Məhkəmə qərarları › İş №e-2(3-6)-3063/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3063/2026

27.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3063/2026 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərardadından İddiaçı şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t di : İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı müqavilə üzrə öhdəliyin icra edilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib. İddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin baxılmamış saxlanılması və sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş edib. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə (hakim Şahin Abdullayev) ərizə təmin edilərək iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı müqavilə üzrə öhdəliyin icra edilməsi və s. tələblərinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. İddiaçı həmin qərardaddan verdiyi şikayətdə iddia ərizəsinin geri qaytarılması barədə ərizə verilməsinə əsas olan səbəb kimi cavabdehlə qarşılıqlı razılığa gəlinməsini, iddiaçıda bununla bağlı inam yaranmasını göstərərək qərardadın qanunsuz və əsassız olmasını əsas gətirərək onun ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, şikayətdə göstərilən dəlillər əsassız olduğu üçün təmin edilməməli və baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir. İddia ərizəsinin baxılmamış saxlanılmasının hüquqi əsaslarından biri iddia ərizəsinin qaytarılması barəsində iddiaçı tərəfindən ərizənin verilməsi və cavabdehin işin mahiyyəti üzrə həll olunmasını tələb etməməsidir (AR MPM-nin 259.0.11-ci maddəsi). İddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə cavabdehlə qarşılıqlı razılığa gəlindiyini əsas gətirərək iddia ərizəsinin geri qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, cavabdehin nümayəndəsi və vəkili vəkil1 iddia ərizəsinin geri qaytarılmasına etiraz etmədiyinə dair məhkəməyə ərizə təqdim etmiş, bununla da işə mahiyyəti üzrə baxılmasına dair iradə ifadəsinin olmadığını nümayiş etdirmişdir. Məhkəməyə təqdim olunan ərizələr nəzərə alınaraq yuxarıda qeyd edilən qərardad qəbul edilmişdir. Məhkəmədə mülki işin başlanılması üçün əsas olan iddianın verilməsi iddiaçının birtərəfli iradə ifadəsi olduğu üçün, həmin iddia üzrə mülki işin davam etdirilməsi də bir qayda olaraq iddiaçının belə bir arzusunun olmasından asılıdır. İddiaçı tərəfindən ərizənin geri götürülməsi onun iddiasına əsasən başlanılmış işin məhkəmə icraatını davam etdirmək arzusunun olmadığını təsdiq edir. Ərizənin baxılmamış saxlanılması şəxsin analoji tələblə məhkəməyə müraciət etməsini istisna etmir. Şikayətçinin qərardadın ləğvi ilə əlaqədar göstərdiyi dəlili isə - qərardadın qanunsuz və əsassız olaraq qəbul edilməsi, hakim əsassız hesab edir. Qərardad qanunvericiliyin tələblərinə uyğun surətdə qəbul edilmişdir. Bu səbəbdən şikayət əsassız olduğu üçün təmin edilməməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər tərəfindən sübut, etiraz və ya izahat məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli * nömrəli Qərarının 1.3-cü bəndinə əsasən ərizənin baxılmamış saxlanılması bütün məhkəmə instansiyalarında iddia icraatı və xüsusi icraat işlərinə baxıldıqda qanunvericilikdə müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla tətbiq edilir. Məhkəmə tərkibi hesab edir ki, şikayətdə göstərilənlər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki iddiaçı tərəfi idda ərizəsinin geri qaytarılmasına dair ərizə verməyə hansısa şəxs məcbur etməyib. Başqa sözlə, iddiaçı mülki işin davam etdirilməsi arzusunun tükənmədiyini əvvəlcədən hiss edirdisə, gərək ki, bu cür ərizə ilə məhkəməyə müraciət etməyəydi. Bu mənada iddiaçının işin məhkəməsiz həllinə dair arzusunun pozulması ilə yekunlaşması hələ hər şeyin itirilməsi demək deyil. Çünki iddiaçının yenidən məhkəmə müdafiəsi hüququndan istifadə etmək imkanı mövcuddur. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətlər təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a ra a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar