Məhkəmə qərarları › İş №e-2(3-6)-1975/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-1975/2026

07.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-1975/2026 07.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh İsa oğluna qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qərardadından cavabdehin şikayətinin mümkünlüyünü yoxlayaraq müəyyən etdi: Həmin qərardadla icraatın dayandırılması barədə vəsatət təmin edilməyib. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395.1-ci maddəsindən görünür ki, birinci instansiya məhkəməsinin qərardadından iki halda şikayət verə bilər: MPM-də göstərilən halda və qərardad işin sonrakı hərəkətinə mane olduqda. Birinci hal mövcud deyil. Belə ki, icraatın dayandırılmasından imtina olunması barədə qərardaddan şikayət verilməsi MPM-də nəzərdə tutulmayıb, MPM-in 258.2-ci maddəsinə görə, icraatın dayandırılması barədə qərardaddan şikayət verilə bilər. İkinci hal da mövcud deyil. Belə ki, həmin qərardad işin sonrakı hərəkətinə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 366-cı maddəsinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qərardadından cavabdehin şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar