Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2599/2026 17.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlundan və X1 ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi ilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “kompensasiya ödənilməklə özbaşına tikilinin boşaldılaraq sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş ümumi faktiki sahəsi 79.86 kv.m. olan evin boşaldılaraq sökülməsi üçün İddiaçı MMC-yə təhvil verilməsi, İddiaçı MMC tərəfindən ünvan 2 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 79.86 kv.m. olan evin əvəzinə yeni tikiləcək binanın 10-cu bloku, 4-cü mərtəbəsində yerləşən, 100 kv.m. sahədən ibarət olan olan təmirli mənzilin binanın bünövrəsi qoyulduqdan sonra 24 (iyirmi dörd) ay müddətinə Cavabdeh təhvil verilməsi, sökülməsi nəzərdə tutulan evin İddiaçı MMC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MMC tərəfindən Cavabdeh hər ay 700 (yeddi yüz) manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasın xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi İskəndərov Saleh Etibar oğlu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş ümumi faktiki sahəsi 79.86 m2 olan evin boşaldılaraq sökülməsi üçün İddiaçı MMC-yə təhvil verilməsinə; İddiaçı MMC tərəfindən ünvan 1 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 79.86 m2 olan evin əvəzinə Cavabdeh 219 600 (iki yüz on doqquz min altı yüz) AZN kompensasiya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir Birinci instansiya məhkəməsinin ## ### 2026-cı tarixli qətnaməsi ilə iddianın təmin olunması, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh Cavabdeh 219 600 (iki yüz on doqquz min altı yüz) manat məbləğində kompensasiya ödənilməklə ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 79.86 kv.m olan özbaşına tikilinın boşaldılaraq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməsi, iş üzrə aparılmış məhkəmə tikinti-texniki və məhkəməəmtəəşünaslıq ekspertizaları ilə bağlı 800 (səkkiz yüz) manat məbləğində ekspertiza xərci iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (“xxxx” Açıq Səhmdar Cəmiyyəti, Kod 810074, İcraçının VÖEN: 9900001881, Müxbir hesab AZ94IABZ40090019444579704932, S.W.İ.F.T. BİK: IBAZAZ2X, İcraçının hesablaşma hesabı: AZ03NABZ01350100000000002944) köçürülməsi qət olunmuşdur. Həmin qətnamədən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə görə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinə görə, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində rüsum ödənilməlidir. Həmin Qanunun 8.1.4-cü maddəsinə görə, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda, 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində rüsum ödənilməlidir. Mülki Prosessual Məcəllənin 112.1.2-ci maddəsinə görə isə, əmlakın tələb edilməsi haqqındakı iddialarda iddianın qiyməti tələb edilən əmlakın dəyəri ilə müəyyən edilir. İşin hallarından görünür ki, iddiaçı cavabdehdən tələb etdiyi əmlakı 219 600 manat məbləğində qiymətləndirmiş, bu səbəblə iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə üzrə ümumilikdə 510 manat dövlət rüsumu ödəmişdir; bu isə o deməkdir ki, apellyasiya şikayəti üçün ən azı 254,8 manat rüsum ödənilməlidir - lakin cavabdeh 205,31 manat rüsum ödəmişdir. Beləliklə, cavabdehin apellyasiya şikayətinə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından həmin apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı iş üzrə ## ### 2026-cı il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Rafael Eyvazov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №e-2(3-6)-2599/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2599/2026
17.06.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver