Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-3179/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh qarşı mülki iş (Açar sözlər: «subroqasiya qaydasında pul tələbi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi İbrahimova Gülnar Qüdrət qızının iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:
1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: İddiaçı ASC ilə sığortalı X1 ilə arasında bağlanmış ## ### 2024-cü il tarixli VHI ***/**-s nömrəli könüllü əmlak sığorta müqaviləsinə əsasən, Cəmiyyət tərəfindən sığortalanmış ünvan 2 ünvanında yerləşən mənzilin eyvanın artırılmasının mətbəx kimi istifadə edilən hissəsinə sığorta müddətində ##.##.2024-cü il və ##.##.2024-cu il tarixlərində cavabdeh Cavabdeh yaşadığı ünvan 3 ünvanda yerləşən mənzilin eyvanından su axması nəticəsində ziyan dəymişdir.
2. Dəymiş zərərin aradan qaldırılması məqsədi ilə İddiaçı ASC X1 ümumilikdə 1574 manat sığorta ödənişi etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı “xxxx” ASC cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1574 manat sığorta ödənişi, 35,74 manat dövlət rüsumuna və 0.4 manat xidmət haqqına görə, cəmi 1610,14 manatın tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.
4. İddiada göstərilib ki, iddiaçı İddiaçı ASC ilə sığortalı X1 ilə arasında bağlanmış ## ### 2024-cü il tarixli VHI ***/**-s nömrəli könüllü əmlak sığorta müqaviləsinə əsasən Cəmiyyət tərəfindən sığortalanmış ünvan 2 ünvanında yerləşən mənzilə sığorta müddətində ##.##.2024cü il və ##.##.2024-cu il tarixlərində cavabdeh Cavabdeh yaşadığı ünvan 3 ünvandan su axması nəticəsində ziyan dəymişdir. Sözügedən sığorta hadisəsi nəticəsində sığortalı olan əmlakın sahibinə dəymiş zərərə görə Cəmiyyət tərəfindən 1155 manat və 419 manat olmaqla, ümumilikdə 1574 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş Xətai rayon İcra Hakimiyyəti ** saylı Mənzil-Kommunal İstismar Sahəsinin ##.##.2024cü il tarixli əmlak hadisəsi üzrə tərtib edilmiş akt ilə Cavabdeh yaşadığı ünvan 3 ünvanından aşağı mərtəbəyə su axması öz təsdiqini tapmışdır. İddia ərizəsinə əlavə edilmiş Xətai rayon İcra Hakimiyyəti ** saylı Mənzil-Kommunal İstismar Sahəsinin ##.##.2024-cü il tarixli əmlak hadisəsi üzrə tərtib edilmiş akt ilə Cavabdeh yaşadığı ünvan 3 ünvanından aşağı mərtəbəyə su axması öz təsdiqini tapmışdır. İddia ərizəsinə əlavə edilmiş ##.##.2024-cü il tarixli əmlakın qiymətləndirilməsinə dair rəyə və qiymətləndirmə cədvəlinə əsasən sığorta hadisəsi nəticəsində sığortalıya 1155 manat məbləğində maddi zərər dəymişdir. İddia ərizəsinə əlavə edilmiş ##.##.2024-cü il tarixli əmlakın qiymətləndirilməsinə dair rəyə və qiymətləndirmə cədvəlinə əsasən sığorta hadisəsi nəticəsində sığortalıya 419 manat məbləğində maddi zərər dəymişdir. İddia ərizəsinə əlavə edilmiş ##.##.2025-ci il tarixli, ***/** nömrəli geriyə tələb məktubundan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində sığortalanmış ünvan 2 ünvanına dəymiş zərərlə bağlı ödənilməli olan1155 manat məbləğində pulun Cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş ##.##.2025-ci il tarixli, ***/** nömrəli geriyə tələb məktubundan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində sığortalanmış ünvan 2 ünvanına dəymiş zərərlə bağlı ödənilməli olan 419 manat məbləğində pulun Cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb edilmişdir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova) iddia tələbinin qismən təmin edilərək cavabdeh Cavabdeh subroqasiya qaydasında 903,50 (doqquz yüz üç manat əlli qəpik) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat, bank xidmət haqqının əvəzi olaraq 0,40 (qırx qəpik) manat tutularaq “xxxx” ASC-yə ödənilməsi, cavabdeh Məmmədov Bilal Nadir oğlundan 200 (iki yüz) manat məbləğində pul vəsaiti tutularaq “xxxx” MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, “xxxx” ASC ilə sığortalı X1 ilə arasında bağlanmış ## ### 2024-cü il tarixli VHI ***/**-s nömrəli könüllü əmlak sığorta müqaviləsinə əsasən Cəmiyyət tərəfindən sığortalanmış ünvan 2 ünvanında yerləşən mənzilin eyvanın artırılmasının mətbəx kimi istifadə edilən hissəsinə sığorta müddətində ##.##.2024-cü il və ##.##.2024-cu il tarixlərində cavabdeh Cavabdeh yaşadığı ünvan 3 ünvanda yerləşən mənzilin eyvanından su axması nəticəsində ziyan dəymişdir. Sığortalıya dəymiş ziyan iddiaçı İddiaçı ASC tərəfindən aradan qaldırıldığından, sonuncunun cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə iclasında cavabdeh əslində sığorta hadisəsinin baş vermədiyini, ** saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli və ##.##.2024-cü il tarixli aktlarının sonradan tərtib edildiyini, sığorta şirkəti tərəfindən isə hadisə zamanı hər hansı sənədləşmənin aparılmadığını iddia etmişdir. Bununla yanaşı cavabdehin vəkili və nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, suyun axıdılması halı baş versə belə, bu cavabdehin təqsirinə görə deyil, Bakı şəhərinə normadan artıq yağışların yağması səbəbindən baş vermişdir. Bu səbəblə də iddianın rədd edilməsini tələb etmişdir. Məhkəmə cavabdehin etirazının dəlillərinə qiymət verərək qeyd edir ki, məhkəmə araşdırması zamanı keçirilmiş yerində müayinə zamanı ünvan 2 ünvanında yerləşən mənzilin eyvanın artırılmasının mətbəx kimi istifadə edilən hissəsinə sığorta müddətində ##.##.2024-cü il və ##.##.2024-cu il tarixlərində cavabdeh Cavabdeh yaşadığı ünvan 3 ünvanda yerləşən mənzilin eyvanında suyun axıdılması halı baş vermişdir. Bundan başqa məhkəmə hazırlıq iclasında cavabdeh eyvandan eyvana suyun axıdılması ilə bağlı dəymiş zərərin məbləğinin yüksək olduğunu bildirmir. Bununla bağlı, məhkəmə tərəfindən təyin edilmiş mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, yuxarıda qeyd edilən hadisə nəticəsində ünvan 1 ünvanında yerləşən ** saylı mənzilə dəyən zərərin aradan qaldırılması məqsədilə təmir işlərinə çəkilərin xərclərin dəyəri ##.##.2026-cı il tarixinə 903,5 manat təşkil edir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə 903,5 manat məbləğində vəsait tutulmalıdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh Cavabdeh (nümayəndəsi və vəkili Vəkil) apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş edib şikayətində göstərib ki, iş materiallarından da görünür ki, iddiaçı tərəfindən cavabdehin konkret hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərərin baş verməsi sübut olunmayıb. Sadəcə olaraq suyun cavabdehin yaşadığı mənzildən axdığı iddia olunub, lakin bunun hansı texniki səbəbdən baş verdiyi, həmin halın cavabdehin iradəsindən asılı olub-olmaması ümumiyyətlə müəyyən edilməyib. Bu isə artıq məsuliyyətin əsasını şübhə altına alır. Məhkəmə bu məsələyə aydınlıq gətirmək əvəzinə, əlavə araşdırma aparmadan və texniki ekspertiza təyin etmədən nəticəyə gəlib. Halbuki, cavabdeh tərəfindən göstərilmişdi ki, hadisə baş vermiş olsa belə, bu hal həmin dövrdə yağıntıların çox olması və ya binanın ümumi kommunikasiya sistemində olan problemlərlə bağlıdır. Bu hissə yoxlanılmadan cavabdehin təqsirli sayılması düzgün deyil. Su axınının baş verdiyi hissə ilə bağlı da məhkəmə tərəfindən mühüm əhəmiyyət kəsb edən hal araşdırılmamışdır. Belə ki, iş materiallarından görünür ki, zərərin dəydiyi sahə mənzilin eyvan hissəsinin artırılması nəticəsində yaranmış və faktiki olaraq mətbəx kimi istifadə edilən hissədir. Lakin həmin artırmanın qanuniliyi, müvafiq icazə və sənədlərlə rəsmiləşdirilib-rəsmiləşdirilməməsi məhkəmə tərəfindən ümumiyyətlə araşdırılmamışdır. Halbuki, qanunsuz tikili və ya özbaşına artırma nəticəsində yaranmış sahədə baş verən zərər üzrə məsuliyyət məsələsi ayrıca hüquqi qiymətləndirilməlidir. Belə ki, qanunsuz şəkildə artırılmış konstruksiyanın texniki dayanıqlığı, hidroizolyasiya vəziyyəti və ümumilikdə istismar şəraiti təmin olunmadığından, belə sahədə yaranan problemlərin digər şəxsin üzərinə qoyulması hüquqi baxımdan əsaslı hesab edilə bilməz. Başqa sözlə, zərərin məhz qanunsuz artırılmış hissədə baş verməsi ehtimalı araşdırılmadan cavabdehin məsuliyyətə cəlb edilməsi işin hallarına uyğun olmayan nəticəyə gəlindiyini göstərir. Bu hal özü-özlüyündə məhkəmənin gəldiyi nəticənin əsaslılığını şübhə altına alır. Digər tərəfdən, işdə zərərin məbləği ilə bağlı açıq ziddiyyət mövcuddur. İddiaçı 1574 manat ödəniş etdiyini göstərir, lakin məhkəmə özü zərəri 903,50 manat kimi qəbul edib. Bu fərqin səbəbi izah olunmayıb. Əgər real zərər 903,50 manatdırsa, onda artıq ödənilmiş məbləğin əsaslılığı sual altına düşür. Əgər 1574 manat doğrudursa, o halda ekspert rəyi şübhə doğurur. Məhkəmə bu ziddiyyəti aradan qaldırmadan qərar qəbul edib. Eyni zamanda, nəzərə alınmalıdır ki, subroqasiya hüququ yalnız o halda yarana bilər ki, həm zərərin real həcmi, həm də həmin zərərə görə məsul şəxs dəqiq müəyyən edilsin. Bu işdə isə bu iki əsas şərt də tam sübuta yetirilməyib. Bu səbəbdən iddiaçının subroqasiya qaydasında tələb irəli sürməsi də hüquqi baxımdan əsaslı hesab edilə bilməz. Mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan suiistifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Göründüyü kimi, bu müddəa digər şəxsə zərər vura biləcək, ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Hazırki işdə məhkəmələrin bu qaydaların ziddinə qərar qəbul etməklə məhkəmə təcrübəsinidə heçə sayaraq səhv nəticəyə gəlmişlər.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
8. Məhkəmə iclasında iddiaçı “xxxx” ASC-nin nümayəndəsi İbrahimova Gülnar Qüdrət qızı apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
9. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 888.1. Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. Maddə 888.2. Əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır. Maddə 888.3. Mülki məsuliyyətin sığortası zamanı üçüncü şəxslərin həyatına, sağlamlığına, yaxud əmlakına zərər vurulması nəticəsində yaranan öhdəliklərə görə (zərər vurmağa görə mülki məsuliyyətin sığortası), habelə mülki-hüquqi müqavilələrlə bağlı yaranan məsuliyyətə görə (müqavilə şərtlərini pozmağa görə mülki məsuliyyətin sığortası) risklər sığortalanır. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Maddə 936.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
11. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıdakı hallarda yaranır: Maddə 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Maddə 49.1. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 47-ci maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir. Maddə 49.2. Sığortaçının sığortalıya və ya sığorta olunana qarşı subroqasiya hüququnun yaranmasının bu Qanunun 25.1.2-ci maddəsində müəyyən edilmiş əsası o halda tətbiq edilir ki, sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqol, narkotik və ya toksikoloji sərxoşluq vəziyyətində istismar etməsinin, o cümlədən inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılmasının müvafiq hadisənin baş verməsinə şərait yaratması sübut edilmiş olsun.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və iddianın həmin hissədə də rədd edilməsi üçün əsas ola bilməz.
14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
16. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin təmin edilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
17. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
18. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
19. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından mübahisələndirilən hissədə iddia haqlı sayılır.
20. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
21. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
22. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddianın və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.
23. Əvvəla, cavabdeh ona məxsus mənzildən su axıntısı olduğunu inkar etmir, lakin bu hadisə baş vermiş olsa belə, bu halın həmin dövrdə yağıntıların çox olması və ya binanın ümumi kommunikasiya sistemində olan problemlərlə bağlı olduğunu göstərir. Ancaq bu dəlillər hansısa sübutla təsdiq olunmur. Əksinə işdə axıntının cavabdehə məxsus mənzildən baş verdiyinə dair mötəbər sübutlar mövcuddur.
24. Belə ki, işdə olan Bakı şəhər ** saylı Mənzil-Kommunal İstismarı Sahəsinin ##.##.2024 və ##.##.2024-cü il tarixli aktları 3 səlahiyyətli şəxs tərəfindən tərtib edilərək imzalanmışdır. Birinci aktda göstərilib ki, su axıntısına cavabdehə aid mənzilin bağlı balkonunun yararsız vəziyyətdə olması səbəb olub. İkinci aktda isə cavabdehə məxsus mənzildən iddiaçıya məxsus mənzilin balkonunun, mətbəx kimi istifadə olunan artırılmış hissəsinə su axıdıldığı qeyd olunub. 25.Göründüyü kimi, birinci aktda yağış suyunun cavabdehə məxsus mənzilin balkon hissəsindən axaraq iddiaçıya məxsus mənzilə zərər dəyməsi məhz balkonun yararsız halda olması səbəbindən baş verdiyi qeyd olunub. Demək ki, cavabdeh mənzilinin tərkib hissəsi olan balkonu yararlı vəziyyətdə saxlamağa borclu idi. Əks halda vurulmuş zərərə görə məsuliyyət daşımalı olmadığına dair etiraz etməkdə haqlı sayıla bilməz. 26.Bundan əlavə, ikinci hadisə zamanı iddiaçının mənzilinin mətbəx kimi istifadə olunan artırılmış hissəsinə zərər dəysə də, bu o anlama gəlməməlidir ki, cavabdeh artırılmış olsa da, faktiki olaraq iddiaçının mənzilin tərkib hissəsinə çevrilmiş hissəsinə su axıda və zərər vura bilər. Başqa sözlə, artırmanın qanuniliyinin yaxud lazımı icazə alınmadan inşa edilməsinin müəyyən edilməməsi cavabdehə əsas vermirdi ki, iddiaçıya məxsus mənzilin həmin hissəsinə su axıdaraq zərər vursun. Üstəlik artırmanın lazımı icazə alınmadan inşa edilməsi belə iddianı əsassız, apellyasiya şikayətini isə əsaslı edə bilməz. Çünki bu halın həqiqiliyi belə cavabdehi törətdiyi hüquq pozuntusuna görə məsuliyyətdən azad etmir. Ona görə də şikayətdə göstərilən dəlillər özü-özlüyündə əsassız olduğundan iş üzrə məhkəmə tikinti-texniki ekspertiza keçirilməsinə də zərurət və əsas yaranmamışdır. 27.Göstəriləndən başqa, zərərin məbləği ilə bağlı ziddiyyətin olması barədə dəlil də heç nəyi dəyişmir. Çünki iddiaçı etdiyi sığorta ödənişi məbləğini tələb etsə də məhkəmə qiymətləndirici rəyinə əsasən müəyyən etdiyi zərərin dəyərini tutub. Hər bir halda hansısa ziddiyyət olmuş olsa belə, məhkəmə yekunda tələb edilən məbləği deyil, cavabdehin mənafeyinə uyğun olan məbləğin tutulmasını qət edib.
28. Cavabdeh məhkəməni dürüstlük qaydasına zidd qərar qəbul etməkdə qınamaqdansa mülki hüquq münasibətinin iştirakçısı kimi özünün də bu qaydaya riayət etməsi zəruri idi. Cavabdehin mövqeyindən belə çıxır ki, o, iddiaçıya zərər vura bilər, lakin mülki hüquqi məsuliyyət daşmağa gəldikdə isə dürüstlük qaydası pozulmuş olur. Əlbətdə ki, bu yanaşma vicdanlılığın tələb etdiyi tərz sayılmır. Ona görə də bu cür dəlillərdən istifadə edərkən özü də də mülki hüquq münasibətlərinin subyekti kimi hüquqdan sui istifadəyə yol verməməli idi.
29. Bununla yanaşı, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası kimi Mülki Məcəllənin 936.1, 936.2 və 936.5-ci maddələri nəzərdən keçirilə bilər. Faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilir.
30. Belə ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin “ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı” malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
31. Demək, subroqasiya hüququndan istənilən şəxsə qarşı deyil, zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı istifadə edilə bilər, özü də subroqasiya hüququ sığorta ödənişini vermiş sığortaçıya sığorta ödənişi məbləğində keçir.
32. Eyni zamanda sığortaçı subroqasiya hüququndan zərəvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edilə bilər.
33. Deməli, cavabdeh mülki hüquq pozuntusu törətdiyindən yaxud sığorta hadisəsi hesab edilən pozuntunu törətməkdə təqsirli olması sübuta yetirildiyindən mülki hüquqi məsuliyyətə cəlb edilə bilər.
34. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ##### 2026cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.