Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2288/2026 01.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qafarova Rəna Nazim qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. İddiaçıya məxsus fərdi yaşayış evi üzrə təbii qazdan qeyri-qanuni istifadə edilməsi əsası ilə aktlar tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və ******* saylı, ##.##.2019-cu il tarixli; ******* saylı, ##.##.2020-ci il tarixli; ******* saylı, ##.##.2020-ci il tarixli; ******* saylı, ##.##.2020-ci il tarixli; ******* saylı, ##.##.2020-ci il tarixli; ******* saylı, ##.##.2021ci il tarixli; ******* saylı, ##.##.2021-ci il tarixli; ******* saylı, ##.##.2021- ci il tarixli; ******* saylı, ##.##.2021-ci il tarixli; ******* saylı, ##.##.2021-ci il tarixli; ******* saylı, ##.##.2021-ci il tarixli; ******* saylı, ##.##.2021-ci il tarixli; ******* saylı, ##.##.2021- ci il tarixli; ******* saylı, ##.##.2022ci il tarixli; ******* saylı, ##.##.2024-cu il tarixli; ******* saylı, ##.##.2024-cu il tarixli aktlar tərtib edilmişdir.
2. Bunun nəticəsində iddiaçıya məxsus 100454707130000 abunə hesabı üzrə Cavabdeh İB tərəfindən 2019-cu il üçün 1 akt üzrə 756 manat, 2020-ci il üçün 4 akt üzrə 1.357 manat, 2021-ci il üçün 9 akt üzrə 4.528,80 manat, 2022-ci il üçün 1 akt üzrə 1.080 manat, 2024-cü il üçün 2 akt üzrə 3.844,80 manat, 2025-ci il üçün 1 akt üzrə 958,80 manat məbləğində itirilmiş qazın həcminə uyğun zərər hesablanmışdır.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İstehsalat Birliyi tərəfindən *************** saylı abonent kodu üzrə ona hesablanmış 11.596,5 manat məbləğində debitor borcun əsassız hesab edilərək, silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsi, ev 71 ünvanda yaşayır. Həmin ünvanda yerləşən yaşayış evi ona məxsusdur, qeyd edilən yaşayış evinə cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən qaz xətti çəkilmiş, *************** saylı abonent kodu açılaraq, yaşadığı evdə “Zenner G4T Mexaniki” markalı sayğac quraşdırılmışdır. Bildirir ki, bu vaxta qədər qazdan lazımi qaydada istifadə etmiş, istifadə etdiyi qazın dəyərini ödəmişdir. Bu yaxınlarda isə ona X3 Agentliyinin Bakı Filalı tərəfindən bildiriş göndərilmiş, barəsində ## ### 2024-cü il tarixli MN seriyalı ******* nömrəli İnzibati xəta haqqında protokolun tərtib edilməsi bildirilmişdir. Bundan sonra, o, bu barədə Sabunçu Qaz İstismar Sahəsinə müraciət etdikdə onun qaz sayğacından kənar xəttin aşkar edilməsi və nəticədə ona müxtəlif vaxtlarda aktların tərtib edilərək, ümumilikdə 11.596,5 manat məbləğində borc hesablanması bildirilmişdir. Bundan sonra, o, cavabdehdən sənədləri götürərək, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, onun ailəsi 4 nəfərdən ibarətdir və hamısı işləyir, demək olar ki, axşama qədər evdə heç kimi olmur, qazdan da büdcəsinə uyğun istifadə edir, soyuq aylarında əsasən evin isindirməsi üçün kondisionerdən istifadə edir. Bildirir ki, qazdan az istifadə etsə də, heç bir zaman sayğacdan kənar qaz xətti çəkməmiş, qazdan qanunsuz istifadə etməmişdir. Məhz bu baxımdan da cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən ondan tələb edilən məbləğ əsassız hesab edilərək ləğv edilməlidir. Belə ki, cavabdeh tərəfindən Təbii qazdan istifadə qaydalarının pozulması barədə aktlar tərtib edilən zaman, yəni qaz xəttinə baxış keçirilən zaman onun iştirakı təmin etməli, ona baş verən hal barədə məlumat verməli idi. Lakin həmin aktlardan da görünür ki, həmin aktlar imzalanması üçün ona təqdim edilməmişdir. Yəni artıq bu hal göstərir ki, tərəfindən qazdan qanunsuz istifadə edilməsi halı sübuta yetmir. Göründüyü kimi tərəfindən hər hansı bir qanunsuz halın həyata keçirilməsi sübut edilmədiyinə görə ona əsassız hesablanmış borc məbləği silinməlidir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, ##.##.2019-cu il tarixli, ******* saylı, ##.##.2020-ci il tarixli, ******* saylı, ##.##.2020-ci il tarixli, ******* saylı, ##.##.2020-ci il tarixli, ******* saylı, ##.##.2020-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı. ##.##.2021-ci il tarixli,******* saylı, ##.##.2021ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, .******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli, ******* saylı, ##.##.2024-cü il tarixli, ******* saylı, ##.##.2024cü il tarixli aktlara əsasən, Cavabdeh İstehsalat Birliyi tərəfindən Bakı şəhər, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov (Xanlar) küçəsi, döngə 7, ev 71V ünvanı üzrə abonent İddiaçı hesablanmış (abonent kodu 100454707130000 olan) 10.775,30 (on min yeddi yüz yetmiş beş manat, otuz qəpik) manat borc silinməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının yaşadığı evdə quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan itirilmiş qazın bərpasına görə hesablanmış borcun tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də, iddia tələbi qismən təmin edilərək, qaz sərfinə görə hesablanmış 10.775,30 manat məbləğində borc silinməlidir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2 və 448.2-ci maddələrinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.6, 4.7, 4.8, 4.9, 5.2, 6.5 və 6.7-ci bəndlərinə; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 8-1 maddəsinə; 13-cü maddəsinin 8-ci hissəsinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.
9. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, prosessuаl hüquq normаsının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir (iş materiallarında vardır). Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi iddiaçı T.Atababyev qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Cavabdeh İB-nə böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda 1-ci instansiya məhkəməsi iddia tələbini təmin edərək, səhv nəticəyə gələrək, əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sübutlar iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda, 1-ci instansiya məhkəməsi əsassız yerə iddia tələbini qismən təmin etmişdir. İddiaçı X6 aid olan 100454707130000 abonent koduna hesablanaraq vurulmuş məbləğ onun tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir.
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini əsassız hesab edərək təmin olunmamasını, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)- ****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsinin dəyişirilmədən saxlanılmasını xahiş etmişdir.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
13.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 14.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 15.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 16.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunan hissəsində yoxlanılması təşkil edir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
17.21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 18.1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ** saylı ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın
19.4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 20.4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 21.4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 22.4.9-cu bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 23.6.7-ci bəndinə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (akt tərtib edildiyi zaman qüvvədə olan redaksiyada)
24.13-cü maddəsinin 8-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 25.13-cü maddəsinin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
26.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 27.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 28.Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (81-ci maddə). 29.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından şikayət qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “******* saylı, ##.##.2019-cu il tarixli, ******* saylı, ##.##.2020-ci il tarixli, ******* saylı, ##.##.2020-ci il tarixli, ******* saylı, ##.##.2020-ci il tarixli, ******* saylı, ##.##.2020-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2021ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli aktlar üzrə hesablanmış borcun silinməsi” hissəsində qismən ləğv edilməli, qismən ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmalı, iddia 2.397,36 manat manat hissəsində rədd edilməlidir.
31. Belə ki, iş materiallarından göründüyü kimi Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda müxtəlif tarixlərdə qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, ünvanda sayğaca müdaxilə və qanunsuz qoşulma halları aşkar edilərək müvafiq aktlarla rəsmiləşdirilmişdir. Həmin aktlara əsasən iddiaçıya məxsus 100454707130000 abunə hesabına Cavabdeh İB tərəfindən 2019-cu il üçün 1 akt üzrə 756 manat, 2020-ci il üçün 4 akt üzrə 1.357 manat, 2021-ci il üçün 9 akt üzrə 4.528,80 manat, 2022-ci il üçün 1 akt üzrə 1.080 manat, 2024-cü il üçün 2 akt üzrə 3.844,80 manat, 2025-ci il üçün 1 akt üzrə 958,80 manat məbləğində zərər hesablanmış, ümumilikdə isə 12.525,4 manat məbləğində zərərin yarandığı müəyyən edilmişdir.
32. Nəzərə alınmalıdır ki, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci bəndi ““Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanuna əsasən 2022-ci il ###ın #-dən qüvvəyə minmiş, 2025-ci ilin ####un #-də qüvvədən düşmüşdür.
33. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 2022-ci il ###ın #-dən qüvvəyə minmiş 13-cü maddəsinin 8-1-ci bəndinə görə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
34. Kollegiya vurğulayır ki, mülki-prosessual qanunvericilikdə konkret sübut edilməli olan halın yalnız qanunvericilikdə göstərilən sübutetmə vasitəsi ilə təsdiq edilməli olduğu qeyd edilir. Hazırda da “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci bəndində də sübut edilməli olan halın, yəni baş vermiş zərərin məhz istehlakçının təqsirli və qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində yaranmasının yalnız göstərilən sübutetmə vasitələri ilə təsdiq olunmalı olduğu nəzərdə tutulmuşdur. Belə ki, qaz paylayıcısının vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ, onun qazın talanmasında təqsirli olması faktı müvafiq səlahiyyətli orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildiyi təqdirdə əsaslı hesab edilə bilər.
35. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, həmin Qanunun təsiri altına düşən dövrdə iddiaçının qanunsuz hərəkətlərə yol verməsi halının yalnız cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş aktlar əsasında təsdiq edilməsi Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin, həmçinin sözügedən qanunun tələblərinə ziddir. Çünki qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
36. Məhkəmə kollegiyası hesab edir ki, bu dövrü əhatə edən iddia tələbləri üzrə müəyyən edilməli olan halların sübütetmə yükü cavabdehin üzərinə düşür. Lakin cavabdeh qeyd edilən halları təsdiq edən müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası 2022-ci ilin may ayının 1-dən sonra tərtib olunmuş aktlar üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
37. Bununla belə kollegiya hesab edir ki, 2019-cı, 2020-ci, 2021-ci və 2022-ci (may ayının 1-dək) illər üzrə tərtib olunmuş aktlara münasibətdə birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlməmiş, işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir. Belə ki, məhkəmə həmin dövrə aid aktların tərtibi zamanı iddiaçının məlumatlandırılmaması, onun iştirakı təmin edilmədən aktların rəsmiləşdirilməsi və bu hallar üzrə cavabdehin təqdim etdiyi sübutların yetərli olmaması, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşməsi və s. hallara istinad etmişdir. Məhkəmə bu halları iddianın həmin hissədə təmin edilməsi üçün kifayət hesab etmişdir.
38. Məhkəmə kollegiyası hesab edir ki, iddianın həmin hissədə təmin edilməsinin əsası kimi birinci instansiya məhkəməsinin qeyd etdiyi hallar tərəfindən düzgün qiymətləndirilməmişdir. Belə ki, iddiaçının qanunsuz qaz istifadəsi faktını təsdiq edən aktlar iş materiallarına əlavə olunsa da, məhkəmə həmin aktları nə faktın mövcudluğunun sübutu kimi, nə də zərərin həcminin müəyyən edilməsi üçün həmin aktlarda əks olunmuş məlumatları, o cümlədən qaz cihazlarının sayı, onların texniki göstəriciləri, qaz sərfiyyatı imkanları, qanunsuz istifadə günlərinin sayı və gündəlik istifadə müddəti kimi halları ayrıca araşdırmış, bu hallar üzrə müqayisəli təhlil aparmışdır. Nəticədə maddi və prosessual hüquq normalarının pozulmasına yol vermişdir. Halbuki, mübahisənin düzgün həlli üçün iş üzrə əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmalı idi.
39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən 2019-cu, 2020-ci, 2021-ci və 2022-ci (may ayının 1-dək) illərdə tərtib olunmuş aktların nəzərə alınmaması düzgün hesab edilə bilməz.
40. Zərərin müəyyən edilməsi baxımından da nəzərə alınmalıdır ki, bilə-bilə (qəsdən) qaz qurğusu sahibinin icazəsi olmadan qazdan istifadə edən şəxs, qaz qurğusu sahibinə dəymiş zərərə görə məsuliyyət daşıyır. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə isə qaz paylayıcısının dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etmək hüququ vardır.
41. “Qazdan istifadə Qaydaları”nın mübahisəli münasibətlərin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı həmin qoşulmanı dərhal aradan qaldırmalı, qaz verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun qaydada tələb etməlidir.
42. Belə ki, mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində mühüm yer tutur. Bu öhdəliklərin məzmunu hüquq pozuntusuna yol vermiş şəxsin məsuliyyəti ilə müəyyən edilir və pozulmuş hüquq və mənafelərin bərpasına xidmət edir. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan və nəticədə digər şəxsə zərər vuran şəxs həmin zərərə görə mülki hüquqi məsuliyyət daşıyır.
43. Məhkəmə kollegiyası iş materiallarına əlavə edilmiş abunəçinin saldo məlumatlarına və təqdim olunmuş aktlara əsasən müəyyən edir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus 100454707130000 abunə hesabı üzrə Cavabdeh İB tərəfindən 2019-cu il üçün 1 akt üzrə 756 manat, 2020-ci il üçün 4 akt üzrə 1.357 manat, 2021-ci il üçün 9 akt üzrə 4.528,80 manat, 2022ci il üçün 1 akt üzrə 1.080 manat, 2024-cü il üçün 2 akt üzrə 3.844,80 manat, 2025-ci il üçün 1 akt üzrə 958,80 manat məbləğində itirilmiş qazın həcminə uyğun zərər hesablanmışdır.
44. Kollegiya müəyyən edir ki, iş materiallarına əlavə edilməmiş 04.2021-tarixli akt istisna olmaqla (apellyasiya baxışının predmeti deyil), həmin aktlar tərtib edildikləri tarixlərdə iddiaçının qazdan qanunsuz istifadə etməsi faktını təsdiqləyir. Bu əsasla İB-yə dəymiş zərərin hesablanması ilə bağlı müvafiq quruma - Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X5 Agentliyinə müracət etməsi zəruri hesab edilmişdir. Eyni zamanda iddiaçının 100454707130000 abonent hesabı üzrə mövcud borcun hesablanması həmin quruma həvalə olunmuşdur.
45. Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X5 Agentliyinin Bakı filialının ##.##.2026-cı il tarixli sorğuya cavabdan, ##.##.2022-ci il tarixinə qədər Cavabdeh İB tərəfindən 17 akt üzrə iddiaçıya hesablanmış 3.767,36 manat təşkil etdiyi müəyyən edilmişdir.
46. Belə ki, sözügedən ünvanda həmin illərdə 1 ədəd PQ-3 markalı məişət tipli qaz plitəsi, 1 ədəd dəmir soba və 1 ədəd qənaətli su qızdırıcısı növündə qaz qurğularından istifadə olunmuş, istehlakçı tərəfindən qazın talanmasında təqsirli olması müəyyən edildikdə analogiya üzrə “Qazdan istifadə Qaydaları”nın 6.5-ci, 6.5-1-ci və 6.5-3-cü bəndlərinə əsaslanaraq, iddiaçının fərdi yaşayış evi üzrə hesablanma aşağıdakı qaydada aparılmışdır:
47. 2019-cu il üzrə tərtib edilmiş akta əsasən, 1 ədəd PQ-3 qaz plitəsi üçün 0,9 m³ × 12 saat × 90 gün = 972 m³, 1 ədəd dəmir soba üçün 1,4 m³ × 12 saat × 90 gün = 1512 m³, 1 ədəd qənaətli su qızdırıcısı üçün isə 1,5 m³ × 12 saat × 90 gün = 1620 m³ qaz sərfiyyatı hesablanmışdır. Cəmi itirilmiş qazın həcmi 4104 m³, dəyəri isə 1700 m³ × 0,10 manat + 2404 m³ × 0,20 manat olmaqla 650,80 manat ola bilər.
48. 2020-ci ilin yanvar, fevral, mart və noyabr ayları üzrə tərtib edilmiş aktlara əsasən, 1 ədəd PQ-3 qaz plitəsi üçün 0,9 m³ × 12 saat × 30 gün = 324 m³, 1 ədəd dəmir soba üçün 1,4 m³ × 12 saat × 30 gün = 504 m³, 1 ədəd qənaətli su qızdırıcısı üçün isə 1,5 m³ × 12 saat × 30 gün = 540 m³ qaz sərfiyyatı hesablanmışdır. Aylıq itirilmiş qazın həcmi 1368 m³, dörd ay üzrə ümumi həcmi isə 1368 m³ × 4 = 5472 m³ təşkil edir. Bunun dəyəri 1700 m³ × 0,10 manat + 3772 m³ × 0,20 manat olmaqla 924,40 manat ola bilər.
49. 2021-ci ilin yanvar, fevral və dekabr ayları üzrə tətbiq edilmiş aktlara əsasən, 1 ədəd PQ-3 qaz plitəsi üçün 0,9 m³ × 12 saat × 30 gün = 324 m³, 1 ədəd dəmir soba üçün 1,4 m³ × 12 saat × 30 gün = 504 m³, 1 ədəd qənaətli su qızdırıcısı üçün isə 1,5 m³ × 12 saat × 30 gün = 540 m³ qaz sərfiyyatı hesablanmışdır. Aylıq itirilmiş qazın həcmi 1368 m³, üç ay üzrə ümumi həcmi isə 1368 m³ × 3 = 4104 m³ təşkil edir. Bunun dəyəri 1700 m³ × 0,10 manat + 2404 m³ × 0,20 manat olmaqla 650,80 manat ola bilər.
50. 2021-ci ilin iyun, iyul, avqust, sentyabr və oktyabr ayları üzrə tətbiq edilmiş aktlara əsasən, 1 ədəd PQ-3 qaz plitəsi üçün 0,9 m³ × 12 saat × 30 gün = 324 m³, 1 ədəd dəmir soba üçün isə 1,4 m³ × 12 saat × 30 gün = 504 m³ qaz sərfiyyatı hesablanmışdır. Aylıq itirilmiş qazın həcmi 828 m³, beş ay üzrə ümumi həcmi isə 828 m³ × 5 = 4140 m³ təşkil edir. Bunun dəyəri 1700 m³ × 0,10 manat + 2440 m³ × 0,20 manat olmaqla 658 manat ola bilər.
51. 2022-ci il üzrə tətbiq edilmiş akta əsasən, 1 ədəd PQ-3 qaz plitəsi üçün 0,9 m³ × 12 saat × 30 gün = 324 m³, 1 ədəd dəmir soba üçün 1,4 m³ × 12 saat × 30 gün = 504 m³, 1 ədəd qənaətli su qızdırıcısı üçün isə 1,5 m³ × 12 saat × 30 gün = 540 m³ qaz sərfiyyatı hesablanmışdır. Cəmi itirilmiş qazın həcmi 1368 m³, dəyəri isə 164,16 manat ola bilər.
52. Beləliklə də, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” müvafiq illər üzrə qərarları nəzərə alınmaqla, qaz xəttinə qeyri-qanuni qoşulma nəticəsində vurulmuş zərərin məbləği 2019-cu il üzrə 650,80 manat, 2020-ci il üzrə 924,40 manat, 2021-ci il üzrə 658 manat, 2022-ci il üzrə 164,16 manat və 2024cü il üzrə 411,20 manat təşkil edir. Bundan başqa, 2025-ci il üzrə X5 Agentliyinin Bakı filialının ##.##.2025-ci il tarixli, ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarı ilə 958,80 manat məbləğ müəyyən edilmişdir.
53. Belə olan halda, Cavabdeh İB tərəfindən 2019-cu, 2020-ci, 2021-ci (8 akt) və 2022-ci il may ayının 1-dək tərtib edilmiş aktlar üzrə iddiaçıya ümumilikdə 2.397,36 manat məbləğində borc hesablanması mümkün hesab edilmişdir. Buna görə də, iddiaçının adına olan saldoda həmin dövrü əhatə edən aktlar üzrə birinci instansiya məhkəməsinin müəyyən etdiyi 6.930,5 manat deyil, 2.397,36 manat məbləğində borc saxlanılmaqla qalan hissə isə silinməlidir.
54. Kollegiya birinci instansiya məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin */**** nömrəli ##.##.2026-cı il tarixli məhkəmə-trasoloji ekspertizasının rəyi ilə əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik deyil və ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatı o halda kifayət qədər yüksək olur ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar işə baxılan zaman müəyyən edilməsin.
55. Göründüyü kimi, sözügedən rəyə əsasən tədqiqata təqdim olunmuş boru üzərində müdaxilə nəticəsində yaranması xarakterik olan iz və zədə aşkar edilməmiş; qaz sayğacından kənar xətlərin çəkilməsi faktı da müşahidə olunmamışdır. Bununla belə, iş materiallarından görünür ki, iddiaçı mübahisəli dövrdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsi, ev 71 ünvanında yaşamış və həmin dövrdə qazpaylayıcı müəssisənin xidmətlərindən istifadə etmişdir. Lakin 100454707130000 abunə kodu üzrə istifadə edilmiş təbii qaza görə ödənişlərin demək olar ki, aparılmadığı müəyyən edilir.
56. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi qismən - “******* saylı, ##.##.2019-cu il tarixli, ******* saylı, ##.##.2020-ci il tarixli, ******* saylı, ##.##.2020-ci il tarixli, ******* saylı, ##.##.2020-ci il tarixli, ******* saylı, ##.##.2020-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2021ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli akt üzrə hesablanmış borcun silinməsi” hissəsində qismən ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmalı, iddia 2.397,36 manat manat hissəsində rədd edilməlidir.
57. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
58. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddianın qiyməti (təmin olunmayan hissədə) beş min manatdan az olduğundan hazırki qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
59. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.
60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsi “******* saylı, ##.##.2019-cu il tarixli, ******* saylı, ##.##.2020-ci il tarixli, ******* saylı, ##.##.2020-ci il tarixli, ******* saylı, ##.##.2020-ci il tarixli, ******* saylı, ##.##.2020-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2021ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli akt üzrə hesablanmış borcun silinməsi” hissəsində qismən ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə iddiası ******* saylı, ##.##.2019-cu il tarixli, ******* saylı, ##.##.2020-ci il tarixli, ******* saylı, ##.##.2020-ci il tarixli, ******* saylı, ##.##.2020-ci il tarixli, ******* saylı, ##.##.2020-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2021ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2021-ci il tarixli, ******* saylı, ##.##.2022-ci il tarixli aktlar üzrə hesablanmış borcun 2.397,36 manat məbləği hissəsində rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Rəna Qafarova Fuad Abdıyev