Məhkəmə qərarları › İş №e-2(3-6)-2755/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2755/2026

27.08.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2755/2026 27.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh İB-nə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “borcun silinməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Bəhrəmzadə Sabit Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı İddiaçı cavabdeh Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e*(***)-****/**** nömrəli ##.##.2026cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Abonent saldosuna əsasən 100469704310000 abonent kodu olan İddiaçı qazdan istifadə nəticəsində 14183,14 manat məbləğində borc hesablanmışdır.

2. 100469704310000 abonent kodu olan İddiaçı aktlara əsasən : 2018-ci ilin yanvar ayında – 1004 manat 2018-ci ilin mart ayında – 300 manat 2023-cü ilin sentyabr ayında – 181,44 manat 2023-cü ilin dekabr ayında – 302,40 manat 2024-cü ilin yanvar ayında – 302,40 manat 2024-cü ilin fevral ayında – 367,20 manat 2024-cü ilin aprel ayında - 367,20 manat borc hesablanmışdır.

3. ##.##.2021-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi nəticəsində 8640 m³ təbii qaz itkisi hesablanmışdır. ##.##.2021-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi nəticəsində 4500 m³ təbii qaz itkisi hesablanmışdır. ##.##.2022-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi nəticəsində 36720 m³ təbii qaz itkisi hesablanmışdır.

4. ##.##.2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi nəticəsində 12240 m³ təbii qaz itkisi hesablanmışdır. ##.##.2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi nəticəsində 18360 m³ təbii qaz itkisi hesablanmışdır. ##.##.2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi nəticəsində 3024 m³ təbii qaz itkisi hesablanmışdır. ##.##.2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi nəticəsində 3024 m³ təbii qaz itkisi hesablanmışdır. ##.##.2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi nəticəsində 1512 m³ təbii qaz itkisi hesablanmışdır. ##.##.2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi nəticəsində 1512 m³ təbii qaz itkisi hesablanmışdır. ##.##.2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi nəticəsində 2016 m³ təbii qaz itkisi hesablanmışdır. ##.##.2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi nəticəsində 2520 m³ təbii qaz itkisi hesablanmışdır. ##.##.2024-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi nəticəsində 3600 m³ təbii qaz itkisi hesablanmışdır. ##.##.2024-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi nəticəsində 3024 m³ təbii qaz itkisi hesablanmışdır.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, */**** nömrəli ekspert rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə, qaz sayğacından kənar xətlərin çəkilməsi aşkar edilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı İddiaçı cavabdeh Cavabdeh İB-nə qarşı iddia tələbinə dair məhkəməyə müraciət edərək, Cavabdeh İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş ##.##.2021-ci il tarixli ******* nömrəli; ##.##.2021-ci il tarixli ******* nömrəli; ##.##.2022-ci il tarixli ******* nömrəli; ##.##.2023-cü il tarixli ******** nömrəli; ##.##.2023-cü il tarixli ******* nömrəli; ##.##.2023-cü il tarixli ******* nömrəli; ##.##.2023-cü il tarixli ******* nömrəli; ##.##.2023-cü il tarixli ******* nömrəli; ##.##.2023-cü il tarixli ******* nömrəli; ##.##.2023-cü il tarixli ******* nömrəli; ##.##.2023-cü il tarixli ******* nömrəli; ##.##.2024-cü il tarixli ******* nömrəli və ##.##.2024-cü il tarixli ******* nömrəli aktlara əsasən ümumilikdə dəymiş zərər kimi müəyyən olunan 14183,14 manat borcun *************** nömrəli abonent hesabından silinməsi və əsassız olaraq tutulmuş 125,50 manat və pozulmuş hüquqlarının bərpası ilə bağlı ödədiyi 300 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Həmin ünvanda abonent kodu onun adınadır. Abonent kodu 100469704310000–dır. Ünvanda elektron sayğac quraşdırılıb. Onun hesabında əsassız borc yaranmışdır. O, bunun səbəbini araşdırmaq üçün cavabdeh təşkilata müraciət etmiş, müraciəti əsasında ona cavabdeh təşkilat tərəfindən müvafiq sənədlər təqdim edilmişdir. Bu sənədlərə əsasən, barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2021-ci il tarixli ******* nömrəli; ##.##.2021-ci il tarixli ******* nömrəli; ##.##.2022-ci il tarixli ******* nömrəli; ##.##.2023-cü il tarixli ******* nömrəli; ##.##.2023-cü il tarixli ******* nömrəli; ##.##.2023-cü il tarixli ******* nömrəli; ##.##.2023-cü il tarixli ******* nömrəli; ##.##.2023-cü il tarixli ******* nömrəli; ##.##.2023-cü il tarixli ******* nömrəli; ##.##.2023-cü il tarixli ******* nömrəli; ##.##.2023-cü il tarixli ******* nömrəli; ##.##.2024-cü il tarixli ******* nömrəli və ##.##.2024-cü il tarixli ******* nömrəli aktlar tərtib edilmişdir. Bundan başqa, abonentin saldosundan aydın olur ki: 2018-ci ilin yanvar ayında – 1004 manat, 2018-ci ilin mart ayında – 300 manat, 2023-cü ilin sentyabr ayında – 181,44 manat, 2023-cü ilin dekabr ayında – 302,40 manat, 2024-cü ilin yanvar ayında – 302,40 manat, 2024-cü ilin fevral ayında – 367,20 manat və 2024-cü ilin aprel ayında - 367,20 manat aktlar tərtib edilmiş, həmin aktlara əsasən, guya mənzildə təbii qazdan sayğacdan kənar istifadə aşkarlanmışdır. Lakin o, həmin aktlarla razı deyil, aktlar tamamilə əsassızdır. Belə ki, cavabdeh əgər 2021-ci ildən təbii qazdan iddiaçının sayğacsız istifadə halını aşkar etmişdirsə, niyə bu qanunsuzluğun qarşısını almaq üçün təbii qazın verilməsini dayandırmamışdır. Əvvəla, bu aktlar məhz sayğacsız qeyri-qanuni təbii qazdan istifadə edilməyini bilavasitə təsdiq etmir. Çünki, bu aktlar yalnız cavabeh tərəfin maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür.

8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh İB tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 13380,53 manat borc məbləğinin *************** nömrəli abonent kodundan silinməsi, əsassız olaraq tutulmuş 928,11 manat pul məbləğinin iddiaçının hesab koduna yüklənilməsi, hüquqi yardım üçün vəkilə ödənilmiş 300 manatın Cavabdeh İB-dən tutularaq iddiaçıya ödənilməsi, ekspertiza xərci olaraq ödənilmiş 64 manat məbləğində pulun cavabdehdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2026cı il tarixli, */**** nömrəli ekspert rəyində tədqiq olunan qaz sayğacı və qaz xətləri üzrə aparılmış texniki baxış nəticəsində sayğacın mexanizminə müdaxiləni, sayğacdankənar qoşulmanı və ya qazın uçotdan yayındırılmasını təsdiq edən hər hansı texniki iz, zədə və ya dəyişiklik müəyyən edilməmişdir. Eyni zamanda, sayğacın göstəricilərinə təsir edə biləcək kənar müdaxilənin mövcudluğunu təsdiqləyən heç bir texniki əsas aşkar olunmamışdır. Məhkəmə rəylə bağlı qeyd etmişdir ki, bu rəy hazırkı vəziyyəti əks etdirir, sonuncu akt 2024cü ilin may ayında tərtib olunmuşdur. 2 ildən sonra aparılan tədqiqat zamanı borunun üzərində hər hansı bir zədə və ya izin olmaması həmin dövrdə qoşulmanın olmaması qənaətinə gəlməyə əsas verə bilməz. Həmçinin məhkəmə abonent saldosunda əks olunmuş aktlar əsasında 2018-ci ilin yanvar ayında hesablanmış 1004 manat, 2018-ci ilin mart ayında hesablanmış 300 manat məbləğində borclar, eləcə də ##.##.2021-ci il tarixli ******* nömrəli və ##.##.2021-ci il tarixli ******* nömrəli aktlarla bağlı qeyd edir ki, həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli idi. Lakin iş materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə qazın verilməsi dayandırılmamış, əksinə uzun müddət ərzində ardıcıl şəkildə müxtəlif tarixlərdə aktlar tərtib edilmiş və borc hesablanmışdır. Məhkəmə hesab etmişdir ki, əgər cavabdeh tərəfindən həqiqətən qanunsuz qoşulma və ya sayğacdankənar istifadə halı aşkar edilmiş olsaydı, “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsinin imperativ tələbinə uyğun olaraq dərhal qaz təchizatı dayandırılmalı və pozuntunun qarşısı alınmalı idi. Cavabdehin həmin vəzifəni yerinə yetirməməsi, yalnız aktların tərtibi və borcun hesablanması ilə kifayətlənməsi həmin borcların və aktların obyektivliyinə və hüquqi əsaslılığına şübhə yaradır. Məhkəmə həmçinin nəzərə almışdır ki, iş materiallarında olan aktlarda müxtəlif tarixlər üzrə hesablanmış təbii qaz itkilərinin bir sıra hallarda tam eyni həcmdə göstərilməsi həmin hesablamaların formal və şablon xarakter daşıdığını göstərir. Belə ki, ##.##.2023-cü il tarixli ******* nömrəli akt və ##.##.2023-cü il tarixli ******* nömrəli akt üzrə ayrı-ayrılıqda eyni həcmdə – 3024 m³ təbii qaz itkisi hesablanmışdır. Eyni zamanda, ##.##.2023-cü il tarixli ******* nömrəli akt və ##.##.2023cü il tarixli ******* nömrəli akt üzrə də eyni qaydada – 1512 m³ təbii qaz itkisi müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, müxtəlif dövrlərdə tərtib olunmuş aktlarda təbii qaz itkilərinin tam eyni göstəricilərlə hesablanması həmin hesablamaların konkret texniki araşdırma və faktiki sərfiyyat göstəricilərinə deyil, əvvəlcədən müəyyən olunmuş şablon yanaşmaya əsaslandığını göstərən hallardan biridir. Həmçinin məhkəmə nəzərə alır ki, yay aylarına təsadüf edən may, iyun, iyul və avqust ayları üzrə də yüksək həcmdə təbii qaz itkisi hesablanmışdır. Halbuki, yay fəslində təbii qazdan istifadə, xüsusilə istilik məqsədilə istifadə əhəmiyyətli dərəcədə azalır. Buna baxmayaraq, cavabdeh tərəfindən məhz yay aylarında da yüksək həcmdə və bir-birini təkrarlayan göstəricilərlə təbii qaz itkisi hesablanması həmin hesablamaların reallığına və obyektivliyinə dair əsaslı şübhələr yaradır. Qanun tələbindən də göründüyü kimi, yoxlayıcı tərəfindən qanunsuz qoşulma halı aşkar edildiyi halda inzibati xəta haqqında iş üzrə icraata başlanılması ilə bağlı məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana müraciət edilməli olduğu halda heç bir tədbir görülməmişdir. Göründüyü kimi, iş üzrə toplanmış sübutların, o cümlədən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2026-cı il tarixli ekspert rəyinin nəticələrinin, həmçinin “Qazdan istifadə Qaydaları” ilə müəyyən edilmiş tələblərə uyğun olaraq inzibati orqana müraciət edilməməsi və müvafiq prosedur hərəkətlərinin icra olunmaması hallarının məcmu şəkildə qiymətləndirilməsi əsasında məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən tərtib edilmiş aktlar hüquqi və faktiki baxımdan əsaslandırılmamışdır və iddiaçının abonent hesabında həmin aktlar əsasında yaranmış borc silinməlidir.

10. Məhkəmə öz mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 6.5-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı, 1087ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 124.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən cavabdeh Cavabdeh İstehsalat Birliyi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balansvə istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir (iş materiallarında vardır). Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi iddiaçı İddiaçı qanunazid, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Cavabdeh İB-nə böyük məbləğdə ziyan vurmuşdur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

14. Qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmənin səbəbləri barədə məlumat məhkəməyə daxil olmamışdır.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 4.2-ci bəndinə əsasən, 4.2-ci bənd. Qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bənd. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bənd. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bənd. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bənd. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun:

16. Maddə 13.8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

17. Maddə 13 (8-1-ci bəndi 2022-ci ilin may ayından qüvvədə olan) Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaları Bənd 5.1. Paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın təmin edilməməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Hazırkı işin halları baxımından iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2026-cı il tarixli, */**** nömrəli ekspert rəyində tədqiq olunan qaz sayğacı və qaz xətləri üzrə aparılmış texniki baxış nəticəsində sayğacın mexanizminə müdaxiləni, sayğacdankənar qoşulmanı və ya qazın uçotdan yayındırılmasını təsdiq edən hər hansı texniki iz, zədə və ya dəyişiklik müəyyən edilməmişdir. Eyni zamanda, sayğacın göstəricilərinə təsir edə biləcək kənar müdaxilənin mövcudluğunu təsdiqləyən heç bir texniki əsas aşkar olunmamışdır. Məhkəmə rəylə bağlı qeyd edir ki, bu rəy hazırkı vəziyyəti əks etdirir, sonuncu akt 2024-cü ilin may ayında tərtib olunmuşdur. Həmçinin abonent saldosunda əks olunmuş aktlar əsasında 2018-ci ilin yanvar ayında hesablanmış 1004 manat, 2018-ci ilin mart ayında hesablanmış 300 manat məbləğində borclar, eləcə də ##.##.2021-ci il tarixli ******* nömrəli və ##.##.2021-ci il tarixli ******* nömrəli aktlarla bağlı qeyd edir ki, həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli idi.

25. Göründüyü kimi Cavabdeh İB əməkdaşları tərəfindən müvafiq akt tərtib edilsə də, abonentin təqsirinin müəyyən edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində hər hansı tədbirlərin görüldüyü müəyyən edilməmişdir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmədən dəymiş zərər istehlakçıdan tələb edilmişdir.

26. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ** saylı, ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın tələblərinə əsasən şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Hazırki halda isə cavabdeh qurum tərəfindən qeyd edilənlərə riayət edilməmişdir.

27. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki işdən isə müyyən edilir ki, həmin akt tərtib edilərkən bir nüsxəsi nə akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), nə də bir nüsxəsini isə qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının (istehlakçının) qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyindən abonent hesabına hesablanmış borc da əsaslı hesab edilməməklə silinməlidir.

28. Əlavə olaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilində məhkəmənin nəticəyə gələrkən təqdim edilmiş sübutlardan istifadə etmədiyini bildirsə də, birinci instansiya məhkəməsi tərəfindən işdə olan saldo, tərtib edilmiş aktlara qiymət verilməsi öz əksini tapdığından apellyasiya şikayətinin dəlilləri bu hissədə formal xarakter daşıyır. Eyni zamanda, iddiaçının (istehlakçının) qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyindən ekspertizanın təyin edilməklə hər hansı bir araşdırmanın aparılmasının hər hansı bir zərurəti də yoxdur.

29. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin dəlilləri məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Cavabdeh İstehsalat Birliyinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar