Məhkəmə qərarları › İş №e-2(3-6)-2865/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2865/2026

29.07.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2865/2026 29.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Bakı şəhəri ** saylı Notariat ofisinə qarşı iş üzrə (Açar sözlər: vəsiyyətnamənin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X9 və X2 ibarət tərkibdə, oğlunun katibliyi, Iddiaçının nümayəndəsi və vəkili vəkil2, Cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili nümayəndə2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Bakı şəhəri ** saylı Notariat ofisinə qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi və s. tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında Tahirova Zemfira Aslanovnaya məxsus olmuşdur.

2. Tahirova Zemfira Aslanovna ##.##.2024-cü il tarixdə Bakı şəhərində öz mənzilində vəfat etmişdir. Iddiaçı onun bacısı oğludur.

3. Tahirova Zemfira Aslanovnanın ölümü ilə bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən müvafiq araşdırma aparılmış və ##.##.2025-ci il tarixli qərar ilə ***-c-** nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.

4. cavabdeh2 Yasamal rayon prokurorluğuna ünvanlanmış izahatında bildirmişdir ki, “ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. ##.##.1971-ci ildə Gəncə şəhərində anadan olmuşam. Subayam, 2016-cı ildən ATU X27 təsərrüfat bacısı vəzifəsində fəaliyyət göstərirəm. Işə düzəldiyim vaxtdan işlədiyim müəssisədə dosent, təsərrüfat üzrə müavin Tahirova Zenfirayla tanış olmuşam. Tanış olduğum vaxtdan etibarən sonuncunun evinə gedərək təmizlik işləri görürdüm. 2020-ci ildə pandemiya dövrü olduğundan və təqaüdə çıxdığından mən Z.Tahirovaya demək olar ki, bütün işlərində kömək edirdim. 2024-cü ilin sentyabr ayının əvvəllərindən başlayaraq Z.Tahirova tək qaldığından və bütün işlərini mənim gördüyüm üçün, mənə özü ilə bir yerdə qalmağı təklif etdi, mən də bununla razılaşdım. Sonuncu ilə münasibətlərimiz çox yaxşı idi, bütün ev işlərini mən görürdüm. Z.Tahirovanın demək olar ki, heç kimi yox idi. 1980-ci ildə oğlu 10 yaşında vəfat etmiş, elə həmin illərdə həyat yoldaşından boşanmışdır. Həmin qaldığımız ev Z.Tahirovanın ata evi idi. 2014-cü ildə sonuncunun anası həmin evi onun adına keçirmişdir. Z.Tahirovanın qohumlarından bacısı Alidənin oğlu Vaxtanqı qiyabi olaraq tanıyırdım, Gürcüstan Respublikasında yaşayırdı. Z.Tahirova arada bir bacısı oğlu ilə telefon vasitəsilə danışırdı, lakin bacısı oğlu ilə arası yaxşı deyildi. Həmişə deyirdi ki, bacısı oğlu onun evini satmaq istəyir. Z.Tahirova yaşlı olduğundan dəfələrlə evdə yıxılıb qalırdı, evin açarı məndə olmadığından bir neçə dəfə FHN-ə bu barədə müraciət etmişəm və onların köməyi ilə evə daxil olmuşuq. Bundan sonra Z.Tahirova evin açarlarını mənə verdi və onunla yaşamağa başladım. Sonuncu dəfə Z.Tahirova ##.##.2024-cü ildə yıxılmış və ondan yataq xəstəsi olmuşdur. Işə gedəndə onu hər şeylə, yeməyi və suyu ilə təmin edib işə gedirdim. ##.##.2024-cü ildə işdən gələndən sonra, Z.Tahirovaya yemək verib, çirkli paltarlarını yığıb, sonuncunun evində paltar yumaq üçün şərait olmadığı üçün, əmimqızıgilə çirkli paltarları yumaq üçün getdim və həmin gün orda qaldım. ##.##.2024-cü il tarixdə əmimqızıgildən işə getdim və qayıdan zaman Z.Tahirovanın hərəkətsiz vəziyyətdə qaldığını görüb X17 Yardım Stansiyasına müraciət etdim. Tibb işçiləri gəldikdən sonra Z.Tahirovanın öldüyünü bildirdilər. Yasamal rayon prokurorluğuna müraciət etdim. Prokurorluq əməkdaşları gəldilər və Z.Tahirovanın ölüm səbəbinin dəqiqləşdirilməsi üçün meyiti Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE PA ETTB-nin Yasamal rayon şöbəsinə təhvil verildi. Z.Tahirova yaşadığı mənzili mənə vəsiyyət etmişdir və məni həmin evdə qeydiyyata saldırmışdır.”

5. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən X10 izahatında bildirmişdir ki, “2014-cü ildən ATU X27 təsərrüfat bacısı vəzifəsində fəaliyyət göstərir, işə düzəldiyi vaxtdan müəssisədə dosent, təsərrüfat üzrə müavin Tahirova Zenfira ilə tanış olmuşdur. Təxminən 2016-cı ildə digər iş yoldaşı olan cavabdeh2 Zenfira Tahirovaya baxmışdır. Belə ki, Z.Tahirova qoca olduğu üçün ona baxmağa bir adam lazım olmuş və o da Zərinəni seçmişdir. Zərinə ona baxmış, bütün işlərini görərək köməklik etmişdir. Buna görə Tahirova o vaxtdan evi Zərinəyə vermək istədiyini, ona vəsiyyətnamə vermək istədiyini demiş, Zərinə işləri olduğu üçün o vaxtlar notariusa gedərək evin vəsiyyətnaməsinin tərtibində iştirak edə bilməmişdir. Zenfira ilə Zərinə arasında yaxşı münasibət olmuş, sonuncu Zenfiraya çox yaxşı baxmış, bütün işlərini görmüş, hətta Zenfira ilə bir evdə yaşamışlar. Təxminən 2024-cü ilin oktyabr ayının sonlarında Zərinə Zenfira ilə birlikdə ona görüntülü zəng vuraraq vəsiyyətnamənin digər hal şahidi qismində iştirakını istəmiş, o da razılaşmışdır. ##.##.2024-cü il tarixdə o, Zərinənin qonşusu olan Gülnarə Əliyevanın hal şahidliyi ilə ünvan 1 ünvanında vəsiyyətnamə müqaviləsinin bağlanmasında iştirak etmişlər. Həmin zaman Zenfira könüllü surətdə qeyd olunan ünvanda yerləşən mənzili Zərinəyə vəsiyyət etmişdir. Vəsiyyətnamənin evdə bağlanmasının səbəbi isə son vaxtlar Zenfira yaş və qocalığı ilə əlaqədar gəzə bilməmiş və buna görə də evdə müqavilə bağlanmışdır. Zenfira özü könüllü surətdə müqaviləni bağlamış, o bir hal şahidi kimi həmin zaman sonuncuya heç bir kənar təzyiq olmadığını görmüşdür.”

6. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən X6 izahatında bildirmişdir ki, “cavabdeh2 onun qonşuluğunda kirayədə yaşayır. Zərinəni qonşu kimi tanımış, çox yaxşı, sakit, heç kimlə işi olmayan biri olmuşdur. Zərinənin Zenfira adlı yaşlı bir xanıma baxdığını bilmiş, həmçinin Zenfiranın yaşadığı ünvan 3 ünvanında yerləşən evdə şəraiti olmadığı üçün arada həmin yaşlı qadını Zərinə kirayə yaşadığı evə gətirib çimizdirmişdir. Zərinə Zenfiraya çox yaxşı baxmış, onun daim qayğısına qalmış və həmişə onun qayğısına qaldığının şahidi olmuşdur. Zenfira arada söhbət əsnasında vəsiyyətnamə ilə yaşadığı həmin mənzili Zərinəyə vermək istədiyini bildiyini, lakin Zərinə isə vaxtı olmadığını və bir gün həll edəcəklərini demişdir. X8 evində qeydiyyatda olmuşdur. Təxminən 2024-cü ilin oktyabr ayının sonlarında Zərinə Zenfira ilə birlikdə görüntülü zəng vurub vəsiyyətnamə üçün hal şahidi qismində iştirakını istəmişlər, o da razılaşmışdır. ##.##.2024-cü il tarixdə o, Zərinənin iş yoldaşı Ruhana Hüseynovanın hal şahidliyi ilə ünvan 3 ünvanında vəsiyyətnamə müqaviləsinin bağlanmasında iştirak etmişdir. Həmin zaman Zenfira könüllü surətdə qeyd olunan ünvanda yerləşən mənzili Zərinəyə vəsiyyət etmişdir. Vəsiyyətnamənin evdə bağlanmasının səbəbi isə son vaxtlar Zenfira yaş və qocalığı ilə əlaqədar gəzə bilməmiş və buna görə də evdə müqavilə bağlanmışdır. Zenfira özü könüllü surətdə müqaviləni bağlamış, o bir hal şahidi kimi həmin zaman sonuncuya heç bir kənar təzyiq olmadığını görmüşdür.”

7. Məhkəmə-tibbi ekspertizasının Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1 Yasamal rayon şöbəsinin ##.##.2024-cü il tarixli *** nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X19 meyitində yataq yarasından başqa hər hansı bir xəsarət aşkar edilməmişdir. Onun ölümünə səbəb qaraciyərdə piy distrofiyası və degenerativ dəyişiklikləri nəticəsində inkişaf etmiş qaraciyər çatışmazlığı olmuşdur. Meyitdən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və psixotrop maddələr aşkar edilməmişdir.

8. Bakı şəhəri ** saylı Notariat ofisi tərəfindən təsdiqlənmiş ##.##.2024-cü il tarixli, 2V-171 nömrə ilə qeydə alınmış vəsiyyətnaməyə əsasən Tahirova Zemfira Aslanovna ona məxsus ünvan 2 ünvanda yerləşən mənzili cavabdeh2n vəsiyyət etmişdir. X21 Aslanova tərəfindən imzalanmış, hal şahidləri öz imzaları ilə vəsiyyətnamənin texniki vasitələrlə yazılmağına şahidlik etdiklərini təsdiq etmişlər.

9. Daşınmaz əmlakın dövlət reyestrində ##.##.2025-ci il tarixdə qeydiyyata əsasən verilmiş çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında cavabdeh2 adına qeydiyyata alınmışdır.

10. Gürcüstan Ədliyyə Nazirliyi Dövlət Xidmətlərinin Inkişaf Agentliyi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, **/****** nömrəli məktubdan müəyyən olunur ki, agentliyin vətəndaşlıq aktlarının elektron məlumat bazasında Alidə Tahirovanın 1 övladının, Vaxtanqi Çarqeişvilinin (doğum tarixi: ##.##.1952-ci il, şəxsi No. 010080185507) doğum akt qeydi mövcuddur və burada ana qrafasında ## ##### 2004-cü ildə dünyasını dəyişmiş Alidə Tahirova (##.##.1929-cu il, şəxsi No.01008018477) haqqında məlumat qeyd olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

11. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və Bakı şəhəri ** saylı Notariat ofisinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi və sair.” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ilə bağlı ** saylı notariat ofisinin xüsusi notariusu nümayəndə1 tərəfindən ##.##.2024-cü il tarixdə cavabdeh2 adına tərtib və təsdiq edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməklə onun hüquqi nəticələrinin ləğv edilməsi və iddiaçının ünvan 3-ya qanun üzrə vərəsəlik hüquqlarının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Iddia tələbini belə əsaslandırmışdır ki, ##.##.1941-ci il təvəllüdlü Tahirova Zemfira Aslanovna iddiaçının qohumudur. O, ATU-nun X22 dosent, təsərrüfat üzrə müavin vəifəsində işləmiş, ##.##.2024-cü ildə özünə mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Nərimanov meydanı, ev 5 mənzil 66-da vəfat etmişdir. Bununla əlaqədar Yasamal rayon prokurorluğu tərəfindən müvafiq araşdırma aparılmış və ##.##.2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Tahirova Zemfira Aslanovna tərəfindən əl ilə yazılmış əlyazma, həmçinin ** saylı notariat ofisinin xüsusi notariusu nümayəndə1 tərəfindən təsdiq edilmiş vəsiyyətnamə verilmişdir. cavabdeh2 prokurorluğa verdiyi izahatında Tahirova Zemfira Aslanovnaya qulluq etməyini, yaşadığı mənzili ona vəsiyyət etməsini və onu həmin evə qeydiyyata salmağını göstərmişdir. Müəyyən edilmişdir ki, cavabdeh2 ##.##.2024-cü ildən ##.##.2014-cü ildən mülkiyyət hüququ əsasında Tahirova Zemfira Aslanovnaya məxsus olan mənzilə qeydiyyata düşmüş, ##.##.2024-cü ildə isə sonuncunun adından ** saylı notariat ofisinin xüsusi notariusu nümayəndə1 tərəfindən vəsiyyətnamə təsdiq edilmişdir. Notariat əməliyyatı sözügedən mənzildə aparılmışdır. Göründüyü kimi, vəsiyyətnamə təsdiq edilməsindən 18 gün sonra Tahirova Zemfira Aslanovna vəfat etmişdir. Hazırda cavabdeh2 adına verilən ##.##.2024-cü il tarixli vəsiyyətnamədən istifadə edərək həmin mənzilə sahiblik etməyə başlamışdır. ** saylı notariat ofisinin xüsusi notariusu nümayəndə1 tərəfindən ##.##.2024-cü il tarixli təsdiq edilmiş vəsiyyətnamə etibarsızdır. Belə ki, Tahirova Zemfira Aslanovnanın son vaxtlar hansı vəziyyətdə olmasını cavabdeh2 prokurorluğa verdiyi izahatında Tahirova Zemfira Aslanovnanın 83 yaşı olmasını, yaşı ilə əlaqədar bir çox xəstəlikdən əziyyət çəkdiyini, təzyiqinin hər zaman yüksək olmasını, yaşlı olduğundan dəfələrlə evdə yıxılıb qalmasını, evin açarı onda olmadığından bir neçə dəfə Fövqəladə Hallar Nazirliyinə bu barədə müraciət etməsini və onların köməyi ilə evə daxil olmasını, bundan sonra Z.Tahirovanın evin açarlarını ona verməsini və onunla yaşamağa başlamasını, sonuncu dəfə onun ##.##.2024-cü ildə yıxılmasını və ondan sonra yataq xəstəsi olmasını göstərmişdir. Tahirova Zemfira Aslanovnanın özünü idarə edə bilməməsi, altını batırması, yıxılmağı ilə bağlı ona kənar şəxslər tərəfindən köməklik edilməsinə dair video görüntülər vardır. Tahirova Zemfira Aslanovna təkcə özünü fiziki cəhətdən idarə edə bilməməklə yanaşı, həm də demək olar ki, fəaliyyət qabiliyyəti də yox idi. Bu vəziyyətdən sui- istifadə edən cavabdeh2 dərhal evə notariusu dəvət edərək Tahirova Zemfira Aslanovnadan öz adına vəsiyyətnamə tərtib və təsdiq etdirməyə nail olmuşdur, hətta ona bu vəziyyətində əlyazma yolu ilə vəsiyyətnamə yazdırmışdır. Buna görə də, Tahirova Zemfira Aslanovna vəsiyyətnaməni verdiyi vaxt hərəkətlərinin mənasını sağlamlıq durumuna görə dərk etmədiyindən bu vəsiyyətnamə qanuni sayıla bilməz.

13. Cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili iddia tələbinə qarşı etiraz verərək bildirmişdir ki, iddianı qəbul etmir. Iddiaçının iddiası şər-böhtan xarakterlidir. Çünki mərhum Tahirova Zemfira Aslanovna ölən bir günə kimi ağlı başında olmuş və cavabdeh cavabdeh2 ona yaxın rəfiqə olması, uzun illər ona baxması və qayğı göstərməsi nəticəsində vəsiyətnaməni Tahirova Zemfira Aslanovna öz istəyi ilə vermişdir. Vəsiyyətnamə verilərkən heç bir qanun pozuntusu olmamış və tam qanuni şəkildə sənədləşdirmə işi aparılmışdır. Bu səbəbdən də, iddianın təmin edilməməsini xahiş edir.

14. Cavabdeh cavabdeh2 məhkəmə iclasında iddia tələbinə qarşı etiraz edərək qeyd etmişdir ki, Tahirova Zemfira Aslanovna ilə eyni müəssisədə işləmiş, Zemfira xanım yaşlı olduğundan və baxıma ehtiyacı olduğundan ona qulluq etməyə başlamışdır. Bir müddət onun evində yaşamış, Tahirova Zemfira Aslanovnanın qulluğunda durmuşdur. O da öz növbəsində evini ona vəsiyyət edəcəyini bildirmişdir. Vəsiyyətnamənin tərtibi zamanı hər hansı qanunsuzluğa yol verilməmişdir. Tahirova Zemfira Aslanovna evi həqiqətən ona vəsiyyət etmək niyyətində olmuşdur. Tahirova Zemfira Aslanovnanın anası vəfat etdiyindən tək yaşayırdı. Tahirova Zemfira Aslanovna son zamanlarda yeriməkdə çətinlik çəkdiyindən onunla birlikdə qalmağını xahiş etmişdi. 2016-cı ildən etibarən mərhumun qayğısına qalmışdır. Hər gün və ya günaşırı onu ziyarət edirdi. Mərhum vəfat etməmişdən 1 il əvvəl onunla birlikdə qalmışdır. Hətta mərhum 2024-cü ilin iyun ayında onun həmin mənzilə qeydiyyata alınmağı məqsədilə * saylı Bakı Asan Xidmət Mərkəzinə müraciət etmişdir. Mərhumun Gürcüstan Respublikasında yaşayan qohumları dəfələrlə ona mənzili satıb Gürcüstan Respublikasına köçməyi, onlarla birlikdə yaşamağı təklif etsələr də, mərhum işi ilə bağlı imtina etmişdir. O, mərhumla rus dilində ünsiyyət saxlayırdı. Lakin o, Azərbaycan dilini də bilirdi. Vəfat etməsi barədə Gürcüstandakı qohumlarına o məlumat vermişdir. Mərhumun Gürcüstanda yaşayan qohumları onun dəfni ilə bağlı çəkdiyi xərcləri cavabdehə ödəməmişlər. Əlyazma ilə vəsiyyətnamə tərtib edilərkən notarius işçisi Müzəffər notarius nümayəndə1 ilə görüntülü əlaqə saxlamışdır. 2-3 gün sonra vəsiyyətnamə texniki vasitə ilə tərtib edilmişdir. Həmin gün mənzilə yenə notarius işçisi Müzəffər və iki şahid gəlmişdi. Mərhum şahidlərin iştirakı ilə həmin vəsiyyətnaməni imzaladı. Notarius nümayəndə1 həmin vaxt mənzildə deyildi. Özləri notariat ofisinə getmişlər. Vəsiyyətnamə tərtib edilən zaman qızı, onun həyat yoldaşı da mənzildə idi.

15. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Bakı şəhəri ** saylı Notariat ofisinin notariusu nümayəndə1 izahatında bildirmişdir ki, təqdim etdiyi fləşkartda vəsiyyət edənin vəsiyyətnaməni tərtib etməsi ilə bağlı videgörüntülər əks olunmuşdur. Telefon nasaz olduğundan vəsiyyətnamənin tərtib edilməsi ilə bağlı videogörüntülər tam şəkildə qeydə alınmamışdır. Texniki vasitələrlə tərtib edilmiş vəsiyyətnamə təsdiq edilmişdir, çünki vəsiyyət edən əlyazma ilə yazılmış vəsiyyətnamənin ikinci nüsxəsini yaza bilməmişdir. Özü 20 dəqiqə vəsiyyət edənlə danışmışdır. Vəsiyyət edən oturaq vəziyyətdə idi. Şahidlər vəsiyyətnamənin texniki vasitələrlə tərtib edilməsinə şahidlik etmişlər. Vəsiyyət edəndən əvvəlcə ad-familiyasını, daha sonra notariusdan nə istədiyini, məcburi pay məsələsini, vəsiyyətnaməni tərtib edə edibbilməyəcəyini müəyyən edir. Vəsiyyət edənin anlaqlı olduğunu müəyyən etdi. Vəsiyyət edən israrla daşınmaz əmlakı cavabdehə vəsiyyət etmək istədiyini bildirdi. Əvvəlcə vəsiyyət edən tərəfindən vəsiyyətnamə əlyazma ilə yazıldı. Lakin o, vəsiyyətnamənin ikinci nüsxəsini əlyazma ilə tərtib edə bilmədi. Şahidlər vəsiyyət edənin yanında idilər. Şahid qohum ola bilməz, lakin dost, qonşu ola bilər. Vəsiyyət edənin birinci dərəcəli vərəsələrinin olub-olmadığını müəyyən etdi. O, birinci dərəcəli vərəsələrinin olmadığını bildirdi. Iddianı qəbul etmir. Birinci gün işçi vasitəsilə mərhumla videogörüntülü əlaqə saxladı. Mərhum savadlı şəxs idi, onunla rus dilində ünsiyyət saxladı. Ikinci gün mərhumun məqsədini bildikdən sonra işçisi vasitəsilə əlyazmasını da yoxladı. Lakin mərhum ikinci əlyazmanı yaza bilmədiyi üçün təsdiq etmədi. Buna görə də üçüncü gün vəsiyyətnamə texniki vasitə ilə tərtib edilmişdir. Zemfira texniki vasitə ilə tərtib edilmiş vəsiyyətnaməni imzalayarkən o da orada idi. Daha sonra şahidlər də notariat ofisinə gəldilər. Həmin gün vəsiyyətnamə notarial qaydada təsdiq edilmişdir.

16. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, cavabdehlə birgə eyni müəssisədə işləmişdir. Tahirova Zemfira Aslanovna 2021 ci ilə qədər həmin müəssisədə işləmişdir. 2021-ci ildən sonra onunla mütəmadi ünsiyyətdə olmuş, bəzən ziyarət etmişdir. Tahirova Zemfira Aslanovnada onurğa sütunu yırtığı əmliyyatından sonra xəstəlik yaranmışdır. Ona görə də cavabdehə müraciət etmişdir ki, Tahirova Zemfira Aslanovnaya qulluq etsin. Tahirova Zemfira Aslanovna heç vaxt cavabdehin onunla birgə yaşadığını bildirməmiş, yalnız gedib-gəldiyini demişdir. Hətta Tahirova Zemfira Aslanovnanın ad günündə iştirak etmiş, lakin həmin ad günündə cavabdehin iştirak etdiyini görməmişdir. Cavabdeh onun üçün bazarlıq edirdi, ev işlərini görür, yuyundururdu. Bunun müqabilində isə ona məvacib verildiyini bilmişdir. Tahirova Zemfira Aslanovna xəstələnənə qədər Gürcüstan Respublikasına öz qohumlarının yanına gedib-gəlmişdir.

17. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid4 ifadəsində göstərmişdir ki, taksi sürücüsü kimi fəaliyyət göstərir. Iddiaçı İddiaçı qızını Nizami metrosu tərəfdən Xocasən qəsəbəsinə dəfn mərasiminə aparmışdır. Lakin vəfat edənnin kimliyi ona məlum olmamışdır. Qabaqda əyləşən kişinin arxada əyləşən digər xanıma pul verdiyini görmüşdür. Pul verilən xanım Azərbaycanlı olmuşdur.

18. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid2 ifadəsində göstərmişdir ki, Tahirova Zemfira Aslanovna onun bağ qonşusu olmuş, onun evinə gedib-gəlmişdir. Əməliyyatdan sonra xəstəliyi ilə əlaqədar əziyyət çəkmişdi. Hətta son dövrlə yaddaşı da pozulmuş, gözünə kimlərinsə göründüyünü bildirmişdir. Cavabdeh ona qulluq edir, bazarlığını edir, evinə gəlib-gedirdi. Bunun müqabilində məvacib aldığını bilmişdir. Tahirova Zemfira Aslanovna arabir cavabdehdən narazı olduğunu da demişdir. Sonuncu dəfə o evində yıxılanda evdə heç kəs olmamış, FHN-nə isə o məlumat vermişdir. Tahirova Zemfira Aslanovna sağlamlıq vəziyyəti yaxşı olanda Gürcüstan Respublikasına gedib-gəlmişdir.

19. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid5 ifadəsində bildirmişdir ki, cavabdehlə bir yerdə eyni müəssisədə işləmişdir. Tahirova Zemfira Aslanovna da onlarla birlikdə işləmiş, onu tanımışdır. Evinə tez-tez gedib gəlmişdir. Cavabdeh Tahirova Zemfira Aslanovnaya qulluq etmişdi. Lakin soyuducuda ərzaq, hazır yemək olmurdu. Bəzən cavabdehdən şikayət edir, ona etibar etmədiyini bildirirdi. Tahirova Zemfira Aslanovnanın yaddaşının və psixi vəziyyətinin pozulmasını görmüşdür. O bəzən keçmişdə baş verən hadisələri indi olmuş kimi danışırdı. Rus dilli olduğundan Azərbaycan dilini başa düşməkdə çətinlik çəkirdi. Tahirova Zemfira Aslanovna dəfələrlə bildirmişdir ki, onun qohumları var və mənzili heç kəsə vermək fikri yoxdur.

20. Məhkəmə iclasında şahid qismində dindirilmiş Çargeişvili Vera ifadəsində bildirmişdir ki, iddiaçının qızıdır. Atası Tahirova Zemfira Aslanovnanın bacısı oğludur. Tahirova Zemfira Aslanovna ilə mütəmadi telefon vasitəsilə ünsiyyət saxlamış, sağlığında onların evinə gedib gəlmişdir. Həmçinin atası da Azərbaycana gedib-gəlmişdir. Tahirova Zemfira Aslanovnanı atası dəfn etmişdir. Cavabdeh barədə məlumatları olmuş, bəzən onun vasitəsilə əlaqə saxlamışlar. Cavabdehin ona bazarlıq etdiyini bilmişdir. Lakin ölümündən iki həftə əvvəl onunla telefonla əlaqə saxlamağa çalışmış, lakin ünsiyyət qura bilməmişlər. Vəsiyyətnamə barədə ümumiyyətlə məlumatları olmamışdır. Tahirova Zemfira Aslanovnanın yaddaş pozuntuları olduğunu, evdən çıxa bilmədiyini bilmişdir. Mərhumun dəfnindən sonra cavabdehin dəfn üçün çəkdiyi 1500 ABŞ dolları xərci ona ödəmişdir. Cavabdeh gördüyü işlərin müqabilində məvacib almışdır.

21. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid1 ifadəsində göstərmişdir ki, cavabdehin qızıdır. Anası heç bir məvacib almadan Tahirova Zemfira Aslanovnanın qulluğunda durmuş, ona köməklik etmişdir. Notarius nümayəndə1 birinci dəfə onun evinə gələndə təklikdə söhbət aparmış, səhəri gün telefon vasitəsilə əlaqə saxlamışdır. Şahidlər də mənzildə olmuşlar. Vəsiyyətnamə həm əlyazma, həm də texniki vasitə ilə tərtib edilmişdir. Sonra birlikdə vəsiyyətnamənin təsdiq edilməsi üçün notariusun yanına getmişlər.

22. Məhkəmə tərəfindən mübahisəli ünvana yerli baxış keçirilmiş və mərhum Tahirova Zemfira Aslanovnaya məxsus olmuş mənzilə baxış keçirilmiş, qonşularla söhbət aparılmışdır. Qonşular Tahirova Zemfira Aslanovnanın xəstəliyi ilə əlaqədar son dövrlər evdən çıxa bilmədiyini, cavabdeh2 ona baxdığını, lakin həmin evdə yaşamadığını bildirmişlər. Həmçinin verilən suallara cavab olaraq bildirmişlər ki, cavabdeh2 arabir baş çəkmiş, mərhumun ağır vəziyyətdə olmasına baxmayaraq onun yanında olmadığını bildirmişlər. Hətta mərhum evdə olarkən yıxılmış, onun köməyinə FHN əməkdaşları gəlmişlər. Həmin vaxt cavabdeh evdə olmamışdır. FHN əməkdaşları mərhumun evinə qonşunun evinin pəncərəsindən daxil olmuşlar.

23. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim K.B.Xudayev) iddia təmin edilmiş, ünvan 3 ilə bağlı ** saylı notariat ofisinin xüsusi notariusu nümayəndə1 tərəfindən ##.##.2024-cü il tarixdə cavabdeh2 adına tərtib və təsdiq edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Nərimanov meydanı, ev 5 ünvanında yerləşən ** saylı mənzilə dair cavabdeh cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində ##.##.2025-ci il tarixdə 011011000499- 05101-093031 reyestr nömrəsi və 1125079842 qeydiyyat nömrəsi ilə aparılmış qeydin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, iddiaçı İddiaçı ünvan 3-ya qanun üzrə vərəsəlik hüquqlarının tanınması, ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

24. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, ##.##.2024-cü il tarixdə Tahirova Zemfira Aslanovna özünə məxsus ünvan 2 ünvanda yerləşən mənzili notarial qaydada təsdiq edilmiş vəsiyyətnamə əsasında cavabdeh cavabdeh2 vəsiyyət etmişdir. Vəsiyyətnamənin tərtibində cavabdehin rəfiqələri şahid qismində iştirak etmiş, vəsiyyətnamə notarisun iştirakı olmadan onun əməkdaşının diqtəsi ilə mərhum Tahirova Zemfira Aslanovnaya yazdırılmışdır. Cavabdeh ** saylı Notariat ofisinin notariusu nümayəndə1 məhkəmə iclasında iştirak edərək izahat vermiş və bildirmişdir ki, vəsiyyətnamənin tərtibi və təsdiqi zamanı şəxsən iştirak etmişdir. Lakin həm cavabdehin izahatı, həm də şahid qismində dindirilmiş cavabdehin qızının izahatı ilə təsdiq edilir ki, vəsiyyətnamə evdə tərtib edilmiş, sonradan onlar vəsiyyətnamənin təsdiqi üçün notariat ofisinə getmişlər. Beləliklə, Tahirova Zemfira Aslanovnanın vəsiyyətnamənin təsdiqi mərhələsində ümumiyyətlə iştirak etmədiyi müəyyən edilir. Vəsiyyətnamənin tərtibi zamanı videogörüntü qeydə alınmışdır. Həmin videogörüntüyə məhkəmə tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, Tahirova Zemfira Aslanovnaya notariat ofisinin əməkdaşı tərəfindən vəsiyyətnamənin mətni Azərbaycan dilində diqtə edilir. Notariat Ofisinin əməkdaşının mərhuma vəsiyyətnamənin mətnini diqtə etməsi məhkəmə tərəfindən normal qəbul edilsə də, ona vəsiyyətnamənin hüquqi nəticələri ümumiyyətlə izah olunmur. Həmçinin, videogörüntünün sonuna doğru əməkdaş tərəfindən çəkiliş dayandırılmaqla, görünür ki, mərhuma nəyisə izah etməyə çalışacaqdır. Lakin bundan sonra mərhumun nə etdiyini, onun əmlakının cavabdehə vəsiyyət edilməsi ilə bağlı iradəsinin olub-olmamasının dəqiqləşdirilməsi müəyyən edilmir.

25. Məhkəmə videogörüntünün vəsiyyətnamənin tərtibini tam əks etdirməməsinə şübhəli yanaşır. Belə ki, cavabdeh notarius nümayəndə1 bu halı texniki problemlə əlaqələndirsə də, bu hal ağlabatan hesab edilə bilməz.

26. Göründüyü kimi, qanunverici vəsiyyətnamənin tərtibinin 2 formasını nəzərdə tutmuş, notariat formasında təsdiq edilmiş vəsiyyətnamə üçün isə tələblər müəyyən etmişdir. Belə vəziyyətnamə şəxsin özü tərəfindən tərtib edilməli, onun tərəfindən imzalanmalı, özü tərəfindən tərtib edilmədikdə isə vəsiyyət edənin sözlərindən notarius tərəfindən iki şahidin yanında yazılmalı, notarius tərəfindən təsdiq edilməlidir. Həmçinin vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər.

27. Hazırki işin hallarından görünür ki, Tahirova Zemfira Aslanovna vəsiyyətnamənin bir nüsxəsini notariat ofisinin əməkdaşının diqtəsi ilə tərtib etməyə çalışır. Məhkəmə araşdırması zamanı dindirilən şahid ifadələri ilə təsdiq edilir ki, Tahirova Zemfira Aslanovna Azərbaycan dilini çətin başa düşür, əsasən rus dilli olmaqla rus dilində danışır. Bu halda, onun əməkdaşın diqtə etdiyi fikirləri və ifadələri anlaması çətin görünür. Eyni zamanda, şahid qismində iştirak edən şəxslər cavabdehlə qohum olmasalar da rəfiqə olmuşlar. Bu hal qanunvericiliyin tələblərinə zidd olmasa da, həmin şəxslərin onun mənafeyindən çıxış etmələri təbiidir. Vəsiyyətnamənin notarial qaydada təsdiqinin mühüm ictimai əhəmiyyəti ondan ibarətdir ki, həmin əqd səlahiyyətli dövlət qurumunun iştirakı ilə bağlanır. Lakin videogörüntülərdən görünür ki, notarius həmin vəsiyyətnamənin tərtibi zamanı iştirak etməmiş, şəxsin anlaqlı olub-olmamasını qiymətləndirmək imkanı olmamışdır.

28. Şəxsin anlaqlığı məsələsinə gəldikdə isə mərhumun xəstəlikdən əziyyət çəkdiyi, huşunu itirməsi, rəfiqələrini bəzən tanımaması da şahid ifadələrində göstərilir. Göründüyü kimi, Tahirova Zemfira Aslanovna ölümündən 18 gün əvvəl vəsiyyətnamə ilə özünə məxsus əmlakı cavabdeh cavabdeh2 vəsiyyət etsə də, həmin vəsiyyətnamə qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Hazırda isə ümumiyyətlə mərhumun belə bir iradə ifadəsinin mövcud olubolmadığını müəyyən etmək mümkün deyil. Belə ki, məhkəməyə şahid qismində dəvət olunmuş şəxslər mərhumla yaxın münasibətdə olmuş, onun dəfələrlə mənzilini başqa şəxsə vermək niyyətində olmadığını bildirdiyini ifadə etmişlər. Cavabdeh isə mərhuma qulluq etmiş, evi üçün bazarlıq etmiş, digər xidmətlər göstərmişdir. Bunun qarşılığında isə məvacib almışdır. Ona görə də, məhkəmə mərhumun vəsiyyətnamə tərtib etməklə əmlakını cavabdehə vermək istəməsini inandırıcı hesab etmir. Məhkəmə tərəfindən mərhumun yaşadığı mənzilə yerli baxış keçirilmiş, qonşular da qeyd edilən halları təsdiq etmiş, cavabdehin mütəmadi mərhumla yaşamadığını, arabir gəlib-getdiyini bildirmişlər. Hlabuki cavabdeh bildirir ki, dəfn xərcləri onun tərəfindən qarşılanmış, mərhuma qulluq etməsi ilə bağlı hər hansı məvacib almamış, mərhumla birlikdə mübahisəi mənzildə yaşamışdır. Lakin şahid qismində ifadə vermiş şahid4 bildirmişdir ki, iddiaçının qızını dəfn yerinə taksi sürücüsü kimi o aparmış, avtomobilin içində ona pul vəsaiti verilmişdir. Həmin pul vəsaiti isə dəfn xərclərinin qarşılanması üçün olmuşdur. Beləliklə, cavabdehin dəlilləri öz təsdiqini tapmamışdır.

29. Odur ki, iddia tələbi “ünvan 3 ilə bağlı ** saylı notariat ofisinin xüsusi notariusu nümayəndə1 tərəfindən ##.##.2024-cü il tarixdə cavabdeh2 adına tərtib və təsdiq edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi hissəsində təmin edilməlidir.

30. Həmçinin ** saylı notariat ofisinin xüsusi notariusu nümayəndə1 tərəfindən ##.##.2024-cü il tarixdə cavabdeh2 adına tərtib və təsdiq edilmiş vəsiyyətnamə etibarsız hesab edildiyindən, həmin vəsiyyətnamə əsasında Bakı şəhəri, Yasamal rayonu, Nərimanov meydanı, ev 5 ünvanında yerləşən ** saylı mənzilə dair cavabdeh cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində ##.##.2025-ci il tarixdə 011011000499-05101-093031 reyestr nömrəsi və 1125079842 qeydiyyat nömrəsi ilə aparılmış qeyd və onun əsasında verilmiş çıxarış ləğv edilməlidir.

31. Məhkəmə iddia tələbinin iddiaçının ünvan 3-ya qanun üzrə vərəsəlik hüquqlarının tanınmasına dair hissəsinə münasibətdə məhkəmə hesab etmişdir ki, iddia bu hissədə də əsaslıdır.

32. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mərhum Tahirova Zemfira Aslanovnanın bacısı Alidə Tahirova ## ##### 2004-cü il tarixdə Gürcüstan Respublikasında vəfat etmiş, iddiaçı İddiaçı onun yeganə oğludur. Həmçinin iş materiallaı ilə mərhumun 1-ci növbə vərəsələrinin olmadığı müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı mərhumun tək yaşadığı, hər hansı qohumlarının ona baxmadığına dair dəlillər irəli sürülsə də, müəyyən edilmişdir ki, mərhum sağlığında tez-tez Gürcüstan Respublikasında yaşayan qohumlarının yanına ziyarət etmiş, onlarla telefon vasitəsilə də əlaqə saxlamışdır. Xəstələndən sonra isə mütəmadi telefonla əlaqə saxlamış, onun sağlamlıq vəziyyəti ilə maraqlanmışlar. Lakin son dövrdə mərhumla əlaqə saxlamağa çalışsalar da, cavabdeh telefon zənglərinə cavab verməmiş, iddiaçının mərhumla əlaqə saxlamasına şərait yaratmamışdır. Mərhumun vəfatından sonra bacısının nəvəsi dəfnində iştirak etmiş, dəfn xərclərini ödəmişdir. Bu hallar da onu təsdiq edir ki, mərhum Tahirova Zemfira Aslanovna ilə qohumları arasında bağlılq olmuşdur. Bu halda, məhkəmə hesab edir ki, mərhumun bacısı ikinci növbə vərəsə sayılmalı, o sağ olmadığından oğlu iddiaçı İddiaçı mərhumun qanun üzrə vərəsəsi hesab edilməklə ünvan 3-ya vərəsəlik hüquqları tanınmalıdır.

33. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 337.1, 346.1, 416, 1078-27.1.3 və 1225.3-cü, 1159.2, 1160, 1166, 1167, 1168, 1179.1, 1179.2, 1180.1-ci maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 35, 47ci maddəsinə, Konstitusiya Məhkəməsinin ##.##.2021-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

34. Cavabdeh cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

35. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərhum ##.##.1941-ci il təvəlüdlü Tahirova Zemfira Aslanovna ünvan 2 ünvanında yaşamış və həmin mənzilin yeganə mülkiyyətçisi olmuşdur. Mərhum təqaüdə çıxmamışdan öncə uzun müddət Azərbaycan Tibb Universitetinin X22 dosent, təsərrüfat üzrə müavin vəzifəsində çalışmışdır. Tahirova Zemfira Aslanovnanın anası dünyasını dəyişəndən sonra ev işləri üzrə kömək edə biləcək şəxsə ehtiyac duymuş və bununla bağlı çalışdığı Azərbaycan Tibb Universitetinin X22 cavabdeh2 müraciət etmişdir. Hər iki şəxs bir yerdə çalışmış və bir-birilərinə bələd olduqlarından aralarında səmimi münasibətlər olmuşdur. Mərhum Zemfira Tahirova 2021-ci ildə 80 yaşında təqaüdə çıxmışdır. Mərhum bundan sonra da yaxşı münasibətlərdə olduğu cavabdeh2 onun qayğısına qalmasını xahiş etmişdir. Şəxslər arasındakı bundan sonrakı münasibətlər daha da doğmalaşmış və mərhum bütün meylini ona quluq edən cavabdeh2 salmışdır. Bundan sonra mərhum ona quluq göstərən cavabdeh2 evinin məhz ona vəsiyyət etmək istəyində olmasını bildirmişdir. Ilk əvvələr cavabdeh2 mərhumun bu təklifinə tərəddüdlə yanaşmışdır. Belə ki, o, hesab etmişdir ki, bu mərhumun qohumları tərəfindən söz-söhbətə səbəb ola bilər. Ancaq, mərhum Z.Tahirova qohumlarının çox mənzilə sahib olmaları səbəbindən bu evin onlara heç lazım olmayacağını deyirdi və evin məhz cavabdeh2 vəsiyyət etməsində israrlı idi. Görünür ki, mərhum ahıl və tənha halında onun qayğısına qalan şəxsə qarşı belə şəkildə təşəkkürünü bildirmək istəyirmiş. Çünki qohumlarından heç kəs onun quluğunda durmur və qayğısına qalmırdı. Bu məqsədlə mərhum vəfatından təxminən 5 ay əvvəl cavabdeh2 özünün istəyi və təkidi ilə həmin mənzilə qeydiyyata salmışdır. Bunun davamı olaraq vəsiyyət edən mərhum Tahirova Zemfira Aslanovna Bakı şəhəri ** saylı notariat ofisinin xidmətindən istifadə edərək, şahidlərin iştirakı ilə mülkiyyətçisi olduğu evi cavabdeh2 vəsiyyət etmişdir. Lakin məhkəmə vəsiyyət edilmə ilə bağlı çəkilişin tam olmamasını və mərhumun öz hərəkətlərinin mənasını düşməməsini əsas gətirərək mövcud qətnaməni qəbul etmişdir. Məhkəmə işi tədqiq edərkən bilavasitə vəsiyyətnamənin tərtib edilən zaman orada iştirak edən 2 şahidi dindirməmiş (X7 və X11), onların adını ümumiyyətlə qətnaməyə salmamaqla onları cavabdehə tərəf olan şəxs saymışdır. Bunun üçün tutarlı əsaslar olmadan, məhkəmə mövqeyini əvvəlcədən bəlli etməklə, birtərəfli mövqe nümayiş etdirmişdir. Halbuki, onların qərəzli və şahid tələblərinə uyğun gəlməməsi heç bir maddi norma ilə təsbit olunmamışdır. Həmçinin, məhkəmə iddiaçının qızı Chargeishvili Veranı şahid qismində dindirmiş, onun sözlərinə istinad etmişdir. Bununla da obyektivlik və qərəzsizlik prinsipi pozulmuşdur. Iddiaçının qızı olaraq Gürcüstan Respublikasından gəlib, atasının maraqlarından çıxış edən bir şəxsin ifadəsi obyektiv qəbul edilə bilməz. Həmçinin, digər X4 mərhumun iş yoldaşı olaraq şahid qismində dindirilsə də, notariat hərəkətində şahidlik etmiş və mərhumla bir müəssisədə çalışmış X10 ümumiyyətlə dindirilməmişdir. Eləcə də qarşı tərəfin təqdim etdiyi taksi sürücüsü, habelə mərhumun bağ qonşusu olmuş şəxs də şahid qismində çıxış etmişlər ki, bu şəxslər də mərhumu ya görməmiş, ya da onun həyatında epizodik ünsiyyətdə olmuşlar. Mülki-Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin haları başqa sübutlarla təsdiq oluna bilməz. Buradan göründüyü mərhumun iradəsi notariat hərəkətini icra edən Bakı şəhəri, 53 sayı noariat ofisi tərəfindən təsdiq edildiyi halda, şahid ifadələrinə, video görüntünün yarımçıqlığına istinad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2000-ci il *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da vəsiyyətnamə ilə bağlı iradə ifadəsində video görüntünün zəruriliyi barədə tələb yoxdur. Yəni, texniki qüsur nəticəsində video görüntünün kəsilməsi normativ-hüquqi aktın tələbinin pozulması kimi qəbul edilə bilməz. Həmçinin, həmin prosesdə notarius iştirak etmişdir. Notariat hərəkəti zamanı olan şahidləri dindirməmiş və notariat hərəkətləri ilə bağlı təlimatın tələblərini nəzərə almamışdır. Şəxsin anlaqsız hesab edilməsinə dair sübutların olmamasına diqqət etməmişdir. Mərhuma quluq edən şəxsin məvacib almasını formal olaraq qəbul etmişdir. Mərhumun öz evini cavabdehə vəsiyyətnamə etmək istəyi ilə bağlı niyyətini və bununla əlaqədar digər əlaqəli haları (öz evinə qeydiyyata salmasına, öz əlyazısı ilə vəsiyyətnamə tərtib etməsi və s.) nəzərə almamışdır. Məhkəmə ümumiyyətlə qətnaməsində heç bir sübuta əsaslnamamış, formal olaraq qətnamə qəbul etmişdir. Məhkəmə işi tədqiq edərkən qeyd edilən çatışmazlıqlarla yanaşı, işin hallarını, vəsiyyətnamə ilə nəticələnən mərhumun etdiyi hərəkət ardıcıllığını, vəsiyyətin məhz cavabdeh2 adına edilmə səbəblərini araşdırmamışdır. Belə ki: 1. cavabdeh2 başqa heç kəs mərhuma qulluq göstərməmişdir. Tənha və xəstə qadın bunun qarşılığında evi məhz bu şəxsin adına vəsiyyət etmək istəmişdir. 2. Bu məqsədlə mərhum vəfatından təxminən 5 ay əvvəl onunla birgə ASAN xidmətə gedərək onu evə qeydiyyata salmışdır. 3. Öz iradə ifadəsini əlyazma ilə də yazmışdır. 4. Notariusa bu barədə iradəsini bildirmişdir. Video görüntüdə mərhumun anlaqlı olması dəqiq müəyyən olunur. Belə ki, adı çəkilən notariat Təlimatının 64-cü bəndinin 3-cü abzasına əsasən fiziki çatışmazlığı, xəstəliyi olan şəxslər də vəsiyyət edə bilərlər. Vəsiyyətnamə notariusun iştirakı ilə təsdiq edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

37. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, şəxsin iradə ifadəsinin birbaşa şahidi dindirilməyiblər. Bu prossessual pozuntudur. Növbəti olaraq isə məhkəmə qonşuların dindirilməsi ilə evə baxış etmişdir. Özü də gedib evə baxmış, qonşuları dindirmişdir. Orada mərhumun Sevda Rzaquluyeva adında üzbəüz mənzildə yaşayan qonşusu vardır ki, hansı ki Azərbaycan mentaliteti uyğun olaraq bir şey olduqda üzbəüz qonşunun qapısını döyərlər. Sevda xanımdan soruşduqda, o məhkəmənin onun qapısını döydüyünü və məhkəməyə hadisə ilə bağlı öz qeydlərini dediyini bildirmişdir. Lakin baxış protokolunda Sevda Rzaquluyevanın adı keçmir. Video görüntü ilə də bağlı subyektiv olaraq yazılır ki, “videogörüntüdən məhkəməyə şübhəli gəldiyi görünür.” Yəni hamısı şübhələrdən ibarətdir. O, həm Səma xanım ilə şəxsən, həm də Müzəffər adlı köməkçi ilə görüşmüşdür. Notariusun köməkçisi ilə danışanda bəzi hallar məlum oldu. Zemfiranın ev ilə bağlı fikirlərini səsləndirdiyi disk birinci istansiya məhkəməsinə prosses zamanı təqdim olunmamışdır. Müvəkkili görüntüləri itirdiklərini və tapa bilmədiklərini qeyd etdilər. Videoda Zemfira imkanı olmadığını qeyd edir və maddiyyatı ilə bağlı danışır. Diqtə olunma notariusun köməkçisi Müzəffər adlı şəxs tərəfindən həyata keçirilib. Mərhum rus dilli idi. Birinci instansiya məhkəməsində cavabdehin qızının ifadəsinə şahid qismində istinad olunur. Əvvəlki iclaslarda başqa vəkil iştirak etmişdir və orada bir epizod onun üçün çox maraqlıdır. Hansı ki cavabdehin qızını dindirmək istəyirlər, cavabdeh tərəfin vəkili isə bu şəxsi şahid kimi təqdim etmədiyini qeyd edir, hakim isə cavabdehin qızını özü şahid kimi cəlb etdiyini qeyd edir. Tez-tez ifadə olunur ki, mərhumun ağlı yerində deyildi, amma o çəkilişlərə əsasən görünür ki, o, azərbaycan dilində bilirdi və düzgün yazıb-yazmadığını soruşurdu. Yəni şəxs həmin vaxt anlaqlı idi, qulaq asır, dərk edir və sualını da verir.

38. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə qarşı etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, birinci instansiya məhkəməsində şahidlərin dindirilməsi təklif olunmuşdu. Hətta qeyd etmişdi ki, vəsiyyətnaməni tərtib edərkən iştirak etmiş şahidlər gəlsinlər. Qarşı tərəfin vəkili ehtiyac olmadığını, gəlib imzaladıqlarını və bunu da notariusun təsdiq etdiyini qeyd etmişdi. Özü həmçinin həmin şahidlərin iş yerlərinin müəyyən edilməsini məhkəmədən xahiş etmişdi. Xanım artıq 3 ildir ki, həmin mənzildə yaşadığını və mərhuma qulluq etdiyini qeyd edirdi. Iddiaçının qızının dindirilməsi ilə bağlı olan video görüntülərdə uzun müddətdi orada yaşadığını qeyd edir. O zaman nə ehtiyac var idi ki, şahidi Gəncədən gətizdirdilər. Sevda xanım üzbəüz qonşudur, həmçinin cavabdeh tərəfin fikirlərini təsdiq edir, nə üçün şahid kimi Sevda xanımı deyil də, Gəncədə yaşayan və qeydiyyatda olan şahidləri cəlb etmişlər? Söhbət ondan gedir ki, mərhumun mənzilini kiməsə vəsiyyət etmək kimi niyyəti olmamışdır. Təqdim olunan video görüntüdən də məlum olur ki, mərhum rəhmətə getməmişdən 15-20 gün əvvəl zəng edib Zenfira xanımın şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinə baxmaq üçün şəkil istəyir. Belə danışıqlar vardır, həmçinin görüntüdə əksəriyyətin fikir vermədiyi nüans vardır ki, bəlkə də məhkəmə kollegiyası fikir vermişdir. Həmin görüntüdə Zemfira xanım qorxunc bir vəziyyət alır və səsini belə çıxarmır. Yəni onların sərbəst, səmimi münasibətləri var idisə, danışa bilərdi. Niyə Zərinə xanım onun videosunu çəkəndə üzünü çəkmir, sadəcə bədənini göstərir? Şahidlərin qızının dindirilməsində isə məhkəmə prosesi başlanıldı, Zərinə xanım qızı ilə koridorda idi. Danışıqlardan sonra bunlar çıxıb getdilər. Məhkəmə prosesi başlanıldıqda sədrlik edən cavabdehin iştirak edib-etməyəcəyi ilə bağlı sual verdi. O da qeyd etdi ki, bayaq qızı ilə kolidorda dayanmışdı. Sədrlik edən də təklif etdi ki, şəxs burdadırsa, gəlib iclasda iştirak etsin. Birinci dəfə gəldikdə tək gəlmişdi, ikinci dəfə gəldikdə isə qızı ilə gəldi. Prosesdə Zərinə xanım sərbəst ifadə verdikdən sonra şahidlərin dəvəti üçün fasilə yarandı. Vəsatət yazılı verilməmişdir, lakin notariat əməliyyatları aparılan zaman onun qızının orada iştirak etməsi son anda bilindi. Zərina xanım ayrıca şifahi vəsatət verdi. Iddiaçının öz şahidləri kifayət edirdi, əlavə şahidin dindirilməsinə ehtiyac yox idi. Şəxs ali təhsilli dosent, professordur. Şəxsin öz fikri olsa idi, elə özü yaza bilərdi. Şəxsə diqtə etdikləri yazı ümumidir, lakin o diqtə etdikləri mühüm hissəyə çatdıqda video dayanır. Notariusa verilən birinci və ikinci audio-video danışıqlarda da görünür ki, xanımın mövqeyi ziddiyyətlidir. Birinci dəfə özünün gəlib-getdiyini, ikinci dəfə isə zəng vurulduqdan sonra görüntülü danışdığını qeyd edir. Kim ərizə ilə ** saylı notariata zəng elədi ki, filan ünvanda yaşayan şəxs mülkiyyətindəki mənzili vəsiyyət etmək istəyir? Bunu edən ya Zərinədir, ya da mərhumun özüdür. Qızı da təsdiq edir ki, notariusun əməkdaşları 3 gün ora gəlib-gediblər. Proses belədir ki, ərizə notariat ofisinə daxil olur, ərizədə prosesin evdə ola bilməyi qeyd olunur, əməkdaşlar da evə gəlirlər və mülkiyyətçidən sənədləri götürürlər, onun istəyini dinləyirlər. Daha sonra notariat ofisinə gedirlər və orada vəsiyyatnamə tərtib olunur. Hər iki halda notariusun özünün iştirakı vacibdir. Yəni telefon danışığı vasitəsi ilə, video görüntü vasitəsi ilə bu mümkün deyildir. Notarius gəlir sənədləri götürür, həmin sənədlərin əsllərini vətəndaş texniki əməkdaşa verə bilməz. Yerli baxışda iştirak edirdi və Sevda xanım öz adını verdikdən sonra ata adı və s. soruşuldu və bu zaman şahidlik etməkdən imtina etdi. Hətta onun yanındakı qadın da özünü təqdim etmədi. Əlavə olaraq isə Sevda xanım mərhumun kitabları oğurlandığı zaman özünü oğurluqla günahlandırdığını qeyd etdi və mərhumdan küsdüyünü bildirdi. Mərhum ali təhsilli və professor idi və onun evi vəsiyyət etmək kimi bir niyyəti var idisə, kağızı qarşısına qoyub yaza bilərdi. Əgər cavabdehin vəkili və Səma xanım dediyi kimidirsə, niyə o görüntüdə mərhumdan başqa heç kəs yoxdur? Cavabdehin vəkili görüntüyə istinad edib danışır, bəs niyə sadəcə mərhumun diqtə etməsini göstərirlər, lakin notariusda olduğu göstərilmir? Məhkəmə yerli baxış keçirən zaman orada hakim özünü, məhkəmə tərkibini və iştirakçıların hamısını təqdim edir, sonra əməliyyatı keçirir. Vətəndaş şəxsiyyətini təsdiq edən sənədi vermədiyinə görə ona imtina olaraq qeyd olundu. Birinci instansiya məhkəməsində notarius Səma xanıma videogörüntünün niyə tədqim edilməməsi ilə bağlı sual verdi, cavabında da öz telefonu ilə qeydə alındığını, hansısa texniki səbəbdən silindiyini bildirdi. Iş materiallarında notariat əməliyyatı aparılmasının səyyar qaydada istənilməsi ilə bağlı hər hansı sənəd yoxdur. Vera xanımdan başqa bütün şahidlər heç bir marağı olmayan, neytral şəxslərdir. Onlar bildirirdilər ki, mərhumun huşu, yaddaşı gedirdi. Hesab edir ki, işə obyektiv baxılmışdır, qətnamənin ləğv olunmasına əsas yoxdur.

39. Işə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

40. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 29.VII. Dövlət vərəsəlik hüququna təminat verir.

41. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1159.2. Ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Maddə 1167. Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Maddə 1168. Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Maddə 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Maddə 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Maddə 1180.1. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Maddə 1180.2. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır.

42. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 35. Notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər hər bir halda müvafiq notariat hərəkətləri apararkən bunun üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin şəxsiyyətini müəyyən etməlidirlər. Əqdlər təsdiq edilərkən və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan hallarda bəzi başqa notariat hərəkətləri aparılarkən əqdlərin iştirakçılarının və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş digər şəxslərin imzalarının həqiqiliyi yoxlanılmalıdır. Əqdlər təsdiq edilərkən əqdlərdə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılmalıdır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılmalıdır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılmalıdır. Notariat qaydasında təsdiq edilən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır. Əgər əqd, ərizə və ya başqa sənəd göstərilən vəzifəli şəxslərin iştirakı olmadan imzalanmışsa, onu imzalayan şəxs sənədi özünün imzaladığını şəxsən təsdiq etməlidir. Şəxs əqdi, ərizəni və ya başqa sənədi fiziki çatışmazlığına, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun, yaxud notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə başqa şəxs imzalaya bilər. Belə halda notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi özünün imzalaya bilmədiyinin səbəbi göstərilməlidir. Notarius və müvafiq icra hakimiyyəti orqanı idarələrin, müəssisələrin, təşkilatların onlara məlum olan vəzifəli şəxslərinin şəxsi müraciətləri zamanı alınmış və həqiqiliyi şübhə doğurmayan imzalarının nümunələri vardırsa, həmin vəzifəli şəxslərin hər dəfə gəlməsini tələb etməyə bilərlər. Maddə 47. Notariuslar və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər fəaliyyət qabiliyyəti olan ayrı-ayrı şəxslərin qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib etdikləri və şəxsən notariusa və ya notariat hərəkətlərini aparan digər vəzifəli şəxslərə təqdim etdikləri vəsiyyətnamələri təsdiq edirlər. Vəsiyyətnamələrin nümayəndələrin vasitəsi ilə təsdiq olunması, eləcə də bir neçə şəxs adından bir vəsiyyətnamə təsdiq edilməsi qadağandır. Yalnız ərlə arvadın qarşılıqlı vərəsəlik haqqında birgə vəsiyyətnamələrinin təsdiq edilməsinə yol verilir. Vəsiyyətnamə təsdiq edilərkən vəsiyyət edəndən vəsiyyət olunan əmlaka mülkiyyət hüququnu təsdiq edən sübutlar təqdim etməsi tələb olunmur.

43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

45. Hazırkı işdə iddia təmin edilmiş, apellyasiya şikayətində cavabdeh cavabdeh2 qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Belə ki, iş materiallarına əsasən mübahisələndirilən vəsiyyətnamə ##.##.2024-cü il tarixdə Tahirova Zemfira Aslanovnanın adına iki şahidin yanında texniki vasitədən istifadə edilməklə tərtib edilmiş, onun tərəfindən imzalanmış və notarial qaydada təsdiqlənmişdir. Vəsiyyətnamənin məzmununa əsasən, miras qoyan özünə məxsus Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov meydanı, ev 5 ünvanında yerləşən ** nömrəli mənzili cavabdeh cavabdeh2 vəsiyyət etmişdir.

48. Notarius nümayəndə1 birinci instansiya məhkəməsində bildirdiklərindən müəyyən olunur ki, əvvəlcə vəsiyyət edən tərəfindən əlyazma ilə vəsiyyətnamə yazılmış, daha sonra isə ikinci nüsxəni əlyazma ilə tərtib edilə bilməməsi səbəbindən vəsiyyətnamə texniki vasitədən istifadə edilməklə hazırlanmışdır.

49. Bununla belə, iş materiallarında olan videogörüntüdən müəyyən olunur ki, görüntü vəsiyyətnamənin hazırlanması prosesinin bütün mərhələlərini əhatə etmir.

50. Nəzərə alınmalıdır ki, vəsiyyət edənin vəsiyyətnamə tərtib edilərkən öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilməsi və öz iradəsini aydın ifadə etməsi Mülki Məcəllənin 1167-ci maddəsinin birbaşa tələbidir.

51. Kollegiya qeyd edir ki, vəsiyyətnamədə əks olunanların vəsiyyət edənin həqiqi iradəsini əks etdirib-etdirməməsi müəyyən edilərkən sənədin tərtib edildiyi vaxt miras qoyanın sağlamlıq vəziyyəti, vəsiyyətnamənin hazırlanma şəraiti və tərəflər arasındakı münasibətlər araşdırılmalıdır.

52. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid5 (mərhumun iş yoldaşı) bildirmişdir ki, Tahirova Zemfira Aslanovna rus dilli olduğundan Azərbaycan dilini başa düşməkdə çətinlik çəkirdi. Cavabdeh notarius da məhkəmə iclasında bildirmişdir ki, mərhumla rus dilində ünsiyyət saxlamışdır. Digər cavabdeh cavabdeh2 da etiraf etmişdir ki, mərhumla rus dilində ünsiyyət saxlayırdı.

53. Bundan əlavə, şahid X18 (mərhumun bağ qonşusu) bildirmişdir ki, Tahirova Zemfira Aslanovnanı vəfat etməmişdən 20 gün əvvəl ziyarət etmiş, mərhumun yaddaşı pozulmuş, hətta bir dəfə üzbəüz mənzildən bir snayperli şəxsin onu izlədiyini ona bildirmişdir. Şahid şahid5 (mərhumun iş yoldaşı) bildirmişdir ki, mərhumun yaddaşının və psixi sağlamlığının pozulmasının şahidi olmuşdur. X4 (mərhumun iş yoldaşı) isə bildirmişdir ki, mərhumu sonuncu dəfə onun ad günündə görmüş, həmin vaxt nitqində, yaddaşında problem var idi.

54. Şahidlər şahid2, şahid5, X3 bildirdiklərinə əsasən mərhumun cavabdeh cavabdeh2 narazılıq etdiyi, mənzili heç kimə vermək niyyətinin olmaması müəyyən edilir.

55. Birinci instansiya məhkəməsi tərəfindən yerində müayinə zamanı mərhumun qonşusu Əhməd Əhmədov da bildirmişdir ki, mərhum mənzili heç kimə vermək istəmirdi.

56. Mərhumun Azərbaycan dilini başa düşməkdə çətinlik çəkməsi, səhhətində və yaddaşında problemlərinin olması, mənzili hər hansı şəxsə vermək niyyətinin olmamasını bir neçə şəxsə bildirməsi, habelə vəsiyyətnamənin vəsiyyət edənin ölümündən bir neçə gün əvvəl tərtib edilməsi onu deməyə əsas verir ki, vəsiyyətnamədə əks olunanlar onun həqiqi iradəsini əks etdirmir.

57. Kollegiya həmçinin nəzərə alır ki, şahid ifadələrinə əsasən cavabdeh cavabdeh2 mərhuma göstərdiyi xidmət müqabilində məvacib almışdır. Ona görə də, məhkəmə mərhumun vəsiyyətnamə tərtib etməklə əmlakını həmin cavabdehə vermək istəməsi ağlabatan deyil.

58. Apellyasiya şikayətinin dəlillərindən biri də vəsiyyətnamənin tərtib edilməsi zamanı şahid qismində iştirak etmiş şəxslərin birinci instansiya məhkəməsi tərəfindən izahatlarının alınmamasıdır. Kollegiya bununla bağlı qeyd edir ki, vəsiyyətnamənin texniki vasitə ilə tərtib edilərkən şahidlərin iştirakı və imzalarının mövcudluğu vəsiyyət edənin iradəsinin həqiqiliyini, onun vəsiyyətnamənin məzmununu dərk etdiyini və həmin məzmunda sərbəst iradə ifadə etdiyini avtomatik olaraq təsdiq edən hal kimi qəbul edilə bilməz.

59. Kollegiya həmçinin qeyd edir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Hazırki iş üzrə Bakı şəhəri ** saylı Notariat ofisi tərəfindən təsdiqlənmiş ##.##.2024-cü il tarixli, 2V-171 nömrə ilə qeydə alınmış vəsiyyətnamə etibarsız hesab edildiyindən vəsiyyət üzrə vərəsəlik aradan qalxmış olur və mərhumun bacısı onun ikinci növbə vərəsəsi sayılmaqla, sağ olmadığı üçün onun oğlu - iddiaçı mərhumun qanun üzrə vərəsəsi hesab edilir.

60. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar