Azәrbaycan Respublikası adından Qərardad Bakı şәhәri İş № e-2(3-6)-3410/2026 05.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs publik hüquqi şəxsini mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (açar sözlər: icraata xitam verilməsi) Bakı Apellyasiya Mәhkәmәsinin Mülki kollegiyası hakimlәr Sәlimova Sәadәt Rәşid qızı (sәdrlik edәn vә mәruzәçi), Hәsәnov Elnur Mәmmәdsaat oğlu vә İmanov Azad Nizam oğlundan ibarәt tәrkibdә, İddiaçı İddiaçı (Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs publik hüquqi şәxsini mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs qismindә cәlb edilmәklә) cavabdeh Cavabdeh MMC-yә qarşı “müqavilәnin etibarsız hesab edilmәsi” tәlәbinә dair iş üzrә Bakı şәhәri Yasamal Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrardadından iddiaçı İddiaçı tәrәfindәn verilmiş şikayәtә Bakı Apellyasiya Mәhkәmәsinin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qәrardadı qәbul etdi. İşin halları Bakı şәhәri Yasamal Rayon Mәhkәmәsinin *(***)-***/**** nömrәli, ##.##.2025-ci il tarixli qәtnamәsinә әsasәn, ilkin iddia üzrә iddiaçı X1 cavabdeh Cavabdeh MMC-yә qarşı “cavabdeh Cavabdeh Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin iddiaçının faktiki yaşadığı ünvan 2 ünvanında yerlәşәn fәrdi evin boşaldılmasına yönәlmiş hәrәkәtlәrinin qanunsuz hesab edilmәsi vә qeyd edilәn fәrdi yaşayış evinin yerlәşdiyi әrazidә söküntü-tikinti işlәrinin dayandırılması” tәlәbinә dair iddiasının tәmin edilmәmәsi, qarşılıqlı iddia üzrә iddiaçı Cavabdeh MMC-nin cavabdehlәr X1, Əsgәrov İbrahim Telman oğlu, İddiaçı vә X3 qarşı “cavabdehlәr X1, Əsgәrov İbrahim Telman oğlu, İddiaçı vә X3 ünvan 2 ünvanında yerlәşәn mәnzildәn çıxarılması, hәmin mәnzilin cavabdehlәr tәrәfindәn Cavabdeh Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinә tәhvil verilmәsi, mәnzilә dair cavabdehlәrin mülkiyyәt hüquqlarına xitam verilmәsi” tәlәbinә dair iddianın tәmin edilmәsi, cavabdehlәr X1, Əsgәrov İbrahim Telman oğlu, İddiaçı vә X3 ünvan 2 ünvanında yerlәşәn mәnzildәn çıxarılmaları, hәmin mәnzilin cavabdehlәr X1, Əsgәrov İbrahim Telman oğlu, İddiaçı vә X3 tәrәfindәn Cavabdeh Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinә tәhvil verilmәsi, hәmin mәnzilә dair cavabdehlәr X1, Əsgәrov İbrahim Telman oğlu, İddiaçı vә X3 mülkiyyәt hüquqlarına xitam verilmәsi qәt edilmişdir. Bakı Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrәli, ## ######## 2025-ci il tarixli qәtnamәsi ilә iddiaçı tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәmiş, birinci instansiya mәhkәmәsinin qәtnamәsi dәyişdirilmәdәn saxlanılmışdır. Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Mülki Kollegiyasının *(***)-****/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrarı ilә iddiaçı (qarşılıqlı iddia üzrә cavabdeh) tәrәfindәn verilmiş kassasiya şikayәti tәmin edilmәyәrәk, Bakı Apellyasiya Mәhkәmәsinin Mülki kollegiyasının *(***)-****/**** nömrәli, ## ######## 2025-ci il tarixli qәtnamәsinin dәyişdirilmәdәn saxlanılması qәrara alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı (Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs PHŞni müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs qismindә cәlb edilmәklә) cavabdeh Cavabdeh MMCyә qarşı "müqavilәnin etibarsız hesab edilmәsi” tәlәbinә dair iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, İddiaçı ilә Cavabdeh MMC arasında bağlanmış ##.##.2024-cü il tarixli, *** saylı alğı-satqı (kompensasiya) müqavilәsinin etibarsız sayılması barәdә qәtnamә qәbul edilmәsini xahiş etmişdir. İddia tәlәbi onunla әsaslandırılmışdır ki, Bakı şәhәr İcra Hakimiyyәti Başçısının ##.##.2020ci il tarixli, *** nömrәli sәrәncamı ilә Yasamal rayonu әrazisindә yerlәşәn bir sıra yaşayış evlәrinin sökülmәsi vә yenidәnqurma işlәrinin aparılması Cavabdeh MMC -yә hәvalә edilmişdir. Hәmin әrazidә yerlәşәn ünvan 2 ünvanında yerlәşәn yaşayış sahәsi iddiaçıya vә ailә üzvlәrinә paylı mülkiyyәt hüququ әsasında mәxsus olmuşdur. ##.##.2024-cü il tarixindә iddiaçı ilә cavabdeh Cavabdeh MMC arasında *** nömrәli kompensasiya xarakterli alğı-satqı müqavilәsi bağlanmışdır. Hәmin müqavilәyә әsasәn, iddiaçıya mәxsus 41 kv.m yaşayış sahәsinә görә 165,375 manat mәblәğindә kompensasiya ödәnilmişdir. Müqavilәni bağlayarkәn iddiaçı tam әsaslı şәkildә hesab etmişәm ki, müqavilә yalnız ünvan 2 ünvanında yerlәşәn vә xüsusi mülkiyyәt hüququ ilә iddiaçıya mәxsus olan yaşayış sahәsinә münasibәtdә bağlanır vә ödәnilәn kompensasiya yalnız hәmin әmlaka aiddir. Lakin sonradan, Türkiyә Respublikasından qayıtdıqdan sonra iddiaçıya mәlum olmuşdur ki, faktiki olaraq ünvan 1 ünvanlarında yerlәşәn yaşayış sahәlәri eyni mәnzil kimi qiymәtlәndirilmiş, ödәnilmiş kompensasiya isә hәr iki ünvana münasibәtdә tәtbiq edilmişdir. İddiaçının xarici pasportunda sәrhәdkeçmә ştamplarından da açıq şәkildә müәyyәn olunur ki, iddiaçı mәhkәmә icraatının hәyata keçirildiyi bütün müddәt әrzindә Türkiyә Respublikasında olmuş vә hәmin dövrdә aparılmış mәhkәmә araşdırmalarında iştirak etmәmiş vә mәhkәmә qәtnamәlәrindәn xәbәri olmamışdır. Bakı şәhәri, Yasamal rayonu, Kazım Kazımzadә küçәsi, ev 32 ünvanında yerlәşәn yaşayış sahәsi ilә bağlı iddiaçının xüsusi mülkiyyәt hüququnu tәsdiq edәn daşınmaz әmlakın dövlәt reyestrindәn çıxarış mövcud olmamışdır. Bununla belә, hәmin yaşayış sahәsi uzun müddәt әrzindә faktiki olaraq iddiaçının vә onun ailә üzvlәrinin daimi yaşayış yeri kimi istifadә edilmiş, onlar tәrәfindәn fasilәsiz vә maneәsiz şәkildә yaşayış mәqsәdilә istifadә olunmuşdur. İddiaçının mübahisәli yaşayış sahәsi üzәrindә hüquqi marağının vә faktiki sahibliyinin mövcudluğu yaşayış sahәsinә dair kommunal ödәniş sәnәdlәri, mәrhum atası X6 hәmin ünvanda qeydiyyatda olmasını tәsdiq edәn şәxsiyyәt vәsiqәsinin surәti, habelә Azәrbaycan Respublikası Daxili İşlәr Nazirliyinin Baş Pasport, Qeydiyyat vә Miqrasiya İdarәsinin ##.##.2025-ci il tarixli mәktubu ilә tәsdiq olunur. Bakı şәhәri Yasamal Rayon Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ##.##.2026- cı il tarixli qәrardadı ilә iddiaçı İddiaçı (Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs PHŞ-ni müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs qismindә cәlb edilmәklә) cavabdeh Cavabdeh MMC-yә qarşı "müqavilәnin etibarsız hesab edilmәsi” tәlәbinә dair mülki işin icraatına Azәrbaycan Respublikası MPM-in 261.0.2-ci maddәsinә әsasәn xitam verilmәsi, ##.##.2026-cı il tarixli, ************ nömrәli mәdaxil qәbzinә әsasәn ödәnilmiş 100 (bir yüz) manat dövlәt rüsumunun Azәrbaycan Respublikası Maliyyә Nazirliyinin Bakı şәhәri üzrә Maliyyә İdarәsi tәrәfindәn iddiaçı İddiaçı qaytarılması qәrara alınmışdır. Mәhkәmә mövqeyini onunla әsaslandırmışdır ki, iddiaçı İddiaçı Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs PHŞ-ni müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs qismindә cәlb etdiyi cavabdeh Cavabdeh MMC-yә qarşı "müqavilәnin etibarsız hesab edilmәsi” tәlәbinә dair iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, İddiaçı ilә Cavabdeh MMC arasında bağlanmış ##.##.2024-cü il tarixli, *** saylı alğı-satqı (kompensasiya) müqavilәsinin etibarsız sayılması barәdә qәtnamә xahiş etmişdir. Bakı şәhәri Yasamal Rayon Mәhkәmәsinin *(***)-***/**** nömrәli, ##.##.2025-ci il tarixli qәtnamәsinә әsasәn, ilkin iddia üzrә iddiaçı X1 cavabdeh Cavabdeh MMC-yә qarşı “cavabdeh Cavabdeh Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin iddiaçının faktiki yaşadığı ünvan 2 ünvanında yerlәşәn fәrdi evin boşaldılmasına yönәlmiş hәrәkәtlәrinin qanunsuz hesab edilmәsi vә qeyd edilәn fәrdi yaşayış evinin yerlәşdiyi әrazidә söküntü-tikinti işlәrinin dayandırılması” tәlәbinә dair iddiasının tәmin edilmәmәsi, qarşılıqlı iddia üzrә iddiaçı Cavabdeh MMC-nin cavabdehlәr X1, Əsgәrov İbrahim Telman oğlu, İddiaçı vә X3 qarşı “cavabdehlәr X1, Əsgәrov İbrahim Telman oğlu, İddiaçı vә X3 ünvan 2 ünvanında yerlәşәn mәnzildәn çıxarılması, hәmin mәnzilin cavabdehlәr tәrәfindәn Cavabdeh Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinә tәhvil verilmәsi, mәnzilә dair cavabdehlәrin mülkiyyәt hüquqlarına xitam verilmәsi” tәlәbinә dair iddianın tәmin edilmәsi, cavabdehlәr X1, Əsgәrov İbrahim Telman oğlu, İddiaçı vә X3 ünvan 2 ünvanında yerlәşәn mәnzildәn çıxarılmaları, hәmin mәnzilin cavabdehlәr X1, Əsgәrov İbrahim Telman oğlu, İddiaçı vә X3 tәrәfindәn Cavabdeh Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinә tәhvil verilmәsi,hәmin mәnzilә dair cavabdehlәr X1, Əsgәrov İbrahim Telman oğlu, İddiaçı vә X3 mülkiyyәt hüquqlarına xitam verilmәsi qәt edilmişdir. Hәmin qәtnamә yuxarı instansiya mәhkәmәlәri tәrәfindәn qüvvәdә saxlanılmışdır. Bakı şәhәri Yasamal Rayon Mәhkәmәsinin *(***)-***/**** nömrәli, ##.##.2025-ci il tarixli qәtnamәsinin әsaslandırıcı hissәsindә qeyd edilmişdir ki, Cavabdeh MMC әsaslı olaraq ** saylı mәnzilә dair X6 vәrәsәlәri (övladları vә arvadı) cavabdehlәr X1, Əsgәrov İbrahim Telman oğlu, İddiaçı vә X3 ilә müqavilә bağlamaqla razılaşma әldә etmişlәr. Hәmin müqavilәlәrin etibarsızlığı xüsusatı müәyyәn edilmәmişdir. (ümumiyyәtlә, mübahisәlәndirilmәmişdir). Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 82.3-cü maddәsinә әsasәn bir mülki iş üzrә qanuni qüvvәyә minmiş mәhkәmә qәtnamәsi ilә müәyyәn edilmiş faktlar hәmin işdә iştirak edәn şәxslәr tәrәfindәn başqa mәhkәmә prosesindә mübahisәlәndirilmir vә yenidәn sübut edilmir. Göründüyü kimi, qanuni qüvvәyә minmiş mәhkәmә qәtnamәsi ilә müqavilәlәrin etibarlılığı mәsәlәsinә hüquqi qiymәt verilmişdir. Qeyd olunanlara әsasәn, mәhkәmә hesab edir ki, hazırki iddianın predmeti olan mәsәlәlәrә qanuni qüvvәyә minmiş mәhkәmә qәtnamәsi ilә münasibәt bildirildiyindәn mülki iş üzrә icraata xitam verilmәlidir. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 261.0.2-ci maddәsinә әsasәn eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsi vә ya iddiaçının iddiadan imtina etmәsi vә ya tәrәflәrin barışıq sazişinin tәsdiq olunması ilә әlaqәdar iş üzrә icraatın xitam edilmәsi haqqında mәhkәmәnin qәrardadı olarsa iş üzrә icraata xitam verilir. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə İddiaçı İddiaçı nümayәndәsi (vәkili) Vәkil Bakı şәhәri Yasamal Rayon Mәhkәmәsinin 2(5- 104)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qәrardadından şikayәt verәrәk, Bakı şәhәri Yasamal Rayon Mәhkәmәsinin e-*(*-***)-****/**** saylı, ##.##.2026-ci il tarixli qәrardadının lәğv edilmәsini vә iddiaçının iddiasının icraata qәbul edilәrәk mahiyyәti üzrә baxılması barәdә qәrardad qәbul edilmәsini xahiş etmişdir. Şikayәt onunla әsaslandırılmışdır ki, qanunvericiliyә әsasәn, vacib әhәmiyyәtli yanılmanın tәsiri altında bağlanmış әqd mübahisәlәndirilә bilәr. Hazırkı halda o, müqavilәnin predmeti, onun doğurduğu hüquqi nәticәlәr, elәcә dә ödәnilәn kompensasiyanın hansı әmlakı әhatә etmәsi ilә bağlı yanlış vә hәqiqi iradәsinә uyğun olmayan tәsәvvürә malik olmuşdur. O, müqavilәni imzalayarkәn әsaslı vә haqlı olaraq hesab etmişdir ki, ödәnilәn kompensasiya yalnız ** saylı ünvan üzrә onun xüsusi mülkiyyәtindә olan yaşayış sahәsinә münasibәtdә müәyyәn edilmişdir. Əgәr ona әvvәlcәdәn vә aydın şәkildә bildirilsәydi ki, bağlanan müqavilә faktiki olaraq hәm 32, hәm dә ** saylı ünvanlarda yerlәşәn yaşayış sahәlәrinin birlikdә özgәninkilәşdirilmәsinә yönәlmişdir, o, hәmin müqavilәni bağlamaz vә belә şәrtlәrlә razılıq vermәzdi. Mülki hüquq münasibәtlәrinin subyektlәri öz hüquq vә vәzifәlәrini vicdanla hәyata keçirmәyә borcludurlar vә hüquqdan suiistifadәyә yol verilmir. Cavabdehin bir müqavilә әsasında iki ayrı ünvanı vahid obyekt kimi әldә etmәyә çalışması vicdanlılıq vә hüquqi müәyyәnlik prinsiplәrinә ziddir. Bir yaşayış sahәsinә görә müәyyәn edilmiş kompensasiyanın faktiki olaraq iki müxtәlif ünvanı әhatә etmәsi onun mülkiyyәt hüquqlarının qeyri-mütәnasib mәhdudlaşdırılmasına sәbәb olmuşdur. Əqd bağlanması mәqsәdilә aldadılmış şәxs hәmin әqdi mübahisәlәndirmәk hüququna malikdir. Cavabdeh Cavabdeh MMC müqavilәnin hüquqi nәticәlәri vә predmetinin hәqiqi mahiyyәti barәdә ona dürüst vә tam mәlumat vermәmiş, 32 vә ** saylı ünvanların eynilәşdirilmәsi faktını gizlәtmişdir. Bu isә müqavilәnin aldatma tәsiri altında bağlandığını tәsdiq edir. 2026-ci ilin may ayında Türkiyә Respublikasından qayıtdıqdan sonra bu fakt ona mәlum olmuşdur. Konstitusiyaya әsasәn mülkiyyәt toxunulmazdır, dövlәt tәrәfindәn müdafiә olunur vә heç kәs yaşadığı mәnzildәn qanunsuz olaraq mәhrum edilә bilmәz. Birinci instansiya mәhkәmәsi onun mülkiyyәt vә yaşayış hüququnun әsasını tәşkil edәn müqavilәnin etibarlılığını mahiyyәti üzrә araşdırmamaqla bu konstitusion prinsiplәri pozmuşdur. Mәhkәmә iddiaya mahiyyәti üzrә baxmaqdan әsassız imtina etmәklә onun mәhkәmә müdafiәsi hüququnu kobud şәkildә mәhdudlaşdırmışdır. Mәhkәmә mülki işin icraatına xitam verәrkәn әsas gәtirmişdir ki, eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsi mövcuddur. Lakin bu nәticә tamamilә yanlışdır. Yasamal Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrәli qәtnamәsi üzrә mübahisәnin predmeti "fәrdi evin boşaldılmasına yönәlmiş hәrәkәtlәrin qanunsuz hesab edilmәsi, söküntü işlәrinin dayandırılması" vә qarşılıqlı iddia üzrә "mәnzildәn çıxarılma vә mülkiyyәt hüququna xitam verilmәsi" olmuşdur. Hazırkı iş üzrә iddia tәlәbi isә ##.##.2024-cü il tarixli, *** saylı alğısatqı (kompensasiya) müqavilәsinin etibarsız hesab edilmәsidir. Göründüyü kimi, әvvәlki iş ilә hazırkı işin predmeti (iddia tәlәbi) vә әsasları (müqavilәnin aldatma vә yanılma tәsiri altında bağlanması faktı) tamamilә fәrqlidir. Əvvәlki mәhkәmә işindә müqavilәnin etibarsızlığı mәsәlәsi iddia predmeti olmamış vә mәhkәmә tәrәfindәn mahiyyәti üzrә araşdırılaraq hüquqi qiymәt verilmәmişdir. Hәtta әvvәlki qәtnamәdә qeyd olunmuşdur ki, "Hәmin müqavilәlәrin etibarsızlığı xüsusatı müәyyәn edilmәmişdir (ümumiyyәtlә, mübahisәlәndirilmәmişdir)". Bu sәbәbdәn MPM-in 261.0.2-ci maddәsinin tәtbiqi üçün heç bir hüquqi әsas yoxdur. Mәhkәmә әvvәlki qәtnamәdә müqavilәnin mövcudluğuna istinad edilmәsini preyudisiya kimi qәbul etmişdir. Lakin preyudisiya yalnız әvvәlki işdә mübahisә predmeti olmuş vә sübut edilmiş faktlara şamil olunur. Müqavilәnin etibarsızlığı (aldatma vә yanılma әsasları ilә) әvvәlki işdә araşdırılmadığı üçün, bu mәsәlә hazırkı işdә yenidәn vә müstәqil şәkildә araşdırılmalı idi. Bakı şәhәri Yasamal Rayon Mәhkәmәsinin ##.##.2026-cı il il tarixli *(*-***)-****/**** saylı qәrardadı ilә Bakı şәhәri Yasamal Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrardadından iddiaçı İddiaçı nümayәndәsi vә vәkili Vәkil tәrәfindәn verilmiş şikayәt tәmin edilmәmiş, şikayәt baxılması üçün mülki iş materialları ilә birlikdә Bakı Apellyasiya Mәhkәmәsinә göndәrilmәsi qәrara alınmışdır. Şikayәtә Azәrbaycan Respublikası MPM-in 10.8-1 vә 397.2-ci maddәlәrinә uyğun olaraq yazılı icraat qaydasında baxılır. Şikayәtә qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddә 261.0. Hakim iş üzrә icraata aşağıdakı hallarda xitam verir: 261.0.2. eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsi vә ya iddiaçının iddiadan imtina etmәsi vә ya tәrәflәrin barışıq sazişinin tәsdiq olunması ilә әlaqәdar iş üzrә icraata xitam edilmәsi haqqında mәhkәmәnin qәrardadı olarsa; Maddә 398.0. Apellyasiya instansiyası mәhkәmәsinin şikayәtә baxıb qәrardad qәbul etdikdә aşağıdakıları etmәk hüququ vardır: 398.0.1. mәhkәmәnin qәrardadını dәyişdirmәdәn saxlayıb şikayәti tәmin etmәmәk; Maddә 402.2. Apellyasiya mәhkәmәlәrinin mülki vә kommersiya kollegiyalarının vә Naxçıvan Muxtar Respublikası Ali Mәhkәmәsinin mülki vә kommersiya kollegiyalarının aşağıdakı qәrardadlarından kassasiya şikayәti verilә bilәr: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilmәsi haqqında; 402.2.2.kassasiya şikayәtinin qaytarılması (kassasiya şikayәti kassasiya instansiyası mәhkәmәsinin şikayәtin qeyri-mümkünlüyü barәdә qәrarına әsasәn qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayәtinin verilmәsi müddәtinin bәrpasından imtina edilmәsi barәdә; 402.2.4. iş üzrә icraata xitam verilmәsi barәdә; 402.2.5. bu Mәcәllәnin 384.0.4-cü maddәsindә nәzәrdә tutulmuş işin aidiyyәti üzrә göndәrilmәsinә dair vә bu Mәcәllәnin 384.0.6-cı maddәsindә nәzәrdә tutulmuş apellyasiya şikayәtinin bu Mәcәllәnin tәlәblәrinә zidd olaraq icraata qәbul olunması әsası ilә icraata qәbul qәrardadının lәğv edilәrәk işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası mәhkәmәsinә qaytarılması haqqında. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mәhkәmә kollegiyası şikayәtin dәlillәrini iş materialları ilә birlikdә araşdıraraq hesab edir ki, şikayәtdә qeyd edilmiş hallar qәrardadın lәğvi üçün әsas ola bilmәz, qәrardadla gәlinmiş nәticә işin hallarına uyğun olduğundan şikayәt tәmin edilmәmәlidir. Belә ki, Bakı şәhәri Yasamal Rayon Mәhkәmәsinin *(***)-***/**** nömrәli, ##.##.2025-ci il tarixli qәtnamәsinә әsasәn, ilkin iddia üzrә iddiaçı X1 cavabdeh Cavabdeh MMC-yә qarşı “cavabdeh Cavabdeh Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin iddiaçının faktiki yaşadığı ünvan 2 ünvanında yerlәşәn fәrdi evin boşaldılmasına yönәlmiş hәrәkәtlәrinin qanunsuz hesab edilmәsi vә qeyd edilәn fәrdi yaşayış evinin yerlәşdiyi әrazidә söküntü-tikinti işlәrinin dayandırılması” tәlәbinә dair iddiasının tәmin edilmәmәsi, qarşılıqlı iddia üzrә iddiaçı Cavabdeh MMC-nin cavabdehlәr X1, Əsgәrov İbrahim Telman oğlu, İddiaçı vә X3 qarşı “cavabdehlәr X1, Əsgәrov İbrahim Telman oğlu, İddiaçı vә X3 ünvan 2 ünvanında yerlәşәn mәnzildәn çıxarılması, hәmin mәnzilin cavabdehlәr tәrәfindәn Cavabdeh Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinә tәhvil verilmәsi, mәnzilә dair cavabdehlәrin mülkiyyәt hüquqlarına xitam verilmәsi” tәlәbinә dair iddianın tәmin edilmәsi, cavabdehlәr X1, Əsgәrov İbrahim Telman oğlu, İddiaçı vә X3 ünvan 2 ünvanında yerlәşәn mәnzildәn çıxarılmaları, hәmin mәnzilin cavabdehlәr X1, Əsgәrov İbrahim Telman oğlu, İddiaçı vә X3 tәrәfindәn Cavabdeh Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinә tәhvil verilmәsi,hәmin mәnzilә dair cavabdehlәr X1, Əsgәrov İbrahim Telman oğlu, İddiaçı vә X3 mülkiyyәt hüquqlarına xitam verilmәsi qәt edilmişdir. Bakı şәhәri Yasamal Rayon Mәhkәmәsinin *(***)-***/**** nömrәli, ##.##.2025-ci il tarixli qәtnamәsindәn müәyyәn olunur ki, qarşılıqlı iddia üzrә iddiaçı Cavabdeh MMC cavabdehlәr X1, Əsgәrov İbrahim Telman oğlu, İddiaçı vә X3 qarşı “cavabdehlәr X1, Əsgәrov İbrahim Telman oğlu, İddiaçı vә X3 Bakı şәhәri, Yasamal rayonu, Kazım Kazımzadә küçәsi, ev 32 ünvanında yerlәşәn mәnzildәn çıxarılması, hәmin mәnzilin cavabdehlәr tәrәfindәn Cavabdeh Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinә tәhvil verilmәsi, mәnzilә dair cavabdehlәrin mülkiyyәt hüquqlarına xitam verilmәsi” tәlәbinә dair iddia әrizәsi ilә mәhkәmәyә müraciәt etmişdir. Qarşılıqlı iddia tәlәbi onunla әsaslandırılmışdır ki, ünvan 2 ünvanı cavabdehlәr X1, Əsgәrov İbrahim Telman oğlu, İddiaçı vә X3 paylı mülkiyyәtindәdir. Tәrәflәr arasında bağlanmış müqavilәlәrә әsasәn Cavabdeh MMC tәrәfindәn cavabdehlәr X1 ünvanda olan 41 kv.m. sahә üçün 165375 manat, Əsgәrov İbrahim Telman oğluna 41 kv.m. sahә üçün 165375 manat, İddiaçı 41 kv.m. sahә üçün 165375 manat vә X3 41 kv.m. sahә üçün 165375 manat, ümumilikdә 661500 manat kompensasiya ödәnilmişdir. Hәmin müqavilәlәrә әsasәn cavabdehlәr 10 gün müddәtindә mәnzili Cavabdeh MMC-yә tәhvil vermәk öhdәliyini götürsәlәr dә, öhdәliklәrinә әmәl etmәmişlәr. Mәhkәmә işә baxarkәn qeyd etmişdir ki, Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxsn * saylı Bakı Ərazi İdarәsi tәrәfindәn ##.##.2018-ci il tarixdә tәrtib edilmiş ünvan 2 ünvanında yerlәşәn fәrdi evin verilmiş texniki pasportuna әsasәn hüquq subyekti X6 vә digәrlәridir. X6 tәxminәn 2 il әvvәl vәfat etmiş vә o, ilkin iddia üzrә iddiaçının atasıdır. Yәni, texniki pasportda da mәnzilin ünvanı ev 32 kimi deyil, ev 34 kimi qeyd edilmişdir. Tәqdim edilmiş çıxarışa әsasәn dә qarşılıqlı iddia üzrә cavabdehlәrin mülkiyyәtindә olan fәrdi yaşayış evi ünvan 2 ünvanıdır. Demәli, Cavabdeh MMC әsaslı olaraq ** saylı mәnzilә dair X6 vәrәsәlәri (övladları vә arvadı) cavabdehlәr X1, Əsgәrov İbrahim Telman oğlu, İddiaçı vә X3 ilә müqavilә bağlamaqla razılaşma әldә etmişlәr. Hәmin müqavilәlәrin etibarsızlığı xüsusatı müәyyәn edilmir (ümumiyyәtlә, mübahisәlәndirilmәmişdir). Bakı Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrәli, ## ######## 2025-ci il tarixli qәtnamәsi ilә iddiaçı tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәmiş, birinci instansiya mәhkәmәsinin qәtnamәsi dәyişdirilmәdәn saxlanılmışdır. Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Mülki Kollegiyasının *(***)-****/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrarı ilә iddiaçı (qarşılıqlı iddia üzrә cavabdeh) tәrәfindәn verilmiş kassasiya şikayәti tәmin edilmәyәrәk, Bakı Apellyasiya Mәhkәmәsinin Mülki kollegiyasının *(***)-****/**** nömrәli, ## ######## 2025-ci il tarixli qәtnamәsinin dәyişdirilmәdәn saxlanılması qәrara alınmışdır. Kollegiya qeyd edir ki, Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 337, 339.6, 346.1 vә 354cü maddәlәrinin әlaqәli şәkildә şәrh edilmәsinә dair Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ##.##.2021-ci il tarixli Qәrarına әsasәn, ... Müәyyәn bir әqd әsasında yarandığı hesab edilәn hüquqla bağlı iddia tәlәbindә mәhkәmә icraatının ilk vәzifәsi hәmin әqdin etibarlı olub-olmadığını tәsbit etmәkdir. İddia tәlәbinin әsaslandığı әqdin etibarsız olması, birbaşa hәmin әqd üzrә hüquqi nәticәnin әmәlә gәlmәdiyini, yәni müqavilә üzrә iddia olunan subyektiv hüququn yaranmadığını göstәrir. Ona görә dә, hәr hansı bir әqdә әsaslanaraq verilәn iddianın düzgün hüquqi hәlli üçün, ilk növbәdә, istinad olunan hәmin әqdin etibarlı olub-olmaması müәyyәn edilmәlidir. Hazırkı işdә iddiaçı İddiaçı (Mübahisә predmeti barәsindә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs PHŞ-ni müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs qismindә cәlb edilmәklә) cavabdeh Cavabdeh MMC-yә qarşı İddiaçı ilә Cavabdeh MMC arasında bağlanmış ##.##.2024-cü il tarixli, *** saylı alğı-satqı (kompensasiya) müqavilәsinin etibarsız sayılması barәdә qәtnamә qәbul edilmәsini xahiş etdiyindәn, Bakı şәhәri Yasamal Rayon Mәhkәmәsinin *(***)-***/**** nömrәli, ##.##.2025-ci il tarixli qәtnamәsinә әsasәn qarşılıqlı iddia üzrә iddiaçı Cavabdeh MMC-nin cavabdehlәr X1, Əsgәrov İbrahim Telman oğlu, İddiaçı vә X3 qarşı “cavabdehlәr X1, Əsgәrov İbrahim Telman oğlu, İddiaçı vә X3 ünvan 2 ünvanında yerlәşәn mәnzildәn çıxarılması, hәmin mәnzilin cavabdehlәr tәrәfindәn Cavabdeh Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinә tәhvil verilmәsi, mәnzilә dair cavabdehlәrin mülkiyyәt hüquqlarına xitam verilmәsi” tәlәbinә dair iddianın tәmin edilmәsi, cavabdehlәr X1, Əsgәrov İbrahim Telman oğlu, İddiaçı vә X3 ünvan 2 ünvanında yerlәşәn mәnzildәn çıxarılmaları, hәmin mәnzilin cavabdehlәr X1, Əsgәrov İbrahim Telman oğlu, İddiaçı vә X3 tәrәfindәn Cavabdeh Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinә tәhvil verilmәsi, hәmin mәnzilә dair cavabdehlәr X1, Əsgәrov İbrahim Telman oğlu, İddiaçı vә X3 mülkiyyәt hüquqlarına xitam verilmәsi qәt edilәrkәn İddiaçı ilә Cavabdeh MMC arasında bağlanmış ##.##.2024-cü il tarixli, *** saylı alğı-satqı (kompensasiya) müqavilәsinin yoxlanılaraq etibarlı әqd olması müәyyәn edildiyindәn, iddiaçı İddiaçı iddia tәlәbi üzrә mülki işin icraatına qanuni qüvvәyә minmiş mәhkәmә qәtnamәsi ilә müqavilәlәrin etibarlılığı mәsәlәsinә hüquqi qiymәt verildiyi üçün, eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsinin olması әsası ilә xitam verәn birinci instansiya mәhkәmәsi düzgün nәticәyә gәlmişdir. Ona görә dә şikayәt tәmin edilmәmәli, Bakı şәhәri Yasamal Rayon Mәhkәmәsinin *(*-***)- ****/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrardadı dәyişdirilmәdәn saxlanılmalıdır. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 261.0.2, 398.0.1, 402-ci maddәlәrini rәhbәr tutaraq, Mәhkәmә kollegiyası Qərara aldı: Şikayәt tәmin edilmәsin. Bakı şәhәri Yasamal Rayon Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrardadı dәyişdirilmәdәn saxlanılsın. Qәrardaddan rәsmi qaydada verildiyi gündәn 10 (on) gün müddәtindә Bakı Apellyasiya Mәhkәmәsi vasitәsilә Azәrbaycan Respublikasının Ali Mәhkәmәsinә kassasiya şikayәti verilә bilәr.
Məhkəmə qərarları › İş №e-2(3-6)-3410/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3410/2026
05.08.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver