Məhkəmə qərarları › İş №e-2(3-6)-2606/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2606/2026

24.06.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2606/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi ilə, Babayev Fuad Fikrət oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iş üzrə cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “kompensasiya verilməklə tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə mülki iş üzrə kompleks məhkəmə-tikinti-texniki və məhkəməəmtəəşünaslıq ekspertizaları təyin edilmiş, ekspert rəyi məhkəməyə təqdim olunanadək mülki iş üzrə icraat dayandırılmışdır. Hazırda iş üzrə cavabdeh Cavabdeh Bakı şəhər Yasamal Rayon Məhkəməsinin e- *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından şikayət verərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-****/**** nömrəli mülki iş üzrə qəbul etdiyi "Kompleks məhkəmə-tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının təyin edilməsi və iş üzrə icraatın dayandırılması" barədə e-2(5-104)- ****/****-*** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının iş üzrə icraatın dayandırılması hissəsində tamamilə ləğv edilməsi və mülki iş üzrə icraatın davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh həmin evdə uzun illərdir rəsmi qeydiyyatda olaraq qanunla qorunan daimi istifadə hüququ əsasında yaşayır. Konstitusiyaya görə xüsusi mülkiyyətin özgəninkiləşdirilməsi səlahiyyəti müstəsna olaraq dövlət orqanlarına məxsusdur. Kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin (İddiaçı MMC), mülkiyyətçinin və qanuni istifadəçinin iradəsi ziddinə məcburi köçürmə və söküntü tələb etməsi konstitusion mülkiyyət toxunulmazlığı prinsipinin birbaşa kobud şəkildə pozulmasıdır. Eyni zamanda Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli hüquqi mövqeyinə görə, məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. İddiaçının vətəndaşın konstitusion mülkiyyət və istifadə hüququna müdaxilə etmək barədə heç bir qanuni subyektiv hüququ olmadığı halda, məhkəmə iddianın hüquqi əsaslarını dərhal yoxlayıb iddianı rədd etmək əvəzinə, əsassız olaraq ekspertiza təyin etmiş və prosesi dayandırmışdır. Belə ki, AR "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanununun 19.1ci maddəsinə əsasən, iddiaçı iddiasında əsaslandığı icarə müqaviləsini dövlət reyestrində qeydiyyata aldırmadığı üçün subyektiv hüququ mövcud deyildir. İddiaçının sərəncamı qanunsuz inzibati akt olduğundan etibarsızdır və qəbul edildiyi gündən hüquqi qüvvəsini yoxdur. Digər tərəfdən iddiaçının əsaslandığı icarə müqaviləsi isə dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı "xxxx" MMC isə kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir və mülkiyyətçini öz mülkündən məcburi qaydada çıxarmaq və ya əmlakını sökmək barədə hər hansı subyektiv hüquqa malik deyil. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. İddiaçının bu mülkiyyətə münasibətdə heç bir subyektiv hüququnun olmadığı aşkar olduğu bir halda, məhkəmə ilkin olaraq iddianın mümkünlüyünü yoxlamaq əvəzinə əsassız ekspertiza təyin etmişdir. Həmçinin, iddiaçı istinad etdiyi 49 illik torpaq icarə müqaviləsini dövlət reyestrində qeydiyyata aldırmamışdır ki, bu da "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 19.1-ci maddəsinin pozulmasıdır. Həmin qanunun 19.1-ci maddəsinə və AR Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən reyestrdə qeydə alınmayan belə bir müqavilə bağlandığı andan etibarsızdır və hüquqi nəticə doğurmur. Fərdi xüsusi mülkiyyətə dair ekspertiza təyin edilməsinin zəruriliyi və hüquqi əsasları sübut edilməmişdir: İddiaçının iddia qaldırmaq səlahiyyətinin mövcudluğu sübuta yetirilmədiyi halda, fərdi mülkiyyətə dair kompleks məhkəmə tikinti-texniki və məhkəməəmtəəşünaslıq ekspertizalarının təyin edilməsinin mülki proses üçün hansı zərurətdən irəli gəldiyi məhkəmə tərəfindən hüquqi sübutlarla əsaslandırılmamışdır. Hazırlıq iclasında və sözügedən Qərardadda cavabdehin iddianı qəbul etmədiyi və təmin edilməməsini xahiş etdiyi rəsmən qeyd edildiyi halda, habelə iddiaçının heç bir subyektiv hüququnun olmadığı Elektron Məhkəmə sisteminə əlavə edilmiş rəsmi Etirazla sübuta yetirildiyi halda məhkəmənin işin hallarına tamamilə zidd olaraq ekspertiza təyin etməsi və iş üzrə icraatını dayandırması prosesin mahiyyətinə və işin real hallarına tamamilə uyğunsuzdur. Məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaq əvəzinə xüsusi mülkiyyətdə olan fərdi yaşayış evinə dair heç bir əsas olmadan qiymət təyin edilməsi məqsədilə ekspertiza təyin etmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 254.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır: 255.0.5-ci maddəsinə görə məhkəmə tərəfindən ekspertiza təyin olunduqda iş üzrə icraat dayandırıla bilər. 256.0-cı maddəsinə əsasən iş üzrə icraat aşağıdakı müddətdə dayandırılır: 256.0.3. bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər; 258.1-ci maddəsinə əsasən iş üzrə icraatın dayandırılması və onun təzələnməsi barədə məhkəmə qərardad çıxarır. 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, birinci instansiya məhkəməsi əmlakın qiymətləndirilməsi üçün məhkəmə-tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizaları təyin etmiş və ekspertizaların aparılmasını “xxxx” MMC-yə həvalə edilmişdir. Həmin qərardadda ekspertizanın keçirilməsi və rəyin verilməsi üçün 1 ay müddət müəyyən edilmiş, ekspert rəyi təqdim edilənədək mülki iş üzrə icraat dayandırılmışdır. Qeyd edilənlərdən də göründüyü kimi, məhkəmə kollegiyası hesab edir ki, hazırda iş üzrə mübahisənin düzgün həll olunması üçün ekspertizasının təyin edilməsi səbəbindən iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Cavabdehin şikayətinin dəlilləri isə mülki işin mahiyyəti ilə əlaqədardır. Birinci instansiya məhkəməsi haqlı olaraq MPM-in 255-ci maddəsi ilə icraatı dayandırmaq hüququndan istifadə edərək, qanunvericiliklə müəyyən edilmiş prosessual müddətin əsassız axımının qarşısını almaq üçün iş üzrə icraatı ekspertin rəyi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim edilənədək dayandırmışdır. Şikayətin dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə ekspertiza təyin edilməsi zamanı iş üzrə icraatın dayandırılması qanunvericiliyin tələblərinə uyğun olmaqla işin baxılma müddətinin dayandırılmasına xidmət edir və bu da alınacaq rəylə bağlı hər hansı araşdırmalı məsələ qalarsa araşdırılmanın davam etdirilməsi üçün prosessual baxımından işin baxılma müddətinin məhdudlaşmamasını təmin edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-398-ci, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar