Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2483/2026 23.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək cavabdehlə onun arasında bağlanmış ##.##.2023-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir.
2. Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı (hakim Məmməd Məmmədov) ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
3. Iddiaçının həmin qərardaddan verdiyi şikayət verərək, şikayətini belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən dövlət rüsumu ödənilmiş, lakin məhkəmə bunu nəzərə almamışdır. Odur ki, qərardadın ləğv eidlməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir.
4. Rayon məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
7. Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları rayon məhkəməsinə göndərilməlidir.
8. Ərizəni geri qaytaran rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən ##.##.2024-cü il tarixində Abşeron Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun qəbzini təqdim etmişdir. Həmin qəbz üzrə Abşeron Rayon Məhkəməsinə işə baxılıb-baxılmaması, həmçinin rüsumun dövlət büdcəsindən iddiaçıya qaytarılıb-qaytarılmamasını müəyyən etmək mümkün olmur. Məhkəmə hesab edir ki, iddiaçı ödənilmiş rüsumun onun tərəfindən təhvil alınmamasına dair sübut təqdim etməli və ya Suraxanı Rayon Məhkəməsinin hesabına qanunla müəyyən olunmuş məbləğdə rüsumun ödənilməsini təmin etməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, iddia ərizəsi tərtib edilərkən cavabdehin ünvanı barədə məlumatlar (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) iddia ərizəsində göstərilməmişdir.
9. Rayon məhkəməsi şikayətin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddia ərizəsi məhkəməyə təqdim edilərkən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir. Məhkəmə öz təşəbbüsü ilə elektron qaydada tərtib edilmiş iddia ərizəsinin məzmunundan müəyyən etmişdir ki, iddiaçının ödənildiyini iddia etdiyi dövlət rüsumu ##.##.2024-cü il tarixində Abşeron Rayon Məhkəməsinin hesabına köçürülmüşdür. Daha sonra müəyyən edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh X1 qarşı fərdi yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi və ##.##.2024-cü il tarixli, ********** nömrəli qəbz əsasında ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmışdır. Həmin dövlət rüsumu əvvəlki iş üzrə istifadə olunaraq geri qaytarıldığı üçün məhkəmə tərəfindən, eyni qəbzin yeni iddia üzrə prosessual əsas kimi qəbul edilməsi mümkün hesab edilməmişdir. Bundan əlavə, həmin qəbz əsasında iddianın icraata qəbul edilməsi gələcəkdə eyni dövlət rüsumunun təkrar qaytarılması riskini yarada bilər. Belə ki, iddiaçı Abşeron Rayon Məhkəməsinin qərardadı ilə geri qaytarılması nəzərə tutulmuş rüsumun gələcəkdə ona ödənilməsini tələb edə bilər.
10. Məhkəmə rayon məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşmayaraq hesab edir ki, rayon məhkəməsi iddianın mümkünlüyü haqqında məsələni, dövlət rüsumunun ödənilməsi barədə qəbzlə bağlı yaranmış qeyri-müəyyənlikləri məhkəmə iclası təyin etməklə, tərəflərin iştirakını təmin edərək araşdıra bilərdi. Belə ki, MPM-in 151.2-ci maddəsinə əsasən zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər.
11. Hazırkı halda, rayon məhkəməsinin dövlət rüsumunun məhz hazırkı mübahisə ilə bağlı ödənilməsini təsdiq edən sənədin əlavə edilməməsi əsası ilə iddia ərizəsinin geri qaytarılması barədə qənaəti düzgün hesab edilə bilməz, çünki prosessual qanunvericiliyə əsasən rayon məhkəməsinin bu halı yoxlamaq imkanı olmuş, lakin rayon məhkəməsi MPM-in 14.1-ci maddəsində təsbit olunmuş vəzifəsini yerinə yetirməmişdir.
12. Belə ki, MPM-in 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
13. Məhkəməyə çatım hüququ “praktiki və effektiv” olmalıdır (Bellet Fransaya qarşı iş). Çatım hüququnun effektiv olmaslı üçün fərd “hüquqlarına müdaxilə təşkil edən bir hərəkətə etiraz etmək üçün aydın və praktiki imkana“ malik olmalıdır (Bellet Fransaya qarşı, X4rşı işlər).
14. “X7rşı”, “ Beles və digərləri Çexiya Respublikasına qarşı”, “RTBF Belçikaya qarşı” işlərdə Avropa Məhkəməsi bildirmişdir ki, “prosessual qaydanın daxili məhkəmələr tərəfindən xüsusilə ciddi şəkildə şərh edilməsi məhkəməyə çatım hüququndan məhrum edə bilər”.
15. “X2rşı”, “Philis Yunanıstana qarşı” və digər işlərdə Avropa Məhkəməsi qeyd etmişdir ki: “müəyyən hüquq subyektlərinin məhkəmə icraatını başlamasına maneə təşkil edən prosessual qaydalar “məhkəmə hüququ və məhkəməyə çatım hüququ”nun pozulmasına gətirib çıxara bilər.
16. Bundan əlavə, Avropa Məhkəməsinin qəti bərqərar olmuş mövqeyinə görə məhkəməyə hüquq yalnız məhkəmə icraatı başlatmaq hüququnu deyil, həmçinin mübahisənin məhkəmə tərəfindən həll edilməsinə nail olmaq hüququnu da ehtiva edir (X5 San Marinoya qarşı iş).
17. Beləliklə, Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən, hesab edir ki, rayon məhkəməsinin gəldiyi qənaət əsaslı olmadığından, şikayət təmin edilməli, qərardad ləğv edilməli və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları həmin məhkəməyə göndərilməlidir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
19. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il # ####### tarixdən qüvvəyə minmiş) ## #### 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
20. Beləliklə müəyyən olunur ki, prosessual qanunvericiliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
21. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qərara aldı:
Iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin və iddia ərizəsinin mümkünlüyü məsələsinə tərəfləri dəvət etməklə məhkəmə iclasında baxılması üçün mülki iş materialları Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.