Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-649/2026 17.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “tapşırıq müqaviləsindən irəli gələn pul tələbi”nə dair mülki iş üzrə QƏTNAMƏSI Iş № *(3-9)-649/2026 Açar sözlər: tapşırıq müqaviləsindən irəli gələn pul tələbi. Şirvan şəhəri, ## ######## 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən, məruzəçi), Əliyev Qasım Vəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əhmədli Murad Ilham oğlunun katibliyi, Iddiaçı İddiaçı nümayəndəsi (vəkili) Nümayəndənun və cavabdeh Cavabdeh iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən (hakim. O.Vəliyev) iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh çamaşırxana cihazlarının əldə edilməsi məqsədilə verilmiş 23,000 manat, icarəyə götürülmüş obyektin təmiri üçün xərclədiyi 10,457 manat, obyektin icarəsi üçün tərəfindən hər ay ödənilmiş ümumilikdə 12,294 manat, vəkil orderi üçün ödənilmiş 320 manat və dövlət rüsumu üçün ödənilmiş 229 manat məbləğin, ümumilikdə 46,300 (qırx altı min üç yüz) manat məbləğin Cavabdeh alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə ilk dəfə 2018-2019-cu illərdə X11 direktor müavini işlədiyi zaman tanış olmuşdur. O zaman Cavabdeh biomühəndis kimi xəstəxana üçün lazım olan cihazların əldə edilməsi və təmiri ilə bağlı işlərə cəlb etmişdirlər. 2019-cu ildə o, “Ege Hospital”da işləməyə başlamış və orada işlədiyi zaman hospitaldakı cihazların təmir işlərini onun vasitəçiliyi ilə Cavabdeh həll edirdi. Daha sonra 2020-2021-ci illər ərzində “Olimp Hospital”da, 2024-cü ilə qədər “Sumqayıt Hospital”da, 2022-ci ildən etibarən isə “X8”-nin daxilində fəaliyyət göstərən “X4 və Kardiocərrahiyyə Mərkəzi” adlı mərkəzdə biomedikal işlərə və cihazların təmiri və təchizi ilə bağlı işlərə Cavabdeh cəlb etmişlər. 2023-2024-cü illərdə Cavabdehlə biznes planları ilə bağlı danışarkən çamaşırxana xidmətlərinin göstərilməsi ilə əlaqədar planı olmasını, 2024-cü ilin avqust ayında bir müəssisədə silinməyə verə bildiyi 20 kq yuma aparatının olmasını və həmin aparatı təşkil edə bildiyini ona bildirmiş və çamaşırxana xidmətlərinin göstərilməsi ilə əlaqədar ortaq şəkildə əməkdaşlıq etməklə bağlı təklif vermişdir. Onun təklifinə görə o, bu xidmət üçün gərəkli olan investisiyanı təşkil etməli, cavabdeh isə cihazların əldə edilməsi, daha sonra təmiri ilə bağlı məsələləri həll etməli idi. O, onu inandırmışdır ki, özü bu sahədə mütəxəssis olduğuna görə lazım olan avadanlıqların əldə edilməsi və gələcəkdə həmin avadanlıqlarda hər hansı texniki cəhətdən nasazlıq və təmirə ehtiyac yarandığı halda heç bir əlavə xərc çəkmədən bütün problemlər onun tərəfindən həll ediləcək və nəticədə işi nəzarətdə saxlayaraq çoxlu qazanc əldə edəcəklər. Cavabdeh təklifi ilə çamaşırxana xidmətlərinin göstərilməsi sahəsində mütəxəssis olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, Bəhruz Məmmədov və Mirzə(yar) adlı şəxslə görüşərək bu cür xidmətin göstərilməsinin nə qədər qazanc gətirəcəyi barədə məlumat əldə etmişlər. Onların sözlərinə görə bu cür xidmət göstərilməsi aylıq 5-6 min manat qazanc gətirə bilərdi. Cavabdeh çamaşırxana xidmətinin göstərilməsi üçün lazım olan obyektin seçilməyində rəhbərlik etmişdir. Belə ki, o, bu sahədə mütəxəssis olaraq bildirmişdir ki, cihazların işləməsi üçün ən azı 120-150 kilovatlıq elektrik enerjisi ilə təchiz edilmiş obyekt icarəyə götürmək lazımdır. Uzun axtarışlardan sonra belə bir obyekt tapıldı. Obyektin son seçimini Cavabdeh etdi. Daha sonra obyektin daxilində Cavabdeh fəaliyyət göstərməsi, yəni cihazları təmir etməsi üçün otaq ayrıldı. Eyni zamanda bütün otaqların cihazların işləməsi üçün gərəkli olan elektrik enerjisi ilə təmin olunması üçün elektrik xətləri çəkildi. Burada yalnızca çamaşırxana xidmətinin göstərilməsi üçün lazım olan avadanlıqlar deyil, eləcə də tibb sahəsində istifadə olunan avadanlıqlar da Cavabdeh tərəfindən təmir edilməli idi. Beləliklə də icarəyə götürdükləri obyektdə həm çamaşırxana xidməti göstərilməli, həm də tibbi avadanlıqların, o cümlədən çamaşırxana üçün lazım olan avadanlıqların təmir xidməti həyata keçirilməli idi. Aralarındakı ilkin razılaşmaya görə çamaşırxana xidmətinin göstərilməsindən əldə edilən gəlirdən Cavabdeh 45 faiz, iddiaçıya 45 faiz və iddiaçının qardaşı Ehtiram Nəcəfova isə 10 faiz çatmalı idi. Sonrakı razılaşmaya görə isə əldə edilən qazancdan Cavabdeh 40 faiz, iddiaçıya 40 faiz və Ehtiram Nəcəfova 20 faiz çatmalı idi. Tibbi avadanlıqların təmirindən əldə edilən gəlirlər də aralarında bölünəcəkdi, amma onun dəqiq məbləği müəyyən edilməmişdi. Həmçinin, aralarındakı razılaşmaya görə çamaşırxana xidməti fəaliyyətinə başladıqdan sonra ilk aylarda xidmətin fəaliyyətindən əldə edilən gəlir ortaq olaraq aralarında paylaşdırılmadan xidmətin təkmilləşdirilməsinə və böyüdülməsinə yönləndiriləcəkdi. O, cavabdehin bu vədlərinə inanaraq onunla ortaq şəkildə çamaşırxana xidmətlərinin göstərilməsi üçün razılığa gəlmişlər. Çamaşırxana xidmətlərinin göstərilməsi üçün maddi cəhətdən köməkliyi onun qardaşı Ehtiram Nəcəfov etmişdir. O, cihazların alınması üçün gərəkli olan 23 000 (iyirmi üç min) manatı ona göndərib, o isə pulu Cavabdeh vermişdir. Obyektin təmiri də qardaşının vəsaiti hesabına həyata keçirilib. Onun bu işlərdə yeganə həll etməli olduğu məsələ xidmət üçün lazım olan vəsaitin verilməsi olub. Qalan bütün işləri Cavabdeh öz üzərinə götürüb. Müvafiq xidmətin göstərilməsi üçün 2024-cü ilin avqust ayında Cavabdeh tərəfindən bildirilən tələblərə cavab verən obyekt tapmışdır. ##.##.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi, 3024-cü məhəllə, ev 4v (yeni qaydalarla ünvan 1) ünvanında yerləşən ümumi sahəsi 150 kv/metr olan qeyri-yaşayış sahəsinin aylıq 2000 (iki min) manat məbləğində icarə haqqı ödənilməklə icarəyə götürülməsi ilə bağlı X5 ilə razılığa gəlmişlər. 2024-cü ilin oktyabr ayından etibarən hər ay 2000 (iki min) manat olmaqla, ümumilikdə 12,294 (on iki min iki yüz doxsan dörd) manat icarə haqqı onun tərəfindən ödənilmişdir. Eləcə də qeyd edir ki, “xxxx” MMC tərəfindən həyata keçirilən qiymətləndirmə fəaliyyəti barədə hesabata əsasən onun tərəfındən həmin obyektin tikinti-təmir işlərinə çəkilmiş xərcin məbləği 10,457 (on min dörd yüz əlli yeddi) manatdır (buraya plakatreklam lövhəsi üçün ödənilmiş 1750 (bir min yeddi yüz əlli) manat da daxildir). Çamaşırxana xidmətlərinin göstərilməsi üçün lazım olan cihazların, yəni 2 ədəd 50 kiloqramlıq yuma aparatı, 2 ədəd 50 kiloqramlıq qurutma aparatı və 1 ədəd ütü aparatının əldə edilməsi üçün ##.##.2024-cü il tarixdə Cavabdeh 23,000 (iyirmi üç min) manat məbləğində vəsait vermişdir. 2024-cü ilin oktyabr-noyabr aylarında X1 Babayev vasitəsilə bu işlərə cəlb olunmuşdur. Aralarındakı razılığa görə Kamal Səfərov çamaşırxana xidmətinin fəaliyyət göstərdiyi obyektə rəhbərlik etməli idi. Bu işlə bağlı olan bütün proseslər barəsində Kamal Səfərov da məlumatlıdır. Cavabdeh avadanlıqların əldə edilməsi üçün onun verdiyi vəsaiti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 həmin avadanlıqların əldə edilməsi məqsədilə vermişdir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 isə həmin avadanlıqların əldə edilməsi üçün Mirzə(yar) adlı digər bir şəxsə 15,000 (on beş min) manat pul vermişdir. Lakin çamaşırxana xidmətinin göstərilməsi üçün lazım olan avadanlıqlar pul vəsaitlərinin verilməsinin üzərindən uzun müddət keçməsinə baxmayaraq əldə edilməmişdir. Bununla bağlı Cavabdeh dəfələrlə müraciət etsə də o, pul verdiyi şəxslərin həmin avadanlıqları hələ gətirmədiklərini ona bildirmişdir. 2025-ci ilin yanvar ayından etibarən Cavabdehlə “whatsapp" və telefon zəngləri vasitəsi ilə əlaqə saxlamağa çalışılsa da, nə “whatsapp”da mesajlara və zənglərə cavab vermiş, nə də telefon zənglərinə cavab vermişdir. Yalnız ##.##.2025-ci il tarixdə “whatsapp” vasitəsilə göndərilən mesaja Cavabdeh tərəfindən cavab verilmişdir. ##.##.2025-ci il tarixdə Cavabdeh ilə bir araya gələrək məsələ ilə bağlı görüşmüşlər. Görüşdə Cavabdehlə olan ortaqlığın sona çatdığını və artıq özlərinin Çindən müvafiq aparatlarla bağlı sifariş vermək istədiyini bildirmiş və müvafiq aparatların əldə edilməsi məqsədilə Cavabdeh onun vermiş olduğu 23,000 (iyirmi üç min) manat məbləğində vəsaitin, obyekt üçün onun tərəfindən ödənilmiş ümumi məbləği 12,294 (on iki min iki yüz doxsan dörd) manat təşkil edən icarə haqqı məbləğlərinin və obyektin təmiri üçün xərclənmiş 10,457 (on min dörd yüz əlli yeddi) manat məbləğin geri qaytarılmasını tələb etmişdir. Cavabdeh isə müvafıq pul vəsaitlərini hələ də geri qaytarmamışdır. Bununla bağlı olaraq ##.##.2025-ci il tarixdə Yasamal Rayon Prokurorluğuna ərizə ilə müraciət edərək Cavabdeh ona qarşı dələduzluq əməli törətməsi və ona məxsus pul vəsaitlərini qanunsuz olaraq ələ keçirməsi ilə bağlı müvafiq tədbirlərin görülməsini, şəxsin məsuliyyətə cəlb edilərək ona məxsus pul vəsaitlərinin geri qaytarılmasının təmin edilməsini xahiş etmişdir. Yasamal Rayon Prokurorluğu tərəfindən ərizə Yasamal RPI-nin 29-cu PŞ-nə göndərilmişdir. Yasamal RPI-nin 29-cu PŞ-nin ##.##.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı” ilə Cavabdeh əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və mübahisənin mülki məhkəmə icraatı qaydasında həll edilməsi tövsiyə edilmişdir. Qeyd edilənlər bir daha sübut edir ki, 2024-cü ilin avqust ayında onunla Cavabdeh arasında ortaq olaraq çamaşırxana xidmətlərinin göstərilməsi barədə birgə fəaliyyətə dair şifahi razılaşma bağlanmışdır. Bu razılaşmadan irəli gələrək Cavabdeh öhdəliyi ondan ibarət olmuşdur ki, o, bu cür xidmətin göstərilməsi üçün lazım olan avadanlıqları 2024-cü ilin noyabr ayına qədər əldə etməli idi. Bu cihazların əldə edilməsi üçün Cavabdeh ilə onun arasında faktiki olaraq şifahi şəkildə bağlanan razılaşma Mülki Məcəllənin tələblərinə uyğun olaraq tapşırıq müqaviləsinin tələb və şərtlərinin təsiri altına düşür. Cavabdeh tapşırıq müqaviləsinin şərtlərinə uyğun olaraq ona tapşırılan işləri ehtiyatsızlıq, lazımi diqqət və vicdanla icra etməməsi nəticəsində ona maddi zərərin vurulmasına səbəb olmuşdur. Belə ki, onun tapşırığı əsasında o (cavabdeh), onun vəsaiti ilə müvafıq cihazları təmin etməli idi. Lakin o, öz diqqətsizliyinə və cihazların əldə edilməsi üçün tapşırıq verdiyi adamları düzgün seçmədiyinə görə həmin cihazları əldə edə bilməmişdir. Bu da onu göstərir ki, Cavabdeh tapşırıq müaviləsindən irəli gələn öhdəliyi lazımi qaydada icra etməmişdir. Onun diqqətsizliyi və üçüncü şəxslərə etibarsız tapşırıq verməsi nəticəsində cihazlar alınmamış, beləliklə müqavilədən irəli gələn məqsədçamaşırxana fəaliyyətinin həyatakeçirilməsi baş tutmamışdır. Nəticədə ona maddi ziyan dəymişdir. Belə ki, onun tərəfindən cihazların əldə edilməsi üçün Cavabdeh verilmiş 23,000 (iyirmi üç min) manat məbləğində vəsait geri qaytarılmamışdır. Həmçinin, icarəyə götürülmüş obyektin təmirinə xərclənmiş 10,457 (on min dörd yüz əlli yeddi) manat məbləğində vəsait, obyektin icarəsinə görə ödənilmiş 12,294 (on iki min iki yüz doxsan dörd) manat məbləğində, vəkil orderi üçün ödənilmiş 320 manat məbləğ və dövlət rüsumu üçün ödənilmiş 229 manat vəsaitin, ümumilikdə 46,300 (qırx altı min üç yüz) manat vəsait həcmində mənə ziyan dəymişdir. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh Cavabdeh iddiaya etiraz təqdim etmişdir. Cavabdeh iddianı qəbul etməyərək etirazında göstərmişdir ki, iddiaçı İddiaçı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət etmişdir. Iddiaçının iddiası tamamilə əsassızdır və buna görə də təmin edilməməlidir. Belə ki, iddiaçı məhkəməyə təqdim etdiyi ərizədə qeyd edir ki, guya aralarında çamaşırxana xidməti sahəsində ortaq biznesin qurulması barədə razılıq əldə olunmuş və bundan sonra həmin razılığa görə ortaq olaraq idarə edəcəkləri çamaşırxana üçün lazım olan cihazların alınması üçün ona ümumilikdə 23000 (iyirmi üç min) manat pul vəsaitini verdiyini, onun isə çamaşırxana üçün lazım olan yuma və qurutma aparatı üçün həmin pul vəsaitini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 verdiyini, lakin çamaşırxana xidmətinin göstərilməsi üçün lazım olan avadanlıqların pul vəsaitinin verilməsinin üzərindən uzun müddət keçməsinə baxmayaraq əldə edilməməsini ərizədə qeyd etmişdir. Avadanlıqlar üçün ödədiyi pul vəsaitinin qarşılığında həmin avadanlıqları əldə etmədiyinə görə avadanlıqların dəyəri kimi ödədiyi 23000 (iyirmi üç min) manat məbləğində, icarəyə götürülmüş obyektin təmiri üçün 10457 (on min dörd yüz əlli yeddi) manat məbləğində, obyektin icarəsi üçün ödənilmiş 12294 (on iki min iki yüz doxsan dörd) manat məbləğində, vəkil tərəfindən göstərilən hüquqi yardım üçün 320 (üç yüz iyirmi) manat məbləğində və dövlət rüsumu üçün ödənilmiş 229 (iki yüz iyirmi doqquz) manat məbləğində, ümumilikdə 46300 (qırx altı min üç yüz) manat məbləğində zərərə uğramışdır. Iddiaçı hazırda həmin zərərin məhz onun tərəfindən vurulduğunu iddia etməklə məhkəmədən vurulduğunu iddia etdiyi zərərin əvəzi olaraq 46300 manat məbləğində pul vəsaitinin ondan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəla iddiaçının ərizədə qeyd etdiyi ortaqlıq məsələsinə münasibət bildirmək istəyir. Iddiaçının iddia etdiyi kimi aralarında ortaqlıq münasibətləri mövcud olmamışdır. Belə ki, iddiaçı özü ona çamaşırxana biznesini qurmaq istədiyini bildirərək mühəndis olduğundan ondan açacağı çamaşırxana üçün uyğun obyektin seçilməsində, eləcə də həmin obyektdə ilkin texniki quraşdırma işlərinin görülməsində köməklik etməyini, gələcəkdə, yəni biznesdən gəlir əldə etməyə başladıqda tərəfindən göstərilmiş bütün xidmətlərin dəyərini ödəyəcəyini, həmçinin gələcəkdə çamaşırxananın bütün elektrik işlərinin görülməsini ona həvalə edəcəyini bildirmişdir. Aralarında uzun illərə dayanan tanışlıq münasibətlərini və göstərdiyi xidmətə görə gələcəkdə pul gəlir əldə edəcəyini və əməkdaşlığın davamlı xarakter alaraq uzun müddətli olacağını və bu müddətdə göstərəcəyi xidmətlərə görə pul qazana biləcəyini düşünərək onunla razılaşmışdır. Əgər aralarında iddiaçının iddia etdiyi kimi ortaqlıq münasibətləri olmuşdursa, həmin münasibətlərin yaranması üçün əsas olan birgə fəaliyyət müqaviləsi bağlanılmalı və tərəflərin müqavilədən irəli gələn hüquq və vəzifələri müəyyən edilməli, kommersiya hüquqi şəxsi təsis edilməli, həmin hüquqi şəxsin nizamnaməsi ilə tərəflərin nizamnamə kapitalındakı paylar, qoyduğu paya mütənasib daşıyacağı risklər məsuliyyət, əldə olunacaq gəlirlərin və zərərin hansı şəkildə bölüşdürüləcəyi, hüquqi şəxsin direktorunun kimliyi və s. məsələlər həll olunmalı idi. Tərəfindən açılacaq çamaşırxana üçün heç bir investisiya qoyulmamış və ümumən belə bir fikri də olmamışdır. Iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən aydın olur ki, o, “xxxx" MMC-ni yaratmışdır. Həmin MMC-nin yaradılması üçün qoyulmuş nizamnamə kapitalında heç bir payı yoxdur, həmin MMC-in təsisçisi, direktoru və ya işçisi deyil. Ortaqlığı təsdiq edən heç bir yazılı müqavilə, mesaj və digər sübut mövcud deyildir və iddiaçı məhkəməyə bu faktı təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Iddia edilən kimi tərəflərin şifahi formada ortaqlıq barədə razılığa gəlməsi fikri də ağılabatan deyil. Belə ki, real biznes fəaliyyəti göstərmək istəyən heç bir şəxs hüquqi nəticələri ağır olan şifahi razılaşmaya əsaslanaraq sərmayə qoymaz, avadanlıq almaz və biznes açmaz. Hər kəs bunu qanunvericilik çərçivəsində yazılı qaydada edər ki, həmin razılaşmadan kənara çıxıldığı təqdirdə bunu sübuta yetirə bilsin, həmçinin razılığa əsasən öhdəlik götürsün, nəyisə tələb edə bilsin. Iddiaçının şifahi formada razılıq eldə edərək biznesə pul yatırdığına dair səsləndirdiyi mülahizələr həqiqəti əks etdirmir. Mülki prosessual qanunvericiliyin tələbi baxımından hər kəs tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı işdə də ortaqlıq münasibətinin mövcudluğunu, bu ortaqlıq nəticəsində tərəfindən ona ziyan vurulduğunu sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin o, məhkəməyə onun (cavabdehin) tərəfindən ona ziyanın vurulmasını təsdiqləyəcək heç bir sübut təqdim etməmişdir. Iddiaçı ərizədə qeyd edir ki, çamaşırxana xidmətlərinin göstərilməsi üçün lazım olan cihazların, yəni 2 ədəd 50 kiloqramlıq yuma aparatı, 2 ədəd 50 kiloqramlıq qurutma aparatının əldə edilməsi üçün ##.##.2024-cü il tarixdə Cavabdeh 23,000 (iyirmi üç min) manat məbləğində vəsait vermişdir. Cavabdeh avadanlıqların əldə edilməsi üçün onun verdiyi vəsaitin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 həmin avadanlıqların əldə edilməsi məqsədilə verməsini istəmiş, iddiaçı özü də ərizədə etiraf edir ki, ona çamaşırxana üçün lazım olan avadanlıqların alınması üçün 23000 manat pul vermiş, o isə həmin avadanlıqların dəyərini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ödəmişdir. Iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis Idarəsinin 29-cu Polis Şöbəsinin ##.##.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında" Qərarında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 izahatında çamaşırxana avadanlıqları üçün ümumilikdə 23000 pul vəsaitinin 21800 manat hissəsinin tərəfindən onun kart hesabına köçürdüyünü, qalan 1200 manat pul vəsaitini isə nağd şəkildə ona verdiyini bildirməsi qeyd olunmuşdur. Həm iddiaçı, həm də avadanlıqlar üçün ödənişi etdiyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 iddiaçının avadanlıqların dəyərini ödəməyi üçün ona verdiyi 23000 manat pul vəsaitinin tam şəkildə tərəfindən avadanlığı satan şəxsə, yəni mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 təhvil verildiyini təsdiqləyir. Iddiaçı avadanlıqların dəyərini ödəmək üçün pul vəsaitini ona görə təqdim etmişdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2lə əvvəldən onun tanışlığı olmuş və o, bazarda avadanlıqları satan ən münasib satıcı olduğundan, iddiaçının xahişi ilə avadanlıqları daha münasib qiymətə almasında ona köməklik etmək məqsədilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2lə danışaraq ümumi məbləğin 23000 manat olması barədə tərəflər arasında razılıq əldə etmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2lə tanışlığı olduğundan iddiaçı avadanlıqların dəyəri olaraq 23000 manatı ona vermiş, o isə heç bir gecikdirmə etmədən özünündə izahatında dediyi kimi 23000 manatı tam şəkildə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 təhvil vermişdir. Tərəfindən nə iddiaçının verdiyi 23000 manat məbləğində pul vəsaitinin hər hansısa hissəsi şəxsi məqsədlər üçün istifadə edilməmişdir ki, bunun nəticəsində iddiaçıya zərər dəymiş olsun. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bildirmişdir ki, cavabdeh şifahi formada bağlanılmış tapşırıq müqaviləsinin şərtlərini pozmuş, lazımi diqqət və qayğı göstərməli olduğu halda işinə laqeyd yanaşmış və nəticədə iddiaçıya maddi zərər dəymişdir. Camaşırxana avadanlıqlarının alınması riski, həmin avadanlıqları satacaq şəxsin seçilməsi və ona etibar edilməsi riski tamamilə cavabdehin üzərində olmuşdur, lakin bu hissədə cavabdeh ehtiyatsızlıq etmişdir, satıcını yanlış seçmişdir. Nəticədə də cavabdeh iddiaçıya vurmuş olduğu zərərə görə tam həcmdə məsuliyyət daşımalıdır. Iddiaçı bir neçə ay obyektə görə icarə haqqı ödəyib, habelə təmir üçün lazım olan bütün vəsaiti xərcləyib. Həmin xərcin məbləği ilə bağlı müstəqil qiymətləndiricinin rəyini də alıblar və iddia ərizəsinə əlavə ediblər. Məhkəmə iclasında cavabdeh etirazın məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, öz üzərinə düşən vəzifələri lazımi səviyyədə icra etmişdir və iddiaçıya dəymiş ziyana görə hər hansı təqsiri yoxdur. Avadanlıqları alacaqları Səbzalı adlı şəxslə iddiaçını tanış etmişdir, malları ondan alacağını bildirmişdir. Hətta bu işə başlamazdan öncə iddiaçı həmin Səbzalı adlı şəxslə görüşüb məsləhətləşmiş, bundan sonra işə başlamaq qərarına gəlmişdir. Malları Səbzalıdan almaqlarının səbəbi isə ondakı malların təzə mallardan əhəmiyyətli dərəcədə ucuz olması olmuşdur. Mallar işlənmiş olsa da onların tələblərinə uyğun olmuşdur. O, üzərinə götürdüyü öhdəliyin icrası qarşılığında iddiaçıdan hər hansı məbləğdə pul almamışdır, işləri tanışlıq münasibətlərinin xatirinə tam pulsuz icra etmişdir. Sonradan obyekt tam fəaliyyətə başladıqdan sonra isə cavabdeh həmin yerdə avadanlıqlara xidmət həyata keçirəcəkdi və o da gəlir əldə edəcəkdi. Malların alınması gecikən zaman iddiaçı ilə birlikdə Səbzalı və işin təşkilində iştirak edən digər şəxslərlə görüş keçiriblər və iddiaçı malların nəyə görə gecikməsindən xəbərdardır. Hətta iddiaçı Səbzalının özü ilə cavabdehdən kənar qaydada da görüşüb. Dəfələrlə iddiaçıya bildirmişdir ki, pulunun geri qaytarılmasını tələb etdiyi şəxs Səbzalıdır, hətta ona qarşı birgə iddia qaldırmağı da təklif edib. Səbzalı adlı şəxs ondan aldığı vəsaiti Mirzəyar adlı şəxsə - digər satıcıya vermişdir, Mirzəyar isə Səbzalını aldatmışdır. Hazırda Səbzalının həmin şəxsə qarşı şikayəti əsasında Nərimanov RPI-də araşdırma gedir. Iddianın rədd edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-2(073)-3031/2025 qətnaməsi ilə iddia rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsini ləğv edərək, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddiasının təmin edilməsi və cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə 46.300 (qırx altı min üç yüz) manat məbləğinin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən Bakı şəhəri Yasamal RPI-nin 29-cu PŞ-nin ##.##.2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı”na istinad edərkən yalnız Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 izahatlarını əsas götürmüş, həmin qərarda izahatları olan iddiaçının, Kamal Səfərovun və Bəhruz Məmmədovun izahatlarına isə ümumiyyətlə toxunmamış, onların izahatlarında göstərdiklərinə hər hansı hüquqi qiymət verməmişdir. Kamal Səfərov və Bəhruz Məmmədov izahatlarında onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Həmin şəxslər birbaşa çamaşırxana layihəsində iştirak etmiş, layihənin təşkili və icrasında aktiv rol oynamış, Kamal Səfərov işi idarə etmək üçün, Bəhruz Məmmədov isə quru təmizləmə işləri görməklə bərabər işlərin idarəçiliyində iştirak etmək üçün cavabdeh tərəfindən bu işə cəlb edilmişlər. Onların hər ikisi izahatlarında Cavabdeh bu işlərin görülməsində və avadanlıqlar mövzusunda mütəxəssis olduğunu və həmin çamaşırxana işinin görülməsi təklifini İddiaçı onun etdiyini göstərmişlər. Kamal Səfərov və Bəhruz Məmmədovun izahatları iş üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, hər iki şəxs birbaşa çamaşırxana layihəsində iştirak etmiş, layihənin təşkili və icrasında aktiv rol oynamış, cavabdehin təşəbbüskar və təşkilatçı rolunu təsdiq etmişdir. Onların izahatlarından müəyyən olunur ki, layihə cavabdehin təşəbbüsü ilə irəli sürülmüş, tərəflər arasında əldə edilmiş razılaşmaya əsasən mənfəətin bölüşdürülməsi nəzərdə tutulmuş, cavabdeh layihədə mütəxəssis və idarəedici şəxs kimi çıxış etmiş, bu baxımdan o, sadə icraçı deyil, birgə fəaliyyət iştirakçısı kimi məsuliyyət daşıyan şəxs olmuşdur. Iddiaçı hesab etmişdir ki, bu faktlar tərəflər arasında biznesin qurulmasında birgə fəaliyyət münasibətlərinin, avadanlıqların alınmasına nisbətdə isə əvəzli tapşırıq müqaviləsindən irəli gələn münasibətlərin formalaşdığını təsdiq edir. Cavabdeh avadanlıqların alınmasından əvvəl bazar araşdırması aparmalı, satıcının etibarlılığını yoxlamalı, müqavilə bağlamalı və ödənişin təhlükəsizliyini təmin etməli idi. Lakin cavabdeh 23.000 manat məbləğində vəsaiti heç bir yazılı müqavilə bağlamadan, heç bir təminat almadan, avadanlığı faktiki görmədən və mövcudluğunu yoxlamadan üçüncü şəxsə təqdim etmişdir. Daha sonra həmin vəsaitin başqa bir şəxsə ötürüldüyü və nəticədə itirildiyi məlum olmuşdur. Iddiaçıya görə, bu hallar cavabdehin davranışının sadə, yüngül ehtiyatsızlıq deyil, kobud ehtiyatsızlıq səviyyəsində hüquqazidd davranış olduğunu göstərir. Çünki minimal diqqət və ehtiyat tədbirləri belə görülməmiş, elementar kommersiya və işgüzar dövriyyə qaydalarına riayət olunmamışdır. Məhkəmə tərəflər arasında münasibətləri yalnız əvəzsiz tapşırıq müqaviləsi kimi qiymətləndirmişdir. Halbuki iş üzrə sübutlar tərəflər arasında münasibətlərin sadəcə texniki xidmət çərçivəsindən kənara çıxdığını, cavabdehin yalnız icraçı deyil, layihənin təşəbbüskarı və təşkilatçısı kimi çıxış etdiyini, tərəflər arasında əldə edilmiş razılaşmaya əsasən fəaliyyətin gəlir əldə etmək məqsədi daşıdığını göstərir. Iddiaçıya görə, bu hallar münasibətlərin mahiyyət etibarilə birgə fəaliyyət (ortaqlıq) müqaviləsi elementlərini ehtiva etdiyini göstərir. Çamaşırxana biznesinin qurulması ilə bağlı cavabdeh iddiaçıya müraciət etmiş, tərəflər arasında birgə fəaliyyətə dair razılaşma olmuş və cavabdehin də etiraf etdiyi kimi fəaliyyətdən gəlir əldə etmək məqsədi olmuşdur. Bundan başqa, iddiaçı cavabdehin köməyindən imtina etməmiş, əksinə cavabdeh uzun müddət zənglərə cavab vermədiyi üçün məcbur qalıb özü mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2lə danışmış, avadanlıqların faktiki mövcud olmadığını, Mirzəyar adlı şəxs tərəfindən aldadıldığını və malların əldə olunmasının qeyrimümkün olduğunu anladığı üçün cavabdehdən pulunu tələb etmişdir. Iddiaçı həmçinin qeyd etmişdir ki, tərəflər arasında əvəzsiz tapşırıq müqaviləsi deyil, birgə fəaliyyətə dair razılaşma daxilində avadanlıqların alınması ilə bağlı əvəzli tapşırıq müqaviləsi olmuşdur. Hətta cavabdehin davranışlarının vicdanlı və bütün şərtlərə uyğun olmasını qeyd etməsi də işin halları ilə uyğun gəlmir və cavabdeh ən azı kobud ehtiyatsızlığa yol vermişdir. Məhkəmə kobud ehtiyatsızlığın nədə ifadə olunmasının iddiaçı tərəfindən əsaslandırılmadığını və buna dair sübutların təqdim olunmadığını qeyd etsə də, iddiaçı hesab etmişdir ki, tərəflərin iş üzrə razılaşdırılmış davranışına dair lazımi sübutlar təqdim edilmiş və “kobud ehtiyatsızlıq” anlayışı məhkəmə tərəfindən qiymətləndirilməli olan məsələdir. Məhkəmə cavabdehin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2lə bağlı seçimini lazımi vicdanlılıq həddinə uyğun hesab etsə də, bu nəticə işin faktiki hallarını düzgün əks etdirmir. Belə ki, cavabdeh iddiaçıya mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 avadanlıq satıcısı kimi tövsiyə etmiş, lakin həmin şəxsin etibarlılığını yoxlamaq üçün heç bir müqavilə, zəmanət və ya hüquqi sənəd tərtib edilməsini təmin etməmişdir. 23.000 manat kimi əhəmiyyətli məbləğin üçüncü şəxsə ötürülməsi zamanı lazımi hüquqi sənədləşmənin olmaması peşəkar mühəndis olan cavabdeh üçün münasib hesab edilə bilməz. Cavabdeh seçim mərhələsindəki vicdanlılıq öhdəliyini də lazımınca icra etmədiyindən 780.3-cü maddə onun xeyrinə əsas kimi qəbul edilə bilməz. Iddiaçı Mülki Məcəllənin 397.1-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Rədd qərarında təhqiqatın araşdırmasından və məhkəmədə verilən izahatlardan görünür ki, iddiaçı ilə cavabdeh arasında biznes fəaliyyətinə dair razılaşma olmuş və hər iki tərəf çamaşırxana işindən gəlir əldə etmək məqsədi güdmüşdür. Bu faktı cavabdeh həm təhqiqatda verdiyi izahatda, həm də məhkəməyə verdiyi etirazda göstərmişdir. Iddiaçı Mülki Məcəllənin 778.1-ci maddəsinə əsasən vəkalət alanın tapşırığı vicdanla icra etməli və bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməli olduğunu qeyd etmişdir. Onun fikrincə, cavabdeh iddiaçının məhz ona etibar etdiyi üçün bu işləri görməyi ona tapşırdığını etiraf etmiş, özünü bu sahədə peşəkar mütəxəssis kimi təqdim etmişdir. Lakin iş materiallarında cavabdehin vicdanla davrandığını deməyə əsas verən heç bir sübut yoxdur. Əksinə, cavabdeh pulu köçürdüyünü iddia etdiyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 uzun müddətdir tanıdığını və bazarda ən uyğun malları məhz mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 satdığını iddia etsə də, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 də malı üçüncü bir şəxsdən, Mirzəyar adlı şəxsdən almağa çalışmış, həmin şəxs isə öhdəliyini icra etməmişdir. Iddiaçı bu vəziyyətdə cavabdehin görmədiyi və müayinə etmədiyi, texniki vəziyyəti və keyfiyyəti barədə məlumatı olmadığı mala görə necə 23.000 manat pul köçürdüyünü sual etmiş və cavabdehin davranışının Mülki Məcəllənin 778.1-ci maddəsinə zidd olduğunu qeyd etmişdir. Iddiaçı Mülki Məcəllənin 21.2 və 21.3-cü maddələrinə əsasən ona dəymiş zərərin çamaşırxana cihazlarının əldə edilməsi üçün verilmiş 23.000 manat, icarəyə götürülmüş obyektin təmiri üçün xərclənmiş 10.457 manat, obyektin icarəsi üçün ödənilmiş 12.294 manat, vəkil orderi üçün ödənilmiş 320 manat və dövlət rüsumu üçün ödənilmiş 229 manat olmaqla ümumilikdə 46.300 manat təşkil etdiyini qeyd etmişdir. Bu zərər cavabdehin hərəkətləri nəticəsində yaranmış və birbaşa səbəbli əlaqə mövcuddur. Iddiaçı Mülki Məcəllənin 779.1-ci maddəsinə münasibətdə qeyd etmişdir ki, məhkəmə tərəflər arasındakı münasibətləri əvəzsiz tapşırıq müqaviləsi kimi qiymətləndirərək cavabdehin məsuliyyətini yalnız qəsd və ya kobud ehtiyatsızlıqla məhdudlaşdırmışdır. Lakin onun fikrincə, əvəzsiz tapşırıq müqaviləsi o halda mövcuddur ki, vəkalət alan tapşırığı heç bir mükafat almadan icra etməyi öhdəsinə götürmüş olsun. Hazırkı işdə isə tərəflər arasındakı razılaşmaya görə cavabdeh biznesdən gəlir əldə etməli, yəni 40% pay almalı idi. Bu halda müqavilə öz mahiyyət etibarilə əvəzsiz deyil və cavabdeh öz fəaliyyətinin qarşılığında maddi nemət, gəlirdən pay almağı qəbul etmişdir. Buna görə Mülki Məcəllənin 779.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş kobud ehtiyatsızlıq şərtinin tətbiqi qanunauyğun deyildir. Iddiaçı hətta münasibətin əvəzsiz tapşırıq müqaviləsi kimi qiymətləndirilməsi halında belə cavabdehin hərəkətlərinin kobud ehtiyatsızlıq prizmasından düzgün qiymətləndirilmədiyini qeyd etmişdir. Belə ki, cavabdeh 23.000 manat vəsaiti tanımadığı Mirzəyar adlı üçüncü şəxsə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 vasitəsilə ötürmüş, heç bir hüquqi təminat almamış, avadanlıqların alınmasının necə həyata keçiriləcəyi barədə iddiaçını vaxtında məlumatlandırmamış, avadanlıqlar aylarca gəlmədikdə effektiv tədbirlər görməmiş, 2025-ci ilin yanvarından etibarən isə iddiaçı ilə əlaqəni kəsmiş, mesaj və zənglərə cavab verməmişdir. Bu hallar cavabdehin vəzifəsinə bilərəkdən laqeyd yanaşdığını, yəni azı kobud ehtiyatsızlığın mövcud olduğunu göstərir. Birinci instansiya məhkəməsi tərəflərin münasibətlərini yalnız tapşırıq müqaviləsi çərçivəsində qiymətləndirməklə maddi hüququn tətbiqində əsaslı səhvə yol vermişdir. Tərəflər arasında mövcud olan münasibətlər yalnız tapşırıq müqaviləsindən deyil, eyni zamanda birgə fəaliyyətə dair razılaşmadan irəli gəlmişdir. Cavabdeh yalnız texniki xidmət göstərən icraçı kimi deyil, gəlirdən pay alan tərəf kimi fəaliyyət göstərməyi qəbul etmiş, iddiaçıya 40%, cavabdehə 40%, Ehtiram Nəcəfova isə 20% pay verilməsi nəzərdə tutulmuş, cavabdeh iddiaçının xahişi ilə uyğun obyektin seçilməsini müstəqil şəkildə həyata keçirmiş, iddiaçının investisiyası hesabına icarəyə götürülmüş obyektdə texniki qurğuları quraşdırmış, lazımi texniki işləri görmüş və tərəflər birgə müstəqil fəaliyyət növü, çamaşırxana xidmətləri qurmağı planlaşdırmışlar. Iddiaçı Mülki Məcəllənin 779.2-ci maddəsinə münasibətdə qeyd etmişdir ki, cavabdehin avadanlıqların satışına köməklik göstərməyə razılaşması onun bu sahədə xüsusi biliyə sahib olduğuna dəlalət edir. Cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 uzun müddətdir tanıdığını özü də bildirmişdir. Iddiaçı hesab etmişdir ki, iki şəxsin bir-birini ən azı 10 il müddətində tanıması cavabdehin 10 il əvvəl mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 bir avadanlıq əldə etməsi kimi deyil, bu şəxslərin mütəmadi olaraq əməkdaşlıq etməsinin dəlili kimi çıxış edir. Buna görə məhkəmənin cavabdehi avadanlıq işində təcrübəsiz kimi qələmə verməsi əsassızdır. Məhkəmə Mülki Məcəllənin 779.2-ci maddəsini tətbiq edərək cavabdehin vicdanlılıq dərəcəsini ən yüksək həddə müəyyən etməli idi. Iddiaçı Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, ona dəymiş zərər cavabdehin hərəkətləri nəticəsində yaranmışdır. Onun fikrincə, cavabdehin kobud ehtiyatsızlığı, malları alacaq şəxsləri araşdırmaması, ümumiyyətlə malları görmədən, malların alınmasına dair müqavilə imzalamadan, alınacaq avadanlıqların yeni olmadığını, işlənmiş olduğunu bildiyi halda həmin avadanlıqların işləkliyini yoxlamadan pulu verməsi cavabdehin hərəkətləri ilə zərər arasında birbaşa səbəbli əlaqənin olduğunu göstərir. Iddiaçı Mülki Məcəllənin 425-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, cavabdeh avadanlıqların alınmasından əvvəl bazar araşdırması aparmalı, satıcının etibarlılığını yoxlamalı, müqavilə bağlamalı və ödənişin təhlükəsizliyini təmin etməli idi. Lakin cavabdeh 23.000 manat məbləğində vəsaiti heç bir yazılı müqavilə bağlamadan, heç bir təminat almadan, avadanlığı faktiki görmədən və mövcudluğunu yoxlamadan üçüncü şəxsə təqdim etmiş, daha sonra həmin vəsait başqa bir şəxsə ötürülmüş və nəticədə itirilmişdir. Iddiaçı bu halların cavabdehin davranışının sadə ehtiyatsızlıq deyil, kobud ehtiyatsızlıq səviyyəsində hüquqazidd davranış olduğunu və vicdanlılıq prinsipinin kobud şəkildə pozulduğunu göstərdiyini qeyd etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətini tam müdafiə etmiş, onun məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddialarının tam təmin edilməsini xahiş etmişdir. Kollegiyanın iclasında iştirak edən cavabdeh Cavabdeh bildirmişdir ki, o, öz üzərinə düşən vəzifələri lazımi səviyyədə icra etmiş və iddiaçıya dəymiş ziyana görə hər hansı təqsiri yoxdur. Avadanlıqları alacaqları Səbzalı adlı şəxslə iddiaçını tanış etmişdir, malları ondan alacağını bildirmişdir. Hətta bu işə başlamazdan öncə iddiaçı həmin Səbzalı adlı şəxslə görüşüb məsləhətləşmiş, bundan sonra işə başlamaq qərarına gəlmişdir. Malları Səbzalıdan almaqlarının səbəbi isə ondakı malların təzə mallardan əhəmiyyətli dərəcədə ucuz olması olmuşdur. Mallar işlənmiş olsa da onların tələblərinə uyğun olmuşdur. O, üzərinə götürdüyü öhdəliyin icrası qarşılığında iddiaçıdan hər hansı məbləğdə pul almamışdır, işləri tanışlıq münasibətlərinin xatirinə tam pulsuz icra etmişdir. Sonradan obyekt tam fəaliyyətə başladıqdan sonra isə cavabdeh həmin yerdə avadanlıqlara xidmət həyata keçirəcəkdi və o da gəlir əldə edəcəkdi. Malların alınması gecikən zaman iddiaçı ilə birlikdə Səbzalı və işin təşkilində iştirak edən digər şəxslərlə görüş keçiriblər və iddiaçı malların nəyə görə gecikməsindən xəbərdardır. Hətta iddiaçı Səbzalının özü ilə onun iştirakı olmadan da görüşmüçdür. Dəfələrlə iddiaçıya bildirmişdir ki, pulunun geri qaytarılmasını tələb etdiyi şəxs Səbzalıdır, hətta ona qarşı birgə iddia qaldırmağı da təklif etmişdir. O 23000 manat pulu Səbzalıya iddiaçının tapşırığı üzrə vermişdir. Səbzalı da 23000 manat pulu ondan almasını etiraf etmişdir. Səbzalı adlı şəxs ondan aldığı vəsaiti Mirzəyar adlı şəxsə - digər satıcıya vermişdir, Mirzəyar isə Səbzalını aldatmışdır. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilmişlər. Lakin onlara məhkəmə iclasının yeri və vaxtı barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən III şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı işdə iddiaçı apellyasiya şikayətində Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsini ləğv edərək, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddiasının təmin edilməsi və cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə 46.300 (qırx altı min üç yüz) manat məbləğinin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə iddiaçının apellyasiya şikayətinə münasibətdə qətnamənin əsaslılığını tam yoxlayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 779.2-ci maddəsinə əsasən vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla müəyyənləşdirilir: 779.2.1. peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; 779.2.2. vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. 780.3-cü maddəsinə əsasən əgər vəkalət alan əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çataraq vermişdirsə, yalnız üçüncü şəxsin seçilməsi və təlimatlandırılması zamanı lazımi vicdanlılıq üçün məsuliyyət daşıyır, bu şərtlə ki, müqavilədə ayrı şərt qoyulmasın və işin hallarından ayrı şərt irəli gəlməsin. 780.4-cü maddəsinə əsasən hər bir halda vəkalət verən vəkalət alanın üçüncü şəxslərə qarşı malik olduğu tələbləri bilavasitə həmin üçüncü şəxslərə qarşı irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, bəhs qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. ##.##.2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən X3 ilə icarəçi “xxxx" MMC-nin adından İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi, 3024-cü məhəllə, ev 4v (yeni qaydalarla ünvan 1) ünvanında yerləşən ümumi sahəsi 150 kv/metr olan qeyri-yaşayış sahəsinin aylıq 300 (üç yüz) manat məbləğində icarə haqqı ödənilməklə icarəyə götürülməsi barədə razılığa gəlmişlər. Çoxsaylı qəbzlərdən görünür ki, 424448********* saylı kart hesabına iddiaçı tərəfindən müxtəlif vaxtlarda fərqli məbləğlərdə olmaqla pul köçürmələri olmuşdur. “xxxx” MMC tərəfindən verilmiş hesabatdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi, 3024-cü məhəllə, ev 4v (yeni qaydalarla ünvan 1) ünvanında yerləşən qeyri-yaşayış sahəsinin tikinti-təmir işlərinə çəkilmiş xərcin məbləği 10,457 (on min dörd yüz əlli yeddi) manat təşkil edir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2024-cü iltarixli ********** qeydiyyat nömrəli reyestr çıxarışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi, 3024-cü məhəllə, ev 4v (yeni qaydalarla ünvan 1) ünvanında yerləşən qeyriyaşayış sahəsi X3 xüsusi mülkiyyətindədir. ##.##.2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən X5 ilə icarəçi İddiaçı Dağlıq küçəsi ünvanında yerləşən ümumi sahəsi 157 kv/metr olan qeyri-yaşayış sahəsinin aylıq 2000 (iki min) manat məbləğində icarə haqqı ödənilməklə icarəyə götürülməsi barədə razılığa gəlmişlər. Yasamal RPI-nin təhqiqatçısı tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, İddiaçı Cavabdeh tərəfindən dələduzluğa məruz qalmasına dair şikayəti əsasında araşdırma aparılmış və araşdırmanın nəticəsi olaraq mübahisənin mülki xarakterli olması göstərilərək məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin qərardan görünür ki, Cavabdeh verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Onun yaxın yoldaşı olan İddiaçı 2024-ci ilin avqust ayında çamaşırxana xidməti işinin qurulması üçün təklif etmişdir. Babayev öz növbəsində bu işin texniki işlərinin qurulmasında və gələcəkdə mütəmadi olaraq texniki xidmət göstərəcəyi və bunıın qarşılığında müəyyən məbləğdə ona ödəniş edəcəyinə razılıq vermişdir. Iki ədəd çamaşıryuma maşının alınması məqsədilə Afar Babayevin tanışı olan va camaşırxana avadanlıqlarının təmin və satışı ilə məşğul olan Səbzalı adlı şəxsdən avadanlıq almaq məqsədilə İddiaçı 23.000 manat “Milliön” ödəmə sistemi vasitəsi ilə Cavabdeh hesabına ödəmiş, o isə öz növbəsində həmin 23.000 manatın 21800 manat hissəsini “Milliön” ödəniş sistemi üzərindən yerdə qalan 1200 manat məbləği isə nağd şəkildə Səbzalı adlı şəxsə vermişdir. Cavabdeh çamaşırxana işinin qurulmasında üzərinə düşən işləri icra etmişdir. Həmin xidmətlərə görə İddiaçı hər hansı bir ödəniş almamışdır. İddiaçıla Afar Babayev arasında bu işin qurulmasında heç bir rəsmi, şərikli anlaşması olmamışdır. Cavabdeh tərəfindən icra etdiyi bütün texniki quruculuq işiləri onun İddiaçıla olan yaxınlıq münasibətlərinə köməklik məqsədilə etmişdir. Həmin qərardan görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 verdiyi izahatında göstərmişdir ki, 10 ilə yaxındır ki, Bakı şəhərində yaşayır. Onun tanışı olan Afər adlı şəxs ona camaşırxana avadanlıqları almaq üçün müraciət etmişdir. Məlum olmuşdur ki, Afərə 2 ədəd camaşıryuyan maşın lazımdır. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 öz növbəsində 2 ədəd camaşıryuma maşını üçün 20 000 (3 min manat ütü qurğusunun təmiri üçün) manat pul vəsaiti almışdır. 23000 manat pul vəsaitinin 21800 manat hissəsini kart hesabına, 1200 manat hissəsini isə nağd şəkildə almışdır. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 2 ədəd camaşıryuma maşınının alınması üçün Mirzəyar adlı tanıdığın şəxsə “Birbank” kart hesabından onun kart hesabına 15000 manat pul vəsaiti göndərmişdir. Yerdə qalan 8 min manatdan 3700 manat hissəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 İddiaçı icarəyə götürdüyü obyektin sahibinə maddi ziyan ödəmişdir. Yerdə qalan 4300 manatdan 3200 manat hissəsini isə bu işlə bağlı olaraq sənaye tiplu ütü qurğusuna vermişdir. Ümumi məbləğdən qalan 1100 manat vəsaiti özündə saxlamışdır. Mirzəyar adlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 aldatdığı üçün ödədiyi 15000 manatın qarşılığında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 verməli olduğu 2 ədəd camaşıryuma maşınını vermədiyi üçün mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 də öz növbəsində bu haqda Nərimanov Rayon Polis Idarəsinə şikayət etmişdir. Həmin qərardan görünür ki, tərəflərin ümumi tanışları olan və tərəflər arasında baş tutmuş münasibətlərin şahidi olan Kamal Səfərov və Bəhruz Məmmədov adlı şəxslər iddiaçının, cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 adlı şəxsin ifadələrinə oxşar məzmunlu ifadələr vermişlər. Göründüyü kimi iddia rədd edilmiş, qətnamədən iddiaçı narazı qalmış və apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, məhkəmə qətnamə qəbul edərkən Bakı şəhəri Yasamal RPI-nin 29-cu PŞ-nin ##.##.2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı”na istinad edərkən yalnız Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 izahatlarını əsas götürmüş, həmin qərarda izahatları olan iddiaçının, Kamal Səfərovun və Bəhruz Məmmədovun izahatlarına isə ümumiyyətlə toxunmamış, onların izahatlarında göstərdiklərinə hər hansı hüquqi qiymət verməmişdir. Kamal Səfərov və Bəhruz Məmmədov izahatlarında onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Həmin şəxslər birbaşa çamaşırxana layihəsində iştirak etmiş, layihənin təşkili və icrasında aktiv rol oynamış, Kamal Səfərov işi idarə etmək üçün, Bəhruz Məmmədov isə quru təmizləmə işləri görməklə bərabər işlərin idarəçiliyində iştirak etmək üçün cavabdeh tərəfindən bu işə cəlb edilmişlər. Onların hər ikisi izahatlarında Cavabdeh bu işlərin görülməsində və avadanlıqlar mövzusunda mütəxəssis olduğunu və həmin çamaşırxana işinin görülməsi təklifini İddiaçı onun etdiyini göstərmişlər. Kamal Səfərov və Bəhruz Məmmədovun izahatları iş üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, hər iki şəxs birbaşa çamaşırxana layihəsində iştirak etmiş, layihənin təşkili və icrasında aktiv rol oynamış, cavabdehin təşəbbüskar və təşkilatçı rolunu təsdiq etmişdir. Onların izahatlarından müəyyən olunur ki, layihə cavabdehin təşəbbüsü ilə irəli sürülmüş, tərəflər arasında əldə edilmiş razılaşmaya əsasən mənfəətin bölüşdürülməsi nəzərdə tutulmuş, cavabdeh layihədə mütəxəssis və idarəedici şəxs kimi çıxış etmiş, bu baxımdan o, sadə icraçı deyil, birgə fəaliyyət iştirakçısı kimi məsuliyyət daşıyan şəxs olmuşdur. Iddiaçı hesab etmişdir ki, bu faktlar tərəflər arasında biznesin qurulmasında birgə fəaliyyət münasibətlərinin, avadanlıqların alınmasına nisbətdə isə əvəzli tapşırıq müqaviləsindən irəli gələn münasibətlərin formalaşdığını təsdiq edir. Cavabdeh avadanlıqların alınmasından əvvəl bazar araşdırması aparmalı, satıcının etibarlılığını yoxlamalı, müqavilə bağlamalı və ödənişin təhlükəsizliyini təmin etməli idi. Lakin cavabdeh 23.000 manat məbləğində vəsaiti heç bir yazılı müqavilə bağlamadan, heç bir təminat almadan, avadanlığı faktiki görmədən və mövcudluğunu yoxlamadan üçüncü şəxsə təqdim etmişdir. Daha sonra həmin vəsaitin başqa bir şəxsə ötürüldüyü və nəticədə itirildiyi məlum olmuşdur. Iddiaçıya görə, bu hallar cavabdehin davranışının sadə, yüngül ehtiyatsızlıq deyil, kobud ehtiyatsızlıq səviyyəsində hüquqazidd davranış olduğunu göstərir. Çünki minimal diqqət və ehtiyat tədbirləri belə görülməmiş, elementar kommersiya və işgüzar dövriyyə qaydalarına riayət olunmamışdır. Məhkəmə tərəflər arasında münasibətləri yalnız əvəzsiz tapşırıq müqaviləsi kimi qiymətləndirmişdir. Halbuki iş üzrə sübutlar tərəflər arasında münasibətlərin sadəcə texniki xidmət çərçivəsindən kənara çıxdığını, cavabdehin yalnız icraçı deyil, layihənin təşəbbüskarı və təşkilatçısı kimi çıxış etdiyini, tərəflər arasında əldə edilmiş razılaşmaya əsasən fəaliyyətin gəlir əldə etmək məqsədi daşıdığını göstərir. Iddiaçıya görə, bu hallar münasibətlərin mahiyyət etibarilə birgə fəaliyyət (ortaqlıq) müqaviləsi elementlərini ehtiva etdiyini göstərir. Çamaşırxana biznesinin qurulması ilə bağlı cavabdeh iddiaçıya müraciət etmiş, tərəflər arasında birgə fəaliyyətə dair razılaşma olmuş və cavabdehin də etiraf etdiyi kimi fəaliyyətdən gəlir əldə etmək məqsədi olmuşdur. Bundan başqa, iddiaçı cavabdehin köməyindən imtina etməmiş, əksinə cavabdeh uzun müddət zənglərə cavab vermədiyi üçün məcbur qalıb özü mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2lə danışmış, avadanlıqların faktiki mövcud olmadığını, Mirzəyar adlı şəxs tərəfindən aldadıldığını və malların əldə olunmasının qeyri-mümkün olduğunu anladığı üçün cavabdehdən pulunu tələb etmişdir. Iddiaçı həmçinin qeyd etmişdir ki, tərəflər arasında əvəzsiz tapşırıq müqaviləsi deyil, birgə fəaliyyətə dair razılaşma daxilində avadanlıqların alınması ilə bağlı əvəzli tapşırıq müqaviləsi olmuşdur. Hətta cavabdehin davranışlarının vicdanlı və bütün şərtlərə uyğun olmasını qeyd etməsi də işin halları ilə uyğun gəlmir və cavabdeh ən azı kobud ehtiyatsızlığa yol vermişdir. Məhkəmə kobud ehtiyatsızlığın nədə ifadə olunmasının iddiaçı tərəfindən əsaslandırılmadığını və buna dair sübutların təqdim olunmadığını qeyd etsə də, iddiaçı hesab etmişdir ki, tərəflərin iş üzrə razılaşdırılmış davranışına dair lazımi sübutlar təqdim edilmiş və “kobud ehtiyatsızlıq” anlayışı məhkəmə tərəfindən qiymətləndirilməli olan məsələdir. Məhkəmə bunu tərəflərin davranışlarını təhlil etməklə və baş vermiş nəticəni də nəzərə almaqla işin hallarına görə müəyyən etməli idi. Hazırkı işin halları cavabdehin tapşırıq müqaviləsi bağlayarkən işin nəticəsinə təminat verdiyini deməyə əsas verir, başqa sözlə, cavabdeh lazımi avadanlıqları əldə edib iddiaçıya çatdıracağını öhdəsinə götürmüşdür. Məhkəmə cavabdehin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2lə bağlı seçimini lazımi vicdanlılıq həddinə uyğun hesab etsə də, bu nəticə işin faktiki hallarını düzgün əks etdirmir. Belə ki, cavabdeh iddiaçıya mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 avadanlıq satıcısı kimi tövsiyə etmiş, lakin həmin şəxsin etibarlılığını yoxlamaq üçün heç bir müqavilə, zəmanət və ya hüquqi sənəd tərtib edilməsini təmin etməmişdir. 23.000 manat kimi əhəmiyyətli məbləğin üçüncü şəxsə ötürülməsi zamanı lazımi hüquqi sənədləşmənin olmaması peşəkar mühəndis olan cavabdeh üçün münasib hesab edilə bilməz. Cavabdeh seçim mərhələsindəki vicdanlılıq öhdəliyini də lazımınca icra etmədiyindən 780.3-cü maddə onun xeyrinə əsas kimi qəbul edilə bilməz. Iddiaçı Mülki Məcəllənin 397.1-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Rədd qərarında təhqiqatın araşdırmasından və məhkəmədə verilən izahatlardan görünür ki, iddiaçı ilə cavabdeh arasında biznes fəaliyyətinə dair razılaşma olmuş və hər iki tərəf çamaşırxana işindən gəlir əldə etmək məqsədi güdmüşdür. Bu faktı cavabdeh həm təhqiqatda verdiyi izahatda, həm də məhkəməyə verdiyi etirazda göstərmişdir. Iddiaçı Mülki Məcəllənin 778.1-ci maddəsinə əsasən vəkalət alanın tapşırığı vicdanla icra etməli və bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməli olduğunu qeyd etmişdir. Onun fikrincə, cavabdeh iddiaçının məhz ona etibar etdiyi üçün bu işləri görməyi ona tapşırdığını etiraf etmiş, özünü bu sahədə peşəkar mütəxəssis kimi təqdim etmişdir. Lakin iş materiallarında cavabdehin vicdanla davrandığını deməyə əsas verən heç bir sübut yoxdur. Əksinə, cavabdeh pulu köçürdüyünü iddia etdiyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 uzun müddətdir tanıdığını və bazarda ən uyğun malları məhz mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 satdığını iddia etsə də, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 də malı üçüncü bir şəxsdən, Mirzəyar adlı şəxsdən almağa çalışmış, həmin şəxs isə öhdəliyini icra etməmişdir. Iddiaçı bu vəziyyətdə cavabdehin görmədiyi və müayinə etmədiyi, texniki vəziyyəti və keyfiyyəti barədə məlumatı olmadığı mala görə necə 23.000 manat pul köçürdüyünü sual etmiş və cavabdehin davranışının Mülki Məcəllənin 778.1-ci maddəsinə zidd olduğunu qeyd etmişdir. Iddiaçı Mülki Məcəllənin 21.2 və 21.3-cü maddələrinə əsasən ona dəymiş zərərin çamaşırxana cihazlarının əldə edilməsi üçün verilmiş 23.000 manat, icarəyə götürülmüş obyektin təmiri üçün xərclənmiş 10.457 manat, obyektin icarəsi üçün ödənilmiş 12.294 manat, vəkil orderi üçün ödənilmiş 320 manat və dövlət rüsumu üçün ödənilmiş 229 manat olmaqla ümumilikdə 46.300 manat təşkil etdiyini qeyd etmişdir. Bu zərər cavabdehin hərəkətləri nəticəsində yaranmış və birbaşa səbəbli əlaqə mövcuddur. Iddiaçı Mülki Məcəllənin 779.1-ci maddəsinə münasibətdə qeyd etmişdir ki, məhkəmə tərəflər arasındakı münasibətləri əvəzsiz tapşırıq müqaviləsi kimi qiymətləndirərək cavabdehin məsuliyyətini yalnız qəsd və ya kobud ehtiyatsızlıqla məhdudlaşdırmışdır. Lakin onun fikrincə, əvəzsiz tapşırıq müqaviləsi o halda mövcuddur ki, vəkalət alan tapşırığı heç bir mükafat almadan icra etməyi öhdəsinə götürmüş olsun. Hazırkı işdə isə tərəflər arasındakı razılaşmaya görə cavabdeh biznesdən gəlir əldə etməli, yəni 40% pay almalı idi. Bu halda müqavilə öz mahiyyət etibarilə əvəzsiz deyil və cavabdeh öz fəaliyyətinin qarşılığında maddi nemət, gəlirdən pay almağı qəbul etmişdir. Buna görə Mülki Məcəllənin 779.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş kobud ehtiyatsızlıq şərtinin tətbiqi qanunauyğun deyildir. Iddiaçı hətta münasibətin əvəzsiz tapşırıq müqaviləsi kimi qiymətləndirilməsi halında belə cavabdehin hərəkətlərinin kobud ehtiyatsızlıq prizmasından düzgün qiymətləndirilmədiyini qeyd etmişdir. Belə ki, cavabdeh 23.000 manat vəsaiti tanımadığı Mirzəyar adlı üçüncü şəxsə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 vasitəsilə ötürmüş, heç bir hüquqi təminat almamış, avadanlıqların alınmasının necə həyata keçiriləcəyi barədə iddiaçını vaxtında məlumatlandırmamış, avadanlıqlar aylarca gəlmədikdə effektiv tədbirlər görməmiş, 2025-ci ilin yanvarından etibarən isə iddiaçı ilə əlaqəni kəsmiş, mesaj və zənglərə cavab verməmişdir. Bu hallar cavabdehin vəzifəsinə bilərəkdən laqeyd yanaşdığını, yəni azı kobud ehtiyatsızlığın mövcud olduğunu göstərir. Birinci instansiya məhkəməsi tərəflərin münasibətlərini yalnız tapşırıq müqaviləsi çərçivəsində qiymətləndirməklə maddi hüququn tətbiqində əsaslı səhvə yol vermişdir. Tərəflər arasında mövcud olan münasibətlər yalnız tapşırıq müqaviləsindən deyil, eyni zamanda birgə fəaliyyətə dair razılaşmadan irəli gəlmişdir. Cavabdeh yalnız texniki xidmət göstərən icraçı kimi deyil, gəlirdən pay alan tərəf kimi fəaliyyət göstərməyi qəbul etmiş, iddiaçıya 40%, cavabdehə 40%, Ehtiram Nəcəfova isə 20% pay verilməsi nəzərdə tutulmuş, cavabdeh iddiaçının xahişi ilə uyğun obyektin seçilməsini müstəqil şəkildə həyata keçirmiş, iddiaçının investisiyası hesabına icarəyə götürülmüş obyektdə texniki qurğuları quraşdırmış, lazımi texniki işləri görmüş və tərəflər birgə müstəqil fəaliyyət növü, çamaşırxana xidmətləri qurmağı planlaşdırmışlar. Iddiaçı Mülki Məcəllənin 779.2-ci maddəsinə münasibətdə qeyd etmişdir ki, cavabdehin avadanlıqların satışına köməklik göstərməyə razılaşması onun bu sahədə xüsusi biliyə sahib olduğuna dəlalət edir. Cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 uzun müddətdir tanıdığını özü də bildirmişdir. Iddiaçı hesab etmişdir ki, iki şəxsin bir-birini ən azı 10 il müddətində tanıması cavabdehin 10 il əvvəl mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 bir avadanlıq əldə etməsi kimi deyil, bu şəxslərin mütəmadi olaraq əməkdaşlıq etməsinin dəlili kimi çıxış edir. Buna görə məhkəmənin cavabdehi avadanlıq işində təcrübəsiz kimi qələmə verməsi əsassızdır. Məhkəmə Mülki Məcəllənin 779.2-ci maddəsini tətbiq edərək cavabdehin vicdanlılıq dərəcəsini ən yüksək həddə müəyyən etməli idi. Iddiaçı Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, ona dəymiş zərər cavabdehin hərəkətləri nəticəsində yaranmışdır. Onun fikrincə, cavabdehin kobud ehtiyatsızlığı, malları alacaq şəxsləri araşdırmaması, ümumiyyətlə malları görmədən, malların alınmasına dair müqavilə imzalamadan, alınacaq avadanlıqların yeni olmadığını, işlənmiş olduğunu bildiyi halda həmin avadanlıqların işləkliyini yoxlamadan pulu verməsi cavabdehin hərəkətləri ilə zərər arasında birbaşa səbəbli əlaqənin olduğunu göstərir. Iddiaçı Mülki Məcəllənin 425-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, cavabdeh avadanlıqların alınmasından əvvəl bazar araşdırması aparmalı, satıcının etibarlılığını yoxlamalı, müqavilə bağlamalı və ödənişin təhlükəsizliyini təmin etməli idi. Lakin cavabdeh 23.000 manat məbləğində vəsaiti heç bir yazılı müqavilə bağlamadan, heç bir təminat almadan, avadanlığı faktiki görmədən və mövcudluğunu yoxlamadan üçüncü şəxsə təqdim etmiş, daha sonra həmin vəsait başqa bir şəxsə ötürülmüş və nəticədə itirilmişdir. Iddiaçı bu halların cavabdehin davranışının sadə ehtiyatsızlıq deyil, kobud ehtiyatsızlıq səviyyəsində hüquqazidd davranış olduğunu və vicdanlılıq prinsipinin kobud şəkildə pozulduğunu göstərdiyini qeyd etmişdir. Kollegiya şikayətin dəlilləri ilə bağlı aşağıdakıları bildirir.
1. Iş materiallarından görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh ümumilikdə 46.300 manat tələb etmiş, bu məbləğin 23.000 manatını çamaşırxana avadanlıqlarının alınması üçün verilmiş vəsait, 10.457 manatını obyektin təmirinə, 12.294 manatını icarə haqqına, 320 manatını vəkil orderinə, 229 manatını isə dövlət rüsumuna çəkilmiş xərclər kimi göstərmişdir. Lakin həmin məbləğlərin cavabdeh tərəfindən mənimsənilməsi və ya cavabdehin hərəkəti nəticəsində yaranması barədə mötəbər sübut təqdim edilməmişdir.
2. Apellyasiya şikayətinin əsas dəlili tərəflər arasında çamaşırxana biznesinin birgə qurulmasına dair ortaq razılaşmanın olması və cavabdehin gəlirdən 40 faiz pay almalı olması ilə bağlıdır. Iddiaçının iddia etdiyi kimi onun cavabdehlə aralarında ortaqlıq münasibətlərinin mövcud olması müəyyən edilmir. Belə ki, əgər iddiaçı ilə cavabdeh arasında iddiaçının iddia etdiyi kimi ortaqlıq münasibətləri olmuşdursa, həmin münasibətlərin yaranması üçün onlar arasında əsas olan birgə fəaliyyət müqaviləsi bağlanılmalı və tərəflərin müqavilədən irəli gələn hüquq və vəzifələri müəyyən edilməli, kommersiya hüquqi şəxsi təsis edilməli, həmin hüquqi şəxsin nizamnaməsi ilə tərəflərin nizamnamə kapitalındakı paylar, qoyduğu paya mütənasib daşıyacağı hüquqlar, vəzifələr, risklər, məsuliyyət, əldə olunacaq gəlirlərin və zərərin hansı şəkildə bölüşdürüləcəyi, hüquqi şəxsin direktorunun kimliyi və s. məsələlər müəyyən edilməli olmalı idi. Yəni iddiaçı ilə onun ortaqlığını təsdiq edən heç bir yazılı müqavilə, mesaj və digər sübut mövcud deyildir və iddiaçı məhkəməyə bu faktı təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Iddiaçının şifahi formada razılıq eldə edərək biznesə pul yatırdığına dair səsləndirdiyi mülahizələr həqiqəti əks etdirmir. Mülki prosessual qanunvericiliyin tələbi baxımından hər kəs tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı işdə də ortaqlıq münasibətinin mövcudluğunu, bu ortaqlıq nəticəsində tərəfindən ona ziyan vurulduğunu sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin o, məhkəməyə onun (cavabdehin) tərəfindən ona ziyanın vurulmasını təsdiqləyəcək heç bir sübut təqdim etməmişdir.
3. Birinci instansiya məhkəməsi tərəflərin izahatlarını, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda əks olunmuş məlumatları və digər sübutları birlikdə qiymətləndirərək onların arasında çamaşırxana avadanlıqlarının alınması və texniki işlərin görülməsi ilə bağlı şifahi tapşırıq münasibətlərinin yarandığı qənaətinə gəlmişdir. Məhkəmənin müəyyən etdiyi kimi, iddiaçı əvvəldən tanıdığı və avadanlıqlar sahəsində mütəxəssis olduğunu bildiyi cavabdehə müraciət etmiş, cavabdeh isə onu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2lə görüşdürmüş, həmin şəxsdən avadanlıq alınması razılaşdırıldıqdan sonra iddiaçı 23.000 manatı cavabdehin kart hesabına köçürmüş, cavabdeh də həmin məbləği tam şəkildə iddiaçının tapşırığı üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 vermişdir. Yasamal RPI-nin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2025ci il tarixli materiallarında olan İddiaçı izahatında qeyd edilmişdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, Bəhruz Məmmədov və Mirzə (Mirzəyar) adlı şəxslə görüşərək bu cür xidmətin göstərilməsinin nə qədər qazanc gətirəcəyi barədə məlumat əldə etmişdir. Həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 izahatından görünür ki, 23000 azn pul vəsaitinin 21800 azn-i kart hesabına köçürülmüş, 1200 manatını isə nağd olaraq ona vermişdir. Cavabdeh isə öz izahatında qeyd etmişdir ki, Intizam 23000 manat məbləğində pul vəsaitini milliön ödəniş sistemi vasitəsilə onun hesabına ödəmiş, o da öz növbəsində həmin 23000 manat məbləğin 21800 manatını milli ödəniş sistemi üzərindən, yerdə qalan 1200 manat məbləği isə nağd şəkildə iddiaçının tapşırığı üzrə Səbzalı adlı şəxsə vermişdir. Həmçinin gördüyü xidmətlərə görə Intizamdan hər hansı bir ödəniş almamışdır. Eyni hal apellyasiya baxışı zamanı əldə edilərək işə əlavə edilmiş Nərimanov RPI-nin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2026-ci il tarixli materiallarında olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 izahatında qeyd edilmişdir.
4. Iddiaçı iddia ərizədə qeyd edir ki, çamaşırxana xidmətlərinin göstərilməsi üçün lazım olan cihazların, yəni 2 ədəd 50 kiloqramlıq yuma aparatı, 2 ədəd 50 kiloqramlıq qurutma aparatının əldə edilməsi üçün ##.##.2024-cü il tarixdə Cavabdeh 23,000 (iyirmi üç min) manat məbləğində vəsait vermişdir. Cavabdeh avadanlıqların əldə edilməsi üçün onun verdiyi vəsaitin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 həmin avadanlıqların əldə edilməsi məqsədilə verməsini istəmişdir. Göründüyü kimi iddiaçı özü də ərizədə etiraf edir ki, cavabdehə çamaşırxana üçün lazım olan avadanlıqların alınması üçün 23000 manat pul vermiş, o isə həmin avadanlıqların alınması üçün 23000 manat pulu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ödəmişdir. Iddiaçı özü də iddia ərizəsində onunla cavabdeh arasında olan münasibətlərin tapşırıq müqaviləsindən irəli gəlməsini qeyd etmiş və iddia ərizəsində də MM-nin 777.2, 778.1 779.1 və 780.2-ci maddələrinə istinad etmişdir.
5. Apellyasiya şikayətində cavabdehin gəlirdən 40-45 faiz pay almağının münasibətləri əvəzli tapşırıq müqaviləsinə çevirdiyi bildirilir. Lakin bu dəlil işin müəyyən edilmiş hallarına uyğun deyil. Cavabdehin izahatından görünür ki, o, tapşırığın icrasına görə iddiaçıdan hər hansı məbləğ almayıb, texniki işləri tanışlıq münasibətlərinə görə pulsuz görüb, yalnız çamaşırxana fəaliyyətə başladıqdan sonra həmin yerdə avadanlıqlara xidmət göstərməklə gəlir əldə etməsi nəzərdə tutulub. Yəni gələcəkdə biznes fəaliyyətindən gəlir əldə etmək niyyətinin olması konkret tapşırığın əvəzli olduğunu və ya cavabdehin artıq əldə edilmiş gəlirdən hüquqi baxımdan müəyyən edilmiş paya malik olduğunu təsdiq etmir.
6. Apellyasiya şikayətində həmçinin təklifin cavabdehdən gəldiyi, məhz onun layihənin təşəbbüskarı olduğu qeyd edilmişdir. Lakin məhkəmənin istinad etdiyi Yasamal RPI-nin 29-cu PŞ-nin ##.##.2025-ci il tarixli qərarında cavabdehin verdiyi izahatda çamaşırxana biznesinin qurulması ilə bağlı təklifin İddiaçı tərəfindən edildiyi göstərilmişdir. Həmin izahata görə cavabdeh texniki işlərin görülməsinə və gələcəkdə texniki xidmət göstərilməsinə razılıq vermiş, avadanlığın alınması üçün verilmiş 23.000 manatı isə tam şəkildə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ötürmüşdür. Cavabdehin 23.000 manatla bağlı davranışına gəldikdə isə, iş üzrə mübahisə doğurmayan hal ondan ibarətdir ki, iddiaçı həmin məbləği avadanlıq alınması üçün cavabdehin hesabına köçürmüş, cavabdeh isə 21.800 manatı ödəniş sistemi vasitəsilə, 1.200 manatı isə nağd şəkildə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 vermişdir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 izahatı da bu ödənişi təsdiq edir. O, aldığı vəsaitin 15.000 manatını Mirzəyar adlı şəxsə avadanlıq alınması məqsədilə göndərdiyini, həmin şəxsin isə öhdəliyini yerinə yetirmədiyini bildirib.
7. Apellyasiya şikayətində cavabdehin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 seçərkən heç bir müqavilə, zəmanət və digər təminat almamasının kobud ehtiyatsızlıq olduğu qeyd edilir. Lakin işin hallarından görünür ki, iddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 kim olduğunu bilmiş, onunla görüşmüş və məhz həmin şəxsdən avadanlıq alınmasına razı olmuşdur. Məhkəmənin müəyyən etdiyi kimi, cavabdeh iddiaçını əvvəlcədən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2lə görüşdürmüş, iddiaçı həmin şəxslə məsləhətləşdikdən sonra işə başlamağa razılıq vermiş və 23.000 manatın verilməsinə etiraz etməmişdir. Buna görə avadanlığın sonradan başqa bir şəxsdən alınmasının baş tutmaması və həmin şəxsin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 aldatması faktı cavabdehin əvvəlcədən vicdansız davrandığı qənaətinə gəlməyə əsas vermir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 öz izahatından da görünür ki, o, 23.000 manatı qəbul etdikdən sonra 15.000 manatı Mirzəyar adlı şəxsə avadanlıq alınması məqsədilə köçürmüş, həmin şəxs isə avadanlığı verməmişdir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 də bu məsələ ilə bağlı polisə müraciət etdiyi göstərilmişdir. Hazırkı işdə avadanlığın alınmasının baş tutmaması faktı cavabdehin qəsdini və ya kobud ehtiyatsızlığını sübut etmir. 23.000 manatın tam şəkildə satıcıya verilməsi, həmin satıcının da öz növbəsində pulun bir hissəsini başqa şəxsə avadanlıq alınması məqsədilə ödəməsi cavabdehin pulu şəxsi məqsədlə istifadə etməsi barədə apellyasiya şikayətinin dəlilini təsdiqləmir.
8. Bütün bunlar apellyasiya baxışı zamanı əldə edilərək işə əlavə edilmiş Nərimanov RPI-nin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2026-ci il tarixli materiallarında olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 izahatı ilə də bir daha təsdiq edilir. Beləliklə Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin Mülki və Kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-2(073)-3031/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.