Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1687/2026 16.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı MMC-nin cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı iş üzrə Açar sözlər: (“pul”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin *(*-***)-***/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı
1. İddiaçı İddiaçı MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh cavabdeh1 arasında bağlanmış BE****** saylı 01-04-2024-cü il tarixli nisyə satış müqaviləsinə əsasən yaranmış 497,99 əsas borcun cavabdeh cavabdeh1, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh cavabdeh1 arasında bağlanmış BE****** saylı 29-06-2024-cü il tarixli nisyə satış müqaviləsinə əsasən yaranmış 3 051,99 əsas borc və 56 dövlət rüsumunun müştərək qaydada cavabdeh cavabdeh2 və cavabdeh cavabdeh1 tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh cavabdeh1 arasında BE****** saylı 01-04-2024-cü il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin * saylı əlavəsində göstərilən qaydada 24 ay müddətinə hər ayın 1-dən gec olmamaqla 41 ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh cavabdeh1 arasında BE****** saylı 29-06-2024cü il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin * saylı əlavəsində göstərilən qaydada 24 ay müddətinə hər ayın 29-dən gec olmamaqla 170 ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə cavabdeh2 arasında bağlanmış BE******Z** saylı Zaminlik müqaviləsinə əsasən, cavabdeh cavabdeh1 kreditor qarşısında götürdüyü pul öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyi cavabdeh cavabdeh2 tamamilə icra edəcəyini öz öhdəsinə götürmüşdür. Cavabdehlər qeyd olunan müqavilələrin öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdurlar. Cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri könülü yerinə yetirməmişdir. Belə ki, borca dair arayışlardan görünür ki, cavabdeh cavabdeh1 iddiaçı İddiaçı MMC-yə BE****** saylı müqaviləyə əsasən 497,99 əsas borc, BE****** saylı müqaviləyə əsasən 3 051,99 əsas borcu qalmışdır.
2. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir: - İddiaçı MMC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2024-cü il tarixli, BE****** nömrəli müqaviləyə əsasən, satıcı dəyəri 953.99 manat olan avadanlığı alıcıya satmış, alıcı isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə nəzərdə tutulmuş qaydada əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür; - İş materiallarında olan təhvil-təslim aktına əsasən ##.##.2024-cü il tarixli, BE****** nömrəli alqı-satqı müqaviləsi üzrə VIP Zəmanət, BUILT-IN DISH WASHING MIDEA alıcıya təhvil verilmişdir; - ##.##.2026-cı il tarixli borca dair arayışdan görünür ki, cavabdeh1 İddiaçı MMC-yə ##.##.2024-cü il tarixli, BE****** nömrəli müqavilə üzrə 497.99 manat əsas borcu yaranmışdır; - İddiaçı MMC tərəfindən cavabdeh1 ünvanlanmış ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh1 ##.##.2024-cü il tarixli, BE****** nömrəli müqavilə üzrə İddiaçı MMC-yə olan 381 manat borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir; - İddiaçı MMC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2024-cü il tarixli, BE****** nömrəli müqaviləyə əsasən, satıcı dəyəri 4051.99 manat olan avadanlığı alıcıya satmış, alıcı isə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə nəzərdə tutulmuş qaydada əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür; - İddiaçı MMC (satıcı) ilə cavabdeh2 (zamin) arasında bağlanmış ##.##.2024-cü il tarixli, BE******Z** nömrəli Zaminlik müqaviləsinə əsasən, alıcı cavabdeh1 ##.##.2024-cü il tarixli, BE****** nömrəli müqavilə üzrə öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin cavabdeh2 satıcı qarşısında alıcı ilə birgə məsuliyyət daşıyır; - Təhvil-təslim aktına əsasən ##.##.2024-cü il tarixli, BE****** nömrəli alqı-satqı müqaviləsi üzrə IPHONE 15 PRO MAX alıcıya təhvil verilmişdir; - ##.##.2026-cı il tarixli borca dair arayışdan görünür ki, cavabdeh1 İddiaçı MMC-yə ##.##.2024-cü il tarixli, BE****** nömrəli müqavilə üzrə 3051.99 manat əsas borcu yaranmışdır; - İddiaçı MMC tərəfindən cavabdeh1 və cavabdeh2 ünvanlanmış ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, onlar ##.##.2024cü il tarixli, BE****** nömrəli müqavilə üzrə İddiaçı MMC-yə olan 2060 manat borcu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişlər; - ##.##.2026-cı il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 56 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Yuxarıda qeyd edilən malın alqı-satqısına dair müqavilələrinə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və ##.##.2026cı il tarixli maliyyə arayışına əsasən cavabdeh1 İddiaçı MMC-yə ##.##.2024-cü il tarixli, BE****** nömrəli müqavilə üzrə 497.99 manat, ##.##.2024-cü il tarixli, BE****** nömrəli müqavilə üzrə isə 3051.99 borcu; ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubuna əsasən ##.##.2024-cü il tarixli, BE****** nömrəli müqavilə üzrə 381 manat, ##.##.2024-cü il tarixli, BE****** nömrəli müqavilə üzrə isə 2060 borcu yaranmışdır.
3. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin *(*-***)-***/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh cavabdeh1 ##.##.2024-cü il tarixli, BE****** nömrəli müqaviləyə əsasən 381 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi, cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada 2060 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 38.50 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsi, yəni 17.50 (5638.50=17.50) manatının iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 472.1, 472.3, 567, 568.1, 597.1, 600.4, 601.1; Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Eyni zamanda digər cavabdeh cavabdeh2 İddiaçı MMC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2024-cü il tarixli, BE****** nömrəli müqavilə üzrə zamin olduğundan, müqavilə üzrə yaranmış borcun ödənilməsi üçün cavabdeh cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyi (ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.) nəzərə alaraq, hazırki mülki iş üzrə ##.##.2024-cü il tarixli, BE****** nömrəli və ##.##.2024-cü il tarixli, BE****** nömrəli müqavilələrə əsasən əsas borc cavabdehə ünvanlanmış pretenziya məktubundan (iradə ifadəsinin təsdiqindən) hesablanmalıdır. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 38.50 manat dövlət rüsumu da cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan hissəsi, yəni 17.50 (56-38.50=17.50) manat iddiaçıya aid edilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin təmin edilməsini, Yasamal Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsini “iddia qalan hissədə təmin edilməsin” hissəsində ləğv edərək, BE****** saylı müqaviləyə əsasən 116,99 manat qalıq borc məbləğinin cavabdeh cavabdeh1, BE****** saylı müqaviləyə əsasən 991,99 manat qalıq borc məbləğinin müştərək qaydada cavabdeh cavabdeh2 və cavabdeh cavabdeh1 tam tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 600.4; Mülki Prosessual Məcəllənin 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinə mülki iş üzrə hər iki müqaviləyə uyğun olaraq nisyə alqı-satqı müqaviləsi, borc arayışı və ödəniş cədvəli təqdim olunmuşdur. Mülki işin materiallarına əlavə olunmuş borc arayışları cavabdeh cavabdeh1 və cavabdeh cavabdeh2 iddiaçı İddiaçı MMC qarşısında BE078456 saylı müqaviləyə əsasən 497,99 manat, BE131944 saylı müqaviləyə əsasən isə 3051,99 manat məbləğində borcunun olmasını təsdiq edir. Lakin Yasamal Rayon Məhkəməsi tərəfindən sübutları hərtərəfli və tam araşdırmadan, yalnız pretenziya məktublarında qeyd olunmuş, həmin gün üçün olan gecikdirilmiş borc məbləğinə əsaslanıb qətnamə qəbul olunmuşdur. Belə ki, mülki işlərdə məhkəməyə qədər nizamlama (pretenziya) qaydası qanunla müəyyən edilmiş kateqoriyada olan mübahisələrə aid deyildir və tərəflər arasında müqavilə ilə nəzərdə tutulmamışdır. Lakin iddiaçı tərəfindən cavabdehlərə mübahisənin məhkəməyə qədər həlli məqsədilə pretenziya məktubu göndərilmişdir. Qeyd edilməlidir ki, həmin pretenziya məktubu tərəflər arasında yaranmış mübahisənin könüllü qaydada həll edilməsinə yönəlmiş xəbərdarlıq xarakterli sənəd olmaqla borcun yekun məbləğini müəyyən edən və ya iddia tələbinin məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Pretenziya məktubunda göstərilən məbləğ həmin tarixə olan cari borcun texniki hesablanması olub, müqavilənin ləğvi nəticəsində yaranmış yekun borcu əks etdirmir. Habelə, cavabdeh cavabdeh1 və cavabdeh cavabdeh2 tərəfindən iddiaçı İddiaçı MMC-yə qarşı qeyd olunmuş tələb üzrə hər hansı etiraz bildirilməmişdir və bu hal borcun etiraf edilməsi kimi qiymətləndirilə bilər. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyi kredit müqaviləsi və bu müqavilədən irəli gələn faiz öhdəliklərinin tənzimlənməsinə və kredit müqaviləsinə münasibətdə hesablanmış faiz və cərimələrin azaldılması məqsədi daşıyır. Hazırkı iş isə nisyə-satış müqaviləsindən irəli gələn əsas borc öhdəliyinə dair olduğundan, həmin hüquqi mövqenin tətbiqi yolverilməzdir. Belə ki, mövcud məhkəmə mübahisəsində faiz və cərimə qeyd olunmamışdır, yalnız satıcı İddiaçı MMC tərəfindən nisyə-satış müqaviləsi əsasında cavabdeh cavabdeh1 və cavabdeh cavabdeh2 məhsulların dəyəri tələb olunur. Məhkəmə isə qeyd olunmuş plenum qərara əsaslanaraq Nisyə-satış müqaviləsi əsasında əldə olunmuş əşyaların dəyərini azaltmışdır. Belə ki, BE131944 və BE****** saylı müqavilələrin 1.1-ci bəndində də Alıcının malı qəbul edib avadanlığın qiymətini Satıcıya ödəməyi öhdəsinə götürdüyü qeyd olunmuşdur. Qeyd olunmuş faktı təsdiq edən təhvil-təslim aktları da mülki işin materiallarına əlavə olunmuşdur. Beləliklə, birinci instansiya məhkəməsi tətbiq etdiyi hüquqi mövqenin predmetini və mahiyyətini düzgün müəyyən etməmiş, mülki işin materiallarına əlavə olunmuş sübutları-iddia ərizəsində qeyd olunmuş iddia tələbini və borc arayışlarını, tam və hərtərəfli araşdırmayaq, pretenziyada texniki hesablanmış məbləğə əsaslanmış və nəticədə isə iddia tələbinin əsassız şəkildə azaldılmasına yol vermişdir. Belə ki, cavabdeh cavabdeh1 və cavabdeh cavabdeh2 BE078456 və BE****** saylı müqavilələrə əsasən öz öhdəliklərini könüllü şəkildə yerinə yetirməmişdirlər. Cavabdehlər nisyə satış müqavilələrinə uyğun olaraq əldə etdikləri avadanlıqların qiymətini vaxtında və tam şəkildə ödəməyərək öz öhdəliklərini icra etməmişdirlər. Cavabdeh cavabdeh1 və cavabdeh cavabdeh2 borc arayışlarından da göründüyü kimi iddiaçı xxxx MMC-yə qarşı BE****** saylı müqaviləyə əsasən 497,99 əsas borc, BE****** saylı müqaviləyə əsasən isə 3 051,99 manat məbləğində icra edilməmiş pul öhdəliyi yaranmışdır. Nəticədə isə iddiaçı xxxx MMC tərəfindən avadanlıqların, yəni əşyanın dəyərinin ödənilməsi hüququnun təmin edilməsi məqsədilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət olunmuşdur. Lakin məhkəmə əsassız şəkildə əşyanın dəyərin azaldaraq, pretenziya məktublarında həmin gün üçün olan gecikdirilmiş borc məbləğinə əsaslanmış, ümumi iddia tələbini nəzərə almamışdır. Birinci İnstanasiya məhkəməsi mülki iş üzrə BE****** saylı və BE****** saylı müqavilələrə müvafiq olaraq əlavə edilmiş borc arayışların, iddia ərizəsində qeyd edilmiş iddia tələbin nəzərə almayaraq pretenziyaya əsaslanmış və pretenziyada qeyd olunmuş borc məbləğini iddia tələbi kimi qəbul etmişdir. Nəticədə isə BE****** saylı Nisyə-satış müqaviləsinə əsasən 381 manat, BE****** saylı Nisyə satış müqaviləsinə əsasən 2060 manat pul məbləğinin cavabdeh cavabdeh1 və cavabdeh cavabdeh2 tutularaq iddiaçı xxxx MMC-nin hesabına ödənilməsi qət olunmuşdur. Tərəflər arasında bağlanmış BE078456 və BE****** saylı nisyə-satış müqavilələrinin şərtləri, xüsusilə də alıcının üzərinə düşən əsas öhdəliyin – təhvil alınmış malların dəyərinin tam şəkildə ödənilməsi öhdəliyinin mahiyyəti düzgün qiymətləndirilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyi kredit müqaviləsi və bu müqavilədən irəli gələn faiz öhdəliklərinin tənzimlənməsinə və kredit müqaviləsinə münasibətdə hesablanmış faiz və cərimələrin azaldılması məqsədi daşıyır. Hazırkı iş isə nisyə-satış müqaviləsindən irəli gələn əsas borc öhdəliyinə dair olduğundan, həmin hüquqi mövqenin tətbiqi yolverilməzdir. Belə ki, mövcud məhkəmə mübahisəsində faiz və cərimə qeyd olunmamışdır, yalnız satıcı xxxx MMC tərəfindən nisyə-satış müqaviləsi əsasında cavabdeh cavabdeh1 və cavabdeh cavabdeh2 məhsulların dəyəri tələb olunur. Bu qətnamə ilə işin mövcud halları uyğunsuzluq təşkil edir. Apellyasiya icraatı zamanı müəyyən edilən hallar
5. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-ci tarixli qərardadı ilə işə şifahi icraat qaydasında baxılması qərara alınmışdır.
6. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi
8. Azərbaycan Respublikası Konstitusiyasının İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipini müəyyən 24 maddəsinin III hissəsinə əsasən: Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir.
9. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun Tələblərinə əsasən: 1.2. Heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir.
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən: 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448. əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567. alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
11. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. tləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 284-
1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-4.1. Məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.1. bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə; 284-4.1.2. verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə; 284-4.1.3. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa. 284-5.4. Məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: 284-5.4.1. qarşılıqlı iddia verilərsə; 284-5.4.2. üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; 284- 5.4.3. tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; 284-5.4.4. iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. 284-5.5. Bu Məcəllənin 284-5.4-cü maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz. 385.1.1- 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzıün tətbiq edilməməsi; məhkəmənin ıəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
12. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş mallar cavabdehə verilmiş və müqavilənin hissə-hissə ödənilməsi müddəti və məbləği müqaviləyə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən də imzalanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən əşyaları almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin əşyaların dəyərini ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh isə göstərilən müqavilə əsasında əşyanı almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Buna görə də, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır. ##.##.2026-cı il tarixli borca dair arayışdan görünür ki, cavabdeh1 İddiaçı MMC-yə ##.##.2024-cü il tarixli, BE****** nömrəli müqavilə üzrə 497.99 manat əsas borcu yaranmışdır . ##.##.2026-cı il tarixli borca dair arayışdan görünür ki, cavabdeh1 İddiaçı MMC-yə ##.##.2024-cü il tarixli, BE****** nömrəli müqavilə üzrə 3051.99 manat əsas borcu yaranmışdır. Cavabdeh cavabdeh1 və cavabdeh cavabdeh2 tərəfindən iddiaçı “xxxx MMC”-yə qarşı qeyd olunmuş tələb üzrə hər hansı etiraz bildirilməmişdir. Kollegiya tərəfindən ehtiyyat edilərək bir daha məlumatlandırmanın həyata keçirilməsinə baxmayaraq cavabdehlər hər hansı mövqe nümayiş etdirməmişlər.
13. ##.##.2025-ci il tarixli xəbərdarlıq məktublarına müvafiq müqavilə münasibətlərinə xitam verilməsi və bu məktublarda əks edilən borcun tutulması barədə birinci instansiya məhkəməsinin qənaəti əsaslı sayıla bilməz. Belə ki, xəbərdarlıq məktubunda məhz həmin zamanda müqavilə münasibətlərinə xitam verilməsindən bəhs edilmir və borcun məbləği həmin tarixədir. Halbuki, tələb edilən maliyyə arayışında əks edilən tarix ondan sonraki dövrü əhatə edir ki, bu da qrafik üzrə aylıq ödənişlərin ödənilməməsindən irəli gələrək artmışdır. Qeyd edildiyi kimi, istər birinci instansiyada icraat zamanı, istərsə də apellyasiya icraatı zamanı cavabdehlərdən hər hansı etiraz daxil olmamışdır.
14. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi, yanaşma tərzində (təməlində) əsaslı olmadığından ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin olunmalıdır.
15. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu 84 manat (56+28=84) cavabdehlərə aid edilməlidir.
16. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
17. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi:
İddiaçı İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin *(*-***)-***/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı MMC-nin cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh cavabdeh1 ##.##.2024-cü il tarixli, BE****** nömrəli müqaviləyə əsasən 497,99 (dörd yüz doxsan yeddi manat, doxsan doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdehlər cavabdeh1 və cavabdeh2 BE****** saylı ##.##.2024-cü il tarixli müqaviləyə əsasən müştərək qaydada 3051,99 (üç min əlli bir manat, doxsan doqquz qəpik) manat pul və iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 84 (səksən dörd) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin.