Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2085/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx” X1 cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kommunal xərcin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, Iddiaçı “xxxx” X1 cavabdeh Cavabdeh qarşı “kommunal xərcin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi IŞIN HALLARI Iddiaçı “xxxx” X1 Cavabdeh Cavabdeh Iddia tələbi “xxxx” X1 cavabdeh Cavabdeh qarşı kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmədən Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1640.1 manat borcun (abonent kodu: 1083430660300) və 36.4 manat dövlət rüsumunun tutularaq ”xxxx” X1ə ödənilməsini xahiş etmişdir. Iddia tələbinə qarşı təqdim edilmiş Cavabdeh tərəfindən iddia tələbinə qarşı yazılı etiraz etiraz təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi məhkəmə aktı ilə iddia təmin edilmiş, сavabdeh Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1640.1 manat borcun (abonent kodu: 1083430660300) və ödənilmiş 36.4 manat dövlət rüsumu tutularaq iddiaçı «xxxx» PHŞ-ya ödənilməsi qət edilmişdir. Birinci instansiya “Su təchizatı və tullantı suları haqqında” məhkəməsinin hüquqi Azərbaycan Respublikası Qanununa, Azərbaycan əsaslandırması Respublikası Nazirlər Kabinetinin 2014-cü il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1.3-cü bəndinə istinadla əsaslandırmışdır. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI VƏ ŞIKAYƏTƏ ETIRAZIN DƏLILLƏRI Apellyasiya şikayəti verən şəxs Cavabdeh Apellyasiya şikayətinin Cavabdehin apellyasiya şikayəti onunla məzmunu əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin ##.##.2026-cı il, e-*(***)-****/**** saylı qətnaməsində göstərilmişdir ki, guya ##.##.2005-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmışdır və ##.##.2025-ci il tarixli, abonent kodu: 1083430660300 üzrə 1640,10 manat məbləğində guya borc vardır. Bununla yanaşı, qətnamədə borcun konkret hansı tarixdən yaranması, abonent kodu üzrə su saygacının hansı ünvanda olması barədə heç bir məlumat yoxdur. Hesab edir ki, bu məlumat tamamilə yanlışdır və həqiqəti əks etdirmir. Belə ki, Cavabdeh ##.##.1996-cı ildən bu günə qədər Lökbatan qəs, İ.Nəbiyev küçəsi ev 2A, mənzil 21-də qeydiyyatdadır və həmin tarixdən hal-hazıradək həmin ünvanda yaşayır. Bu barədə ünvan 1 Kommunal Təsərrüfat Departamentinin Qaradağ rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi *** saylı Mənzil Kommunal Istismar Idarəsi tərəfindən verilmiş *** nömrəli, ##.##.2026-cı il tarixli arayışla da təsdiq olunur. “xxxx” MTK tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, *** saylı arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi r-nu, C.Xəndan küçəsi 3066, məhəllə ** saylı yaşayış binasının 30-cu mənzili ##.##.2021-ci il tarixdə Cavabdeh tərəfindən satılmış və satıldığı vaxt heç bir kommunal xidmət haqqı borcu olmamışdır. Həmin mənzil ##.##.2021-ci ildən X4 adına sənədləşdirilərək ona satılmışdır. Həmin şəxs qeyd olunan tarixdən hal-hazıradək orada yaşayır. Tərəfimizdən Qaradağ rayon Lökbatan qəsəbəsində yerləşən və ərazi üzrə xidmət göstərən Poçt Məntəqəsinə müraciət olunmuşdur. Poçt tərəfindən bildirilmişdir ki, nə məhkəmədən, nə də iddiaçı tərəfindən ##.##.2025-ci ildən bu günədək Cavabdeh ünvanına heç bir məktub daxil olmamışdır. Məhkəmə tərəfindən cavabdehə - Cavabdeh iddia ərizəsinin surəti, həmçinin məhkəmənin yekun qərarı olan qətnamə rəsmi qaydada verilməmiş, göndərilməmişdir. Ümumiyyətlə qeyd olunanlar barədə cavabdehin heç bir məlumatı olmamış, yalnız ##.##.2026-cı il tarixdə Icra orqanı tərəfindən şifahi şəkildə mobil telefon vasitəsilə məlumat verilmiş və xahişi ilə qətnamə qeyri-rəsmi cavabdehə göndərilmişdir. Yalnız bundan sonra cavabdeh bütün bu məsələlərdən xəbərdar olmuşdur. Apellyasiya şikayəti qarşı Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. təqdim edilmiş etiraz MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI Tərəflər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MÜBAHISƏNIN HƏLLI ILƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKIL EDƏN SƏNƏDLƏR Iddiaçı tərəfindən təqdim edilmiş 1) ##/##/2005-ci il tarixli müqaviləyə əsasən «xxxx» sübutlar PHŞ ilə Cavabdeh arasında su təchizatı və tullantı suların axıdılması xidmətlərinə dair müqavilə bağlanmışdır. 2) ##.##.2025-ci il tarixli Abonent Kartına əsasən cavabdehin (abonent kodu: 1083430660300) istifadə etdiyi xidmətlərə görə «xxxx» PHŞ-ya 1640.10 manat məbləğində borcu vardır. 3) ##.##.2025-ci il tarixli «xxxx» PHŞ-nın Cavabdeh ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 7 iş günü müddətində borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. Cavabdeh tərəfindən təqdim Cavabdeh tərəfindən sübut təqdim edilməmişdir. edilmiş sübutlar TƏTBIQ EDILƏN HÜQUQ və MƏHKƏMƏNIN MÖVQEYI Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və həmin hissədə iddia tələbinin tam təmin olunması, xahiş edilir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. “Su təchizatı və tullantı suları Azərbaycan Respublikası Mülki Prosessual haqqında” Azərbaycan Respublikası Məcəlləsinin 14, 77, 119.1, 384, 392, 393 və Qanununa, Azərbaycan Respublikası 402.1 ci maddələri Nazirlər Kabinetinin 2014-cü il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1.3-cü bəndi Azərbaycan Respublikası Mülki Məcəllənin 442, 443.1 və 448.1-ci maddələri Məhkəmə kollegiyası mülki iş üzrə iddia ərizəsini, əlavə edilmiş sənədləri nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Iş materiallarında olan ##.##.2025-ci il tarixli abonent kartından görünür ki, abonent kodu 1083430660300 üzrə cavabdehin adına 1640,10 manat məbləğində borc hesablanmışdır. Həmçinin iş materiallarında olan hesablaşma sənədləri və iddiaçı tərəfindən təqdim edilmiş məlumatlar həmin borcun mövcudluğunu təsdiq edir. Apellyasiya şikayətinə əlavə edilmiş ##.##.2026-cı il tarixli arayış və mənzilin 2021-ci ildə satılması barədə məlumatlar özlüyündə mübahisəli borcun əsassız olduğunu təsdiq etmir. Həmin sənədlərdən borcun hesablandığı dövrdə abonent hesabının iddiaçı tərəfindən başqa şəxsin adına rəsmiləşdirildiyi, yaxud cavabdehin həmin abonent üzrə öhdəliklərinə xitam verildiyi müəyyən edilmir. Kollegiya qeyd edir ki, abonent hesabının bağlanması və ya yeni istehlakçının adına keçirilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir. Cavabdeh isə abonent hesabının bağlanmasını, başqa şəxsin adına keçirilməsini və ya xidmət göstərən müəssisəyə bu barədə müraciət edilməsini təsdiq edən sübut təqdim etməmişdir. Apellyasiya şikayətində borcun hansı dövrə aid olmasının göstərilmədiyi bildirilsə də, cavabdeh hesablamanın konkret hansı hissəsinin yanlış olduğunu, hansı dövr üzrə borcun əsassız hesablandığını təsdiq edən alternativ hesab və ya digər mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə görə hər bir tərəf istinad etdiyi halları sübut etməlidir. Cavabdehin təqdim etdiyi arayışlar yalnız yaşayış yeri və mənzilin satılması faktını təsdiq edir, lakin abonent hesabı üzrə borcun mövcud olmamasını və ya həmin borcun başqa şəxsə aid olmasını sübut etmir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya şikayətində irəli sürülən dəlillər, iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırmasını təşkil edirdi və birinci instansiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Baxılan iş üzrə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Beləliklə, Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.2-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDI: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №e-2(3-6)-2085/2026
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2085/2026
24.06.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver