üçün subyektiv hüququ yoxur. Məhkəmə iddiaçının subyektiv hüququnun olmamasına da hüquqi qiymət verməmişdir. Mülki işdə olan Bakı şəhər ** saylı notariat ofisinin notarusu tərəfindən Sabunçu Rayon Hakimi Ruslan Mirzəyevə ünvanlanmış ## ### 2025-ci il tarixli *** saylı məktubundan görünür ki, X11 adına heç bir vərəsəlik işi olmamışdır. Yəni iddiaçı İddiaçı əri X11 belə, vərəsəsi deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2025-ci il tarixli qərardadı bunu ətraflı izah etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu X14 şikayəti üzrə 20**-ci il ## ### tarixli Qərarında da göstərmişdir ki, qanunun aydın və proqnozlaşdırıla bilən olması hüquqi dövlətin vacib təzahürlərindən biri olan qanunun ümumiliyini təmin etmək zərurəti ilə uzlaşmalıdır. Nəzərə almaq lazımdır ki, qanunun mətninin mütləq aydınlığı (qanunvericinin bütün mümkün ola biləcək həyati halları qanunda nəzərdə tutması) qeyrirealdır. Bu səbəbdən qanunda ümumi anlayışlardan istifadə edilməsi qaçılmazdır. Həmçinin, həmin Məcəllənin 5.1 və 439.1-ci maddələrinə görə, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Eynilə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. Subyektiv hüquq isə şəxsin öz maraqlarını təmin edə bilməsi üçün ona verilmiş mümkün hüquqi davranış həddidir. Subyektiv hüquq fiziki və ya hüquqi şəxslərin obyektiv hüquq normasına əsaslanaraq öz davranış növünü və həddini seçmək, həmçinin başqalarından müəyyən hərəkətləri tələb etmək imkanını ifadə edir. Yəni subyektiv hüquq obyektiv hüquq vasitəsilə tanınan və qorunan şəxsi (subyektiv) mənafedir. Qeyd edilən hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz iradəsinə uyğun hərəkət etmək; digər şəxslərdən müəyyən davranışı tələb etmək; hüquq pozuntusu halında müdafiə olunmaq. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il ## #### və İ.Şabanovanın şikayəti üzrə 2012-ci il ## ###### tarixli Qərarlarında da ifadə olunmuşdur. Subyektiv hüquq obyektiv hüquqa daxil olan konkret qanunvericilik normasına əsaslandığından, subyektiv hüququn sərhədləri, yəni mümkün davranışın çərçivəsi dəqiq şəkildə müəyyən olunur. Digər tərəfdən, hüquq və vəzifələrin qarşılıqlı olması prinsipindən irəli gələrək hər bir subyektiv hüquq müəyyən subyektiv vəzifə ilə, digər şəxs(lər)in müvafiq öhdəlikləri ilə təmin edilir. Bununla yanaşı, qanunla qorunan maraqlar onların bilavasitə əlaqədə olduğu subyektiv hüquqlarla bir sıra ortaq xüsusiyyətlərə malikdir. Belə xüsusiyyətlərə aşağıdakılar aid edilə bilər: hüquq münasibətləri subyektlərinin müəyyən ehtiyaclarının təmin edilməsinə xidmət edir; hüquqazidd elementləri ehtiva etməsi istisna edilir; dispozitiv xarakter daşıyır, yəni heç kəs hüququndan istifadəyə və ya qanuni marağını həyata keçirməyə məcbur edilmir; hüquqi müdafiənin obyektidir. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsinin Plenumu İ.Ağayevin şikayəti üzrə ## ###### 2013-cü il tarixli Qərarında xüsusi ilə bildirmişdir ki, məhkəmələr səlahiyyətləri çərçivəsində qanuna uyğun, dəqiq, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzliliyə yol vermədən, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlərə hərtərəfli baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidirlər. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin iş üzrə cavabdeh cavabdeh2 nisbətdə də qeyd edir ki, cavabdeh2xanım ərinin vərəsəsi kimi tanınmamış, ərindən qalmış əmlak üzrə hər hansı bir vərəsəlik işi açılmamış, ərinə nisbətdə heç bir vərəsəlik şəhadətnaməsi verilməmişdir. X8 nisbətdə qanun üzrə vərəsələr sırasına daxil olmamasına, 15 il müddətin ötürülməsi məsələsi bərpa edilmədən qanun üzrə vərəsə kimi tanınmış və vərəsəlik şəhadətnaməsi verilmiş, həmin şəhadətnamədən istifadə edərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrində cavabdeh2 adına aparılmış qeyd və onun əsasında verilmiş ##.##.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışı əldə etmidir. Birinci dərəcəli vərəsələr sağ ola-ola, vərəslər sırasında daxil olmayanlar əmlak bölgüsü ilə bağlı sübyektiv hüquqları olmadan məhkəmə çəkişmələrini işə salmışlar. Qanun üzrə vərəsəlik şəhadətnaməsində yazılır ki , “ X8 vərəsəsi ##.##.20**-ci ildə vəfat etmiş X5 vərəsəsi cavabdeh2 ... tam hissədə pay alır. ” Vərəsəlik haqqında şəhadətnamədən görünür ki , vərəsəlik şəhadətnaməsi qanuna ziddir. Belə ki , ##.##.20**-ci ildə vəfat etmiş X5 Vaqif Saadil oğlunun vərəsəsi kimi tanınmaya-tanınmaya, X5 adına mərhum Əliyev Vaqifə nisbətdə vərəsəlik şəhadətnaməsi verilməyə-verilməyə hansı əsaslarla Əliyev Vaqifin vərəsəsi kimi tanınmışdır. Yuxarıda qeyd etdiyi kimi istər iddiaçı İddiaçı, istərsə də cavabdeh2 X8 miras qalmış əmlaka nisbətdə vərəsə kimi tanınması qanuna ziddir. Yuxarıda qeyd edilən hallara uyğun nəticə çıxarmaq olar ki, məhkəmə idda ərizəsinin subyektiv hüquq olmayan iddiaçı tərəfindən verilməsinə, mərhum X8 miras qalmış əmlak vərəsələr kütləsinə aid olmayan, vərəsə kimi tanınmayan, vərəsə kimi məhkəməyə müraciət etməyən və məhkəmə tərəfindən vərəsə kimi tanınmayan, buraxılmış müddəti bərpa etmədən X1 miras qalmış əmlak vərəsələr sırasında daxil olmayanlar arasında bölmüşdür. Məhkəmə mülki və prosessual hüquq normalarına istinad etsə də, həmin normaların tələblərinə əməl etməmişdir. Tərəf olaraq bütün sübutlar tərəfindən təqdim edilmişdir.

6. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Hacı oğlunun apellyasiya şikayəti vermiş və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, sözügedən qətnamə tamamilə əsassız olduğu üçün ləğv edilməli və iddia tələbi rədd edilməlidir. İşin hallarından da göründüyü kimi, iş materiallarına əlavə olunan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, ##.##.2021ci il tarixli çıxarışın surətindən görünür ki, ümumi sahəsi 0.1541 hektar olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, *** nömrəli bağ sahəsi X8 adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə olunan Bakı şəhəri, ünvan 9 *** nömrəli bağ sahəsinə dair Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən verilmiş ##.##.2021-ci il tarixli 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ##.##.2006-cı ildə vəfat etmiş X8 vərəsəsi, ##.##.20**-ci ildə vəfat etmiş oğlu X5 vərəsəsi cavabdeh2 miras əmlakdan tam hissədə pay almalıdır. İş materiallanda olan xxxx" X16 * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 3-21-3-30/2-36452/2025 ## ###### 2025-ci il tarixli məktuba əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, *** nömrəli bağ sahəsi ünvanında yerləşən 0.1541 ha torpaq sahəsi ##.##.2021-ci il tarixdə mərhum X8 adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri ** saylı notariat kontorunun 2V-*** reyestr nömrəli ##.##.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən ##.##.2021-ci il tarixdə cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunan AN-1 ******* nömrəli ##.##.2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi *** nömrəli bağ sahəsi ünvanında yerləşən, ümumi sahəsi 0.1541 hektar olan torpaq sahəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 satmışdır. İşin hallarından da göründüyü kimi Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, *** nömrəli bağ sahəsi ünvanında yerləşən 0.1541 ha torpaq sahəsi ##.##.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən ##.##.2021-ci il tarixdə cavabdeh2 adına dövlət qeydiyyatına alınmışdır. Məhz bu qeydiyyat əsasında əmlakın mülkiyyətçisi kimi tanınmış cavabdeh2 ##.##.2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 satmışdır. Yəni mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 bu alğı-satqı müqaviləsinin vicdanlı tərəfi olmuş və sözügedən torpaq sahəsini onun qanuni mülkiyyətçisindən dəyərini ödəməklə almış və həmin torpaq sahəsinə sahiblik etməyə başlamışdır. N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2020-ci il tarixli Qərarına əsasən Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da formalaşdırdığı hüquqi mövqeyə görə Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin **8.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il ## ####### tarixli Qərarı). Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il ## #### tarixli Qərarı). Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Həmin Məcəllənin 182.1-ci maddəsinə görə isə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il ## ####### tarixli Qərarı). Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir(Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il ## ######## tarixli Qərarı). İndiki halda müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs apellyasiya şikayəti vermiş, Sabunçu rayon məhkəməsinin ##.##.2025-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi, məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ olmayan iddiaçı İddiaçın tələbindən irəli sürülmüş iddia tələbinin icraatına xitam verilməklə, Bakı şəhəri, ünvan 9 0.1541 ha olan *** saylı bağ sahəsinə dair Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən ##.##.2021-ci il tarixli 2V-*** reyestr nömrəli cavabdeh2 adına verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməklə, ##.##.2021 -ci il tarixli 2V-*** reyetr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında *** saylı bağ sahəsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsi tərəfindən Daşınma Əmlakın Dövlət Reyestrində cavabdeh2 adına aparılmış qeyd və onun əsasında verilmiş ##.##.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə yeni qətnamə çıxarılması tələb olunmuşdur. Sözügedən apellyasiya şikayəti təmin olunduğu halda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 mülkiyyət hüququ kobud surətdə pozulacaq. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, *** nömrəli bağ sahəsi ünvanında yerləşən 0.1541 ha torpaq sahəsi ##.##.2021-ci il tarixdə cavabdeh2 adına dövlət qeydiyyatına alınmışdır və ona çıxarış verilmişdir. Məhz bu qeydiyyat əsasında əmlakın mülkiyyətçisi kimi cavabdeh2 ##.##.2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 satmışdır. Yəni mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 bu alğı-satqı müqaviləsinin vicdanlı tərəfi olmuş və sözügedən torpaq sahəsini onun qanuni mülkiyyətçisindən dəyərini ödəməklə almış və həmin torpaq sahəsinə sahiblik etməyə başlamışdır. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına uyğun olaraq M.Elvin Ə.Zərifənin sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüqunun həqiqiliyinə inanmış və torpaq sahəsini alğı-satqı müqaviləsi əsasında vicdanlı alıcı kimi ondan almışdır. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Əgər hazırki iş üzrə apellyasiya şikayəti təmin edilsə, qəbul ediləcək qətnamə Ə.Zərifə ilə M.Elvin arasında bağlanan ##.##.2022-ci il tarixli alğı-satqı müqaviləsinin və bu müqavilə əsasında M.Elvinə verilən çıxarışın ləğvi ilə nəticələnə bilər ki, bu da vicdanlı alıcı kimi M.Elvinin hüquqlarının kobud surətdə pozulmasına səbəb ola bilər. Həmçinin, işin hallarından da göründüyü kimi X8 2006ci ildə vəfat etmişdir. Həmin vaxt qüvvədə olan qanunvericiliyin tələbinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Həmçinin, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. İndiki halda məhkəmə müəyyən etməli idi ki, iddiaçının vəfat etmiş həyat yoldaşı öz atasının, yəni Əliyev Vaqifin vərəsəsi kimi tanınmışdırmı və yaxud faktiki olaraq vərəsəliyi qəbul etmişdirmi. Bu hal müəyyən olunmadığı üçün iddiaçının həyat yoldaşının vərəsəsi kimi sözügedən əmlaka dair iddia qaldırmağa subyektiv hüququ yaranmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il ## ####### tarixli Qərarı). Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il ## ######## tarixli Qərarı). İndiki halda, müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs apellyasiya şikayəti vermiş, Sabunçu rayon məhkəməsinin ##.##.2025-cü il tarixli , 2 (008)- 2838 /**** saylı qətnaməsinin ləğv edilməsi, məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ olmayan iddiaçı İddiaçın tələbindən irəli sürülmüş iddia tələbinin icraatına xitam verilməklə, Bakı şəhəri, ünvan 9 0.1541 ha olan *** saylı bağ sahəsinə dair Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən ##.##.2021-ci il tarixli 2V- *** reyestr nömrəli cavabdeh2 adına verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməklə, ##.##.2021 -ci il tarixli 2V-*** reyetr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında *** saylı bağ sahəsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsi tərəfindən Daşınma Əmlakın Dövlət Reyestrində cavabdeh2 adına aparılmış qeyd və onun əsasında verilmiş ##.##.2021-ci il tarixli ********** qeydiyyat nömrəl çıxarışın ləğv edilməsi barədə yeni qətnamə çıxarılması tələb olunmuşdur. Sözügedən apellyasiya şikayəti təmin olunduğu halda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 mülkiyyət hüququ kobud surətdə pozulacaq. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, *** nömrəli bağ sahəsi ünvanında yerləşən 0.1541 ha torpaq sahəsi ##.##.2021-ci il tarixdə cavabdeh2 adına dövlət qeydiyyatına alınmışdır və ona çıxarış verilmişdir. Məhz bu qeydiyyat əsasında əmlakın mülkiyyətçisi kimi cavabdeh2 ##.##.2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 satmışdır. Yəni, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 bu alğı-satqı müqaviləsinin vicdanlı tərəfi olmuş və sözügedən torpaq sahəsini onun qanuni mülkiyyətçisindən dəyərini ödəməklə almış və həmin torpaq sahəsinə sahiblik etməyə başlamışdır. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına uyğun olaraq M.Elvin Ə.Zərifənin sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüqunun həqiqiliyinə inanmış və torpaq sahəsini alğı-satqı müqaviləsi əsasında vicdanlı alıcı kimi ondan almışdır. Apellyasiya icraatı zamanı müəyyən edilən hallar

7. cavabdeh1 Publik Hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş ##.##.2026-cı il tarixli məktuba əsasən müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 0.1541 ha torpaq sahəsi təşkil edən *** saylı bağ sahəsi ##.##.2021-ci il tarixdə X8 adına ilkin olaraq dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri ** saylı notariat ofisinin ##.##.2021-ci il tarixli 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən sözügedən bağ sahəsi cavabdeh2 adına dövlət reyestrində qeydiyyata alınmışdır. * saylı Bakı ”ASAN xidmət” mərkəzinin ##.##.2022-ci il tarixli 4Ə-*** reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən sözügedən bağ sahəsindən 0,11 ha torpaq sahəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 adına dövlət reyetrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Sözügedən bağ sahəsi Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ***Q saylı bağ sahəsi poçt ünvanı kimi ##.##.2022-ci il tarixli çıxarışla rəsmləşdirilmişdir. Həmçinin bildiririk ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, *** saylı bağ evi ##.##.2000-ci il tarixdə X5 adına ilkin olaraq qeydiyyata alınmışdır. X5 vəfatından sonra Bakı şəhəri ** saylı notariat kontorunun ##.##.2018-ci il tarixli 2V-** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən sözügedən bağ evi və bağ evinin yerləşdiyi 0.1902 ha torpaq sahəsi cavabdeh2 (1/2 hissə) və cavabdeh4 (1/2 hissə) adlarına dövlət reyestrində qeydiyyata alınmışdır. * saylı Bakı ”ASAN xidmət” mərkəzinin ##.##.2018-ci il tarixli 4Ə-*** reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən sözügedən bağ evinin yerləşdiyi torpaq sahəsindən 0,05 ha torpaq sahəsi X15 adına dövlət reyetrində qeydiyyata alınmışdır. Sözügedən bağ sahəsi və onun üzərində yerləşən bağ evi Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X2 küçəsi, giriş 19A poçt ünvanı kimi X15 adına ##.##.2025-ci il tarixli çıxarışla rəsmləşdirilmişdir və hazırda mülkiyyətindədir. Daha sonra cavabdeh2 Bakı şəhəri ** saylı notariat ofisinin ##.##.2019- cu il tarixli 4Ə-*** reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, *** saylı bağ evinin yerləşdiyi 0.0578 ha torpaq sahəsindən 0,04 ha torpaq sahəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 satmışdır. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Bakı şəhəri ** saylı notariat ofisinin ##.##.2023-cü il tarixli 4Ə48 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, *** saylı bağ evinin yerləşdiyi 0,04 ha torpaq sahəsini X22. X22 bağ sahəsini və onun üzərində inşa edilmiş bağ evini Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X2 küçəsi, giriş **A poçt ünvanı kimi ##.##.2026-cı il tarixli çıxarışla rəsmləşdirilmişdir və hazırda mülkiyyətindədir.

8. Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən təqdim edilmiş 2V-*** reyestr nörməli vərəsəlik işində olan Sabunçu rayon Nardaran Bələdiyyəsinin ##.##.2020-ci il tarixli arayışına əsasən müəyyən edilir ki, X8 istifadəsində olan Nardaran qəsəbəsi vergilərini X7 vəfat etdikdən sonra gəlini Əliyeva Zərifə Xeyrulla qızı ödəyir və həmin bağdan istifadə edir.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Vaqif oğlunun nümayəndəsi vəkil vəkil2 Əliqasım oğlu apellyasiya şikayətini müdafiə etmiş, şikayətlə eyni məzmunda izahat verməklə qeyd etmişdir ki, mülkiyyətçi X8 2006-cı ildə vəfat edib. Ölümündən sonra oğlu X11 olub, 2019-cu ildə vəfat edib, notarial qaydada vərəsəlik qəbul edilməyib. Hal hazırda sağ olan vərəsələr Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs, X10, X13 birinci dərəcəli vərəsələr sırasındadır və notariat orqanı tərəfindən vərəsəliyə çağırılmayıblar. X5 həyat yoldaşı Əliyev Zərifə Xeyrulla qızı və X11 həyat yoldaşı İddiaçı X8 vərəsələri sırasında aid deyillər və öz həyat yoldaşlarının vərəsələri kimi tanınmayıblar. Qeyd edilənlərə əsasən şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Vaqif oğlu iddia tələbini müdafiə etmiş, mübahisəli torpaq sahəsinə daimi olaraq gedib-gəldiyini, oradakı ağacları özünün əkdiyini, oradakı quyunu özünün qazdığını bildirmişdir.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 nümayəndəsi vəkil İsmayılzadə Qulam Azər oğlu apellyasiya şikayətini müdafiə etmiş, şikayətin məzmununa uyğun izahat verməklə qeyd etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, *** nömrəli bağ sahəsi ünvanında yerləşən 0.1541 ha torpaq sahəsi ##.##.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən ##.##.2021-ci il tarixdə cavabdeh2 adına dövlət qeydiyyatına alınmışdır. Məhz bu qeydiyyat əsasında əmlakın mülkiyyətçisi kimi tanınmış cavabdeh2 ##.##.2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 satmışdır. Yəni mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 bu alğı-satqı müqaviləsinin vicdanlı tərəfi olmuş və sözügedən torpaq sahəsini onun qanuni mülkiyyətçisindən dəyərini ödəməklə almış və 2021-ci ildən həmin torpaq sahəsinə sahiblik etməyə başlamış, sipər çəkmiş, ev tikmiş, ağac əkmişdir, iddia tələbləri islə bundan 4 il sonra verilmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 apellyasiya şikayətini müdafiə etmiş, qanuni yolla əmlak əldə etdiyini, məhkəmə proseslərinə qədər bu barədə ona heç kəsin bir söz demədiyini, hər hansı problemlə qarşılaşmadığını, torpaq sahəsini aldıqdan sonra hasarladığını, digər vərəslərin hər hansı şəkildə buna etirazlarını bildirmədiklərini qeyd etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsini müdafiə etməklə qeyd etmişdir ki, X8 vəfat etdikdən sonra ondan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən ümumi sahəsi 20.9 ha olan 230 və ümumi sahəsi 0.1541 ha olan *** nömrəli bağ sahələri miras qalmışdır. 2006-cı ildə atası rəhmətə getdikdən sonra Əliyev Mübariz mübahisəli torpaq sahəsinə gedib-gəlmiş, faktiki sahiblik etmişdir. İddiaçı həyat yoldaşı X11 vəfat etdiyindən onun atasının miras əmlakıni faktiki qəbul etməsinə əsaslanaraq mərhum qayınatası X8 qalan miras əmlaklara dair vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı ##.##.2024-cü il tarixdə Bakı şəhəri ** saylı notariat ofisinə müraciət etmişdir. Müraciətinə cavab olaraq ** saylı notariat ofisi tərəfindən ##.##.2024-cü il tarixdə Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda X8 miras qalmış əmlaka dair vərəsələrin dairəsinin müəyyən edilməsi və digər vərəsəliyi faktiki qəbul etmiş vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi, həmçinin vərəsəliyin qəbul edilməsi müddətini buraxdığına görə sözügedən sənədin verilməsindən imtina edilmişdir. Vərəsəlik işi ilə tanışlıqdan məlum olmuşdur ki, cavabdeh2 digər vərəsələrdən gizlin olaraq ** saylı notariat kontoruna müraciət etmiş, digər vərəsələrin olmasını gizlədərək yalnız öz adına *** nömrəli bağ sahəsinə tam hissədə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” almışdır.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh2 bildirmişdir ki, notariusa müraciət etdiyi zaman ondan digər vərəsələr barəsində məlumat verməsi tələb olunmamışdır.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh4 nümayəndəsi Məhərrəmova Xəyalə Calal qızı bildirmişdir ki, mübahisəli torpaq sahəsində 44 ildir ki, daimi olaraq onlar yaşamışlar, əmisi ümumiyyətlə ora gəlib getməmişdir, bibiləri gəlib-getmiş, onların isə torpağın satılmasından məlumatları olmuşdur.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Vaqif oğlunun mövqeyi ilə eyni mövqedə olduğunu bildirmişdir. **. Məlumatlandırılması üçün qanunvercilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdeh Bakı şəhəri ** saylı Dövlət Notariat Kontoru, cavabdeh1 Publik Hüquqi şəxsi, müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi

19. İşin araşdırılan halları ilə aşağıdakı kimi vərəsəlik şəcərəsi müəyyən edilir: X8 – övladları X5 (arvadı cavabdeh2, oğlu cavabdeh4), X11 (arvadı İddiaçı), Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4.

20. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: 13.İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır; II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir;

60. İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən (münasibətlər yaranan zaman – mirasın açıldığı zaman qüvvədə olan): 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 182. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. 182.2. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1147.1. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. 1147.2. Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (##.##.2023-cü il tarixli AR Konstitusiya Məhkəməsinin Plenumunun qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir). 1247. Əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır ( ## #### 2005-ci il ***-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № *, maddə 693) ilə 1247-ci maddədə "üç aydan az olduqda isə üç ayadək" sözləri "altı həftədən az olduqda isə altı həftəyədək" sözləri ilə əvəz edilmişdir). 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2. bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. 1252 . Əgər vərəsə miras açıldıqdan sonra ölərsə, ölmüş vərəsənin ilkin miras qoyandan pay almaq hüququ həmin vərəsənin miras əmlakı kimi ümumi qaydada öz vərəsələrinə keçir. 1253.1. Mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. 1253.2. Əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir (##.##.2025-ci il tarixli ***-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, ## #### 2025-ci il, “Azərbaycan” qəzeti, ## #### 2025-ci il, № ***, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № *, maddə 610) ilə 1247-ci və 1248-ci maddələr ləğv edilmişdir).1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1262. Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1269. Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir (## #### 2025-ci il tarixli ***-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, ## #### 2025-ci il, “Azərbaycan” qəzeti, ## #### 2025ci il, № ***, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № *, maddə 610) ilə 1269-cu maddə əvvəlki redaksiya). 1273-1.Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir (## ###### 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı (“Respublika” qəzeti, ## ###### 2023-cü il, № ***) ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir).

22. Notariat haqqında Azərbaycan Respublikası qanununun tələblərinə əsasən: 9. Notarius öz vəzifələrini yerinə yetirərkən: 1) fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir; 2) hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir; 3) bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməli, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır; 59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələblərinə əsasən: 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2021-ci il tarixli Qərarı: “O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur.”

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ####### 2004-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına görə: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. 3. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 3.1. Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır.14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 2**.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2**.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

28. Məhkəmə kollegiyası mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına müvafiq hesab edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs apellyasiya şikayəti qismən və müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti tam təmin edilməli, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbləri rədd edilməlidir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən vərəsəlik həm notariusa ərizə verməklə, həm də miras əmlakına faktiki sahiblik və ya onu idarə etməyə başlamaqla qəbul edilir. İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Əliyev Vaqif Saadil oğlunun vəfatından sonra qanunla müəyyən edilmiş müddət ərzində miras torpaq sahəsinə faktiki sahibliyini sübut edən hər hansı bir mötəbər sübut və sənəd təqdim etməmişdir. Sübut təqdim edilmədiyi təqdirdə vərəsəliyin qəbul edilməsi faktı təsdiqini tapmır.

29. Cavabdeh cavabdeh2 mübahisəli torpaq sahəsinə münasibətdə vərəsəlik şəhadətnaməsi almış, hərəkətləri dövlət tərəfindən rəsmiləşdirilmişdir. Onun vərəsəlik hüquq notarius tərəfindən təsdiq edilmiş, dövlət reyestrində qeydiyyata alınmış və çıxarış verilmişdir. Notarius şəhadətnamə verərkən şəxsin əmlakı yeganə miras kütləsi qismində faktiki qəbul edən yeganə vərəsə olmasını (təqdim edilmiş arayışla) müəyyən etmişdir. Faktiki olaraq bir kəsin miras əmlakı qəbul etməsi isə (o zaman qüvvədə olan qanunvericiliyə əsasən) başqa şəxslərin müraciət etməməsi və müddətlərin ötürülməsi müstəvisində əlavə araşdırma zərurətini istisna edən hal olmuşdur. Məhkəmənin mirasın bir hissəsinə vərəsəliyin qəbuluna istinad etməsinin isə qanuni əsasları mövcud olmamışdır. Belə ki, bu faktı təsdiq edən vərəsəlik şəhadətnaməsi və ya məhkəmə qərarı mövcud olmamışdır. cavabdeh2 miras əmlakı faktiki qəbul edən (bağda yaşayan) ərinin vəfatından sonra onun irsi transmissiya üzrə vərəsəsi kimi miras əmlaka faktiki sahiblik (istifadə) etmişdir, o öz ərinin vəfatından sonra əmlakını faktiki sahibliklə qəbul etdiyi üçün həm də ərinin atasından qalan miras payını irsi transmissiya qaydasında qəbul etmək hüququ qazanmışdır.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarının qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməli olmasını nəzərə alaraq, məhkəmənin vərəsəlikdən imtina edilməmək əsası ilə iddianı təmin etməsini, qeyd edilən Konstitusiya Məhkəməsinin qərarına və mülki qanunvericiliyin zamana münasibətdə tətbiqi tələblərinə, habelə üçüncü şəxsin tələbinə tam qiymət verməməsi baxımından müvafiq qanunvericiliyin tətbiqində səhvə yol verildiyi diqqətə çatdırılmalıdır.

31. İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs rəsmi qeydiyyatın saxta və ya qanunsuz yolla əldə edildiyini mötəbər sübutlarla təkzib edə bilməmişlər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs isə torpaq sahəsini alarkən dövlət reyestrindən çıxarışa etibar etmişdir. Qanunvericilik dövlət reyestrindəki qeydlərin düzgünlüyü fərz edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 mülkiyyət hüququnun mübahisəli olması barədə məlumatlı olmamışdır (əksi sübuta yetirilmir). İddiaçı, cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxsin daxili ailəvi vərəsəlik mübahisələri dövlət reyestrinə etibar edərək qanuni əsaslarla mülkiyyət əldə etmiş vicdanlı alıcının hüquqlarına xələl gətirə bilməz, vicdanlı alıcının hüquqlarının ləğv edilməsi mülki dövriyyənin sabitliyi və etimad hüququnun qorunması prinsiplərinə ziddir.

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Daşınmaz əşyalara dair əşya hüquqlarının əldə edilməsində üçüncü şəxslərin vicdanlılığı ilə bağlı qanunvericiliyin tətbiqi üzrə ## ### 2026-cı il tarixli **/**** nömrəli qərardadında qeyd edilmişdir: **. Əşya hüquqlarının əldə edilməsi baxımından vicdanlılıq dedikdə, vəziyyətin tələb etdiyi bütün diqqətin göstərildiyi halda, hüququn qazanılmasına dair hansısa maneənin varlığının obyektiv olaraq fərqində olmamaq başa düşülür. 18. Nəzərə alınmalıdır ki, vicdanlı əldəetmə daşınmaz əşyalara dair sərəncamverici əqdlərdə yalnız özgəninkiləşdirənin adına aparılmış reyestr qeydinin əsassızlığı ilə bağlı etibarsızlıq halını aradan qaldırır, əqdin etibarsızlığına səbəb olan digər hüquqazidd hallara isə şamil edilmir. Məsələn, təmsilçinin etibarnaməsi saxta olduğu təqdirdə üçüncü şəxs özünün vicdanlı əldə edən olduğuna istinad edə bilməz. Çünki bu halda əqdin etibarsızlığı özgəninkiləşdirənin adına aparılmış reyestr qeydinin əsassızlığı ilə bağlı olmamışdır. 19. Vicdanlı əldəetmə ilə bağlı qaydalar hüquqi əməliyyatların etibarlı bir şəraitdə daha asan və sürətli realizəsinə şərait yaratmaqla, mülki dövriyyənin sabitliyinin və sürətliliyinin, eyni zamanda mülki hüquq subyektlərinin mənafelərinin təmin olunmasına, eləcə də əşya hüquqlarından məhrumetmə ilə bağlı risklərinin bölüşdürülməsinə xidmət edir. Belə ki, bu kateqoriya mübahisələr üzrə eyni əşyaya dair qorunmalı iki mənafe olur – həqiqi hüquqi vəziyyətə görə mülkiyyətçinin və vicdanlı əldə edən üçüncü şəxsin mənafeyi. Onlardan biri üçün əşyaya olan hüququnu itirmək təhlükəsi qaçılmazdır. 20. Əşya hüquqları qazanmaq istəyən şəxs dövlət reyestrinə etimad etsə də, bəzi hallarda əldə olunan hüquqlar müəyyən risklərlə müşayiət olunur. Təcrübədən görünür ki, hətta hər şeydən xəbərsiz, əvvəlcədən sayıqlıq göstərmək imkanı olmayan, əşyaya sərəncam verilməsinə dair hər hansı şəkildə iradəsini ifadə etməmiş mülkiyyətçi də hüququndan məhrum olmaq riski ilə üzləşə bilir. Belə hallarda əsl mülkiyyətçi ilə müqayisədə üçüncü şəxsin riskləri idarə etmək imkanları daha genişdir. Çünki üçüncü şəxs əşya hüququnu əldə etməzdən öncə hüquqi araşdırma aparmaq, dövlət reyestrinin məlumatlarını yoxlamaq və əlavə təminatlar tələb etmək imkanına malikdir. Beynəlxalq təcrübə də göstərir ki, əşya hüquqları əldə edən şəxslər bu riskləri müxtəlif hüquqi və maliyyə vasitələri, o cümlədən sığorta mexanizmləri vasitəsilə minimallaşdıra bilərlər. 21. Risklərin hansı qaydada bölüşdürülməsi, yəni riskin mülkiyyətçinin, yoxsa əldə edən vicdanlı şəxsin üzərində qalacağı ilə bağlı seçim isə qanununvericiliyə aid olmaqla, daşınar və daşınmaz əşyalara münasibətdə onların xüsusiyyətləri nəzərə alınmaqla fərqli hüquqi tənzimləmələr nəzərdə tutulmuşdur. 22. Daşınmaz əşyalar mülki dövriyyədə yüksək iqtisadi dəyərə malik olmaqla mülki hüquq münasibətlərində mühüm yer tutur. Bu xüsusiyyətlər nəzərə alınaraq, qanunvericilikdə həmin əşyaların dövriyyəsi ilə bağlı xüsusi hüquqi təminat mexanizmləri müəyyən edilmişdir. Belə mexanizmlərə daşınmaz əşyalara dair müqavilələrin notariat qaydasında bağlanması, daşınmaz əşyalar üzərində hüquqların dövlət reyestrinin aparılması və bu reyestrə olan etimadın qorunması daxildir. 23. Bu mexanimzlərin mövcudluğu daşınmaz əşya üzərində hüquqların açıqlığını və hüquqi müəyyənliyi təmin edir. Bunun nəticəsi olaraq, mülki dövriyyə iştirakçıları dövlət reyestrinin məlumatlarının həqiqiliyinə və tamlığına etimad edir və qanunvericilik, bir qayda olaraq, həmin reyestrə güvənərək əşyanı vicdanlı əldə edən şəxslərin hüquqlarının qorunmasını təmin edir. Əks halda daşınmaz əşyaların dövriyyəsi qeyri-sabit, riskli və etibarsız bir mühitdə həyata keçirilər ki, bu da bütövlükdə iqtisadi münasibətlərin inkişafına mənfi təsir göstərər. Belə ki, əgər daşınmaz əşyalar üzərində hüquqların dövlət reyestrinə etimad prinsipi pozularsa, bu hal təkcə ayrı-ayrı hüquq münasibətlərinə deyil, bütövlükdə mülki dövriyyənin sabitliyinə ciddi mənfi təsir göstərər, mülki dövriyyə iştirakçıları üçün hüquqi müəyyənlik zəifləyər və hər bir əqd üzrə əlavə yoxlamaların aparılması zərurəti yaranar ki, bunun nəticəsində əməliyyatların həyata keçirilməsi çətinləşərək daha çox resurs tələb edər. Bu isə şəxsləri daşınmaz əmlak bazarında iştirakdan çəkindirə və investisiya aktivliyinin azalmasına səbəb ola bilər.

33. Beləliklə, kollegiyanın qənaətinə görə vərəsəlik şəcərəsi və irsi transmissiya tələbləri baxımından faktiki olaraq miras əmlakını qəbul edən cavabdeh2 notariusa müraciət etdiyi zaman ondan digər vərəsələr barəsində məlumat verməsi tələb olunmamış (iltizam alınmamış), arayışla da onun mirası faktiki qəbul etməsi və müddətlərin ötürülməsi müstəvisində digər vərəsələrin olması faktının notariat kontorunda araşdırılma zərurətini aradan qaldırmışdır. Hətta, bu zərurət notariat orqanının vəzifəsi müstəvisində pozuntu hesab edildiyi təqdirdə belə müddətləri ötürmüş və miras əmlakı faktiki qəbul edilməsini sübut edə bilməyən (susmuş) vərəsələrin hüquqlarının müdafiə edilməsinin üzrlülük əsası ilə müddətlərin ötürülməsinə dair belə sübutlar təqdim edilmədiyi şəraitdə illər boyu sahiblik edən vərəsənin və vicdanlı əldə edənin üstün hüquqlarına müdaxilə yolverilməzdir. Diqqətə çatdırılmalıdır ki, iddiaçı və üçüncü şəxsin qohumlarının sahiblik və istifadə etdiyi miras əmlaka gəlib-getmələri miras əmlaka yiyələnmək anlamını vermir və bu hallar heç bir mötəbər sübutlarla öz təsdiqin tapmır.

34. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, məhkəməyə müraciətlə bağlı ödənilmiş dövlət rüsumları tələb olmadığından onu ödəyən şəxslərə aid edilməlidir.

35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384, ***, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs apellyasiya şikayəti qismən təmin edilsin. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 apellyasiya şikayəti təmin edisin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı cavabdehlər cavabdeh4, Bakı şəhəri ** saylı Dövlət Notariat Kontoru, cavabdeh2 və cavabdeh1 X16 * saylı Bakı Ərazi İdarəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 olmaqla) “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs cavabdehlər İddiaçı, cavabdeh2, Bakı şəhəri ** saylı Dövlət Notariat Ofisi və xxxx" X16 * saylı Bakı Ərazi İdarəsinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi (“Elektron Məkhəmə İnformasiya Sistemi”) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar