Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2524/2026 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № *(3-6)-2524/2026 (Açar sözlər: kommunal xidmət haqqının ödənilməsi) Hakimlər Qafarova Rəna Nazim qızı (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, İddiaçı İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “kommunal xidmət haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli ## ### 2026-cı il tarixli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi İşin halları
1. Podratçı “xxxx” MTK və sifarişçi Cavabdeh arasında bağlanmış *** nömrəli, ##.##.2012-ci il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqaviləyə əsasən sifarişçi bu müqaviləni əsas tutaraq sifariş edir, podratçı Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr.92A ünvanında tikilməkdə olan yaşayış binasının 9-cu blokunda 17ci mərtəbədə, 4 otaqlı * nömrəli mənzilin tikintisini öz öhdəsinə götürür.
2. İddiaçı MMMC-nin təsis yığıncağının ## ###### 2025-ci il tarixli qərarına əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr.92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin (bundan sonra Yaşayış binası) idarə edilməsi ilə bağlı çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə sahə mülkiyyətçilərini çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqlan və bu xidmətlərin göstərilməsi üzrə, mənzillərin hor kvadrat metri üçün müəyyən edilmiş 0,30 (otuz qəpik) AZN məbləğindəki qiymətə yenidən baxılması, baxaraq aşağıdakı şərtlərlə razı olduğlarını təsdiq etdilər: Bakı şəhəri,Yasamal rayonu, H.Zərdabi pr.92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin (bundan sonra Yaşayış binası) idarə edilməsi ilə bağlı çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə sahə mülkiyyətçilərini çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqları və bu xidmətlərin göstərilməsi üzrə sakinlərlə müqavilə bağlanılması.
3. “Çoxmənzilli evin idarə edilməsi haqqında” “xxxx” MTK (Mülkiyyətçi) ilə İbrahimov Etibar Cavad oğlu (İdarə edən) arasında bağlanmış ## ###### 2016-cı il tarixli müqaviləyə əsasən Mülkiyyətçi inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 92A ünvanında yerləşən çoxmənzilli evlərin idarə edilməsi ilə bağlı bütün səlahiyyətli əvəzsiz olaraq İdarə edənə verməyi, İdarə edən isə öz növbəsində Mülkiyyətçinin inşa etdiyi çoxmənzilli evi ondan qəbul edib hazırki müqavilə ilə razılaşdırılmış şərtlər əsasında idarə edilməsini həyata keçirməyi öhdəsinə götürmüşdür.
4. Tələbin güzəştinə dair ## ###### 2024-cü il tarixli müqaviləyə əsasən mülkiyyətçi İbrahimov Etibar Cavad oğlu Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr 92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin idarə edilməsi ilə bağlı ## ###### 2024-cü il tarixədək yaranmış bütün tələb və hüquqlarını və səlahiyyətlərini əvəzsiz olaraq idarəçi İddiaçı MMMC-yə güzəşt etmişdir.
5. İddiaçı MMMC tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 3166-cı məhəllə, ev 92A, 9-cu blok, **** saylı mənzilin mülkiyyətçisi kimi ## ###### 2023-cü ildən ## ##### 2026-cı il tarixə kimi (aprel ayı daxil deyil) 931.4 manat məbləğində borcu vardır. Borcun yaranması əsası: 1) sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq hər kvadrat metr üçün ödəniş və haqların miqdarı: 0,30 (otuz qəpik) manat, 1 ay üçün: 169x0,30=50.7 manat; 2) mənzilin sahəsi: 169 kvadrat metr; 3) 263.5 manat - tələbin güzəştinə dair müqaviləyə qədər; 4) 1368.9 manat - İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin fəaliyyəti dövrü ## ###### 2024-cü il tarixdən ## ##### 2026-cı il tarixədək; 5) damofon-videomüşahidə sistemi üzrə aylıq xidmət haqqı: 2 manat : 27 ay x 2 manat = 54 manat; 6) ## ###### 2023-cü il tarixindən sonra ödənilən ümumi məbləğ: 755 manat; 7) ümumi borcun hesablanması: (263.5+1368.9+54)-755 manat= 931.4 manat.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı İddiaçı MMMC cavabdeh Cavabdeh qarşı “kommunal xidmət haqqının ödənilməsi” tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 931,4 manat məbləğində kommunal xidmətlərə görə borc məbləğinin və 30 manat məbləğində dövlət rüsumunun, cəmi 961,4 manat pulun tutularaq iddiaçı İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırmışdır ki, xxxx MMMCəmiyyəti müstəqil təsərrüfat subyekti olmaqla Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 92a ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmışdır və öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının “Mülki Məcəllə”sinə, Azərbaycan Respublikasının “Mənzil Məcəlləsi”nə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və öz Nizamnaməsinə uyğun olaraq həyata keçirir. Cəmiyyət dövlət qeydiyyatına alınmaqla, ona dövlət reyestrindən çıxarış və qeyri-kommersiya hüquqi şəxsin Şəhadətnaməsi verilib. Cəmiyyətin nizamnaməsinə əsasən yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək hüququ İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə həvalə olunub. İddiaçı MMMC ilə çoxmənzilli binanın sahə mülkiyyətçiləri arasında bağlanan müqaviləyə əsasən kommunal xidmətlər, o cümlədən: giriş-çıxışa və əraziyə nəzarətin həyata keçirilməsi; ümumi istifadədə olan sahələrin, həyətin təmizlənməsi; liftlərə xidmət göstərilməsi, saz vəziyyətdə saxlanılması, təmiri və elektrik enerjisi ilə təmin olunması; məişət tullantılarının müəyyən olunmuş yerdən daşınması; cari təmir işlərinin həyata keçirilməsi; suyun anbardan nasoslar vasitəsilə mənzilə verilməsi; blokların, pilləkənlərin, həyətlərin işıqlandırılması işləri MMMC tərəfindən həyata keçirilir. Kommunal xidmətin haqqı mənzilin ümumi sahəsinin hər kvadrat metri üçün 30 qəpik məbləğində müəyyən olunmuşdur. Cavabdeh Cavabdeh çoxmənzilli binanın sahə mülkiyyətçisi kimi ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədiyi üçün, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 92A, 9cu blok, **** saylı mənzilin mülkiyyətçisi olaraq “Yasamal71” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ümumilikdə ## ###### 2023-cü ildən ## ##### 2026-cı il tarixinə kimi (aprel ayı daxil deyil) ümumilikdə 931,4 (doqquz yüz otuz bir manat 40 qəpik) manat məbləğində borcu yaranmışdır. Cavabdeh ona edilən xəbərdarlıqlara baxmayaraq həmin borcu bu günə qədər ödəməmişdir. İddiaçı borcun ödənilməsini xahiş etsə də, cavabdeh tərəf borcunu ödəməkdən yayınıb. Bu baxımdan pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçı hesab edir ki, iddia tələbində qeyd edilən 931,4 manat məbləğindəki borc məbləği və 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-****/**** nömrəli işi üzrə ## ### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh 559.9 manat məbləğində kommunal borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutularaq iddiaçı İddiaçı MMMC-yə ödənilməsi qət edilmişdir.
9. Məhkəmə hesab etmişdir ki, mənzil qanunvericiliyinə əsasən ümumi əmlakın saxlanması və təmiri üzrə kommunal xərclər ümumi yığıncağın qərarı ilə müəyyən edilir və sahə mülkiyyətçisi tərəfindən ödənilməlidir. İddiaçı İddiaçı MMMC tərəfindən məhkəməyə maliyyə arayışı təqdim olunmuş və həmin arayışda borcun yaranma əsası kimi xərclərin aşağıdakı formada hesablanması qeyd edilmişdir: sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq hər kvadrat metr üçün ödəniş və haqların miqdarı: 0,30 (otuz qəpik) manat, 1 ay üçün: 169x0,30=50.7 manat; mənzilin sahəsi: 169 kvadrat metr; 263.5 manat - tələbin güzəştinə dair müqaviləyə qədər; 1368.9 manat - İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin fəaliyyəti dövrü ## ###### 2024-cü il tarixdən ## ##### 2026-cı il tarixədək; damofon-videomüşahidə sistemi üzrə aylıq xidmət haqqı: 2 manat : 27 ay x 2 manat = 54 manat; ## ###### 2023-cü il tarixindən sonra ödənilən ümumi məbləğ: 755 manat; ümumi borcun hesablanması: (263.5+1368.9+54)-755 manat= 931.4 manat. 10.Həmçinin məhkəmə qeyd etmişdir ki, mənzilin sahəsinin 169 kv.m olması cavabdeh tərəfindən mübahisələndirilmir, xidmət haqqının 0,3 manat müəyyən olunması nəzərə alınmaqla aylıq xidmət haqqının 50.7 manat müəyyən olunması, İddiaçı MMMC-nin fəaliyyəti dövrü - ## ###### 2024-cü il tarixdən ## ##### 2026-cı il tarixədək 1368.9 manat borcun hesablanması ilə bağlı qeyd edir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. İddia tələbinin “tələbin güzəştinə dair müqaviləyə qədər 263.5 manat məbləğində tələbi”nə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, tələbin güzəştinə dair ## ###### 2024-cü il tarixli müqaviləyə əsasən mülkiyyətçi İbrahimov Etibar Cavad oğlu Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr 92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyriyaşayış sahələrinin idarə edilməsi ilə bağlı ## ###### 2024-cü il tarixədək yaranmış bütün tələb və hüquqlarını və səlahiyyətlərini əvəzsiz olaraq idarəçi İddiaçı MMMC-yə güzəşt etmişdir. Lakin hazırkı situasiyada tələbin hansı əsaslarla yaranması təsdiqini tapmır, yəni tələb hüququnu təsdiqləyən borcun hansı əsaslarla yaranmasını əks etdirməli olan sənəd mövcud deyildir. Buna görə də məhkəmə qeyd edir ki, yalnız tələbin güzəşti barədə müqavilə bu hissədə iddianın təmin edilməsi üçün əsas ola bilməz. 11.Eyni zamanda məhkəmə qeyd etmişdir ki, “domofon video müşahidə sistemi üzrə aylıq xidmət haqqı 2 manat hesablanmaqla 27 ay üzrə 54 manat məbləğində pul vəsaitinin tutulması” barədə hissəsini əsassız hesab edir. Belə ki, bu ödənişin tutulması ilə bağlı ümumi yığıncağın qərarı və tərəflər arasında bağlanmış müqavilə yoxdur. Eyni zamanda məhkəmə qeyd edir ki, domofon video müşahidə xidməti göstərən hüquqi şəxslə mənzil mülkiyyətçisi arasında bu xidmətin göstərilməsi barədə müqavilə bağlanılır və xidmət haqqı hər bir sahə mülkiyyətçisi tərəfindən həmin hüquqi şəxsə ödənilir. Həmçinin məhkəmə qeyd edir ki, ## ###### 2023-cü il tarixindən sonra ödənilən ümumi məbləğ 755 manat təşkil etdiyindən, həmin məbləğ və domofon video müşahidə sistemi üzrə 54 manat xidmət haqqı 1368.9 manat borcdan çıxılmalı, cavabdehdən 559.9 (1368.9-755-54=559.9) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. 12.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 193.1, 193.2, 193.3, 194.1, 198.2, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.3, 38.1, 38.2, 43.2.4, 109.5, 119.1, 119.2, 120.5, 122.1.3, 122.4, 135.1, 136.2, 137.4-137.10-cu, 138.5, 140.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri 13.Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 14.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə “tələbin güzəştinə dair müqaviləyə qədər” yaranmış 263,5 manat məbləğində borcun hüquqi əsasının olmadığını əsas gətirərək iddianı həmin hissədə təmin etməmişdir. Lakin bununla yanaşı, məhkəmə cavabdeh tərəfindən ödənilən 755 manat məbləğində ödənişləri tam həcmdə, yəni ## ###### 2023-cü il tarixindən ## ###### 2024-cü il tarixinədək olan ödənişləri də İddiaçı MMMC-nin fəaliyyəti dövründə, yəni ## ###### 2024-cü il tarixindən ## ##### 2026-cı il tarixədək yaranmış borcdan çıxmışdır. Halbuki, qeyd olunan ödənişlərin bir hissəsi əvvəlki dövrə aid olmuşdur. Məhkəmə həmin dövr üzrə edilmiş ödənişləri cəmiyyət dövründə yaranmış borca aid etməklə borcun hesablanmasını yalnış aparmışdır. Eyni zamanda, iş materiallarında olan maliyyə arayışından açıq şəkildə görünür ki, ## ###### 2024-cü il tarixindən ## ##### 2026-cı il tarixədək yaranmış 1368,9 manat məbləğində borc yalnız kommunal xidmətlərə dair yaranan borcdur. Həmin maliyyə arayışında domofonvideomüşahidə sisteminə görə xidmət haqqı üzrə yaranan 54 manat məbləğində borc isə ayrıca göstərilmişdir. Buna baxmayaraq, məhkəmə 54 manat məbləğində domofon-videomüşahidə sistemi üzrə xidmət haqqını ayrıca deyil, kommunal xidmətlərə görə hesablanmış 1368,9 manat borcun tərkib hissəsi kimi qiymətləndirərək həmin məbləği də yenidən 1368,9 manat borcdan çıxmışdır. Nəticədə eyni məbləğ iki dəfə nəzərə alınmış və borcun hesablanması düzgün aparılmamışdır. Bundan başqa, məhkəmənin “tələbin güzəştinə dair müqaviləyə qədər” yaranmış borcun hüquqi əsasının sübut edilməməsi barədə gəldiyi nəticə isə birbaşa cavabdehin hərəkətləri ilə-həmin dövrdə icra etdiyi ödənişlərlə təkzib olunur. Göründüyü kimi, qanunverici kommunal xidmətlərə görə ödəniş vəzifəsini ümumi qaydada bütün istifadəçilərin və mülkiyyətçilərin üzərinə qoyur. Qanunvericiliyə uyğun olaraq, kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil cavabdehin istifadəsinə verildiyi andan yaranıb. “xxxx” MTK ilə cavabdeh Cavabdeh arasında ## #### 2012-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə” bağlanmışdır və həmin müqaviləyə əsasən cavabdeh Cavabdeh sözügedən mənzili MTK-dan almışdır. Bununla da cavabdeh həmin tarixdən etibarən yalnız mənzilə sahiblik və istifadə hüququ əldə etməmiş, eyni zamanda çoxmənzilli yaşayış binasının ümumi əmlakına münasibətdə paylı mülkiyyətçi kimi çıxış etməyə başlamışdır. Bu isə öz növbəsində onun üzərinə qanunvericilikdən irəli gələn bir sıra öhdəliklər, o cümlədən binanın saxlanması, istismarı və idarə olunması ilə bağlı xərclərdə payına mütənasib şəkildə iştirak etmək vəzifəsini qoyur. Eyni zamanda, iş materiallarına əlavə olunan maliyyə arayışında da aydın şəkildə göstərildiyi kimi, cavabdehin kommunal borcu 2023-cü ilin avqust ayından etibarən yaranmağa başlamışdır. Bu isə onu göstərir ki, cavabdeh həmin tarixədək kommunal xidmət haqlarını ödəmişdir və hər hansı borcu yaranmamışdır. Belə olan halda, haqlı olaraq belə bir sual yaranır: əgər tərəflər arasında xidmət münasibəti və həmin xidmətlərin hüquqi əsasımövcud deyildisə, cavabdeh hansı səbəbdən və hansı öhdəliyin icrasıməqsədilə həmin ödənişləri həyata keçirmişdir? Bu da bir daha yuxarıda qeyd olunan xidmət münasibətlərinin mövcudluğunu təsdiq edir. Bundan başqa, məhkəmə iş materiallarına əlavə edilmiş maliyyə arayışını düzgün qiymətləndirməyərək iş üzrə borcun hesablanması zamanı yanlış nəticəyə gəlmişdir. Belə ki, məhkəmə “tələbin güzəştinə dair müqaviləyə qədər” yaranmış 263,5 manat məbləğində borcun hüquqi əsasının sübuta yetirilmədiyini göstərərək iddianı həmin hissədə təmin etməmişdir. Lakin bununla yanaşı, cavabdeh tərəfindən həyata keçirilmiş 755 manat məbləğində ödənişləri tam həcmdə İddiaçı MMMC-nin fəaliyyəti dövründə, yəni ## ###### 2024-cü il tarixindən ## ##### 2026-cı il tarixinədək yaranmış borcdan çıxmışdır. Halbuki, həmin ödənişlər 2023-cü ilin avqust ayından 2026-cı ilin aprel ayına qədər olan ödənişlərdir. Eyni zamanda, maliyyə arayışından açıq şəkildə görünür ki, ## ###### 2024cü il tarixindən ## ##### 2026-cı il tarixinədək yaranmış 1 368,9 manat məbləğində borc yalnız 27 ay üçün kommunal xidmətlər üzrə hesablanmış borcdur. Domofonvideomüşahidə sistemi üzrə xidmət haqqına görə yaranmış 54 manat məbləğində borc isə maliyyə arayışında ayrıca borc məbləği kimi göstərilmişdir. Buna baxmayaraq, məhkəmə həmin 54 manat məbləğində borcu yalnız kommunal xidmətlər üzrə hesablanmış 1368,9 manat məbləğində borcdan çıxmışdır. Nəticədə, məhkəmənin mövqeyinə uyğun yanaşma sərgiləsək, Cəmiyyətin fəaliyyəti dövründə, yəni 27 ay üzrə hesablanan borcdan yalnız Cəmiyyətin fəaliyyəti dövründə, yəni 2024-cü ilin yanvar ayından 2026-cı ilin aprel ayınadək olan ödənişlər çıxılmalı idi.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 93.1-ci maddəsinə əsasən tələbin güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir; 193.2-ci maddəsinə əsasən əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir; 193.3-cü maddəsinə əsasən əvvəlki sahib tələb əsasında bu hüququn və tələbin güzəşti barədə lazımınca təsdiqlənmiş sənədi də əldə edənə verməlidir. Bu sənədin təsdiqlənməsi üçün zəruri xərclər yeni sahibin üzərinə qoyulur; 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür; 198.2-ci maddəsinə əsasən tələbi başqa şəxsə güzəşt etmiş kreditor ona tələb hüququnu təsdiqləyən sənədləri təqdim etməyə və tələbin həyata keçirilməsi üçün əhəmiyyət daşıyan məlumatları bildirməyə borcludur.
17. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 29.3-cü maddəsinə əsasən qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir; 119.2-ci maddəsinə əsasən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyrikommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil; 120.5-ci maddəsinə əsasən tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyriyaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər; 122.1.3-cü maddəsinə əsasən cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək kimi hüququ vardır; 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. 137.4-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənziltikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 137.6-cı maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. 137.10-ci maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun ## ######## 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti (ixtisaslaşmış istehlak kooperativi) vasitəsilə və ya idarəedici təşkilat tərəfindən həyata keçirilir. Mənzil Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. V.Ələsgərovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il ## ###### tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə görə, yuxarıda göstərilən vəzifə çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu, xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir. Mənzil Məcəlləsinin 128.0.3-cü maddəsinə əsasən, müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifəsidir. Nəzərə almaq lazımdır ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır, cəmiyyətin idarə heyətinin səlahiyyətlərinə aid olan məsələləri həll etmək hüququna malikdir (Mənzil Məcəlləsinin 125.1 və 125.4-cü maddələri). Həmin Məcəllənin 125.2.4-cü maddəsinə müvafiq olaraq isə cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək ümumi yığıncağın müstəsna səlahiyyətidir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 384.0.3-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 394-1.1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir. 394-1.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər. 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 394-1.4. İş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. İddiaçı İddiaçı MMMC tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilir. Odur ki, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
23. Belə ki, işin faktiki hallarından müəyyən olunur ki, Podratçı “xxxx” MTK və sifarişçi Cavabdeh arasında bağlanmış *** nömrəli, ##.##.2012-ci il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqaviləyə əsasən sifarişçi bu müqaviləni əsas tutaraq sifariş edir, podratçı Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr.92A ünvanında tikilməkdə olan yaşayış binasının 9-cu blokunda 17-ci mərtəbədə, 4 otaqlı * nömrəli mənzilin tikintisini öz öhdəsinə götürür. “Çoxmənzilli evin idarə edilməsi haqqında” “xxxx” MTK (Mülkiyyətçi) ilə İbrahimov Etibar Cavad oğlu (İdarə edən) arasında bağlanmış ## ###### 2016-cı il tarixli müqaviləyə əsasən Mülkiyyətçi inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 92A ünvanında yerləşən çoxmənzilli evlərin idarə edilməsi ilə bağlı bütün səlahiyyətli əvəzsiz olaraq İdarə edənə verməyi, İdarə edən isə öz növbəsində Mülkiyyətçinin inşa etdiyi çoxmənzilli evi ondan qəbul edib hazırki müqavilə ilə razılaşdırılmış şərtlər əsasında idarə edilməsini həyata keçirməyi öhdəsinə götürmüşdür.
24. Tələbin güzəştinə dair ## ###### 2024-cü il tarixli müqaviləyə əsasən mülkiyyətçi İbrahimov Etibar Cavad oğlu Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr 92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin idarə edilməsi ilə bağlı ## ###### 2024-cü il tarixədək yaranmış bütün tələb və hüquqlarını və səlahiyyətlərini əvəzsiz olaraq idarəçi İddiaçı MMMC-yə güzəşt etmişdir.
25. İddiaçı MMMC-nin təsis yığıncağının ## ###### 2025-ci il tarixli qərarına əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr.92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin (bundan sonra Yaşayış binası) idarə edilməsi ilə bağlı çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə sahə mülkiyyətçilərini çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqlan və bu xidmətlərin göstərilməsi üzrə, mənzillərin hor kvadrat metri üçün müəyyən edilmiş 0,30 (otuz qəpik) AZN məbləğindəki qiymətə yenidən baxılması, baxaraq aşağıdakı şərtlərlə razı olduğlarını təsdiq etdilər: Bakı şəhəri,Yasamal rayonu, H.Zərdabi pr.92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyriyaşayış sahələrinin (bundan sonra Yaşayış binası) idarə edilməsi ilə bağlı çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə sahə mülkiyyətçilərini çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqları və bu xidmətlərin göstərilməsi üzrə sakinlərlə müqavilə bağlanılması.
26. İddiaçı MMMC tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 3166-cı məhəllə, ev 92A, 9-cu blok, **** saylı mənzilin mülkiyyətçisi kimi ## ###### 2023-cü ildən ## ##### 2026-cı il tarixə kimi (aprel ayı daxil deyil) 931.4 manat məbləğində borcu vardır. Borcun yaranması əsası: 1) sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq hər kvadrat metr üçün ödəniş və haqların miqdarı: 0,30 (otuz qəpik) manat, 1 ay üçün: 169x0,30=50.7 manat; 2) mənzilin sahəsi: 169 kvadrat metr; 3) 263.5 manat - tələbin güzəştinə dair müqaviləyə qədər; 4) 1368.9 manat - İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin fəaliyyəti dövrü ## ###### 2024-cü il tarixdən ## ##### 2026-cı il tarixədək; 5) damofon-videomüşahidə sistemi üzrə aylıq xidmət haqqı: 2 manat : 27 ay x 2 manat = 54 manat; 6) ## ###### 2023-cü il tarixindən sonra ödənilən ümumi məbləğ: 755 manat; 7) ümumi borcun hesablanması: (263.5+1368.9+54)-755 manat= 931.4 manat.
27. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən belə nəticəyə gəlmişdir ki, mənzilin sahəsinin 169 kv.m olması cavabdeh tərəfindən mübahisələndirilmir, xidmət haqqının 0,3 manat müəyyən olunması nəzərə alınmaqla aylıq xidmət haqqının 50.7 manat müəyyən olunması, İddiaçı MMMC-nin fəaliyyəti dövrü - ## ###### 2024-cü il tarixdən ## ##### 2026-cı il tarixədək 1368.9 manat borcun hesablanması ilə bağlı qeyd edir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. İddia tələbinin “tələbin güzəştinə dair müqaviləyə qədər 263.5 manat məbləğində tələbi”nə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, tələbin güzəştinə dair ## ###### 2024-cü il tarixli müqaviləyə əsasən mülkiyyətçi İbrahimov Etibar Cavad oğlu Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr 92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin idarə edilməsi ilə bağlı ## ###### 2024-cü il tarixədək yaranmış bütün tələb və hüquqlarını və səlahiyyətlərini əvəzsiz olaraq idarəçi İddiaçı MMMC-yə güzəşt etmişdir. Lakin hazırkı situasiyada tələbin hansı əsaslarla yaranması təsdiqini tapmır, yəni tələb hüququnu təsdiqləyən borcun hansı əsaslarla yaranmasını əks etdirməli olan sənəd mövcud deyildir. Buna görə də məhkəmə qeyd edir ki, yalnız tələbin güzəşti barədə müqavilə bu hissədə iddianın təmin edilməsi üçün əsas ola bilməz. Eyni zamanda məhkəmə hesab etmişdir ki, “domofon video müşahidə sistemi üzrə aylıq xidmət haqqı 2 manat hesablanmaqla 27 ay üzrə 54 manat məbləğində pul vəsaitinin tutulması” barədə hissəsini əsassız hesab edir. Belə ki, bu ödənişin tutulması ilə bağlı ümumi yığıncağın qərarı və tərəflər arasında bağlanmış müqavilə yoxdur. Eyni zamanda məhkəmə qeyd edir ki, domofon video müşahidə xidməti göstərən hüquqi şəxslə mənzil mülkiyyətçisi arasında bu xidmətin göstərilməsi barədə müqavilə bağlanılır və xidmət haqqı hər bir sahə mülkiyyətçisi tərəfindən həmin hüquqi şəxsə ödənilir. Həmçinin məhkəmə qeyd edir ki, ## ###### 2023-cü il tarixindən sonra ödənilən ümumi məbləğ 755 manat təşkil etdiyindən, həmin məbləğ və domofon video müşahidə sistemi üzrə 54 manat xidmət haqqı 1368.9 manat borcdan çıxılmalı, cavabdehdən 559.9 (1368.9-755-54=559.9) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gədiyi nəticə ilə - “## ###### 2024-cü ilədək tələb edilən kommunal xidmətlərə görə haqqın ödənilməsi və domofon video müşahidə sistemi üzrə aylıq xidmət haqqının ödənilməsi” hissəsində iddianın rədd edilməsinə, “## ###### 2024-cü il tarixdən ## ##### 2026-cı il tarixədək ödənilməmiş kommunal xidmətlərə görə haqqın tutulması hissəsində iddianın əsaslı hesab edilməklə təmin edilməsinə” dair mövqeyi ilə qanunvericiliyin tələbini və işin faktiki hallarını, təqdim edilən sənədləri və məhkəmənin qətnamədə əsaslandırdığı hüquqi mövqeni nəzərə alaraq razılaşır və onu əsaslı hesab edir.
29. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin ## ###### 2024-cü il tarixdən ## ##### 2026-cı il tarixədək kommunal xidmətə görə ödənilməmiş haqqın məbləğinin 559.9 manat müəyyən edilməsinə dair gəldiyi nəticə düzgün olmamışdır.
30. Odur ki, apelyasiya şikayətinin məhz bu dövrü əhatə edən hesablamanın səhv olması ilə bağlı dəlilləri əsaslıdır.
31. Belə ki, İddiaçı MMMC tərəfindən 169 kv.m sahəsi olan mənzil üçün xidmət haqqının 0,3 manat müəyyən olunması nəzərə alınmaqla aylıq xidmət haqqı 50.7 manat müəyyən olunmuşdur. Bu səbəbdən ödənilməmiş xidmət haqqı hesablanan zaman məhz ## ###### 2024-cü il tarixdən ## ##### 2026-cı il tarixədək kommunal xidmətlərə görə ümumilikdə 1368.9 manat borcun hesablanması və həmin dövrdə cavabdeh tərəfindən ödənilən kommunal xidmət haqqı məbləğləri nəzərə alınmalı idi.
32. İş materiallarından müəyyən edilir ki, cavabdeh Cavabdeh tərəfindən ##.##.2024-cü il tarixli ********* saylı kassa mədaxil orderinə əsasən 51 manat, ##.##.2024cü il tarixli ********* saylı kassa mədaxil orderinə əsasən 53 manat, ##.##.2024-cü il tarixli ********* saylı kassa mədaxil orderinə əsasən 200 manat, ##.##.2025-ci il tarixli ********* saylı kassa mədaxil orderinə əsasən 250 manat olmaqla, ümumilikdə 554 manat kommunal xidmət borcu üzrə ödəniş edilmişdir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, mənzilin ümumi sahəsi 169 kv.m, hər kv.m üçün 0.30 manat olmaqla 169 x 0.3 = 50,7 manat x 27 ay (İddiaçı MMMC-nin fəaliyyəti dövrü ##.##.2024-##.##.2026-cı il tarixədək) üçün kommunal xidmət haqqı 1368,9 manat hesablanmışdır. Ümumi məbləğdən qeyd olunan dövr üzrə cavabdeh tərəfindən edilmiş ödənişlər nəzərə alınmaqla 814,9 manat (1368,9-554=814,9) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Buna görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə təmin edilən hissədə dəyişdirilərək, cavabdeh Cavabdeh 814,9 manat məbləğində ödənilməmiş kommunal xidmət haqqı tutularaq iddiaçı İddiaçı MMMC-yə ödənilməlidir.
34. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə pul məbləğinin hesablanması hissəsində düzgün olmadığından, iddiaçının apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə həmin hissədə qismən təsdiq olunmaqla, qətnamənin dəyişdirilməsinə əsas verir. Bununla bağlı olaraq, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə müzakirə olunan qaydada dəyişdirilməli, apelyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
35. Məhkəmə xərclərinə gəldikdə kollegiya qeyd edir ki, məhkəmə xərcləri iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq tutulmalıdır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 30 manat, apellyasiya şikayətinin verilməsinə görə isə 15 manat dövlət rüsumu ödəmişdir.
36. Belə olan halda kollegiya hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 15 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
37. Hazırki qətnamə iddianın qiyməti 5000 manatdan az olan kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında çıxarılmış məhkəmə qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılaraq qəbul edildiyindən apellyasiya instansiyası məhkəməsinin qərarı çıxarıldığı gün qanuni qüvvəyə minir.
Nəticə:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 394-1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli ## ### 2026-cı il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh Cavabdeh 814,9 (səkkiz yüz on dörd manat doxsan qəpik) manat məbləğində ödənilməmiş kommunal xidmət haqqı və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, eləcə də apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 15 (on beş) manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı MMMC-yə ödənilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.