Məhkəmə qərarları › İş №e-2(3-6)-1827/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-1827/2026

15.05.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-1827/2026 15.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı iddiaçı2 cavabdehlər Bakı şəhəri ** saylı Notariat ofisi, Bakı şəhəri * saylı Notariat Ofisi, iddiaçı1 və cavabdeh2 PHŞ-nın * saylı Bakı Ərazi İdarəsinə qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbinə dair ilkin, İddiaçı iddiaçı1 cavabdeh iddiaçı2 qarşı vəsiyyətnamələrin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası barədə iş üzrə (Açar sözlər: iş üzrə icraatın dayandırılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X6 (sədrlik edən və məruzəçi), X4 və X5 ibarət tərkibdə, İddiaçı iddiaçı2 cavabdehlər Bakı şəhəri ** saylı Notariat ofisi, Bakı şəhəri * saylı Notariat Ofisi, iddiaçı1 və cavabdeh2 PHŞ-nın * saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbinə dair ilkin, iddiaçı iddiaçı1 cavabdeh iddiaçı2 qarşı “vəsiyyətnamələrin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası barədə iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e- *(***)-****/**** nömrəli qərardadından ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh iddiaçı2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddiaçı2 cavabdehlər Bakı şəhəri ** saylı Notariat ofisi, Bakı şəhəri * saylı Notariat ofisi, Mirəhmədova X7 və cavabdeh2 PHŞ-nın * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri ** saylı Notariat ofisi tərəfindən cavabdeh Mirəhmədova X7 verilmiş ##.##.2025-ci il tarixli, 2V-143 və 2V- *** reyestr nömrəli, ##.##.2025-ci il tarixli, 2V180, 2V 181, 2V-182 və 2V-*** reyestr nömrəli, ##.##.2025-ci il tarixli 2V-184, 2V-185, 2V-186 və 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin vərəsəlik şəhadətnamələrinə əsasən müvafiq əmlaklarla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrində cavabdeh Mirəhmədova X7 adına aparılmış qeydiyyatların ləğv edilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. iddiaçı1 iddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri * saylı Notariat ofisində rəsmiləşdirilmiş X2 ##.##.2017-ci il tarixli, 2V-105 reystr nömrəli, X3 ##.##.2017-ci il tarixli, 2V-*** reyestr nömrəli vəsiyyətnamələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli qərardadı ilə (hakim N.N.Tağıyeva) hazırki mülki iş üzrə icraat Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan e-*(*-***)-***/**** nömrəli iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

4. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh iddiaçı2 həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, qanunverici sadəcə işlər arasında müəyyən əlaqənin mövcudluğunu deyil, həmin əlaqənin elə səviyyədə olmasını tələb edir ki, digər iş üzrə müəyyən ediləcək hallar hazırkı iş üzrə hüquqi qiymətləndirmənin verilməsi üçün zəruri və əvəzolunmaz xarakter daşısın. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair" ## #### 2004-cü il tarixli Qərarındakı mövqeyinə görə, icraat yalnız o halda dayandırıla bilər ki, digər işin nəticəsi olmadan mövcud iş üzrə hüquqi qiymətləndirmə vermək mümkün olmasın. Nərimanov rayon Məhkəməsində baxılan iş üzrə əsas məsələ, son nəticədə notarius tərəfindən müvafiq şəxslərin (yəni bu iş üzrə Dilarə xanımın) qanun üzrə vərəsəliyə çağırılması üçün əsaslarının mövcud olub-olmamasının müəyyən edilməsidir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində isə araşdırılan məsələ miras əmlakın tərkibi ilə bağlı məsələdir. Yəni bu məsələlər ardıcıllıqla yoxlanılmalı olan məsələrdir, lakin bu anlama gəlmir ki, bunlardan biri mövcud olmadan, digər məsələnin araşdırılması mümkün olmasın.

6. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

8. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı iddiaçı1 nümayəndə və vəkilləri şikayətə qarşı yazılı etiraz verərək bildirmişlər ki, mülki iş üzrə icraatın dayandırılması barədə vəsatətin mahiyyəti ondan ibarətdir ki, qarşılıqlı iddia üzrə iddiaçı Mirəhmədova X7 tərəfindən Bakı şəhəri * saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edilərək, Bakı şəhəri * saylı Notariat Ofisinin xüsusi notariusu Məmmədov İlham Abuzər oğlu tərəfindən X2 adına rəsmiləşdirilmiş *Ə-** saylı, ##.##.2017-ci il tarixli bağışlama müqaviləsinin, *Ə-*** saylı, ##.##.2017-ci il tarixli bağışlama müqaviləsinin, *Ə-** saylı, ##.##.2016-cı il tarixli bağışlama müqaviləsinin, *Ə- ** saylı, ##.##.2026-cı il tarixli bağışlama müqaviləsinin, *Ə-** saylı, ##.##.2017-ci il tarixli bağışlama müqaviləsinin, *Ə** saylı, ##.##.2026-cı il tarixli bağışlama müqaviləsinin, *Ə-** saylı, ## ### 2017-ci il tarixli bağışlama müqaviləsinin, 4Ə ** saylı, ##.##.2017-ci il tarixli bağışlama müqaviləsinin və X3 adına rəsmiləşdirilmiş *Ə-** saylı, ##.##.2016-cı il tarixli bağışlama müqaviləsinin, *Ə-** saylı, ##.##.2016-cı il tarixli bağışlama müqaviləsinin, *Ə- *** saylı, ##.##.2017-ci il tarixli bağışlama müqaviləsinin, *Ə*** saylı, ##.##.2017-ci il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi və iddiaçı iddiaçı1 daşınmaz əmlaklar üzərində mülkiyyət hüququnun bərpa edilməsi və restitusiya hüququnun tanınmasına dair müvafiq qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sözügedən mülki iş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Kərim Xudayevin icraatındadır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, hazırki iş üzrə mərhumların miras kütləsinə aid olan əmlakların demək olar ki, hamısı iddiaçı1 tərəfindən bağışlama müqaviləsinə əsasən onların mülkiyyətinə verilmiş əmlakdır. İndiki halda iddiaçı1 həmin bağışlama müqavilələrinin ləğv edilməsini tələb edir. Onun iddiası təmin olunacağı halda, mübahisə edilən əmlaklar miras kütləsinə aid olmayacaqdır ki, belə olan halda da həm ilkin iddiaya, həm də qarşılıqlı iddia ərizəsinə baxılmasına zərurət aradan qalxmış olacaqdır. Göründüyü kimi, hazırki iş üzrə miras kütləsinə daxil olan daşınmaz əşyalara dair daha öncədən bağlanmış bağışlama müqavilələri (həmin müqavilələr əsasında daşınmaz əşyalar miras kütləsinə daxil olmuşdur) digər mülki işdə mübahisələndirilmişdir. Yasamal Rayon Məhkəməsində mübahisələndirilmiş bağışlama müqavilələri etibarsız hesab edilərsə, mübahisələndirilən mənzillər artıq miras kütləsinə daxil olmayacaqdır. Digər tərəfdən şikayətdə qeyd edilmişdir ki, Yasamal Rayon Məhkəməsində baxılan "bağışlama müqavilələrinin ləğvi" iddiası yalnız miras kütləsinin həcminə təsir edir və vərəsəlik statusunun müəyyən edilməsinə mane olmur. Lakin bu yanaşma mülki hüququn mahiyyətinə ziddir. Xüsusilə Məhkəmənin diqqətinə çatdırmaq istərdik ki, hazırki mübahisənin predmeti olan miras əmlaklar məhz həmin bağışlama müqavilələri əsasında miras qoyanların mülkiyyətinə keçmişdir. Əgər Yasamal Rayon Məhkəməsi bağışlama müqavilələrini ləğv edərsə, həmin əmlaklar miras kütləsindən çıxacaqdır və Dilarə Mirəhmədovanın mülkiyyətinə qayıdacaqdır. Digər tərəfdən əmlakların miras kütləsinə daxil olmadığı bir şəraitdə, vərəsəlik şəhadətnamələrinin və ya vəsiyyətnamələrin etibarlılığını araşdırmaq da öz hüquqi əhəmiyyətini itirəcəkdir. Məlumdur ki, mövcud olmayan miras payı üzrə vərəsəlik mübahisəsi aparmaq prosessual baxımdan səmərəsizdir. Digər tərəfdən şikayətdə "Notariat haqqında" Qanunun 59.1-ci maddəsinə istinad edilərək qeyd edilmişdir ki, notarius miras əmlakın tərkibini yoxlamalıdır. Bu arqumentə münasibətdə bildirmək istərdik ki, mirasın tərkibi (həcmi) barədə Yasamal Rayon Məhkəməsində mübahisə mövcud olduğu halda, həmin əmlaklar üzərində verilmiş vərəsəlik şəhadətnamələrinin düzgünlüyünə hüquqi qiymət vermək qeyri-mümkündür. Digər tərəfdən icraatın dayandırılmaması gələcəkdə bir-birini təkzib edən iki məhkəmə aktının ortaya çıxmasına səbəb olacaqdır. Belə olduğu təqdirdə bir tərəfdən Nərimanov Rayon Məhkəməsi əmlakı "miras" kimi qiymətləndirib vərəsəlik statusunu həll edə bilər, digər tərəfdən Yasamal Rayon Məhkəməsi həmin əmlakın bağışlama yolu ilə verilməsini ləğv edərək onu miras kütləsindən kənarlaşdıra bilər. Həmçinin Yasamal Rayon Məhkəməsində iddia təmin olunduğu təqdirdə ilkin iddia üzrə iddiaçıların vərəsəlik statusuna birbaşa olaraq təsir edəcəkdir. Bununla da ilkin iddia üzrə iddiaçıların hazırki iddia tələbini qaldırmaq üzrə subyektiv hüququ da mövcud olmayacaqdır.

Tətbiq edilən hüquq normaları

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 43.1. Əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Maddə 43.2. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Maddə 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, hakim iş üzrə icraatı dayandırmalıdır. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir.

11. Birinci instansiya məhkəməsi iş üzrə icraatın dayandırılması barədə mövqeyini belə əsaslandırmışdır ki, hazırki iş üzrə miras kütləsinə daxil olan daşınmaz əşyalara dair öncədən bağlanmış bağışlama müqavilələri (həmin müqavilələr əsasında daşınmaz əşyalar miras kütləsinə daxil olmuşdur) digər mülki işdə mübahisələndirilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində mübahisələndirilmiş bağışlama müqavilələri etibarsız hesab edilərsə, mübahisələndirilən mənzillər artıq miras kütləsinə daxil olmayacaqdır.

12. İlk növbədə qeyd edilməlidir ki, hazırki iş üzrə mübahisə predmeti olan miras əmlaklarla bağlı artıq müxtəlif məhkəmələrin icraatında bir neçə mübahisə mövcuddur və həmin mübahisələrdən biri də Bakı Apellyasiya Məhkəməsinin icraatında olmaqla (iddiaçı iddiaçı1 “mirasın qəbulundan imtina barədə ərizəsinin etibarsız hesab edilməsi” tələbi üzrə) icraat hazırki iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılmışdır.

13. Hazırki iş üzrə də icraat Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı iddiaçı1 “bağışlama müqavilələrinin ləğvi, daşınmaz əmlaklar üzərində mülkiyyət hüququnun bərpası və restitusiya hüququnun tanınması” tələbi üzrə işə baxılıb yekun qərar qəbul edilənədək dayandırılmışdır.

14. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işin materiallarından Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan mülki iş ilə hazırki işin birgə baxılması imkanının tərəflərlə müzakirə edilməsi müəyyən edilmir.

15. Mülki-prosessual qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır.

16. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hazırda eyni miras əmlakla bağlı artıq ikinci iş üzrə də icraatın dayandırılması pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmiş şəxsin işinə ağlabatan müddətdə baxılması hüququnu məhdudlaşdırır.

17. Bundan başqa, iş materiallarına əlavə edilmiş iddiaçı iddiaçı1 iddia ərizəsinin məzmunundan müəyyən edilir ki, hazırki iş üzrə iddiaçı tərəfindən mübahisələndirilən, reyestrdə 2V-143, 2V-*** və 2V-181 nömrələri ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrdə göstərilən daşınmaz əmlaklar Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə iddiaçı tərəfindən mübahisələndirilən bağışlama müqavilələrinin predmetini təşkil etmir.

18. Belə olan halda hazırki iş üzrə qeyd olunan əmlaklarla bağlı iddia tələbinin ayrıca icraata ayrılmasının mümkünlüyü də tərəflərlə müzakirə edilməli və məqsədə müvafiq hesab edildiyi təqdirdə müvafiq prosessual hərəkət edilməlidir.

19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı:

Şikayət qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ləğv edilsin, iş, bu qərardadda göstərilənlər nəzərə alınaraq sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Hakimlər: Məhəmməd Rüstəmli Fuad Abdıyev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar