Məhkəmə qərarları › İş №e-2(3-6)-2997/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2997/2026

20.07.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2997/2026 20.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-*(*-**)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərardadından Cavabdeh şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t di : İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkməsinə müraciət edərək, cavabdeh Cavabdeh ilə ## ###### 2011-ci il tarixdə Şirvan şəhər Qeydiyyat Şöbəsində 670 nömrə ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş ## ######## 2009-cu il təvəllüdlü X1, ## ######## 2011-ci il təvəllüdlü X2 və ## ###### 2014-cü il təvəllüdlü X3 adlı övladların 18 yaşına çatana qədər saxlanılması üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla hər biri üçün 300 manat olmaqla cəmi 900 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək özünün və iddiaçı İddiaçı Şirvan şəhəri ünvan 2 ünvanında qeydiyyatda olduğunu əsas gətirərək mülki işin aidiyyəti üzrə baxılması üçün Şirvan şəhər Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-*(*-**)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı ilə (hakim Natiq Əsgərov) cavabdehin ərazi aidiyyəti barədə vəsatətinin təmin olunmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, Mülki Prosessual Məcəllənin 36-cı maddəsinin tələbindən göründüyü kimi, nikahın pozulması iddia tələbi ilə bağlı mübahisənin aidiyyəti qanunla müəyyən edilən hallarda alternativ aidiyyətdir (yəni iddiaçının seçməsinə görə müəyyən edilən aidiyyət). Ona görə müvafiq hallarda iddiaçı cavabdehin rəsmi qeydə alındığı yerin deyil, özünün yaşadığı yerin məhkəməsinə müraciət etmək hüququna malikdir. İş materiallarında olan Qala qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş ##.##.2023-cı il tarixli *-**-*/*-***/**** saylı məktubdan görünür ki, iddiaçı İddiaçı ##.##.2009-cu il təvəllüdlü qızı X1, ##.##.2011-ci il təvəllüdlü X2 və ##.##.2014-cü il təvəllüdlü oğlu X3 ilə birlikdə ünvan 1 döngə ünvanında yaşayır. Göründüyü kimi, iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlarının olduğu nəzərə alındığında, onun “nikahın pozulması, uşağın ananın himayəsinə verilməsi və aliment” tələbi ilə öz seçiminə görə yaşadığı yer üzrə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İddiaçının yaşadığı ünvan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşdiyindən də hazırkı mülki işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılması qanuna uyğundur. Beləliklə, hazırki mülki işə aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılması qanuna uyğundur və ona görə cavabdeh Cavabdeh mülki işin aidiyyəti üzrə baxılması üçün Şirvan şəhər Məhkəməsinə göndərilməsi barədə ərizəsi təmin edilməməlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-*(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə şikayəti təmin etməmə barədə qənaətində göstərmişdir ki, qərardaddan verilən şikayətin dəlillərinə mübahisələndirilən qərardadda ətraflı şəkildə qiymət verilmişdir. Şikayətin dəlilləri formal xarakter daşıyır, qərardadın ləğv edilməsi üçün heç bir əsas müəyyən edilmir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər tərəfindən sübut, etiraz və ya izahat məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən, alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Həmin Məcəllənin 36.5-ci maddəsinə əsasən, iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Cavabdeh şikayətinin dəlili budur ki, iddiaçı da, o da Şirvan şəhəri ünvan 2 ünvanında qeydiyyatdadırlar. Ona görə də hazırki mülki işə ərazi aidiyyəti üzrə Şirvan şəhər Məhkəməsində baxılmalıdır. Lakin iş materiallarındakı Xəzər rayon Qala qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş ##.##.2023-cı il tarixli *-**-*/*-***/**** saylı məktubdan görünür ki, iddiaçı İddiaçı ##.##.2009-cu il təvəllüdlü qızı X1, ##.##.2011-ci il təvəllüdlü X2 və ##.##.2014-cü il təvəllüdlü oğlu X3 ilə birlikdə ünvan 1 döngə ünvanında yaşayır. İddiaçı qeydiyyat ünvanı Şirvan şəhəri ünvan 2 ünvanı olsa da, yaşadığı ünvan ünvan 1 döngə ünvanıdır və iddiaçı özü də tələbinə baxılması üçün müraciət edərkən hansı məhkəmənin ərazi baxımından onun üçün əlverişli olmasını nəzərə almış və ona uyğun ərazi aidiyyəti üzrə müraciət etmişdir. Məhkəmə də haqlı olaraq iddiaçının ərizəsində qeyd etdiyi yaşayış ünvanı, yəni Xəzər rayonu üzrə ərizəni icraata götürmüşdür. Bu prosessual imkan, yəni iddiaçının seçiminə görə aidiyyətin müəyyən edilməsi Mülki Prosessual Məcəllə ilə iddiaçı üçün birbaşa nəzərdə tutulmuş və iddiaçı da bu mülki prosessual hüququndan istifadə etmişdir (maddə 36.3 və 36.5). Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətlər təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-*(*-**)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a ra a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-*(*-**)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar