Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3093/2026 24.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Imanov Azad Nizam oğlundan ibarət tərkibdə, hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardaddan cavabdeh Cavabdeh verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət cavabdeh Cavabdeh qarşı “kompensasiya ödənilməklə yaşayış sahəsinin boşaldılması və sökülməsi üçün iddiaçıya təhvil verilməsi tələbi barədə” iddia ərizəsinə dair mülki işə baxana Yasamal Rayon Məhkəməsi qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla mülki iş üzrə kompleks mühəndistexniki və əmtəəşünaslıq ekspertizasının təyin edilməsini və ekspertizanın rəyi alınanadək iş üzrə icraatın dayandırılmasını qərara almışdır. Cavabdeh Cavabdeh həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın iş üzrə icraatın dayandırılması haqqında hissəsinin ləğv edilməsini və işə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında cavabdehə və iş üzrə üçüncü şəxs olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məxsusdur. Iddiaçı MMC-nin onların iradəsinə zidd olaraq həmin əmlakın boşaldılmasını və sökülməsini tələb etmək üçün subyektiv hüquqa malik deyil. Rayon Məhkəməsi ilk növbədə iddiaçının subyektiv hüququnun və iddianın hüquqi əsaslarının mövcudluğunu yoxlamalı olduğu halda, əsassız olaraq kompleks ekspertiza təyin etmiş və iş üzrə icraatı dayandırmışdır. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara alınmışdır. Şikayətə yazılı icraat qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 255.0.5-ci maddəsinə görə isə, məhkəmə tərəfindən ekspertiza təyin olunduqda hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər. Məhkəmə qeyd edir ki, tərəflər arasında mövcud olan mülki mübahisənin ədalətli və qanuni həlli məqsədi ilə, yəni, mənzilin ümumi faktiki sahəsinin müəyyən edilməsi məqsədilə iş üzrə mühəndis texniki ekspertizası və orta bazar qiymətinin, orta aylıq kirayə haqqının müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi ilə əlaqədar olaraq Rayon Məhkəməsi iş üzrə icraatı dayandırmaqda səlahiyyətli və haqlı olmuşdur. Qeyd edilən səlahiyyətin yerinə yetirilməsi hər hansı bir şəxsin maraqlarının pozulması kimi qəbul edilə bilməz. Bu səbəbdən də, Məhkəmə hesab edir ki, şikayətin dəlilləri qərardadın müzakirə edilən hissəsinin ləğv edilməsi üçün əsaslı deyil. Həmin dəlillər işə mahiyyəti üzrə baxılan zaman birinci instansiya və ya apellyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınaraq dəyərləndirilə bilər. Odur ki, göstərilənləri nəzərə alan və MPM-in 397, 398, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: Cavabdeh Cavabdeh verdiyi şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №e-2(3-6)-3093/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3093/2026
24.07.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver