Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2479/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), Hakimlər X2 Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdehlər “Pilot İnşaat-A” Mənzil Tikinti Kooperativi, cavabdeh2 İsmayıl oğlu və cavabdeh1 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından cavabdeh “Pilot İnşaat-A” Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdehlər “Pilot-İnşaat-A” Mənzil Tikinti Kooperativinə, cavabdeh2 İsmayıl oğluna və cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh “Pilot-İnşaat-A” Mənzil Tikinti Kooperativi yazılı vəsatətlə məhkəmə müraciət edərək, işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə mülki işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsinə dair vəsatəti təmin edilməmişdir. Cavabdeh “Pilot-İnşaat-A” MTK həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilərək, işin ərazi aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, daşınmaz əmlak ünvan 1 ünvanda yerləşir, iddiaçı ona məxsus olduğunu iddia etdiyi əmlakın hazırda cavabdeh1 mülkiyyətində olduğunu iddia edir və sonuncunun müvafiq hüquq müəyyənedici sənədlərinin ləğv etməklə dolayısı həmin qeyri-yaşayış sahəsinin ona geri qaytarılmasını tələb edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə Kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə müvafiq olaraq, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. - 36.2. Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. - 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. - 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi cavabdeh “Pilot İnşaat-A” MMC ilə cavabdeh cavabdeh2 İsmayıl oğlu arasında bağlanmış çoxmənzilli yaşayış binasında qeyriyaşayış sahəsinin alqı-satqısına dair QYS*/** nömrəli ## ###### 2019-cu il tarixli müqavilənin və cavabdeh “Pilot İnşaat-A” MMC ilə cavabdeh cavabdeh1 arasında bağlanmış çoxmənzilli yaşayış binasında qeyri-yaşayış sahəsinin alqı-satqısına dair */** nömrəli ## ###### 2021-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi isə bağlı olduğundan, iddia ərizəsinə müstəsna aidiyyət qaydalarına uyğun olaraq daşınmaz əşyanın olduğu yerə görə deyil, cavabdehlərdən birinin qeydiyyat ünvanı üzrə baxılmalıdır. Cavabdehlərdən cavabdeh2 İsmayıl oğlu Xətai rayonunda qeydiyyatda olduğundan mülki iş icraata qəbul edilərkən ərazi aidiyyət qaydaları pozulmamışdır. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 263 və 264-cü maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №e-2(3-6)-2479/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2479/2026
24.06.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver