Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3270/2026 30.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundova Günay Təyar qızının sədrliyi ilə, X1 və X2 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından Maraqlı şəxs nümayəndəsi və vəkili vəkil2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı "mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbə, ümumi sahəsi 57.6 kv.m. olan 1 otaqdan ibarət *** nömrəli mənzilin cavabdeh “xxxx” MMC tərəfindən iddiaçı İddiaçı təhvil verilməsi qət edilmişdir. Maraqlı şəxs nümayəndəsi və vəkili vəkil2 ##.##.2026-cı il tarixdə “Elektron kabinet” vasitəsilə iş üzrə Bakı şəhəri Yasamal Rayon *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsindən Maraqlı şəxs nümayəndəsi və vəkili vəkil2 tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılması qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından iddiaçı Maraqlı şəxs nümayəndəsi və vəkili vəkil2 tərəfindən verilmiş şikayət həmin məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanındainşa olunan yüksək mərtəbəli yaşayış binasının 3cü blok, 7-ci mərtəbə, ümumi sahəsi 57.6 kv.m. olan 1 otaqdan ibarət *** nömrəli mənzilin ona təhvil verilməsini xahiş etmişdir. Ərizədə göstərildiyi kimi, binada mənzillərin yenidən nömrələnməsi nəticəsində həmin mənzilin nömrəsi 205 olmuşdur. Halbuki, ev Maraqlı şəxs satılarkən mənzilin nömrəsi 185 olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Hesab edirəm ki, birinci instansiya məhkəməsi işə baxarkən kobud prosessual hüquq normalarını və maddi hüquq normalarını pozumuşdur. Belə ki, məhkəmə işə baxarkən iddia olunan mənzilə dair digər şəxslərin də müqavilələrinin olmasını aydınlaşdırmamış, onları işə cəlb etməmişdir. Digər tərəfdən iddia cavabdeh “xxxx” MMC-yə qarşı qaldırılmış və sonuncunun qeydiyyatda olduğu Bakı şəhəri Nizami rayonunda baxılmaq əvəzinə əsassız olaraq işəYasamal Rayon Məhkəməsində baxılmışdır. Digər tərəfdən birinci instansiya məhkəməsi işə baxarkən mübahisəli mənzilə ilkin müqavilənin məhz Maraqlı şəxs ilə bağlanmasını nəzərə almamışdır. Bu da onu göstərir ki, Maraqlı şəxs mübahisəli mənzilə gözlənilən mülkiyyət hüquqları pozulmuşdur. Lakin birinci instansiya məhkəməsi apellyasiya şikayətini geri qaytararaq ona əsaslanmışdır ki, mübahisəli binadan mənzillərin nömrələrinin dəyişdirilməsini təsdiq edən cavabdeh MTK-nın arayışı sübut kimi qəbul edilə bilməz. Ancaq qeyd edilməlidir ki, birincisi həmin binada həqiqətən nömrələr dəyişdirilmişdir. İddiaçı Yasamal Rayon Məhkəməsi ilə təhvil verilməli olan mənzilin hazırda da nömrəsi 185-dir. Ərizəçinin müqaviləsində də mənzil nömrəsi 185-dir. Həmin mənzillərin də həm ölçüləri və həm də mərtəbəsi eynidir. Sadəcə birinci mərtəbə qeyri-yaşayış sahəsi kimiqeyd edildiyindən yaşayış mənzillərin nömrələri dəyişdirilmişdir. Bir sözlə birinci instansiya məhkəməsi işdə olan sənədlərə düzgünqiymətləndirməmiş, işi nəticədə prosessual hüquq normalarının pozulması ilə nəticələnmişdir. Hazırki işdə isə ərizəçinin müqaviləsi var və İddiaçı onun mənzilinin təhvil verilməsi qət olunmuşdur. Maraqlı şəxs həmin məhkəmədən xəbəri olmadığı və o orada iştirak etmədiyi üçün bu kimi sübutları təqdim edə bilməmişdir. Bir sözlə birinci instasiya məhkəməsinin istinad etdiyi arayışın həqiqiliyin müəyyən edilməsi məhkəmə baxışında həll olunmalı idi. Apellyasiya şikayətinin geri qaytarılması kimi arayışın əsassız olması barədə dəlilə istinad etmək yolverilməzdir və Maraqlı şəxs Konstitusion hüquqlarını və ədalətli məhkəmə araşdırılması prinsipinə ziddir. Birinci instansiya məhkəməsi işin bu kimi hallarına düzgün hüquqi qiymət verməmiş, nəticədə prosessual hüquq normalarını pozaraq işə baxmışdır, Bu da qərardadın ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ləğv edilməli, qətnamədən verilmiş şikayətə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan icraçı “xxxx” MMC ilə payçı Maraqlı şəxs arasında bağlanmış ##.##.2017-ci il tarixli müqavilədən görünür ki, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbə, ümumi sahəsi 57.6 kv.m. olan 1 otaqdan ibarət *** nömrəli mənzil Maraqlı şəxs pay kimi verilmişdir. Şikayətə əlavə edilmiş “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2017-ci il tarixli arayışa əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbə, ümumi sahəsi 57.6 kv.m. olan 1 otaqdan ibarət *** nömrəli mənzilin dəyəri Maraqlı şəxs tərəfindən tam ödənilmişdir. Şikayətə əlavə edilmiş “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli arayışa əsasən müəyyən edilir ki, “xxxx” MMC-nin ünvan 1 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbə, ümumi sahəsi 57.6 kv.m. olan 1 otaqdan ibarət *** nömrəli mənzilin Maraqlı şəxs məxsusdur. Binada mənzillərin yenidən nömrələnməsi ilə əlaqədar olaraq 3cü blok, 7-ci mərtəbədə yerləşən, ümumi sahəsi 57.6 kv.m olan, köhnə nömrə *** saylı bu mənzilin nömrəsi dəyişdirilərək, yeni nömrə ilə *** saylı mənzil kimi qeydiyyata alınmışdır. Iş materiallarında olan Icraçı “xxxx” MMC ilə Payçı İddiaçı arasında bağlanmış ##.##.2021ci il tarixli müqaviləyə əsasən müəyyən olunur ki, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbə, ümumi sahəsi 57.6 kv.m. olan 1 otaqdan ibarət *** nömrəli mənzil İddiaçı satılmışdır. Iş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2021-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbə, ümumi sahəsi 57.6 kv.m. olan 1 otaqdan ibarət *** nömrəli mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. Qətnamənin maraqlarına toxunduğunu iddia edən şəxs Maraqlı şəxs şikayətə əlavə etdiyi ##.##.2026-cı il tarixli arayışa istinad edərək, “xxxx” MMC ilə aralarında bağlanmış ##.##.2017-ci il tarixli müqavilə ilə ona satılmış ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbə, ümumi sahəsi 57.6 kv.m. olan 1 otaqdan ibarət *** nömrəli mənzilin köhnə nömrəsinin dəyişdirilərək, yeni nömrə ilə 205 olduğunu qeyd etmişdir. Apellyasiya şikayətini geri qaytaran birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “xxxx” MMC-nin Maraqlı şəxs təqdim etdiyi mənzilin nömrəsinin 185-dən 205-ə dəyişməsini və yeni nömrə ilə Maraqlı şəxs məxsus olmasını müəyyən edən arayış mötəbər sübut hesab edilə bilməz. Belə ki, sözügedən qətnamə ilə iddiaçı İddiaçı təhvil verilməsi qət edilmiş mənzil ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 57.6 kv.m. olan 1 otaqdan ibarət *** nömrəli mənzildir. Həmçinin iş materiallarında olan ##.##.2021-ci il tarixli müqavilədən və maliyyə arayışından da görünür ki, həmin *** nömrəli mənzil “xxxx” MMC tərəfindən iddiaçı İddiaçı satılmış, iddiaçı da öz növbəsində mənzilin dəyərini tam ödəmişdir. Şikayətə əlavə edilmiş ##.##.2017-ci il tarixli müqavilədən və maliyyə arayışından isə göründüyü kimi ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbə, ümumi sahəsi 57.6 kv.m. olan 1 otaqdan ibarət *** nömrəli mənzil “xxxx” MMC tərəfindən Maraqlı şəxs satılmış, o da öz növbəsində mənzilin dəyərini tam ödəmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin “xxxx” MMC-nin Maraqlı şəxs təqdim etdiyi mənzilin nömrəsinin 185-dən 205-ə dəyişməsini və yeni nömrə ilə Maraqlı şəxs məxsus olmasını müəyyən edən arayışın mötəbər sübut hesab edilməməsi barədə gəldiyi qənaət prosessual qanuvericiliyin tələblərinə uyğun hesab edilə bilməz. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı iddia tələbi təmin edilərək, ünvan 1 ünvanında yerləşən binanın 3-cü blok, 7-ci mərtəbəsindəki 57.6 kv.m sahəsi olan 1 otaqlı *** nömrəli mənzilin iddiaçıya təhvil verilməsi qət edilmişdir. Işdə iştirak etməyən şəxs Maraqlı şəxs mübahisələndirilən qətnamədən apellyasiya şikayəti verərək bildirmişdir ki, həmin binanın 3-cü blok, 7-ci mərtəbəsində yerləşən, eyni ölçülü (57.6 kv.m) və eyni parametrlərə malik *** nömrəli mənzil ##.##.2017-ci il tarixli müqavilə və ödəniş tapşırığı ilə ona satılmış və dəyəri tam ödənilmişdir. Binada mənzillərin yenidən nömrələnməsi nəticəsində keçmiş *** saylı mənzilə yeni 205 nömrəsi verilmişdir. Beləliklə, məhkəmə qətnaməsi onun eyni əmlak üzərindəki gözlənilən mülkiyyət və müqavilə hüquqlarına birbaşa toxunmuşdur. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırki işdə birinci instansiya məhkəməsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsinin icra vəziyyətini öyrənməmiş, icra işini tələb edərək mənzilərin nömrəsi ilə bağlı qeyri-müəyyənliyə aydınlıq gətirməmişdir. Qeyd edilən halları araşdırmadan sadəcə olaraq arayışın mötəbərsizliyi barədə gəlinən nəticə düzgün hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamənin Maraqlı şəxs maraqların toxunub-toxunmamasını kifayət qədər araşdırmadan apellyasiya şikayətini geri qaytarmışdır. Belə olduğu təqdirdə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmamışdır.Ona görə də, şikayət qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ləğv edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə yenidən baxılması üçün iş materialları yuxarıda qeyd olunan hallar nəzərə alınmaqla həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 399, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** saylı qərardadı ləğv edilsin. Mülki iş materialları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsinin Maraqlı şəxs maraqlarına toxunub-toxunmamasına yenidən baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayətə verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-6)-3270/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3270/2026
30.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver