Məhkəmə qərarları › İş №e-2(3-6)-3328/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-3328/2026

14.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-3328/2026 14.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, Qulizadə Jalə Vadət qızının katibliyi, İddiaçı İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı İcraçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə payçı İddiaçı arasında ##.##.2022-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, icraçı Bakı şəhər İcra Hakimiyyəti başçısının ##.##.2017-ci il tarixli, *** nömrəli “Yaşayış binasının tikintisi haqqında” sərəncamı ilə Ramiz Quliyev küçəsi, **A saylı binanın yanındakı ərazidə yerləşən 12 mərtəbəli mansardlı evin 02 blok, 06 mərtəbə, ümumi sahəsi 78 kv.metr olan, izolə olunmuş 02 otaqdan ibarət mənzili bir pay kimi payçıya verməyi, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilə üzrə mənzilin dəyəri 1 kv.metr sahə üçün 1.100 manat təşkil edir, sahəsi 78 kv.metr olan mənzil üçün cəmi 15.000 manat ödənilmişdir. Cavabdeh MMC-in ##.##.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhər, Xətai rayonu, Ramiz Quliyev küçəsi, **A saylı yerləşən yaşayış binası Cavabdeh MMC-yə məxsusdur, bu binanın 01 blok, 06-cı mərtəbə, ümumi sahəsi 78 kv.metr olan, izolə olunmuş 02 otaqdan ibarət mənzilin dəyəri 85.800 manat təşkil edir, İddiaçı tərəfindən 15.000 manat ödəniş olunmuş, 70.800 manat borc qalmışdır. Cavabdeh MMC-in ##.##.2022-ci il tarixli, ****** nömrəli kassa mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən evin aylıq ödənişi üçün MMC-yə 4.500 manat ödənilmişdir. İddiaçı tərəfindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış ##.##.2026-cı il tarixli pretenziya məktubundan görünür ki, payçı icraçıdan ödədiyi 19.500 manat pul vəsaitinin 03 gün ərzində geri qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələnin həlli üçün məhkəməyə müraciət edəcəyini, əlavə yaranmış xərclərin tələb olunacağını bildirilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdeh “xxxx” MMC-dən 19.500 manatın və ona bank uçot dərəcəsi ilə hesablanmış 6.120 manat faiz məbləğinin, hüquqi xidmətə görə ödənilmiş 500 manatın və ödənilmiş 167 manat dövlət rüsumu olmaqla, cəmi 26.287 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” MMC ilə aralarında bağlanmış müqaviləyə əsasən, “xxxx” MMC Bakı şəhəri İcra Hakimiyyəti başçısının ##.##.2017-ci il tarixli, *** №-li Sərəncamına əsasən, yaşayış binasının tikintisi haqqında Sərəncamı ilə Ramiz Quliyev küçəsi **A saylı binanın yanındakı ərazidə yerləşən 12 mərtəbəli mansardlı evin 02-ci blok, 06-cı mərtəbədə, ümumi sahəsi 78 kv.metr olan, 02 otaqdan ibarət bir pay kimi iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Belə ki, həmin müqavilənin 1.2-ci bəndinə əsasən, iddiaçı da müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilə üzrə mənzilin dəyəri 1 kv.metr sahə üçün 1.100 manat təşkil etmiş və 78 kv.metr olan mənzil üçün ilkin olaraq 15.000 manat tərəfindən ödənilmişdir. Həmçinin ## ###### 2022-ci il tarixli, ****** №-li kassa mədaxil orderinə əsasən, evin aylıq ödənişi üçün 4.500 manat məbləğində pul vəsaiti də tərəfindən ödənilmişdir. Lakin bütün bu ödənişlərə baxmayaraq, cavabdeh “xxxx” MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, yəni mənzili müəyyən olunmuş müddətdə və bu günədək iddiaçıya təhvil verməmişdir. Dəfələrlə cavabdehə ünvanladığı şifahi və yazılı müraciətlərə baxmayaraq, problem aradan qaldırılmamış, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmiş və ödənilmiş pul vəsaitlərinin geri qaytarılması da təmin edilməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi və bildirdi ki, tərəflər arasında müqavilə bağlanmışdır, lakin müqavilədə müddət qeyd edilməyib, iddiaçının deməsinə görə aralarında şifahi olaraq 24 ay müddətinə mənzilin təhvil verilməsi barədə razılaşmışlar, iddiaçı ödənişlər etmiş, lakin sonradan MTK rəhbərindən öyrənmişdir ki, layihədə dəyişiklik olub, başqa ərazidə tikintilər olacaq, ona ödənişlər etməsini dayandırmağını bildirmişlər, ondan sonra layihə başqasına verilmişdir, lakin indiyə kimi 05 il keçməsinə baxmayaraq, tikinti işləri başlamamış, mənzil təhvil verilməmişdir, müqavilə şərti pozulsa idi iddiaçıya cərimələr tətbiq edilərdi lakin göründüyü kimi heç bir cərimə, xəbərdarlıq, pretenziya verilməmişdir. Cavabdeh tərəf məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının təxirə salınmasını xahiş edərək, iddia rədd edilməsini xahş etdi, iddiaçının əsassız olaraq müqavilə tələbini pozduğunu, əsassız olaraq artıq hesablanmış faiz məbləği tələb edildiyi bildirilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-***/**** saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh MMC-dən 19.500 (on doqquz min beş yüz) manat, hüquqi yardım üçün ödənilmiş 321 (üç yüz iyirmi bir) manat və 149,46 (yüz qırx doqquz manat, qırx altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 19970,46 (on doqquz min doqquz yüz yetmiş manat, qırx altı qəpik) manatın alınaraq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ##.##.2022-ci il tarixli müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər qismən yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Ona görə də, iddiaçının bu tələbi qanunidir. Çünki mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəf iddiaçının müqavilə şərtlərini pozduğunu bildirsə də, özünün müqavilə şərtlərinin yerinə yetirilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə iddia tələbinin “bank uçot dərəcəsi ilə hesablanmış 6.120 manat faiz məbləğinin tutulmasına” dair hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, ##.##.2022-ci il tarixli müqavilədə həmin müqavilənin icrasının bitdiyi gün qeyd edilməmişdir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Ona görə də iddia tələbi qismən təmin edilərək, cavabdeh Cavabdeh MMC-dən 19.500 manat alınaraq, iddiaçı İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə iddia tələbinin 500 manat hüquqi yardımın göstərilməsinə görə ödənilmiş vəsaitin cavabdehdən tutulmasına dair hissəsinə münasibətdə də hesab etmişdir ki, iddia tələbi həmin hissədə qismən təmin edilərək, 321 manat məbləğində pul vəsaiti cavabdeh Cavabdeh MMC-dən alınaraq iddiaçı İddiaçı ödənilməlidir. Belə ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli, *********** nömrəli ödəniş qəbzindən görünür ki, hüquqi xidmətin alınması üçün iddiaçı “Kredo” Vəkil Bürosuna 321 manat ödəniş edilmişdir. Məhkəmə həmçinin iddia tələbində qeyd edilmiş 167 manat məbləğində məhkəmənin hesabına ödənilmiş dövlət rüsumunun tutulması hissəsinə münasibətdə hesab etmişdir ki, iddia tələbi qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq 149,46 manat məbləğində rüsum cavabdeh Cavabdeh MMC-dən alınaraq iddiaçı İddiaçı ödənilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6, 21.1, 21.2, 178.8, 421.1, 421.2, 421.3, 442, 443.1, 445.1, 560.1, 752.1, 755, 762.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.2, 88, 107, 119.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-***/**** saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-***/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Lakin hesab edilir ki, həmin qətnamə aşağıdakı səbəblərdən əsassızdır və qanunazidd olduğu üçün ləğv edilməlidir. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdeh “xxxx” MMC-dən 19.500 manat və ona bank uçot dərəcəsi ilə hesablanmış 6.120 manat faiz məbləği, hüquqi xidmətə görə ödənilmiş 500 manat və ödənilmiş 167 manat dövlət rüsumu da daxil olmaqla, cəmi 26.287 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh MMCdən 19.500 (on doqquz min beş yüz) manat, hüquqi yardım üçün ödənilmiş 321 (üç yüz iyirmi bir) manat və 149,46 (yüz qırx doqquz manat, qırx altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 19.970,46 (on doqquz min doqquz yüz yetmiş manat, qırx altı qəpik) manatın alınaraq iddiaçı İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Lakin Bakı şəhəri Xətai Rayon Məhkəməsi əsassız və qeyri-obyektiv olaraq, iclasda iştirakları təmin edilmədən qərar qəbul etmişdir. Belə ki, məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, ##.##.2022-ci il tarixli payçı İddiaçı və icraçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış müqavilə ilə icraçı Bakı şəhər İcra Hakimiyyəti başçısının ##.##.2017-ci il tarixli, *** nömrəli Sərəncamına əsasən “Yaşayış binasının tikintisi haqqında” Sərəncamı ilə Ramiz Quliyev küçəsi **A saylı binanın yanındakı ərazidə yerləşən 12 mərtəbəli mansardlı evin 02 blok 06 mərtəbə, ümumi sahəsi 78 kv.metrə olan, izolə olunmuş 02 otaq olan ibarət mənzildən ibarət bir pay kimi payçıya verməyi öz öhdəsinə götürür, payçı müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 3.1 bəndindən görünür ki, müqavilə üzrə mənzilin dəyəri 1 kv.metr sahə üçün 1.100 manat təşkil edir, sahəsi 78 kv.metr olan mənzil üçün cəmi 15.000 manat ödənilmişdir. Həmin müqavilənin 3.2. bəndindən görünür ki, müqavilə bağlandığı gündən beş gün ərzində alıcı tərəfindən mənzilin ümumi dəyərinin faiz məbləğindən az olmayaraq ilk haqqı ödənilir. Payçı pulun qalan hissəsini bərabər hissələr olmaqla ümumi dəyərin məbləğində və müddətində hər ayın 20-si 30-u arasında ödəməyi öhdəsinə götürür. 3.3. bəndə əsasən payçı ilk ödənişi gecikdirərsə icraçının ixtiyarı varki bu müqaviləyə əsasən öhdəlikdən pay üzvünü azad etsin. İlk ödəmədən sonrakı haqlar 30 gündən artıq gecikdirilərsə icraçının ixtiyarı var ki, müqaviləni bir tərəfli qaydada ləğv etsin. Bu halda ödənilmiş pul payçı ya icraçı tərəfindən yalnız mənzil satıldıqdan sonra qaytarılır. Həmçinin tərəflər arasında bağlanan müqavilədə binanın təhvil verilməsi müddəti göstərilməmişdir. Azərbaycan Respublikası MM-in 442-ci maddəsinə əsasən o hdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, is lərdə və xidmətlərdə qu surlarla və ya o hdəliyin məzmunun ilə mu əyyənləs dirilmis digər s ərtləri pozmaqla icra edilməsi) bas a du s u lu r. Göründüyü kimi iddiaçı tərəfindən müqavilə şərtləri pozulmuş müvafiq ödənişlər həyata keçirilməmişdir. Bu səbəbdən tərəflər arasında olan müqavilə birtərəfli qaydada ləğv edilmişdir. Öhdəliyin icra edilməməsi anlayışı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Artıq müqavilə bağlandıqdan sonra tərəflər arasında qarşılıqlı yaranmış öhdəlik münasibətləri formalaşır ki, bu andan sonra tərəflər qarşılıqlı öhdəliklərini vicdanla yerinə yetirməlidirlər. Müqavilə ilə üzərinə öhdəlik götürən şəxsin öhdəliklərinə əməl etməməsini, öhdəliklərinin icrasından yayınmasını “müqavilə azadlığı” prinsipi ilə əlaqələndirmək əsassız və qanunsuzdur. Qeyd olunan müqavilənin 3.3-cü bəndinə əsasən payçı ilk ödənişi gecikdirərsə icraçının ixtiyarı var ki, bu müqaviləyə əsasən öhdəlikdən pay üzvünü azad etsin. İlk ödəmədən sonraki haqqlar 30 gündən artıq gecikdirilərsə icraçının ixtiyarı var ki, müqaviləni bir tərəfli qaydada ləğv etsin. Bu halda ödənilmiş pul payçı ya icraçı tərəfindən yalnız mənzil satıldıqdan sonra qaytarılır. Hazırda iş materiallarına əlavə olunan sənədlərdəndə aydın olur ki, iddiaçı (payçı) tərəfindən müqavilə şərtləri pozulmuş, ödənişlər həyata keçirilməmişdir. Bundan sonra tərəflərindən müqavilə xitam edilmiş və qeyd edilən mənzil satışa çıxarılmışdır. Lakin hazırda binada tikinti işləri davam etdirildiyindən mənzilin satışı həyata keçirilə bilinməmişdir. Belə ki, müqavilənin 3.3-cü bəndinə əsasən payçıya onun tərəfindən ödənilmiş məbləğin qaytarılması yalnız həmin mənzilin satışından sonra realizə olunur. Mülki hüquq münasibətlərinin əhatəli və aparıcı sahələrindən biri öhdəlik hüququdur. Öhdəlik isə iqtisadi dövriyyə iştirakçılarının öhdəlik hüququ normaları ilə tənzimlənən qarşılıqlı əlaqələridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddənin mətnindən və mahiyyətindən göründüyü kimi, öhdəliyin predmetini pulun ödənilməsi, əmlakın verilməsi, işin görülməsi, xidmətlərin göstərilməsi və ya müəyyən hərəkətdən çəkinmək kimi konkret hərəkət və ya hərəkətsizlik təşkil edir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1-ci maddəsində bu Məcəllənin məqsədinin üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etmək olduğu, əsas vəzifələr sırasında isə sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq, sahibkarlıq fəaliyyətini dəstəkləmək olduğu göstərilmiş, mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri isə mülki qanunvericiliyin başlıca prinsipləri sırasında nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 6.1.2 və 6.1.5ci maddələri). Mülki hüquq subyektlərinin iradə sərbəstliyi olmadan azad sahibkarlıq fəaliyyəti və sərbəst bazar iqtisadiyyatından bəhs etmək mümkün deyil. Hazırki halda yekunlaşmaq üzrə olan işlər üzrə müqavilənin ləğv edilib, ödənişin geri tələb edilməsi, sahibkar üçün ciddi maliyyə itkisi olmaqla yanaşı onun tərəfindən işlərin yekunlaşdırılmasın ayrılmış maliyyənin digər istiqamətə yönəltməklə işlərin görülməsinə yekunlaşmasına yaradılmış bir maneədir. Buna görə də, Azərbaycan Respublikası Mülki Məcəlləsində təsbit olunmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Qeyd edilir ki, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də “müqavilələr icra olunmalıdır (pacta sunt servanda)” prinsipidir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmaları isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsində təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qanunun həmin tələbi fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Qanunvericilik bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” ## #### 2012-ci il tarixli Qərarı). Azərbaycan Respublikasının Mu lki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən, əgər həmin Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, o hdəliyin icrasından birtərəfli imtinaya və onun s ərtlərini birtərəfli dəyis dirməyə yol verilmir. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Qeyd olunlara əsasən məlum olur ki, öhdəliyin icrası mu qavilədə nəzərdə tutulan mu ddətdə, mu qavilədə belə mu ddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyg un mu əyyənləs dirilmis mu ddətdə həyata kec irməlidir. Qeyd olunanları hazırki işə tətbiq etdikdə, tərəflər arasında bağlanan müqavilədə tərəflərin öhdəlikləri aydın göstərilmişdir, payçı tərəfindən ödənişlər həyata keçirilmədikdə, müqaviləyə xitam edilir və mənzil satıldıqdan sonra ödəniş geri qaytarılır. Hazırki məhkəmə qətnaməsi ilə müqavilə azadlığı pozuluraq üzərilərinə öhdəliyin icrası qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan suiistifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Hazırki işdə iddiaçı birtərəfli qaydada müqavilə ləğv etməklə ödənilmiş məbləği geri tələb etməsi sahibkar üçün ciddi maliyyə itkisi və hüquqlarının pozulmasıdır. Həmçinin qeyd olunan müqavilənin müvafiq bəndinə əsasən ödənilmiş məbləğin geri qaytarılması yalnız qeyd olunan mənzilin satışından sonra realizə olunur. Ona görə də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-***/**** saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılması xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayəti ilə razılaşmayıb, şikayətin təmin edilməməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə rəsmi qaydada məlumat verilmiş, lakin cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, ##.##.2026-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək üzrlü səbəbdən iclasda nümayəndənin iştirakının təmin edilə bilinməməsini, vəkil ilə müqavilə bağlanmasına şərait yaradılması məqsədi ilə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli Qərarı:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir.

3. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il ## #### tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il ## ###### tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il ## ##### tarixli qərarlar).

Apellyasiya baxışının hədləri

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia tələbi qismən təmin edildiyindən, qətnamə cavabdeh tərəfindən faktiki olaraq iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsində verilmiş anlayışa görə podrat müqaviləsi podratçının müqavilədə nəzərdə tutulan işi icra etmək, sifarişçinin isə bunun müqabilində razılaşdırılmış muzd ödəmək öhdəliyini nəzərdə tutan müqavilədir. Podrat müqaviləsinin predmetini – podratçı tərəfindən müəyyən bir işin görülməsi və həmin işin nəticəsini sifarişçiyə təhvil verilməsi təşkil edir. Hazırkı mülki iş üzrə tədqiq olunan sübutlardan görünür ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış ##.##.2022-ci il tarixli müqaviləyə əsasən, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti başçısının ##.##.2017-ci il tarixli, *** nömrəli sərəncamına əsasən, Ramiz Quliyev küçəsi, **A saylı binanın yanındakı ərazidə yerləşən 12 mərtəbəli mansardlı evin 02 blokunun, 06 mərtəbəsində, ümumi sahəsi 78 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət mənzili inşa edib iddiaçıya təhvil verməyi, iddiaçı isə müqavilə üzrə mənzilin hər 1 kv.metr sahəsi üçün 1.100 manat olmaqla sahəsi 78 kv.metr olan mənzilə görə 85.800 manatı ödəməyi, mənzili təhvil almağı öhdəsində götürmüşdür. Araşdırma zamanı daha sonra müəyyən olunmuşdur ki, iddiaçı müqavilə üzrə mənzilin dəyərinə görə cəmi 19.500 manatı MMC-yə ödədikdən sonra cavabdeh mənzili inşa edib ona təhvil vermədiyindən ödənişləri dayandırmış, ##.##.2026-cı il tarixdə isə cavabdehə pretenziya ünvanlayaraq ödədiyi 19.500 manat pul vəsaitinin üç gün ərzində geri qaytarmağı ondan tələb etmiş, əks təqdirdə məsələnin həlli üçün məhkəməyə müraciət edəcəyini bildirmişdir. Kollegiya qeyd edir ki, müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda; Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda. Kollegiya qeyd edir ki, ## #### 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Mülki Məcəllənin 421.2-ci maddəsinin birinci cümləsindən “məhkəmənin qərarına əsasən" müddəası çıxarılmaqla, ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsi müəyyən edilmişdir ki, bu da müvafiq münasibətlərin hüquqi tənzimlənməsinin əsas prinsiplərindən irəli gəlmişdir. Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində qeyd olunan əsasların mövcud olduğu hallarda müqavilənin ləğv edilməsinin məhkəmədən kənar qaydası, Məcəllənin 423.2-ci maddəsində isə ləğvetmənin xüsusi qaydası (müstəsna hal - Mülki Məcəllənin 422.1-ci maddəsinə uyğun olaraq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi mövcud olduğu təqdirdə) nəzərdə tutulmuşdur. Məhkəmədən kənar qayda iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə şərtləndirildiyi halda, xüsusi qayda məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. Mülki Məcəllənin 759-cu maddəsi sifarişçinin təşəbbüsü ilə, 760-cı maddəsi isə podratçı tərəfindən podrat münasibətlərinə xitam verilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin maddələrin tələblərinə görə, podrat münasibətlərində həm müqavilədən birtərəfli imtinaya, həm də tərəflərdən birinin müqaviləni pozması hallarında digər tərəfin müqavilə münasibətlərinə vaxtından əvvəl xitam verilməsinə yol verilir. Sifarişçinin təşəbbüsü ilə podrat münasibətlərinə vaxtından əvvəl xitam verilməsinin iki əsası nəzərdə tutulmuşdur. Birinci əsas hər hansı hallarla şərtləndirilməyib və sifarişçi istənilən vaxt müqavilədən imtina etməklə podrat münasibətlərinə xitam verə bilər. Yəni sifarişçi hər hansı səbəb və əsas gətirmədən müqavilədən imtina etmək hüququna malikdir. Lakin bu halda podratçıya yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin zərərə həm real zərər (müqavilənin icrası ilə bağlı xərclər), həm də əldən çıxmış fayda (müqavilə tam icra olunduğu təqdirdə əldə edə biləcəyi gəlir) aiddir. Sifarişçinin təşəbbüsü ilə podrat münasibətlərinə vaxtından əvvəl xitam verilməsinin ikinci əsası bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə əlaqəli olan səbəblərlə bağlıdır. Podratçının belə hərəkətlərə (hərəkətsizliyə) yol veribverməməsinə Mülki Məcəllənin 442-ci maddəsinə əsasən qiymət verilməlidir. Qeyd olunan hallar öz təsdiqini tapdıqda podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Sifarişçinin yerinə yetirilmiş işlərə marağı olmadığı hallarda, onların dəyərini ödəməkdən imtina etmək hüququna malikdir. Bununla yanaşı, sifarişçi Mülki Məcəllənin 443-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini də tələb edə bilər. Hazırkı işdən görünür ki, iddiaçı bir müddət müqavilə üzrə ödənişləri apardıqdan sonra sifariş verdiyi mənzilin inşa olanaraq ona təhvil verilmədiyini görüb, cavabdehdən müqavilə üzrə ödədiyi vəsaitin cavabdeh tərəfindən geri qaytarılmasını tələb etməklə faktiki olaraq tərəflər arasında bağlanmış ##.##.2022-ci il tarixli müqaviləyə birtərəfli qaydada xitam verməsini bəyan etmişdir. Kollegiya tədqiq edilmiş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdeh etirazında istinad etdiyi halı, yəni podrat müqaviləsi üzrə öz öhdəliyini icra edərək mənzili inşa etməsini, öhdəliyin şifarişçinin təqsiri üzündən icrasının mümkün olmamasını sübuta yetirə bilmədiyindən, araşdırma zamanı tərəflər arasında bağlanmış podrat müqaviləsinə bilavasitə podratçı tərəfindən müqavilə üzrə mənzilin inşa edilərək iddiaçıya təhvil verilməməsinə görə sifarişçi tərəfindən birtərəfli qaydada xitam verilməsi öz təsdiqini tapdığından, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borclu olduğundan iddia tələbini qismən təmin edərək müqavilə üzrə görmədiyi işə görə şifarişçidən aldığı 19.500 manatın cavabdeh tərəfindən iddiaçıya geri qaytarmalı olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq iddia tələblərini qismən təmin etməklə düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə yoxlanılan hissədə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar