Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2597/2026 29.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Qafarova Rəna Nazim qızı (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadının iş üzrə icraatın dayandırılması hissəsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq müəyyən etdi, Işin halı və birinci instansiya məhkəməsində icraat Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh qarşı "kompensasiya ödənilməklə evin boşaldılaraq təhvil verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş ümumi faktiki sahəsi 64.12 kv.m. olan evin boşaldılaraq sökülməsi üçün İddiaçı MMC-yə təhvil verilməsinə; İddiaçı MMC tərəfindən ünvan 1 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş ümumi faktiki sahəsi 64.12 kv.m. olan mənzilin əvəzinə Cavabdeh məhkəmənin təyin etdiyi əmtəəşünaslıq ekspertizasının rəyi məbləğində kompensasiyanın ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadına əsasən iş üzrə kompleks məhkəmə tikinti-texniki və məhkəməəmtəəşünaslıq ekspertizaları təyin edilmiş və ekspertlərin rəyi məhkəməyə təqdim edilənədək mülki iş üzrə icraat dayandırılmışdır. Cavabdeh Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadından şikayət verərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-****/****-*** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı icraatın dayandırılması hissəsində ləğv edilməsini və mülki iş üzrə icraatın davam etdirilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməyərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-****/****-*** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan e-*(*-***)-****/**** nömrəli mülki iş üzrə məhkəmə tərəfindən ##.##.2026-cı il tarixində "Kompleks məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının təyin edilməsi və iş üzrə icraatın dayandırılması" barədə e-*(*-***)-****/****-*** nömrəli qərardad qəbul edilmişdir. Məhkəmə qərardadın əsaslandırıcı hissəsində iddia etmişdir ki, guya məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkili nümayəndə1 iddianı qismən qəbul edərək, cavabdehə 450000 manat məbləğində kompensasiya və alternativ sahəli evlərin verilməsini istəmişlər. Sözügedən qərardad tamamilə qanunsuz, əsassız və maddi-prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə qəbul edildiyindən, o icraatın dayandırılması hissəsi ləğv edilməlidir. Hesab edir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsininin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/****-*** nömrəli qərardadı icraatın dayandırılması hissəsində ləğv edilməlidir. ##.##.2026-cı il tarixində Elektron Məhkəmə portalı vasitəsilə məhkəməyə təqdim edilmiş Etirazda xüsusilə əsaslandırılmışdır ki, mübahisə predmeti olan fərdi yaşayış evi cavabdehin xüsusi mülkiyyətində olan daşınmaz əmlakdır. Iddiaçı "xxxx" MMC isə xüsusi hüquqi şəxs, kommersiya qurumudur və mülkiyyətçini öz mülkündən məcburi qaydada çıxarmaq, kompensasiya müəyyən etmək və ya onun əmlakını sökmək barədə hər hansı subyektiv hüquqa malik deyil. Kommersiya fəaliyyəti ilə məşğul olan özəl şirkətin vətəndaşın konstitusion mülkiyyət hüququna müdaxilə etmək barədə heç bir qanuni subyektiv hüququ mövcud deyildir. Eyni zamanda Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Mülki hüquq münasibətlərində subyektiv hüquq dedikdə, qanunla icazə verilən və qorunan davranış imkanı başa düşülür. Iddiaçının bu mülkiyyətə münasibətdə heç bir subyektiv hüququnun və iddia qaldırmaq səlahiyyətinin olmadığı məhkəməyə təqdim edilmiş mötəbər dəlillərlə sübut edildiyi halda, məhkəmə ilkin olaraq iddianın mümkünlüyünü və hüquqi əsaslarını yoxlamaq əvəzinə, xüsusi mülkiyyətə dair əsassız ekspertiza təyin etmişdir. Hazırki mübahisə barəsində artıq öz qanuni qüvvəsini almış, məhkəmələr üçün preyudisiya qəbul edilən analoji Ali Məhkəmənin ##.##.2024-cü il və ##.##.2023-cü il tarixli qərarları Elektron Məhkəmə sisteminə əlavə edilmişdir. Məhkəmə öz qərarını tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə və iş üzrə müəyyən edilmiş həqiqi hallarla əsaslandırmalıdır. Məhkəmə hazırlıq iclasında müvəkkilimin iddianı qəbul etmədiyini rəsmən qeyd etsə də, işin maddi-hüquqi əsaslandırmalarını, iddiaçının subyektiv hüququnun olmaması barədə təqdim etdikləri yazılı etirazı və Ali Məhkəmənin analoji işlər üzrə formalaşdırdığı qanuni qüvvədə olan preyudisial presedent qərarlarını Ali Məhkəmənin mülki işlər üzrə (2-1(102)-132/2024 və *-*(***)-****/**** saylı qərarları) tamamilə gözardı etmiş, sübutları obyektiv və qərəzsiz qiymətləndirməyərək prosessual normaları pozmuşdur. Belə ki, AR "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanununun 19.1-ci maddəsinə əsasən, iddiaçı iddiasında əsaslandığı icarə müqaviləsini dövlət reyestrində qeydiyyata aldırmadığı üçün subyektiv hüququ mövcud deyildir. Eyni zamanda Ali Məhkəmənin A2-1(102)-132/2024 və *-*(***)-****/**** saylı qərarları əsasən isə Bakı Şəhər Icra Hakimiyyətinin başqasının xüsusi mülkiyyətində olan əmlak barəsində inzibati akt qəbul etmək hüququ olmadığı təsbit edilmiş, həmin inzibati aktların qəbul edildiyi gündən etibarsız olduğu, hüquqi qüvvəsinin olmadığı sübuta yetirilmişdir. Beləliklə, iddiaçının əsaslandığı Sərəncam qanunsuz inzibati akt olduğundan etibarsızdır və qəbul edildiyi gündən hüquqi qüvvəsinin yoxdur. Digər tərəfdən iddiaçının əsaslandığı icarə müqaviləsi isə dövlət reyestrində qeydiyyata alınmamışdır. Nəticə etibarilə iddiaçının heç bir əsasla subyektiv hüququ mövcud deyildir. Məhkəmə işin real hallarını və cavabdeh tərəfin rəsmi mövqeyini təhrif edərək tamamilə əsassız olaraq cavabdehin və vəkilinin iddianı qismən qəbul etdiyini və kompensasiya istədiyini iddia etmişdir. Elektron Məhkəmə sisteminə ##.##.2026-cı il tarixində həm cavabdeh, həm də cavabdehin nümayəndəsi və vəkili tərəfindən təqdim olunmuş rəsmi etiraz və məhkəmə iclasındakı şifahi çıxışlar nəzərə alınmamış, tərəflərinin iddianı qəti şəkildə rədd etdiyi faktı tamamilə göz ardı edilmişdir. Elektron Məhkəmə portalı vasitəsilə məhkəməyə təqdim edilmiş etirazda xüsusilə əsaslandırılmışdır ki, mübahisə predmeti olan fərdi yaşayış evi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri ilə toxunulmazlığı qorunan, başqasının xüsusi mülkiyyətində olan daşınmaz əmlakdır. Cavabdeh Cavabdeh həmin fərdi yaşayış evində qeydiyyatdadır və daimi istifadə hüququ mövcuddur. Iddiaçı İddiaçı MMC isə kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir və mülkiyyətçini öz mülkündən məcburi qaydada çıxarmaq, kompensasiya müəyyən etmək və ya onun əmlakını sökmək barədə hər hansı subyektiv hüquqa malik deyil. Mülki hüquq münasibətlərində subyektiv hüquq dedikdə, qanunla icazə verilən və qorunan davranış imkanı başa düşülür, lakin kommersiya fəaliyyəti ilə məşğul olan iddiaçının mülkiyyətçinin konstitusion mülkiyyət hüququna müdaxilə etmək barədə heç bir qanuni subyektiv hüququ mövcud deyildir. Bu barədə artıq öz qanuni qüvvəsini almış, məhkəmələr üçün preyudisiya qəbul edilən Ali Məhkəmənin 2 Qərarı Elektron Məhkəmə sisteminə əlavə edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Iddiaçının bu mülkiyyətə münasibətdə heç bir subyektiv hüququnun və iddia qaldırmaq səlahiyyətinin olmadığı aşkar olduğu bir halda, məhkəmə ilkin olaraq iddianın mümkünlüyünü və hüquqi əsaslarını yoxlamaq əvəzinə, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış evinə dair əsassız ekspertiza təyin etmişdir. Məhkəmə qərardadın əsaslandırıcı hissəsində cavabdeh Cavabdeh və vəkili nümayəndə1 iddianı qismən qəbul etməsi barədə gəldiyi nəticəni heç bir obyektiv sübutla əsaslandıra bilməmişdir. Əksinə iş materiallarında olan yazılı sənədlər bunun tam əksini sübut edir. Eyni zamanda məhkəmə iclasında nə cavabdeh, nə də onun nümayəndəsi və vəkili iddianı qəbul etməmiş, əksinə, iddiaçının subyektiv hüququnun olmaması barədə qüvvədə olan preyudisial Ali Məhkəmə qərarlarına istinad edərək iddianı rədd etmişdirlər. Iddiaçının bu cür tələb ilə məhkəməyə müraciət etmək səlahiyyətinin mövcudluğu sübuta yetirilmədiyi halda, fərdi mülkiyyətə dair kompleks məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının təyin edilməsinin mülki proses üçün hansı zərurətdən irəli gəldiyi məhkəmə tərəfindən hüquqi sübutlarla əsaslandırılmamışdır. Məhkəmə, işin real hallarına və mülki işin materiallarına tamamilə zidd olaraq, cavabdeh tərəfin iddianın tamamilə rədd edilməsi barədə qəti mövqeyini təhrif etmiş, subyektiv və qeyri-real olaraq vəkilin iddianı qismən qəbul etdiyini yazmışdır. Həmçinin iddianın mümkünlüyünü yoxlamadan işin icraatını ekspertiza rəyi adı ilə qeyrimüəyyən müddətə dayandırmışdır ki, bu nəticələr də işin həqiqi halları ilə tamamilə ziddiyyət təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-nin 255.0.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən ekspertiza təyin olunduqda iş üzrə icraat dayandırıla bilər. Həmin Məcəllənin 256.0.2-ci maddəsinə əsasən iş üzrə icraat ekspertin rəyi məhkəməyə təqdim edilənədək dayandırılır. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1— 261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Mübahisələndirilən qərardaddan göründüyü kimi, birinci instansiya məhkəməsi iddia tələbində qeyd edilən mübahisə predmeti olan evin ümumi faktiki sahəsinin müəyyən edilməsi məqsədilə mülki iş üzrə tikinti-texniki ekspertizası və orta bazar qiymətinin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməsini zəruri hesab etmiş və ekspert rəyləri məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırılması qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh məhkəmə qərardadından vermiş olduğu şikayətdə qərardadın icraatın dayandırılması hissəsində ləğv edilməsini zəruri edən hər hansı əsas qeyd etməmiş, daha çox iddiaçının məhkəmədə hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüququnun olmaması halını əsas gətirərək, məhkəmə mübahisəsinə mahiyyəti üzrə münasibət bildirmişdir. Başqa sözlə, cavabdeh tərəfin qeyd edilən dəlillərinə iş üzrə araşdırma aparılan zaman hüquqi qiymət verilə bilər. Bununla yanaşı, şikayətin “qərardadda cavabdeh tərəfin mövqeyinin təhrif edilərək iddia tələbinin qismən qəbul olunması və kompensasiya istənilməsinin qeyd edilməsi” ilə bağlı dəlili də şikayətin təmin edilməsinə əsas yaratmır. Bununla bağlı qeyd edilməlidir ki, iş üzrə tərəflərin məhkəmə iclas protokolunda qeyd edilmiş ifadələrdə hər hansı yol verilmiş yanlışlıqlar və ya natamamlıq olduğu halda, MPM-nin 273-cü maddəsinə əsasən protokola yazılı qeydlər təqdim etmək hüququ mövcuddur. Belə olan halda, məhkəmə kollegiyası qərardadın icraatın dayandırılması hissəsində ləğv edilməsinə dair şikayətin dəlillərini əsaslı hesab etmir və belə qənaətə gəlir ki, qərardadın mübahisələndirilən hissədə ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı icraatın dayandırılması hissəsində, yəni mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Nəticə Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh qarşı "kompensasiya ödənilməklə evin boşaldılaraq təhvil verilməsi" tələbinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadının iş üzrə icraatın dayandırılması hissəsindən cavabdeh tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-6)-2597/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2597/2026
29.06.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver