Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3223/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı qızıl-zinət əşyalarının qaytarılması və ya onların dəyərinin ödənilməsi tələbnə dair mülki iş üzrə Açar sözlər: prosessual müddətin bərpası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı qızıl-zinət əşyalarının qaytarılması və ya onların dəyərinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə cavabdeh Cavabdeh tərəfindən verilmiş ərizəyə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e- *(***)-****/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 189000 manat pulun, əldən çıxmış faydaya görə 11418,75 manat pulun və ödənilmiş 491 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, cavabdeh Cavabdeh 189000 manat və dövlət rüsumu olaraq ödənilmiş 479 manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.
3. Qətnamə ## ### 2026-cı il tarixdə işdə iştirak edən şəxslərin, o cümlədən cavabdehin nümayəndəsi vəkil1 elektron kabinetinə yerləşdirilməklə rəsmi qaydada verilmişdir.
4. Cavabdeh Cavabdeh ## #### 2026-cı il tarixində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli mülki iş üzrə çıxardığı ##.##.2026-cı il tarixli qətnaməsinin – cavabdeh Cavabdeh 189000 manat əsas borc və 479 manat dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı ödənilməsi hissəsinin tamamilə ləğv edilməsi, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı irəli sürdüyü pul tələbinə dair iddiasının rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Həmçinin, cavabdeh Cavabdeh buraxılmış müddətin bərpası haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli mülki işi üzrə çıxardığı ## ##### 2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddət üzrlü hesab edilərək bərpa olunmasını və təqdim edilən apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e- *(***)-****/**** nömrəli mülki işi üzrə ##.##.2026-cı il tarixdə qətnamə qəbul edilmişdir. Iş üzrə məhkəmə icraatı gedişatında şəxsən məhkəmə binasına yaxınlaşaraq iş üzrə çıxarılacaq qətnamənin rəsmi surətinin qanunvericiliyin tələblərinə uyğun olaraq kağız daşıyıcıda rəsmi ünvanıma göndərilməsini xahiş etmiş və bunun üçün məhkəmə iclas katibinə faktiki yaşayış ünvanını təqdim etmişdir. Lakin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 224-cü maddəsinin (qətnamənin surətinin tərəflərə göndərilməsi) tələblərinə zidd olaraq, sözügedən qətnamə qanunla müəyyən edilmiş müddətdə ona poçt vasitəsilə göndərilməmiş və faktiki ünvanına təslim edilməmişdir. Qətnamənin aqibətini öyrənmək məqsədilə ##.##.2026-cı il tarixdə yenidən Yasamal Rayon Məhkəməsinə yaxınlaşıb rəsmi təqdimat tələb etdiyi zaman məhkəmə əməkdaşları tərəfindən qətnamənin ##.##.2026-cı il tarixdə elektron kabinetə yerləşdirildiyi şifahi olaraq bildirilmişdir. Onun “Elektron məhkəmə” informasiya sistemində hər hansı aktiv elektron kabineti mövcud deyildir və Azərbaycan Respublikasının qanunvericiliyinə görə fiziki şəxs olan cavabdehin elektron kabinetinin olması məcburi xarakter daşımır. Elektron kabineti olmadığı üçün qətnamənin sistemə yerləşdirilməsi barədə hər hansı bildiriş almağı və ya bundan məlumatlı olmağı obyektiv olaraq qeyri-mümkün olmuşdur. Azərbaycan Respublikası MPM-nin 133-cü maddəsinə əsasən, məhkəmə tərəfindən üzrlü sayılan səbəblərə görə ötürülmüş prosessual müddət bərpa edilə bilər. Qətnamənin kağız daşıyıcıda ona göndərilməməsi və rəsmi təqdimatın gecikdirilməsi onun iradəsindən kənar, sırf obyektiv və texniki-prosessual səbəblərdən baş vermişdir. Məhkəmə aktının faktiki mövcudluğundan və məzmunundan yalnız ##.##.2026-cı il tarixdə məlumatlı olduğu üçün apellyasiya şikayəti vermək hüququ dərhal reallaşdırılmış və MPM-nin 133-cü maddəsinə uyğun olaraq apellyasiya şikayəti bu ərizə ilə eyni vaxtda məhkəməyə təqdim edilmişdir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadına əsasən ərizə təmin edilməmişdir.
8. Qərardadın əsaslarına görə, iş materiallarına əsasən müəyyən olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ## ### 2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilmiş, bununla da qanunvericiliyin tələblərinə uyğun olaraq həmin tarixdə cavabdehin nümayəndəsi və vəkili vəkil1 elektron kabinetinə yerləşdirilmiş və rəsmi qaydada verilmiş hesab olunmuşdur. Sözügedən qətnamə ## #### 2026-cı il tarixdə qüvvəyə minmiş və icraya yönəldilmiş, ## #### 2026-cı il tarixdə Bakı şəhəri Yasamal rayon Icra şöbəsində iş üzrə icraat başlanılmışdır. Cavabdeh isə ##.##.2026-cı il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Göründüyü kimi, cavabdeh Cavabdeh məhkəmə prosesindən və qətnamədən məlumatlı olsa da, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən ## #### 2026-cı il tarixdə apellyasiya şikayəti verməklə qanunvericiliklə müəyyən edilmiş müddəti buraxmış və müddətin üzrlü səbəbdən buraxılması ilə bağlı məhkəməyə əsaslı sübutlar təqdim etməmişdir. Bu baxımdan buraxılmış müddətin üzrlü hesab edilməsi üçün əsas yoxdur. Cavabdeh Cavabdeh ## ### 2026-cı il tarixdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü “SIRIUS” Vəkil Bürosunun vəkili X5 etibarnamə vermiş, buna baxmayaraq, nə vəkil, nə də cavabdehin özü tərəfindən qətnamənin surətinin alınması lə bağlı məhkəməyə müraciət olunmamışdır. Buraxılmış prosessual müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında ərizəsi təmin edilməməlidir.
9. Həmin qərardaddan cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini və apellyasiya şikayətinin mahiyyəti üzrə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
10. Şikayətin dəlillərinə görə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 138-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərə məhkəmə bildirişləri elə çatdırılmalıdır ki, onların məhkəməyə çağırılmaqdan vaxtında xəbərdar olmaq və işə hazırlaşmaq üçün ağlabatan müddəti olsun. Iş materiallarından görünür ki, cavabdeh Cavabdeh məhkəmə prosesləri barədə heç bir formada rəsmi məlumatlandırılmamış, məhkəmə iclasları onun iştirakı və xəbəri olmadan keçirilmişdir. Qətnamənin surəti cavabdehə kağız daşıyıcıda rəsmi poçt vasitəsilə göndərilməmişdir. Məhkəmə imtina qərardadını qətnamənin ##.##.2026-cı il tarixdə cavabdehin əvvəlki nümayəndəsi vəkil1 elektron kabinetinə yerləşdirilməsi ilə əsaslandırmışdır. Lakin həmin vaxt tərəflər arasındakı faktiki hüquqi münasibətlərə son qoyulmuş və cavabdeh artıq ##.##.2026-cı il tarixdə yeni vəkil Nümayəndə etibarnamə vermişdir. Fərdi elektron kabineti olmayan və hüquqi savadı olmayan vətəndaşın əvvəlki nümayəndəsinin kabinetinə sənəd yerləşdirilməsi onun şəxsən məlumatlandırılması hesab edilə bilməz. Cavabdehin axtarışda olması və ya yaşayış yeri üzrə tapılmaması onun məhkəmədən qəsdən yayınmasını deyil, məlumatının olmamasını sübüt edir. Yeni nümayəndə işə qoşulduqdan sonra sənədlərin tam surətini əldə etmək üçün obyektiv zaman tələb olunmuşdur. Apelyasiya şikayətinin verilməsi müddəti cəmi 4 gün (##.##.2026-cı il əvəzinə ##.##.2026-cı il) gecikdirilmişdir. Işin miqyası (189000 manat borc öhdəliyi) və ədalətli mühakimə hüququnun təmin olunması kontekstində bu müddət tamamilə ağlabatandır və hüququn müdafiəsi üçün bərpa edilməli idi. Məhkəmə kiçik bir müddət fərqinə görə müddətin bərpasını rədd etməklə cavabdehin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə təmin olunmuş məhkəmə müdafiəsi və məhkəmə qərarlarından şikayət etmək kimi fundamental hüquqlarını tamamilə məhdudlaşdırmışdır. Hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassız olub, maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə çıxarıldığından ləğv edilməlidir.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadına əsasən şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. Işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “eleketron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsiilə) çatdırılır. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X7 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-ın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2008-ci il tarixli Qərarı: “Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.”
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh məhkəmə prosesləri barədə heç bir formada rəsmi məlumatlandırılmamış, məhkəmə iclasları onun iştirakı və xəbəri olmadan keçirilmişdir. Qətnamənin surəti cavabdehə kağız daşıyıcıda rəsmi poçt vasitəsilə göndərilməmişdir. Məhkəmə imtina qərardadını qətnamənin ##.##.2026-cı il tarixdə cavabdehin əvvəlki nümayəndəsi vəkil1 elektron kabinetinə yerləşdirilməsi ilə əsaslandırmışdır. Lakin həmin vaxt tərəflər arasındakı faktiki hüquqi münasibətlərə son qoyulmuş və cavabdeh artıq ##.##.2026-cı il tarixdə yeni vəkil Nümayəndə etibarnamə vermişdir. Fərdi elektron kabineti olmayan və hüquqi savadı bulunmayan vətəndaşın əvvəlki nümayəndəsinin kabinetinə sənəd yerləşdirilməsi onun şəxsən məlumatlandırılması hesab edilə bilməz. Cavabdehin axtarışda olması və ya yaşayış yeri üzrə tapılmaması onun məhkəmədən qəsdən yayınmasını deyil, məlumatının olmamasını sübüt edir. Yeni nümayəndə işə qoşulduqdan sonra sənədlərin tam surətini əldə etmək üçün obyektiv zaman tələb olunmuşdur. Apelyasiya şikayətinin verilməsi müddəti cəmi 4 gün (##.##.2026-cı il əvəzinə ##.##.2026-cı il) gecikdirilmişdir. Işin miqyası (189000 manat borc öhdəliyi) və ədalətli mühakimə hüququnun təmin olunması kontekstində bu müddət tamamilə ağlabatandır və hüququn müdafiəsi üçün bərpa edilməli idi. Məhkəmə kiçik bir müddət fərqinə görə müddətin bərpasını rədd etməklə cavabdehin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə təmin olunmuş məhkəmə müdafiəsi və məhkəmə qərarlarından şikayət etmək kimi fundamental hüquqlarını tamamilə məhdudlaşdırmışdır.
15. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsi ilə bağlı nəticəyə gələrkən haqlı və düzgün olaraq qeyd etmişdir ki, cavabdeh Cavabdeh məhkəmə prosesindən və qətnamədən məlumatlı olsa da, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən ## #### 2026-cı il tarixində apellyasiya şikayəti verməklə qanunvericiliklə müəyyən edilmiş müddəti buraxmış və müddətin üzrlü səbəbdən buraxılması ilə bağlı məhkəməyə əsaslı sübutlar təqdim etməmişdir. Bu baxımdan buraxılmış müddətin üzrlü hesab edilməsi üçün əsas mövcud deyildir. O cümlədən, cavabdeh Cavabdeh ## ### 2026-cı il tarixində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, “SIRIUS” Vəkil Bürosunun vəkili X5 etibarnamə vermiş, buna baxmayaraq, nə vəkil, nə də cavabdehin özü tərəfindən qətnamənin surətinin alınması lə bağlı məhkəməyə müraciət olunmamışdır.
16. Buna görə də, məhkəmə kollegiyası cavabdehin dəlillərini müddətin buraxılmasına səbəb olan üzrlü səbəblər kimi qəbul etməyərək qeyd edir ki, buraxılmış prosessual müddətin bərpası üçün elə üzrlü səbəblər mövcud olmalıdır ki, bunun nəticəsində tərəf prosessual hərəkətləri etmək imkanından məhrum olsun. Hazırkı vəsatətdə isə cavabdehin göstərdiyi hal yuxarıda qeyd olunan “üzrlü səbəblər” dairəsinə aid edilə bilməz.
17. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.
18. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.