Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2600/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi ilə, Babayev Fuad Fikrət oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadının iş üzrə icraatın dayandırılması hissəsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh qarşı "kompensasiya ödənilməklə evin boşaldılaraq təhvil verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş ümumi faktiki sahəsi 48.06 kv.m. olan evin boşaldılaraq sökülməsi üçün İddiaçı MMC-yə təhvil verilməsinə; İddiaçı MMC tərəfindən ünvan 1 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş ümumi faktiki sahəsi 48.06 kv.m. olan mənzilin əvəzinə Cavabdeh məhkəmənin təyin etdiyi əmtəəşünaslıq ekspertizasının rəyi məbləğində kompensasiyanın ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadına əsasən iş üzrə kompleks məhkəmə tikinti-texniki və məhkəməəmtəəşünaslıq ekspertizaları təyin edilmiş və ekspertlərin rəyi məhkəməyə təqdim edilənədək mülki iş üzrə icraat dayandırılmışdır. Hazırda iş üzrə iddiaçı Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadından şikayət verərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-****/****-*** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı icraatın dayandırılması hissəsində ləğv edilməsini və mülki iş üzrə icraatın davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan fərdi yaşayış evi cavabdehin xüsusi mülkiyyətində olan daşınmaz əmlakdır. İddiaçı "xxxx" MMC isə xüsusi hüquqi şəxs, kommersiya qurumudur və mülkiyyətçini öz mülkündən məcburi qaydada çıxarmaq, kompensasiya müəyyən etmək və ya onun əmlakını sökmək barədə hər hansı subyektiv hüquqa malik deyil. Kommersiya fəaliyyəti ilə məşğul olan özəl şirkətin vətəndaşın konstitusion mülkiyyət hüququna müdaxilə etmək barədə heç bir qanuni subyektiv hüququ mövcud deyildir. Eyni zamanda Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Mülki hüquq münasibətlərində subyektiv hüquq dedikdə, qanunla icazə verilən və qorunan davranış imkanı başa düşülür. İddiaçının bu mülkiyyətə münasibətdə heç bir subyektiv hüququnun və iddia qaldırmaq səlahiyyətinin olmadığı aşkar olduğu bir halda, məhkəmə ilkin olaraq iddianın mümkünlüyünü və hüquqi əsaslarını yoxlamaq əvəzinə, fərdi mülkiyyətə dair əsassız ekspertiza təyin etmişdir. Məhkəmə işin real hallarını və cavabdeh tərəfin rəsmi mövqeyini təhrif edərək tamamilə əsassız olaraq cavabdehin və vəkilinin iddianı qismən qəbul etdiyini və kompensasiya istədiyini iddia etmişdir. Elektron Məhkəmə sisteminə ##.##.2026-cı il tarixində həm cavabdeh, həm də cavabdehin nümayəndəsi və vəkili tərəfindən təqdim olunmuş rəsmi Etiraz və məhkəmə iclasındakı şifahi çıxışlar araşdırılmamış, tərəflərinin iddianı qəti şəkildə rədd etdiyi faktı tamamilə nəzərə alınmamışdır. İddiaçı "xxxx" MMC isə xüsusi hüquqi şəxs, kommersiya qurumudur və mülkiyyətçini öz mülkündən məcburi qaydada çıxarmaq, kompensasiya müəyyən etmək və ya onun əmlakını sökmək barədə hər hansı subyektiv hüquqa malik deyil. Mülki hüquq münasibətlərində subyektiv hüquq dedikdə, qanunla icazə verilən və qorunan davranış imkanı başa düşülür, lakin kommersiya fəaliyyəti ilə məşğul olan iddiaçının vətəndaşın konstitusion mülkiyyət hüququna müdaxilə etmək barədə heç bir qanuni subyektiv hüququ mövcud deyildir. İddiaçının iddia qaldırmaq səlahiyyətinin mövcudluğu sübuta yetirilmədiyi halda, fərdi mülkiyyətə dair kompleks məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının təyin edilməsinin mülki proses üçün hansı zərurətdən irəli gəldiyi məhkəmə tərəfindən hüquqi sübutlarla əsaslandırılmamışdır. Məhkəmə, işin real hallarına və mülki işin materiallarına tamamilə zidd olaraq, cavabdeh tərəfin iddianın tamamilə rədd edilməsi barədə qəti mövqeyini təhrif etmiş, subyektiv və qeyri-real olaraq vəkilin iddianı qismən qəbul etdiyini yazmışdır. Həmçinin iddianın mümkünlüyünü yoxlamadan işin icraatını ekspertiza rəyi adı ilə qeyri-müəyyən müddətə dayandırmışdır ki, bu nəticələr də işin həqiqi halları ilə tamamilə ziddiyyət təşkil edir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 254.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır: 255.0.5-ci maddəsinə görə məhkəmə tərəfindən ekspertiza təyin olunduqda iş üzrə icraat dayandırıla bilər. 256.0-cı maddəsinə əsasən iş üzrə icraat aşağıdakı müddətdə dayandırılır: 256.0.3. bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər; 258.1-ci maddəsinə əsasən iş üzrə icraatın dayandırılması və onun təzələnməsi barədə məhkəmə qərardad çıxarır. 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, birinci instansiya məhkəməsi əmlakın qiymətləndirilməsi üçün kompleks məhkəmə-tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizaları təyin etmiş və ekspertizaların aparılmasını “xxxx” MMC-yə həvalə edilmişdir. Həmin qərardadda ekspertizanın keçirilməsi və rəyin verilməsi üçün 1 ay müddət müəyyən edilmiş, ekspert rəyi təqdim edilənədək mülki iş üzrə icraat dayandırılmışdır. Qeyd edilənlərdən də göründüyü kimi, məhkəmə kollegiyası hesab edir ki, hazırda iş üzrə mübahisənin düzgün həll olunması üçün ekspertizasının təyin edilməsi səbəbindən iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Cavabdehin şikayətinin dəlilləri isə mülki işin mahiyyəti ilə əlaqədardır. Birinci instansiya məhkəməsi haqlı olaraq MPM-in 255-ci maddəsi ilə icraatı dayandırmaq hüququndan istifadə edərək, qanunvericiliklə müəyyən edilmiş prosessual müddətin əsassız axımının qarşısını almaq üçün iş üzrə icraatı ekspertin rəyi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim edilənədək dayandırmışdır. Şikayətin dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə ekspertiza təyin edilməsi zamanı iş üzrə icraatın dayandırılması qanunvericiliyin tələblərinə uyğun olmaqla işin baxılma müddətinin dayandırılmasına xidmət edir və bu da alınacaq rəylə bağlı hər hansı araşdırmalı məsələ qalarsa araşdırılmanın davam etdirilməsi üçün prosessual baxımından işin baxılma müddətinin məhdudlaşmamasını təmin edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-398ci, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(3-6)-2600/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2600/2026
24.06.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver