Məhkəmə qərarları › İş №e-2(3-6)-3302/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3302/2026

04.08.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3302/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı evin təhvil verilməsi və əldən çıxmış fayda tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki iş üzrə Açar sözlər: iş üzrə icraatın dayandırılması Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı evin təhvil verilməsi və əldən çıxmış fayda tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-**)-****/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2025-ci il tarixli, 4Ə-**** reyestr nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Cavabdeh Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı, onun övladlarının və X3 onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və həmin evin Cavabdeh təhvil verilməsi; əldən çıxmış fayda şəkilində zərərə görə 48000 manat kompensasiyanın ilkin iddia üzrə iddiaçıdan onun xeyrinə tutulması; evin Cavabdeh ##.##.2026 tarixindən sonra təhvil veriləcəyi təqdirdə ##.##.2026 tarixdən hər növbəti ay üçün 8000 manat pul kompensasiya şəkilində ilkin iddia üzrə iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.09kCavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı, onun övladlarının və X3 onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və həmin evin Cavabdeh təhvil verilməsi; əldən çıxmış fayda şəkilində zərərə görə 48000 manat kompensasiyanın ilkin iddia üzrə iddiaçıdan onun xeyrinə tutulması; evin Cavabdeh ##.##.2026 tarixindən sonra təhvil veriləcəyi təqdirdə ##.##.2026 tarixdən hər növbəti ay üçün 8000 manat pul kompensasiya şəkilində ilkin iddia üzrə iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(*-**)- ****/**** nömrəli qərardadı ilə iş üzrə qiymətləndirmə tədqiqatının aparılması, tədqiqatın aparılmasının və rəyin məhkəməyə təqdim edilməsinin qərar daxil olduqdan sonra 1 ay müddətində icra edilməsi, tədqiqatın aparılması zamanı tədqiqat obyekti olan əmlaka baxış keçirilərkən əmlakın sahib(lər)inin baxışın keçirilməsində iştirakının təmin edilməsi, rəyin verilməsinin Azərbaycan Qiymətləndiricilər Palatasına həvalə edilməsi, zərurət yarandığı halda tələb edilən sənədlərin məhkəmə vasitəsi ilə təqdim edilməsinin tərəflərə həvalə edilməsi, məhkəmə baxışına hazırlığın icraatının dayandırılması qərara alınmışdır.

4. Qərardadın əsaslarına görə, məhkəmə işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə fərdi yaşayış sahəsinin dəyəri və orta aylıq kirayə haqqı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 63.1-ci maddəsinə əsasən xüsusi biliyə malik olan, bu Məcəllədə nəzərdə tutulmuş hallarda rəy verməsi zəruri hesab edilən və məhkəmə tərəfindən təyin edilən şəxslər məhkəmədə ekspert qismində çıxış edə bilər. Həmin Məcəllənin 207.1-ci maddəsinə əsasən, zəruri hallarda yazılı və ya maddi sübutları müayinə edərkən, səsyazmaları dinləyərkən, videoyazılara baxarkən, ekspertiza təyin edərkən, şahidləri dindirərkən, sübutların təmini üçün tədbirlər görərkən məhkəmə məsləhət, şərh və bilavasitə texniki kömək göstərmək üçün (şəkil çəkmək, plan və sxem tərtib etmək, ekspertiza üçün nümunələr seçmək, əmlakı qiymətləndirmək və s.) işə mütəxəssis cəlb edə bilər. Həmin Məcəllənin 255.0.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən ekspertiza təyin olunduqda məhkəmə iş üzrə icraatı dayandıra bilər. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 255ci maddəsində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla bilər. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə əmlak qiymətləndirilməli və məhkəmə baxışına hazırlığın icraatı dayandırılmalıdır.

5. Həmin qərardaddan cavabdeh Cavabdeh şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-**)-****/**** nömrəli qərardadının ləğv edilməsini, iş üzrə icraatın təzələnməsini, ünvan 1 ünvanında 0,0417 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 904,60 kv.m olan fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, texniki pasportun, alqı-satqı müqaviləsinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC-nin verdiyi **-** nömrəli, ##.##.2025-ci il tarixli Daşınmaz əmlakın qiymətləndirilməsinə dair hesabatın qiymətləndiriciyə təqdim edilməsinin qərardadda əks olunmasını xahiş etmişdir.

6. Şikayətin dəlillərinə görə, tərəflər arasında alqı-satqı müqaviləsi notarial qaydada təsdiqlənərkən iddiaçı İddiaçı sifarişi ilə evin qiymətləndirilməsi aparılmışdır. Azərbaycan Respublikası Qiymətləndiricilər Palatasının üzvü olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC-nin verdiyi **-** nömrəli ##.##.2025-ci il tarixli “Daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabat”a əsasən, ünvan 1 ünvanında 0,0417 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 904,60 kv.m olan fərdi yaşayış evinin bazar qiyməti 1 300000 manat, likvid dəyəri isə 1200000 manat olduğu müəyyən edilmişdir. Həmin hesabat qiymətləndirici X6 tərəfindən ##.##.2025-ci il tarixdə təsdiqlənərək iddiaçıya təqdim edilmişdir. Qeyd edilən hesabat notariat işi ilə birlikdə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Iddiaçı qeyd edilən hesabatla razı olmadığını bildirmişdir və məhs bu əsasla məhkəmə iş üzrə evin qiymətləndirilməsinin keçirilməsi zəruriliyi qənaətinə gəlmişdir. Belə olan halda məhkəmə qeyd edilən hesabatı, evin alqı-satqısı haqqında notarial qaydada təsdiqlənmiş müqaviləni, evin üzərində cavabdehin mülkiyyət hüququnun qeydiyyata alınması barədə çıxarışı və evin texniki pasportunu yeni qiymətləndiriciyə təqdim etməli idi və bu barədə qərardadında qeydi əks etdirməli idi. Lakin məhkəmənin qərardadında qiymətləndiriciyə göndərilən materiallar (sənədlər) ümumiyyətlə göstərilməmişdir, daha əvvəl eyni əmlakın qiymətləndirilməsinin aparıldığı haqqında məlumat əks olunmamışdır. Məhkəmə tərəfindən prosessual pozuntunun aradan qaldırılması üçün iş üzrə icraat təzələnməli, qərardada düzəliş edilməli, ünvan 1 ünvanında 0,0417 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 904,60 kv.m olan fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı, texniki pasportu, alqı-satqı müqaviləsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC-nin verdiyi **-** nömrəli, ##.##.2025-ci il tarixli Daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabat, evin alqısatqısı barədə notarial qaydada təsdiqlənmiş ##.##.2025 tarixli müqavilə, evin üzərində cavabdehin mülkiyyət hüququnun qeydiyyata alınması barədə çıxarış və texniki pasport qiymətləndiriciyə təqdim olunmalıdır. Iş üzrə icraat dayandırılarkən qiymətləndiriciyə təqdim edilən materiallar qərardadda əks olunmadığından həmin qərardad ləğv olunmalı və yeni qərardad qəbul olunmalıdır.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(*-**)- ****/**** nömrəli qərardadına əsasən şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 63.1. Xüsusi biliyə malik olan, bu Məcəllədə nəzərdə tutulmuş hallarda rəy verməsi zəruri hesab edilən, məhkəmə tərəfindən təyin edilən və ya işdə iştirak edən şəxslərlə ekspertizanın aparılması barədə müqavilə bağlamış şəxs məhkəmədə ekspert qismində çıxış edə bilər. Maddə 97.1. Işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Işdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddə 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Maddə 207.1. Zəruri hallarda yazılı və ya maddi sübutları müayinə edərkən, səsyazmaları dinləyərkən, videoyazılara baxarkən, ekspertiza təyin edərkən, şahidləri dindirərkən, sübutların təmini üçün tədbirlər görərkən məhkəmə məsləhət, şərh və bilavasitə texniki kömək göstərmək üçün (şəkil çəkmək, plan və sxem tərtib etmək, ekspertiza üçün nümunələr seçmək, əmlakı qiymətləndirmək və s.) işə mütəxəssis cəlb edə bilər. Maddə 255.0. Məhkəmə işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə aşağıdakı hallarda iş üzrə icraatı dayandıra bilər: 255.0.5. məhkəmə tərəfindən ekspertiza təyin olunduqda. Maddə 256.0. Iş üzrə icraat aşağıdakı müddətdə dayandırılır: 256.0.2. bu Məcəllənin 254.1.3-cü və 255-ci maddələri ilə nəzərdə tutulmuş hallarda ... ekspertin rəyi ... məhkəməyə təqdim edilənədək. Maddə 258.1. Iş üzrə icraatın dayandırılması və onun təzələnməsi barədə məhkəmə qərardad çıxarır. Maddə 258.2. Iş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər. Maddə 267.1. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Maddə 264.0. Ayrıca akt şəklində qəbul edilən qərardadda aşağıdakılar göstərilməlidir: 264.0.7. qərardaddan şikayət verilə bilərsə, şikayət vermə qaydası və müddəti. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

9. Şikayətin əsas dəlilini o təşkil edir ki, məhkəmə qeyd edilən hesabatı, evin alqısatqısı haqqında notarial qaydada təsdiqlənmiş müqaviləni, evin üzərində cavabdehin mülkiyyət hüququnun qeydiyyata alınması barədə çıxarışı və evin texniki pasportunu yeni qiymətləndiriciyə təqdim etməli idi və bu barədə qərardadında qeydi əks etdirməli idi. Lakin məhkəmənin qərardadında qiymətləndiriciyə göndərilən materiallar (sənədlər) ümumiyyətlə göstərilməmişdir, daha əvvəl eyni əmlakın qiymətləndirilməsinin aparıldığı haqqında məlumat əks olunmamışdır.

10. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, iş üzrə ekspertiza təyin olunduğu halda iş üzrə məhkəmə baxışına hazırlığın icraatının dayandırılmasına məhkəmənin səlahiyyəti var. Hazırki iş üzrə də prosessual müddətlərin gözlənilməsi baxımından rəy məhkəməyə daxil olanadək iş üzrə icraatın dayandırılması məqsədəmüvafiqdir. Çünki, Mlüki Prosessual Məcəllənin tələblərinə görə bu Məcəllənin 255-ci maddəsində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla bilər.

11. Məhkəmə kollegiyası, həmçinin, qeyd edir ki, mülki prosessual qanunvericilikdə iş üzrə icraatın dayandırılması barədə qərardadlardan şikayət verilməsi nəzərdə tutulsa da, ekspertizanın təyin olunması, mütəxəssis rəyinin alınması barədə qərardadlardan şikayətin verilməsi nəzərdə tutulmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, bu barədə dəlillərin araşdırılmasına zərurət yoxdur.

12. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Buna görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

13. Lakin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğvinə əsas verməsə də yenidən mütəxəssis rəyinin alınmasına zərurət yaranmaması, işin hallarının hərtərəfləi araşdırılaraq obyektiv nəticəyə gəlinməsi üçün iş (mütəxəssisə) qiymətləndiriciyə göndərilərkən şikayətin verilməsi üçün əsas olmuş sənədlərin - məhkəməyə təqdim edilən hesabatın, evin alqı-satqısı haqqında notarial qaydada təsdiqlənmiş müqavilənin, evin üzərində cavabdehin mülkiyyət hüququnun qeydiyyata alınması barədə çıxarışın və evin texniki pasportunun yeni qiymətləndiriciyə təqdim olunması məqsədə müvafiqdir və birinci instansiya məhkəməsinin nəzərinə çatdırılmalıdır.

14. Göstərilənlərə əsasən və MPM-in 259, 263, 264 və 387-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-**)- ****/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-**)- ****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar