Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1882/2026 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İsmayılova Əfsanə Cavanşir qızının cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülki iş üzrə (açar sözlər: mülkiyyət hüququnun müdafiəsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı İsmayılova Əfsanə Cavanşir qızının, İddiaçı İsmayılova Əfsanə Cavanşir qızının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı İsmayılova Əfsanə Cavanşir qızının cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “cavabdehin üzərinə öhdəliyin qoyulması və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları ##.##.2008-ci il tarixli müqavilənin surətindən görünür ki, İsmayılova Əfsanə Cavanşir qızı Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48 məhəllədə yerləşmiş “Etalon-İnşaat” MTK-nın tikilməkdə olan binasında ** saylı mənzili almışdır. Göstərilən mənzil 01 giriş, 12-ci mərtəbə, 01 otaqdan ibarətdir, sahəsi 68.8 kv.m-dir. Mənzilin dəyəri 28.000 manat müəyyən olunmuşdur. ##.##.2008-ci il tarixli arayışdan görünür ki, İsmayılova Əfsanə Cavanşir qızı “Etalon- İnşaat” MTK-ya 28.000 manat ödəniş etmişdir. ##.##.2010-cu il tarixli mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh MMC ilə İsmayılova Əfsanə Cavanşir qızı arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48 məhəllədə yerləşmiş Cavabdeh MMC-nin tikilməkdə olan binasında ** saylı mənzilin alınması barədə müqavilə bağlanmışdır. Bu günə qalıq borcu yoxdur. Müqavilədə aparılmış qeydən müəyyən olunur ki, 2006-cı ilin may ayından etibarən payçılarla aralarında bağlanmış müqavilə əsasında üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmədiyindən sifarişçi təşkilat Cavabdeh MMC tərəfindən tikinti quraşdırma işlərinin aparılmasından kənarlaşdırılan (əsas “Etalon-İnşaat” MTK-nın sədri Z.Gülmalıyevin ##.##.2010cu il tarixli ** saylı məktubu və Cavabdeh MMC ilə “Etalon-İnşaat” MTK-nın ##.##.2009-cu il tarixli Birgə iclas protokolu) “Etalon-İnşaat” MTK-nın bütün hüquqi səlahiyyətləri göstərilən tarixdən şifarişçi təşkilat Cavabdeh MMC-yə verilmişdir. Odur ki, payçılarla yenidən müqavilə bağlamaq zərurəti və bundan irəli gələn bütün məsələlər Cavabdeh MMC-nin üzərinə düşür. Qaz paylayıcısı “Azəriqaz” İB ilə istehlakçı İsmayılova Əfsanə Cavanşir qızı arasında ##.##.2021-ci il tarixdə bağlanmış AKX-*******/**-**** saylı qazın alqı-satqısına dair müqavilənin surətindən görünür ki, qaz paylayıcısı istehlakçını Xocalı küçəsi Cavabdeh MMC məhəllə 2347- 48 mənzil 86 ünvanı üzrə təbii qazla təmin etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ##.##.2022-ci il tarixli, ******* saylı arayışdan görünür ki, İsmayılova Əfsanə Cavanşir qızı ünvan 5 ünvanında qeydiyyatdadır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən ödəniş qəbzlərindən müəyyən olunur ki, ünvan 9 ünvanı üzrə kommunal xidmətlərin dəyəri İsmayılova Əfsanə Cavanşir qızı tərəfindən ödənilir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İsmayılova Əfsanə Cavanşir qızı cavabdeh Cavabdeh MMC-yə qarşı “cavabdehin üzərinə öhdəliyin qoyulması və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh MMC tərəfindən ünvan 2 məhəllə, ünvanında inşa edilmiş yaşayış binasının giriş 01, ünvanında yerləşən ** saylı mənzilə dair “borcun olmaması” haqqında maliyyə arayışının, mənzilin təhvil-təslim aktının, mənzil-tikinti kooperativi (MTK) binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və sözügedən yaşayış sahəsinin istismara qəbuluna dair “Tikintisi başa çatmış obyektin istismara qəbulu haqqında Dövlət qəbul komissiyasının təsdiq aktının təsdiq edilmiş surətinin iddiaçı İsmayılova Əfsanə Cavanşir qızına təqdim edilməsi və dəymiş 5.000 manat həcmində mənəvi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Etalon-İnşaat” MTK ilə İsmayılova Əfsanə Cavanşir qızı arasında ünvan 3 məhəllə, ünvanında inşa edilmiş yaşayış binasının giriş 01, mənzil 86 ünvanında yerləşən daşınmaz əmlakın–mənzilin alqı-satqısına dair ##.##.2008-ci il tarixli müqavilə imzalanmışdır. Bundan sonra Ə.C.İsmayılovanın mənzilin dəyərini təşkil edən 28.000 (iyirmi səkkiz min) manat məbləğində vəsaitin 100% həcmdə MTK-ya ödənilməsini təsdiq edən *** saylı, ##.##.2008-ci il tarixli maliyyə arayışı da verilmişdir. 2006-cı ilin may ayından etibarən “Payçı”larla aralarında bağlanmış müqavilə əsasında üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmədiyindən sifarişçi təşkilat Cavabdeh MMC tərəfindən tikinti quraşdırma işlərinin aparılmasından kənarlaşdırılan (əsas “Etalon-İnşaat” MTK-nın sədri Z.Gülmalıyev ##.##.2010-cu tarixli, ** saylı məktubu və “xxxx” MMC ilə “Etalon-İnşaat” MTK-nın ##.##.2009-cu il tarixli, Birgə iclas protokolu “Etalon-İnşaat” MTK-nın bütün hüquqi səlahiyyətləri göstərilən tarixdən sifarişçi təşkilat “xxxx” MMC-yə verilmişdir. Odur ki, “Payçı”larla yenidən müqavilə bağlamaq zərurəti və bundan irəli gələn bütün məsələlər bağlamaq zərurəti və bundan irəli gələn bütün məsələr Cavabdeh MMC-nin üzərinə düşmüşdür. Cavabdeh MMC ilə İsmayılova Əfsanə Cavanşir qızı arasında ünvan 7 məhəllə, ünvanında inşa edilmiş yaşayış binasının giriş 1, mənzil 86 ünvanında yerləşən daşınmaz əmlakın-mənzilin alqı-satqısına dair ##.##.2010-cu il tarixli müqavilə imzalanmışdır. Lakin, iddiaçı dəyərini ödəmiş olduğu, təmir edərək hazırda yaşadığı, faktiki və qanuni sahibliyində olan mənzil üzərində mülkiyyət hüquqlarının Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının alınmasını həyata keçirə bilmir. Səbəb isə ondan ibarətdir ki, sözügedən mənzilə dair maliyyə arayışı təqdim edilmir. Bununla əlaqədar olaraq iddiaçı Əfsanə İsmayılova tərəfindən ##.##.2025-ci il tarixində cavabdeh MMC-yə müvafiq müraciət məktubu ünvanlayaraq ünvan 7 məhəllə, ünvanında inşa edilmiş yaşayış binasının giriş 01, ünvanında yerləşən ** saylı mənzilə dair müqavilənin, sözügedən qeyri-yaşayış sahəsinə dair “borcun olmaması” barədə maliyyə arayışının, təhviltəslim aktının, mənzil-tikinti kooperativi (MTK) binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və sözügedən qeyri-yaşayış sahəsinin istismara qəbuluna dair “Tikintisi başa çatmış obyektin istismara qəbulu” haqqında Dövlət qəbul komissiyasının təsdiq aktının təsdiq edilmiş surətlərini 10 gün müddətində İsmayılova Əfsanə Cavanşir qızına təqdim edilməsini xahiş etmişdir. Lakin, iddiaçının bu müraciətinə cavabdeh tərəfindən nə yazılı nə də şifahi cavab verilmədiyindən, hazırda sözügedən tələblərlə məhkəməyə müraciət zərurəti meydana gəlir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə etdi, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi. Əlavə olaraq izahatında göstərdi ki, cavabdehin nümayəndələri həmin ərazidə yaşayan insanlarla qərəzli münasibət yaratmışlar, oradakı evlərin 70%-i artıq çıxarışlıdır. Həmin sakinlər o, çıxarışları məhkəmə yolu və ya başqa yollarla əldə etmişlər. MMC demək olar, bir çox sakinə şər ataraq sakinlərin onlara hücum etdiyini, nalayiq ifadələr dediklərini bildirmişdir. İddiaçıya dəfələrlə şər və böhtan atıldığı üçün mənəvi ziyan tələblərinin mövcud olduğunu qeyd etmişdir. Göstərilənlərə əsasən, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi. Əlavə olaraq izahatında göstərdi ki, 2008-ci ildə “Etalon-İnşaat” MTK-dan nağd ödənişlə ev almış və ona maliyyə arayışı verilmişdir. 14 ildir heç bir kommunal borcu yoxdur. “Etalon-İnşaat” MTK” bütün hüquq və səlahiyyətlərini “xxxx” MMC-yə verdikdən sonra həmin MMC ona zəng edib müqaviləni dəyişdirmək lazım olduğunu demişdir. Müqaviləni dəyişdirmiş və borc olmadığını qeyd etmişdir. Amma maliyyə arayışı verməmişdir. “xxxx” xidmət bina problemli olduğu üçün yeni tarixli maliyyə arayışı istəyir. MMC qonşulardan rüşvət alaraq onların işini həll edib. Onun imkanı olmadığı üçün rüşvət verə bilməyəcəyini dedikdə səs atıb - “işini həll edəcəkdim, artıq etməyəcəm” demişlər. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. ##.##.2026-cı il tarixdə məhkəməyə daxil olan teleqramda, özünü təsisçinin etibarnamə üzrə nümayəndəsi kimi təqdim edən X1, cavabdeh Cavabdeh MMC-nin direktorunun yataq xəstəsi olduğunu bildirərək, iclasın təxirə salınmasını xahiş etmişdir. (X1 etibarnaməsi iş materiallarına əlavə olunmamışdır.) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh Cavabdeh MMC-nin üzərinə Bakı şəhəri, Xətai rayonu, Lütfi zadə küçəsi, 2347-48-ci məhəllə, ünvanında inşa edilmiş yaşayış binasının giriş 01, ** saylı mənzilə dair “borcun olmaması” haqqında maliyyə arayışının, mənzilin təhvil-təslim aktının, mənzil-tikinti kooperativi (MTK) binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və sözügedən mənzilin istismara qəbuluna dair “Tikintisi başa çatmış obyektin istismara qəbulu haqqında Dövlət qəbul komissiyasının təsdiq aktının təsdiq edilmiş surətinin iddiaçı İsmayılova Əfsanə Cavanşir qızına təqdim edilməsi öhdəliyinin qoyulması, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə iddia tələbinin cavabdehin üzərinə öhdəlik qoyulması hissəsinə münasibətdə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzillə bağlı iddiaçı ilə “Etalon-İnşaat” MTK arasında müqavilə bağlanmış, mənzilin dəyəri tam şəkildə ödənilmişdir. “Etalon-İnşaat” MTK öz hüquq və səlahiyyətlərini Cavabdeh MMC-yə verdikdən sonra isə, iddiaçı ilə Cavabdeh MMC arasında 2010-cu ildə yenidən müqavilə bağlanmışdır. Lakin cavabdeh müqavilədə borcun olmadığını qeyd etsə də, bununla bağlı zəruri sənədləri iddiaçıya təqdim etməmişdir. Bu səbəbdən iddiaçı mülkiyyət hüquqlarını dövlət qeydiyyatına ala bilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə əsaslıdır. Belə ki, mülkiyyətçinin mülkiyyətində olan əmlaka öz mülahizəsinə görə sahib olmaq, istifadə etmək və ona dair sərəncam vermək hüququ var və bu hüquq dövlət tərəfindən tanınır və qorunur. Sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin, istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh Cavabdeh MMC tərəfindən ünvan 1 məhəllə, ünvanında inşa edilmiş yaşayış binasının giriş 01, ünvanında yerləşən ** saylı mənzilə dair “borcun olmaması” haqqında maliyyə arayışının, mənzilin təhviltəslim aktının, mənzil-tikinti kooperativi (MTK) binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və sözügedən yaşayış sahəsinin istismara qəbuluna dair “Tikintisi başa çatmış obyektin istismara qəbulu haqqında Dövlət qəbul komissiyasının təsdiq aktının təsdiq edilmiş surətinin iddiaçı İsmayılova Əfsanə Cavanşir qızına təqdim edilməsi hissəsində əsaslıdır və iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin mənəvi ziyan qismində 5.000 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə mənəvi zərərin cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı ərizəsində bu hissədə məhz cavabdehin hərəkətləri nəticəsində hər hansı mənəvi sarsıntıya məruz qalmasını, iztirab keçirməsini və.s əsaslandıra bilməmiş, habelə bu kimi hallar məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Belə olan halda iddia tələbi həmin hissədə təmin edilə bilməz. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 23, 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.1, 157.2, 165.1, 324.1, 324.2, 324.4, 385.1, 386.1, 389.1, 389.2, 425.1, 427.3, 442, 443.1, 443.2, 448.1, 567, 568.1, 568.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 88, 217.3, 217.4, 218.1, 218.3-cü maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0, 8.0.6cı maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli Qərarına, Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 2008-ci il tarixli * nömrəli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli “Qavazov Bolqarıstana” qarşı ## #### 2008-ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsinə, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə cavabdeh Cavabdeh MMC-nin üzərinə ünvan 7 məhəllə ünvanında inşa edilmiş yaşayış binasının giriş 01, ** saylı mənzilə dair “Borcun olmaması” haqqında maliyyə arayışının, mənzilin təhvil-təslim aktının, mənzil-tiknti kooperativi (MTK) binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və sözügedən mənzilin istismara qəbuluna dair “Tikintisi başa çatmış obyektin istismara qəbulu haqqında Dövlət qəbul komissiyasının təsdiq aktının təsdiq edilmiş surətinin iddiaçı İsmayılova Əfsanə Cavanşir qızına təqdim edilməsi öhdəliyi qoyulmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "Etalon-İnşaat" MTK ilə İsmayılova Əfsanə Cavanşir qızı arasında ünvan 4 məhəllə, ünvanında inşa edilmiş yaşayış binasının giriş 01, mənzil 86 ünvanında yerləşən daşınmaz əmlakın-mənzilin alqı-satqısına dair ##.##.2008-ci il tarixli müqavilə imzalanmışdır. Bundan sonra İsmayılovanın mənzilin dəyərini təşkil edan 28.000 (iyirmi səkkiz min) manat məbləğində vəsaitin 100% həcmdə MTK-ya ödənilməsini təsdiq edən *** saylı, ##.##.2008-ci il tarixli maliyyə arayışı da verilmişdir. 2006-cı ilin may ayından etibarən "Payçı"larla aralarında bağlanmış müqavilə əsasında üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmədiyindən şifarişçi təşkilat "xxxx” MMC tərəfindən tikinti quraşdırma işlərinin aparılmasından kanarlaşdırılan (əsas "Etalon-İnşaat MTK-nın sədri Z.Gülmalıyev ##.##.2010-cu tarixli, ** saylı məktubu və "xxxx” MMC ilə Etalon İnşaat-MTK-nın ##.##.2009-cu il tarixli, Birgə iclas protokolu "Etalon-İnşaat "MTK-nın bütün hüquq səlahiyyətləri göstərilən tarixdən şifarişçi təşkilat Cavabdeh MMC-yə verilmişdir. Odur ki, “Payçı-ları yenidən müqavilə bağlamaq zərurəti və bundan irəli gələn bütün məsələlər bağlamaq zərurəti və bundan irəli gələn bütün məsələr xxxx MMC-nin üzərinə düşmüşdür. Cavabdeh ilə İsmayılova Əfsanə Cavanşi qızı arasında ünvan 6 məhəllə, ünvanında inşa edilmiş yaşayış binasının giriş mənzil 86 ünvanında yerləşən daşınmaz əmlakın mənzilin alqı-satqasına dair ##.##.2010-cu il tarixli müqavilə imzalanmışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, İsmayılova Əfsanə Cavanşir qızının həmin evi almasına və pulun tam ödənilməsinə dair sənədlər "Etalon-İnşaat" MTK tərəfindən Cavabdeh MMC-yə təhvil verilməmişdir. Ona görə də Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Proses iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı İsmayılova Əfsanə Cavanşir qızının nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayıb izahatında göstərmişdir ki, cavabdehin apellyasiya şikayəti hüquqdan sui-istifadə xarakteri daşıyır. İddiaçının da mənzilinin yerləşdiyi binada yaşayan sakinlərin 99%-i məhkəmə yolu ilə mənzillərinə dair çıxarışları ala bilmişlər. Belə ki, cavabdeh iddiaçıdan sənədlərə görə 2000 manatdan yuxarı pul istəyir. İddiaçı həmin binada yerləşən mənzilində 2008-ci ildən yaşayır. Həmin vaxtdan da mənzil iddiaçı tərəfindən təmir olunmuşdur. MTK-da bir mənzilin iki şəxsə satılması kimi hallar yoxdur. Mənzildə ilk gündən iddiaçı özü yaşayır. Onun mənzilinə dair ikinci alıcı yoxdur, sadəcə cavabdeh sənədləri təqdim etmək üçün iddiaçıdan pul istəmiş, iddiaçı isə pulu verməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı İsmayılova Əfsanə Cavanşir qızı apellyasiya şikayəti ilə razılaşmayıb izahatında göstərmişdir ki, mənzili 12-ci mərtəbədə yerləşir. Qonşularının hamısının mənzillərinə dair çıxarışlar almışdır. Onlardan bir qismi çıxarışlarını məhkəmə qərarlarına əsasən almışlar. O, mənzilinə rəsmi olaraq qeydiyyata alınmışdır. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh "Əzizbəy-KM" Məhdud Məsuliyyətli Cəmiyyətinə rəsmi qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. II. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. III.Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. IV. Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. VII. Dövlət vərəsəlik hüququna təminat verir. Maddə 33. Mənzil toxunulmazlığı hüququ İ. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. II. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. II. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ İ.Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il ## #### tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il ## ###### tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il ## ##### tarixli qərarlar). Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №*****/**, §282). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli Qərarı .... Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia qismən təmin edildiyindən, apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirilsə də, qətnamənin əsaslılığı iddianın təmin edilən hissəsində yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçının və nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətinin yeganə dəlili İsmayılova Əfsanə Cavanşir qızı tərəfindən mənzilin almasına və mənzilin dəyərinin tam ödənilməsinə dair sənədlərin "Etalon- İnşaat" MTK tərəfindən Cavabdeh MMC-yə təhvil verilməməsindən ibarət olsa da, araşdırma zamanı müəyyən olunmuşdur ki, ##.##.2008-ci il tarixli müqaviləyə əsasən, İsmayılova Əfsanə Cavanşir qızı Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48 məhəllə ünvanında “Etalon- İnşaat” MTK tərəfindən tikilən binanın 01 girişinin, 12-ci mərtəbəsində yerləşən, 01 otaqdan ibarət, sahəsi 68.8 kv.m olan ** saylı mənzili dəyərini tam ödəməklə MTK-dan almış, mənzilin dəyəri olan 28.000 manatın MTK-ya ödənilməsi barədə iddiaçıya ##.##.2008-ci il tarixli arayış verilmişdir. Bundan sonra mənzil iddiaçıya təhvil verilmiş, iddiaçı aldığı mənzili təmir edərək orada yaşamağa başlamış, bu mənzil üzrə onunla kommunal xidmətlərin göstərilməsinə dair müqavilələr bağlanmış, daha sonra iddiaçı həmin mənzilə qeydiyyata alınmışdır. Daha sonra “Etalon-İnşaat” MTK-nın sədri Z.Gülmalıyevin ##.##.2010-cu il tarixli ** saylı məktubu və Cavabdeh MMC ilə “Etalon-İnşaat” MTK-nın ##.##.2009-cu il tarixli Birgə iclas protokoluna əsasən “Etalon-İnşaat” MTK öhdəliklərini yerinə yetirə bilmədiyindən bina ilə bağlı bütün səlahiyyətlərini şifarişçi təşkilat Cavabdeh MMC-yə vermiş, cavabdeh iddiaçı ilə ##.##.2010-cu il tarixdə bağladığı mənzil tikintisi haqqında müqaviləyə əsasən, Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48 məhəllədə yerləşmiş Cavabdeh MMC-nin tikilməkdə olan binasında ** saylı mənzilin İsmayılova Əfsanə Cavanşir qızına məxsus olmasını, mənzilə dair iddiaçının ##.##.2010-cu il tarixinə qalıq borcunun olmamasını etiraf etmiş, həmin müqaviləyə əsasən, iddiaçının yaranmış hüquqlarını mübahisələndirməmişdir. Kollegiya qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il ## ### tarixli Qərar, §103). Avropa Məhkəməsi bir sıra qərarlarında onu da göstərmişdir ki, tələbin xarakteri əmlak maraqlarının mövcudluğunu nəzərdə tutduğu hallarda, belə maraq yalnız o zaman “əmlak” hesab oluna bilər ki, daxili qanunvericilikdə onun əsasları müəyyən edilsin (Kopecky Slovakiyaya qarşı iş üzrə 2004-cü il ## ######## tarixli, X2rşı iş üzrə 2016-cı il ## ###### tarixli, Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il ## #### tarixli Qərarlar). Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı aldığı mənzilə dair pay haqqını MTK-ya tam ödəməklə həmin əmlaka mülkiyyət hüququnu əldə etdiyindən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı, hüququ olduğundan, bu hüququn qorunmasına dövlət tərəfindən təminat verildiyindən, həmin hüququn qeydiyyata alınmasına əsas olan sənədlərin ona verilməsindən imtina edilməsinə dair cavabdehin hərəkətləri qanunsuz olmuşdur. Belə ki, 15-16 il əvvəl iddiaçının mənzilə dair bağladığı müqaviləni bəyənən, öz növbəsində həmin mənzilə dair onunla yeni müqavilə bağlayan, mənzilə dair qalıq borcunun olmamasını müqavilədə qeyd edən cavabdehin hazırda sənədlərin ona təqdim edilməməsi əsası ilə iddia tələbinə qarşı etirazı iddiaçının qeyd edilən mənzilə dair yaranmış mülkiyyət hüququna müdaxilədir. Ona görə də, kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətini əsassız hesab edib təmin edilməməsi qənaətinə gəlir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(3-6)-1882/2026
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1882/2026
13.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver