Məhkəmə qərarları › İş №e-2(3-6)-2150/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2150/2026

08.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2150/2026 08.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı iş üzrə (Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi ğlunun katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "müqavilə öhəliklərinin icra edilməsi, kommunal borcun silinməsi" tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. Icraçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış GMPB-**/**** nömrəli, ##.##.2013-cü il tarixli müqaviləyə əsasən, Bu müqavilənin predmeti “Icraçı”nın ## ######## 2011-ci il tarixli etibarnaməyə əsasən, Cavabdeh MMC-nin Ə.Ələkbərov küçəsi 89-da tikintisini həyata keçirdiyi 23 mərtəbəli yaşayış binasındakı mənzillərdən birinin tərəflərin razılaşdığı qiymətlə bu müqaviləyə əlavə edilən 1 Nömrəli texniki şərtlərə uyğun tikilmiş halda “Sifarişçi”yə satmasından, “Sifarişçi”nin isə aldığı mənzilin dəyərini bu müqaviləyə əlavə edilən 2 Saylı öhdəliyə uyğun “Sifarişçi”nin ödəniş qrafikinə əsasən ödəməsindən ibarətdir. “Icraçı”nın “Sifarişçi” ilə tikintisini razılaşdığı yer, 23 mərtəbəli, 2 bloklu bina, “D2” bloku 18-ci mərtəbə, ** nömrəli mənzilində yerləşməklə razılaşma qiyməti ümumi dəyəri 283647 AZN, satış sahəsi 218,19 kv.m, 1 ədəd 4 otaqdan ibarət olan mənzil olacaqdır.

2. Müqavilənin 3.1-ci maddəsinə əsasən, “Icraçı” Müqaviləyə 1 Saylı əlavədə göstərilən texniki şərtlərə uyğun olaraq yaşayış binasını tikib istifadəyə vermək, tikinti başa çatdıqdan sonra əvvəlcədən nəzərdə tutulmuş mənzilin bütün sənədlərini “Sifarişçi”yə təhvil vermək öhdəliklərini üzərinə götürmüş, 3.2-ci maddəsinə əsasən, “Sifarişçi” bu müqaviləyə və ona * nömrəli əlavəyə uyğun olaraq mənzilin müəyyən edilmiş dəyərini “Icraçı”ya ödəmək, aldığı mənzilin onun adına sənədləşdirilməsi üçün lazım olan bütün sənədlərin əslini və ya onların notarial qaydada təsdiq edilmiş surətlərini “Icraçı”nın tələbinə uyğun hazırlayıb təqdim etmək, sənədləşmə zamanı yaranacaq bütün notarial xərcləri ödəmək öhdəliklərini üzərinə götürmüşdür.

3. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC tərəfindən verilmiş ##.##.2013-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən ünvan 1 ünvanda yerləşən “D2” bloku 18-ci mərtəbə, sahəsi 218,19 kv.m olan ** nömrəli mənzilin ödənişi üçün 283.647 manat ödəniş edilmişdir.

4. Cavabdeh MMC tərəfindən verilmiş *** nömrəli, ##.##.2013-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin ünvan 2 ünvanda yerləşən yaşayış binasında “D2” bloku, 18-ci mərtəbə, ümumi sahəsi 218,19 kv.m olan ** nömrəli mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmiş və onun mənzilə görə müqavilə üzrə borcu qalmamışdır.

5. 011013000140-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 194, 196, 198, 200, 202, Şəfayət Mehdiyev küçəsi, 129, 133 ünvanda yerləşən 1,25247 ha torpaq sahəsi və üzərində yerləşən sahəsi 105206,9 kv.m olan çoxmərtəbəli yaşayış binası xüsusi mülkiyyət hüququ ilə ##.##.2018-ci il tarixdə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin adına Daşınmaz əmlakın dövlət reyestrində * nömrəli reyestr kitabının *** nömrəli vərəqində qeydiyyata alınmışdır.

6. 011013000140-*****-****** reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 194, 196, 198, 200, 202, mənzil 43 (Yeni qaydalarla: AZ 1141, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 202, M18, m1) ünvanda yerləşən sahəsi 208,20 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ ilə ##.##.2022-ci il tarixdə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin adına qeydiyyata alınmışdır.

7. İddiaçı ##.##.2025 ci il tarixdə Cavabdeh MMC-yə ərizə ünvanlayaraq, bina istismara verilsə belə, həmin müqavilə üzrə aldığı mənzilin ona istifadə üçün təhvil verilmədiyini, mənzilin açarlarının ona təqdim olunmadığını, "xxxx MMC"-yə müraciət etdikdə isə onun 10.000 manat məbləğində ödəmədiyi kommunal borcu olduğunu bildirdiklərini qeyd etmiş və aralarında bağlanan Alqı-satqı müqaviləsinə əsasən üzərinə qoyulmuş öhdəliyi yerinə yetirərək Bakı şəhəri, Ə.Ələkbərov küçəsi, 89 ünvanda yerləşən binanın D2 blokunun 18-ci mərtəbəsində, sahəsi 218.19 kv. ** nömrəli mənzilin dəyərini tam şəkildə ödəməyinə baxmayaraq, həmin mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən Cavabdeh MMC adına hansı əsaslara və səbəblərə görə çıxarışının alınması barədə; mənzilin onlar tərəfindən təhvil vermədən kommunal xərclərinin ödəməyinə dair müqavilədə şərtlərin mövcud olmamasına və mənzilin ona təhvil verilməməsinə baxmayaraq 10.000 manat kommunal borc öhdəliyinin üzərinə qoyulmasının səbəb və əsasları barədə rəsmi məlumat verilməsini, qanuni əsaslar olmadığı halda əsassız olaraq onun üzərinə qoyulmuş kommunal borcun silinməsinə dair Qərar qəbul edilməsini, alqı-satqı müqaviləsinin tələblərinə uyğun olaraq (müqavilədə ünvanı Bakı şəhəri, Ə.Ələkbərov küçəsi, 89 ünvanda yerləşən binanın D2 blokunun 18-ci mərtəbəsində, sahəsi 218.19 kv.m 43 göstərilmiş) hazırda ünvan 3 43 ünvanında olan mənzilə dair çıxarışın Cavabdeh MMC-nin adından çıxarılaraq qeyri-şərtsiz adına rəsmilləşdirilməsi üçün zəruri tədbirlərin görülməsini təmin edilməsini xahiş etmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

8. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı "müqavilə öhəliklərinin icra edilməsi, kommunal borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, mənzil ona təhvil verilmədiyindən əsassız olaraq hesablanmış 10.000 manat məbləğində kommunal borcun silinməsi, müqavilə öhdəliklərinə uyğun olaraq, tərəfindən dəyəri tam ünvan 4 ünvanda yerləşən binanın D2 blokunun 18-ci mərtəbəsində, sahəsi 218.19 kv.m ** nömrəli mənzilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması üçün zəruri sənədlərin verilməsi, ##.##.2013-cü il tarixli, GMPD2–**/**** nömrəli alğı-satqı müqaviləsinə əsasən, Cavabdeh MMC-dən əldə etdiyi mənzilə dair dövlət reyestrindən çıxarışın onun adına dəyişdirilməsi üçün cavabdeh tərəfindən zəruri tədbirlərin görülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və məhkəməyə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ##.##.2013-cü il tarixdə cavabdeh Cavabdeh MMC ilə aralarında Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-yə ##.##.2011-ci il tarixdə verilən etibarnamə əsasında GMPD2– **/**** nömrəli müqavilə imzalanmışdır (etibarnamə ərizəyə əlavə olunur). Həmin müqaviləyə əsasən, Bakı şəhəri, Ə.Ələkbərov küçəsi, 89 ünvanda yerləşən binanın D2 blokunun 18-ci mərtəbəsində, sahəsi 218.19 kv.m ** №-li mənzilin alqı-satqısı həyata keçirilmişdir(müqavilə əlavəsi ilə birgə ərizəyə əlavə olunur). Sözügedən müqavilənin 3-cü bəndində tərəflərin öhdəlikləri əks olunmuşdur. Həmin bəndin 3.1-ci yarımbəndində qeyd olunmuşdur ki, Icraçı (cavabdeh) tərəfindən tikinti başa çatdıqdan sonra əvvəlcədən nəzərdə tutulmuş mənzilin bütün sənədləri Sifarişçiyə (iddiaçı) təhvil verilməlidir. Müqavilənin 3.2-ci bəndində göstərilmişdir ki, Sifarişçi bu müqaviləyə və ona * nömrəli əlavəyə uyğun olaraq mənzilin müəyyən edilmiş dəyərini Icraçıya ödəməlidir. Xüsusilə məhkəmənin diqqətinə çatdrmaq istəyir ki, 3.2-ci bənddə qeyd olunan öhdəlik onun tərəfindən yerinə yetirilmiş, yəni Cavabdeh MMC tərəfindən verilən ##.##.2013-ci il tarixli maliyyə arayışından da göründüyü kimi mənzilin dəyəri birdəfəlik və tam şəkildə ödənilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, bina istismara verilsə belə, aldığı mənzil ona istifadə üçün təhvil verilməmiş və bunun nəticəsi olaraq da hər hansı təhvil-təslim aktı ona təqdim edilməmiş və imzalanmamışdır. Bununla yanaşı, müqavilə öhdəliklərinə zidd olaraq, mənzilin ona təhvil olunmaması ilə bərabər, cavabdeh Cavabdeh MMC hər hansı bir qanuni əsaslar olmadan, qanuni tələblərə zidd olaraq, mənzilin dəyərinin onun tərəfindən tam və bir dəfəyə ödənilməsinə və müqavilə üzrə borcunun qalmamasına baxmayaraq, Bakı şəhəri, Ə.Ələkbərov küçəsi, 89 ünvanda yerləşən binanın D2 blokunun 18ci mərtəbəsində, sahəsi 218.19 kv.m ** №-li mənzili öz adına rəsmiləşdirərək ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrdən çıxarış əldə etmişdir. Həmçinin bildirir ki, cavabdehlə aralarında bağlanan müqavilənin tələblərinə zidd olaraq alqı-satqı müqaviləsinin 2013-cü ildə bağlanmasına baxmayaraq, mənzilin açarları ona təqdim olunmamış, nəticədə o, qeyd olan mənzildə təmir işləri aparmaq və mənzildən istifadə etmək hüququndan məhrum edilmişdir. Buna baxmayaraq, tərəfindən cavabdeh Cavabdeh MMC-yə müraciət edildikdə, özünü səlahiyyətli şəxs kimi təqdim edən Cavabdeh MMC-nin əməkdaşları tərəfindən ona bildirilmişdir ki, onun 10.000 manat məbləğində ödəmədiyi kommunal borcu vardır və zəruri sənədlərin verilməsi üçün həmin borcu ödəməlidir. Lakin həmin şəxslər tərəfindən də həmin borcun tələb edilməsi üçün hər hansı bir əsas (liftin istifadəyə verilməsi, xadimə xidməti və s.) göstərilməmişdir. Belə ki, kommunal borcun mənzildən istifadə etmədiyi müddətdə hesablanması üçün aralarında hər hansı xidməti müqaviləsi imzalanmamış, sözügedən Alqısatqı müqaviləsində bu barədə hər hansı bir müddəa yoxdur. Hətta belə bir müddəa olsaydı belə cavabdeh həmin məbləğdə borcu tələb edə bilməzdi. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Cavabdeh Cavabdeh MMC ilə aralarında bağlanan müqavilədən isə, 12 il ötür. Həmçinin bina sakinləri tətrəfindən MMMC (Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti) təsis olunmamış, bu səbəbdən MMMC-in üzvü olub kommunal xərclərlə bağlı səsvermə ilə hər hansı qərarın qəbulu, o qərarla tanış olmağı, MMMC ilə müqavilə bağlanması kimi məsələlərdən də söhbət gedə bilməz. Yuxarıda göstərilən əsaslara və səbəblərə görə alqı-satqı müqaviləsinin bağlandığı tarixdən etibarən kommunal borcun hesablanıb ödənilməsinin üzərimə qoyulması tamamilə əsassız və qanunsuzdur. Buna baxmayaraq Cavabdeh MMC-nin əməkdaşı tərəfindən nəinki şifahi, hətta yazılı olaraq da həmin borc ondan tələb olunub(Mesajlaşmanın ekran görüntüsü ərizəyə əlavə olunur):- “Salam Elçin bey necesiz (17:08)- 208 kvm le hesablandi (17:09)- 50 endirim tesdiqlensin. bildirecem (17:09) 208 kvm edir 9660- ona da 50 endirmle 4800 manat odeyeceksiniz. (17:33).” Eyni zamanda məlumat üçün bildirir ki, tərəflərindən ##.##.2025-ci il tarixdə cavabdeh Cavabdeh MMC-yə məktub göndərilmişdir. Məktubda qeyd edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın öz adına rəsmiləşdirilməsi əsasları, kommunal borc öhdəliyinin üzərinə qoyulması barədə rəsmi məlumatın verilməsi təmin olunsun, eyni zamanda kommunal borcun silinməsi və həmin mənzilin onun adına rəsmiləşdirilməsi ilə bağlı müvafiq tədbirlər görsün (məktub və qəbz ərizəyə əlavə olunur). Həmin məktubun cavabdeh tərəfindən təhvil alınmasına baxmayaraq, cavabdeh tərəfindən məktuba hər hansı cavab verilməmiş və ya hər hansı tədbir görülməmişdir. Bu səbəblərə görə, mənzil ona təhvil verilmədiyindən əsassız olaraq hesablanmış 10.000 (on min) manat məbləğində kommunal borcun silinməsi, müqavilə öhdəliklərinə uyğun olaraq, tərəfindən dəyəri tam ünvan 4 ünvanda yerləşən binanın D2 blokunun18-ci mərtəbəsində, sahəsi 218.19 kv.m 43№-li mənzilinə daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın alınması üçün zəruri olan sənədlərin verilməsi, ##.##.2013-cü il tarixli, GMPD2– **/**** nömrəli Alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh MMC-dən əldə etdiyi mənzilə dair dövlət reyestrdən çıxarışın onun adına dəyişdirilməsi üçün cavabdeh Cavabdeh MMC tərəfindən zəruri tədbirlər (qanunamüvafiq sənədlərin tərtib edilməsi, rəsmiləşdirilməsi, dövlət reyestr xidmətinə təqdim edilməsi) görülməsi və məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun ona ödənilməsi öhdəliyinin cavabdeh Cavabdeh MMC üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi zərurəti yaranmışdır.

10. Məhkəmə tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-ni mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

11. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ##.##.2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) müqavilə öhəliklərinin icra edilməsi, kommunal borcun silinməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir.

12. Cavabdeh Cavabdeh MMC iddia tələbinə qarşı etiraz verərək bildirmişdir ki, 10.000 manat məbləğində kommunal borcun silinməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması tələbi əsassızdır. Ya da bu borcun Cavabdeh MMC tərəfindən toplanan bir borc hesab edilərək məhkəmədən bu borcun silinməsi barədə qətnamə qəbul edilməsini tələb etmək də əsassızdır. Ona görə ki, tələb olunan 10.000 manat borcun Cavabdeh MMC tərəfindən tələb olunmasına dair iddiaçı tərəfindən məhkəməyə mötəbər bir sübut təqdim edilməmişdir. Iddiaçı tərəfindən sübut qismində məhkəməyə təqdim edilmiş mesajlaşmanın ekran görüntüsündə də bu məbləğin Cavabdeh MMC tərəfindən hesablanaraq tələb olunması aydın olmur. Eyni zamanda mesajların məhz Cavabdeh MMC-nin əməkdaşı tərəfindən göndərilməsi də naməlumdur. Iddiaçı özü də iddia ərizəsində bildirir ki, kommunal xərclərin ödənilməsi ilə bağlı Cavabdeh MMC ilə hər hansı xidmət müqaviləsi bağlanmamışdır. Belə bir xidmət müqaviləsinin mövcud olmadığı bir mühitdə guya Cavabdeh MMC tərəfindən iddiaçıdan kommunal xərclər üzrə pul tələb olunması real deyil. Iddiaçının bu barədə bildirdikləri sübuta söykənməyən əsassız mülahizələrdən başqa bir şey deyil. Belə olan təqdirdə, Cavabdeh MMCnin tələbkarı olmadığı pul məbləğinin silinməsi öhdəliyinin sonuncunun üzərinə qoyulması əsassızdır. Bundan başqa, iddiaçı bildirir ki, cavabdeh Cavabdeh hər hansı bir qanuni əsaslar olmadan, qanuni tələblərə zidd olaraq, mənzilin dəyərinin iddiaçı tərəfindən tam və birdəfəlik ödənilməsinə baxmayaraq və müqavilə üzrə borcunun qalmamasına baxmayaraq, mübahisəli mənzilə dair dövlət reyestrindən çıxarış əldə etmişdir. Qanunvericiliyin tələblərini əsas götürərək, iddiaçının bildirdiyi bu məqamların doğru olmadığı qənaətindədirlər. Belə ki, AR Mülki Məcəlləsinin 139-1.1.9.2-1 maddəsinə, habelə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" AR Qanununun 8.0.9.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı... Mülki qanunvericiliyin müvafiq normalarına əsasən, çoxmənzilli yaşayış binalarında yerləşən mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün ilkin mərhələdə həmin binanın ümumilikdə MTK və ya MMC-nin mülkiyyətində olması və bu hüquqların qeydiyyata alınması tələb olunur. Daha sonra isə mənzillər üzrə fərdi mülkiyyət hüquqları bağlanmış müqavilələr əsasında payçılar və ya alıcıların adına qeydiyyata alınmalıdır. Yuxarıda da qeyd edildiyi kimi, mülkiyyət hüququ üzrə qeydiyyatı mübahisələndirilən mənzil, yəni ünvan 2 ünvanında yerləşən mənzil üzərində Cavabdeh MMC-nin mülkiyyət hüququna dai qeydiyyatın aparılması ilk olaraq həmin mənzilin yerləşdiyi binanın bütövlükdə Cavabdeh MMC-nin mülkiyyəti hesab edilməsi və daha sonra həmin binanın tərkib hissəsi olan mənzilə mülkiyyət hüququnun qeydə alınmasına dair MMC-nin müraciəti əsasında baş vermişdir. Aparılmış bu qeydiyyat qanunun tələbinə uyğun şəkildə həyata keçirilmişdir. Sözügedən mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması mənzilin yerləşdiyi çoxmənzilli binanın çıxarışı, mənzilin yerləşdiyi mərtəbənin planı, habelə mənzilin planı təqdim edilməklə, Cavabdeh MMC-nin müraciəti əsasında həyata keçirilmişdir. Mülki qanunvericiliyin tələbinə görə də alqı-satqı predmeti olan mənzil daşınmaz əmlak olduğu üçün ilk növbədə mülkiyyətçi olan satıcının əmlakı olaraq daşınmaz əmlakın reyestrində qeydiyyatdan keçməlidir ki, daha sonra satıcı əmlak üzərində mülkiyyət hüqununu alıcıya ötürə bilsin. Bu qayda hazırkı işdə mübahisəli mənzilə münasibətdə də tətbiq olunmuşdur. Belə ki, çoxmənzilli binanın mülkiyyətçisi kimi Cavabdeh MMC-nin həmin binanın tərkib hissəsi olan mənzilə dair mülkiyyət hüququnu qeydiyyata alınması zəruri idi ki, daha sonra notarial alqı-satqı müqaviləsi ilə iddiaçının mülkiyyətinə verilsin. Beləliklə qanunvericiliyin tələbləri ilə də müəyyən edilir ki, MMC ilk növbədə binanın mülkiyyətçisi kimi tanınmalı, ondan sonra ayrı-ayrı şəxslərə həmin yaşayış və qeyri-yaşayış sahələrinin keçidini həyata keçirməlidir. Iddiaçının digər iddia tələbi olan-alqısatqı müqaviləsinə əsasən, Cavabdeh MMC-dən əldə etdiyi mənzilə dair dövlət reyestrdən çıxarışın iddiaçının adına dəyişdirilməsi üçün cavabdeh Cavabdeh MMC tərəfindən zəruri tədbirlər (qanunamüvafiq sənədlərin tərtib edilməsi, rəsmiləşdirilməsi, dövlət reyestr xidmətinə təqdim edilməsi) görülməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması tələbini də əsassız hesab edirlər. Belə ki, sözügedən mənzilə dair çıxarışın iddiaçının adına dəyişdirilməsi, bu məqsədlə zəruri sənədlərin tərtib edilməsi, rəsmiləşdirilməsi və dövlət reyestrinə sənədlərin təqdim edilməsi və s. kimi vəzifələr cavabdeh Cavabdeh MMCyə aid deyildir. Cavabdeh Cavabdeh MMC sözügedən vəzifələri icra etmək üçün nə notarius, nə də daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqandır, bu səbəbdən Cavabdeh MMC-nin üzərinə bu vəzifələrin qoyulması ağlabatan deyildir. Cavabdeh MMC sadəcə yuxarıda sadalanan hüquqi hərəkətlərin həyata keçirilməsi üçün notariat orqanına getmək, rəsmiləşdirmələrdə iştirak etmək, imzalar atmaq və s. kimi hərəkətlər edə bilər. Hazırkı vəziyyətdə Cavabdeh MMC-nin vəzifəsi sadəcə notariat hərəkətlərinin icra edilməsi üçün sərəncamında olan zəruri materialları təqdim etməklə və müvafiq hüquqi əməliyyatların aparılması üçün nümayəndəsi vasitəsilə notariusda iştirak etməklə məhdudlaşır. Bütün bu göstərilənlərə əsasən, hesab edirlər ki, iddiaçının irəli sürdüyü iddia tələbləri əsassız olduğundan təmin edilməməlidir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər.

13. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, iddiaçını tayıyır, onun uşaqlıq dostudur, yaxın ailəvi münasibətləri vardır. Iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmış və iddiaçı tərəfindən elə müqavilə bağlanan günü də bütün öhdəliklər yerinə yetirilmişdir. Mənzilin dəyəri tam ödənilmiş və maliyyə arayışı təqdim edilmişdir. Lakin Cavabdeh MMC mənzilin rəsmiləşdirilməsi üçün sənədləri təqdim etməmişdir. Mənzilə baxış keçiriləndə də görünür ki, təmir edilməmişdir, gediş-gəliş yoxdur. Parket də oğurlanmışdır. Bununla bağlı polisə şikayət də verilmişdi. Bundan başqa qeyd edir ki, Cavabdeh MMC-yə sənədlərin təhvil verilməsi barədə müraciət etmişdir. Şirkətin əməkdaşları ilə danışıqlar aparmışdır. Onlar qanunsuz olaraq ondan borc tələb etmişlər. Çıxarışları sakinlərin deyil, öz adlarına yazdırmışlar. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, mənzillin faktiki mülkiyyətçisidir, lakin sənədləşdirmə işləri iddiaçının adından aparılmışdır. Mənzildən istifadə etməmişdir. Cavabdeh şirkət mənzili də, açarlarını da tələb etmələrinə baxmayaraq təqdim etməmişdir.

14. Məhkəmə tərəfindən iddiaçının iştirakı ilə mübahisəli ünvanda yerləşən mənzilə yerində müayinə keçirilən zaman müəyyən edilmişdir ki, mənzil təmirsiz vəziyyətdədir və divarların bəziləri sonradan tikilmişdir. Mənzildə tikinti materialları yerləşdirilmişdir və kommunal xətlər çəkilməmişdir. Binanın komendantının köməkçisi Şaiq Nizamov bildirmişdir ki, mənzil təhvil verilənə kimi mənzillərin açarları onda olur və təhvil verildikdən sonra isə ev sahibinin istəyinə uyğun olaraq açarların bir nüsxəsini saxlaya bilirlər. Həmçinin, mübahisəli mənzilin təmirsiz olduğunu və təhvil verilmədiyini qeyd etmişdir.

15. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim A.R. Sultanova-Məmmədova) iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 194, 196, 198, 200, 202, mənzil 43 (Yeni qaydalarla: AZ 1141, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 202, M18, m1) ünvanda yerləşən mənzilin daşınmaz əmlakın dövlət reyestrində iddiaçı İddiaçı adına qeydiyyata alınması üçün zəruri tədbirlərin görülməsi (qanunamüvafiq olaraq zəruri sənədlərin tərtib edilərək verilməsi, mənzilə dair sənədləşdirmənin aparılması) vəzifəsinin cavabdeh Cavabdeh MMC-nin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun əvəzi 100 manat pulun cavabdeh Cavabdeh MMC dən tutularaq iddiaçı İddiaçı Telman oğluna ödənilməsi qət edilmişdir.

16. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC tərəfindən verilmiş ##.##.2013-cü il tarixli mədaxil qəbzi və Cavabdeh MMC tərəfindən verilmiş *** nömrəli, ##.##.2013-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 194, 196, 198, 200, 202, mənzil 43 (Yeni qaydalarla: AZ 1141, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 202, M18, m1) ünvanında yerləşən mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmiş və onun mənzilə görə müqavilə üzrə borcu qalmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, tərəflər üzərlərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etməlidirlər. Iddiaçının öz öhdəliklərini tam icra etməsinə baxmayaraq, cavabdeh tərəfindən mənzilin iddiaçının adına rəsmiləşdirilməsi üçün zəruri sənədlərin təqdim edilməsi və hərəkətlərin edilməsindən imtina etməsi iddiaçının mülkiyyət hüququnu pozur. Tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən, tikinti başa çatdıqdan sonra "Icraçı" mənzilin sənədlərini "Sifarişçi"yə təhvil verməlidir. Məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı binanın istismara verildiyi və mənzilin hazır olduğu müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh mənzilin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınması üçün zəruri tədbirlərin görülməsi, yəni qanunamüvafiq olaraq zəruri sənədlərin tərtib edilərək verilməsi, mənzilə dair sənədləşdirmənin aparılmasına borcludur. Odur ki, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir.

17. Iddia tələbinin “kommunal borcun silinməsi” hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı 10.000 manat borcun məhzCavabdeh MMCtərəfindən hesablandığını və rəsmi şəkildə tələb olunduğunu sübut edən mötəbər sübutlar (rəsmi bildiriş, hesab-faktura və s.) təqdim etməmişdir. Təqdim olunan "WhatsApp" yazışması borcun mənbəyini və tələb edən şəxsin səlahiyyətini tam təsdiq etmir. Cavabdeh Cavabdeh MMC məhkəməyə ünvanladığı yazılı etirazında bu borcun ona aid olmadığını və belə bir tələbinin olmadığını bəyan etmişdir. Əgər cavabdeh borcun varlığını inkar edirsə və onun tutulması üçün hüquqi hərəkət etmirsə, məhkəmənin mövcud olmayan bir borcu silməsi mümkün deyil.

18. Bundan başqa məhkəmə tərəfindən ##.##.2026-cı il tarixdə aparılan yerində müayinədən və proses iştirakçılarının izahatlarından müəyyən edilmişdir ki, mənzil təmirsizdir və mənzilin açarı binanın komendantında olmaqla mənzil iddiaçıya təhvil verilməmişdir, onun istifadəsində deyil. Mənzil Məcəlləsinin tələbinə əsasən, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi üzvləri üçün mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir.

19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllləsinin 139.1, 385.1, 385.2, 389.1, 389.3, 425.1, 425.2, 442, 448-ci, Mənzil Məcəllləsinin 24.1, 24.4, 24.5, 24.6, 25.3, 26.1, 36.2, 29.3, 35.1, 38.1, 109.4, 113.1, 113.2, 135.1, 135.2.3, 136.2, 136.2.1, 136.2.2, 136.4, 137.4, 137.5, 137.9, 137.10, 138.5-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə, Mülki Prosessual Məcəllənin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

20. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunması hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qəbul edilmiş qətnamədən görünür ki, cavabdeh Cavabdeh MMC-nin üzərinə mübahisəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində iddiaçı İddiaçı adına qeydiyyata alınması üçün “zəruri tədbirlərin görülməsi” vəzifəsi qoyulmuş, lakin həmin vəzifələrin konkret məzmunu, hüquqi çərçivəsi və icra mexanizmi müəyyən edilməmişdir. Ilk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsi əsaslarından biri də notariat orqanında bağlanılmış müqavilə hesab edilir. Başqa sözlə desək, hazırkı iş üzrə mübahisəli mənzil cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı üçün, həmin mənzilin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması yalnız notariat qaydada bağlanılan alqı-satqı müqaviləsi əsasında mümkündür. Başqa sözlə desək, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun bir şəxsdən digərinə keçməsi isə hüquqi fakt kimi notariat qaydasında təsdiq edilmiş əqd – yəni alqı-satqı müqaviləsi əsasında baş verir və bu müqavilə bağlanmadan mülkiyyət hüququnun dövlət qeydiyyatında dəyişdirilməsi hüquqi baxımdan mümkün deyildir. Bununla yanaşı, “Notariat hərəkətlərinin aparılması Qaydaları haqqında” Təlimata əsasən daşınmaz əmlakın alqı-satqısı üzrə notariat hərəkətlərinin aparılması üçün alıcı tərəfindən müqavilə üzrə ödənilməli olan pul vəsaiti notariusun depozit hesabına yerləşdirilməli, tərəflər notariat hərəkətlərində iştirak etməli və qanunvericilikdə nəzərdə tutulmuş digər zəruri xərclər (forma 1 arayışın alınması) ödənilməlidir. Beləliklə, daşınmaz əmlakın iddiaçının adına rəsmiləşdirilməsi çoxmərhələli hüquqi prosedur olub, yalnız cavabdehin birtərəfli hərəkətləri ilə deyil, həm alıcının, həm də notariat və dövlət qeydiyyatı orqanlarının iştirakı ilə həyata keçirilə bilən hüquqi mexanizmdir. Lakin məhkəmə tərəfindən qəbul edilmiş qətnamədə cavabdehin üzərinə ümumi və qeyri-müəyyən xarakterli “zəruri tədbirlərin görülməsi” vəzifəsi qoyulmaqla faktiki olaraq həmin mürəkkəb hüquqi prosedurun bütün mərhələlərinin icrası cavabdehin üzərinə yönəldilmişdir ki, bu da həm hüquqi, həm də faktiki baxımdan mümkün olmayan öhdəliyin müəyyən edilməsi deməkdir. Digər tərəfdən, tərəflər arasında bağlanmış ##.##.2013-cü il tarixli müqavilənin şərtlərindən də görünür ki, cavabdehin öhdəliyi tikinti başa çatdıqdan sonra mənzilə dair sənədləri təqdim etməkdən ibarət olmuş, lakin mənzilin alıcının adına dövlət qeydiyyatının aparılması, notariat qaydasında müqavilənin bağlanması və bununla bağlı xərclərin ödənilməsi kimi öhdəliklər cavabdehin üzərinə qoyulmamışdır. Belə olan halda məhkəmə müqavilə ilə müəyyən edilməyən və cavabdehin hüquqi səlahiyyətlərinə daxil olmayan hərəkətlərin icrasını onun üzərinə qoymaqla Mülki Məcəllənin müqavilə azadlığı və öhdəliklərin məzmunu ilə bağlı müddəalarını da pozmuşdur. Eyni zamanda, məhkəmə qətnaməsi ilə cavabdehin üzərinə faktiki olaraq notariat hərəkətlərinin təşkili, pul vəsaitlərinin depozitə yerləşdirilməsi və dövlət qeydiyyatı üçün zəruri hüquqi prosedurların həyata keçirilməsi kimi vəzifələrin qoyulması “Notariat hərəkətlərinin aparılması Qaydaları haqqında” Təlimatın tələblərinə ziddir, çünki həmin hərəkətlər yalnız tərəflərin birgə iradəsi və müvafiq qaydada həyata keçirilə bilər və üçüncü şəxs qismində çıxış edən notariusun səlahiyyətlərinə aiddir. Beləliklə, məhkəmə tərəfindən cavabdehin üzərinə qeyri-müəyyən, icrası mümkün olmayan və qanunvericilikdə nəzərdə tutulmayan öhdəliklərin qoyulması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139 və 390-cı maddələrinin tələbləri, habelə notariat hərəkətlərinin aparılmasını tənzimləyən normativ qaydalar kobud şəkildə pozulmuş, bu isə qətnamənin həmin hissədə qanunsuz və əsassız olmasına səbəb olmuşdur. Hazırkı iş üzrə məhkəmə iddia tələbinin əsas predmetini təşkil edən – cavabdehin üzərinə mənzilin iddiaçının adına dövlət qeydiyyatına alınması üçün “zəruri tədbirlərin görülməsi” kimi öhdəliyin qoyulması məsələsini araşdırarkən bu öhdəliyin hüquqi təbiətini, icra mexanizmini, tərəflərin müqavilə üzrə konkret hüquq və vəzifələrini və bu öhdəliyin cavabdehin səlahiyyətlərinə aid olub-olmamasını müəyyən etməmiş, nəticədə iş üçün həlledici əhəmiyyət kəsb edən hallar araşdırılmamış qalmışdır. Mübahisənin mahiyyəti üzrə – cavabdehin üzərinə konkret hansı hərəkətlərin icrasının qoyulmasının mümkünlüyü və qanunauyğunluğu məsələsi ilə bağlı məhkəmə tərəfindən nə sübutların təhlili aparılmış, nə də tərəflərin bu istiqamətdə təqdim etdiyi dəlillərə hər hansı hüquqi qiymət verilmişdir. Xüsusilə, cavabdehin belə öhdəliyinin nə müqavilədən, nə də qanundan irəli gəlmədiyi barədə irəli sürdüyü etirazlara ümumiyyətlə münasibət bildirilməmiş, bu dəlillərin hansı əsasla rədd edildiyi qətnamədə göstərilməmişdir. Hazırkı işdə məhkəmə iddia tələbinin məzmununu genişləndirərək və qeyri-müəyyən formada şərh edərək cavabdehin üzərinə qanunvericilikdə və tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmayan, məzmunu konkretləşdirilməmiş öhdəlik qoymuş, lakin bunun hansı hüquqi əsaslara söykəndiyini göstərməmişdir. Məhkəmə tərəfindən cavabdehin üzərinə “zəruri tədbirlərin görülməsi” kimi abstrakt və qeyri-müəyyən öhdəliyin qoyulması qətnamənin nəticə hissəsinin bu tələblərə cavab vermədiyini göstərir. Belə ki, həmin “zəruri tədbirlər”in konkret nədən ibarət olduğu, hansı hərəkətlərin hansı müddətdə və hansı qaydada icra edilməli olduğu qətnamədə ümumiyyətlə göstərilməmişdir. Bu isə qətnamənin icrasını qeyri-müəyyən və faktiki olaraq mümkün olmayan hala gətirir. Məhkəmə tərəfindən istinad edilən hüquq normaları ilə cavabdehin üzərinə qoyulan öhdəlik arasında hüquqi əlaqə qurulmamış, hansı normaya əsasən cavabdehin belə hərəkətləri etməyə borclu olduğu əsaslandırılmamışdır. Beləliklə, məhkəmə tərəfindən işin halları tam və hərtərəfli araşdırılmadan, tərəflərin dəlillərinə hüquqi qiymət verilmədən, qətnamənin əsaslandırıcı hissəsində sübutların təhlili aparılmadan, nəticə hissəsində isə tərəflərin hüquq və vəzifələri konkret və icrası mümkün formada müəyyən edilmədən qətnamə qəbul edilmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in tələblərinin və Ali Məhkəmə Plenumunun “Məhkəmə qətnaməsi haqqında” qərarının sistemli və kobud şəkildə pozulmasına səbəb olmuş və qətnamənin ləğv edilməsi üçün müstəqil prosessual əsas yaradır. Ilk növbədə məhkəmə mübahisənin əsas predmetini təşkil edən – cavabdehin üzərinə qoyulmuş öhdəliyin faktiki icra imkanlarını araşdırmamışdır. Belə ki, mənzilin iddiaçının adına dövlət qeydiyyatına alınması prosesinin hansı konkret mərhələlərdən ibarət olduğu, bu prosesdə hansı subyektlərin iştirak etdiyi və cavabdehin həmin prosesdə real olaraq hansı hərəkətləri həyata keçirmək imkanına malik olduğu müəyyən edilməmişdir. Məhkəmə bu xüsusatları araşdırmadan cavabdehin üzərinə ümumi xarakterli öhdəlik qoymaqla işin faktiki tərəfini natamam qiymətləndirmişdir. Bundan başqa, məhkəmə tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəliklərin konkret məzmununu və həcmini tam müəyyən etməmişdir. Xüsusilə, müqavilə üzrə cavabdehin üzərinə düşən vəzifələrin yalnız sənədlərin təqdim edilməsi ilə məhdud olub-olmaması, yoxsa daha geniş həcmdə hüquqi hərəkətləri əhatə edibetməməsi məsələsi araşdırılmamış, müqavilə şərtlərinin bu hissədə təfsiri aparılmamışdır. Digər mühüm məqam ondan ibarətdir ki, məhkəmə tərəfindən mənzilin faktiki vəziyyəti ilə hüquqi vəziyyəti arasında əlaqə də lazımi qaydada araşdırılmamışdır. Mənzilin iddiaçıya təhvil verilməməsi faktı müəyyən edilsə də, bu halın mülkiyyət hüququnun rəsmiləşdirilməsi prosesinə hansı təsiri olduğu və bu vəziyyətdə tərəflərin qarşılıqlı davranış modelinin necə olmalı olduğu müəyyən edilməmişdir. Bundan əlavə, məhkəmə cavabdehin qeyd edilən hüquqi hərəkətləri həyata keçirmək üçün zəruri sənədlərə, hüquqi statusa və səlahiyyətlərə malik olubolmaması məsələsini də araşdırmamışdır. Halbuki bu hal cavabdehin üzərinə qoyulmuş öhdəliyin icra oluna bilməsi baxımından əsas faktiki şərtlərdən biridir. Beləliklə, iş üzrə mühüm əhəmiyyət kəsb edən qeyd olunan faktiki haların araşdırılmaması nəticəsində məhkəmə işin real vəziyyətini düzgün müəyyən edə bilməmiş, natamam faktiki əsaslar üzərində nəticəyə gəlmişdir ki, bu da qətnamənin ləğvi üçün müstəqil əsas kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş və qətnamənin əsasını təşkil edən halar iş materiaları ilə sübuta yetirilməmiş, həmin haların mötəbər sübutlarla təsdiqi təmin olunmamışdır. Belə ki, məhkəmə cavabdehin üzərinə mənzilin iddiaçının adına dövlət qeydiyyatına alınması üçün “zəruri tədbirlərin görülməsi” öhdəliyini qoyarkən faktiki olaraq cavabdehin bu hüquqi nəticəni təmin etmək imkanına malik olması qənaətinə gəlmişdir, lakin bu halı təsdiq edən hər hansı konkret və mötəbər sübuta istinad etməmişdir. Iş materialarında cavabdehin daşınmaz əmlakın dövlət qeydiyyatı prosesini müstəqil şəkildə həyata keçirmək səlahiyyətinə malik olduğunu göstərən sübut mövcud deyildir. Eyni zamanda, məhkəmə cavabdehin mənzilə dair bütün zəruri sənədləri təqdim etmək imkanına malik olması barədə nəticəyə gəlmiş, lakin həmin sənədlərin konkret olaraq hansılar olduğu, onların cavabdehin sərəncamında olub-olmaması və təqdim edilməsinin mümkünlüyü barədə heç bir sübutu araşdırmamışdır . Bundan başqa, məhkəmə cavabdehin üzərinə qoyulmuş öhdəliyin real icra oluna bilən xarakter daşıması barədə nəticəyə gəlmiş, lakin bu nəticəni təsdiq edən hər hansı sübutu göstərməmişdir. Iş materialarında belə öhdəliyin hansı konkret hərəkətlərlə və hansı hüquqi mexanizm vasitəsilə icra edilə biləcəyini sübut edən məlumatlar mövcud olmadığı halda, məhkəmə bu barədə nəticəni fərziyyə əsasında formalaşdırmışdır. Digər tərəfdən, məhkəmə tərəfindən qəbul edilmiş nəticədən belə çıxır ki, cavabdeh mübahisəli mənzilin hüquqi statusunun dəyişdirilməsi prosesində həledici subyekt kimi çıxış edir, lakin bu halı təsdiq edən hər hansı sübut – məsələn, cavabdehin bu sahədə müstəsna səlahiyyətlərə malik olması və ya digər subyektlərin iştirakı olmadan həmin prosesi həyata keçirə bilməsi barədə faktlar – iş materialarında mövcud deyildir. Eyni zamanda, məhkəmə tərəfindən tərəflər arasında mövcud hüquq münasibətlərinin xarakteri və həcmi ilə bağlı nəticələr çıxarılmış, lakin bu nəticələr konkret sübutlara deyil, ümumi mülahizələrə əsaslanmışdır. Bu isə MPM-in sübutların qiymətləndirilməsi prinsiplərinə zidd olmaqla, qətnamənin əsaslandırılmasının sübuta deyil, ehtimala söykəndiyini göstərir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş və qətnamənin əsasını təşkil edən halar mötəbər, kifayət və yol verilən sübutlarla təsdiq edilməmiş, nəticədə məhkəmənin gəldiyi qənaət sübut olunmamış faktlara əsaslanmışdır ki, bu da qətnamənin qanuniliyini və əsaslılığını aradan qaldıran mühüm prosessual pozuntu hesab edilməlidir. Belə ki, məhkəmə cavabdehin üzərinə mənzilin iddiaçının adına rəsmiləşdirilməsi ilə bağlı öhdəlik qoymuşdur, halbuki iş materiallarından aydın olur ki, mənzil hazırda cavabdehin adına dövlət qeydiyyatındadır və bu qeydiyyat yalnız müvafiq hüquqi prosedurdan sonra dəyişdirilə bilər. Məhkəmə bu mühüm halı nəzərə almadan nəticəyə gəlmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, mənzil iddiaçıya təhvil verilməmişdir, lakin məhkəmə bu faktı nəzərə almadan, sanki bütün proses tamamlanmış kimi qərar qəbul etmişdir. Bundan əlavə, məhkəmənin cavabdehin üzərinə qoyduğu öhdəliklər onun real imkanları ilə uyğun gəlmir, çünki həmin nəticə yalnız digər şəxslərin və orqanların iştirakı ilə mümkündür. Beləliklə, məhkəmənin gəldiyi nəticə iş üzrə mövcud faktlara uyğun olmadığından qətnamə əsaslı hesab edilə bilməz.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Iddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək bildirmişdir ki, qətnamənin istər nəticə hissəsində, istərsə də təsviri hissəsində “zəruri tədbirlər” dedikdə nə nəzərdə tutulduğu açıq və ətraflı öz əksini tapıb. Belə ki, qətnamənin nəticə hissəsində “zəruri tədbirlər”in açıqlaması olaraq, mötərizədə qanunamüvafiq olaraq zəruri sənədlərin tərtib edilərək verilməsi, mənzilə dair sənədləşdirmənin aparılması nəzərdə tutulduğu göstərilmişdir. Həmçinin qətnamənin təsviri hissəsində qeyd olunmuşdur: “Tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən, tikinti başa çatdıqdan sonra "Icraçı" mənzilin sənədlərini "Sifarişçi"yə təhvil verməlidir. Məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı binanın istismara verildiyi və mənzilin hazır olduğu müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh mənzilin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınması üçün zəruri tədbirlərin görülməsi, yəni qanunamüvafiq olaraq zəruri sənədlərin tərtib edilərək verilməsi, mənzilə dair sənədləşdirmənin aparılmasına borcludur. Odur ki, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir.” Yəni zəruri tədbirlər dedikdə, həm ##.##.2013-cü il tarixli, GMPD2 – **/**** nömrəli alğı-satqı müqaviləsi ilə apellyatorun öhdəliyinə düşən mənzilin təhvil verilməsi, həmçinin İddiaçı mülkiyyətinin qeydiyyata alına bilməsi üçün qanunvericiliyin tələbləri ilə apellyator tərəfindən verilməli zəruri sənədlərin tərtib edilməklə təqdim edilməsi, o cümlədən mənzilə dair sənədləşdirmənin aparılması qətnamədən müəyyən olunur. Bu səbəbdən zəruri tədbirlər dedikdə nə nəzərdə tutulmur qeydi sadəcə öhdəliklərdən boyun qaçırma məqsədi daşıyır. Əlavə olaraq, apellyator tərəfindən alğı-satqı müqaviləsinin notarial qaydada bağlanılması ilə bağlı qeyd olunmuşdur ki, cavabdehin üzərinə faktiki olaraq notariat hərəkətlərinin təşkili, pul vəsaitlərinin depozitə yerləşdirilməsi və dövlət qeydiyyatı üçün zəruri hüquqi prosedurların həyata keçirilməsi kimi vəzifələrin qoyulması “Notariat hərəkətlərinin aparılması Qaydaları haqqında” Təlimatın tələblərinə ziddir, çünki həmin hərəkətlər yalnız tərəflərin birgə iradəsi və müvafiq qaydada həyata keçirilə bilər və üçüncü şəxs qismində çıxış edən notariusun səlahiyyətlərinə aiddir. Bildirir ki, iddiaçının iddia tələbinin təmin olunması ilə bağlı hüquqi və iqtisadi marağı odur ki, müqavilə əsasında birdəfəlik və tam ödəniş etməklə əldə etdiyi mənzil (yeni qaydalarla: AZ 1141, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 202, M18, m1) üzərində mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrda qeydiyyata alınsın. Məhz bu səbəbdən Əmlak Məsələləri Dövlət Xidmətinə zəruri sənədlər, o cümlədən notarial qaydada rəsmiləşdirilmiş alğı-satqı müqaviləsi təqdim edilməlidir. Odur ki, qətnamə ilə sənədləşmə işlərinin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması dedikdə, notarial hissədə apellyatorun notariusu əvəz etməsi ehtiva edilmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetin tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”a əsasən, notarial şəkildə alğı-satqı müqaviləsinin bağlanılmasında həm alıcı, həm də satıcı iştirak etməlidir. Həmçinin diqqətə çatdırır ki, apellyator tərəfindən e-*(***)-****/**** nömrəli iş üzrə, ##.##.2026-cı il tarixdə təqdim olunmuş Etirazında da özü tərəfindən qeyd olunduğu kimi, Cavabdeh MMC-nin vəzifəsi sadəcə notariat hərəkətlərinin icra edilməsi üçün sərəncamında olan zəruri materialları təqdim etmək və müvafiq hüquqi əməliyyatların aparılması üçün nümayəndəsi vasitəsilə notariusda iştirak etmək onun, yəni Cavabdeh MMC-nin vəzifəsidir. Lakin buna baxmayaraq, onlara məlum olmayan səbəblərə görə apellyator notarial hərəkətlərin həyata keçirilməsində iştirak etməkdən boyun qaçırır. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsində iddiaya dair təqdim etdiyi etirazında «Cavabdeh MMC sadəcə yuxarıda sadalanan hüquqi hərəkətlərin həyata keçirilməsi üçün notariat orqanına getmək, rəsmiləşdirmələrdə iştirak etmək, imzalar atmaq və s. kimi hərəkətlər edə bilər. Hazırkı vəziyyətdə Cavabdeh MMC-nin vəzifəsi sadəcə notariat hərəkətlərinin icra edilməsi üçün sərəncamında olan zəruri materialları təqdim etməklə və müvafiq hüquqi əməliyyatların aparılması üçün nümayəndəsi vasitəsilə notariusda iştirak etməklə məhdudlaşır» qeyd etməsinə və bununla da, notarial hərəkətlərin aparılması üçün üzərinə düşən öhdəlikləri qəbul etməsinə dair bəyan etməsinə baxmayaraq, birinci instansiya məhkəməsinin iddia tələbinin bu hissədə təmin edilməsinə dair qətnaməsindən əsassız olaraq, formal xarakterli apellyasiya şikayəti vermişdir. Bununla yanaşı, apellyator tərəfindən ##.##.2013-cü il tarixli müqaviləyə istinad edilməklə bildirmişdir ki, notarial qaydada müqavilənin bağlanması və bununla bağlı xərclərin ödənilməsi kimi öhdəliklər cavabdehin üzərinə qoyulmamışdır. Qeyd edilməlidir ki, ##.##.2013-cü il tarixli, GMPD2 – **/**** nömrəli alğı-satqı müqaviləsinin 3.2-ci maddəsinə əsasən, sənədləşmə zamanı yaranacaq bütün notarial və digər xərcləri ödəmək sifarişçinin öhdəliyindədir. Lakin həmin xərclərin Iddiaçı tərəfindən ödənilməsi üçün notarial əməliyyatlar həyata keçirilməli, yəni cavabdeh Cavabdeh MMC tərəfindən “alqı-satqı” əməliyyatların aparılması üçün nümayəndənin iştirakını təmin etməli, həmçinin nümayəndənin notariat hərəkətlərinin icra edilməsi üçün sərəncamında olan zəruri materialları təqdim etməsini təmin etməlidir. Əlavə olaraq, mənzilin dəyəri ilə əlaqədar olan pul vəsaitinin notariusun depozit hesabına yerləşdirilməli olması ilə bağlı bildirir ki, Iddiaçı İddiaçı tərəfindən ünvan 2 ünvanda yerləşən yaşayış binasında D2 bloku, 18-ci mərtəbə, ümumi sahəsi 218,19 kv.m olan ** №-li (yeni qaydalarla: AZ 1141, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 202, M18, m1) mənzilin dəyəri tam şəkildə ödənilmiş, bu fakt həm cavabdeh Cavabdeh MMC tərəfindən ## ###### 2013-cü il tarixli, həmçinin etibarnamə əsasında Müqaviləni imzalayan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC tərəfindən # ###### 2013-cü il tarixli maliyyə arayışları və mədaxil qəbzi ilə təsdiqlənmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş apellyasiya şikayətində ##.##.2026-cı il tarixli, e *(***)-****/****-*** nömrəli Qətnamədə məhkəmə tərəfindən sübutların təhlilinin aparılmadığı, hüquqi qiymət verilmədiyi, cavabdehin üzərinə qoyulan öhdəliyin hüquqi əsaslandırılmasının olmadığı, iddia tələbindən kənara çıxıldığı qeyd olunmuş, nəticədə işin hərtərəfli, tam və obyektiv şəkildə araşdırma aparılmadığını bildirmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, birinci instansiya məhkəməsinin qətnaməsində cavabdehin qeyd etdiyinin əksinə olaraq, işə iddia tələbi həcmində baxılmışdır. Belə ki, tərəfindən dörd bəndli iddia tələbi irəli sürülmüşdür. Qətnamənin gəldiyi nəticə isə, məhz həmin tələblərlə bağlıdır (3 hissədə təmin edilmiş, 1 hissədə isə, rədd edilmişdir). Həmçinin məhkəmə tərəfindən təqdim olunmuş bütün sübutlara hüquqi qiymət verilmiş, hansı sübutları niyə qəbul edib-etməməsi ilə bağlı ətraflı açıqlama verilməklə qətnamə əsaslandırılmışdır. Bununla yanaşı qətnamədə həm iddia tələbi, həm cavabdehin etirazı, həm nümayəndələrin iclas müddətində bildirdiyi fikirlər qeyd edilməklə nəzərə alınmışdır. O cümlədən məhkəmə tərəfindən işə hərtərəfli və obyektiv yanaşılması hakimin mövcud mübahisə ilə əlaqədar mənzilə yerində baxış keçirməsi ilə bir daha təsdiq edilir. Belə ki, məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı binanın istismara verildiyi və mənzilin hazır olduğu müəyyən edilmişdir. Iddiaçı ilə cavabdeh arasında bağlanılmış ##.##.2013-cü il tarixli Müqavilənin 3.1-ci maddəsinə əsasən, tikinti başa çatdıqdan sonra əvvəlcədən nəzərdə tutulmuş mənzilin bütün sənədlərini “Sifarişçi"yə təhvil vermək “Icraçı”nın öhdəliyidir. Bununla da məhkəmə tərəfindən iddia tələbi bu hissədə təmin olunmuşdur. Həmçinin Iddiaçı tərəfindən alınmış mənzilin onun adına rəsmiləşdirilməsi, X6 adına olması üçün mülkiyyət hüququ məhz cavabdeh tərəfindən İddiaçı ötürülməlidir. Bununla əlaqədar olaraq bildirir ki, cavabdehin özü də təqdim etdiyi etirazda qeyd etmişdir: “Mülki qanunvericiliyin tələbinə görə də alqı-satqı predmeti olan mənzil daşınmaz əmlak olduğu üçün ilk növbədə mülkiyyətçi olan satıcının əmlakı olaraq daşınmaz əmlakın reyestrində qeydiyyatdan keçməlidir ki, daha sonra satıcı əmlak üzərində mülkiyyət hüququnu alıcıya ötürə bilsin. Bu qayda hazırkı işdə mübahisəli mənzilə münasibətdə də tətbiq olunmuşdur. Belə ki, çoxmənzilli binanın mülkiyyətçisi kimi Cavabdeh MMC-nin həmin binanın tərkib hissəsi olan mənzilə dair mülkiyyət hüququnu qeydiyyata alınması zəruri idi ki, daha sonra notarial alqısatqı müqaviləsi ilə iddiaçının mülkiyyətinə verilsin. Beləliklə qanunvericiliyin tələbləri ilə də müəyyən edilir ki, MMC ilk növbədə binanın mülkiyyətçisi kimi tanınmalı, ondan sonra ayrı-ayrı şəxslərə həmin yaşayış və qeyri-yaşayış sahələrinin keçidini həyata keçirməlidir”. Göründüyü kimi cavabdehin özü tərəfindən təqdim edilmiş etirazda da Cavabdeh MMC tərəfindən iddiaçı ilə arasında notarial qaydada bağlanacaq alğı-satqı əməliyyatı əsasında mənzilin iddiaçının mülkiyyətinə keçirilməsinin müqavilə üzrə öhdəliyin onun üzərində olduğu bəyan edilmişdir. Belə olan halda, apellyatorun bir tərəfdən mənzilin iddiaçının adına keçirilməsi üçün özünün müəyyən hüquqi və faktiki hərəkətləri həyata keçirməli olduğunu bəyan etməklə qəbul etməsi, digər tərəfdən isə məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş həmin öhdəliklərin qeyri müəyyən və ya hüquqi əsası olmayan öhdəliklər kimi təqdim etməsi ziddiyyətli və əsassızdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayədəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, apellyasiya şikayəti formal olaraq verilibdir, birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Tələbin birinci hissəsini inkar etdiklərinə görə həmin tələb aradan qalxır və borcun olmamasını bəyan edirlər. Iddiaçı zamanında mənzilin pulunu ödəyib, lakin mənzil ona təhvil verilməyib. Iddiaçının çatmaq istədiyi hüquqi nəticə mənzilə çıxarışın alınmasıdır. Məqsəd odur ki, Cavabdeh MMC-nin adına reyestrdə aparılmış qeydə düzəliş edilsin.

24. Işə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublkasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Hazırkı işdə iddia qismən təmin olunduğundan və apellyasiya şikayətinin məzmununa əsasən cavabdeh qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində dəyişdirilməli, mübahisə predmeti olan mənzilə dair Cavabdeh MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyddə İddiaçı adına düzəliş edilməlidir.

30. Işdən müəyyən olunur ki, tərəflər arasında bağlanmış ##.##.2013-cü il tarixli, GMPB-**/**** nömrəli müqavilə üzrə iddiaçı tərəfindən üzərinə götürülən öhdəlik tam icra edilmiş, ##.##.2022-ci il tarixində cavabdehin adına dövlət reyestrində qeydiyyata alınmış Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 194, 196, 198, 200, 202, mənzil 43 (Yeni qaydalarla: AZ1141, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 202, M18, m1) dəyəri iddiaçı tərəfindən cavabdehə ##.##.2013-cü il tarixində tam olaraq ödənilmişdir.

31. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən, “Icraçı” Müqaviləyə 1 Saylı əlavədə göstərilən texniki şərtlərə uyğun olaraq yaşayış binasını tikib istifadəyə vermək, tikinti başa çatdıqdan sonra əvvəlcədən nəzərdə tutulmuş mənzilin bütün sənədlərini “Sifarişçi”yə təhvil vermək öhdəliklərini üzərinə götürmüşdür.

32. Iddia ərizəsinə əsasən iddiaçı Cavabdeh MMC-dən əldə etdiyi mənzilə dair dövlət reyestrindən çıxarışın onun adına dəyişdirilməsi üçün cavabdeh tərəfindən zəruri tədbirlərin görülməsi öhdəliyinin onun üzərinə qoyulmasını tələb etmişdir.

33. Cavabdehin etirazının dəlilləri ondan ibarətdir ki, sözügedən mənzilə dair çıxarışın iddiaçının adına dəyişdirilməsi, bu məqsədlə zəruri sənədlərin tərtib edilməsi, rəsmiləşdirilməsi və dövlət reyestrinə sənədlərin təqdim edilməsi kimi vəzifələr cavabdehə aid deyil. Belə ki, cavabdeh sözügedən vəzifələri icra etmək üçün nə notarius, nə də daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqandır. Hazırkı iş üzrə mübahisəli mənzil cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı üçün, həmin mənzilin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması yalnız notariat qaydada bağlanılan alqı-satqı müqaviləsi əsasında mümkündür. Beləliklə, cavabdehin vəzifəsi sadəcə notariat hərəkətlərinin icra edilməsi üçün sərəncamında olan zəruri materialları təqdim etməklə və müvafiq hüquqi əməliyyatların aparılması üçün nümayəndəsi vasitəsilə notariusda iştirak etməklə məhdudlaşır.

34. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə iddiaçının çatmaq istədiyi hüquqi nəticə onun tərəfindən dəyəri ödənilmiş mənzilə dair Cavabdeh MMC-nin adına reyestrdə aparılmış qeyddə onun adına düzəliş edilməsidir. Iddiaçının vəkili və nümayəndəsi də məhkəmə iclasında kollegiyanın sualına cavab olaraq bunu təsdiq etmişdir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir.

36. Mülki Məcəllənin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.

37. Hazırki işdən də müəyyən edilir ki, iddiaçı tərəfindən dəyəri tam ödənilmiş mənzilə dair cavabdehin adına dövlət reyestrində aparılmış qeyd həqiqi hüquqi vəziyyətə uyğun deyil və belə olan halda iddiaçı həmin qeyddə onun adına düzəliş aparılmasını tələb etməkdə haqlıdır.

38. Kollegiya göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, qətnamə mübahisələndirilən hissədə dəyişdirilməli, mübahisə predmeti olan mənzilə dair Cavabdeh MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyddə İddiaçı adına düzəliş edilməlidir.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi iddianın təmin olunan hissəsində dəyişdirilsin. Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 194, 196, 198, 200, 202, mənzil 43 (Yeni qaydalarla: AZ 1141, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 202, M18, m1) ünvanında yerləşən mənzilə dair cavabdeh Cavabdeh MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyddə iddiaçı İddiaçı adına düzəliş edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar