Məhkəmə qərarları › İş №e-2(3-6)-3008/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-3008/2026

04.08.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-3008/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz Ixrac” Idarəsinin cavabdeh Cavabdeh qarşı “cavabdeh tərəfindən qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “özbaşına tikilinin sökülməsi”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi Quliyeva Gültac Sadıq qızının katibliyi, Iddiaçının nümayəndəsi X2, Cavabdeh Cavabdeh iştirakları ilə, MÜƏYYƏN ETDI: Işin faktiki halları:

1. Iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz Ixrac” Idarəsi cavabdeh Cavabdeh qarşı cavabdeh tərəfindən qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülərək ərazidən çıxarılması tələbinə dair iddia ərizəsi ilə rayon məhkəməsinə müraciət etmişdir.

2. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən Nazirlər Kabinetinin ##.##.1999-cu il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın tələbləri pozularaq “Qaz Ixrac” Idarəsinin ünvan 1nin balans və istismarında olan 530 mm, diametrli «Qaradağ QPS Sumqayıt QPS» yüksək təzyiqli (12 atmosfer) yerüstü qaz kəmərinin Binəqədi rayonu, 28 may qəsəbəsi ərazisindən keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında, 39T 385796.81; 4479364.46 koordinatı üzrə daha dəqiqliklə qaz kəmərindən “40” metr məsafədə yaşayış evi inşa edilmişdir. Tikintinin qarşısının alınması və mühafizə zonasında yerləşən tikilinin sökülərək ləğv edilməsi istiqamətində müvafiq tədbirlər görülməsi üçün tərəflərindən ##.##.2025-ci il tarixli, 14-2-12- */*- */**** nömrəli məktubla Binəqədi Rayon Icra Hakimiyyətinə yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasında yaranmış təhlükəli vəziyyət barədə rəsmi məlumat verilmişdir. ##.##.2025-ci il tarixində 530 mm, diametrli «Qaradağ QPS-Sumqayıt QPS»yüksək təzyiqli (12 atmosfer) yerüstü qaz kəmərinin Binəqədi rayonu ərazisindən keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında cavabdeh tərəfindən qaz kəmərinin 40 metrliyində qanunsuz olaraq inşa edilmiş yaşayış evi barədə Xətti Istismar Xidmətinin əməkdaşları tərəfindən müvafiq olaraq akt tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz Ixrac” Idarəsinin ünvan 1nin balans və istismarında olan 530 mm, diametrli «Qaradağ QPS-Sumqayıt QPS» yüksək təzyiqli (12 atmosfer) yerüstü qaz kəmərinin Binəqədi rayonu ərazisindən keçən hissəsində, 39T 385796.81; 4479364.46 koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında, cavabdeh Cavabdeh tərəfindən inşa edilmiş daş hasar və yaşayış evinin onun hesabına sökülməsi, tikinti mal-materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Səidə Məmmədova) iddia tələbi təmin edilməmişdir.

4. Iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri

5. Iddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən inşa edilən tikili dövlətin müstəsna səlahiyyətində olan iddiaçıya məxsus qaz kəmərlərinin mühafizə zonasında yerləşən torpaq sahəsində, qaz kəmərinin mühafizə zonasında inşa edilmişdir. Cavabdeh tərəfindən inşa olunmuş tikili qanunla müəyyən olunmuş qaydada lazımi icazə olmadan (yəni qaz kəmərini istismar edən təşkilatdan yazılı razılıq), şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla, özbaşına aparıldığından, bu tikili yeraltı magistral qaz kəmərinin mühafizə zonasında inşa edildiyindən, kəmərin texniki istismarına və istifadəsinə maneələr törətdiyindən ətrafdakı insanlar üçün ciddi təhlükə yaratdığından, həmin tikililər özbaşına tikili hesab edilməli, tikililər cavabdehin hesabına sökülməlidir. Mübahisəli ərazi insan həyatı üçün təhlükəlidir və digər hüquqi əsaslarla yanaşı, bu səbəbdən də, həmin ərazidə tikinti işlərinin aparılması yolverilməzdir. Belə ki, qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Cavabdeh tərəfindən buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilmiş qanunsuz tikili, eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən də tikili sökülməlidir. Rayon məhkəməsi iş üzrə obyektiv araşdırma apararaq insanların həyatına qarşı real və birbaşa riskin mövcud olduğu vaxtda həmin riskdən xəbərdar olmaq və ya xəbərdar olmağa borclu olmaq və ya səlahiyyətləri çərçivəsində həmin riskin qarşısını ala biləcək tədbirləri görmək kontekstində işə yanaşmalı idi. Bundan başqa, nəzərə alınmalıdır ki, hətta torpaq sahəsinin cavabdehin qanuni istifadəsində olması özü-özlüyündə onun üzərində lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarına və qaydalarına riayət edilmədən hər hansı tikili inşa etməyə hüquq vermir. Hazırki halda tikili qaz boru kəmərinin təhlükəsizlik və mühafizə zonasında yerləşir və tikintinin aparılmasına əsas ola biləcək zəruri razılıqlar alınmamışdır. Qeyd edilənlərə əsasən, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi C.Dosiyev apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və qeyd etdi ki, torpaq sahəsi cavabdehin mülkiyyətində olsa da, evə dair çıxarış alınmayıb, mühafizə zonası 50 m. təşkil edir, cavabdehin evi 40 m. məsafədə yerləşir, həmin ərazidə yaxınlığından işlək olan 12 atmosfer təzyiqli qaz kəməri keçir və hər hansı partlayış olsa, ağır fəsadlarla nəticələnəcələnə bilər. Nümayəndə təsdiq etdi ki, cavabdeh evin tikintisi üçün dövlət qurumlarından zəruri olan razılıqları əldə etmişdir.

7. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və qeyd etdi ki, 2019cu ildə çıxarışlı torpaq sahəsini alıb, qanuni şəkildə büvafiq icra orqanları ilə razılaşdırılmaqla ev tikib və 2023-cü ildən orada yaşayır. Həmçinin, onun evinin yaxınlığında digər evlər də var. O, çıxarışla bağlı Inzibati Məhkəmədə iddia qaldırıb. Ev tikilməsi zamanı digər dövlət qurumları hər hansı problemin olmamasına dair rəy vermişdir. (buna dair sənədləri Məhkəməyə təqdim etdi) Onun evi mühafizə zonasından 40 metrdən artıq aralıda yerləşir. Sübutların tədqiqi:

8. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2014-cü il qeydiyyat tarixli çıxarışa əsasən sahəsi 0.0389 hektar olan Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi X4 xüsusi mülkiyyətindədir.

9. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2022-ci il qeydiyyat tarixli çıxarışa əsasən sahəsi 0.0389 hektar olan Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir.

10. Cavabdeh Cavabdeh tərəfindən Binəqədi rayon Icra Hakimiyyətinə ünvanlanmış ##.##.2024-cü il tarixli ərizənin surətindən görünür ki, mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi ünvanında yerləşən hündürlüyü 3.15 m., 1 mərtəbəli fərdi yaşayış evini inşa etdiyini bildirmişdir.

11. “Qaz Ixrac” Idarəsi ünvan 1 tərəfindən Cavabdeh ünvanlanmış ##.##.2025-ci il tarixli xəbərdarlıqdan müəyyən edilir ki, cavabdehin təcili olaraq tikilmiş evi sökərək magistral qaz kəmərindən 50 metr kənarlaşdırması tələb edilmişdir.

12. Abşeron MQKS-nin Sumqayıt XIX-nin mühəndisləri və xətt baxıcısı tərəfindən tərtib olunmuş ##.##.2025-ci il tarixli aktdan müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi ərazisində 39T 385808.1412 MB; 4479389.8290 MC 39T 385796.8193 MB; 4479364.4621 MC koordinatında yerləşən Cavabdeh məxsus yaşayış evi SOCAR-ın “Qaz Ixrac” Idarəsi Abşeron MQKS-nin balansında olan 530/720 mmlik Qaradağ-Sumqayıt (12 atm) magistral qaz kəmərinin 28-ci km-da 530 mm-lik yerüstü hissəyə 39.8 m məsafədə yerləşir.

13. “Qaz Ixrac” Idarəsi ünvan 1 tərəfindən Bakı şəhər Binəqədi rayon Icra Hakimiyyətinə ünvanlanmış ##.##.2025-ci il tarixli, **-*-**-*/*-*/**** saylı mühafizə zonasının pozulması barədə məktubla 39T 385796.81 MB; 4479364.46 MC koordinatı üzrə Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsindən keçən 530 mm-lik, “Qaradağ QPS-Sumqayıt QPS” (12 atm) yüksək təzyiqli yerüstü magistral qaz kəmərinin mühafizə zonasında vətəndaş Cavabdeh məxsus torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evinin tikintisinə hüquq müəyyənedici sənədlərin verilib-verilməməsinin araşdırılmasını, elecə də tikililərlə bağlı müvafiq tədbirlər görülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə məlumat verilməsini xahiş etmişdir.

14. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyinə əsasən əraziyə baxış keçirilməsinə cavabdeh tərəfindən şərait yaradılmadı.

15. Torpaq sahəsinin mərkəz koordinatı X-385796.81; Y-4479364.46 təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən tək koordinatla verilmiş sahə qaz kəmərinin mühafizə zolağında yerləşir.

16. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi tərəfindən # ####### 2016-cı il tarixdə IN/L-1953/2016/1 qeydiyyat nömrəsi ilə verilmiş lisenziya əsasında “xxxx” MMC-yə Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi ərazisində yerləşən Cavabdeh məxsus əmlakın layihələndirilməsi fəaliyyətinə icazə verilmişdir. Tətbiq edilən maddi hüquq normaları:

17. Azərbaycan Respublikasinin Konstitusiyası.

18. Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

19. Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır.

20. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

21. II. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

22. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. Maddə 152.3. Istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

26. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

27. Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

28. Maddə 180.2 Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək- onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

29. Maddə 180.3 Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

30. Maddə 180.4 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

31. Maddə 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

32. Maddə 4.3. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir.

33. Maddə 22.2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir.

34. 22.3. Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il # ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş Istismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi haqqında qaydaların:

36. 4.1-ci maddəsinə əsasən INBK-nın istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə INBKnin marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonasıboru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. Çoxxətli INBK xətləri (marşrutları) boyunca - kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır.

37. 6.1-ci maddəsinə əsasən "Mühafizə Zonası"nda Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan bina və qurğuların tikintisi, ağac və kolların əkilməsi, quru otların və küləşin tayalanması, at bağlanan yerlərin təşkil edilməsi, mal-qara saxlanması, balıq saxlamaq üçün sahələrin ayrılması, balıq ovu və eləcə də başqa su heyvanlarının və bitkilərinin yetişdirilib istehsalının həyata keçirilməsi, heyvanların suvarılma yerlərinin təşkil edilməsi, buzun parçalanması işlərinin həyata keçirilməsi, boru kəmərləri marşrutu üzərində keçidlərin tikilməsi, yolların salınması, avtomobil nəqliyyatı vasitələri, traktorlar və mexanizmlər üçün dayanacaqların təşkil edilməsi, meliorasiya məqsədləri üçün torpaq işlərinin həyata keçirilməsi, suvarma və qurutma sistemlərinin tikintisi, hər cür mədən, tikinti-quraşdırma, geoloji çəkiliş, axtarış, geodeziya və quyuların, şurfların qazılması, qrunt nümunələrinin (torpaq nümunələrindən başqa) götürülməsi ilə əlaqədar digər tədqiqat işlərinin həyata keçirilməsi qadağandır.

38. 6.3-cü bəndinə əsasən boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün ayrılmış torpaq sahələrindən keçən çox saylı qarışıq boru kəmərləri xətti boyunca, onun kənar kəmərlərinin orta oxundan hər tərəfə, şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır.

39. 6.4-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonasına daxil olan, torpaq sahəsi, torpaq istifadəçilərindən, mülkiyyətçilərdən və icraçılardan alınmır, bu Qaydaların tələblərinə məcburi əməl edilməklə, kənd təsərrüfatı və s. işlər üçün istifadə edilir.

40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1999-cu il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirini Qaydaları”nın:

41. 2.7-ci bəndinə əsasən, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün ayrılmış torpaq sahələrindən keçən çoxsaylı qarışıq boru kəmərləri xətti boyunca, onun kənar kəmərinin orta oxundan hər tərəfə, şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; boru kəmərlərinin sualtı keçidləri xətti boyunca su səthindən onun dibinə qədər olan məkanda, paralel müstəvilər arasında, kənar xəttin orta oxundan hər tərəfə 100 m mühafizə zonası ayrılır; kondensatın saxlanması, qazdan ayrılması üçün tutumların, neft və neft məhsullarının, kondensatlarının, sıxılmış qarışıqların qəza vəziyyətində axıdılması üçün torpaq anbarlarının əhatəsində göstərilən obyektlərin ərazisinin sərhədlərindən hər tərəfə 50 m olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır; baş və aralıq sorulub vurulma və doldurma nasos stansiyalarının, çən parklarının, kompressor və qazpaylayıcı stansiyaların, qaz məsrəflərinin ölçüldüyü qovşaqların, doldurma və qəbuletmə körpülərinin, yeraltı qazsaxlama stansiyalarının neft və neft məhsullarının qızdırılması məntəqələrinin əhatəsində göstərilən obyektlərin sərhədlərindən hər tərəfə 100 m olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

45. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

46. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

47. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

48. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

49. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

50. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

51. 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

52. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

53. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

55. Hazırkı halda, Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

56. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

57. Hazırkı işin halları ondan ibarətdir ki, cavabdeh tərəfindən Nazirlər Kabinetinin “Qaz Ixrac” Idarəsinin ünvan 1nin balans və istismarında olan 530 mm, diametrli «Qaradağ QPS Sumqayıt QPS» yüksək təzyiqli (12 atmosfer) yerüstü qaz kəmərinin Binəqədi rayonu, 28 may qəsəbəsi ərazisindən keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında, 39T 385796.81; 4479364.46 koordinatı üzrə qaz kəmərindən “40” metr məsafədə yaşayış evi inşa edilmişdir.

58. Iddiaçı iddia ərizəsi ilə cavabdehin hesabına fərdi yaşayış evinin, daş-hasarların sökülməsini, tikinti mal-materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılmasını tələb edir.

59. Məhkəmə iddia tələblərini təmin etməyən rayon məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq və iddiaçının apellyasiya şikayətini əsassız hesab edərək qeyd edir ki, mülki iş materiallarında olan ##.##.2022-ci il qeydiyyat tarixli çıxarışa əsasən sahəsi 0.0389 hektar olan Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi cavabdehin xüsusi mülkiyyətindədir. Eləcə də, Iqtisadiyyat Nazirliyi tərəfindən verilmiş lisenziya ilə cavabdehin mülkiyyətində olan tikilinin layihələndirilməsinə icazə verilmişdir. Hazırda yaşayış evinə çıxarış verilməsi ilə bağlı cavabdeh Bakı Inzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir.

60. Avropa Məhkəməsi özünün bir çox qərarlarında, o cümlədən də «Önəryıldız Türkiyəyə qarşı» işi üzrə ##.##.2004-cü il tarixli Qərarında göstərmişdir ki, Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil;..müvafiq olaraq, bu maddənin məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə də «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən də mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olan tələblərini də əhatə edə bilər.

61. «Akimova Azərbaycana qarşı» işində də (iş № *****/**.##.##.2008-ci il) Avropa Məhkəməsi ərizəçinin mənzilə köçməsinə dair verilmiş orderə məhz bu konteksdən yanaşaraq, onun Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı ilə əhatə olunduğunu və həmin maddənin təsiri altına düşdüyünü müəyyən etmişdir. 62.

63. Rayon məhkəməsi qeyd etmişdir ki, fərdi yaşayış evinin mühafizə zolağı hüdudlarında yerləşməsi əsası ilə mübahisənin göstərilən qaydada həll edilməsi cavabdehin Konstitusiya ilə təsbit olunmuş hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, cavabdehə mübahisəli torpaq sahəsindən sahiblik, ondan istifadə, o cümlədən də sərəncam vermə hüquqları hələ cavabdehin həmin sahəni almamışdan əvvəl ilkin sahibində də mövcud olmuşdur, müvafiq dövlət və icra hakimiyyəti orqanları tərəfindən cavabdehin ailə üzvlərinə, eləcə də cavabdehin özünə həmin sahədən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməmiş və həmin şəxslər özlərinin mənzil şəraitlərini həll edilmiş hesab edərək uzun illər ərzində oradan maneəsiz və fasiləsiz istifadə etmişlər.

64. Məhkəmə rayon məhkəməsinin həmin mövqeyi ilə də razılaşaraq qeyd edir ki, mülki iş materiallarında olan ##.##.2014-cü il qeydiyyat tarixli çıxarışdan müəyyən olduğu kimi cavabdehdən əvvəl müvafiq torpaq sahəsi X4 xüsusi mülkiyyətində olmuşdur.

65. Odur ki, iddiaçının hazırkı iddia tələbləri təmin edilə bilməz, belə olan halda apellyasiya şikayətinin dəlilləri də əsassızdır və mahiyyət etibarilə düzgün olan qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas ola bilməz.

66. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

67. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir:

68. “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”

69. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

70. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:

71. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

72. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

73. Məhkəmə hesab edir ki, şikayət təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

74. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDI:

Iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz Ixrac” Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar