Məhkəmə qərarları › İş №e-2(3-6)-2409/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2409/2026

16.07.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2409/2026 16.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh “xxxx” X1 qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Iş № *(3-6)-2409/2026 (Açar sözlər: Borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və X6 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi ilə, Iddiaçı İddiaçı nümayəndəsi nümayəndə2, Cavabdeh “xxxx” X1 nümayəndəsi nümayəndə1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh “xxxx” X1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı

1. “xxxx” PHŞ Nəsimi rayon Sukanal Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-*/*-***/**** nömrəli müraciətə cavab məktubuna əsasən obyekt üzrə yoxlama zamanı sayğacdan kənar istifadə nəticəsində 1098 m3 həcmində əlavə su sərfiyyatı hesablanmışdır. Hazzırki göstəriciləri nəzərə alınmaqla abonent üzrə ümumilikdə 5130,94 manat məbləğində borc yaranmışdır.

2. Abonent haqqında məlumata əsasən abonent kodu: 19073413/051227 olan * nömrəli Hüquq Məsləhətxanasının cari tarixə (avqust 2025) su borcu 1779,34 manat, çirkab borcu 1155,60 manat, qanunsuz istifadə (su) 1098 manat, qanunsuz istifadə (çirkab) 1098 manat, cəmi 5130,94 manat qalıq borcu yaranmışdır.

3. ##.##.2025-ci il tarixli qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatına əsasən * nömrəli Hüquq Məsləhətxanası tərəfindən 0,61 mm diametrli boru vasitəsilə gündə 5 saat olmaqla 360 gün (12 ay) ərzində içməli su və tullatı sularının axıdılması xidmətindən qanunsuz istifadə edilməsi nəticəsində ümumilikdə 2196 manat “xxxx” ASC-yə ziyan vurulmuşdur.

4. “xxxx” X1 ##.##.2025-ci il tarixli ****** nömrəli aktına əsasən ünvan 1 ünvanında yerləşən * nömrəli Hüquq Məsləhətxanasına su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və ünvanda sayğacdan kənar çəkilmiş d=15 mm su xətti vasitəsilə sudan qeyri-qanuni istifadə olunur. Su sağyacının üzərində olan plomb qırılmış vəziyyətdədir. Bu akt * nömrəli Hüquq Məsləhətxanası tərəfindən sudan qqeyri qanuni istifadə edilməsi nəticəsində “xxxx” X1 vurulmuş maddi ziyanın hesablanması və ödənilməsi üçün əsasdır.

a)Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı İddiaçı cavabdeh “xxxx” X1 qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi "xxxx" X1 Nəsimi rayon Su kanal Idarəsi tərəfindən iddiaçı İddiaçı əsassız hesablanmış 5130.94 manat borcun silinməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. 6.Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi "xxxx" Publik Hüquqi şəxs Nəsimi rayon Sukanal Idarəsi iddiaçı İddiaçı (abonomentin kodu- 19073413/051227) ünvanladığı ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubu ilə istifadə edilmiş su təchizatı və kanalizasiya xidmətlərinə görə 2942,94 manat son ödəmə tarixi keçmiş, ödənilməmiş borcun yarandığını, həmin borcu "Su təhcizatı və tullantı suları haqqında" AR Qanunun 26-cı maddəsinə və "X7nın" 2.1.9.2- ci yarımbəndinə əsasən xəbərdarlıq məktubu təqdim edildiyi gündən 1 ay müddətində tam məbləğdə "Su təhcizatı və tullantı suları haqqında" AR Qanunun 26-cı maddəsinə ödənilməsi təklif olunmuş, əks təqdirdə su təhcizatı müəssisəsinin istahlakçının su təhcizatı və kanalizasiya xidmətinin dayandırmaq hüququ olduğunu, 7 gün müddətində borcun ödənilməsi tələb olunmuş, cavabdehin ##.##.2025-ci il tarixdə iddiaçıya təqdim etdiyi qaimə hesab fakturaya görə isə iddiaçının cavabdehə olan borcu əslində 5130,94 (beş min yüz otuz manat) təşkil etdiyi bildirilmişdir. Iddiaçı ##.##.2025-ci il tarixli, *** saylı məktubu ilə cavabdehin istinad edilmiş xəbərdarlıq məktubuna və ##.##.2025-ci il tarixdə təqdim edilmiş qaimə hesab fakturada hesablanmış borc tələbinə etiraz edərək cavabdehdən borcun yaranma əsaslarını, borcun hansı xidmət və illəri əhatə etməsi barədə rəsmi sənəd təqdim etməyi, əsassız hesablanmış borcun silinməsi barədə müraciətinə cavab olaraq təqdim edilmiş ##.##.2025-ci il tarixli, *-**-*-*/*-***/**** saylı məktubu ilə icarədə olan qeyri yaşayış sahəsinin hesabatı 051227 kodu ilə mexaniki su ölçən cihazın göstəricisinə uyğun aparıldığını, ünvanda mexaniki tipli SSS- 15 ****** saylı sayğac mövcud olduğunu, araşdırma zamanı obyektin sanitar qovşağını, qidalandıran su xəttinin sayağacdan keçmədiyi aşkarlandığı və itirilmiş 1098 m³ serfiyyat bərpa edildiyini, hazırda sayğacın göstəricisi 1462 m² olmaqla 5130,94 manat borcun yarandığı bildirilmiş və dəymiş ziyanın aktının bir nüxsəsi sənədə əlavə etdikləri bildirilmişdir. Iddiaçı qeyd edilmiş imtina məktubu ilə razı deyil və hesab edir ki, aşağıda göstərilmiş əsaslara görə cavabdehin üzərinə iddiaçıya əsassız hesablanmış borcun silinməsi haqqında qətnamə çıxarılmalıdır. Belə ki, iddiaçı İddiaçı (əvvəllər Bakı şəhəri * saylı Vəkil Məsləhətxanası) 1950-ci illlərdən iddia ərizəsinin verildiyi günə eyni ünvanda AR Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (əvvəllər Dövlət Əmlak Komitəsi ilə bağlanmış icqrə müqavilələri əsasında fəaliyyət göstərmiş, bu gün də eyni əsaslarla fəaliyyət göstərməyə davam edir. O vaxtdan da obyektin sanitar qovşağı mövcud olmuş və həmin sanitar qovşağı qidalandıran su xətti sayağacdan keçmiş hal-hazırda da keçməyə davam edir və bu müddət ərzində də iddiaçı su təhcizatı və kanalizasiya xidmətlərinə görə cavabdehə olan borcunu axırıncı tərəfindən təqdim edilmiş elektron qaimə-fakturalar əsasında ödəmişdir. Bu hal iddia ərizəsinə əlavə son 3 ilin elektron qaimə fakturalarla təsdiq olunur. Həmin qaimə-fakturaların heç birində cavabdeh iddiaçının cavabdehə ödənilməmiş qalıq borcun olması göstərilməmişdir. Cavabdehin obyektin sanitar qovşağını qidalandıran su xəttinin sayğacdan keçmədiyi aşkarlandığı və itirilmiş 1098 m³ serfiyyat bərpa edildiyini, hazırda sayğacın göstəricisi 1462 m² olmaqla 5130,94 manat borcun yarandığını göstərməsinə, cavabdeh bu faktı təsdiq edən hər hansı bir sübut və dəlili iddiaçıya təqdim etməmiş, bu haqda iddiaçının nümayəndəsinin iştrakı ilə yerində baxış keçirilməmiş, müvafiq akt tərtib edilməmişdir. Yuxarıda qeyd edildiyi kimi obyekt istifadədə olduğu müddətdə obyektin qidalandıran su xətti sayğacdan keçmiş, hal-hazırda da keçməyə davam edir. Bununla əlaqədar məhkəmədən iddiaçının fəaliyyət göstərdiyi obyektə mütəxəssis və ya ekspertin iştrakı ilə yerində baxış keçirilməklə müvafiq rəyin alınmasına etiraz edilmir. Ən başlıcası isə odur ki, cavabdeh iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubunda istifadə edilmiş su təhcizatı və kanalizasiya xidmətlərinə görə 2942,94 manat borcun olduğunu göstərdiyi halda. ##.##.2025-ci il tarixdə iddiaçıya təqdim etdiyi qaimə hesab fakturada cavabdehə olan borcun 2942,94 manat yox, əslində 5130,94 (beş min yüz otuz manat) təşkil etdiyi bildirmiş və bunun əsasını təşkil edən sübutların cavabdehdən tələb edilməsinə baxmayaraq iddia ərizəsinin verildiyi günədək onlara təqdim edilməmişdir. "Su təhcizatı və tullantı suları haqqında" AR Qanunun 30.1ci maddəsinin tələblərinə görə su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Istehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Hesab edilir ki, iddiaçı istinad edilmiş maddənin tələblərinə uyğun olaraq hər ay cavabdeh tərəfindən təqdim edilmiş elektron qaimə-fakturalar əsasında istehlakçıya verdiyi suyun dəyərini tam ödəmiş iddia ərizəsinin verildiyi günə onun cavabdehə borcu qalmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "X7nın təstiq edilməsi haqda ##.##.2024-cü il tarixli qərarın 3.1.1-ci bəndinə görə STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akı tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək hüququ vardır. Lakin cavabdeh iddiaçı tərəfindən obyektin sanitar qovşağını qidalandıran su xəttinin sayğacdan keçmədiyi aşkarlanması faktını təsdiq edən sübutları iddiaçıya taqdim etməmiş, bu haqda iddiaçının nümayəndəsinin iştirakı ilə yerində baxış keçirməklə müvafiq akt tərtib etməmişdir. Bu əsasla da hesab edilir ki, cavabdeh tərəfindən əsassız olaraq hesablanmış borcun silinməsi haqda qətnamə qəbul edilməlidir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim-Oruclu Aydan) iddianın qismən təmin edilməsi, cavabdeh “xxxx” X1 tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli, ****** nömrəli akta əsasən iddiaçı İddiaçı (* nömrəli Hüquq Məsləhətxanasının) adına qanunsuz istifadə (su) 1098 (bir min doxsan səkkiz) manat, qanunsuz istifadə (çirkab) 1098 (bir min doxsan səkkiz) manat olmaqla, ümumilikdə hesablanmış 2196 (iki min bir yüz doxsan altı) manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, “xxxx” X1 ##.##.2025-ci il tarixli ****** nömrəli aktına əsasən ünvan 1 ünvanında yerləşən * nömrəli Hüquq Məsləhətxanasına su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş, ünvanda sayğacdan kənar çəkilmiş d=15 mm su xətti vasitəsilə sudan qeyri-qanuni istifadə olunduğu, su sağyacının üzərində olan plombun qırılmış vəziyyətdə olduğu müəyyən edilmiş və həmin akt əsasında * nömrəli Hüquq Məsləhətxanasına qanunsuz istifadə (su) 1098 manat, qanunsuz istifadə (çirkab) 1098 manat olmaqla, ümumilikdə 2196 manat məbləğində borc hesablanmışdır. Iş materiallarında olan abonent haqqında məlumata əsasən * nömrəli Hüquq Məsləhətxanasının cari tarixə (avqust 2025) su borcu 1779,34 manat, çirkab borcu 1155,60 manat, qanunsuz istifadə (su) 1098 manat, qanunsuz istifadə (çirkab) 1098 manat olmaqla, cəmi 5130,94 manat qalıq borcu yaranmışdır. Hazırda iddiaçı İddiaçı cavabdeh "xxxx" X1 qarşı əsassız hesablanmış 5130.94 manat məbləğində borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh “xxxx” X1 ##.##.2025-ci il tarixli ****** nömrəli aktı istehlakçı tərəfindən imzalanmamış, istehlakçı aktı imzalamaqdan imtina etmişdirsə də, bu barədə aktda müvafiq qeyd aparılmamış, akt birtərəfli qaydada yalnız cavabdehin əməkdaşları tərəfindən imzalanmaqla tərtib edilmişdir. Cavabdeh yol verilmiş pozuntunun texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alındığını təsdiq edən disk təqdim etsə də, tərəflərin iştirakı ilə məhkəmə iclasında görüntülərə baxış keçirilərkən, yoxlama prosesində iddiaçı tərəfin iştirakının təmin edilmədiyi, aktın 4 nəfər tərəfindən imzalanmasına baxmayaraq yoxlama zamanı cavabdeh tərəfdən yalnız 1 nümayəndənin iştirak etdiyi müəyyən olunmuşdur. Həmçinin sözügedən aktın surəti istehlakçıya təqdim edilməmişdir. Cavabdeh tərəfindən ##.##.2025-ci il tarixli reyestrdən çıxarış təqdim edilsə də, həmin tarixdə aktın surətinin deyil, iddiaçının (* saylı vəkil bürosunun müdirinin) müraciətinə ##.##.2025-ci il tarixli cavab məktubunun göndərildiyi müəyyən olunmuşdur. Bundan başqa məhkəmə qeyd etmişdir ki, obyektə aid sayğacda aşkar edilən qüsura görə istehlakçının məsuliyyət daşıması qanunvericilikdə birbaşa nəzərdə tutulmamışdır. Digər tərəfdən, həmin qüsurun məhz istehlakçının hərəkətləri nəticəsində baş verməsi də yoxlama zamanı müəyyən edilməmişdir. Sayğacda qüsurun mövcudluğu faktı təsdiq edilsə də, bu qüsurun yaranmasında istehlakçının təqsirli olması yalnız ehtimal xarakteri daşıyır. Bu ehtimalı təsdiq edən kifayət qədər sübutlar isə cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, akt əsasında hesablanmış borc “xxxx” X1 tərəfindən hesablanıldığından göstərilən halların həqiqətə uyğun olmasının sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh iddiaçıya məxsus olan ünvan 1 ünvanı üzrə ümumi 2196 manat məbləğində borcun hansı səbəbdən yaranmasını əsaslandıra bilməmiş və bu barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Həmçinin əgər istehlakçı həqiqətən müvafiq qanun pozuntularına yol vermişdisə, nəyə görə qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülməmiş, talamanın qarşısı alınmamış, hüquq mühafizə orqanlarına məlumat verilməmiş, sadəcə birtərəfli qaydada akt tərtib olunması ilə kifayətlənilmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən akt əsasında ümumi 2196 manat məbləğində borcun hesablanması əsassız və qanunsuz olmuşdur.

10. Məhkəmə iddiaçının 1999-cu ildən 2025-ci ilin avqust ayına qədər su borcu və çirkab borcuna görə hesablanmış ümumi 2934,94 manat məbləğində borcun silinməsi tələbinə münasibətdə isə qeyd etmişdir ki, iddiaçının içməli su və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə yaranmış borcunun (su borcu 1779,34 manat + çirkab borcu 1155,60 manat) silinməsi üçün heç bir əsas aşkar edilməmişdir. 11.Məhkəmə öz mövqeyini “Istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3, 18, 19.1 və 26-cı; “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 30.1-ci maddələri; “Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2014-cü il tarixli *** saylı Qərarı ilə təsdiq edilmiş “X7”nın 2.1.3, 2.1.4, 2.1.5, 3.1.1, 5.1.1, 8.6, 8.7-ci bəndləri; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 217.4, 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən cavabdeh “xxxx” X1 apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi, iddia tələbinin rədd edilməsi və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 35.65 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki ha larından göründüyü kimi iddiaçı sayğacdan kənar su xətti vasitəsi ilə qoşulma edərək sudan qeyri-qanuni istifadə etmiş, bunun nəticəsində “xxxx” X1 2196 manat məbləğində ziyan vurmuşdur. Ziyanın məbləği qaydaların 8.7-ci bəndinə əsasən hesablanmışdır. Qanunsuz qoşulma faktını təsdiq edən akt tərtib edilmiş, video çəkiliş aparılmış və həmin sübutlar məhkəməyə təqdim edilmişdir. Iş üzrə bu kimi sübutların olmasına baxmayaraq, məhkəmə tərəfindən göstərilən maddi hüquq normaları tətbiq edilməmiş, nəticədə əsassız qətnamə qəbul edilmişdir. Məhkəməyə tərəflərindən sayğacdan kənar qeyri-qanuni xəttin çəkilməsi faktını sübut edən videogörüntü təqdim edilmişdir. Həmin sübutlarda su sayğacından kənar qeyri-qanuni su xəttinin mövcudluğu (kənar xəttin iş diametri 15-mm-lik) açıq aşkar görünür. Lakin, məhkəmə qətnamə qəbul edərkən həmin sübutları qiymət verməyərək əsassız qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Iddiaçının nümayəndəsi və vəkili nümayəndə2 apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e*(***)-****/**** saylı qətnaməsinn dəyişdirilmədən saxlanılması, həmin qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

a)Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi, izahatında qeyd etdi ki, sudan qanunsuz istifadə halları ilə bağlı müvafiq aktlar və videogörüntülər təqdim edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi sözügedən halları nəzərə almamışdır.

16. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında qeyd etdi ki, cavabdehin apellyasiya şikayətində məhkəmə tərəfindən araşdırmanın aparılmamasına istinad edilsə də, birinci instansiya məhkəməsində kifayət qədər araşdırma aparılmış və cavabdehə sübutların təqdim edilməsi üçün şərait yaradılmışdır. Cavabdeh sadəcə akt və elektron sistemindən çıxarış təqdim etmişdir. Sözügedən aktın əsassız olması birinci instansiya məhkəməsində aparılan araşdırmalarla öz təsdiqini tapmışdır. Büroya gələn şəxsin “xxxx” X1 əməkdaşı olmasından, eyni zamanda həmin sayğaca baxış keçirilməsi, akt tərtib edilməsi və video çəkiliş aparılmasından büronun rəhbərliyinin, vəkillərin və işçilərin məlumatı olmayıb. Onlara xəbərdarlıq göndərildikdən sonra həmin prosesdən məlumatıları olub. Aktda göstərilənlər həqiqətə uyğun deyil. Onlar su təhcizatı və kanalizasiya xidmətlərinə görə ödənişlər etmişdir. Bu hal son 3 ilin elektron qaimə fakturaları ilə təsdiq olunur. Fakturalarda yalnız aylıq borclar göstərilib və onlar da həmin borcları ödəmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası: 17.Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 18.Maddə 21.Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsinəzərdə tutulmasın. 19.Maddə 560.1.Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 20.Maddə 72.Su təchizatı və kanalizasiya müəssisələri bu Qanunun tələblərini pozduqlarına görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2014-cü il tarixli, *** saylı Qərarı ilə təsdiq edilmiş “X7”nın: 21.7.9-cu bəndi.Suölçən cihaz yararsız vəziyyətə düşdükdə, yeni suölçən cihaz quraşdırılanadək istifadə olunan suyun həcmi, bundan əvvəlki 12 (on iki) ayda (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) sərf olunmuş suyun orta aylıq sərfi həcmində təyin edilir.

22. 5.1.5-ci bəndi.Verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyridəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarıdır.

23. 6.4-cü bəndi. Yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına STKM (su təchizatı və kanalizasiya müəssisəsi), mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına isə istehlakçı cavabdehlik daşıyır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 24.Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. 25.Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 26.Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 27.Maddə 77.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 28.Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

29.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 30.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verəmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 31.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 32.Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, “xxxx” X1 ##.##.2025-ci il tarixli ****** nömrəli aktına əsasən ünvan 1 ünvanında yerləşən * nömrəli Hüquq Məsləhətxanasına su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş, ünvanda sayğacdan kənar çəkilmiş d=15 mm su xətti vasitəsilə sudan qeyri-qanuni istifadə olunduğu, su sağyacının üzərində olan plombun qırılmış vəziyyətdə olduğu müəyyən edilmiş və həmin akt əsasında * nömrəli Hüquq Məsləhətxanasına qanunsuz istifadə (su) 1098 manat, qanunsuz istifadə (çirkab) 1098 manat olmaqla, ümumilikdə 2196 manat məbləğində borc hesablanmışdır. Iş materiallarında olan abonent haqqında məlumata əsasən * nömrəli Hüquq Məsləhətxanasının cari tarixə (avqust 2025) su borcu 1779,34 manat, çirkab borcu 1155,60 manat, qanunsuz istifadə (su) 1098 manat, qanunsuz istifadə (çirkab) 1098 manat olmaqla, cəmi 5130,94 manat qalıq borcu yaranmışdır.

33. Borcun əsassız hesablandığını iddia edən İddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək qanunsuz hesablanmış borcun silinməsini xahiş etmişdir.

34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan kollegiya qeyd edir ki, “xxxx” X1 ##.##.2025-ci il tarixli ****** nömrəli aktına əsasən ünvan 1 ünvanında yerləşən * nömrəli Hüquq Məsləhətxanasına su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və ünvanda sayğacdan kənar çəkilmiş d=15 mm su xətti vasitəsilə sudan qeyri-qanuni istifadə olunur. Su sağyacının üzərində olan plomb qırılmış vəziyyətdədir. Aktda qeyd olunur ki, akt * nömrəli Hüquq Məsləhətxanası tərəfindən sudan qeyri qanuni istifadə edilməsi nəticəsində “xxxx” X1 vurulmuş maddi ziyanın hesablanması və ödənilməsi üçün əsasdır.

35. Halbuki, borcun əsasını təşkil edən həmin akt istehlakçı tərəfindən imzalanmamış, istehlakçı aktı imzalamaqdan imtina etmişdirsə də, bu barədə aktda müvafiq qeyd aparılmamış, akt birtərəfli qaydada yalnız cavabdehin əməkdaşları tərəfindən imzalanmaqla tərtib edilmişdir.

36. Cavabdeh yol verilmiş pozuntunun texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alındığını təsdiq edən disk təqdim etsə də, tərəflərin iştirakı ilə məhkəmə iclasında görüntülərə baxış keçirilərkən, yoxlama prosesində iddiaçı tərəfin iştirakının təmin edilmədiyi, aktın 4 nəfər tərəfindən imzalanmasına baxmayaraq yoxlama zamanı cavabdeh tərəfdən yalnız 1 nümayəndənin iştirak etdiyi müəyyən olunmuşdur. Həmçinin sözügedən aktın surəti istehlakçıya təqdim edilməmişdir. Cavabdeh tərəfindən ##.##.2025-ci il tarixli reyestrdən çıxarış təqdim edilsə də, həmin tarixdə aktın surətinin deyil, iddiaçının (* saylı vəkil bürosunun müdirinin) müraciətinə ##.##.2025-ci il tarixli cavab məktubunun göndərildiyi müəyyən olunmuşdur.

37. Qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, kənarda quraşdırılan suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına STKM (su təchizatı və kanalizasiya müəssisəsi) cavabdehlik daşımasına və əgər sayğac istehlakçı tərəfindən yararsız hala düşmüşdürsə bunu sübut edmək vəzifəsi cavabdehin üzərinə düşməsinə baxmayaraq qeyd olunan halları təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir.

38. Məhkəmə düzgün olaraq qeyd etmişdir ki, həmin qüsurun məhz istehlakçının hərəkətləri nəticəsində baş verməsi də yoxlama zamanı müəyyən edilməmişdir. Sayğacda qüsurun mövcudluğu faktı təsdiq edilsə də, bu qüsurun yaranmasında istehlakçının təqsirli olması yalnız ehtimal xarakteri daşıyır. Bu ehtimalı təsdiq edən kifayət qədər sübutlar isə cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır.

39. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. Kollegiya qeyd edir ki, MPM-in 402.1-ci maddəsinə əsasən mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan aşağı olduğundan qətnmədən kassasiya şikayəti verilə bilməz. 41.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh “xxxx” X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Günay Axundova Hakimlər Məhəmməd Rüstəmli Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar