Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2657/2026 02.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X7 (sədrlik edən və məruzəçi), X3 və X5 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “nikahın pozulması və uşağın ananın himayəsinə verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən İddiaçı ilə Cavabdeh arasında Yardımlı RIHB-nin Hamarkənd nümayədənliyi tərəfindən bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında ## #### 2011-ci il tarixdə ** nömrəli qeyd edilmiş nikahın pozulması, ##.##.2012-cü il tələvllüdlü X1, ##.##.2014-cü il tələvllüdlü X2 və ##.##.2015-ci il tələvllüdlü X4 cavabdehin himayəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Iddiaçı İddiaçı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadından verilmiş şikayət həmin məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilməmiş, işlə birlikdə baxılması Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin qeydiyyatı Baki şəhəri, ünvan 1 ünvanıdır. Məhkəmənin qeyd etdiyi ünvan isə cavabdehin köhnə qeydiyyat ünvanıdır. Bu səbəbdən iddia ərizəsi qanunun tələbinə uyğun olaraq Binəqədi rayon məhkəməsinə verilmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. “Azemis” Elektron Məhkəmə Informasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, iddiaçı ünvan 2 ünvanda, cavabdeh Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev ev 2, mənzil 55 ünvanda qeydiyyatdadır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı mübahsiə üzrə iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməli olduğundan birinci instansiya məhkəməsi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqda haqlı olmuşdur. Şikayətin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, iddiaçı tərəfindən şikayətə mygov.az portalından çıxarış əlavə edilsə də, həmin çıxarışın QR kod vasitəsi ilə yoxlanılması həyata keçirilsə də, həqiqiliyinə dair nəticə əldə edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdehin qeydiyyat ünvanı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşdiyindən məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqda haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuş, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Günay Axundova Hakimlər Məhəmməd Rüstəmli Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2(3-6)-2657/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2657/2026
02.07.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver