Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1666/2026 16.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əmənova Türkan Kamran qızının katibliyi ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, iddiaçı X2 ilə cavabdeh İddiaçı birgə nikah dövründə əldə etdikləri 2006-cı il buraxılışlı, **-NQ-*** qeydiyyat nişanlı, AD257527 şəhadətnamə nömrəsi olan, JN1BCAC11Z0002028 ban nömrəli, 145774 mühərrik nömrəli “Nissan Tida” minik markalı; 2006-cı il buraxlışlı, **-SO-*** qeydiyyat nişanlı, AA808223 şəhadətnamə nömrəsi olan, JTEBL29J565047801 ban nömrəli, 2TR0326838 mühərrik nömrəli “Toyota Prado” minik markalı; 2001-ci il buraxılışlı, 10-KF- 502 qeydiyyat nişanlı, AA640017 şəhadətnamə nömrəsi olan, XTA21074021494083 ban nömrəli, 6489721 mühərrik nömrəli “VAZ-21074” minik markalı avtomobillər üzərində, həmçinin, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26, mənzil 101 və ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində iddiaçı X2 və cavabdeh İddiaçı bərabər olmaqla ½ hissədə paylarının müəyyən edilməsi qət edilmişdir.
2. Hədiyyə verən İddiaçı ilə Hədiyyə alan Cavabdeh arasında bağlanmış ##.##.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Hədiyyə verən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 12/26, mənzil 101 ünvanında yerləşən, ümumi sahəsi 59.3 kv/m olan mənzilin paylı mülkiyyət üzrə ona məxsus ½ hissəsini “Hədiyyə alan”ın mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 12/26, mənzil 101 Bakı şəhəri * saylı notariat kontorunun 4Ə-*** reyestr nömrəli ##.##.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə ##.##.2022ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, İddiaçı ilə Mehdiyevə Nigar Oqtay qızı arasında ## ##### 2022-ci il tarixdə Yasamal Rayon Qeydiyyat şöbəsində ** nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, cavabdeh İddiaçı ##.##.2006-cı il təvəllüdlü X3 ilə əlaqədar birdəfəlik 63 (altmış üç) manat məbləğində aliment tutularaq iddiaçı Mehdiyevə Nigar Oqtay qızına ödənilməsi qət edilmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin real bazar dəyəri 640000 (altı yüz qırx min) manat müəyyən edilməklə, qapalı hərracda satılması, qeyri-yaşayış sahəsi qapalı hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda açıq hərracda satılması, satışdan əldə edilən vəsait payçılar Mehdiyevə Nigar Oqtay qızının ½ hissədə, İddiaçı ½ hissədə paylarına uyğun bölünməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4Ə-*** reyestr №-li, ##.##.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26, mənzil 101 ünvanında yerləşən daşınmaz əmlaka dair Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ##.##.2000-ci il tarixində nikaha daxil olmuş və bu nikahdan ##.##.2006-cı il təvəllüdlü X4 dünyaya gəlmişdir. Lakin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş və uşaq ananın himayəsinə verilmişdir. Bundan sonra cavabdeh guya boşandığına peşman olduğunu bildirmiş, münasibətləri düzəltməyə çalışmışdır. Qeyd edilir ki, Bakı şəh, Yasamal ray, İnşaatçılar pr, ev 12/26, mənzil 101 ərizəçiyə atasından qalmışdır. Həmin daşınmaz əmlak paylı mülkiyyət hüququ əsasında ½ hissədə ona, digər ½ hissədə isə Cavabdeh məxsus olmuşdur. Ərizəçi həmin evi tək övladı olan Ləman Mehdiyevaya vermək istəmişdir. Yuxarıda da göstərdikləri kimi, Ləman Mehdiyeva anasının himayəsinə verilmişdir. Məhz o, həmin əmlakın qızı Ləman Mehdiyevaya vermək üçün ½ hissədə mülkiyyət hüququnu cavabdehin adına qeydiyyata aldırmağı qərara almışdır. Cavabdeh də bununla razılaşmış və daşınmaz əmlak onun adına qeydiyyatdan keçdikdən sonra qızları Ləman Mehdiyevaya qalacağını bildirmişdir. Məlumdur ki, həmin vaxt tərəflər arasında nikah olmadığından əmlakın özgəninkiləşdirilməsi yalnız alğı-satqı müqaviləsi əsasında mümkündür və belə olduqda ödənilməli verginin məbləği də əmlakın dəyərinə uyğun olaraq çoxdur. Həm verginin ödənilməməsi, həm də daha rahat şəkildə bu prosesi başa çatdırmaq üçün İddiaçı sözügedən əmlakın ½ hissəsini bağışlama müqaviləsi əsasında cavabdehin adına qeydiyyata aldırmaq üçün, o, yenidən ##.##.2022-ci il tarixində cavabdehlə nikaha daxil olmuşdur. 4Ə-*** reyestr №-li, ##.##.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə o, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26, mənzil 101 ünvanında yerləşən daşınmaz əmlakın ona məxsus ½ hissəsini Cavabdeh bağışlamışdır. İndi isə Cavabdeh bu vəziyyətdən istifadə edərək ona boşanacağını bildirmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsində nikahın pozulması məqsədilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulmuşdur. DƏDKR * saylı Bakı Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-*/**-*****/** saylı cavab məktubundan da göründüyü kimi, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26, mənzil 101 ünvanında yerləşən daşınmaz əmlak 4Ə-*** reyestr №-li, ##.##.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ##.##.2022-ci il tarixində Cavabdeh adına qeydiyyata alınmışdır. Onun Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26, mənzil 101 ünvanında yerləşən daşınmaz əmlakın Cavabdeh adına rəsmiləşdirməsində yeganə məqsədi həmin əmlakları övladı Ləman Mehdiyevaya vermək olmuşdur. Cavabdeh də onu həmin əmlakların qızlarına qalacağını əmin etdikdən sonra tərəflər nikaha daxil olmuş və bağışlama müqaviləsi bağlanmışdır. İndi isə Cavabdeh əmlakları indi satmağa çalışması onun gerçək niyyətini göstərməkdədir. Yəni Cavabdeh əvvəlcə onu aldadaraq onu evin qızlarına qalacağınına dair əmin etmiş və əmlakı tam mülkiyyət hüququ ilə öz adına özgəninkiləşdirilməsinə nail olmuşdur. Əslində isə onun gerçək niyyəti əmlakların qızlarına qalması deyil, evi öz adına rəsmiləşdirdikdən sonra satmaq və ərizəçini ümumiyyətlə bu əmlakdan məhrum etmək olmuşdur. Məhz bu hal 4Ə-*** reyestr №-li, ##.##.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin aldatma əsasında bağlandığını göstərməkdədir. Həmçinin Mülki Məcəllənin 339.2-ci maddəsindən də göründüyü kimi şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Belə ki, əgər cavabdeh onu həmin əmlakların sonda qızlarına qalacağına dair vəd verməsə idi, belə bir bağışlama müqaviləsinin bağlanması mümkün deyildir. Çünki heç kəs boşandığı keçmiş həyat yoldaşına sadəcə ona çatması üçün əmlak bağışlamaz və bu heç bir məntiqə sığmır. Belə olan halda bağışlayanın gerçək niyyətinə diqqət yetirmək lazımdır. Yuxarıda da göstərdikləri kimi, bu əmlakın cavabdehə bağışlanmasının yeganə məqsədi həmin əmlakların qızı Ləman Mehdiyevaya verilməsi olmuşdur. Hazırda isə cavabdeh razılaşdığı bu vəddən boyun qaçırır və əmlakı sataraq ümumiyyətlə həm qızını, həm də onu bu əmlakdan məhrum etməyə çalışır. Beləliklə, 4Ə-*** reyestr №-li, ##.##.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız əqddir. Həmçinin bu hal AR Mülki Məcəlləsinin 673.1.2-ci maddəsinə uyğun olaraq da bağışlamadan imtina üçün əsasdır. Bu zaman həmçinin hədiyyə verənin həmin əmlakları bağışlama niyyətinə diqqət yetirmək lazımdır. Onun buradakı əsas məqsədi yeganə övladı olan Ləman Mehdiyevanın gələcəyini təminat altına almaq olmuşdur və buna uyğun olaraq da həmin əmlakların sonda qızına qalması şərtilə keçmiş həyat yoldaşına bağışlamışdır. Lakin cavabdeh övladının gələcəyinin təminatı kimi çıxış edən əmlakı öz adına rəsmiləşdirdikdən sonra satmağa cəhd etməsi ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudca pozulmasıdır. Cavabdehin birgə nikahdan olan Ləman Mehdiyevanın gələcəyini təhlükə altına atması vəzifələrin kobudca pozulmasıdır ki, bu da bağışlamadan imtina üçün əsasdır. Sözügedən mübahisə ilə bağlı mediasiyaya müraciət etsə də, Cavabdeh mediasiyada iştirak etməmiş, ##.##.2025-ci il tarixli, MŞB/16/2025- ***** №-li ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir.
7. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 4Ə-*** reyestr №-li, ##.##.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26, mənzil 101 ünvanında yerləşən daşınmaz əmlaka dair Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi və **-ME- *** dövlət qeydiyyat nişanlı “Toyota RAV4” markalı avtomobil üzərində İddiaçı mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh ##.##.2000-ci il tarixində nikaha daxil olmuş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Nikah dövründə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 12/26, mənzil 101 və ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi əldə edilmiş, sonradan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli qətnaməsi ilə həmin əmlaklar üzərində tərəflərin hər birinin ½ pay hüququ müəyyən edilmişdir. Sonrakı mərhələdə tərəflər arasında əmlak bölgüsünə dair razılaşma əldə edilmişdir. Həmin razılaşmaya əsasən cavabdeh Cavabdeh ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzrə özünə məxsus ½ paydan tam imtina etməli, bunun müqabilində isə iddiaçı İddiaçı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 12/26, mənzil 101 ünvanında yerləşən mənzilin ona məxsus ½ hissəsini cavabdehə keçirməli və cavabdehin adına minik avtomobili almalı idi. Razılaşmaya uyğun olaraq İddiaçı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 12/26, mənzil 101 ünvanında yerləşən mənzil üzrə ona məxsus ½ payın Cavabdeh adına bağışlanması məqsədilə notariat qaydasında müraciət etmişdir. Lakin notarius tərəflər arasında nikah münasibətlərinin xitam tapmış olması səbəbilə bağışlama müqaviləsinin bağlanmasının mümkün olmadığını bildirmiş, bu halda müvafiq payın özgəninkiləşdirilməsinin yalnız alqı-satqı müqaviləsi vasitəsilə həyata keçirilə biləcəyini tərəflərin diqqətinə çatdırmışdır. Bu mərhələdə cavabdeh tərəfindən iddiaçıya qeyri-yaşayış sahəsi üzrə ona məxsus ½ mülkiyyət payından imtina ediləcəyi barədə iradə ifadə olunmuş, iddiaçı da məhz bu iradə ifadəsinə inanaraq öz əmlak payının bağışlanmasına razılıq vermişdir. Bu səbəbdən tərəflər vergi öhdəliklərinin yaranmaması və əlavə maliyyə xərclərinin azaldılması məqsədilə ##.##.2022-ci il tarixində yenidən nikaha daxil olmuşlar. Qeyd edilməlidir ki, həmin nikah yalnız əmlakın bağışlanmasının hüquqi cəhətdən mümkün olması məqsədinə xidmət etmiş, tərəflər arasında faktiki ailə münasibətləri mövcud olmamışdır. Sonradan 4Ə-*** reyestr nömrəli, ##.##.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26, mənzil 101 ünvanında yerləşən daşınmaz əmlak üzrə ona məxsus ½ payı Cavabdeh bağışlamışdır. Qeyd edilməlidir ki, nikah münasibətlərinə artıq xitam verilmiş olduğu halda iddiaçının özünə məxsus əmlak payını cavabdehə əvəzsiz şəkildə bağışlaması həyatın normal axışına uyğun olmayan haldır və yalnız cavabdehin verdiyi konkret vədlərə inanma nəticəsində mümkün olmuşdur. Eyni zamanda İddiaçı razılaşmaya uyğun olaraq Cavabdeh adına **-ME- *** dövlət qeydiyyat nişanlı “Toyota RAV4” markalı minik avtomobili almışdır. Beləliklə, iddiaçı öz üzərinə götürdüyü öhdəlikləri tam şəkildə icra etmiş, cavabdehin isə qeyri-yaşayış sahəsi üzrə payından imtina edəcəyi gözləntisi ilə hərəkət etmişdir. Lakin cavabdeh iddiaçının bu etimadından sui-istifadə edərək, əsl niyyətini gizlətmiş və bağışlama müqaviləsi bağlanan zaman verdiyi vədlərə əməl etməmişdir. Belə ki, cavabdehin sonrakı davranışları, yəni iddiaçının öhdəliklərini icra etməsindən sonra qeyri-yaşayış sahəsi üzrə paydan imtina etmək əvəzinə həmin payın naturada bölünməsi barədə məhkəməyə müraciət etməsi ilə aşkar edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə tərəflər arasında formal xarakter daşıyan nikah münasibətlərinə xitam verilmişdir. Bundan sonra cavabdeh öz həqiqi niyyətini reallaşdırmaq məqsədilə İddiaçı məxsus ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzrə ona məxsus ½ mülkiyyət payının naturada ayrılması, bu mümkün olmadığı halda payın dəyərinin ödənilməsi, bu da mümkün olmadıqda isə əmlakın açıq hərrac yolu ilə satılması və satışdan əldə edilən vəsaitin tərəflər arasında mülkiyyət paylarına uyğun olaraq ½ hissədə bölünməsi barədə iddia qaldırmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə həmin iddia təmin edilmiş, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin real bazar dəyəri 640.000 (altı yüz qırx min) manat məbləğində müəyyən edilmiş, əmlakın qapalı hərracda, bu mümkün olmadığı halda açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin payçılar Cavabdeh və İddiaçı arasında müvafiq olaraq ½ hissədə bölünməsi qərara alınmışdır. İddiaçı məhz cavabdehin qeyri-yaşayış sahəsi üzrə payından imtina edəcəyi barədə verdiyi iradə ifadəsinə inanaraq, ##.##.2022-ci il tarixli 4Ə-*** reyestr nömrəli bağışlama müqaviləsi ilə boşanmış olduğu şəxsə – cavabdehə mənzil üzrə ona məxsus ½ payı bağışlamış, eyni zamanda cavabdehin adına “Toyota RAV4” markalı avtomobil almışdır. Qeyd edilməlidir ki, boşanmış şəxsin özünə məxsus əmlak payını qarşı tərəfə əvəzsiz bağışlaması həyatın normal axışına uyğun deyildir. Belə davranış yalnız və yalnız qarşı tərəfin verdiyi konkret və qəti öhdəliyə inanma nəticəsində mümkün ola bilər. Məhz bu fakt özü-özlüyündə göstərir ki, iddiaçı əqd bağlanan anda aldadılmışdır; bağışlama müqaviləsi iddiaçının real iradəsini deyil, cavabdehin yanlış vədləri nəticəsində formalaşmış iradəni əks etdirmişdir. Aldatma faktı əqd bağlanan anda mövcud olmuş, lakin cavabdehin sonrakı davranışları, yəni qeyri-yaşayış sahəsi üzrə paydan imtina etməməsi, əksinə həmin payın naturada bölünməsi barədə iddia qaldırması ilə sonradan aşkar edilmişdir. Aldatmanın aşkar edilməsi iddiaçı öz öhdəliklərini vicdanla icra etdikdən sonra cavabdeh, 1- ünvan 4 ünvanında yerləşən qeyriyaşayış sahəsi üzrə ½ paydan imtina etməmiş, 2- əksinə, həmin payın naturada ayrılması və ya dəyərinin ödənilməsi barədə məhkəməyə müraciət etmişdir. Bu hal açıq şəkildə sübut edir ki, cavabdeh bağışlama müqaviləsi bağlanarkən əsl niyyətini gizlətmiş, iddiaçını aldadaraq ondan mənzil payını və avtomobili əldə etmişdir. Aldatma faktının hüquqi tövsifi və iradənin zədələnməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1-ci maddəsinə əsasən, şəxs əqd bağlamaq məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Hüquqi nəzəriyyəyə və məhkəmə təcrübəsinə görə, aldatma təkcə yalan məlumat vermək deyil, həm də əqdin bağlanması üçün həlledici əhəmiyyətə malik olan halların (əsl niyyətin) qarşı tərəfdən gizlədilməsidir. Hazırkı işdə cavabdeh Cavabdeh qeyri-yaşayış sahəsi üzrə payından imtina edəcəyi barədə yalan vəd verərək iddiaçıda yanlış təsəvvür yaratmışdır. Cavabdeh əqdin (bağışlama müqaviləsinin) bağlanması anında üzərinə götürdüyü öhdəliyi icra etmək niyyətində olmamış, lakin bu niyyətini gizlədərək iddiaçının iradəsini öz xeyrinə manipulyasiya etmişdir. Mülki hüququn təməl prinsiplərinə görə, əqdin etibarsız sayılması üçün aldatmanın motivləşdirici xarakter daşıması şərtdir. Yəni, əgər aldatma olmasaydı, iddiaçı həmin şərtlərlə əqdi bağlamazdı. İşin faktiki halları (tərəflərin boşanmış olması və ədavətli münasibətləri) sübut edir ki, iddiaçının öz mülkiyyətində olan mənzil payını və avtomobili qarşı tərəfə təmənnasız bağışlaması həyatın normal axışına və məntiqə ziddir. İddiaçının iradəsi sırf cavabdehin qarşılıqlı addım atacağı (qeyri-yaşayış sahəsindən imtina edəcəyi) barədə yaratdığı əminliyə əsaslanmışdır. Cavabdeh bu inamı yaratmaqla iddiaçını "Bağışlama müqaviləsi" imzalamağa sövq etmişdir. Bu isə birbaşa olaraq iradənin sakatlığı (qüsuru) deməkdir.
9. Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə iddia tələbinə etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı 4Ə-*** reyestr №-li, ##.##.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26, mənzil 101 ünvanında yerləşən daşınmaz əmlaka dair Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi ilə bağlı iddiası təmin olunmaması və iddia tələbi rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı 4Ə-*** reyestr №-li, ##.##.2022ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26, mənzil 101 ünvanında yerləşən daşınmaz əmlaka dair Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi tələbi qanunsuz və əsassızdır. Belə ki, tərəflər arasında olan mübahisə bağışlama müqaviləsi ilə əlaqədardır. Bağışlama müqaviləsinin məzmununa əsasən, həmin müqavilə cavabdeh tərəfindən hər hansı şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmiş, hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı hər hansı halların olması ilə şərtləndirilməmişdir. Konkret olaraq bağışlanılan əmlak barəsində cavabdehin hüquq və vəzifələrinin həyata keçirilməsi ilə bağlı hər hansı məhdudiyyətin olması müəyyən edilməmişdir. Ümumiyyətlə tərəflər arasında notarial qaydada təsdiqlənmiş yazılı müqavilənin məzmununda belə bir şərtin nəzərdə tutulmadığı görülür. İddiaçı həmin şərtin hansı hüquqi əsasla müqavilənin tərkib hissəsi sayması, ona riayət edilməməsinin bağışlamadan imtinaya səbəb olmasını iddia ərizəsində əsaslandıra bilməmişdir. Bundan başqa, mübahisələndirilən bağışlama müqaviləsindən görünür ki, müqavilədə tərəflərin hüquq və vəzifələrinin əmələ gəlməsi baş verib-verməyəcəyi məlum olmayan hər hansı haldan asılı edilməmiş, bir sözlə bağışlama müqaviləsində cavabdeh iddiaçıya qarşı hər hansı bir öhdəliyini öz üzərinə götürməmişdir. Müqavilənin mühüm şərti sayılan öhdəlik qanunla müəyyən edilmiş formada tərtib olunan əqdin məzmununda əks olunmadığı təqdirdə, məhkəmə tərəfin izahatına əsasən belə şərtlə müqavilə bağlanması nəticəsinə gələ bilməz. Ona görə də müqavilənin ləğv edilməsi və ya etibarsızlığı əsası kimi hüquqi baxımdan mövcud olmayan bir şərtin pozulmasına istinad olunması yolverilməzdir. İddiaçı tərəfindən iddia ərzisində göstərilən əsasla bağışlamadan imtinanın qəbul edilməsi üçün hədiyyə alanın hədiyyə verənin iddia etdiyi öhdəliyini yerinə yetirilməməsini sübut etmək yükü bağışlamadan imtina edən tərəfiniddiaçının üzərinə düşür, lakin iddiaçı tərəfindən bağışlama müqaviləsinin ləğv edilməsi və ya imtina edilməsi üçün qanunvercilikdə nəzərdə tutulan əsasların mövcudluğunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Bu qaydanın formal mülahizələrlə tətbiq edilməsi qanuni əsaslarla hədiyyə almış şəxsin mülki hüquqlarının əsassız şəkildə məhdudlaşdırılmasına gətirib çıxara bilər. Belə nəticə hüquq normasının məqsədinə də uyğun deyil. Ona görə də, həmin əsasla bağışlamadan imtinanın qəbul edilməsi üçün ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələrin nədən ibarət olması ailə qanunvericiliyi əsasında dəqiq müəyyənləşdirilməli, həmin vəzifələr üzrə konkret olaraq hansı öhdəliyin yerinə yetirilmədiyi aydınlaşdırılmalı, özü də pozuntunun kobud olduğu qənaətinə gəlinməlidir. Bu halları sübut etmək yükü isə bağışlamadan imtina edən tərəfin üzərinə düşür, lakin iddiaçı tərəf bununla bağlı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Açıq aşkar bəlli olan haldır ki, iddiaçı hüquqlarından sui-istifadə etməkdədir. Qeyd edilməlidir ki, iddiaçıya mənzil əsas hüquqi maraq olsa idi, vaxtında yəni 2022-ci ildə bunu tələb edə bilərdi, lakin iddiaçı sırf hüquqlarından sui-istifadə edərək cavabdehə zərər vurmaq, həmçinin gözdağı vermək üçün bu addımı atmışdır. Belə ki, 2024-cü il tarixindən tərəflər arasında bu qeyd olunan məhkəmə qərarları çıxarılmışdır: 1) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə həmin iddia təmin edilmiş, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin real bazar dəyəri 640.000 (altı yüz qırx min) manat məbləğində müəyyən edilmiş, əmlakın qapalı hərracda, bu mümkün olmadığı halda açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin payçılar Cavabdeh və İddiaçı arasında müvafiq olaraq ½ hissədə bölünməsi qərara alınmışdır. 2) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulmuşdur. 3) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh cavabdehlər İddiaçı və X5 qarşı "istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsi və cavabdehlər İddiaçı və X5 Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26, mənzil 101 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilməsi qət edilmişdir. 4) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “əmlak bölgüsü, payların müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilmiş və birgə nikah dövründə əldə olunmuş və İddiaçı mülkiyyətində olan Quba rayonu, Mirzəməmmədkənd kəndində yerləşən 1,2200 ha torpaq sahəsinin 1/2 hissəsinə İddiaçı və 1/2 hissəsinə Cavabdeh payları müəyyən edilmişdir. Yuxarıda qeyd olunan məhkəmə qətnamələrinə nəzərə yetirilsə, görünər ki, iddiaçı iddia qaldırmaqda əsas məqsədi tələbində özünü sanki aldadılmış və zərərçəkmiş kimi qələmə vermiş, lakin reallıqda iddiaçının məqsədi cavabdehin başqa məhkəmə işlərində olan iddia tələblərini bu yolla balanslaşdırmaq məqsədi daşıyır. Yəni iddiaçı cavabdehə iddia qaldırmaqda demək istəyir ki: “sən, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən və Quba rayonu, Mirzəməmmədkənd kəndində yerləşən 1,2200 ha torpaq sahəsindən əl çək mən də iddianı geri götürüm”. Odur ki, iddiaçı hazırki iddia ilə hüquqdan sui-istifadə etmək niyyətindədir. Mülki Məcəllənin əsas pirinsiplərindən biri də mülki hüquqların sui-istifadəsinə yolverilməzliyi pirinsipidir ki, bu da mülki hüquq münasibətlərinin əsas doktrinlərindən biridir. İddiaçı iddia tələbində aldatma əsasının mövcud olmasını aşağıda qeyd olunan formada əsaslandırmışdır: “İddiaçı məhz cavabdehin qeyri-yaşayış sahəsi üzrə payından imtina edəcəyi barədə verdiyi iradə ifadəsinə inanaraq, ##.##.2022-ci il tarixli 4Ə-*** reyestr nömrəli bağışlama müqaviləsi ilə boşanmış olduğu şəxsə – cavabdehə mənzil üzrə ona məxsus ½ payı bağışlamış, eyni zamanda cavabdehin adına “Toyota RAV4” markalı avtomobil almışdır.” İddia tələbindən də göründüyü kimi tərəflər arasında bağışlama ilə bağlı müqavilə münasibətləri 2022-ci il may ayından başlamışdır. Əgər iddia həqiqətən iddia etdiyi kimi cavabdeh iddiaçı müqavilə bağlanan zaman aldatmış o zaman nəyə görə təxminən 3 (üç) il 6 (altı) ay sonra məhkəməyə müraciət etmişdir. Yəni qeyd etmək yerinə düşər ki, iddiaçı anlaqlı şəxs olduğuna görə aldadıldığını həmin an dərk edə bilər və 1 il ərzində iddia qaldıra bilərdi, lakin iddiaçı 1 il ərzində iddia qaldırmamışdır. Bu da onu göstərir ki, iddiaçı bir illik kəsici müddəti ötürmüşdür, ona görə də bir illik kəsici müddət tətbiq olunmalıdır. İddiaçı iddia tələbini daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi kimi əsaslandırmağa çalışmışdır, lakin iddiaçı iddianının əsası olaraq qeyd etdiyi nüanslar bağışlamanının etibarsızlığı yox, bağışlamanın ləğvinə aid olan məsələlərdir. Bu nüans da iddiaçı tərəfin iddia tələbinə olan qeyri-dəqiq münasibətini və səmimi mövqeyinin olmamasını və əslində elə tələbin arxasında duran başqa niyyətlərinin olduğunu bariz sübut edir. Yuxarıda qeyd olunanlara əsasən iddiaçının iddia tələbi rədd edilməlidir.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5914/2025 nömrəli, ## ###### 2026cı il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı bağışlama müqaviləsinin etibarsızlığını aldatma halı ilə əlaqələndirmişdir. Aldatma faktının mövcudluğu onu iddia edən şəxs tərəfindən sübuta yetirilməlidir. Aldatma yalnız sonradan razılaşdırılmış davranışın dəyişməsi və ya öhdəliyin yerinə yetirilməməsi ilə deyil, məhz əqdin bağlandığı anda qarşı tərəfin əsl niyyətinin gizlədilməsi və ya yalan məlumat verilməsi ilə xarakterizə olunmalıdır.
12. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağışlama müqaviləsi notariat qaydasında, qanunvericiliyin tələblərinə uyğun şəkildə bağlanmış, tərəflər müqaviləni imzalayarkən onun hüquqi nəticələrini dərk etmiş və sərbəst iradə ifadə etmişlər. Müqavilənin bağlanması zamanı iddiaçının iradəsinin zor, təhdid, yanılma və ya digər qanunsuz təsir nəticəsində formalaşmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçının istinad etdiyi hallar, yəni cavabdehin sonradan qeyri-yaşayış sahəsi üzrə paydan imtina etməməsi və ya əmlakın bölünməsi ilə bağlı məhkəməyə müraciət etməsi, özlüyündə bağışlama müqaviləsinin bağlandığı anda cavabdehin aldatma niyyətinin mövcud olmasını sübuta yetirmir. Sonrakı davranışın dəyişməsi və ya gözləntilərin doğrulmaması əqdin bağlandığı anda iradə qüsurunun mövcudluğu kimi qiymətləndirilə bilməz. Bundan başqa, iddiaçının göstərdiyi şifahi razılaşma bağışlama müqaviləsinin mətnində öz əksini tapmamışdır. Bağışlama müqaviləsi əvəzsiz əqd olmaqla, onun hüquqi mahiyyəti bağışlayanın əmlakı qarşı tərəfə heç bir şərt olmadan verməsini nəzərdə tutur. Müqavilədə hər hansı qarşılıqlı öhdəliyin nəzərdə tutulması müəyyən edilməmişdir.
13. Məhkəmə ididaçının **-ME-*** dövlət qeydiyyat nişanlı “Toyota RAV4” markalı avtomobil üzərində mülkiyyət hüququnun iddiaçıya məxsusluğunun tanınması tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən həmin avtomobilin hansı əsasla cavabdehin adına rəsmiləşdirilməsi və ya mülkiyyət hüququnun pozulması barədə mötəbər və kifayət qədər sübutlar məhkəməyə təqdim edilməmişdir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5, 6.2, 152.1, 152.5, 157.2, 337.1, 337.2, 337.5, 339.2, 339.3, 354.1, 354.2, 390.1, 666.1 və 670.1-ci maddələrinə; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2022ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyinə görə aldatma niyyətininin mövcudluğu sübuta yetirilmir. Aşağıdakı hallar onu göstərir ki, məhkəmənin mövqeyi əsassızdır və qətnamə ləğv edilərək iddia təmin edilməlidir: ilkin olaraq aldatma faktının mövcud olub-olmadığına diqqət yetirmək lazımdır. O, məhz cavabdehin qeyri-yaşayış sahəsi üzrə payından imtina edəcəyi barədə verdiyi iradə ifadəsinə inanaraq, ##.##.2022-ci il tarixli 4Ə-*** reyestr nömrəli bağışlama müqaviləsi ilə boşanmış olduğu şəxsə – cavabdehə mənzil üzrə ona məxsus ½ payı bağışlamış, eyni zamanda cavabdehin adına “Toyota RAV4” markalı avtomobil almışdır. Qeyd edilməlidir ki, boşanmış şəxsin özünə məxsus əmlak payını qarşı tərəfə əvəzsiz bağışlaması həyatın normal axışına uyğun deyildir. Belə davranış yalnız və yalnız qarşı tərəfin verdiyi konkret və qəti öhdəliyə inanma nəticəsində mümkün ola bilər. Məhz bu fakt özü-özlüyündə göstərir ki, o, əqd bağlanan anda aldadılmış və bağışlama müqaviləsi onun real iradəsini deyil, cavabdehin yanlış vədləri nəticəsində formalaşmış iradəni əks etdirmişdir. Aldatma faktı əqd bağlanan anda mövcud olmuş, lakin cavabdehin sonrakı davranışları – yəni qeyri-yaşayış sahəsi üzrə paydan imtina etməməsi, əksinə həmin payın naturada bölünməsi barədə iddia qaldırması ilə sonradan aşkar edilmişdir. Hüquqi nəzəriyyəyə və məhkəmə təcrübəsinə görə, aldatma təkcə yalan məlumat vermək deyil, həm də əqdin bağlanması üçün həlledici əhəmiyyətə malik olan halların (əsl niyyətin) qarşı tərəfdən gizlədilməsidir. Hazırkı işdə cavabdeh Cavabdeh qeyri-yaşayış sahəsi üzrə payından imtina edəcəyi barədə yalan vəd verərək onda yanlış təsəvvür yaratmışdır. Cavabdeh əqdin (bağışlama müqaviləsinin) bağlanması anında üzərinə götürdüyü öhdəliyi icra etmək niyyətində olmamış, lakin bu niyyətini gizlədərək onun iradəsini öz xeyrinə manipulyasiya etmişdir. Mülki hüququn təməl prinsiplərinə görə, əqdin etibarsız sayılması üçün aldatmanın motivləşdirici xarakter daşıması şərtdir. Yəni, əgər aldatma olmasaydı, o, həmin şərtlərlə əqdi bağlamazdı. İşin faktiki halları (tərəflərin boşanmış olması və ədavətli münasibətləri) sübut edir ki, onun öz mülkiyyətində olan mənzil payını və avtomobili qarşı tərəfə təmənnasız bağışlaması həyatın normal axışına və məntiqə ziddir. Onun iradəsi sırf cavabdehin qarşılıqlı addım atacağı (qeyri-yaşayış sahəsindən imtina edəcəyi) barədə yaratdıgı əminliyə əsaslanmışdır. Cavabdeh bu inamı yaratmaqla onu "Bağışlama müqaviləsi" imzalamağa sövq etmişdir. Bu isə birbaşa olaraq iradənin qüsuru deməkdir. Göründüyü kimi, aldatma faktının mövcud olduğu işin halları ilə təsdiq olunur. Buna baxmayaraq, məhkəmə əsassız şəkildə iddiasını təmin etməmişdir. Beləliklə, qeyd etdiyi bu hallar əsasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsi ##.##.2026cı il tarixli, e-2(004)- ****/**** saylı qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməlidir. Hazırki mübahisə keçmiş ər-arvad arasındadır və bu ailə mübahisəsi sayılır. Məlumdur ki, ailə mübahisələrində hər zaman bəzi hallar ailə sirri olaraq qalır və paylaşılmır. Məhz məhkəmə prosesində də vəkil kimi onun qeyd etdiyi kimi, iddianın faktiki və hüquqi əsasının dəyişməsinin səbəbi onun əvvəlcə bəzi məlumatları ailə sirri olduğundan bölüşməməsi olmuşdur. Lakin sonradan o, bu məlumatları bölüşmüş və nəticədə iddia ərizəsinə müvafiq dəqiqləşmə edilməsi zərurəti yaranmışdır. Məhz bu cür dəqiqləşmə edilməsi iddianın rədd edilməsi üçün əsas ola bilməz. Çünki Mülki Prosessual Məcəllənin 53cü maddəsindən də göründüyü kimi, iddiaçı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Göründüyü kimi, qanunvericilikdə ona iddianın əsasını dəyişmək kimi bir imkan verilmişdir və bu imkandan istifadə onun iddiasının rədd edilməsi üçün əsas təşkil edə bilməz. Buna baxmayaraq, məhkəmə bu dəqiqləşməni etdikdən sonra bu əsaslar üzrə araşdırma aparmaq əvəzinə iddianı rədd etmişdir ki, bu da ciddi hüquq pozuntusudur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarş etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etmədiklərindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiklərindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apelyasiya baxışının hədləri 19.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 20.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
21. Bununla belə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır
Tətbiq edilən maddi hüquq norması
22.Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
23.«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair * saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
24.324.1-ci, 324.2-ci və 324.3-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 25.329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə,qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 26.337.1-ci və 337.2-ci maddələrinin məzmununa görə məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 27.337.3-cü və 337.4-cü maddələrinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 28.337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 29.339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 30.339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 31.397.2-ci maddəsinə əsasən müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və yadigər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. 32.666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan eləmüqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 33.668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə, bağışlama etibarlıdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ######## tarixli *** saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın (müqavilə bağlanan zaman qüvvədə olan redaksiyada)
34.46-cı bəndinə əsasən notarius daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi haqqında müqavilələri notariat qaydasında təsdiq edərkən, əmlaka dair sərəncam verən tərəfin sərəncam hüququnu və layihəsi notarius tərəfindən hazırlanmadığı halda, müqavilənin qanunauyğunluğunu yoxlayır. 35.49-cu bəndinə əsasən özgəninkiləşdirilən mənzildə kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb etməli və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını almalıdır.
Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004cü il36. tarixli Qərarında əks olunan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olubolmadığının müəyyənləşdirilməməsi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun. 2000-ci il ########ın #-dən sonra mənzildən istifadə edilməsi ilə əlaqədar yaranmış hüquq münasibətlərinin mövcudluğunda notarius tərəfindən özgəninkiləşdirilən yaşayış mənzilində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayışın tələb edilməməsi və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığının alınmaması alqı-satqı müqaviləsinin aldatma yolu ilə bağlanması və Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə istinadən bu əqdin etibarsız hesab edilməsi üçün səbəb ola bilməz. Eyni zamanda qanunvericiliyin tələblərini pozmadığına görə aldatmanın olmadığını və əqdin etibarlı olduğunu sübut etmək cəhdləri də əsassızdır
Tətbiq edilən prosessual hüquq norması
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
37. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 38.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
39.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
40. İş materiallarından göründüyü kimi, “Hədiyyə verən” İddiaçı ilə “hədiyyə alan”- Cavabdeh arasında ##.##.2022-ci il tarixində bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, hədiyyə verən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26, *** saylı mənzilin özünə məxsus ½ hissəsini hədiyyə alana bağışlamışdır.
41. İddiaçı məhkəməyə müraciət edərək, mübahisəli mənzil (½ hissəsi) üzərində cavabdehin mülkiyyət hüququnun yaranmasına hüquqi əsas olmuş bağışlama müqaviləsinin etibarsız hesab edilməsini tələb etmişdir. O, ilkin iddia ərizəsində bağışlamanın qızının gələcəyini təmin etmək məqsədilə edildiyini, cavabdehin isə mənzili satmaq niyyəti ilə onu aldatdığını bildirmişdir. Sonradan məzmununu dəqiqləşdirərək bağışlamanın tərəflər arasında əldə olunmuş razılaşmanın – cavabdehin qeyri-yaşayış sahəsindəki payını ona verməsi və adına "Toyota RAV4" markalı avtomobil alması müqabilində həyata keçirildiyini göstərmişdir.
42. Beləliklə, iddiaçının ilkin iddia ərizəsi ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində göstərdiyi faktiki əsaslar bir-birindən fərqlənmişdir. Bununla belə, hər iki halda iddiaçı eyni hüquqi nəticəyə – ##.##.2022-ci il tarixli bağışlama müqaviləsinin aldatmanın təsiri altında bağlanmış əqd kimi etibarsız hesab edilməsinə istinad etmişdir.
43. Kollegiya vurğulayır ki, qanunverici, etibarsız əqdləri subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnif etməklə müvafiq maddələrdə qruplaşdırmışdır. Tərəfin iradəsi qüsurlu olan əqd, özündə əqd bağlanarkən daxili iradənin lazımi olmayan şəraitdə formalaşmasını və ya iradənin xaricə düzgün ifadə olunmamasını ehtiva edir. Bu baxımdan, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu, bu iradənin lazımi formada və doğru ifadə edilməsi zəruridir. Yalnız həmin şərtlər mövcud olduqda və iradə sərbəst şəkildə ifadə edildikdə bağlanmış əqd etibarlı hesab olunur.
44. İşin mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi mülki qanunvericiliyin etibarsız əqdlərə dair normalarını tətbiq etməklə iddiaçının iradəsinin aldatmanın təsiri altında formalaşıb-formalaşmadığını araşdırmaqda haqlı olmuşdur.
45. Kollegiya vurğulayır ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən hallara əsaslanan tələb təmin edilə bilməz.
46. Hazırda da notariat qaydasında bağlanılmış müqavilənin həqiqiliyi prezumpsiyası qüvvədə olduğundan, həmin prezumpsiyanın təkzib edilməsi və müqavilənin aldatmanın təsiri altında bağlandığının sübuta yetirilməsi vəzifəsi onu iddia edən iddiaçının üzərinə düşür.
47. Məhkəmənin gəlidyi qənaəti ilə razılaşan kollegiya iş materiallarına əlavə edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, mübahisələndirilən müqavilələr iddiaçının sərbəst iradə ifadəsinə uyğun, qanunvericilik ilə müəyyənləşdirilmiş qaydaları və qadağaları pozmayan formada və məzmunda tərtib edilmiş, rəsmiləşdirilən zaman hakimiyyətdən sui-istifadə, zorakılıq, hədələmə təsiri, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi halları olmamış, tərəflər müqavilə azadlığı prinsipinə uyğun olaraq iradəsini ifadə etmişlər.
48. İddiaçının mübahisələndirilən müqaviləni imzalaması məqsədi ilə aldadıldığını, həmin müqavilənin yalan məlumatlar əsasında tərtib edilməsi barədə dəlillər öz təsdiqini tapmamışdır. İddiaçı tərəfindən həmin halların mövcudluğunu təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.
49. İddiaçının istinad etdiyi sonrakı hadisələr (təkrar nikahın bağlanması, sonradan yenidən boşanma, qeyri-yaşayış sahəsi üzrə mübahisənin yaranması və s.) bağışlama müqaviləsinin bağlandığı anda cavabdehin aldatmaq niyyətində olduğunu və ya iddiaçının iradəsinin aldatmanın təsiri altında formalaşdığını özlüyündə təsdiq etmir. O, ümumi formada adatmadan və qarşı tərəfin ziddiyyətli davranışlarından bəhs etsə də, həmin davranışların konkret olaraq hansı hərəkətlərdə ifadə olunduğunu izah edə bilməmişlər. Cavabdehin istinad etdiyi dolayı xarakterli hallar notariat qaydasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün kifayət edən sübut kimi qiymətləndirilə bilməz.
50. Belə ki, aldatmanın mövcudluğu əqdin bağlandığı ana münasibətdə qiymətləndirilməlidir. Tərəflər arasında sonradan yaranmış mübahisələr, öhdəliklərin icra edilməməsi və ya münasibətlərin pisləşməsi özlüyündə müqavilə bağlanarkən cavabdehin aldatmaq niyyətində olmasını sübut etmir. Buna görə də sonrakı davranışlar aldatma faktının mövcudluğuna dair birbaşa və mötəbər sübut kimi qəbul edilə bilməz.
51. Göründüyü kimi, daşınmaz əmlakın bağışlanması müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq notariat qaydasında bağlanmış və dövlət qeydiyyatına alınmışdır. Müqavilənin formal xarakter daşımasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşsə də, o, bu halları təsdiq edən hər hansı mötəbər sübutu təqdim etməmişdir. İddiaçının istinad etdiyi yanakı sübutlar isə daşınmaz əmlak barəsində notariat qaydasında bağlanmış müqavilənin etibarsız olmasına dəlalət edə bilməz.
52. Sözügedən müqavilə iddiaçı tərəfindən imzalanmış, habelə notarius tərəfindən, müqavilə bağlanan zaman qüvvədə olmuş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata riayət edilməklə təsdiqlənmişdir. Notariat qaydasında təsdiq edilmiş yazılı müqavilələrdə əks olunmuş şərtlərin üstünlüyü qəbul edilir və tərəflər arasında münasibətlərin tənzimlənməsində həmin şərtlərə etimad prinsipi tətbiq olunur. Etimad prinsipi birbaşa hüquqi müəyyənlik və son nəticədə ədalətlilik prinsipindən irəli gələn hüquqi zərurətdən yaranmışdır. Yazılı və notariat qaydasında bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə sübutlar olmadıqda, notariat qaydasında bağlanmış müqavilənin aldatmanın təsiri altında bağlanmış əqd kimi qiymətləndirilməsi mümkün deyildir.
53. Məhkəmə kollegiyası həmçinin mübahisənin əqdlərin etibarsızığı ilə bağlı hissəsinə kəsici müddətin tətbiq edilməsinə zərurət olmadığını qeyd edir. Belə ki, qanunvericilik tərəfindən mübahisələndirilən əqdlər üzrə müddətlərin kəsici müddət kimi müəyyən edildiyi, kəsici müddətin iddia müddətinin bir növü olduğu nəzərə alınmalı, hazırkı mülki iş üzrə iddiaçıların subyektiv hüquqlarının pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan kəsici müddətin tətbiqindən, onun ötürülüb-ötürülmədiyini araşdırılmasından imtina edilməlidir.
54. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qarşılıqlı iddia üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün qanuni əsas təşkil etmir.
55. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
56. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 393,402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev