Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3158/2026 14.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X3 (sədrliyi və məruzəsi ilə), X1 və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi vəkil Vəkil Maarif oğlunun iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı iş üzrə ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdeh Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xeyrinə 25740 USA və 1530,35 AZN vəsaitin tutularaq Elm və Təhsil Nazirliyinin müvafiq hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ###### tarixli, *** nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil X7 artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Bu Proqram çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsini tənzimləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il ## ###### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “2019-2023-ci illər Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı” cərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən, xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsili maliyyələşdirən Azərbaycan Respublikası vətəndaşlarının seçimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi seçim meyarları və prosedurları əsasında həyata keçirilir. Proqramın əsas məqsədi ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımı şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəlilyinin artırılmasını təmin etməkdən ibarət olmuşdur. Qaydaların 1.3-cü bəndinə əsasən,Proqram iştirakçılarının xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə Azərbaycan Respublikasının Dövlət Neft Fondunun, beynəlxalq təşkilatların (fondların), mülkiyyət formasından asılı olmayaraq, xarici və ya yerli hüquqi və fiziki şəxslərin vəsaitləri hesabına bu Qaydalarla məyyən edilmiş hallarda və qaydada maliyyələşdirilir. Qeyd edilən Qaydaların 1.4-cü bəndinə əsasən, Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, proqram iştirakçısı və təhsili başa çatdıqdan sonra proqram iştirakçısı ilə əmək müqaviləsi bağlamağa razılıq vermiş Azərbaycan Respublikasının ali təhsil müəssisəsi arasında bağlanılan müqavilə (bundan sonra müqavilə) əsasında həyata keçirilir. Müqavilənin forması Nazirlik tərəfindən müəyyən edilir. Bu Qaydaların 1.5-ci yarımbəndinə görə, Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Nazirliyin nəzdində Dövlət Proqramının İdarəetmə Qrupu tərəfindən idarə olunur. Qeyd edilən Qaydaların 1.4-cü bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisəsində doktoranturada təhsil almaq hüququ əldə etmiş Azərbaycan Respublikası vətəndaşı, təhsili başa çatdıqdan sonra vətəndaşla əmək müqaviləsi bağlamağa razılıq vermiş Azərbaycan Respublikasının ali təhsil müəssisəsi “ADA” Universiteti, Təhsil Nazirliyi və Cavabdeh arasında ## #### 2021-ci il tarixli, ** saylı üçtərəfli müqavilə bağlanılmışdır. Müqavilə şərtinə uyğun olaraq, cavabdeh 2021-ci ilin ## ######ından 2024-cü ilin ## ######ına kimi Türkiyənin İstanbul Universitetində (“Humanitar və sosial ixtisas istiqaməti”) doktorantura səviyyəsi üzrə təhsil almalı və Nazirlik isə bu təhsili maliyyələşdirməli idi. Müqavilənin 3.2.2-ci yarımbəndində qeyd edilir ki, Proqram iştirakçısı tərəfindən bu Müqavilənin şərtləri pozulduqda Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq çəkilmiş xərclərin məbləğinin geri qaytarılmasını ondan tələb etmək Nazirliyin hüququdur. Müqavilənin 3.5.20ci bəndinə əsasən, tədris müddəti bitdikdən sonra ən azı 2 ay ərzində Azərbaycan Respublikasına qayıtmaq, qayıtdıqdan sonra 10 təqvim günü müddətində Nazirliyə və yerli ATM-ə məlumat vermək və bağlanmış əmək müqaviləsinə əsasən aldığı ixtisas üzrə yerli ATM-də 5 il (öhdəlik müddəti) fasiləsiz pedaqoji fəaliyyət göstərmək cavabdehin öhdəliyi kimi nəzərdə tutulmuşdur. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq ölkəyə qayıtmaqdan imtina etmişdir. Müqavilənin 6.2-ci yarımbəndində nəzərdə tutulmuşdur ki, proqram iştirakçısının adı Dövlət Proqramı çərçivəsində xaricdə təhsilalanların siyahısından çıxarıldıqda Nazirlik tərəfindən onun təhsilinə çəkilən xərcləri 2 aydan gec olmayaraq qaytarılmalıdır. Lakin cavabdehə bu barədə xəbərdarlıq edilməsinə baxmayaraq, o bu günə qədər həmin vəsaitin geri qaytarılması ilə bağlı heç bir hərəkət etməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı iş üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh Cavabdeh 25740 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata nisbətən məzənnəsi nəzərə alınmaqla) və 1530,35 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədə qeyd edilmişdir ki, Respublikasında Ali Təhsil X7 Artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupunun ##.##.2025-ci il tarixli, *-**-**/*-**/**** nömrəli məktubuna əsasən müəyyən olunur ki, “2019-2023-cü illər üçün Azərbaycan Repsublikasında ali təhsil X7 artırılması üzrə Dövlət Proqramı” çərçivəsində təhsil nazirinin ##.##.2021-ci il tarixli F-*** nömrəli əmri ilə Türkiyə Respublikasının “İstanbul Üniversitesi” ali təhsil müəssisəsində Cavabdeh doktorantura təhsilinin maliyyələşdirilməsi nəzərdə tutulmuşdur. Onunla bağlanmış üçtərəfli müqaviləyə əsasən təhsil müddətinin 2021-ci il fevral ayından 2024-cü il yanvar ayınadək olan dövrü əhatə edir. Üçtərəfli müqavilənin 3.5.20-ci yarımbəndinə əsasən təhsilini başa vurduqdan sonra ən geci 2 ay müddətində ölkəyə qayıtmadığı və yerli ali təhsil müəssisəsində 5 illik pedaqoji fəaliyyətə bağlamadığını nəzərə alaraq, Nazirlik tərəfindən onun təhsilinə çəkilən xərcləri 2 aydan gec olmayaraq qaytarmağı tələb olunur. Azərbaycan Respublikasının Elm və Təhsil naziri Azərbaycan Respublikası Elm və Təhsil nazirinin ##.##.2021-ci il tarixli F-*** nömrəli “2019-2023-cü illər üçün Azərbaycan Repsublikasında ali təhsil X7 artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alacaq proqram iştirakçılarının siyahısının təsdiq edilməsi barədə əmrə əsasən “2019- 2023-cü illər üçün Azərbaycan Repsublikasında ali təhsil X7 artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alacaq proqram iştirakçılarının siyahısı təsdiq edilmişdir. Siyahıya əsasən Cavabdeh Türkiyədə “İstanbul Universiteti”də doktorantura səviyyəsi üzrə təhsil alması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Təhsil nazirinin ##.##.2019-cu il tarixli F-*** №-li əmri ilə təsdiq edilmiş Azərbaycan Repsublikası Təhsil Nazirliyi, “2019-2023-cü illər üçün Azərbaycan Repsublikasında ali təhsil X7 artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisəsində doktorantura səviyyəsində təhsil almaq hüququ əldə etmiş Azərbaycan Respublikası vətəndaşı Cavabdeh arasında ##.##.2021-ci il tarixli ** nömrəli müqaviləyə əsasən Proqram iştirakçısının Türkiyənin “İstanbul Universiteti” ali təhsil müəssisəsində “Humanitar və sosial ixtisaslar” ixtisası üzrə 2021-ci il ## ###### tarixindən 2024-cü il ## ###### tarixinədək doktorantura səviyyəsi üzrə 2 il / 11 ay müddətinə təhsilin maliyyələşdirilməsi və təhsilini başa vurduqdan sonra isə əmək müqaviləsi ilə yerli ali təhsil müəssisəsində fəaliyyətə cəlb edilməsinə dair tərəflərin öhdəlikləri müəyyən edilmişdir. Həmin Müqavilənin 3.2.2-ci yarımbəndinə əsasən proqram iştirakçısı tərəfindən bu Müqavilənin şərtləri pozulduqda Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq çəkilmiş xərclərin məbləğinin geri qayrarılmasını ondan tələb etmək Nazirliyin hüquqlarından biridir. Həmin Müqavilənin 6.2-ci yarımbəndinə əsasən proqram iştirakçısının adı Dövlət Proqramı çərçivəsində xaricdə təhsilalanların siyahısından çıxarıldıqda və ya o, təhsilini başa vurduqdan sonra ən geci 2 ay müddətində ölkəyə qayıtmadıqda və ya təhsilini xaricdə davam etdirməkdən imtina etdikdə, Nazirlik tərəfindən onun təhsilinə çəkilən xərcləri 2 aydan gec olmayaraq qaytarılmalıdır. ##.##.2024-ci il tarixli proqram iştirakçısının xaric edilməsi barədə əmrə əsasən Dövlət Proqram İdarəetmə Qrupu, Hüquq şöbəsi və Maliyyə şöbəsi Cavabdeh, onunla əmək müqaviləsi bağlamağa razılıq vermiş ADA Universiteti və Təhsil Nazirliyi arasında bağlanmış üçtərəfli müvafiq müqavilənin 6.2-ci maddəsinə uyğun olaraq onun təhsilinin maliyyələşdirilməsi üçün istifadə edilmiş vəsaitin geri qaytarılması məqsədi ilə müvafiq tədbirlər görməsi əmr edilmişdir. ##.##.2021ci il tarixli ** nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən “2019-2023-cü illər üçün Azərbaycan Repsublikasında ali təhsil X7 artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alanların xərclərindən Cavabdeh şəxsi bank hesabına 669,87 manat məbləğində pul köçürülmüşdür. ##.##.2022-ci il tarixli ** nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən “2019-2023-cü illər üçün Azərbaycan Repsublikasında ali təhsil X7 artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alanların xərclərindən Cavabdeh şəxsi bank hesabına 860,48 manat məbləğində pul köçürülmüşdür.2019-2023cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabərliliyinin artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupu tərəfindən vəsait alanların plastik kartlarına vəsaitlərin “xxxx” ASC-nin Mərkəzi filialı tərəfindən mədaxil edilməsi barədə ##.##.2021-ci il tarixli, ** nömrəli reyestrə əsasən müəyyən olunur ki, Cavabdeh üçün 10140 USD məbləğində pul ödənilmişdir. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabərliliyinin artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupu tərəfindən vəsait alanların plastik kartlarına vəsaitlərin “xxxx” ASC-nin Mərkəzi filialı tərəfindən mədaxil edilməsi barədə ##.##.2021-ci il tarixli, ** nömrəli reyestrə əsasən müəyyən olunur ki, Cavabdeh üçün 15600 USD məbləğində pul ödənilmişdir. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Repsublikası Təhsil Nazirliyi, “2019-2023-cü illər üçün Azərbaycan Repsublikasında ali təhsil X7 artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisəsində doktorantura səviyyəsində təhsil almaq hüququ əldə etmiş Azərbaycan Respublikası vətəndaşı Cavabdeh arasında ##.##.2021-ci il tarixli ** nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh Türkiyənin “İstanbul Universiteti” ali təhsil müəssisəsində “Humanitar və sosial ixtisaslar” ixtisası üzrə 2021-ci il ## ###### tarixindən 2024-cü il ## ###### tarixinədək doktorantura səviyyəsi üzrə 2 il / 11 ay müddətinə təhsil alması və təhsilin iddiaçı tərəfindən maliyyələşdirilməsinə dair tərəflərin öhdəlikləri müəyyən edilmişdir. Həmin Müqavilənin 6.2-ci yarımbəndinə əsasən əsasən proqram iştirakçısının adı Dövlət Proqramı çərçivəsində xaricdə təhsilalanların siyahısından çıxarıldıqda və ya o, təhsilini başa vurduqdan sonra ən geci 2 ay müddətində ölkəyə qayıtmadıqda və ya təhsilini xaricdə davam etdirməkdən imtina etdikdə, Nazirlik tərəfindən onun təhsilinə çəkilən xərcləri 2 aydan gec olmayaraq qaytarılmalıdır. Cavabdeh tərəfindən müvafiq ixtisas üzrə təhsilin davam etdirilməməsinə baxmayaraq, müqavilə üzrə yaranmış borc tərəfindən ödənilməmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayəti vermiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsini tam ləğv edilməsini və iddianın tam rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Mülki Məcəllənin 385.1; Mülki Prosessual Məcəllənin 57.1, 76.1, 77, 78, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi, “2019-2023-cü illər üçün Azərbaycan Repsublikasında ali təhsil X7 artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisəsində doktorantura səviyyəsində təhsil almaq hüququ əldə etmiş Azərbaycan Respublikası vətəndaşı Cavabdeh arasında ##.##.2021-ci il tarixli ** nömrəli müqavilə bağlanmış, hesab açılmış, pul köçürülmüş, lakin “xxxx” ASC-nin yaratdığı problemlərə əsasən həmin vəsaitin onun tərəfindən istifadəsi mümkün olmamış, “xxxx” ASC işə üçüncü şəxs qismində cəlb edilməmişdir. Halbuki, işin obyektiv araşdırılması üçün bankın işə cəlb edilməsi zəruri idi. “xxxx” ASC tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli hesabdan çıxarışdan görünür ki, 25740 (iyirmi beş min yeddi yüz qırx) ABŞ dolları Cavabdeh adına açılmış hesaba köçürülmüş, lakin hal-hazırda hesabda qalmaqdadır. Cavabdeh adına açılmış hesab məhduyyətli hesab olduğu üçün hal-hazırda belə həmin vəsaitin çıxarılması mümkün deyildir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, ....... müqavilənin 3.5.20-ci bəndinə əsasən, tədris müddəti bitdikdən sonra ən azı 2 ay ərzində Azərbaycan Respublikasına qayıtmaq, qayıtdıqdan sonra 10 təqvim günü müddətində Nazirliyə və yerli ATM-ə məlumat vermək və bağlanmış əmək müqaviləsinə əsasən aldığı ixtisas üzrə yerli ATM-də 5 il (öhdəlik müddəti) fasiləsiz pedaqoji fəaliyyət göstərmək cavabdehin öhdəliyi kimi nəzərdə tutulmuşdur . Lakin cavabdeh müqavilə şərtlərini pozaraq ölkəyə qayıtmaqdan imtina etmişdir. Müqavilənin 6.2-ci yarımbəndində nəzərdə tutulmuşdur ki, proqram iştirakçısının adı Dövlət Proqramı çərçivəsində xaricdə təhsilalanların siyahısından çıxarıldıqda Nazirlik tərəfindən onun təhsilinə çəkilən xərcləri 2 aydan gec olmayaraq qaytarılmalıdır . Lakin cavabdehə bu barədə xəbərdarlıq edilməsinə baxmayaraq, o bu günə qədər həmin vəsaitin geri qaytarılması ilə bağlı heç bir hərəkət etməmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, hesabına köçürülmüş pul vəsaitinin istifadəsinə şərait yaradılmamış və bunun nəticəsində maddi imkansızlığa görə Türkiyənin İstanbul Universitetində “Humanitar və sosial ixtisas istiqaməti” Sosiologiya doktorantura təhsilini davam etdirməyi mümkün olmamışdır. Bundan əlavə, məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, bütün sənədlər vaxtlı vaxtında təqdim edilməsinə baxmayaraq tərəfinə bütün təhsil müddəti üçün deyil, sadəcə 1 il və 6 aylıq ödəniş edilmişdir. 25740 ABŞ dollarının onun tərəfindən istifadəsi mümkün olmamışdır. İstifadə etdiyinə dair də iddiaçı tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Qətnamənin 27-ci bəndində göstərilmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Repsublikası Təhsil Nazirliyi, “2019-2023-cü illər üçün Azərbaycan Repsublikasında ali təhsil X7 artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisəsində doktorantura səviyyəsində təhsil almaq hüququ əldə etmiş Azərbaycan Respublikası vətəndaşı Cavabdeh arasında ##.##.2021-ci il tarixli ** nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh Türkiyənin “İstanbul Universiteti” ali təhsil müəssisəsində “Humanitar və sosial ixtisaslar” Sosiologiya ixtisası üzrə 2021-ci il ## ###### tarixindən 2024-cü il ## ###### tarixinədək doktorantura səviyyəsi üzrə 2 il / 11 ay müddətinə təhsil alması və təhsilin iddiaçı tərəfindən maliyyələşdirilməsinə dair tərəflərin öhdəlikləri müəyyən edilmişdir. Həmin Müqavilənin 6.2-ci yarımbəndinə əsasən əsasən proqram iştirakçısının adı Dövlət Proqramı çərçivəsində xaricdə təhsilalanların siyahısından çıxarıldıqda və ya o, təhsilini başa vurduqdan sonra ən geci 2 ay müddətində ölkəyə qayıtmadıqda və ya təhsilini xaricdə davam etdirməkdən imtina etdikdə, Nazirlik tərəfindən onun təhsilinə çəkilən xərcləri 2 aydan gec olmayaraq qaytarılmalıdır. Cavabdeh tərəfindən müvafiq ixtisas üzrə təhsilin davam etdirilməməsinə baxmayaraq, müqavilə üzrə yaranmış borc tərəfindən ödənilməmişdir. Məhkəməninəsaslandırılması ilə razı deyil. Belə ki, müqavilə imzalanmağına, vəsaitin köçməyinə baxmayaraq həmin vəsaitin onun təhsil xərclərinə xərcləməyinə bank tərəfindən şərait yaradılmamışdır. Dəfələrlə bununla əlaqədar həmin dövrdə məlumatlar verilməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır. Uzun müddət xarici ölkədə yaşadığı üçün birinci instansiya məhkəməsində baxılan mülki işdən məlumatı olmamışdır. İcra şöbəsi tərəfindən atasına məlumat verildikdən sonra tərəfindən ## ###### 2026-cı il tarixli yaradılmış elektron kabinet vasitəsi ilə mülki iş ilə tanış olmuş və qətnaməni elektron qayda da əldə etmişdir. Bundan sonra atası etibarnamə əsasında banka müraciət etmiş və sənəd əldə edilmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Həmidov Səbuhi Maarif oğlu apellyasiya şikayətini müdafiə etmiş və təmin edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsasən: III. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən: İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən: İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. VII. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən: Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1 və 24.2-ci maddələrinin tələblərinə əsasən: Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir; Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ## ##### 2015-ci il tarixli 4-№-li qərarına əsasən: “İnzibati icraat haqqında” Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunda inzibati orqanların fiziki və ya hüquqi şəxslərlə münasibətlərindəki fəaliyyət formaları, eləcə də inzibati orqanların inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı fəaliyyəti həyata keçirərkən nəzərə almalı olduqları ümumi və prosedur prinsiplər, həmçinin inzibati orqanların qanunun tələblərinə ciddi şəkildə bağlı olduqları öz əksini tapmışdır. Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Bundan başqa, “İnzibati icraat haqqında” Qanunda inzibati orqanların hüquqazidd qərarlarının yoxlanılması, onların ləğv edilməsi və ya onlara dəyişiklik edilməsi məqsədi ilə maraqlı şəxslər üçün hüquqi müdafiə imkanları müəyyən edilmişdir. Həmin Qanunun 72-ci maddəsinin müddəalarına əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. İnzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 15.4. Eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsinə əsasən: 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. Qanunun 71-ci maddəsinə əsasən: 71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. 71.2. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. 71.3. Yalnız aşağıdakı hallarla bağlı aralıq inzibati aktlardan müstəqil şəkildə subordinasiya baxımından yuxarı inzibati orqana və ya şikayətə baxmaq səlahiyyətinə malik olan digər orqana (bundan sonra - şikayət instansiyası) şikayət verilə bilər: 71.3.1. səlahiyyətlə bağlı; 71.3.2. etirazla bağlı; 71.3.3. icraat üzrə materialların tanış olmaq üçün maraqlı şəxsə təqdim edilməsindən və ya iş üzrə maraqlı şəxsə məlumat verilməsindən imtina olunması ilə bağlı; 71.3.4. qanunla birbaşa nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin İnzibati mübahisələrin məhkəmə aidiyyəti adlı 2-ci maddəsinə əsasən: 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla,normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara. "Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən: 14.15. Təhsil müəssisəsi hüquqi şəxsdir və müstəqil balansa malikdir. Təhsil müəssisəsinin müvafiq qanunvericiliyə uyğun olaraq banklarda hesablaşma hesabı və digər hesabları ola bilər. Təhsil müəssisəsi mövcud qanunvericilik çərçivəsində inzibati və maliyyə-təsərrüfat fəaliyyətini həyata keçirməkdə sərbəstdir; 29.0.1. Təhsil sahəsində vahid dövlət siyasətini müəyyənləşdirmək və onun həyata keçirilməsini təmin etmək dövlətin vəzifəsidir; 33.3.1. Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək təhsilverənlərin vəzifəsidir. Publik hüquqi şəxslər haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən: 2.2. Publik hüquqi şəxs – dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır; 4.1.Publik hüquqi şəxs dövlət adından müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), bələdiyyə adından isə müvafiq bələdiyyə orqanları tərəfindən yaradılır. Məcəllənin 261.0.1-ci maddəsinə əsasən: iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icaata xitam verir. Həmin Məcəllənin 384-cü maddəsinə əsasən: apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər (384.0.5.). Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” # ####### 2012-ci il tarixli qərarına; “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, ** nömrəli Qərarına; «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa; Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisə tələbə yönəlik subyektiv tərkib baxımından cavab verməli olan və ya olmayan şəxsə qarşı verilməsindən asılı olmayaraq, münasibətlər mülki səciyyə daşımamaqla mülki icraat qaydasında baxılmalı olmadığından birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. İzah edilməlidir ki, ilkin olaraq bu vəzifələrin icra edilməsi həvalə edilmiş təşkilat inzibati icraat qaydasında araşdırma aparmalı və vəzifələrin icrası ilə bağlı inzibati münasibətlərdə mübahisə yarandığı təqdirdə inzibati prosedur qaydasında müvafiq məhkəmə instansiyasına müraciət edilə bilər. Belə ki, "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən bu münasibətlərdə hakimiyyət səlahiyyətlərinin icraçısı olan inzibati orqanlar qismində Təhsil Nazirliyi və onun tabeliyində olan qurumlar, o cümlədən ali təhsil müəssisələri çıxış edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, 136 №li Qərarı ilə təsdiq edilmiş "İnzibati orqanların Təsnifatı”nın V hissəsinə müvafiq olaraq qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər də inzibati orqanlara aiddir. Baxılan iş üzrə cavabdehə dövlət tərəfindən Təhsil Nazirliyinin öz fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə Azərbaycan Respublikasının "Vətəndaşların müraciətləri haqqında”, "İnzibati icraat haqqında” və "İnformasiya əldə etmək haqqında” qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək vəzifələri də həvalə edilmişdir. Qeyd edilənlərə və dövlətin təhsil siyasətinin həyata keçirilməsi vəzifəsinə əsasən mübahisənin mülki məhkəmə icraatı qaydasında baxılması istisna edilir. İddiaçının iş üzrə bağlanmış müqavilə münasibətlərindən və həyata keçirdiyi dövlət siyasətindən irəli gələrək bərabər hüquqlu olmayan rəftara müvafiq tənzimləmənin inzibati hüquq sahəsinin predmetini, habelə müvafiq dövlət orqanı tərəfindən inzibat icraat haqqında qanunvericiliyinə müvafiq publik qərar qəbul etmək səlahiyyətini və vətəndaşın bu qərardan müdafiə hüquqlarını müəyyən etdiyindən izah edilməlidir ki, hüquqlarının pozulması ehtimal edilən şəxs inzibati icraatın nəticəsindən asılı olaraq inzibati prosessual qanunvericiliyə əsasən müvafiq inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261, 263-264, 391, 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı iş üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(3-6)-3158/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3158/2026
14.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver