Məhkəmə qərarları › İş №e-2(3-6)-2110/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2110/2026

26.05.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad Bakı şәhәri İş № e-2(3-6)-2110/2026 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlәr X4 (sәdrlik edәn vә mәruzәçi), Babayev Fuad Fikrәt oğlu vә X1 ibarәt tәrkibdә, İddiaçı İddiaçı cavabdehlәr cavabdeh3 İdris oğlu, cavabdeh1 vә cavabdeh2 İdris oğluna qarşı “vәrәsәlik hüququnun tanınması vә vәrәsәlik şәhadәtnamәsinin verilmәsi” tәlәbinә dair mülki iş üzrә çıxarılmış Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qәtnamәsindәn cavabdeh cavabdeh3 İdris oğlu tәrәfindәn verilmiş apellyasiya şikayәti üzrә apellyasiyanın mümkünlüyünü yoxlayaraq, mәhkәmә kollegiyası, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdehlәr cavabdeh3 İdris oğlu, cavabdeh1 vә cavabdeh2 İdris oğluna qarşı iddia әrizәsi vә iddia tәlәbinin dәqiqlәşdirilmәsi barәdә әrizә ilә Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinә müraciәt edәrәk, Azәrbaycan Respublikasının Baş Prokurorluğunun Maddi-X3 kassasına tәhvil verilmiş maddi sübut qismindә tanınmış, mәrhum X2 miras qalmış 32.800 manat mәblәğindә pula, eyni zamanda cәmi 3.588 manat dәyәrindә olan qızıl-zinәt әşyalarına iddiaçı İddiaçı vәrәsәlik hüququnun tanınması vә vәrәsәlik şәhadәtnamәsinin verilmәsi barәdә qәtnamә çıxarılmasını xahiş etmişdir. Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qәtnamәsi ilә iddia qismәn tәmin edilmiş, Azәrbaycan Respublikasının Baş Prokurorluğunun Maddi - X3 kassasına tәhvil verilmiş maddi sübut qismindә tanınmış, mәrhum X2 miras qalmış 32.800 manat mәblәğindә pula, eyni zamanda, cәmi 3.588 manat dәyәrindә olan qızıl-zinәt әşyalarına iddiaçı İddiaçı vәrәsәlik hüququ tanınmış, iddia qalan hissәdә rәdd edilmişdir. Cavabdeh cavabdeh3 İdris oğlu hәmin qәtnamәdәn apellyasiya şikayәti verәrәk, qәtnamәnin lәğv edilmәsini vә iddianın rәdd edilmәsi barәdә yeni qәtnamә çıxarılmasını xahiş etmişdir. Mәhkәmә kollegiyası apellyasiya şikayәtini vә ona әlavә edilmiş sәnәdlәri nәzәrdәn keçirib, hesab edir ki, apellyasiya şikayәti mülki prosessual qanunvericiliklә müәyyәn edilmiş müddәt keçdikdәn sonra verildiyindәn apellyasiya qeyri-mümkün hesab edilmәli vә apellyasiya şikayәti geri qaytarılması üçün mülki işlә birlikdә hәmin mәhkәmәyә göndәrilmәlidir. Belә ki, Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, e-*(***)- ****/**** saylı qәtnamәsi cavabdeh cavabdeh2 İdris oğlunun “Elekton” Mәhkәmә informasiya sistemindә yaradılmış elektron kabinetinә ##.##.2026-cı il tarixdә yerlәşdirilmiş, digәr cavabdeh cavabdeh3 İdris oğlunun ünvanına isә poçt vasitәsi ilә göndәrilmiş vә ##.##.2026-cı il tarixdә ünvana çatdırlmama sәbәbi kimi “Tәlәb edilmәmәsi” göstәrilmişdir. Bundan sonra onun mәhkәmә qәtnamәsinin ona rәsmi qaydada tәqdim edilmәsi ilә bağlı mәhkәmәyә rmüraciәt etmәsi müәyyәn edilmir. Buna baxmayaraq, bu cavabdeh ##.##.2026-cı il tarixdә mәhkәmәyә apellyasiya şikayәti, eyni zamanda, şikayәtin verilmәsi müddәtinin bәrpası barәdә әrizә tәqdim etmişdir. Bu da öz növbәsindә apellyasiya şikayәtinin onun tәrәfindәn mәhkәmәyә qanunvericiliklә müәyyәn edilmiş mübahisәlәndirmә müddәti ötürülmәklә tәqdim edildiyini tәsdiq edir vә mövcud vәziyyәtdә apellyasiya şikayәtinin geri qaytarılmasını şәrtlәndirir. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin: 128.1-ci maddәsinә әsasәn prosessual hәrәkәtlәr bu Mәcәllә ilә vә qanunlarla müәyyәn edilmiş müddәtlәrdә hәyata keçirilir. Prosessual müddәtlәr qanunla müәyyәn edilmәdiyi hallarda, onlar mәhkәmә tәrәfindәn tәyin edilir; 129.3-cü maddәsinә әsasәn edilmәsi üçün müddәt müәyyәn olunmuş prosessual hәrәkәt, müddәtin son günü saat iyirmi dördә qәdәr yerinә yetirilә bilәr. Apellyasiya vә kassasiya şikayәtlәri, digәr sәnәdlәr vә ya pul mәblәğlәri müddәtin son günü saat iyirmi dördә qәdәr rabitә orqanlarına verilәrsә, müddәt ötürülmәmiş hesab olunur; 134.1-ci vә 134.1.5-ci maddәlәrә әsasәn birinci instansiya mәhkәmәsinin, apellyasiya vә kassasiya mәhkәmәlәrinin aktları mәhkәmә tәrәfindәn işdә iştirak edәn şәxslәrә rәsmi qaydada verilmәli olan mәhkәmә sәnәdlәrininә aid edilmişdir; 135.5-ci maddәsinә әsasәn bu Mәcәllәnin 135.2-ci, 135.3-cü, 135.6-cı vә 135.8ci maddәlәrindә nәzәrdә tutulmuş hallarda mәhkәmә sәnәdi rәsmi qaydada verilmiş hesab edilir; 135.6-cı maddәsinә әsasәn “Elektron mәhkәmә” informasiya sisteminin tәtbiq olunduğu mәhkәmәlәrdә mülki işlәr üzrә işdә iştirak edәn şәxslәr “Elektron mәhkәmә” informasiya sistemindә qeydiyyatdan keçmişlәrsә, mәhkәmә sәnәdlәri bu şәxslәrin hәmin sistemdә yaradılmış “elektron kabinet”lәrindә yerlәşdirilir vә onlara bu barәdә mәlumat hәmin sistem vasitәsilә elektron qaydada (elektron poçt, SMS vә s. vasitәsilә) çatdırılır; 360-cı maddәsinә әsasәn apellyasiya şikayәti mәhkәmә qәtnamәsi rәsmi qaydada verildiyi gündәn 1 ay müddәtindә verilә bilәr; 363.1.3-cü maddәsinә görә apellyasiya şikayәti müәyyәn edilmiş müddәt keçdikdәn sonra verilmişdirsә apellyasiya şikayәti birinci instansiya mәhkәmәsi tәrәfindәn qaytarılır; 366.1-ci maddәyә әsasәn apellyasiya instansiyası mәhkәmәsi iş mәhkәmәyә daxil olduqdan sonra 15 gün müddәtindә apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işә apellyasiya qaydasında baxılmaq üçün prosessual әsasların olması daxildir; 366.2-ci maddәsinә әsasәn әgәr apellyasiyanın mümkünlüyü üçün әsaslar yoxdursa o, qәbul olunmamış hesab edilә bilәr; 399-cu maddәsinә әsasәn birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir. Belәliklә, mәhkәmә kollegiyası hesab edir ki, apellyasiya şikayәti müәyyәn edilmiş müddәt keçdikdәn sonra verildiyindәn apellyasiya qeyri-mümkün hesab edilmәli vә apellyasiya şikayәti geri qaytarılması üçün mülki işlә birlikdә birinci instansiya mәhkәmәsinә göndәrilmәlidir. Göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 263-264-cü, 360-cı, 363-cü, 366-cı, 399-400-cü, 402-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası QƏRARA ALDI: Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qәtnamәsindәn cavabdeh cavabdeh3 İdris oğlu tәrәfindәn verilmiş apellyasiya şikayәti üzrә apellyasiya qeyri-mümkün hesab edilsin vә apellyasiya şikayәti geri qaytarılması üçün mülki işlә birlikdә hәmin mәhkәmәyә göndәrilsin. Qәrardaddan işdә iştirak edәn şәxslәrә rәsmi qaydada verildiyi gündәn 10 (on) gün müddәtindә Bakı Apellyasiya Mәhkәmәsi vasitәsilә Azәrbaycan Respublikasının Ali Mәhkәmәsinә kassasiya şikayәti verilә bilәr.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar