Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1698/2026 05.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx” X1 cavabdeh Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “pul tələbi”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, Cavabdehin Cavabdeh iştirakı ilə, Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Işin halları:
1. “xxxx” X1 cavabdeh Cavabdeh qarşı kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmədən Cavabdeh Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1632.03 manat borcun (abonent kodu: 100**********) və 36.32 manat dövlət rüsumunun tutularaq ”xxxx” X1ə ödənilməsini xahiş etmişdir.
2. Iddiaçı tələbini belə əsaslandırmışdır ki,”xxxx” X1 tərəfindən cavabdehə (abonent kodu: 100**********) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılmasıxidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonenti olmaqla xidmətlərdən mütəmadi olaraq istifadə etmiş, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə ##.##.2025-ci il tarixinə 1632.03 (min altı yüz otuz iki manat üç qəpik) manat borcu yaranmışdır. Iddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildirişlər, sonuncu dəfə isə ##.##.2025-ci il tarixində xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir.
3. Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi (hakim Səidə Məmmədova) ilə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq iddia tələbi təmin edilmiş, cavabdeh Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1632.03 manat borcun (abonent kodu: 100**********) və ödənilmiş 36.32 manat dövlət rüsumu tutularaq iddiaçı «xxxx» PHŞ-ya ödənilməsi qət edilmişdir.
4. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdehin ərizəsinə əsasən apellyasiya şikayətinə tərəflər dəvət edilməklə məhkəmə iclasında baxılması qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri:
6. Cavabdehin apellyasiya şikayətini belə əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 2.1.9-cu bəndinin tələblərinə riayət etməyib. Belə ki, maddələrin tələblərinə əsasən iddiaçı 1 ay ödəniş edilmədikdə məhkəmə qaydasında ödənişi tələb etməli idi. Lakin işdən görünür ki, iddia maddədə göstərilən heç bir tədbir görməyib və iddiaçı əsassız olaraq 5 il su ödənişi hesablayıb. Göründüyü kimi iddiaçı hüquqdan sui-istifadə edib. O, 1993-cü il tarixdən ## ##### 2021-ci ilədək yuxarıda qeyd olunan ünvanda müvəqqəti olaraq məskunlaşıb. Ancaq ## ##### 2021-ci ildən etibarən həyat yoldaşının xəstəliyi ilə əlaqədar olaraq ailə üzvləri ilə birlikdə (4 nəfər) həmin ünvandan köçüb, orada yaşamayıb və kommunal xidmətlərdən, sudan da istifadə etməyib. Həmin tarixdən etibarən ailəsi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində ünvansız fərdi yaşayış evində yaşayır. Həmin tarixdən köçməyini xxxx tərəfindən verilmiş abunə haqqında məlumatdan görünür. Belə ki, həmin məlumatdan görünür ki, ## ##### 2021-ci ildən sonra sərfiyyat və məntiqi olaraq borcu yoxdur. Bundan başqa mübahisə yaranan ünvanda ## ##### 2021-ci ildən yaşamadığını müvafiq arayış da təsdiq edir. Bütün bunlara baxmayaraq "xxxx" X1i tərəfindən sudan istifadə etmədiyi halda su təchizatı və tullantı sularının axıdılması üçün xidmətin 1632.03 manat məbləğində vəsaitin ödənilməsi üçün Binəqədi rayon Məhkəməsi qarşısında iddia qaldırmışdır. Iddiaçının təqdim etdiyi abonent kartından görünür ki, o, 2017-ci ildə 11.08 manat ödəyib. Həmçinin təqdim etdiyi qəbzdən görünür ki, 500 manat ödəyib. O, iddianı 1121 (1632-511.08=112) manat pulun tutulması hissəsində qəbul etmir. Belə ki, bu məbləğ mənzildən çıxandan sonra ## ##### 2021-ci ildən ##.##.2025-ci ilədək əsassız olaraq hesablanmışdır. Tərəflərin izahatı:
7. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi və bildirdi ki, 2021-ci ildən borc yazılan ünvanda yaşamır, bunu təqdim etdiyi arayış da təsdiq edir, əsassız olaraq ona borc hesablanmışdır. Hazırda iddiaçı qurumun özünün ona təqdim etdiyi arayışda da onun borcunun olmadığı göstərilmişdi (cavabdeh həmin arayışı məhkəməyə təqdim edir). Cavabdeh eyni zamanda bildirdi ki, rayon məhkəməsində məhkəmə prosesi barədə məlumatı olmadığından öz etirazını bildirmək, müvafiq arayışı təqdim etmək imkanı da olmamışdır.
8. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
9. Belə olan halda Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
10. Mülki iş materiallarında olan ##.##.2012-ci il tarixli müqaviləyə əsasən «xxxx» PHŞ ilə Cavabdeh arasında su təchizatı və tullantı suların axıdılması xidmətlərinə dair müqavilə bağlanmışdır.
11. Cavabdehin (abonent kodu: 100**********) ##.##.2025-ci il tarixli Abonent Kartına əsasən istifadə etdiyi xidmətlərə görə «xxxx» PHŞ-ya 1632.03 manat məbləğində borcu vardır.
12. «xxxx» PHŞ-nın ##.##.2025-ci il tarixli Cavabdeh ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, cavabdeh 7 iş günü müddətində borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur.
13. Məcbur köçkün vəsiqəsinə əsasən Cavabdeh Dövlətqaçqınkomun ##.##.2008-ci il tarixli qərarı ilə bu vəsiqə verilmişdir.
14. “xxxx” ASC-nin abunə haqqında məlumatından müəyyən olur ki, Cavabdeh (abunə kodu 010500000720501) ##.##.2021-ci il tarixdən sonra enerji sərfiyyatı olmamışdır.
15. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin ##.##.2026-cı il tarixli, *-***-*-**/*- ****/**** nömrəli arayışından müəyyən olur ki, Füzuli şəhər sakini məcburi köçkün Cavabdeh ünvan 1 (köhnə ünvan Xarici Dairəvi küçəsi) ev 72, yataqxana 2, 501, *** nömrəli otaqlarda müvəqqəti məskunlaşıb və 2021-ci ilin aprel ayından bu ünvanda ailə vəziyyəti ilə əlaqədar olaraq yaşamır.
16. Cavabdehin təqdim etdiyi (abonent kodu: 100**********) ##.##.2012-ci il tarixli, ******** nömrəli müqavilə üzrə ADSEA-nın abonent kartından müəyyən olur ki, ünvan 2 ünvanında Cavabdeh borcu yoxdur, 2021-ci ilə qədər hesablanmış borc üzrə Cavabdeh 512 (beş yüz on iki) manat ödəmişdir.
17. Tətbiq edilən maddi hüquq normaları:
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “Istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu:
19. 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.
20. 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir.
21. 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.
22. Su Məcəlləsinin 98-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur.
23. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Istehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
24. Həmin qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır.
25. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydalarının 2-ci bəndinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qaydaların 4.1.3-cü bəndinə görə isə verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir.
26. 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyridəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır.
27. 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Tətbiq edilən prosessual hüquq normaları:
28. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
30. Hazırkı halda, Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
31. Məhkəmə gəlmiş tərəfin izahatını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilməməlidir.
32. Cavabdehin apellyasiya şikayətinin dəlilləri belədir: 1) 2021-ci ilin aprelindən qeyd edilən ünvanda yaşamadığından borc əsassız hesablanmışdır; 2) rayon məhkəməsində məhkəmə prosesi barədə məlumatı olmamışdır.
33. Məhkəmə cavabdehin apellyasiya şikayətinin birinci dəlili ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin ##.##.2026-cı il tarixli arayışından da müəyyən olduğu kimi cavabdeh ünvan 1 (köhnə ünvan Xarici Dairəvi küçəsi) ev 72, yataqxana 2, 501, 503 ünvanında 2021-ci ilin aprelindən yaşamır.
34. Eləcə də mülki iş materiallarında olan “xxxx” ASC-nin abunə haqqında məlumatından da müəyyən olur ki, cavabdehin həmin ünvanda ##.##.2021-ci il tarixdən sonra enerji sərfiyyatı olmamışdır. Bu da onu təsdiq edir ki, cavabdeh apellyasiya şikayətində də qeyd etdiyi kimi 2021-ci ilin aprelindən su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə borc hesablanmış ünvanda yaşamamışdır. Cavabdehin məhkəmə iclasında təqdim etdiyi (abonent kodu: 100**********) ##.##.2012-ci il tarixli, ******** nömrəli müqavilə üzrə ADSEA-nın abonent kartından da müəyyən olur ki, ünvan 2 ünvanında Cavabdeh borcu yoxdur, 2021-ci ilə qədər hesablanmış borc üzrə Cavabdeh 512 (beş yüz on iki) manat ödəmişdir. Yekun borc kimi -0,97 qəpik göstərilmişdir.
35. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslıdır, iddiaçının iddia tələbi əsassız olmuşdur və təmin edilə bilməz.
36. Məhkəmə cavabdehin apellyasiya şikayətinin digər dəlili üzrə isə qeyd edir ki, mülki iş materiallarından müəyyən olduğu kimi iddia ərizəsinin surəti və bildiriş cavabdehə göndərilsə də, ona çatmamış, poçt zərfi cavabdehin qeydiyyat ünvanında yaşamaması əsası ilə geri qaytarılmışdır (i\v səh. 14).
37. Məhkəmə qeyd edir ki, rayon məhkəməsi qətnaməsində iddia ərizəsinin surəti və bildirişin poçt vasitəsilə cavabdehin qeydiyyat ünvanına göndərildiyi, lakin geri qaytarıldığı, cavabdehin hər hansı etirazının məhkəməyə daxil olmadığı qeyd edilmişdir. Rayon məhkəməsi məhkəmə bildirişi cavabdehə çatmadığından onun məhkəmə prosesi – iddiaçının iddia tələbi barədə məlumatlı olmadığını nəzərə almayaraq cavabdehin etirazının olmadığını qeyd etmişdir. Mülki iş materiallarından cavabdehin mobil telefon nömrəsinə SMS bildiriş göndərildiyinə dair sübutlar da yoxdur. Belə olan halda müəyyən olur ki, rayon məhkəməsi prosessual pozuntuya yol vermiş, cavabdehi məlumatlandırmaq üçün bütün lazımi tədbirləri görməmişdir.
38. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.
39. Hazırkı işdə isə cavabdehin ona qarşı irəli sürülmüş iddia barədə məlumatı olmadığından öz etirazını, sübutlarını təqdim etmək imkanı da olmamışdır.
40. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehin ərizəsinə əsasən iş üzrə əlavə araşdırma aparılması, tərəflərin izahatlarının dinlənilməsi zərurəti olduğundan mülki işə baxılması yazılı icraatdan şifahi icraata keçirilməsinə baxmayaraq, iddiaçı mülki işin apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak etməyərək, iştirak etməməsinin səbəbləri barədə də məlumat verməmiş, habelə apellyasiya şikayətinə hər hansı etiraz və ya izahatlarını Məhkəməyə təqdim etməmişdir. Iddiaçının belə davranışı anlaşılmazdır.
41. Bu da onu göstərir ki, iddiaçının su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə cavabdehdən tələbi əsassız olmuşdur.
42. Belə olan halda Məhkəmə hesab edir ki, rayon məhkəməsi qətnamə çıxararkən iş materiallarındakı sübutlara lazımi qiymət verməmiş, işin hallarını tam və hərtərəfli araşdırmamış, eləcə də prosessual pozuntuya yol verərək cavabdehin iddiaya etiraz etmək, öz sübutlarını təqdim etmək imkanını təmin etmədiyindən cavabdehin apellyasiya şikayəti əsaslıdır, apellyasiya şikayəti təmin edilməli və qətnamə ləğv edilməli, iddia tələbi əsassız olduğundan rədd edilməlidir.
43. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
46. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Nəticə:
47. Göstərilənlərə əsasən Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehə məhkəmə prosesi barədə lazımi qaydada məlumat verilmədiyindən, iş üçün əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməməlidir.
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
49. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
50. Beləliklə müəyyən olunur ki, hazırkı mülki iş üzrə iddianın qiyməti 1632.03 (min altı yüz otuz iki manat, 3 qəpik) manat olduğuna görə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
51. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir.
52. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDI:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilsin, yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilməsin Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.