Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3391/2026 06.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı və Uçot İdarəsinin qətnamənin izah olunmasına dair ərizəsi üzrə (Açar söz: qətnamənin izah olunması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Səlimova Səadət Rəşid qızından və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qətnaməsinə izah verilməsi haqqında həmin məhkəmənin ## ### 2026-cı il tarixli qərardadından cavabdeh4 nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. “xxxx” MMC ## #### 2003-cü il tarixdə 0103-T3-3404 nömrə ilə dövlət qeydiyyatından keçmiş, təsisçiləri 75% payla cavabdeh1, 25% payla X2 olmuşdur.
2. “xxxx” MMC ## #### 2007-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, təsisçisi 200 manat, 100% pay hüququ ilə cavabdeh4dır.
3. İddiaçı cavabdeh4, cavabdeh1 və Bakı şəhəri * saylı Notariat ofisinə qarşı iddia tələbləri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən 0,12 ha "həyətyanı” məqsədli torpaq sahəsi (## ###### 2007, 190700008); İsmayıllı rayonu, Zeyvə kəndində yerləşən 1,3 ha "Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” məqsədli torpaq sahəsi (## #### 2016, 1916005230); İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən 0,20 ha "Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” məqsədli torpaq sahəsi (## #### 2016, 1916005231); İsmayıllı rayonu, Basqal qəsəbəsində mülkiyyətində olan 0,11 ha "həyətyanı” torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi (## ### 2018, 1918003674); İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən 0,20 ha "həyətyanı” torpaq sahəsi (## ###### 2005-ci il tarixli, JN-849AH, kod 40700016 olan şəhadətnamə); İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən 0,22 ha "həyətyanı” torpaq sahəsi (2005-ci il tarixli, JN-849FH, kod 40700016 olan şəhadətnamə); İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən 0,21 ha "həyətyanı” torpaq sahəsi (## ###### 2005-ci il tarixli, JN-849H, kod 40700016 olan şəhadətnamə); İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən 0,0942 ha "həyətyanı” torpaq sahəsi (## ###### 2005-ci il tarixli, jN- 849DH, kod 40700016 olan şəhadətnamə); Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 6-cı Yavər Əliyev küçəsi, ev 80/2; keçmiş Abşeron rayonu Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ## ###### 2005-ci il tarixli ***** reyestr nömrəli qeydiyyat vəsiqəsi əsasında verilmiş Abşeron rayonu, Novxanı kəndində yerləşən bağ evi; keçmiş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ## #### 2005-ci il tarixli JN-2674 (kod ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunan 0,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı 1/6 hissədə vərəsəlik payının müəyyən edilməsi, cavabdeh4 tərəfindən Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 49, ** nömrəli mənzilin cavabdeh1 bağışlanması barədə Bakı şəhəri * saylı DNK-nın 4Ə-*** reyestr nömrəli ## ### 2018-ci il tarixli müqaviləsinin qismən etibarsız hesab edilməsi və həmin mənzil üzərində iddiaçı İddiaçı 1/6 hissədə vərəsəlik payının müəyyən edilməsi, cavabdeh4 tərəfindən Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 49, ** nömrəli mənzilin cavabdeh1 bağışlanması barədə Bakı şəhəri * saylı DNK-nın 4Ə-*** reyestr nömrəli ## ### 2018-ci il tarixli müqaviləsinin qismən etibarsız hesab edilməsi və həmin mənzil üzərində iddiaçı İddiaçı 1/6 hissədə vərəsəlik payının müəyyən edilməsi, cavabdeh4 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 9, ** nömrəli mənzilin cavabdeh1 bağışlanması barədə Bakı şəhəri * saylı DNK-nın 4Ə- *** reyestr nömrəli ## ### 2018ci il tarixli müqaviləsinin qismən etibarsız hesab edilməsi və həmin mənzil üzərində iddiaçı İddiaçı 1/6 hissədə vərəsəlik payının müəyyən edilməsi, cavabdeh4 tərəfindən Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsi, ev 26, **/** nömrəli mənzilin cavabdeh1 bağışlanması barədə Bakı şəhəri * saylı DNK-nın 4Ə-*** reyestr nömrəli ## ### 2018-ci il tarixli müqaviləsinin qismən etibarsız hesab edilməsi və həmin mənzil üzərində iddiaçı İddiaçı 1/6 hissədə vərəsəlik payının müəyyən edilməsi, cavabdeh4 tərəfindən Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,3000 ha həyətyanı torpaq sahəsinin cavabdeh1 bağışlanması barədə Şamaxı rayon notariusu tərəfindən təsdiq edilmiş ## ### 2018-ci il tarixli 4Ə-*** reyestr nömrəli bağışlama müqaviləsinin qismən etibarsız hesab edilməsi və həmin əmlak üzərində iddiaçı İddiaçı 1/6 hissədə vərəsəlik payının müəyyən edilməsi, cavabdeh4 tərəfindən Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,2155 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh1 bağışlanması barədə Şamaxı rayon notariusu tərəfindən təsdiq edilmiş ## ### 2018-ci il tarixli 4Ə-*** reyestr nömrəli bağışlama müqaviləsinin qismən etibarsız hesab edilməsi və həmin əmlak üzərində iddiaçı İddiaçı 1/6 hissədə vərəsəlik payının müəyyən edilməsi, cavabdeh4 tərəfindən Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,0977 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh1 bağışlanması barədə Şamaxı rayon notariusu tərəfindən təsdiq edilmiş ## ### 2018-ci il tarixli 4Ə-*** reyestr nömrəli bağışlama müqaviləsinin qismən etibarsız hesab edilməsi və həmin əmlak üzərində iddiaçı İddiaçı 1/6 hissədə vərəsəlik payının müəyyən edilməsi, cavabdeh4 tərəfindən Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,0995 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh1 bağışlanması barədə Şamaxı rayon notariusu tərəfindən təsdiq edilmiş ## ### 2018ci il tarixli 4Ə-*** reyestr nömrəli bağışlama müqaviləsinin qismən etibarsız hesab edilməsi və həmin əmlak üzərində iddiaçı İddiaçı 1/6 hissədə vərəsəlik payının müəyyən edilməsi, cavabdeh4 tərəfindən Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,2176 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh1 bağışlanması barədə Şamaxı rayon notariusu tərəfindən təsdiq edilmiş ## ### 2018-ci il tarixli 4Ə-*** reyestr nömrəli bağışlama müqaviləsinin qismən etibarsız hesab edilməsi və həmin əmlak üzərində iddiaçı İddiaçı 1/6 hissədə vərəsəlik payının müəyyən edilməsi, cavabdeh4 tərəfindən Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 13,7310 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh1 bağışlanması barədə Şamaxı rayon notariusu tərəfindən təsdiq edilmiş ## ### 2018-ci il tarixli 4Ə-*** reyestr nömrəli bağışlama müqaviləsinin qismən etibarsız hesab edilməsi və həmin əmlak üzərində iddiaçı İddiaçı 1/6 hissədə vərəsəlik payının müəyyən edilməsi, Abşeron rayonu, Novxanı kəndində yerləşən ## ###### 2005-ci il tarixli JN1590 (kod ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunan 0,94 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi cavabdeh4 adına olmuş və 0,1 ha, 0,365 ha, 0,235 ha, 0,125 ha və 0,115 ha torpaq sahələrinin cavabdeh4 tərəfindən X2 bağışlanması barədə Bakı şəhəri * saylı notariat ofisi tərəfindən təsdiq edilmiş ## ###### 2019cu il tarixli 4Ə-968, 4Ə-971,4Ə-972, 4Ə- 973 və 4Ə-*** reyestr nömrəli bağışlama müqavilələrinin qismən etibarsız hesab edilməsi və həmin əmlak üzərində iddiaçı İddiaçı 1/6 hissədə vərəsəlik payının müəyyən edilməsi, ünvan 1 ünvanda yerləşən bağ evi (keçmiş Abşeron rayonu Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş ***** reyestr nömrəli qeydiyyat vəsiqəsi Abşeron rayonu * saylı DNK tərəfindən təsdiq edilmiş ## ####### 2004-cü il tarixli 4Ə-**** reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında) cavabdeh4 adına olmuş və cavabdeh4 tərəfindən X2 bağışlanması barədə Bakı şəhəri * saylı notariat ofisi tərəfindən təsdiq edilmiş ## ###### 2019-cu il tarixli 4Ə-*** reyestr nömrəli bağışlama müqaviləsinin qismən etibarsız hesab edilməsi və həmin əmlak üzərində iddiaçı İddiaçı 1/6 hissədə vərəsəlik payının müəyyən edilməsi, Abşeron rayonu, Novxanı kəndi **** nömrəli bağ evi (Abşeron rayonu 2-ci DNK tərəfindən təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən ## ###### 2006-cı il tarixli 160608891 qeydiyyat, ************ reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir) və 0,12 ha torpaq sahəsi X2 bağışlanması barədə Bakı şəhəri * saylı notariat ofisi tərəfindən təsdiq edilmiş ## ###### 2019-cu il tarixli 4Ə-*** reyestr nömrəli bağışlama müqaviləsinin qismən etibarsız hesab edilməsi və həmin əmlak üzərində iddiaçı İddiaçı 1/6 hissədə vərəsəlik payının müəyyən edilməsi, qeyd olunan daşınmaz əmlaklara iddiaçı İddiaçı giriş-çıxışının təmin edilməsi, onun payına uyğun istifadə və idarə edə bilməsi üçün açarların bir nüsxəsinin İddiaçı verilməsi, "xxxx” MMC-nin (VÖEN:**********); “xxxx” ASC-nin (VÖEN:**********); “xxxx” MMC-nin (VÖEN: **********) təsis payı üzərində İddiaçı 1/6 hissədə pay hüququnun müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
4. Həmin qətnamədən İddiaçı, cavabdeh4 və cavabdeh1 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
5. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayətləri Ali Məhkəmənin ## #### 2026-cı il tarixli qərarı ilə təmin olunmamış və birinci instansiya məhkəməsinin qətnaməsi icraya yönəldilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı və Uçot İdarəsi ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, məhkəmənin ##.##.2025-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalında mövcud olan və hansı təsisçisinin təsis payına nisbətdə 1/6 hissədə pay hüququnun müəyyən edilməli olduğu barədə izahın verilməsini xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin ##.##.2026-ci il tarixli qərardadı ilə ərizə təmin olunmuş, ## #### 2025-ci il tarixli qətnamənin nəticə hissəsində yazılan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********); “xxxx” Açıq Səhmdar Cəmiyyətinin (VÖEN:**********); "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) təsis payı üzərində İddiaçı 1/6 hissədə pay hüququnun müəyyən edilməsinə” “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) təsis payı üzərində 16,67 % İddiaçı, 62,5 % cavabdeh1, 20,83% X2 paylarının müəyyən edilməsi” kimi izah verilməsi qərara alınmışdır.
8. Məhkəmə hesab etmişdir ki, qətnamənin icrası zamanı çətinlik yarandığından, məzmunu dəyişdirilmədən qətnaməyə izah verilə bilər və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) təsis payı üzərində 16,67 % İddiaçı, 62,5 % cavabdeh1, 20,83% X2 payları müəyyən edilməlidir.
9. Mövqeyinin hüquqi əsası kimi məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230-cu maddəsinə istinad etmişdir.
10. cavabdeh4 nümayəndəsinin (vəkilinin) həmin qərardaddan verdiyi şikayət məhkəmənin ## #### 2026-cı il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
11. Şikayət aşağıda göstərildiyi kimi əsaslandırılmışdır: “Birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, faktiki halları hərtərəfli, tam, obyektiv araşdırmamış, cavabdehin hüquqlarını kobud şəkildə pozan bir qərardad qəbul etmişdir. İş materiallarında mövcud olan Dövlət Vergi Xidmətinin vəkil sorğusuna cavab olaraq təqdim etdiyi ##.##.2024-cü il tarixli, *-**-*-*/*-S-****-**/**** nömrəli rəsmi məktubundan aydın şəkildə görünür ki, “xxxx” MMC ##.##.2003-cü il tarixdə 0103-T3-3404 nömrə ilə dövlət qeydiyyatından keçmiş, şirkətin qanuni təsisçiləri 75% payla cavabdeh1 və 25% payla X2 olmuşdur. Hüquqi faktlar təsdiq edir ki, "xxxx" MMC heç bir zaman X3 adına qeydiyyatda olmamış və onun tərəfindən təsis edilməmişdir. Məhkəmə tərəfindən iddiaçı İddiaçı xeyrinə pay ayrılarkən, sözügedən cəmiyyətdəki təsis paylarının cavabdeh və onun mərhum ərinin birgə nikah dövründə - ər-arvadın ümumi vəsaiti hesabına əldə edilməsini təsdiq edən heç bir mötəbər sübuta istinad edilməmiş və bununla bağlı iş materiallarında heç bir sübut olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq və dövlət reyestrinə etibar edərək pay əldə etmiş və uzun illərdir mülkiyyətində saxlayan şəxslərin hüquqları qorunmalıdır. Mülki Məcəllənin 5.3-cü maddəsinə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. "xxxx" MMC sorğuya cavab məktubunda da qeyd edildiyi kimi 2003-cü ildə təsis edilmiş və dövlət qeydiyyatına alınmışdır. Məhkəmə payların təsis olunduğu andan etibarən vərəsəlik və ya digər qanuni əsaslarla necə dəyişdiyini araşdırmamışdır. Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin ##.##.2010-cu il tarixli, **************** saylı; ##.##.2013-cü il tarixli, **************** saylı; ##.##.2013-cü il tarixli, **************** saylı; ##.##.2015-ci il tarixli, **************** saylı; ##.##.2014-cü il tarixli, **************** saylı; ##.##.2016-cı il tarixli, **************** saylı və ##.##.2017-ci il tarixli, **************** saylı Çıxarışlarına əsasən qeyd etmək lazımdır ki, həmin tarixlərdə təsisçilər “xxxx” MMC və X1 olmuşdur. Hər birinin nizamnamə kapitalında mayalarının miqdarı isə “100 pay” olmuşdur. ##.##.2018-ci il tarixli, **************** saylı və ##.##.2018-ci il tarixli, **************** saylı Çıxarışlarında isə qeyd edilən tarixlərə münasibətdə təsisçilər olaraq X2, cavabdeh1 və “xxxx” MMC olaraq göstərilmiş, nizamnamə kapitalında mayalarının miqdarı ardıcıl olaraq 25 %, 25 % və 50 % olaraq qeyd edilmişdir. ##.##.2019-cu il tarixli **************** saylı Çıxarışdan isə bəlli olur ki, sonuncu tarixdə təsisçi 25 % paya malik olan X2 və 75% paya malik cavabdeh1 olmuşdur. Dövlət Vergi Xidmətinin bu rəsmi çıxarışlarından aydın görünür ki, şirkətin təsisçi strukturunda cavabdeh4 heç vaxt - bir dəfə də olsun "xxxx" MMC-nin təsisçisi və ya pay sahibi statusunda olmamışdır. İddiaçı İddiaçı öz rəhmətlik atasının - cavabdehin mərhum ərinin vərəsələrindən biridir. İddiaçı öz iddia ərizəsində atasının ümumi əmlakının cavabdehin mülkiyyətində olduğunu qeyd etmişdir, lakin “xxxx” MMC-də nə cavabdehin, nə də onun mərhum ərinin payı olmamışdır. İddiaçı atasının vərəsəsi kimi yalnız atasının sağlığında onun mülkiyyətində olmuş və ölümündən sonra miras kütləsinə daxil olan əmlaka iddia irəli sürə bilər. Lakin qeyd edilən şirkətdə isə onun atasının hüququ olmamışdır. Hüquqi olaraq mövcud olmayan və heç bir zaman birgə nikah dövründə əldə edilməyən bir payın vərəsəlik predmeti olması hüquqi cəhətdən qeyri-mümkündür və bu əmlakdan vərəsəlik əsasında iddiaçıya pay ayrılması tamamilə qanunsuzdur. Məhkəmə rəsmi reyestr çıxarışlarını araşdırmamış, bu istiqamətdə prosessual tədbirlər görməmiş, sadəcə iddiaçının saxta fərziyyəsi əsasında mülkiyyət bölgüsü aparmışdır. Cavabdehin heç bir dövrdə hüquqi olaraq payı olmadığı halda, məhkəmənin hansı əsasla və hansı hesablama ilə iddiaçıya bu şirkətdən pay ayırdığı isə bəlli deyil. Mövcud olmayan pay vərəsəlik kütləsinə daxil edilə bilməz. Məhkəmə iddiaçının pay hüququnu müəyyən edərkən işin faktiki hallarını və “xxxx” MMCnin təsis sənədlərini/çıxarışlarını araşdırmamışdır. DövlətVergi Xidmətinin rəsmi reyestr məlumatları və xronoloji çıxarışlar isə sübut edir ki, iddiaçı İddiaçı, eləcə ondan payın keçdiyi iddia olunan anası cavabdeh Sima xanımın (onun rəhmətlik ərinin) bu şirkətdə heç bir zaman payı olmamışdır. Hüquqda mövcud fundamental prinsiplərdən biri də mülkiyyət hüququnun əsasını təşkil edən "Nemo dat quod non habet" (latınca: heç kəs malik olmadığı hüququ başqasına ötürə bilməz) hesab olunur. Məhkəmə isə öz qərardadı ilə faktiki olaraq üçüncü şəxslərin payını "müsadirə" edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır və heç kim məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. cavabdeh1 və X2 qanuni yolla əldə etdiyi və dövlət qeydiyyatına alınmış pay faizlərini (müvafiq olaraq 12,5% və 4,17% həcmində) əlindən almaq ədalətli məhkəmə araşdırması hüququnun və mülkiyyət toxunulmazlığının kobud şəkildə pozulmasıdır. Onu da həmçinin diqqətinizə çatdırım ki, iddiaçının qardaşı Anar Mirzəyevin vəfatından sonra onun payı qanuni qaydada birbaşa özünün birinci növbəli vərəsələrinə (övladı Aydan Mirzəyevaya və həyat yoldaşı cavabdeh1) keçmişdir. Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən, bacı (Sona) ikinci növbəli vərəsədir və birinci növbəli vərəsələr olduğu təqdirdə onun pay tələb etmək hüququ qanunən yaranmır. Belə ki, 1159.1.1-ci maddəyə görə, Qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Məhkəmə bütün bu maddi və prosessual hüquqi faktları araşdırmadan, Dövlət Vergi Xidmətinin sadəcə icra prosesindəki qeyrimüəyyənliyə dair məktubuna əsaslanaraq, işin mahiyyətini təhrif edən qərardad qəbul etmişdir. Məhkəmənin faktiki halları obyektiv qiymətləndirmədən verdiyi izah əsasında artıq Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən ##.##.2026-cı il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Yuxarıda göstərilənlərə istinadən hesab edirəm ki, ##.##.2026-cı il tarixli "Qətnamənin izah edilməsinə dair" qərardad ləğv edilərək, ərizəçinin ərizəsinin qeyd olunan əsaslara görə təmin edilməsi barədə qərar qəbul edilməlidir”.
Apellyasiya baxışı
12. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
13. Maddə 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır.
14. Maddə 230.2. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir.
15. Maddə 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir.
16. Maddə 230.4. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur
17. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
Apellyasiya baxışının həddi
18. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
19. Qanunvericiliyin mənasına görə məhkəmə aktına izah verilməsi bir qayda olaraq məhkəmənin gəldiyi nəticənin düzgün başa düşülməməsi, həmin aktda anlaşılmazlıqlara yol verilməsi və onun icrasında yaranmış çətinliklə əlaqədar olur.
20. Yuxarıda qeyd olunduğu kimi, “xxxx” MMC-nin təsisçiləri 75% payla cavabdeh1, 25% payla X2 olmuş, ## #### 2025-ci il tarixli qətnaməsi ilə isə məhkəmə, “xxxx” MMC-nin təsis payı üzərində İddiaçı 1/6 hissədə pay hüququnu tanımışdır.
21. cavabdeh4 qətnamə ilə müəyyən olunan hallarla razılaşmaması müvafiq izahın verilməsinə maneə yarada bilməz; çünkü həmin qətnamə apellyasiya və kassasiya qaydasında yoxlanılaraq qanuni qüvvəsini almışdır.
22. Bununla belə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməyə izah verilməsi institutunun hüquqi mahiyyətini və tətbiq hədlərini tam nəzərə almamışdır.
23. Belə ki, ## #### 2025-ci il tarixli qətnamə ilə İddiaçı “xxxx” MMC-də 1/6 hissədə (16,67 faiz) payı tanınsa da, həmin payın cəmiyyətin mövcud iştirakçılarının hansının iştirak payı hesabına formalaşdırılması, yaxud mövcud iştirak paylarının hansı nisbətdə dəyişdirilməsi barədə qətnamədə hər hansı hüquqi nəticəyə gəlinməmiş, bu məsələ nə əsaslandırıcı, nə də təsviri hissədə öz əksini tapmamışdır.
24. Buna baxmayaraq, birinci instansiya məhkəməsi izah qərardadı ilə ərizəçiyə tanınmış 16,67 faiz payın cəmiyyətin hər iki iştirakçısının iştirak paylarının mütənasib azaldılması hesabına formalaşdırılması nəticəsinə gəlmişdir; halbuki, belə nəticə qətnamənin məzmunundan birmənalı şəkildə irəli gəlmir və mahiyyət etibarilə qətnamədə həll edilməmiş məsələyə hüquqi qiymət verilməsi ilə nəticələnir.
25. Kollegiya bir daha vurğulayır ki, qətnaməyə izah verilməsi institutu məhkəmə tərəfindən artıq qəbul edilmiş və qətnamədə ifadə olunmuş hüquqi nəticənin aydınlaşdırılmasına xidmət edir; bu institutun tətbiqi nəticəsində qətnamənin məzmununun dəyişdirilməsi və ya onun əsaslandırıcı hissəsində ifadə olunmayan yeni hüquqi nəticələrin formalaşdırılması yolverilməzdir. Əks yanaşma qəbul edildiyi halda, qətnamədə həll edilməmiş məsələlərin sonradan məhkəmə aktına izah verilməsi qaydasında həll edilməsinə hüquqi əsas yaradılmış olardı ki, bu da məhkəmə aktına izah verilməsi institutunun təyinatı ilə uzlaşmır.
26. İş materiallarından da görünmür ki, birinci instansiya məhkəməsi qətnaməni qəbul edərkən 16,67 faiz iştirak payının məhz hansı iştirakçının payı hesabına və ya hansı nisbətdə formalaşdırılması məsələsini araşdırmış və bu barədə hüquqi mövqe ifadə etmiş olsun.
27. Bu səbəbdən izah qərardadında göstərilən nəticənin qəbul edilmiş qətnamənin izahı, yoxsa həmin qətnamədə həll edilməmiş məsələnin sonradan həlli olmasını müəyyən etmək mümkün deyildir.
28. Başqa sözlə, birinci instansiya məhkəməsinin gəldiyi nəticənin hansı hüquqi və faktiki əsaslara söykəndiyi mübahisələndirilən qərardaddan aydın müəyyən edilmir, bu isə apellyasiya instansiyası məhkəməsinin izah qərardadının qanuniliyini və əsaslılığını yoxlamasını mümkünsüz edir.
29. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, şikayət qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir.
30. İşə yenidən baxarkən məhkəmə (hakim), qəbul etdiyi qətnamədə ifadə olunmuş hüquqi nəticənin həqiqi məzmununu qətnamənin motivləri və əsaslandırıcı hissəsi arasındakı qarşılıqlı əlaqəni nəzərə almaqla müəyyənləşdirməli, izahın qətnamənin məzmununun dəyişdirilməsinə deyil, yalnız onda ifadə olunmuş iradənin aydınlaşdırılmasına xidmət etməsini təmin etməli, gəldiyi nəticəni isə müvafiq hüquqi və faktiki əsaslarla əsaslandırmalıdır.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
Şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı iş üzrə ## ### 2026-cı il tarixli qərardadı ləğv olunsun və iş, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı və Uçot İdarəsinin ərizəsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Səadət Səlimova
Azad İmanov