Məhkəmə qərarları › İş №e-2(3-6)-1991/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1991/2026

29.07.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1991/2026 29.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh2 və ** saylı Dövlət Notariat Ofisinə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin * saylı Bakı Ərazi Idarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə qarşı mülki iş üzrə (Açar sözlər: etibarnamənin və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qeydiyyatın ləğvi) Hakimlər Azad Nizam oğlu Imanov (sədrlik edən və məruzəçi), Səadət Rəşid qızı Səlimova və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Iddiaçıların nümayəndəsi və vəkili vəkil2, Сavabdeh cavabdeh2 nümayəndəsi və vəkili X5 iştirakları ilə, Işin halları

1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri ** saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2005-ci il tarixli 4Ə-1-** reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 adına JN *****E nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Sözügedən şəhadətnamənin özgəninkiləşdirilməsi barədə məlumat (sənəd) aşkar edilməmişdir. elektron baza məlumatına əsasən sözügedən şəhadətnamənin aid olduğu torpaq sahəsi digər torpaq sahələri ilə birləşmiş və üzərində inşa edilmiş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsi, ** saylı fərdi yaşayış evi X1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

2. Dövlət Notariat Arxivinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, notariat qaydasında təsdiq edilmiş etibarnamələr arxivə təhvil verilmir və məhv edilənədək rəsmiləşdirildiyi notariat ofislərində saxlanılır.

3. Bakı şəhəri * saylı Notariat ofisinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, ##.##.2006-cı il tarixədək rəsmiləşdirilmiş etibarnamələr Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən aktlaşdırılaraq məhv edilmişdir.

4. Bakı şəhəri ** saylı Notariat ofisinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, 2005ci il tarixdə rəsmiləşdirilmiş alğı-satqı müqavilələri Dövlət Notariat Arxivinə təhvil verilmişdir.

5. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər Şöbəsi tərəfindən kitab № *****, JN-18439D, kod 00301016, ##.##.2005-ci il tarixdə verilmiş Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədən görünür ki, həmin əmlak iddiaçı2 məxsusdur.

6. iddiaçı2 ##.##.2005-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri * saylı X6rdaşı cavabdeh2 verdiyi ƏN-İ № ****** saylı etibarnamədən görünür ki, iddiaçı, qardaşına Bakı şəhəri, Buzovna qəsəbəsi, *** saylı sahədə yerləşən 0,12 ha torpaq sahəsini satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, sair müqaviləni imzalamağı, bu taşpırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək və s. hərəkətlər etmək səlahiyyətləri vermiş və həmin etibarnamə 3 il müddətinə verilməklə ##.##.2008-ci il tarixədək qüvvədə olmuşdur.

7. Dövlət Notariat Arxivi tərəfindən Bakı şəhəri ** saylı Notariat ofisində ##.##.2005-ci il tarixdə 4Ə1-** reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işində olan ## ###### 2005-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqısı müqaviləsindən görünür ki, iddiaçı2 əvəzinə ##.##.2005-ci il tarixdə 6-cı BŞNK tərəfindən verilmiş *E**** №-li etibarnamə əsasında cavabdeh2 Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər Şöbəsi tərəfindən ##.##.2005-ci il tarixdə verilmiş, **** nömrəli arayışa əsasən, Buzovna qəsəbəsi, *** saylı sahədə yerləşən 0.12 hektar torpaq sahəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 49.000.000 (qırx doqquz milyon) manata satmışdır.

8. iddiaçı2 nümayəndəsi qardaşı cavabdeh2 tərəfindən ##.##.2025-ci il tarixdə Bakı şəhəri ** saylı Notariat ofisinə ünvanlanmış ərizədən görünür ki, cavabdeh2 iddiaçı2 subay olduğunu, heç kimlə rəsmi nikah qeydiyyatının olmadığını, gələcəkdə torpaqla bağlı hər hansı mübahisə olarsa, məsuliyyəti öz üzərinə götürəcəyini bildirmişdir.

9. Sabirabad rayon Qeydiyyat şöbəsi tərəfindən ##.##.1998-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, iddiaçı2 ilə iddiaçı1 arasında ##.##.1998-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada “Qəhrəmanova” soyadı verilmişdir.

10. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin * saylı Bakı Ərazi Idarəsinin iddiaçı2 ünvanlandığı ##.##.2024-cü il tarixli məktubdan görünür ki, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən iddiaçı2 adına Buzovna qəsəbəsi, *** saylı sahədə 0.12 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə dair JN-*****D nömrəli ##.##.2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhədətnamə verilmişdir. Sözügedən əmlak Bakı şəhəri * saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2005-ci il tarixli 48/*** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin sorğusuna cavab olaraq Ədliyyə Nazirliyi Vətəndaşlıq X10 ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən iddiaçı2 ilə Qəhrəmanova Gülbacı Ağamoğlan qızının nikahının ##.##.1998-ci ildə Sabirabad rayon qeydiyyat şöbəsində rəsmiləşdirildiyi və həmin nikahın pozulmasının ##.##.2013-cü ildə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində qeydə alındığı müəyyən edilmişdir.

12. iddiaçı2 ##.##.2005-ci il tarixdən etibarən Azərbaycan Respublikasının ölkə sərhədlərini keçməsi və ölkəyə daxil olması barədə məlumatların məhkəməyə təqdim edilməsi üçün Dövlət Sərhəd Xidmətinə sorğu verilmiş, sorğuya cavab olaraq Dövlət Sərhəd Xidmətinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, iddiaçı2 2011-ci ildə Gürcüstana getmiş, həmin il Gürcüstandan ölkəyə daxil olmuş, 2015-ci ildə Irana getmiş, həmin il Irandan ölkəyə daxil olmuş, 2021-ci ildə Ukrayna istiqamətində ölkədən çıxmış və 2023-cü ildə Almaniyadan ölkəyə qayıtmışdır.

13. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3## ###### 2025-ci il tarixli */**** saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, ekspertizaya təqdim olunmuş, Bakı şəhəri * saylı dövlət notariat kontoru tərəfindən ##.##.2005-ci il tarixdə 7E-4247 nömrə ilə qeydə alınmış ƏN-İ №****** saylı etibarnamədə Imza:" qrafasındakı imza və "ГəнрəманоВ" əlyazması iddiaçı2 tərəfindən icra olunmuşdur (Ekspert tədqiqatının dəyəri 127 manat təşkil edir).

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

14. Iddiaçılar iddiaçı2 və iddiaçı1 Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin * saylı Bakı Ərazi Idarəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdehlər cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qeydiyyatın ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, * saylı Notaiat Kontorunda təsdiq edilmiş ##.##.2005-ci il tarixli, *E-**** saylı etibarnamənin etibarsız hesab edilməsi və həmin etibarnamə əsasında Bakı şəhəri, Buzovna qəsəbəsi, *** saylı sahədə 0.12 ha torpaq sahəsinə dair satıcı cavabdeh2 ilə alıcı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 arasında bağlanmış ##.##.2005-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı2 iddiaçı1 ilə ## ###### 1998-ci ildə rəsmi nikaha daxil olmuşlar. Rəsmi nikahda olduğu zaman iddiaçının adına Buzovna qəsəbəsi, *** saylı sahədə 0.12 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə dair JN-*****D nömrəli, ##.##.2005-ci il tarixli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsi iddiaçının və cavabdeh-iddiaçının qardaşı olan cavabdeh2 ilə torpaq sahələri qonşu həmsərhəd olmuşdur. Sonradan iddiaçı və cavabdeh qardaşı arasında mübahisə yarandığından cavabdeh cavabdeh2 iddiaçının məlumatı olmadan saxta yollarla Bakı şəhəri * saylı Notaiat Kontorunda iddiaçı iddiaçı2 adından etibarnamə (##.##.2005-ci il tarixli, *E-**** saylı) əldə etmiş, həmin etibarnamə əsasında alıcı digər cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ##.##.2005-ci il tarixdə Bakı şəhəri ** saylı Notariat Kontorunda alğı-satqı müqaviləsi (##.##.2005-ci il tarixli, 4Ə-1/** reyestrdə qeyd edilmiş) bağlamaqla Bakı şəhəri, Buzovna qəsəbəsi, *** saylı sahədə 0.12 ha torpaq sahəsini satmışdır. Həmin torpaq sahəsi satılarkən iddiaçının və arvadının məlumatı olmadan satılmışdır. Belə ki, iddiaçı tərəfindən həmin torpaq sahəsinin adına Çıxarış verilməsi ilə bağlı Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinə müraciət edərkən həmin torpaq sahəsinin satılmasından ## ### 2024-cü il tarixində məlumatı olmuşdur. Bundan sonra Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinə müraciəti əsasında alğı-satqı müqaviləsi, iddiaçı tərəfindən imzalanmamış etibarnamə surəti əldə edilmişdir. Iddiaçının adında olan torpaq sahəsi (torpağın mülkiyyətə verilməsinə dair JN-*****D nömrəli şəhadətnamə) notarial qaydada alğı-satqı müqaviləsi bağlanarkən iddiaçının evli olmağı barədə məlumat gizlədilmiş, rəsmi nikahda olan arvadının razılığı olmadan torpaq sahəsi qanuna zidd qaydada satılmışdır. Iddiaçının uzun müddət ölkə hüdudları kənarında yaşamağından istifadə edən qardaşı cavabdeh cavabdeh2 iddiaçıya məxsus torpaq sahəsini satmaqla əsassız olaraq varlanmış və gəlir əldə etmişdir. Göründüyü kimi, cavabdeh cavabdeh2 saxtakarlıq yolu ilə iddiaçının adına etibarnamə əldə etməklə, hətta iddiaçının subay olmağı barədə ərizədə qeyd etməklə iddiaçıya məxsus torpaq sahəsini satmışdır. Həmin torpaq sahəsi iddiaçının əlindən qanuna zidd qaydada alınmaqla digər şəxslərin adına rəsmiləşdirilmişdir. Bu səbəbdən hüquqlarının müdafiə edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

16. Iddiaçıların nümayəndəsi (vəkili) vəkil2 Azərbaycan Respublikası MPM-nin 53cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 əsl cavabdeh Bakı şəhəri ** saylı Notariat Kontoru ilə əvəz edilməsini, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 isə üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir.

17. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 nümayəndəsi (vəkili) Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddia tələbinin faktiki əsasını təşkil edən müqavilə 2005-ci ilin fevral ayında bağlanmışdır. Müqavilənin bağlandığı tarixdən 20 il keçdikdən sonra iddiaçılar həmin müqavilənin etibarlılığını mübahisələndirmişlər. Yəni cavabdehlər Mülki Məcəllədə qeyd olunmuş iddia müddətindən 14 il keçdikdən sonra əqdi mübahisələndirmişlər. Mülki Məcəllədə qeyd olunan iddia müddətlərinin əsas məqsədi mülki dövriyyənin sabitliyinin təmin edilməsindən ibarətdir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2025-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsi Plenumunun iddia müddəti ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Odur ki, hazırkı iş üzrə iddia müddətinə dair qanunvericiliyin tələblərinin tətbiq edilməsini və iş üzrə iddia müddəti keçdiyindən iddia müddətinə dair qanunvericiliyin tələbləri əsasında iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

18. Birinci instansiya məhkəməsində iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, Arizlə uzun illər məhəllə qonşusu olmuşdur. O, Babək prospekti 99-da, Ariz isə 95 ünvanında qalırdı. Bir-birinin evinə gedib gələrdilər. Hazırda da həyat yoldaşları rəfiqədirlər. Onun həyat yoldaşı ** nömrəli məktəbdə müəllimə işləyirdi. 1998-99-cu illərdə Arizin ailəli olduğunu bilirdi. 2014-cü ildən həmin ərazidən köçmüşdür, özü gəmiçi olduğundan 8 ay-1 il evdə olmurdu və gələndən sonra görüşürdülər. Indi xəbəri olub ki, Arizgil boşanıblar. Axırıncı dəfə Keşlədəki evlərində olub. 2010-cu ildə ailəvi şəkildə onun oğlunun toyunda iştirak ediblər. Bununla bağlı “CD” disk də var. O, özü də təqribi yay aylarında Arizin oğlu Əlinin ad günündə iştirak edib. Hal-hazırda dostluq münasibətindədirlər.

19. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, iddiaçı2 oğlu Əli Qəhrəmanovla dost olublar. 10 ilə yaxın həm qonşuluq, həm də dostluq münasibətləri olub. Indi Binəqədidə qalırlar. Arizin valideynlərinin evli olduqların bilirdi, ayrıldıqlarını yaxın zamanlarda öyrənib. Uşaq vaxtı onlara gedib-gələndə həmişə bir yerdə olublar.

20. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Vüsalə Musayeva) iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh2 və ** saylı Dövlət Notariat Ofisinə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin * saylı Bakı Ərazi Idarəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “etibarnamənin və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qeydiyyatın ləğvi” tələbinə dair iddialarının təmin edilməməsi, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun iddiaçılara aid edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 127 (bir yüz iyirmi yeddi) manat xərcin iddiaçılar iddiaçı2 və iddiaçı1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba (X11, Kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ01360100000000003944, SFIFT BIK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE00000000000002088501) ödənilməsi qət edilmişdir.

21. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, 125-ci maddəsinin 7-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6.1.5, 6.2, 16.1, 140, 152.1, 204.1, 324.1, 324.2, 324.4, 324.5, 329.1, 337.1, 337.2, 354.1, 359.1, 359.3, 362.1, 362.2-ci maddələrinə, “Q.Ibadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2015ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2016-cı il tarixli qərarına, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli qərarına, Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il ## #### tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 80, 81, 119.1, 217.3, 217.4, 218.1, 218.3, 216-220, 227, 233, 360-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

22. Qətnamədən iddiaçı iddiaçı2 nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, arvadı iddiaçı1 ilə ## ###### 1998-ci ildə rəsmi nikaha daxil olmuşdur. Rəsmi nikahda olduğu zaman iddiaçı2 adına Buzovna qəsəbəsi, *** saylı sahədə 0.12 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə dair JN-*****D nömrəli,##.##.2005-ci il tarixli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsi biz iddiaçılara ayrılmasının əsas səbəbi fərdi evin tikintisi üçün ayrılmış torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsi cavabdeh qardaşı cavabdeh2 torpaq sahələri ilə qonşu həmsərhəd olmuşdur. Həmin torpaq sahəsi mən iddiaçı iddiaçı2 tərəfindən satılması qeyri-mümkün idi, çünki torpaq sahəsinin əldə edilməsi tarixinə fikir versək torpaq sahəsi ##.##.2005-ci il tarixində əldə edildiyi zaman və həmin torpaq sahəsinin məqsədi fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi olduğu halda niyə ## ###### 2005-ci il tarixində torpağın satılması üçün qardaşı cavabdeh2 etibarnamə versin? Həmin torpaq sahəsini ## ###### 2005-ci il tarixində əldə etmiş və və bir həftə keçdikdən sonra həmin torpaq sahəsinə alıcı olduğu halda həmin torpaq sahəsini satılması üçün qardaşı cavabdeh2 etibarnamə verir. Sual yaranır? Nədən fərdi evin tikintisi üçün ## ###### 2005-ci il tarixdə torpaq sahəsi əldə edir və bir həftə sonra ## ###### 2005-ci il tarixdə qardaşı cavabdehə etibarnamə verdiyi * saylı notariat kontorunda alıcı olduğu halda özü şəxsən alqısatqı müqaviləsi bağlamır, qardaşı cavabdehə etibarnamə verir, qardaşı cavabdeh də məhz həmin tarixdə, yəni ##.##.2025-ci ildə ** saylı notariat kontorunda torpaq sahəsini satır, hətta evli olduğu halda məni subay kimi qeyd edərək gələcəkdə yarana biləcək bütün iddialara məhz qardaşı cavabdehin cavabdeh olması barədə ərizədə qeyd edir. Torpaq sahəni əldə edilməsinin məqsədi, torpaq sahəsinin əldə edildiyi zaman bir həftə keçdikdən sonra torpaq sahəsini satılmasının məqsədi, halları məhkəmə tərəfindən araşdırılmamış qalmış, sualları cavabsız qalmışdır. Torpaq sahəsinin əldə etməyi məqsədi müəyyən edilməmiş qalmış, hansı əsaslarla topraq sahəsinin satılmasına zəruri olan hallar müəyyən edilməmişdir. Bundan başqa həmin torpaq sahəsinin əldə edirdisə nədən onu bir həftə sonra satmaq üçün qardaşına etibarnamə verirdi. Özü də şəxsən alqı-satqı edə bilərdi, buna görədə qardaşımcavabdehə etibarnamə vermək üçün əsaslar belə olmamışdır. Əgər torpaq sahəsini satırdısa, etibarnamə verildiyi ##.##.2005-ci il tarixdə özü şəxsən alq-satqı edə bilərdi, nə üçün qardaşına etibarnamə verməli idi ki, hətta torpaq sahəsi satıldıqdan sonra qardaşı cavabdeh Ehtiram ona hər hansı bir pul vəsaiti belə verməmişdir. Qardaşı tərəfindən aldadılmış, qardaşı ola bilsin hər hansı bir sənədləri imzalamaq adı ilə onu aldadaraq etibarnamə əldə edərək ona məxsus torpaq sahəsini sataraq pulumu mənimsəmişdir. Torpaq sahəsini satmaq üçün heç bir iradə ifadəsi olmamışdır. Həmin torpaq sahəsinin satılmasından artıq oğlunun böyüməsi özünə ev tikmək üçün həmin torpaq sahəsi ilə maraqlandığı zaman həmin torpaq sahəsinin qardaşı cababdeh tərəfindən satılmasından məlumatı olmuş və dərhal vaxt itirmədən pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən etməli olduğu halda bu halları müəyyən etməmişdir. Göstərdiyi hallar məhkəmə tərəfindən müəyyən edilməmiş qalmış, məhkəmə formal əsaslarlara qətnamə çıxartmaqla qətnaməyə qanuni don geyindirməyə çalışmışdır. Belə ki, məlum olduğu kimi əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.1 və 324.4-cü maddələri). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli və T.Qasımovanın şikayəti üzrə 2020-ci il # ###### tarixli Qərarları). Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: -əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il ## ##### tarixli Qərarı). Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019- cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il ## ##### tarixli Qərarlar).

24. Qətnamədən iddiaçı iddiaçı1 nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birgə nikah dövründə əri tərəfindən əldə edilmiş torpaq sahəsinə mülkiyyətçi kimi pay hüququ vardır. Məhkəmə etibarnamənin əri tərəfindən qanuni əsaslarla qardaşına verilməsini və bunun əsasında satılmasını qanuna uyğun hesab edərək torpaq sahəsinə olan payının cavabdeh qaynı cavabdeh2 deyil, ərindən tələb etməsi hissəsinə gəlincə qeyd edir ki, məhkəmə tələbi qanuni əsaslarla deyil, formal olaraq maddi hüquq normalarının tələblərini qeyd etməklə kifayətlənmişdir. Halbuki, torpaq sahəsinin satılmasına razı olmamışdır, necə olur ki, əri də torpaq sahəsinin satılmasına heç bir iradə ifadəsi olmadığından qaynı tərəfindən satılması, burada payı da məhz əri tərəfindən deyil, qaynı cavabdeh Ehtiram tərəfindən gizlədilməsinə məhkəmə hüquqi qiymət verməmişdir. Cavabdeh bilərəkdən torpaq sahənin satarkən notarial ofisində yazılı ərizə təqdim edərək öz adından ərinin nikahını gizlədilməsini, subay olmasını bildirməklə gələcəkdə yarana biləcək bütün iddialara cavabdeh olması barədə yazılı öhdəlik götürmüşdür. Məhkəmə bu ərizəyə və cavabdehin gələcəkdə yarana biləcək iddialara cavabdeh olmasını, məsuliyyətinə (vicdansız davranışına) hüquqi qiymət verməmişdir. Hətta məhkəmə guya cavabdehin etibarnamə əsasında torpaq sahəsini satarkən ərinin adından çıxış etməsi bəhanə etməklə ərindən payının tələb etməsi hissəsi qanunazidd və əsassızdır. Bundan başqa məhkəmə cavabdehin onun adından torpaq sahəsini satarkən nədən evli olmasını gizlədilməsinə, əvəzli əqd üzrə aldıqlarının ərinə verilib-verilməməsini müəyyən etmədən iddia tələbini təmin etmədən səhv nəticəyə gəlmişdir. Iddiaçı kimi həmin torpaq sahəsinə mülkiyyət hüququ var. Belə ki, əri iddiaçı2 ilə ##.##.1998-ci ildə Sabirabad rayon qeydiyyat şöbəsində nikahı rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsi də birgə nikah dövründə əldə edildiyindən həmin torpaq sahəsinə mülkiyyət hüququ var. Qeyd edir ki, əri iddiaçı2la olan nikahı ##.##.2013-cü ildə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində nikahı pozulması qeydə alınmışdır. Nikahın pozulması formal olmuş, o zaman qeydiyyat şöbəsi nikaha xitam verə bilməzdi, çünki birgə nikahda azyaşlı uşaqları vardır. Bu bir daha bizim nikahın pozulmasını formal əsaslarla olmasını təsdiq etmiş olur. Əri ilə birgə nikah dövründə əldə edilmiş torpaq sahəsi nədən və hansı əsaslarla cavabdeh qaynı cavabdeh2 tərəfindən satılarkən iddiaçının evli olması gizlədilmiş, ərinin subay olması və bununla da mübahisə yarandığı zaman məsuliyyəti öz üzərinə götürdüyü barədə yazılmış ərizədə qeyd olunması məhkmədə araşdırılmalı olduğu halda bunu etməmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Birgə mülkiyyət qanunvericilikdə nəzərdə tutulan əsaslardan əmələ gəlir. Birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən əsaslardan biri nikahdır. Konstitusiya Məhkəməsi Plenumunun S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə 2017ci il 12iyul tarixli Qərarında bununla bağlı qeyd edilmişdir ki, əmlak anlayışı yalnız əşyanı deyil, həmçinin əmlak hüquqlarını, ərin (arvadın) ümumi mülkiyyət üzərində sərəncam verməsi nəticəsində əmələ gələn vəzifələrini də əhatə edir. Ərin (arvadın) ümumi əmlakının qanuni rejiminin tərkibinə ümumi birgə mülkiyyət əsasında onlara məxsus obyektlər, özündə tələb hüququ ilə yanaşı borcları (aktiv və passiv) ehtiva edən ümumi öhdəliklər də daxildir. Qanunverici Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 31 və 32-ci maddələri ilə ərarvadınbirgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasını müəyyən etdiyindən, onların kimin adına olmasından asılı olmayaraq ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əldə etdiyi əmlak xarakterli öhdəliklər də ümumi birgə əmlaka daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Məhz əmlakın ümumiliyi prezumpsiyasından irəli gələrək hər hansı hüququn və ya öhdəliyin ümumi əmlak siyahısından çıxarılması üçün bu hal qanunda birbaşa nəzərdə tutulmalıdır. Ər-arvadın ümumi əmlakına daxil olmayan, hər birinin mülkiyyətini təşkil edən əmlakın dairəsi Mülki Məcəllənin 225.2 və 225.3-cü maddələri, eləcə də Ailə Məcəlləsinin 34-cü maddəsi ilə müəyyən edilmişdir. Qeyd edilən maddələrə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Ali Məhkəmənin Plenumunun ## #### 2024-cü il tarixli Qərarın 9.5-ci bənidində göstərilmişdir ki, ər-arvadın əmlak bölgüsünə dair mübahisələrə baxarkən məhkəmələr nəzərə almalıdır ki, belə mübahisələr üzrə hər bir halda nikahın pozulması ilə iddia müddətinin axımı başlanmır. Məsələn, nikah pozulduqdan sonra keçmiş ər-arvad ümumi əmlakdan birlikdə istifadə etməyə davam edirlərsə, yaxud ər (arvad) ümumi əmlakın mövcudluğu barədə məlumatsızdırsa, iddia müddəti ər-arvaddan biri tərəfindən digərinə mübahisəli əmlaka münasibətdə öz hüquqlarını həyata keçirməyə maneə yaratdığı gündən hesablanmalıdır. Iddia tələbini təmin etməməklə məhkəmə səhv nəticəyə gəlmişdir, torpaq sahəsinə olan payını qaynı cavabdeh2 tərəfindən əvəzli qaydada müəyyən ödəniş əsasında satılması işin mübahisəsiz haldır. Torpaq sahəsi satılmış, iddiaçılara heç bir vəsait ödənilməmiş və buna məhkəmə hüquqi qiymət verməmişdir. Buna dair iş materiallarında notarial iş qovluğundan olan cavabdeh cavabdeh2 ərinin adından deyil, öz adından yazdığı ## ###### 2005-ci il tarixli Ərizdə ərinin subay olması, nikahın olmaması, gələcəkdə satılan torpaqla bağlı hər hansı mübahisə olarsa məsuliyyəti öz üzərinə götürdüyü yazılı öhdəliyi iş materiallarında mövcuddur. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi qeyd edilən halları (xüsusatları) tam və obyektiv araşdırmamış, bununla da məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, bu isə qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi ilə nəticələnmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək etirazı onunla əsaslandırmışdır ki, iddiaçı2 səmimi deyil və iddia qaldırarkən bu barədə məhkəməyə yalan məlumat vermişdir. Ikinci bir tərəfdən iddiaçı2 bildirir ki, aradan uzun müddət keçsə də, həmin torpaq sahəsinin qardaşı cavabdeh2 tərəfindən satılmasından xəbəri olmamış və bunu da uzun müddət xarici dövlətdə yaşaması ilə əlaqələndirmişdir. Əvvəla həmin torpaq sahəsi Bakı şəhəri ** saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2005-ci il tarixli 4Ə-1-** reyestr nömrəli daşınmaz əmlakın alğısatqı müqaviləsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 adına JN *****E nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verildikdən sonra satılmış həmin il torpaq sahəsində hündürmərtəbəli bina (obyekt və ya ev) tikilmiş və dərhal hasarlanaraq istifadə edilməyə başlanmaqla bu gün də istifadə olunur. iddiaçı2 ##.##.2005-ci il tarixdən etibarən Azərbaycan Respublikasının ölkə sərhədlərini keçməsi və ölkəyə daxil olması barədə məlumatların məhkəməyə təqdim edilməsi üçün Dövlət Sərhəd Xidmətinə sorğu verilmiş, sorğuya cavab olaraq Dövlət Sərhəd Xidmətinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, iddiaçı2 ##.##.2011-ci ildə Gürcüstan Respublikasına çıxmış və həmin gün Gürcüstan Respublikasından Azərbaycan Respublikasına daxil olmuş (01 gün), ##.##.2015-ci ildə Iran Islam Respublikasına çıxmış və ##.##.2015-ci ildə Azərbaycan Respublikasın daxil olmuş (02 gün), ##.##.2015-ci ildə Iran Islam Respublikasına çıxmış və ##.##.2015-ci ildə Azərbaycan Respublikasın daxil olmuşdur (05 gün). iddiaçı2 10 il müddətində cəmi 08 (səkkiz) gün xarici ölkədə olmuşdur. Bundan əlavə o, ##.##.2021-ci il tarixdə Ukrayna Respublikasına çıxmış və və ##.##.2023-cü ildə Almaniyadan ölkəyə qayıtmışdır. Başqa sözlə məhkəmə araşdırması zamanı iddiaçı2 və Qəhrəmanova Gülbacı Ağamoğlan qızının iddia müddəti keçdikdən sonra, yəni 20 ildən sonra ##.##.2005-ci il tarixli 4Ə-1-** reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin ləğv edilməsinə dair iddianın qaldırılmasının məntiqi, ağlabatan və ya inandırıcı izahı da müəyyən olunmamışdır. Həm də maraqlı olan odur ki, iddiaçı2 ilə Qəhrəmanova Gülbacı Ağamoğlan qızının ##.##.1998-ci ildə Sabirabad rayon qeydiyyat şöbəsində rəsmiləşdirilmiş nikahın pozulması ##.##.2013-cü ildə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində qeydə alınsa da, bu 12 il müddətində də həmin torpaq sahəsi ilə əlaqədar aralarında hər hansı mübahisə də olmamışdır. Bununla da toplanmış sənədlər belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı2 həmin torpaq sahəsi ilə əlaqədar iddia qaldırmaq hüququ yoxdur. Eyni zamanda məhkəmə iddiaçı1 qeyd etdiyi hallara münasibətdə bildirmişdir ki, həmin əmlak birgə nikah dövründə, birgə vəsait hesabına əldə edilmiş əmlak hesab olunardısa, iddiaçı hazırkı iddia tələbini onun yazılı razılığı olmadan torpaq sahəsinin özgəninkiləşdirilməsi üçün qardaşına etibarnamə verən digər iddiaçı iddiaçı2 qarşı qaldırmalı idi. Bu səbəbdən məhkəmə düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı1 cavabdehlər cavabdeh2 və ** saylı Dövlət Notariat Ofisindən etibarnamənin və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və qeydiyyatın ləğvini tələb etməkdə haqlı deyildir. Beləliklə məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı iddiaçı2 dəlilləri sübutlarla təkzib olunduğundan, iddiaçı iddiaçı1 iddia tələbi həm iddiaçı2 iddia tələbindən irəli gəldiyindən və həmçinin düzgün olmayan cavabdehə qarşı yönəldiyindən təmin edilə bilməz. Nə qədər ki, etibarnamənin etibarsız hesab edilməsi hissəsində iddia öz təsdiqini tapmır, iddia tələbi həmin etibarnamə əsasında Bakı şəhəri, Buzovna qəsəbəsi, *** saylı sahədə 0.12 ha torpaq sahəsinə dair satıcı cavabdeh2 ilə alıcı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 arasında bağlanmış ##.##.2005-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş qeydiyyatın ləğv edilməsi hissəsində də təmin edilə bilməz. Apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

Proses iştirakçılarının izahatları

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdi.

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili X5 apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

29. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

31. 6.1.5-ci maddəsinə əsasən müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir.

32. 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

33. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

34. 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

35. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

36. 204.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina edilməsi üçün ixtiyarlı şəxsin bu hüquqdan imtina etdiyi barədə ərizəsi və həmin ərizənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridir. Daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina haqqında ərizə bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeyd yazıldıqdan sonra məcburi qüvvə alır.

37. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

38. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

39. 324.4-ci maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

40. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

41. 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

42. 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

43. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

44. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

45. 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.

46. 359.3-cü maddəsinə əsasən, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.

47. 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

48. 362.2-ci maddəsinə əsasən, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.

49. “Q.Ibadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2016-cı il tarixli qərarı: “…həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir.”

“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun

50. 45-ci maddəsinə əsasən, notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Notariuslar “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə almaqla, müqavilələrin elektron formada tərtib edilməsinə və imzalanmasına, onların, habelə videoyazı vasitəsilə əqdlərin təsdiq edilməsinə dair notariat hərəkətlərini bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata uyğun olaraq həyata keçirirlər.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2008-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyə əsasən “.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”

52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

53. Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il ## #### tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

54. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

57. Maddə 384.0.1 apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

58. Maddə 385.2 Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

59. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

60. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

61. Hazırki halda iddia tələbi rədd edildiyindən və qətnamə iddiaçılar tərəfindən mübahisələndirildiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

62. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

63. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) Iddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

64. Iddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

65. Iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçılar nikah münasibətlərində olmuş, həmin müddətdə iddiaçı2 Bakı şəhəri, Buzovna qəsəbəsi, *** saylı sahədə yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə etmişdir. Həmin əmlak iddiaçı iddiaçı2 qardaşı – cavabdeh cavabdeh2 tərəfindən etibarnamə əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 satılmışdır.

66. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli */**** saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, ekspertizaya təqdim olunmuş, Bakı şəhəri * saylı dövlət notariat kontoru tərəfindən ##.##.2005-ci il tarixdə 7E-4247 nömrə ilə qeydə alınmış ƏN-İ №****** saylı etibarnamədə Imza:" qrafasındakı imza və "ГəнрəманоВ" əlyazması iddiaçı2 tərəfindən icra olunmuşdur. Dövlət Sərhəd Xidmətinin təqdim etdiyi məlumatlarla müəyyən edilmişdir ki, etibarnamənin verildiyi və əmlakın satıldığı 2005-ci ildən çox sonrakı dövrdə - 2011-ci ildə ölkəni tərk etmişdir.

67. Birinci instansiya məhkəməsi şahid ifadələrinə hüquqi qiymət verərək qeyd etmişdir ki, iddiaçıların vəsatəti əsasında dindirilmiş şahidlər iddiaçıların nikah münasibətlərini, habelə birgə təsərrüfat aparmalarını təsdiq etsələr də, iddiaçıların həmin müddətdə rəsmi nikahda olmaları və birgə təsərrüfat aparmaları iddiaçı iddiaçı2 qardaşı cavabdeh2 torpaq sahəsinin özgəninkiləşdirilməsi üçün etibarnamə verməsinə və sonuncunun da qardaşının nikahda olmasını inkar etməsinə mane olmamışdır. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçı iddiaçı2 özü də bildirmişdir ki, həmin ərazidə onun kimi digər qardaşlarına da torpaq sahələrinə pay ayrılmışdır. Bundan başqa, iddiaçı2 qardaşına verdiyi etibarnamədə məhz mübahisəli torpaq sahəsi üzrə səlahiyyətlərin icrasını həvalə etmişdir.

68. Kollegiya iddiaçı iddiaçı2 apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bunun əksinə olaraq iddiaçının dəlilləri iş materialları ilə müəyyən edilən xüsusatlarla təkzib edilir.

69. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı2 həqiqətən də sözügedən əmlakın özgəninkiləşdirilməsi ilə bağlı qardaşı cavabdeh2 etibarnamə vermişdir. Bu səbəbdən ##.##.2005- ci il tarixli, *E-**** saylı etibarnamənin etibarsız hesab edilməsinə əsas mövcud deyil.

70. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. Işin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

71. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında Insan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68)

72. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93)

73. Kollegiya iddiaçı iddiaçı1 apellyasiya şikayətinin dəlilinə münasibətdə hesab edir ki, iddiaçı əmlakın özgəninkiləşdirilməsi nəticəsində həmin əmlakda olan payından məhrum olduğunu və mülkiyyət hüquqlarının pozulduğunu qeyd etsə də, cavabdehlər cavabdeh2 və ** saylı Dövlət Notariat Ofisinə qarşı hazırki tələblə çıxış etməkdə haqlı olmamış, iddia düzgün olmayan cavabdehə qarşı yönəlmişdir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, həmin əmlak birgə nikah dövründə, birgə vəsait hesabına əldə edilmiş əmlak hesab olunursa, iddiaçı hazırkı iddia tələbini onun yazılı razılığı olmadan torpaq sahəsinin özgəninkiləşdirilməsi üçün qardaşına etibarnamə verən digər iddiaçı iddiaçı2 qarşı iddia qaldırmalı idi.

74. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Ikinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. Iddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı.

75. Kollegiya onu da qeyd edir ki, iddiaçıların öz əmlakları hesab etdikləri torpaq sahəsinə etinasız münasibət göstərməklə ötən 20 il ərzində hər hansı bir tələblə çıxış etməmişlər.

76. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

77. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətlərində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

78. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

79. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

80. Kollegiya hesab edir ki, hazırki halda apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorlara aid edilməlidir.

81. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Iddiaçılar iddiaçı2 və iddiaçı1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar