Məhkəmə qərarları › İş №e-2(3-6)-1765/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1765/2026

25.05.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1765/2026 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh3, cavabdeh2 və Bakı şəhəri * saylı Notariat Ofisinə (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş (Açar sözlər: «vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi, miras payının müəyyən edilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçılar iddiaçı2 və X2 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər cavabdeh3 və cavabdeh2 nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçılar iddiaçı2 və Əminə Əli qızının apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:

1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Musalı(Məmmədov) Firudin Əli oğlu ##.##.2006cı il tarixdə doğulub, atası X7, anası Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsdır.

2. Musalı(Məmmədova) Əminə Əli qızı ##.##.2000-ci il tarixdə doğulub, atası X7, anası Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsdır.

3. X7 ilə Musayeva (Rüstəmova) Hürriyyət Qulam qızı ##.##.1975-ci il tarixdə nikah bağlayıb, bu nikahdan Süleymanova (Musayeva) Günay Əli qızı, Abdullayeva (Musayeva) Şəlalə Əli qızı, Alıyeva (Musayeva) İlahə Əli qızı və cavabdeh2 doğulub.

4. X7 ##.##.2008-ci il tarixdə ölüb.

5. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli məktubunda göstərilənlərlə və işdə olan çıxarışlara əsasən müəyyən edlir ki, ünvan 3 ünvanı X7 adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri * saylı NK-nın 2-V-1- *** reyestr nömrəli, ##.##.2014-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında hər birinə ½ hissə olmaqla, cavabdeh3 Qulu qızının və cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, **** saylı bağ evi X7 adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri * saylı NK-nın 2- V-1-*** reyestr nömrəli, ##.##.2014-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə əsasında hər birinə ½ hissə olmaqla, cavabdeh3 Qulu oğlunun və cavabdeh2 adlarına özgəninkiləşdirilmişdir. Abşeron rayon dövlət notariat kontorunun ##.##.1990-cı il tarixli, 1-3-**** reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən Xızı rayonu, Altıağac qəsəbəsi ərazisində yerləşə fərdi yaşayış evi üzərində keçmiş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyatı İdarəsi tərəfindən verilmiş 1990-cı il tarixli, 385 ”A” qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi ilə X7 mülkiyyət hüququ qeydiyyata alınmışdır. Xızı rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** nömrəli qərarına əsasən Xızı rayonu, Altıağac qəsəbəsi ərazisində yerləşən 0,07 ha yaşayış məntəqələrin torpaqları təyinatlı torpaq sahəsi üzərində X7 tam mülkiyyət hüququ ##.##.2001-ci il tarixli, JN-***A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə qeydiyyata alınmış, sözügedən şəhadətnaməyə əsas ##.##.2025-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə 0,0704 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində X7 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

6. ##.##.2013-cü il tarixli, *V-*-*** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ##.##.2008-ci il tarixdə vəfat etmiş X7 vərəsəsi arvadı cavabdeh3 (1/2 pay) və oğlu cavabdeh2dur (1/2 pay). Şəhadətnamə verilən miras əmlak “xxxx” ASC-nin Nərimanov filialında X4nun adına olan ***** saylı hesabda olan pul məbləğindən ibarətdir.

7. ##.##.2011-ci və ##.##.2013-cü il tarixli notarial qaydada təsdiqlənmiş ərizələrə əsasən X10, Alıyeva İlahə Əli qızı, X8 ##.##.2008-ci il tarixdə ölmüş X7 onlara düşən miras əmlakı qəbul etməmişlər.

8. ##.##.2025-ci il tarixli, 2128 və **** nömrəli “Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında” Qərarlardan görünür ki, Bakı şəhəri * saylı Notariat ofisinin xüsusi notariusu miras qoyan X7 övladları iddiaçı1 və iddiaçı2 atasından qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir.

Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh3, cavabdeh2 və Bakı şəhəri * saylı Notariat Ofisinə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və onlardan irəli gələn hüquqi nəticələrin ləğv edilməsi barədə iddia ərizəsi, iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri * saylı notariat ofisinin notariusu tərəfindən cavabdehlər cavabdeh2 və cavabdeh3 adına verilmiş ##.##.2014-cü il tarixli, 2V/*** və 2V/*** reyestr saylı, ##.##.2013-cü il tarixli, *V/*** saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və onlardan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsi, **** saylı bağ evinə dair ********** qeydiyyat nömrəli, ##.##.2025-ci il tarixli çıxarışın, habelə ünvan 2 ünvanında yerləşən mənzilə dair verilmiş çıxarışın ləğv edilməsi, Bakı şəhəri * saylı Notariat ofisinin xüsusi notarisu tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, “Notariat hərəkətlərinin aparılmasından imtina edilməsi” barədə 2128 və **** nömrəli qərarların ləğv edilməsi, X7 miras qalmış ünvan 2 ünvanında yerləşən mənzil, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1103 ünvanında yerləşən bağ evi, ************ reyestr nömrəsi ilə X7 adına qeydiyyata alınmış Xızı rayonu, Altıağac qəsəbəsində yerləşən 0,0704 ha torpaq sahəsi və “xxxx” ASC-nin Nərimanov filialında ***** saylı hesabda olan pul məbləğindən ibarət əmlakın ¼ hissəsinə iddiaçı2 və iddiaçı1 hər birinin məcburi pay hüquqlarının, yəni paylarının müəyyən edilməsi, iddiaçılar tərəfindən dövlət rüsumu qismində ödənilən 100 manatın cavabdehlərdən xeyrinə tutulması barədə qətnamə qəbul еdilməsini xahiş edib.

10. İddiada göstərilib ki, iddiaçılar iddiaçı2 və iddiaçı1 atası X7 ##.##.2008-ci ildə vəfat etmişdir. X4 ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs rəsmi nikah münasibətlərinə daxil olmasalar da, iddiaçı2 və iddiaçı1 sonuncuların ümumi övladlarıdır. X7 vəfat edərkən, iddiaçı1 8 yaşı, iddiaçı2 isə cəmi 2 yaşı olmuşdur. Belə olduğu təqdirdə onların öz ataları, həmçinin mülkiyyətində olan daşınar və daşınmaz əmlakları haqqında heç bir məlumatları olmamış, anaları da bu barədə heç nə bilməmişdir. X4 ##.##.1975-ci il tarixdə Musayeva (Rüstəmova) Hüriyyət Qulam qızı ilə rəsmi nikaha daxil olmuş, nikahlarından Süleymanova (Musayeva) Günay Əli qızı, Abdullayeva (Musayeva) Şəlalə Əli qızı, Alıyeva (Musayeva) İlahə Əli qızı və cavabdeh2 dünyaya gəlmişlər. Mərhumun rəsmi nikahdan olan övladlarının ögey bacı və qardaşı haqqında məlumatları olsa da, yalnız cavabdeh2 mərhum atasının qeyri-rəsmi nikahdan olan övladları ilə əlaqədə olmuş, lakin bu əlaqə də ildə bir neçə dəfə telefon zəngləri və çox az görüşlərlə məhdudlaşmışdır. Sonuncu dəfə bir neçə ay əvvəl cavabdeh2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə telefon əlaqəsi yaradaraq iddiaçı2 və ya iddiaçı1 vərəsəliklə bağlı iddia qaldırıb-qaldırmaması haqqında soruşmuşdur. Telefon danışığı zamanı iddiaçı2 anasının yanında olduğu üçün bu söhbəti eşitmişdir. Onun hər hansısa torpaq haqqında məlumatı olmadığı üçün cavabdeh2 tərəfindən verilmiş bu məlumat onu təəcübləndirmişdir. Daha sonra mərhum atasının sağlığında əmlaklarının olmasından şübhələnib bu faktı araşdırmaq qərarına gəlmiş, eyni hal bacısı iddiaçı1 da şamil olunmuşdur. Vəkil tərəfindən X4nun mülkiyyətində əmlaklarının olubolmamasının müəyyənləşdirilməsi üçün müvafiq dövlət orqanlarına, habelə Bakı şəhəri Nərimanov rayonunda yerləşən * saylı Notariat ofisinə vərəsəlik işinin açılıb-açılmaması ilə bağlı sorğu göndərilmiş, Ədliyyə Nazirliyinin * saylı Notariat ofisindən sorğuya cavab olaraq, X4nun miras əmlakına dair ##.##.2014-cü il tarixli, 2V/*** və 2V/*** reyestr saylı, ##.##.2013-cü il tarixli, *V/*** saylı vərəsəlik hüququ haqqında şəhadətnamələr üzrə 47 vərəqdən ibarət notariat işinin təsdiq edilmiş surəti göndərilmişdir. Vərəsəlik işindən görünür ki, X4nun arvadı cavabdeh3 və oğlu cavabdeh2 ərizələri əsasında Ə.F.Musayevin qanun üzrə vərəsələri kimi tanınmış və vərəsəlik hüququ haqqında şəhadətnamələr almışlar. X10, Alıyeva İlahə Əli qızı, X8 isə miras əmlakından imtina etmişlər. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən görünür ki, mərhum Ə.F.Musayevə məxsus olan ünvan 2 ünvanında yerləşən mənzilə, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1103 ünvanında yerləşən bağ evinə, “xxxx” ASC-nin Nərimanov filialında ***** saylı hesabda olan pul məbləğinə dair vərəsələr cavabdeh3 və cavabdeh2 ½ pay hüquqları müəyyən edilmişdir. ##.##.2013-cü il tarixdə cavabdeh2 * saylı notariat kontoruna ərizə ilə müraciət edərək bildirmişdir ki, mərhum atası X7 başqa vərəsələri yoxdur və gələcəkdə hər hansısa başqa vərəsəsi çıxarsa onların paylarının ödənilməsini öz öhdəsinə götürür. “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə “X20” AQİS-dən çıxarışda X4nun qeyri-rəsmi nikahdan olan övladları iddiaçı2 ilə iddiaçı1 haqqında məlumatlar öz əksini tapmışdır, başqa sözlə Ədliyyə Nazirliyinin * saylı notariat kontoruna cavabdeh3 ilə cavabdeh2 tərəfindən vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında ərizə ilə müraciət edilərkən və vərəsəlik işi açılarkən artıq mərhum Ə.F.Musayevin başqa vərəsələrinin olduğu məlum idi. ************ reyestr nömrəli torpaq sahəsinə dair çıxarışın surətindən görünür ki, X7 miras qalmış Xızı rayonu, Altıağac qəsəbəsində yerləşən 0,0704 ha torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. ##.##.2025-ci il tarixdə iddiaçı1 və iddiaçı2 Bakı şəhəri * saylı notariat ofisinə ərizə ilə müraciət edərək, miras qalmış daşınar və daşınmaz əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin notarius tərəfindən vərəsəlik şəhadətnaməsinin verilməsindən əsassız şəkildə imtina olunmuşdur. İddiaçıların məcbur payı bütün miras əmlakdan müəyyən edilməli və qanun üzrə onlara çatası payın yarısını təşkil etməlidir.

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026cı il tarixli qətnaməsi ilə (hakim Nərgiz Tağıyeva) iddia tələbi təmin edilməyərək iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, X7 ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qeyri-rəsmi nikahlarından ##.##.2000-ci il təvəllüdlü X5 və ##.##.2006-cı il təvəllüdlü iddiaçı2, habelə X7 X13 ilə ##.##.1975-ci il tarixdə rəsmi nikahından Süleymanova (Musayeva) Günay Əli qızı, Abdullayeva (Musayeva) Şəlalə Əli qızı, Alıyeva (Musayeva) İlahə Əli qızı və cavabdeh2 dünyaya gəlmişlər. X7 ##.##.2008-ci il tarixdə vəfat etmişdir. İddiaçıların atası vəfat edərkən, iddiaçılar X5 8, X7 2 yaşı olmuşdur. X7 ölümündən sonra onun rəsmi nikahlarından olan övladları X10, Alıyeva İlahə Əli qızı, X8 miras əmlakdan imtina etmişlər. cavabdeh2 və mərhumun həyat yoldaşı cavabdeh3 hər biri miras aktivləri üzərində ½ hissədə pay hüququnu tanıyan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əldə etmişlər. İddiaçıların bildirdiyinə görə, onlar mirasın mövcudluğu və açılması ilə bağlı icra edilmiş hərəkətlərdən xəbərdar olmamış, ögey bacı və qardaşları, həmçinin Bakı şəhəri * saylı Dövlət Notariat ofisi mirasın bölüşdürülməsi zamanı onların da cəlb edilməsi üçün təşəbbüs göstərməmişlər. X6 ölümündən 17 il sonra iddiaçılar atalarından qalmış miras əmlaklar barədə məlumat əldə etmiş və vərəsəlik hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişlər. İş üzrə təqdim olunmuş sübutlarla müəyyən olunur ki, cavabdehlər cavabdeh3 və cavabdeh2 ünvan 1 ünvanında yerləşən, 4 otaqlı, yaşayış sahəsi 131,3 kv.m. ümumi sahəsi 178,5 kv.m olan mənzil, Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1103 ünvanında yerləşən, 4 yaşayış otağı, ümumi sahəsi 635,84 kv.m, yaşayış sahəsi 72,61 kv.m, yardımçı sahəsi 563,23 kv.m olan bağ evi və “xxxx” ASC-nin Nərimanov filialında X4nun adına ***** saylı hesabda olan pul məbləğindən ibarət miras kütləsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və miras payının müəyyən edilməsi ilə bağlı mübahisənin düzgün hüquqi həlli üçün ilk növbədə iddiaçıların mirası qanunla müəyyən edilmiş qaydada qəbul edib-etməmələri araşdırılmalıdır. Başqa sözlə, vərəsələrdən birinin digər vərəsənin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı barədə tələb irəli sürə bilməsi əvvəlcə özünün mirası qəbul etməsi və ya yaxud qanunla nəzərdə tutulmuş müddəti üzrlü səbəbdən ötürməsi təsdiq olunmalıdır. Bu qənaətə gələrkən məhkəmə xüsusi ilə nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin ***6 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2023-cü il tarixli Qərarında əks olunmuş “qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsənin mirası qəbul etmiş vərəsə hesab edilməsi” barədə hüquqi mövqeyinin hazırkı işə tətbiqi mümkün deyildir. Belə ki, həmin qərarda “mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil ediləcəyi” xüsusi olaraq göstərilmişdir. Hazırkı mübahisə isə çox daha əvvəldən yaranmış vərəsəlik münasibətləri ilə əlaqədardır və mövcud iddia ərizəsi məhkəmənin icraatına həmin Qərardan sonra daxil olmuşdur. Mülki Məcəllənin mirasın açıldığı vaxt qüvvədə olan ***6-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2023-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən ***6 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edilmişdir). Həmin Məcəllənin ***8.1-ci maddəsinə görə, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. (## #### 2025-ci il tarixli 216- VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ***7-ci və ***8-ci maddələr ləğv edilmişdir). Mirası qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir (Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 2011-ci il # ###### tarixli Qərarı). Nəzərə alınmalıdır ki, mirasın qəbulu və qəbulundan imtina vərəsənin subyektiv mülki hüququdur. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mirası qəbul etmək hüququ ya bilavasitə iradə ifadəsi, yəni notariat orqanına mirasın qəbulu barədə ərizə verməsi ilə və ya ayrı-ayrı hərəkətlər vasitəsilə edilə bilər. Məsələn, mirasın qəbulu vərəsənin miras əmlaka sahiblik etməsi və ya miras əmlakı idarə etməyə faktiki başlaması və bununla da miras əmlakı qəbul etməsini şəksiz nümayiş etdirməsi ilə bəlli olur. Bu hal, adətən, miras qoyanın sağlığında miras qoyanın vərəsə ilə birgə sahiblik və istifadə etdiyi əmlakla əlaqədar yaranır. Bundan başqa, mirasın qəbulu və qəbulundan imtina müəyyən bəlli müddət, vaxt ərzində həyata keçirilməlidir. Bununla bərabər, miras əmlakın qəbulu müddətinin ötürülməsi vərəsə tərəfindən üzrlü səbəblərə görə olarsa, bu halda məhkəmə mirasın qəbulu müddətini uzada bilər. Lakin Mülki Məcəllənin ***8.1-ci maddəsində məhkəmənin ötürülmüş müddəti hansı vaxtadək uzada bilməsi haqqında göstəriş yoxdur. Hər bir halda mirasın qəbulu müddətinin uzadılması üçün müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsini təsdiq edən sübutlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin ***6, ***8.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ####### 2022-ci il tarixli Qərarında Məcəllənin ***6-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin ***8.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Hazırda iddiaçılar miras əmlakın mövcudluğundan gec məlumatları olduqlarını bildirərək, paylarının müəyyən edilməsini istəyir və şəhadətnamələrin etibarsızlılığını mübahisələndirir. İşin mübahisələndirilməyən halıdır ki, iddiaçıların anası, miras qoyan X7 ##.##.2008-ci il tarixdə vəfat etdikdə, bundan xəbərdar olmuşdur. Həmin zaman X5 və iddiaçı2 yetkinlik yaşına çatmasalar belə, onların qanuni nümayəndəsi kimi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs övladlarının vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün miras əmlakların mövcudluğu barədə səlahiyyətli qurumlara müraciət etmək imkanı olmuşdur. X5 2018-ci il tarixdə yetkinlik yaşına çatmış və bundan 7 il, iddiaçı2 isə 2024-cü il tarixdə yetkinlik yaşına çatmış və bundan 1 il sonra məhkəməyə müraciət etmişlər. Yəni iddiaçıların özlərinin tam fəaliyyət qabiliyyəti əldə etdikdən sonra müstəqil şəkildə miras kütləsi barədə məlumat əldə etmək və onu qəbul etmək üçün hərəkət etmək hüququ olmuş, lakin uzun müddət keçdikdən sonra bu hüquqlarını realizə etmək qərarına gəlmişlər. Məhkəmə mirasın açıldığı zaman qüvvədə olan, yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərindən və Konstitusiya Məhkəməsi Plenumunun mövqelərindən çıxış edərək və mülki dövriyyənin sabitliyinin təmin edilməsinin zəruriliyini nəzərə alaraq qeyd edir ki, iddiaçılar X5 və iddiaçı2 yetkinlik yaşlarına çatmadıqları dövrdə onların qanuni nümayəndəsi kimi anaları Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 qalmış miras əmlakın mövcudluğunu öyrənmək üçün aktivlik nümayiş etdirməməsi, habelə iddiaçıların özləri yetkinlik yaşına çatdıqdan daha sonra da bu məqsədlə müvafiq orqanlara müraciət etməməsi, mərhumun ölümündən uzun müddət-17 il keçdikdən sonra məhkəmədə iddia qaldırmaları nəticəsində iddiaçılar mirası qəbul etmə hüququnu itirmişlər və mirasın qəbul edilməsi müddətinin uzadılması üçün heç bir hüquqi əsas yoxdur. Belə ki, bu qədər müddət ərzində iddiaçılar Azərbaycan Respublikasında olmuş, mirasın açılmasından xəbərdar olmuş, yetkinlik yaşlarına çatdıqdan sonra da mirasın qəbulu üçün müraciət etməyə kifayət qədər imkanları olmuşdur. İddiaçılar buraxılmış müddətin üzrlü olması ilə bağlı yetərli sübutları məhkəməyə təqdim edə bilməmişlər. O da nəzərə alınmalıdır ki, əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkilinin izahatına və iş materiallarına əsasən miras əmlaka daxil olan mənzil və bağ evi miras qoyanın sağlığı dövründə ipoteka ilə yüklü edilmiş, miras qoyanın ölümündən sonra cavabdeh tərəfindən borc ödənilməklə yüklülükdən azad edilmişdir. İddia tələbi mirasın qəbulu müddətinin uzadılmasına (müddətin ötürülməsinin üzrlü hesab edilməsinə) dair hissədə təmin edilmədiyindən, yəni mirasın qəbul edilməsi üçün qanunverciliklə nəzərdə tutulmuş müddət ötürüldüyündən və iddia tələbinin digər hissələri bununla bağlı olduğundan prosessual qənaət prinsipi nəzərə alınmaqla, iddia tələbi digər hissələrdə də təmin edilə bilməz.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

13. İddiaçılar iddiaçı2 və X2 (nümayəndəsi və vəkili Nümayəndə) birgə verdikləri apellyasiya şikayətində qətnamənin ləğv, iddia tələbinin isə təmin edilməsini xahiş edib göstərib ki, X7 miras əmlakına dair ##.##.2014-cü il tarixli 2V/*** və 2V/*** reyestr saylı, ##.##.2013-cü il tarixli *V/*** saylı vərəsəlik hüququ haqqında şəhadətnamələr üzrə vərəsəlik işinin materiallarından müəyyən edilir ki, notariat orqanı iddiaçıların vərəsəliyə çağırılması istiqamətində heç bir tədbir görməmiş, miras qalmış əmlaka dair tam hissədə vərəsə kimi cavabdehlər cavabdeh2 ilə cavabdeh3 tanımaqla iddiaçıların vərəsəlik hüquqlarını pozmuş, miras əmlakdan onlara düşən payı açıq saxlamamaqla, tam vərəsə kimi bütün əmlak payını cavabdehlərə verməklə miras əmlakdan bərabər pay almaqdan iddiaçıları məhrum etmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

14. Məhkəmə iclasında iddiaçılar iddiaçı2 və X2 nümayəndəsi və vəkili Nümayəndə, eləcə də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etdilər.

15. Məhkəmə iclasında cavabdehlər cavabdeh3 və cavabdeh2 nümayəndəsi və vəkili Vəkil isə apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

16. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq mülki iş üzrə digər cavabdeh Bakı şəhəri * saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Maddə ***3.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə ***3.2(##.##.2025-ci ilədək olan redaksiya). Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə ***3.2(##.##.2025-ci ilədək olan redaksiya). Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə ***3.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə ***6. (## ###### 2023-cü ilədək olan redaksiya) Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə ***8.1(##.##.2025-ci ilədək olan redaksiya). Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Maddə 1255 (##.##.2025-ci ilədək olan redaksiya). Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1255 (##.##.2025-ci ildən sonrakı redaksiya). Vərəsələr mirasqoyanın ölümü ilə mirası qanun əsasında əldə edirlər Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Maddə 1273. Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Maddə 1273-1(## ###### 2023-cü ilədək olan redaksiya).Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin ***6 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən ***6 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

20. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.

21. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

23. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

24. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

25. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

26. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.

27. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

28. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

29. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddianın və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.

30. Əvvəla, apellyasiya baxışı zamanı işin mübahisəsiz halı kimi müəyyən edildi ki, miras qoyan ##.##.1949-cu il təvəllüdlü X7 ilə ##.##.1945-ci il təvəllüdlü cavabdeh3 ##.##.1975-ci il tarixdə rəsmi nikah bağlayıb, bu nikahdan 4 övladları - Süleymanova (Musayeva) Günay Əli qızı, Abdullayeva (Musayeva) Şəlalə Əli qızı, Alıyeva (Musayeva) İlahə Əli qızı və cavabdeh2 doğulub. Bundan əlavə, X7 ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qeyri-rəsmi nikah münasibətlərindən ##.##.2000-ci il təvəllüdlü X5 və ##.##.2006cı il təvəllüdlü iddiaçı2 doğulub. X7 ##.##.2008-ci il tarixdə ölüb. X7 ölümündən sonra onun rəsmi nikahdan olan övladları X10, Alıyeva İlahə Əli qızı, X8 miras əmlakın cavabdehlər olan anası və qardaşının mülkiyyətinə keçməsinə dair notarial qaydada sərəncam veriblər. cavabdeh2 və cavabdeh3 hər biri miras aktivləri üzərində ½ hissədə vərəsəlik payı tanınan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əldə edib, bundan sonra isə bağ evi və mənzil üzərində ½ hissədə paylı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb.

31. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır(MPM.m. 217.2). Miras qoyan ##.##.1949-cu il təvəllüdlü X7 ##.##.2008-ci ildə ölüb. Demək qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin dövrdə və hazırda da qüvvədə olan Mülki Məcəllənin ***3-cü maddəsinə əsasən isə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır(##.##.2025-ci ildən bu normaya “etdirdikdə” sözündən sonra, “habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə” sözləri əlavə edilib). Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. İddiaçılar mirasın mövcudluğu və açılması ilə bağlı icra edilmiş hərəkətlərdən xəbərdar olmadığını, ögey bacıları və qardaşı, həmçinin notariat ofisi miras payın müəyyən edlməsi zamanı onların da cəlb edilməsi üçün təşəbbüs göstərmədiyini, yalnız mirasqoyan atalarının ölümündən 17 il sonra miras əmlaklar barədə məlumat əldə etdiyi üçün Notariat ofisinə, imtina qərarı alıdıqdan sonra isə vərəsəlik hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etdiyini göstəriblər. Cavabdeh tərəf isə 3-cü şəxs qismində cəlb edilən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs miras qoyanın ##.##.2008-ci ildə ölməsin bildiyini, həmin vaxt yetkinlik yaşına çatmayan övladlarının qanuni nümayəndəsi kimi vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün miras əmlakların mövcudluğu barədə səlahiyyətli qurumlara, o cümlədən məhkəməyə müraciət etmək imkanının olduğunu, üstəlik X5 2018-ci ildə tarixdə yetkinlik yaşına çatdığını və bundan 7 il, iddiaçı2 isə 2024-cü il tarixdə yetkinlik yaşına çatdığını və bundan 1 il sonra məhkəməyə müraciət etdiyini, yəni iddiaçıların özlərinin tam fəaliyyət qabiliyyəti əldə etdikdən sonra müstəqil şəkildə miras kütləsi barədə məlumat əldə etmək və onu qəbul etmək üçün hərəkət etmək imkanı olduğunu, lakin uzun müddət, yəni 17 il keçdkdən sonra bu hüquqlarını həyata keçirmək qərarına gəldikdəli üçün iddiaya etiraz edərək rədd edilməsini xahiş ediblər.

32. Birinci instansiya məhkəməsi də cavabdeh tərəfin mövqeyi ilə razılaşaraq iddianı təmin etməyib, qənaətini yuxarıda göstərilən formada əsaslandırıb. Qeyd olunduğu kimi nə iddiaçıların qanuni nümayəndəsi, nə də özləri yetkinlik yaşına çatdıqdan sonra qanunla müəyyən edilmiş müddətdə, mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə vermədiyi, eləcə də, bu cür ərizə verilməsə də miras əmlaka sahiblik etməməsi və ya əmlakı idarə etməyə faktik başlamaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməməsi də işin mübahisəsiz halıdır. Ancaq iddiaçılar apellyasiya şikayətində notariat orqanının onları vərəsəliyə çağırılması istiqamətində heç bir tədbir görmədiyini, miras qalmış əmlaka dair tam hissədə vərəsə kimi cavabdehlər cavabdeh2 ilə cavabdeh3 tanımaqla vərəsəlik hüquqlarını pozduğunu, miras əmlakdan onlara düşən payı açıq saxlamadığını, tam vərəsə kimi bütün əmlak payını cavabdehlərə verməklə miras əmlakdan bərabər pay almaqdan onları məhrum etdiyini göstərir. Əvvəla, istər notariusun, istərsə də cavabdehlərin miras açıldığı vaxt miras qoyanın Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə qeyri-rəsmi nkah münasibətlərində olması və bu münasibətlərdən iddiaçıların doğulmasından məlumatlı olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməyiblər. Çünki bu halların(mirasqoyanın iddiaçıların anası ilə faktiki nikah münasibətlərində olmasını) mövcudluğunu bilmək cavabdehlərin borcu yaxud vəzifəsi deyildir. Demək ki, iddiaçılar sübut etməlidir ki, cavabdeh tərəf məhz miras açıldığı vaxt onların varlığından məlumatlı olub və bundan sonra cavabdeh tərəfi qınamaqda haqlı sayıla bilər. Ancaq bu halları sübut etmək yükü iddiaçı tərəfin üzərinə düşsə də buna dair məhkəməyə heç bir sübut təqdim etməyib. Buna görə də, notariat orqanını onların vərəsəliyə çağırılması istiqamətində heç bir tədbir görməməkdə, miras payını açıq saxlamamaqda, bununla da vərəsəlik hüquqlarını pozub bütün miras əmlakı cavabdehlərə verməklə miras əmlakdan bərabər pay almaqdan məhrum etməkdə qınamaqda haqlı olmayıb.

33. Bundan əlavə, cavabdeh tərəf mülahizəsində(i.v;137-139) iddia tələbinin əsassız olmaqla yanaşı, qanunla nəzərdə tutulmuş müddətdə(müddəti ötürməklə) Notariat ofisinə və məhkəməyə müraciət olunmadığından da iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Mülahizədə həmçinin qeyd edib ki, iddiaçı tərəfin miras açıldığı vaxt notariat ofisinə müraciət etməməsinin səbəbi miras qoyanın onlara Yasamal rayonu İnşaatçılar prospektində yerləşən yaşayış bnasının 5-ci mərtəbəsində 3 otaqlı, 1-ci mərtəbəsində 1 otaqlı, eyni zamanda həmin bina ilə üzbəüz yaşayış binasının 1-ci mərtəbəsində qeyri-yaşayış sahəsi(gözəllik salonu kimi istifadə olunur) alması olub. İddiaçı tərəf birinc instansiya məhkəməsində icraat zamanı bu halları təkzib etməyib, apellyasiya baxışı zamanı isə 3-cü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs miras qoyanın onlara 1 mənzil aldığını etiraf etdi. Göründüyü kimi, iddiaçılar 17 ildən sonra cavabdeh cavabdeh3 ilə miras qoyan Əli Musayevin birgə nikah dövründə əldə etdiyi, onların ümumi birgə mülkiyyəti olmuş əmlakdan, həm də mirasqoyanın rəsmi nikahı ilə bağlı 5 birinci dərəcə vərəsəsi olduğunu bildiyi halda bu cür iddia ilə məhkəməyə müracət etməkdə də haqlı olmayıblar.

34. Bundan başqa, işdə olan(i.v;199-205) Bakı şəhəri Nəsim Rayon Məhkəməsinin ## #### 2017-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən də bəlli oluru ki, cavabdeh “xxxx” İstehsal-Kommersiya Firmasından və cavabdeh2 müştərək qaydada iddiaçı “X1” ASC-nin xeyrinə cəmi 334631,47 ABŞ dolları manata məzənnəsi alınmaqla tutulub, tutmanın miras əmlak olan bağ evinə və mənzilə yönəldilməsi, onların açıq hərracdan satılması və əldə edilən vəsaitdən borcun tutulması qət olunub. Bununla yanaşı, mənzilin sonradan ##.##.2024-cü ildən “xxxx” ASC-nin ##.##.2024-cü il tarixli müraciətinə əsasən ipoteka ilə yüklü olduğu, bağ evinin yüklülüyünün isə ##.##.2024-cü ildən ləğv edildiyi müəyyən edilir(i.v.;208). Bütün bu hallar da iddiaçı tərəfin hazırkı iddianı irəli sürməklə haqlı və dürüst olmadığını bir daha təsdiq etmiş olur. 35.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin ***6 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən ***6 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Bu qərarın hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi də qərara alınmışdır. Konstitusiya Məhkəməsi Plenumu ## ###### 2023-cü il tarixli qərarında həmçinin göstərdi ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Hazırki mülki iş də Konstitusiya Məhkəməsi Plenumu ## ###### 2023-cü il tarixli qərarı qəbul edildiyi zaman məhkəmənin icraatında(iddia ərizəsi ##.##.2025-də məhkəməyə daxil olmuşdur) olmamışdır. Demək ki, qeyd olunan Qərardakı hüquqi mövqe bu mübahisəyə bilavasitə şamil edilmir. Bu halın özü də apellyasiya şikayətinin əsaslı olmadığına dəlalət edir.

36. Göstərilənlərdən başqa, məcburi payla əlaqədarı qeyd olunur ki, Mülki Məcəllənin 1202.2-ci maddəsinin tələbinə əsasən məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməli idi. Ancaq iddiaçılar tərəfindən mirasın hansısa formada qəbul edilməsi təsdiq olunmadığından məcburi payın qəbul edilməsindən də söhbət gedə bilməz. Çünki məcburi payın qəbul edilməsi də müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməli idi. Düzdü Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli Qərarının 3-cü bəndində göstərilib ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payı tələb etmək hüququna iddia müddəti şamil edilmir. Lakin Qərarın 4-cü bəndində qeyd olunub ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Hazırki mülki iş də Konstitusiya Məhkəməsi Plenumu ## #### 2024-cü il tarixli qərarı qəbul edildiyi zaman məhkəmənin icraatında(iddia ərizəsi ##.##.2025-də məhkəməyə daxil olmuşdur) olmamışdır. Demək ki, qeyd olunan bu Qərardakı hüquqi mövqe də bu mübahisəyə bilavasitə şamil edilmir. Bu halın özü də apellyasiya şikayətinin əsaslı olmadığını bir daha təsdiq etmiş olur.

37. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar